Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Rula
Rula (alm. Ruhla‎) — Almaniyada Türingiya əyalətində bir şəhər. Reynştayq üzərindəki Türing meşəsinin şimal tərəfində 440-530 metr yüksəklikdə yerləşir. Vartburq rayonuna daxildir. Əhalisi 6485 nəfərdir (31 dekabr 2007-ci il tarixinə). 38.51 km² ərazini əhatə edir. Rəsmi kod 16 0 63 066-dır. Şəhər 3 rayona bölünür. XIX və XX əsrlərdə şəhər üçün saat düzəltmə böyük əhəmiyyət daşıyırdı. Hazırda isə əsas rolu turizm oynayır.
Rusa
Zambar (lat. Rusa) — marallar fəsiləsinə aid heyvan cinsi.
Ruta
Sədo (lat. Ruta) - sədokimilər fəsiləsinə aid bitki cinsi.
Ruxa
Ruxa (əsil və tam adı ilə Ruhəngiz Rezabala qızı Əliyeva) — Azərbaycanlı stilist, vizajist və rəssam. Azərbaycan estrada müğənniləri və bir çox başqaları üçün albom üzlükləri, fotosessiya və çıxışlar üçün təsvirlərin müəllifidir. Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbinin (indiki Azərbaycan Dövlət Rəssamlıq Akademiyası nəzdində İncəsənət Kolleci) Rəssamlıq fakultəsinin məzunudur Heydər Əliyev Sarayında rəssam kimi fəaliyyət göstərib. İlk olaraq, Azərbaycanın xalq artistləri Zülfiyyə Xanbabayeva, Aygün Kazımova, Brilliant Dadaşova, Samir Bağırov, Röya Ayxanla, Nisə Qasımova, 54-cü Avroviziya Mahnı Müsabiqəsinin laureatı Aysel Teymurzadə və b. ilə çalışmışdır. Zülfiyyə Xanbabayevanın dördüncü solo albomu "Sənsiz"in fotoqrafı olub. 2003-cü ildə Planet Parni iz Bakunun Fransada çəkilən xüsusi buraxılışının stilisti olub. 2012-ci ildə Bakıda keçirilən Avroviziya (Eurovision) Mahnı Müsabiqəsinin "core time" qrupunda 20-dən artıq müsabiqə[mənbə göstərin] iştirakçılarının stilisti olub. Aygün Kazımovanın 16 iyun 2016-cı ildə təqdim olunan "Orasına-burasına" sinqlının fotosessiyasının stilisti olub. "by Rukha" adlı kosmetika markasını təqdim etmişdir.
Ruza
Ruza — Rusiya Federasiyasında yerləşən şəhər Moskva vilayətinə daxildir.
Suva
Suva (ing. Suva) — Fici dövlətinin paytaxt şəhəridir.
Tuva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Urva
Urva — Azərbaycan Respublikasının Qusar rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır. Urva oyk., sadə. Dağətəyi düzənlikdədir. Urba variantında da qeydə alınmışdır. Kənd bir qrup ləzgi ailəsinin məskunlaşması nəticəsində yaranmış və oradakı Urva pirinin adı ilə adlanmışdır. Tədqiqatçılara görə, oykonim uran dillərindəki ur av sözündən olub, “qala” deməkdir. Lakin bu coğrafi adı Uroba variantında “yüksəklikdə, təpədə olan oba”, “obanın məskunlaşdığı yer, dayanacaq” kimi də izah etmək olar. Türk dillərində ur komponentinin “şiş, çıxıntı”, “dayanacaq” mənalan da vardır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2381 nəfər əhali yaşayır.
Yuva
Yuva — canlılar tərəfindən qurulan və yuxu, yaşayış və bala çıxartmaq üçün nəzərdə tutulan tikili. Canlıların bioloji növündın , yaşayış yerindən və istifadə edilən materialdan asılı olaraq bir-birindən fərqlənə bilər. Yuvalar ağaclarda, çardaq altında və torpaq altında qurula bilər.
