Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rasam
Rasam (hind. रस्सम. kann. చారు) — Hind mətbəxində tərəvəz şorbası. Rasam şorbası Tamillər tərəfindən qəbul edilib. Həmçinin digər regional adları da vardır (teluquda çaaru, kannada da saaaru). Rassam şorbası Cənubi Hindistanda ən məşhur yeməklərdən biridir. Ənənəvi olaraq pomidor, çili bibəri, bibər, kemyon və digər ədviyyatlar tamarind suyuna əlavə edilərək hazırlanır. Buxarda bişirilmiş mərciməkdə yeməyə dad verməsi üçün əlavə edilə bilər. Əvvəlcədən bütün ədviyyatlar bişirilir.
Rasim Hüseynov (rəssam)
Rasim Hüseynov (3 yanvar 1964, Zirə) — azərbaycanlı rəssam. Rasim Hüseynov 1964-cü ildə Bakının Zirə qəsəbəsində anadan olub. 1984-cü ildə Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1992-ci ildə indiki Mədəniyyət və İncəsənət Universitetinin rəssamlıq fakültəsini bitirib. 1999-cu ildən ailəsi ilə Hollandiyaya köçüb. Həyat yoldaşı Vəfa Rüstəmova da rəssamdır. Onlar bir yerdə təhsil alıb və eyni vaxtda sərgilərdə iştirak etməyə başlayıblar. 2000-ci ildən isə Hollandiyada 70-dən çox fərdi və birgə sərgilərdə iştirak ediblər. Əsərləri maraqla qarşılanıb, yaratdıqları milli obrazlar xarici sənətsevərləri heyrətləndirib. Rasim Hüseynov həyat yoldaşı ilə birgə Hollandiyada rəsm sərgiləri keçirərək, Azərbaycan mədəniyyətini, tarixini az da olsa əsərlərində əks etdirməyə çalışmış və 1988-ci ildən bəri 100-dən çox beynəlxalq sərgidə iştirak etmişlər. Təkcə Hollandiyanın Amsterdam, Utrext və Haaqa şəhərlərində, eləcə də qonşu Almaniyada onların əsərləri 30 dəfə müxtəlif sərgilərdə nümayiş etdirilmişdir.
Rasizm
İrqçilik və ya rasizm — İrqçilik, insanların qruplarının fiziki görünüşünə uyğun fərqli davranış xüsusiyyətlərinə sahib olduqlarına və bir irqin digərindən üstün olmasına görə bölünə biləcəyinə inamdır. Ayrıca fərqli bir irqi və ya etnik mənşəli olduğu üçün digər insanlara qarşı yönəlmiş qərəz, ayrı-seçkilik və ya düşmənçilik mənasını verə bilər. İrqçiliyin müasir variantları çox vaxt xalqlar arasında bioloji fərqlərin sosial qavranılmasına əsaslanır. Bu görüşlər, ehtimal olunan ortaq irsi əlamətlərə, qabiliyyətlərə və ya keyfiyyətlərə əsaslanaraq fərqli irqlərin bir-birlərindən üstün və ya daha aşağı olduğu sıralanan ictimai hərəkətlər, təcrübələr və ya inanclar və ya siyasi sistemlər şəklində ola bilər. Ayrı-seçkilik praktikasında və ya qanunlarda qərəz və ya lovğalanma ifadəsini dəstəkləyən siyasi sistemlər (məsələn, aparteid) baxımından, irqçi ideologiya nativizm, ksenofobiya, digərlik, seqreqasiya, iyerarxik sıralama və supremasizm kimi əlaqəli sosial aspektləri əhatə edə bilər. Çağdaş sosial elmdə irq və etnik anlayışlar ayrı hesab olunsa da, iki termin məşhur istifadə və köhnə ictimai elm ədəbiyyatında uzun bərabərliyə malikdir. "Etnik mənsubiyyət" adətən ənənəvi olaraq "irqi" ilə əlaqəli bir mənada istifadə olunur: insan qrupunun vacib və ya doğma olması ehtimal olunan keyfiyyətlərə görə bölünməsi (məsələn, ortaq əcdad və ya ortaq davranış). Buna görə, irqçilik və irqi ayrı-seçkilik, bu fərqliliklərin irqi olaraq təsvir edilməsindən asılı olmayaraq, etnik və ya mədəni zəmində ayrı-seçkiliyi təsvir etmək üçün istifadə olunur. Birləşmiş Millətlər Təşkilatının irqi ayrı-seçkiliyə dair konvensiyasına görə, "irqi" və "etnik" ayrı-seçkilik terminləri arasında heç bir fərq yoxdur. BMT Konvensiyası, irq fərqliliyinə əsaslanan üstünlüyün elmi cəhətdən yalan, mənəvi məhkum, sosial ədalətsiz və təhlükəli olduğu qənaətinə gəlir.
