Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Samoa
Samoa — dövlət. Qərbi Samoa 1962 ilin yanvarın 1-də müstəqilliyi qazandı. 1889-cu ildə ABŞ, İngiltərə, və Almaniya Samoanin bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalara bu üç dövlətin prorektoratina verilir. Samoa 11 dairəyə bölünür. 2009-cu ildə ölkədə 104 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.
Samos
Samos (yun. Σάμος) — Yunanıstanda, Egey dənizində, Şərqi Sporadlar arxipelaqında ada. Bəzən ada qonşu İkariya adası ilə birlikdə Cənubi Sporadlar arxipelaqının bir hissəsi kimi təsnif edilir. Dünyanın möcüzələrinin sadalandığı Herodotun əsərlərində adanın adı çəkilir.
Samoa (arxipelaq)
Samoa — Polineziyada arxipelaq. Sahəsi — 3030 km², əhalisi — 250 min nəfər.
Samoa himni
Azadlıq bayrağı — Samoanın dövlət himnidir.Həm sözləri (ki ölkənin bayrağın şərəfləndirir) və həm musiqisi Sauni İiqa Kuresa tərəfindən tərtib olunmuşdur.Samoa,1962-ci ildə öz müstəqilliyini Yeni Zelandiyadan əldə etdikdən sonra Azadlıq bayrağın öz dövlət himni kimi təsdiq etmişdir. Samoa, tula'i ma sisi ia lau fu'a, lou pale lea! Samoa, tula'i ma sisi ia lau fu'a, lou pale lea! Vaai 'i na fetu o lo'ua agiagia ai: Le faailoga lea o Iesu, na maliu ai mo Samoa. Oi, Samoa e, uu mau lau pule ia faavavau. 'Aua e te fefe; o le Atua lo ta fa'avae, o lota sa'olotoga. Samoa, tula'i: 'ua agiagia lau fu'a, lou pale lea! Samoa, arise and raise your flag, your crown! Samoa, arise and raise your flag, your crown! Look at those stars that are waving on it: This is the symbol of Jesus, who died on it for Samoa.
Samoa talası
Samoa talası — Samoanın pul vahidi.
Samos müharibəsi
Samos müharibəsi (E.ə. 440 - E.ə. 439) — Afina ilə Samos arasında asılılığın qəbul edilməsi uğrunda başlanan hərbi münaqişə. Kiçik Asiya sahillərində inşa edilmiş Milet şəhəri və Samos adası bir-birilərilə üzbəüz yerləşirdilər. Samosun torpağı çox məhsuldar olmadığına görə onun əhalisi çox öncədən materikin yaxın sahilində Miletin yaxınlığında olan Priena şəhərinin ətrafında məskunlaşırdılar. Milet Priena şəhəri üzərində öz haqqlarını irəli sürürdü, bu səbəbdən də bu iki polis arasında bir neçə nəsildən bəri davam edən münaqişə mövcud idi. Yunan-İran müharibələri dövründə Samos və Miletin ikisi də Delos İttifaqına daxil oldu. E.ə. 450-ci ildə Miletdə çevriliş baş verdi, oliqarxik rəhbərlik devrildi, iki tanınmış aristokratik nəslin üzvləri ölüm təhlükəsi altında şəhərdən qovuldu, onların hər birinin başları üçün 100 stater mükafat təyin edildi. Daim demokratları müdafiə edən Afina bu çevrilişə müsbət yanaşdı və yeni hökumətlə müqavilə bağladı.