RÜUA
Relslər üzərinə uzanmış adam — azərbaycanlı yazıçı Rövşən Abdullaoğlunun ilk dəfə 2017-ci ildə nəşr edilmiş psixoloji romanı. Müəllif bu kitabı yazmaq üçün 2016-cı ildə Bosniya və Herseqovinaya səyahət etmişdir. Ölkənin müxtəlif şəhərlərində, həmçinin, Srebrenitsada olmuş, Srebrenitsa qətliamının qurbanlarının məzarları olan qəbiristanlığı ziyarət etmiş, o hadisənin canlı şahidləri ilə görüşüb danışdıqdan sonra bu əsəri qələmə almışdır. Rövşən Abdullaoğlu eyni zamanda 2016-2018-ci illərin ən çox satılan kitabı olan “Bu Şəhərdə Kimsə Yoxdur” və digər bestseller romanların müəllifidir. Ümumilikdə yazarın bu günə kimi 27 kitabı işıq üzü görmüşdür. Bu əsərinə görə müəllif Rövşən Abdullaoğluna 2022-ci ilin 18-19 noyabr tarixlərində ABŞ-nin Mayami şəhərində keçirilən “Readers’ Favorite” beynəlxalq kitab müsabiqəsinin qızıl medalı təqdim olunub. Əsər 2020-ci ildə “Readers` Favorite” beynəlxalq ədəbi tənqid qurumu tərəfindən keçirilən kitab yarışmasında “bədii ədəbiyyat/mədəniyyət” janrında qızıl medal mükafatçısı olmuşdur. “Readers’ Favorite” ədəbi qurumu tərəfindən 5 kateqoriya (estetik görünüş, süjet, inkişaf, şəkilləndirmə, oxucu tələbatı) üzrə dəyərləndirilmiş və hər birindən maksimal 5 bal toplayaraq “beş ulduz” nişanı ilə təltif olunmuşdur. “IndieReader” ədəbi qurumu tərəfindən 5 baldan 4,9 balla dəyərləndirilərək “IR Approved” nişanı ilə təltif edilmiş və 2020-ci il sentyabr ayının “Ən yaxşı rəy almış kitablar” siyahısına daxil edilmişdir. “Kirkus” ədəbi qurumu “Relslər üzərinə uzanmış adam” romanı haqqında yüksək rəy yazaraq 1 iyul 2020 tarixli 13-cü sayında, xüsusi buraxılışda əsərin resenziyasını dərc etmişdir.
Rua
Ruğa (lat. Rua, ?-434) — Avropa Hun İmperiyasının hökmdarı. Attilanın əmisi. 412-422 illəri arasında Avropa Hun dövləti ilə əlaqədar çox bir məlumata rast gəlinməməkdədir. Hökmdar soyundan gələn Rua 422-ci ildə taxtı ələ keçərərək, ölkəni qardaşları Muncuk, Oktar və Aybars ilə birlikdə idarə etdi. Muncukun erkən ölümü üzərinə Aybars ölkənin şərq qanadının rəhbərliyinə, Oktar isə qərb qanadının rəhbərliyinə gətirildi. Rua, Uldızın təyin etdiyi Hun xarici siyasətini tətbiqə davam etdi. Casusluq fəaliyyətlərini irəli sürərək Bizans üzərinə bir səfər təşkil etdi (422). Bu səfər nəticəsində Bizans ağır bir vergiyə bağlandı. Qərbi Romadakı taxt qarışıqlıqlarından faydalanmaq istəyən Bizans, İtaliyaya hərbi qüvvə göndərdi.
III Rusa
III Rusa Urartu kralı. Ona " Erimena'nın Oğlu" adı verildi , yəni ehtimal ki II Rusanın qardaşı idi. Səltənəti haqqında çox az şey bilinir; adı Armavirdəki böyük bir taxıl anbarı və indi British Museum'da sərgilənən Rusaxinilidə Xaldi məbədindən tapılan bir neçə tunc kalxan üzerinə yazılmışdır.
II Rusa
II Rusa — e.ə.685-ci ildən e.ə.645-ci ilədək hökm sürən Urartu kralı. Kral II Argiştinin oğludur və ondan sonra taxta keçən kraldır. Mixi yazısıyla yazılmış bir kitabədə kralın Zəngiçay üzərində Quarlini şəhərindən İldaruni şəhərinə gedən bir suyolu inşa etdirdiyi yazmaqdadır.
IV Rusa
IV Rusa ( e.ə.55- ci ildə vəfat etmişdir) e.ə. 590-cı ildən 585-ci ilə qədər Urartunun kralı olmuşdur . . Onun adı Karmir Blur yaxınlığında yerləşən bir sıra gil tabletlərdən , o cümlədən öz kral yazılarını daşıyan tabletlərdən xatırlanır . Lakin hakimiyyəti haqqında demək olar ki, heç bir məlumat yoxdur.
I Rusa
I Rusa (bilinmir – e.ə. 714) — Urartu hökmdarı (E.ə. 735 – 713). II Sardurinin oğlu == Həyatı == Özündən əvvəlki Urartu hökmdarı, atası II Sardurinin dövründə artıq Urartu dövləti assurlarla mübarizədə xeyli zəifləmişdi və hətta bir çox vilayətlər Urartunun siyasi təsir dairəsindən çıxmışdı. Bu ərazilər Assuriyanın hakimiyyəti dairəsinə alınmışdı. Eyni zamanda, Urmiyyə gölü hövzəsində Urartu ağalığı ləğv edilmişdi. bu vəziyyətdən istifadə edən Manna öz torpaqlarını qaytarmaq uğrunda mübarizəyə qalxmışdışdı. I Rusa Urartu dövlətininqüdrətini qaytarmaq üçün cəhd göstərdi, lakin güclü Assuriya dövlətinə bata bilmədi. Ancaq şimal istiqamətində Göyçə gölü ətrafına kimi olan ərazini yenidən işğal etdi. Bu ərazinin 23 hökmdarı əsir alındı.