Rastak
Rastak (fars. رستاک‎), rəsmi olaraq Rastak Music Group (fars. گروه موسیقی رستاک‎, azərb. Rastak musiqi qrupu‎) — İran musiqi qrupu. Qrup 1997-ci ildə Siyamək Səpehri tərəfindən təsis edilmişdir və İran, Azərbaycan, kürd, bəluc, ərəb, Mazandaran, Gilan, lur xalq mahnılarını oxuyur, musiqilərini ifa edirlər. Qrup çoxlu beynəlxalq musiqi festivallarında iştirak etmiş, İran, Türkiyə, ABŞ, Yaponiya, Hindistan, eləcə də bir sıra Avropa ölkələrində konsertlər təşkil etmişdir.
Rəssam
Rəssam (ərəb. رسام‎) — təsviri incəsənət sahəsində yaradıcı işçi. Bizi əhatə edən ətraf aləmin gözəlliyi şair və yazıçını, bəstəkarı və rəssamı yaratmağa ruhlandırır. Ətrafda baş verən hadisələri və varlıqları təsvir etmək üçün yaxşı müşahidəçi olmaq lazımdır. Müşahidəçi — ətrafa tamaşa edən insana deyilir. Rəssam — müşahidə edən, sirli, sehrli təsvirlər yaradan bir insandır. Təsviri incəsənət əsərlərini yaradan rəssam müxtəlif materiallardan istifadə edir. Akvarel — incə, şəffaf boyadır. Bu boya ilə i - Quaşın şəffaflığı yoxdur, qatıdır. İş zamanı boyadan çox, sudan isə az istifadə olunur.
Assam
Assam (assam. অসম, benq. আসাম) — Hindistan respublikasını təşkil edən ştatlardan biri. == Coğrafiyası == Qərbdən Banqladeş dövləti ilə Qərbi Benqal əyaləti, şimaldan Butan dövləti ilə Arunaçal-Pradeş Birliyi, şərqdən Nagaland və Manipur, cənubdan də Meqalaya, Tripura əyalətləri və Mizoram Birliyi ilə əhatə olunmuşdur. Şimalda Himalay dağları, cənubda Şillong yaylası arasında 78.500 km²lik bir sahəni əhatə edən Assam, Brahmaputra və qollarının suladığı geniş bir vadi üzərində qərar tutur; mərkəzi Qevhatidir. Himalayın ətəklərində yer alan dar bir boğazla şimali-qərbdən Hindistan yarımadasına bağlanır. == Tarixi == Qədim çağlarda önəmli bir yerləşmə bölgəsi olan Assam vadisi, müsəlmanların bölgəni fəthindən öncə iki önəmli Hind krallığının hakimiyətində idi. Biri qərb bölgəsindəki Kamta krallığı (Fars dilli qaynaqlarda Kamrup), digəri isə şimal-şərqdəki Ahum krallığı idi. Ayrıca yörədə, öz bölgələrində müstəqil yaşayan və “buyan” deyilən rəislər vardı. XIII və XIV əsrlərdə Əl-Biruni, Cuzcani və İbn Bətutə tərəfindən qələmə alınan İslam qaynaqlarında bölgənin adı Kamrun, Kamru və Kamrud şəkillərində keçir.