Şamoy Çobanov
Şamoy Çobanov (19 yanvar 1965, Ağköynək, Qazax rayonu – 19 avqust 1990, Yuxarı Əskipara, Qazax rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi. Şamoy Çobanov 19 yanvar 1965-ci ildə Qazax rayonunun Ağköynək kəndində anadan olmuşdur. 1982-ci ildə 1 saylı Qazax şəhər ortaməktəbini bitirdikdən sonra, avtonəqliyyat müəssisəsində əmək fəaliyyətinə başlamışdır. Ş. Çobanov 1983-cü ildə Sovet Ordusu sıralarına çağırılır. 1985-ci ildə ordudan tərxis olunaraq, Qazax rayonuna qayıdır. 1989-cu ildə Qazax Rayon Polis Şöbəsində işə qəbul olunur. Ermənilərin Xeyrimli, Yuxarı Əskipara, Bağanis Ayrım kəndlərinə hücuma keçdiyi zaman Ş. Çobanov da xüsusi qəhrəmanlıq nümayiş etdirmişdir. Cəsur polis işçisi tez-tez döyüş bölgələrinə gedir, erməni yaraqlıları ilə üzbəüz gəlirdi. 1990-cı il 19 avqustda Yuxarı Əskipara kəndində gedən döyüşdə Şamoy xüsusi qəhrəmanlıq nümayiş etdirərək, ermənilərə qarşı döyüşür. "Qanlı dərə" deyilən yerdə erməni silahlı qüvvələrinə qarşı rəşadət nümayiş etdirir.
Şərqi Samoa
Amerikan Samoası (samoa Amerika Sāmoa, həmçinin Amelika Sāmoa və ya Sāmoa Amelika) — Sakit okeanın cənubunda yerləşən ada ölkəsidir. Paytaxtı Paqo Paqo şəhəridir. Ən böyük və inkişaf etmiş adası isə Tutuila adasıdır. Avropalılar buranı kəşf etməzdən əvvəl Manua Adaları yerli tayfalar tərəfindən idarə edilirdi. 1722-ci ildə hollandiyalı dənizçi Yakob Roqqeveen Manua Adalarını kəşf edir. 1768 və 1787-ci illərdə bu adalara səyahət etmiş fransalı səyyahlardan 11-i öldürüldü. Sonralar bu adalar qaçaq dənizçilər və məhkumlar üçün sığınacaq olur. London Missioner Cəmiyyətinin missionerləri 1830-cu ildə bu adalara gəldilər. Missionerlərin təsiri artdıqca Tatuila ve Manua adalarına gələn xristian missionerlərin sayı da artır. 1889-cu ildə ABŞ, İngiltərə və Almaniya Samoanın bitərəf zona olması barədə birgə müqavilə imzalayır və adalar bu üç dövlətin protektoratına verilir.
Hereyon (Samos)
Hereyon və ya Herey ( q.yun. Ήραῖον, yun. Ηραίο ) — Samos adasının cənub sahilində Hera məbədi. Pitaqoriondan 5 kilometr cənub-qərbdə yerləşir. Pifaqoreya ilə birlikdə 1992-ci ildə YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Pavsaniyə görə, Yunanıstanın ən qədim ağacı olan müqəddəs viteks Hereyonda bitib. Yerli əfsanəyə görə, Hera İmbras çayının sahilində bu ağacın altında doğulub. Rəvayətə görə, Hera məbədi arqonavtlar tərəfindən qurulmuşdur. Onun heykəlini Arqosdan gətirdilər. Heranın taxta heykəli heykəltəraş Smilidin (e.ə.
Samos (şəhər)
Samos (yun. Σάμος) — Yunanıstanda Samos adasının şimal-şərqində qəsəbə. Anatoliki-Samos icmasının inzibati mərkəzi və Şimali Egey periferiyasında Samosun periferik vahidi. Vathi körfəzinin şərq sahilində dəniz səviyyəsindən 20 m hündürlükdə yerləşir. Adanın əsas limanı Pirey ilə bərə ilə bağlıdır. 2011-ci il siyahıyaalınmasına görə, əhalisi 6,191 nəfərdir. Qonşu Vati şəhəri ilə birlikdə şəhər aqlomerasiyasını təşkil edir.
Vati (Samos)
Vati (yun. Βαθύ) — Yunanıstanın Samos adasında qəsəbə. Samosun mərkəzindən bir kilometr məsafədə yerləşir. Şimali Egey adaları periferiyasında, Samosu periferik vahidində Anatoliki-Samos icmasının (dim) bir hissəsidir. 2011-ci il siyahıyaalınmasına əsasən əhalinin sayı 1,888 idi. Vathi Arxeologiya Muzeyinin yerləşir.