Luici Riva
Luici Riva (it. Luigi Riva; 7 noyabr 1944, Lecuno, Lombardiya – 22 yanvar 2024, Kalyari) - İtaliyalı futbolçu. Mövqeyi hücumçu olub. Karyerasının çox hissəsini Kalyari klubunda keçirib. Luici Kalyarinin komanda tarixində bombardiridir. Onun şərəfində Kalyari klubunda, onun oynaığə 11 nömrəli forma əbədiləşdirilib və heç bir oyunçuya verilmir. 35 qol ilə İtaliya millisi tarixinin ən yaxşı bombardiridir . İFFHS-ə görə 20-ci əsrin ən yaxşı Avropa futbolçuları arasında 42-ci yerdədir. "Dünya Futbolu" jurnalına görə dünyanın ən yaxşı oyunçuları arasında 74-cü, Placara jurnalına görə isə 20-ci əsrin 100 ən yaxşı futbolçusu arasında 33-cü sırada yer alıb. Kalyari şəhərinin fəxri vətəndaşıdır.
Lüsyen Buva
Lüsyen Buva (fr. Lucien Bouvat; 2 iyul 1872 – 1942, Paris) — fransız şərqşünası. == Fəaliyyəti == Beynəlxalq Asiya Cəmiyyətinin üzvü (1889). M.F. Axundzadənin “Aldanmış kəvakib” povestini, “Hacı Qara”, “Müsyö Jordan və Dərviş Məstəli şah” komediyalarını fransız dilinə çevirmiş, “Jurnal Aziatik”də dərc etdirmişdir. 1899-cu ildə bir müddət Parisdə yaşamış, Məhəmməd ağa Şahtaxtlı ilə tanış olmuş, sonralar M. Şahtaxtlı və onun redaktorluğu ilə nəşr edilən “Şərqi-Rus” qəzeti ilə əməkdaşlıq etmişdir. Buvanın “Jurnal Aziatik”də Azərbaycan ədəbiyyatına və mətbuatına dair bir sıra məqalələri dərc olunmuşdur (“Azəri türklərində bir siyasi-ictimai qəzet” və s.). 1922-ci ildə Parisdə çap edilmiş Y.V. Çəmənzəminlinin “Azərbaycan ədəbiyyatına bir nəzər” əsərini də fransız dilinə tərcümə etmişdir. == Əsərləri == === Tərcümələri === Mirza Feth-Ali Achonzade: Monsieur Jourdan, le botaniste parisien, dans le Karabâgh, et le derviche Mèst Alî Châh, célèbre magicien. Comédie en 4 actes. Éditions Leroux, Paris 1906.
Mikania rufa
Mikania rufa (lat. Mikania rufa) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
REVA patrulu
REVA patrulu (Patrouille REVA) Fransada mərkəzləşən mülki aerobatika komandasıdır. Uçuşlar üçün Rutan LongEZ və Rutan VariEZ təyyarələri istifadə olunurdu. Komanda 1992-ci ildə qurulmuşdur. 30 illik fəaliyyətdən sonra komanda fəaliyyətinə son qoyduğunu və təyyarələrin satışa çıxarıldığını açıqladı.
Rava adası
Rava adası (xorv. Rava)- Adriatik dənizinin Xorvatiya ərazisində yerləşən adadır. Xorvatiyanın Zadar şəhərinin tərkib hissəsidir. Adanın sahəsi- 3,63 km², sahil xəttinin uzunluğu isə 15995 kilometrdir. Ada Zadarskom arxipelaqına daxildir. Ada İj və Duqi-Otok adalarının arasında yerləşmişdir. Sahillərini İj və Ravs boğazları yuyur. Adanın sahil xətti girintili-çıxıntılıdır. Adada 15 körfəz yerləşmişdir: Тanko Valişina İvanoşeviça Pavaysko Pestexovaç Drajiçe Qolubovaç Martiniça Qrbavaç Qrbaçina Marniça (Mariniça) Paladiniça (Paladniça) Biçabok Lokvina Za Qrbiçu. Adada isti quru yay və yumşaq yağışlı qış, Aralıq iqlimi üstünlük təşkil edir.
Ruka Norimatsu
Ruka Norimatsu (d. 30 yanvar 1996) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Rusa alfredi
Rusa alfredi (lat. Rusa alfredi) — zambar cinsinə aid heyvan növü.
Rusa mariannus
Rusa mariannus (lat. Rusa mariannus) — zambar cinsinə aid heyvan növü.
Rusa timorensis
Rusa timorensis (lat. Rusa timorensis) – zambar cinsinə aid heyvan növü.
Rusa unicolor
Hindistan zambarı (lat. Rusa unicolor) — zambar cinsinə aid heyvan növü.
РИА Новости
RİA Novosti — Rusiyanın dövlət informasiya agentliyi. 2013-cü ildə ləğv olunaraq onun bazasında “Rossiya Seqodnya” (Rusiya bu gün) beynəlxalq informasiya agentliyi yaradılır. İnformasiya agentliyinin əsas fəaliyyət istiqamətinin Rusiya Federasiyasının dövlət siyasətini və ictimai həyatını xaricdə işıqlandırmaqdır. Dünyanın ən böyük media holdinqlərindən biri sayılır, mərkəzi qərargahı Moskva şəhərində yerləşir.