Aşram
Aşrama (sanskr. आश्रम, āśrama ) - intensiv ruhani səylər, yaxud bu səylərin həyata keçirildiyi məkan; əsasən, hinduizmdə və buddizmdə sərgərdan kahinlərin dayanacaq, yaxud sığınacaq yeri. Aşrama müxtəlif izahlar verilmişdir: Hinduizmdə iki dəfə doğulanların, yəni üç ali varna üzvlərinin (brahmanların, kşatrilərin və vayşilərin) həyat mərhələləri. İdeal hal da iki dəfə doğulanın həyat yolu dörd mərhələyə bölünməlidir: brahmaçarin, qrihastha, vanaprastha, sannyasin. Hər mərhələnin öz drahması (diniborc) var idi. Bir mərhələdən digərinə keçid müəyyən mərasimlərlə müşayiət olunur, bəzən mərhələlərin ardıcıllığı pozulurdu: məs., brahmaçarin (yaxud qrihastha) mərhələsindən birbaşa sannya sin vəziyyətinə keçidə icazə verilirdi. Dörd aşrama konsepsiyası, insan həyatının ali kamillik dərəcəsi kimi, asket idealını ortodoksal brahman dünyagörüşü ilə bağlamaq, onu ayin vəzifələrinin sərt iyerarxiyası (varna – aşrama – drahma) ilə barışdırmaq cəhdi idi. Müəllimin rəhbərliyi ilə mənəvi-ruhani kamilliyə can atanların sığınacağı – məşhur ruhani xadimlərin öz davamçılarına mənəvi-ruhani inkişaf üçün əlverişli şərait yaratmaq məqsədilə qurduqları dini icma. Aşrama açıq olur; arzu edən hər kəs orada yaşaya bilər. Aşramlar Budda zamanından məlum olsa da (qədim mətnlərdə brahman Bavarinin Cənubi Hindistanda yaratdığı aşramanın adı çəkilir), 20 əsrdə daha geniş yayılmışdı.
RASAT
RASAT — Araşdırma Peyki Türkiyənin və TÜBİTAK UZAY ın BiLSAT peykindən sonra sahib olduğu ikinci uzaqdan müşahidə peykidir. Yüksək keyfiyyətli optik göstərmə sistemi və Türk mühəndisləri tərəfindən hazırlanan yeni modullara malik olan RASAT, Türkiyədə hazırlanmış və istehsal edilən ilk yer müşahidə peykidir.
Rasim
Rasim — kişi adı. Rasim Balayev — Azərbaycan aktyoru, Azərbaycanın xalq artisti, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi (1990–2013) Rasim Ocaqov — Azərbaycan kinorejissoru, kinooperatoru, ssenaristi, Azərbaycanın xalq artisti (1982) Rasim Nəbiyev Rasim Nəbiyev (alim) — Azərbaycan alimi, texnika elmləri doktoru (2007), b.e.i. (2001) Rasim Daşdəmirov — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Rasim Mürsəlov — Samux rayonu İcra hakimiyyətinin başçısı Rasim İbrahimov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Rasim Başak — Azərbaycan-Türk peşəkar basketbolçusu Rasim Mövsümov — "Golden Foot" mükafatının jüri üzvü Rasim Quliyev Rasim Quliyev (mühəndis) Rasim Quliyev (jurnalist) — jurnalist.
Fazil Kassam
Fazil Kassam (5 avqust 1985) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fazil Kassam Kanadanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Pamfil (rəssam)
Pamfil (q.yun. Πάμφιλος; lat. Pamphilus; e.ə. 390 – e. ə. IV əsr, Pella[d], Makedoniya və Frakiya) — Qədim Yunanıstan rəssamı. Pamfil Amfipolisdən idi. O, müəllimi Evpomp ilə birlikdə qədim yunan sənətinin gələcək inkişafına güclü təsir göstərmiş sikion rəssamlıq məktəbinin banisi olmuşdur. Rəvayətə görə, Pamfilin bədii nəzəriyyələri elmi prinsiplərə əsaslanırdı. Pamfilin şagirdləri Melantiya adlanır.