Same Heart
Same Heart (azərb. Tək Qəlb‎) — İsrailin 2014 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Samo dövləti
Samo dövləti — əsası Samo tərəfindən qoyulmuş slavyanların erkən feodal dövlət təsisatı. Qərb slavyanları əsasən Baltik dənizindən Dunay çayına, Elbadan Visla çayına qədərki torpaqlarda yaşayırdılar. VI–VIII əsrlərdə qərb Slavyanlarında artıq ibtidai icma cəmiyyəti dağılmağda idi. Xüsusi mülkiyyətin və siniflərin meydana gəlməsi prosesi dərinləşdikcə erkən feodal dövlətlərinin yaranması da sürətlənirdi. Qərb Slavyanlarının ilk siyasi birliyi VII əsrin I yarısında meydana gəlmiş Samo dövləti idi. Samo dövləti slavyanların türkdili avarlara, habelə franklara qarşı inadlı mübarizısi nəticəsində yaranmışdı. VI əsrin II yarısında Dunay sahillərində — Pannoniyada möhkəmlənən avarlar müxtəlif mənşəli tayfaları o cümlədən bəzi slavyan tayfalarının əsarət altına salmışdılar. Çox keçmədən təqribən 623-cü ildə Çexiya, Moraviya və Slovekiyada yaşayan slavyan tayfaları türkdilli avarların dözülməz zülmünə qarşı üsyan qaldırdılar. Bu üsyana Samo başçılıq edirdi. Samo frank taciri idi.
Şamo (roman)
"Şamo" — xalq yazıçı Süleyman Rəhimovun romanı. Ədəbi fəaliyyətə 1930-cu ildən başlayan Süleyman Rəhimovun ilk əsəri "Şamo"dur. O "Şamo" ki, bütün ömrü boyu onun üzərində işləyib. Doğrudur, arada yeni əsərlər də yazıb: "Aynalı", "Qardaş qəbri", "Su pərisi", "Uğundu" və sairə. Lakin ədibin özü üçün də ən əziz əsər "Şamo" olub. Düz əlli ilə yaxın onun üzərində işləməkdən doymayıb. Maraqlıdır ki, elə ilk çap əsəri də "Şamo"dur. Böyük ədib tənqidi məqalələrinin birində yazırdı: "Yazıçılıq - istedad, zəhmət, bir də cəsarətdir. Bu cür olmasa, yazıçı olmaz. Yazıçılıq əsl qəhrəmanlıqdır.
Şamo Abbasov
Şamo Abbasov (1 avqust 1955, Bakı – 7 may 2014) — Azərbaycan rəssamı. Şamo Abbasov 1955-ci ildə Bakı şəhərində anadan olub. 1970-1974-cü illərdə Ə.Əzimzadə adına dövlət incəsənət məktəbində, 1978-1984- cü illərdə Leninqradda Vera Muxina adına incəsənət məktəbində təhsil alıb. 1986-cı ildən Azərbaycan Rəssamlar İttifaqının, 1986-cı ildən SSRİ Rəssamlar İttifaqının üzvüdür. 1989-cu ildə Azərbaycan Rəssamlar İttifaqının 1-ci dərəcəli diplomu, 1996-cı ildə Azərbaycan Mədəniyyət Nazirliyinin ikinci hədiyyəsi ilə təltif olunub. Şamo Abbasovun işləri Azərbaycan, Bakı Milli İncəsənət Muzeyində saxlanılır; Azərbaycan Milli Rəsm Qalereyasında (Bakı); RF Mədəniyyət Nazirliyində; Beynəlxalq rəssamlar konfederasiyası (Moskva, Rusiya); Ştiqlis adına tətbiqi incəsənət muzeyində (Sankt-Peterburq, Rusiya); Beynəlxalq keramika muzeyində (Bexin, Çexiya); Azərbaycanın ABŞ-dakı səfirliyində və xarici şəxsi kolleksiyalardadır. Şamo Abbasov 7 may 2014-cü ildə Bakıda vəfat etmişdir. 2014-cü il, martın 4-də Vyanada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın tanınmış rəssamı Şamo Abbasovun əsərlərinin sərgisi açılmışdır. Tədbirdə Vyanada akkreditə olmuş diplomatik korpusun nümayəndələri, avstriyalı incəsənət həvəskarları və soydaşlarımız iştirak etmişlər. Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova Şamo Abbasovun yaradıcılığı haqqında məlumat vermişdir.