Qrand-Bassam
Qrand-Bassam — Kot-d'İvuarın cənub-şərqində, Abicanın şərqində yeləşən şəhər. Bura 1893-cü ildən 1896-cı ilə, idarənin sarı qızdırmadan sonra Binqervillə köçürüldüyü dövrə qədər Fransanın müstəmləkə paytaxtı idi. Qrand-Bassam Abicanın 1930-cu illərdən bəri böyüməsinə qədər əsas dəniz limanı olaraq qalırdı. Şəhərin böyük bir bölgəsi onilliklər boyu tərk edildiyi üçün qəsəbədə bir kabus şəhər aurası var. 1896-cı ildə Fransa paytaxtı Binqervillə köçürüldü və 1930-cu illərdə faktiki olaraq dayandırılana qədər ticarət tədricən azaldı. 1960-cı ildə müstəqillik əldə edildikdən sonra qalan bütün inzibati idarələr Abican şəhərinə verildi və illərlə Qrand-Bassamda yalnız evsizlər məskunlaşdı. 1970-ci illərin sonlarından başlayaraq şəhər turistik yer və sənətkarlıq mərkəzi kimi canlanmağa başladı. Qəsəbə Ebrie laqunu tərəfindən iki yerə bölünür: Ancien Bassam ("qədim Bassam") və Nouveau Bassam ("yeni Bassam"). Qədim Bassam Qvineya Körfəzi ilə üzbəüz yerləşən köhnə Fransız qəsəbəsidir. Bölgə həmçinin bəziləri bərpa edilmiş daha geniş kolonial binaların yerləşdiyi ərazidir.
Rəssam Ərjəngi
Mir Abbas Təbrizi — rəssam, xalı dizayneri. Atası Mir Seyid İbrahimdə rəssam idi və rəssamlığı Tiflisdə öyrənmişdi. Rəssam Ərjəngi Təbrizdə dünyaya gəlib. Nəsəbi Ağa Mirək Təbriziyə yetişir. O, rəssamlığı Rusiyada öyrənmişdir.
Rəssam Ərəbzadə
Seyid Əbülfəth Zeydi Lətifi (1914, Təbriz) — İran xalı dizayneri. Təbrizdə dünyaya gəlib.Atası Hüseyn Zeydi Lətifidə rəssam və xalı dizayneri idi, Hicazın Zeydi Ərəblərindən olmaqına görə Seyid Ərəb adıyla məşhur idi onlar üç nəsl öncə Təbrizə köçmüşlər.
Əməkdar rəssam
Əməkdar rəssam — SSRİ-də, hal-hazırda isə bir çox keçmiş sovet respublikalarında, o cümlədən Azərbaycan Respublikasında incəsənət sahəsində fərqlənən incəsənət xadimlərinə verilən fəxri ad.
Şahqulu (rəssam)
Şahqulu (Osmanlı türkcəsi:شاه قولی; v. 1556) — Səfəvi imperiyasında fəaliyyət göstərmiş, daha sonradan Osmanlı imperiyasına aparılmış məşhur rəssamlardan biri. O, Osmanlı imperiyasında hakim rəssamlıq cərəyanlarından biri olan saz üslubunun formalaşmasında aparıcı rol oynamışdır. Çin və ya İslam mənbələrindən əldə edilən mifik varlıqların iri ölçülü çiçəklərdən və tüklü yarpaqlardan ibarət ovsunlu meşədə hərəkət etdiyi saz üslubu Ağqoyunlu və Səfəvi saraylarındakı incəsənət sahəsi ilə paralel şəkildə təşkil edilmişdir. Şahqulunun özü də burada Ağa Mirək (Şah Təhmasibin məşhur rəssamı Ağ Mirək deyildir) adlı müəllimdən bu sahə üzrə dərs almışdır. Səfəvi sülaləsindən olan Sam Mirzə Səfəvinin bildirdiyinə görə, Şahqulu Qum şəhərindən gəlmişdir. Şahqulunun adı Osmanlı arxivlərində də vardır. Arxiv sənədlərində onun 1515-ci ilin aprel ayının 12-də Təbrizdən Amasyaya sürgün edilən rəssam və digər incəsənət xadimlərinin içərisində adı keçir. Belə ki, Çaldıran döyüşündən sonra Təbriz ələ keçirilmiş və buradakı Səfəvi sarayına məxsus bir çox incəsənət xadimi İstanbula aparılmışdı. Şahqulunun bilinən imzalı ən köhnə əsəri Səfəvi dönəminə aid Bəhram mirzə Albomunda görülən əjdaha rəsmidir.
Nəcəf Rasim
Nəcəfqulu Cavad oğlu Nəzərli və ya təxəllüsü ilə Nəcəf Rasim (20 mart 1890, Sayadlı, Xızı rayonu – 9 oktyabr 1929) — Azərbaycan rəssamı. Nəcəfqulu Nəzərli 20 mart 1890-cı ildə Xızı rayonunun Sayadlı kəndində anadan olmuşdur. Rəssam 9 oktyabr 1929-cu ildə vəfat etmişdir. Sonralar həyat yoldaşı da vəfat etmiş, yeganə oğlu isə itkin düşmüşdür. İlk təhsilini Bakıdakı "Üsuli cədid" məktəbində almış, kiçik yaşlarından rəssamlığa həvəs göstərmişdir. Rəssamlıq təhsilini Peterburqda almışdır. 1910-cu ilin ortalarında rəssamlığa həvəs göstərmişdir. 1910-cu ilin ortalarından Bakıda cə Xızıda rəsm müəllimi işləmişdir. Bakıda bir sıra binaların fasad və interyerlərinin bəzədilməsində iştirak etmiş, pedaqoji fəaliyyət göstərmişdir("Hökumət evi" binası, "Səadət Sarayı" binası və.s). Onun akvarel və yağlı boya ilə işlənmiş mənzərələri və rəsm əsərləri "R.Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyi"ndə qorunur və nümayiş olunur: "Морской пейзаж" в.акв.
Rasim Abbasov
Rasim Abdullayev
Rasim Abuşev
Rasim Fərzi oğlu Abuşev (15 oktyabr, 1963, Azərbaycan SSR, SSRİ) — Sovet və Azərbaycan futbolçusu. Azərbaycan yığmasının heyətində 40 oyun keçirdmişdir. Bakı yaxınlığında anadan olub və orada böyüyüb. Hərbi xidmət zamanı respublika birinciliyində ordu komandasında oynayırdı. Buna görə böyük futbola artıq yetkin yaşda başladı. Əvvəlcə ikinci liqada çıxış edən Bakının "Gənclik" komandasında oynayırdı, yarım ildən sonra isə "Neftçi"də. Yuxarı liqada ilk oynunu Kiyevdə yerli "Dinamo" komandasına qarşı keçirtdi, oyun heç-heçə bitdi. 1997-ci ilin yazında həmin vaxt Ağdamın "Qarabağ" klubunun oyunçusu Rasim Azərbaycan yığması ilə birgə Kiprdə məşq edirdi. Onlardan başqa orada Dinamo Stavropol komandasının təmsilçiləri var idilər ki, onlar Azərbaycan futbol federasiyası ilə "ağ-mavilər"in düşərgəsinə keçmək barədə məsələni həll etdilər. Stavropol Dinamosunun heyətində uzun müddət ərzində oynadı və tez-tez kapitan sarğısı ilə meydana çıxırdı, sonradan "Jemçujina Budyonnovsk" klubunda çıxış etməyə başladı, xaricdə son klubu Kafkaztransqaz oldu.