Şamo Arif
Şamo Arif (tam adı: Rəhimov Şamo Arif Süleyman oğlu; 9 iyul 1936, Əyin, Qubadlı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan yazıçısı, publisist, geoloq. Yazıçı Süleyman Rəhimovun oğlu. Arif Rəhimov 1936-cı il iyulun 9-da Qubadlı rayonunun Əyin kəndində anadan olub. Mənşəcə kürddür. 1965-ci ilin iyulunda 34 yaşında ikən qəflətən vəfat edən qardaşı Şamonun vaxtsız vəfatından bir müddət sonra atası və anasının razılığı ilə qardaşının adını yaşatmaqdan ötrü adının qarşısına Şamo adını qəbul edib, Şamo Arif olub. O, həm də geologiya və minerologiya üzrə tanınmış alimdir. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstutunda çalışmışdır. Onun 1961-ci ildə R.Rəhimovla birgə çap etdirdiyi "Xəzər və neft" kitabı bu gün gədər öz aktuallığını saxlayır. Ədəbi fəaliyyətə 1960-cı illərdən başlayıb. İlk olaraq "Qoşa çinar" hekayəsi çapdan çıxıb.
Şamo Eyvazov
Şamo Kərimov
Şamo Məhərrəmov
Şamo Rəhimov
Şamo Rəhimov (tam adı: Şamo Süleyman oğlu Rəhimov; d. 2 aprel 1931, Bakı, Azərbaycan SSR, SSRİ – ö. iyul 1965, Azərbaycan SSR, SSRİ) — dünya şöhrətli azərbaycanlı seysmoloq; xalq yazıçısı Süleyman Rəhimovun oğlu. Şamo Rəhimov 2 aprel 1931-ci ildə Bakıda anadan olub. Mənşəcə kürddür. Həmin vaxt atasının "Şamo" romanının ilk variantı dərc olunmuşdur. Elə ona görə də atası Süleyman Rəhimov dünyaya gələn oğluna Şamo adını verir. Ailədə altı uşaq olublar: dörd qardaş - Oqtay, Şamo, Arif, Aqil və iki bacı - Şəfiqə, Rəfiqə. 1948-ci ildə orta məktəbi qızıl medalla, 1953-cü ildə Lomonosov adına Moskva Dövlət Universitetinin Fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. Həmin ildə SSRİ Elmlər Akademiyası Yer Fizikası İnstitutunun seysmologiya ixtisası üzrə aspiranturasına daxil olmuşdur.
Ərəbe Şamo
Ərəb Şamoyeviç Şamilov (rus. Араб Шамоевич Шамилов, kürd. Ә'рәб Шамилов), ədəbi təxəllüsü ilə Ərəbe Şamo (kürd. Erebê Şemo; 1897[…], Susuz ilçəsi, Qars vilayəti, Rusiya imperiyası – 1978[…], İrəvan) — kürd əsilli SSRİ yazıçısı. Ərəb Şamoyeviç Şamilov 1897-ci ildə Rusiya imperiyasında, Qars vilayətinin Susuz kəndində anadan olmuşdur (indiki Türkiyə). O, Rusiyada vətəndaş müharibəsində iştirak etmişdir. Şamilov 1920-1921-ci illərdə Quba şəhərində "ÇK" məxfi əməliyyatlar şöbəsinə rəhbərlik etmişdir. O, 1920-ci illərdə "Zarya Vostoka", "Riya Təzə" və "Sovet Kürdüstanı" qəzetlərində jurnalist işləmişdir. Şamilov 1920-ci illərin sonlarında İshaq Maroqulovla birlikdə kürd dili üçün latın qrafikalı əlifbanı işləyib hazırlamışdır. O, 1937-ci ilin yanvarında Stalin repressiyaları zamanı həbs edilmişdir.