Rasim Ağamirov
Rasim Rəşid oğlu Ağamirov (6 iyun 1967, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı və rusiyalı cüdoçu, əməkdar idman ustası, beynəlxalq dərəcəli SSRİ idman ustası, SSRİ sambo idman ustası, ustalar arasında 2 qat dünya çempionu, ustalar arasında 2 qat Avropa çempionu, ustalar arasında 3 qat rusiya çempionu, dəmiryolçular arasında dünya çempionu, IX SSRİ Xalqlar Spartakiadasının qalibi, SSRİ kubokunun qalibi, SSRİ silahlı qüvələrinin 2 qat sambo və cüdo üzrə çempiopnu, Rusiya əməkdar məşqçisi. 1980–1985-ci illərdə Bakıdakı Lokomativ idman klubunda cüdo və sambo üzrə məşqlərdə iştirak etmişdir. Azərbaycan SSR əməkdar idman məşqçisi Tərlan Həsənov və Nadir Qasımovunb tələbəsi olmuşdur. 1985-ci ildə SSRİ silahlı qüvvələrinə yolanmışdır. 1985–1989-cu illərdə Moskavanın MOİK çalışmışdır. 1990-cı ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirmişdir. Наш "Локомотив" вперёд лети Результаты выступлений мастеров дзюдо России в 2010 году Чемпионат России по дзюдо среди ветеранов Заметка на сайте judo.az (az.) Чемпионат мира по дзюдо среди мастеров 2010 Arxivləşdirilib 2010-11-29 at the Wayback Machine EC Veterans 2010 IJF Grand Masters World Championships 2010 Judo klub Rijeka — Europsko prvenstvo za veterane Porec 2010. part 3 - International Judo Federation Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine Чемпионат России по дзюдо среди ветеранов собрал рекордное количество участников Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Российские дзюдоисты в третий раз выиграли чемпионат мира среди ветеранов Arxivləşdirilib 2018-10-31 at the Wayback Machine Золотая феерия на татами: сборная Россия по дзюдо среди ветеранов – первая в Европе! Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Чемпионат России по дзюдо среди ветеранов завершился в Магнитогорске Arxivləşdirilib 2019-02-12 at the Wayback Machine Российские дзюдоисты в четвертый раз выиграли чемпионат мира среди ветеранов Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Итоги ветеранского чемпионата Европы по дзюдо (Польша, май 2012) Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine СБОРНАЯ РОССИИ ПО ДЗЮДО СРЕДИ ВЕТЕРАНОВ СТАЛА СИЛЬНЕЙШЕЙ В ЕВРОПЕ Arxivləşdirilib 2019-06-25 at the Wayback Machine Россияне выиграли чемпионат мира по дзюдо среди ветеранов Arxivləşdirilib 2018-08-21 at the Wayback Machine Результаты Чемпионата России 2011 года Arxivləşdirilib 2019-11-01 at the Wayback Machine Азербайджанец – чемпион Москвы по дзюдо среди инвалидов по слуху – метит на Европу Arxivləşdirilib 2014-04-03 at the Wayback Machine В российском журнале "Мир дзюдо" вышло интервью с нашим земляком, одним из лучших представителей Московского союза ветеранов России Расимом Агамировым. Он завоевал "золото" в личном и командном зачетах на чемпионатах Европы и мира среди мастеров.
Rasim Ağayev
Rasim Ağayev (17 mart 1940) — Azərbaycan jurnalisti və politoloqu. Rasim Ağayev 17 mart 1940-cı ildə anadan olmuşdur. 1970-ci illərdə jurnalist kimi fəaliyyətə başlamış Ağayev müxtəlif illərdə "Mayak" radiosunda, "Trud" qəzetində, "RİA Novosti" agentliyində çalışmışdır. O, Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürəhman Vəzirovun və Azərbaycan Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi vəzifəsində işləmişdir. Ağayev 1994-cü ildə həbs edilmişdir. Ağayev, Rasim; Əlizadə, Zərdüşt. Конец второй республики (rus). Moskva: Граница. 2006. ISBN 5-94691-207-0.
Rasim Babayev
Rasim Babayev Hənifə oğlu (31 dekabr 1927, Bakı – 24 aprel 2007, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının üzvü (1959), Azərbaycan SSR xalq rəssamı (1988), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1991). Rasim Babayev 31 dekabr 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1945–1949-cu illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil almışdır. Daha sonra təhsilini 1949–1956-cı illərdə V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda davam etdirmişdir. Rasim Babayev Azərbaycan rəngkarlığının və qrafikasının inkişafında müstəsna xidmətləri olmuş rəssamdır. Müxtəlif janr və mövzularda, xüsusən boyakarlıq və dəzgah qrafikas ı janrlarında sahəsində yaratdığı rəsm əsərləri ilə tanınmışdır. Sənətkarın dəzgah qrafikasında yaratdığı linoqravür silsilələrinə və dəzgah rəsmlərinə "Sumqayıt", "Daşkəsən", "Abşeron", "Ağaclar", "Neft çənləri" (1958), "Neftin doldurulması" (1958), "Qız" (1958), "Qara şəhər" (1958), "Daşkəsən yollarında" (1961), "Fəhlənin portreti" (1962), "Almaniyada" (1963), "Qobustan" (1964), "Xınalıq" (1964), "Dəvələr" (1966), "Hamamlar" (1969), "Qaçaq Nəbi" (1969), "Köhnə Bakı" (1970), "Narlar" (1970), "Kənd" (1970), "Qədim qəbiristanlıq" (1970), "Rəssam Ə.Rzaquliyev" (1970) və başqa əsərlərini daxildir. Habelə rəssam "Ölüm Düşərgəsi", "Qardaş Xatirəsi", "Dağlar", "Yer" və "Göy", "Mənim bağım" kimi boyakarlıq əsərlərinin və "Qız", "Rəssam S.Bəhlulzadə" portretlərinin müəllifidir. Rasim Babayev 1980-ci illərin sonu 1990-cı illərdə baş vermiş hadisələrlə bağlı tablolaların müəllifidir. O, 20 Yanvar faciəsini əks etdirən "Qanlı general" tablosunu yaratmışdır.
Raşka dairəsi
Raşka dairəsi (serb. Рашки управни округ) — Serbiyanın cənub-qərb hissəsində dairə. Serbiyanın Raşka adlı tarixi ərazisinin şərəfinə adlandırılmışdır. Dairənin əsas şəhəri Kralevo sayılır. Kralevo Vrnyaçka-Banya Raşka Novi Pazar Tutin Dairənin ərazisində 188 208 serb (60,9 %), 105 488 boşnak (34,1 %), 5255 müsəlman (1,7 %), 2435 qaraçı (0,8 %) və başqa xalqlar yaşayırlar (2011).
Raşka dövləti
Raşka dövləti (serb. Рашка / Raška) — orta əsr Serbiya dövləti (böyük jupa) və eyni adlı bölgə. Bizans imperatoru Konstantin Porfirogennetosun məlumatlarına görə, serblərin Balkan yarımadasına köçürülməsindən sonra Raska bölgəsi Sava, Vrbas və İbar çayları arasında yerləşirdi. Daha sonra Raşka toponimi bir qədər cənub-şərqdə yerləşən əraziyə şamil edilməyə başladı. XI əsrə qədər Raşka, coğrafi ərazi olaraq, Serbiya knyazlığının bir hissəsi idi. Serbiya knyazlığının süqutundan və 960-cı ildə Çaslav Klonimiroviçin ölümündən sonra Raşkanın bir hissəsi Bizansın tərkibinə daxil oldu və bir neçə femaya bölündü. XI əsrdə Raşka bölgəsində eyniadlı jupa yarandı, hansınınki hökmdarları həmin əsrin sonunda Bizansa qarşı mübarizəyə başladılar. XII əsr boyu serblər öz müstəqilliklərini qazanmağı bacardılar, XIII əsrin əvvəllərində isə Serbiya 1217-ci ildə krallığa çevrilən güclü dövlətə çevrildi. Nəzəriyyələrdən birinə əsasən, tarixi ərazinin adı romalılar tərəfindən qurulan Ras şəhərindən gəlir. X əsrdə burada Serbiya ilə Bolqarıstan arasında sərhəd yerləşirdi, XII əsrdə isə şəhər bütünlüklə Serbiyanın nəzarətinə keçdi və onun və hökmdarlarının baş şəhəri oldu.