Bolşoe gölü (Tatarıstan)
Bolşoe gölü —Tatarıstanın Kaybiski rayonu ərazisində yerləşən göl. == Coğrafiya == Bolşoe gölü karst məşhəllidir. Tatarıstanın Kaybiski rayonunda, Karqala kəndindən şimalda yerləşir. Su tutarı dairəvi formaya malikdir. Uzunluğu 170 metr, maksimal eni isə 150 metrdir. Su səthinin sahəsi 1,8 ha-dır. Orta dərinliyi 4 metr, maksimal dərinlik isə 7 metr təşkil edir. == Hidrologiya == Su tutarının həcmi 60 min m³dir. Yeraltı sularla qıdalanır. Səviyyəsi dəyişməzdir.
Samo (Nina Kralyiç albomu)
Samo (azərb. Yalnız‎) — Xorvatiya müğənnisi və bəstəkarı Nina Kralyiçin debüt studiya albomu. 30 sentyabr 2016-cı il tarixində "Universal Music Austria" vasitəsilə Xorvatiyada işıq üzü görmüşdür. Alboma, ifaçının sayca 61-ci Avroviziya Mahnı Müsabiqəsində ölkəsini uğurla təmsil etdiyi "Lighthouse" mahnısı da daxildir. Albom ifaçının özünəməxsus musiqi istedadını özündə əks etdirir. 2015-ci ildə buraxılması planlaşdırılsada, Avroviziya Mahnı Müsabiqəsi layihəsi səbəbilə təxirə salınmışdır. "Samo"da yer alan "Lullaby" və "Lay you down" mahnıları ilə ifaçı özünü eyni zamanda söz yazarı və bəstəkar kimi də təqdim etmişdir. "Što to nema" mahnısında xorvatiyalı məşhur pianoçu Matiya Dediç çıxış etmişdir. Alboma daxil edilmiş "Negdje" mahnısı ifaçının ivrit dilində səsləndirdiyi "Ata ey foshehu sham" mahnısının xorvat dilində olan versiyasıdır. Aşağıdakı cədvəldə, Nina Kralyiçin "Samo" musiqi albomuna daxil olan musiqi əsərlərinin ətraflı siyahısı göstərilmişdir.
Şamo Rəhimov (kiçik çavuş)
Şamo Heydər oğlu Rəhimov (8 sentyabr 1982; Füzuli rayonu, Azərbaycan SSR — 1 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin kiçik çavuşu, İkinci Qarabağ müharibəsi şəhidi. Şamo Rəhimov 1982-ci il sentyabrın 8-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Azərbaycan Ordusunun kçiki çavuşu olan Şamo Rəhimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şamo Rəhimov oktyabrın 1-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Rəhimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Rəhimov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şamo Rəhimov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
We Could Be The Same
We Could Be The Same (Azərbaycanca: Eyni ola bilərdik) — Avroviziya 2010-da Türkiyəni təmsil edən mahnı. Mahnını "maNga" qrupu ifa etdi. Mahnının musiqisi "maNga" ya, sözləri isə "maNga", Evren Özdəmir və Fiona Movery Akıncına aiddir.
Börsen
Börsen (dan. Børsen) — Kopenhagenin mərkəzində, Slotsholmen adasında, kral IV Xristianın əmri ilə 1619–1640-cı illərdə tikilmiş Kopenhagen birjasının binasıdır. Memarlar – Stenvinkel qardaşları binanı flamand intibahı üslubunda, dörd əjdahanın bükülmüş quyruqları şəklindəki 56 metrlik şpillə tamamladılar. Binanın birinci mərtəbəsi malların saxlanması üçün qırx kiçik bölməyə ayrılır, ikinci mərtəbəsində isə ticarət əməliyyatlarının aparılması üçün geniş zal yerləşir. 1745-ci ildə bina Nikolay Eytved tərəfindən təmir edildi, birjanın qədim interyerləri isə 1855-ci ildə dəyişdirildi. Kopenhagen birjası 1625-ci ildən 1974-cü ilə qədər Börsen binasında yerləşirdi. 1918-ci ildə bina anarxist işsizlərin hücumuna məruz qaldı. 16 aprel 2024-cü ildə yenidənqurma işləri zamanı bina yanğın nəticəsində dağılmış, 56 metrlik şpil çökmüşdür. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Börsen ilə əlaqəli mediafayllar var.
GAMOH
GAMOH və ya Güney Azərbaycan Milli Oyanış Hərəkatı — İran azərbaycanlıları tərəfindən formalaşdırılmış millətçi təşkilat. hərəkatın əsas məqsədi İran azərbaycanlıları üçün öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsi və "Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların birləşməsidir". Çöhrəqanlı 2020-ci ildə verdiyi müsahibədə hərəkatın 1995-ci ildə yaradıldığını bildirmişdir. == Yaradılması == Hərəkatın əsasını qoyan şəxs Mahmudəli Çöhrəqanlıdır. O, əvvəllər Təbriz Universitetində professor olaraq fəaliyyət göstərmiş və Təbriz meri vəzifəsinə olan seçkilərdə əsas namizədlərdən biri olmuşdur. Özü siyasətə 1995-1996-cı İran Milli Məclisinə keçirilən seçkilərə qatılması ilə başladığını bildirmişdir. O, seçkilərdə məqsədinin həm İran azərbaycanlılarının, həm də bütün İran türklərinin səsi olmaq olduğunu bildirmişdir. Milli Məclisə keçirilən seçkilərdə Təbrizdən namizəd olan Dr. Məhəmməd Çöhrəqanlı açıqladığı platformasında açıq bir şəkildə Azərbaycan türkcəsinin gücləndirilməsinə çağırış edirdi. Onun platformasında sadalanan məqsədlər arasına daxil idi:İslam milli mədəniyyətinin dirçəlişi, xüsusən də ədəbiyyatın, adət-ənənələrin və ana dilinin (Azərbaycan Türkcəsi) möhkəmləndirilməsi və dirçəldilməsi istiqamətində daimi fəaliyyət.Çöhrəqanlı sonradan 600 min səs almasına baxmayaraq, hüquqlarının tapdandığını və parlament yerinə, həbsə göndərildiyini bildirmişdi.
Kamon
Kamon (yap. 家紋, "evin işarəsi"), həmçinin mon (yap. 紋 "işarə"), monsö(yap. 紋章 "nəsil təsviri"), mondokoro — Yaponiyada ailənin və yaxud şəxsin identifikasiyasını bildirmək üçün istifadə olunan emblemdir. Yaponiyada "mon" termini ilə ümumi olaraq emblemləri adlandırırlar. Lakin kamon və mondokoro termini ilə konkret olaraq ailənin identifikasiyasını bildirirlər. Belə ki yaponlarda ailə gerbi samurayların inkişaf etdiyi dövrdə hərbi evlərin və yaxud ümumi maraqlara görə yaradılan samuray birliklərinin fərqləndirici işarəsi idi. Kamon samurayların geyimində, silahlarında, zirehində, bayrağında, məişət əşyalarında (məsələn, qablar, qılınc altlıqlarında) və digər əşyalarda təsvir olunurdu. == Tarixi == Yaponiyada olan çoxlu nəsil gerbləri qədim mənşəyə malikdir. Hesab olunur ki, ilk "mon"lar Nara dövrü (710–794) və Heyan (794–1185) dövrlərində zadəganların saray kostyumunun bir hissəsi kimi yaradılmışdır.
Kamos