Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səttar
Səttar — Azərbaycanlı kişi adı. Səttar (xanəndə) — xanəndə. Səttar (müğənni) — azərbaycanlı olan İran pop müğənnisi. Səttar Bəhlulzadə — rəssam.
Səttər Piriyev
Sətər
Sətər — İranın Kirmanşah ostanının Sonqur şəhristanının Kolyai bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,284 nəfər və 354 ailədən ibarət idi.
Matthaus Seutter
Georq Matthaus Seutter (1678-1757)—Almaniya coğrafiyaşünası. == Həyatı == Məşhur alman coğrafiyaşünası Georg Matthäus Seutter (1647-1756) öz xəritəsində bütün cənubi Qafqazı Azərbaycan və Şirvanın tərkibində göstərmişdir. Bu xəritədə Ermənistan ümumiyyətlə yoxdur, onun ərazisi Azərbaycanın tərkibində göstərilir.
Mirzə Səttar
Mirzə Səttar (1844, Ərdəbil – bilinmir, Bakı, Kaspi vilayəti) — kamança ifaçısı. Eyni zamanda, tar, saz, qarmon alətlərində çalmış, muğamları oxumuş, muğam bilicisi olmuşdur. 1879-cu ildən Bakıda fəaliyyət göstərmiş, Məşədi Məlik Mansurovla dostluq əlaqələri saxlamış, musiqi məclislərində yaxından iştirak etmişdir. Bakıda bir çox sənət adamlarına təsir etmişdir. Məşədi Məlik Mansurov, şair Ağakərim Salik, tarzən Mirzə Fərəc Mirzə Səttardan muğamları dərinliklərinə kimi öyrənmişdir. Mirzə Səttar Məşədi Məlikə kamança, tar, qoltuq sazı, qaval və yeddi dilli balaca qarmonda ifa etməyi öyrətmiş, 12 ilə yaxın onun evində yaşamışdır. Mirzə Səttar Bakıya kamançanı gətirəm ilk şəxs olmuşdur.
Qetter Yaani
Qetter Yaani (est. Getter Jaani; d. 3 fevral 1993, Tallin) — Estoniya pop-müğənnisi. 2011 Avroviziya Mahnı Müsabiqəsində Estoniyanı "Rockfeller Street" (azərb. Rokfeller küçəsi‎) mahnısı ilə təmsil etmiş, finala çıxmış, 24-cü yeri tutmuşdur. 1993-cü ilin 3 fevralında Tallində anadan olmuş və böyümüşdür. 2015-ci ildə gecə məktəbindən məzun olaraq diplomunu almışdır. İlk dəfə "Eesti otsib superstaari" (azərb. Estoniya super ulduz axtarışındadır‎) müsabiqəsinin 3-cü mövsümündə tanınmış və 4-cü yeri tutmuşdur. 2011-ci ildə 2011 Avroviziya Mahnı Müsabiqəsində iştirak etmişdir və "Rockfeller Street" mahnısı ilə finalda 24-cü yeri tutmuşdur.
Setzer süleysünü
Setzer süleysünü və ya İran Sıçanabənzər süleysini(lat. Myomimus setzeri) — Gəmiricilər dəstəsinə, Sıçanabənzər süleysinlər cinsinə aid heyvan növü. Yayılma arealı: İran, Türkiyə, Azərbaycan. Baillie, J. 1996. Myomimus setzeri . 2006 IUCN Red List of Threatened Species.
Səftər Cəfərov
Səftər Məmməd oğlu Cəfərov (sentyabr 1900, Pirşağı, Bakı qəzası – 16 noyabr 1961, Bakı) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin sədri (1959–1961). Səftər Cəfərov 1900-cü ildə Bakı qəzasının Pirşağı kəndində kəndli ailəsində anadan olmuşdur. 15 yaşından işləməyə başlamış, xüsusi sahibkarların yanında fəhləlik etmişdir. Həmin illərdə fəhlə hərəkatına qoşulmuşdur. 1920-ci ilin aprelində Azərbaycanda Sovet hakimiyyəti qurulduqda Səftər Cəfərov Qızıl Orduya daxil olmuş, həmin ilin oktyabrında isə Sov. İKP üzvlüyünə qəbul edilmişdir. O, Qızıl Orduda 1932-ci ilədək xidmət etmiş, sıravi əsgər rütbəsindən siyasi işçi vəzifəsinədək yüksəlmişdir. Batalyon və polk hərbi komissarı, diviziya qərargahı rəisinin siyasi hissə üzrə köməkçisi, sonra isə Styopin adına Azərbaycan ikinci Qafqaz atıcı diviziyasının və Xəzər hərbi donanmasının hərbi prokuroru olmuşdur. 1932-ci ildən 1935-ci ilədək Azərbaycan SSR-in prokuroru, 1933-cü ildən eyni zamanda Azərbaycan SSR xalq ədliyyə komissarı vəzifəsində işləmişdir. Sonralar Naxçıvan MSSR Mərkəzi İcraiyyə Komitəsinin sədri, Moskvada SSRİ Xalq Komissarları Soveti yanında Azərbaycan SSR-in daimi nümayəndəsi olmuş, 1940-cı ilin oktyabrında isə Azərbaycan SSR xalq torpaq komissarı vəzifəsinə təyin edilmişdir.
Səftər Məmmədov
Səftər Quliyev
Quliyev Səftər Mehdi oğlu - texnika elmləri doktoru (1948), professor, Əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü (1959). Səftər Quliyev 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. Ali təhsilini 1930-cu ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Neft və qaz quyularının qazılması ixtisası üzrə bitirmişdir. 1939-cu ildə "Qazıma boruları dəstəsinin tarazlığının dayanıqlı formaları barədə" mövzusunda namizədlik dissertasiyasını müdafiə edə­rək texnika üzrə fəlsəfə doktoru, 1948-ci ildə isə "Neft quyuları üçün çınqıllı filtrlər" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək texnika üzrə elmlər doktoru elmi də­rəcələrini almışdır. Səftər Quliyev 1955-ci ildə Azərbaycan EA müxbir üzvü, 1959-cu ildə isə həqiqi üzvü seçilmişdir. Əmək fəaliyyətinə 1928-ci ildə başlayan Səftər Quliyev 1928-1942-ci illərdə "Azərneft" İB-nin qazma müəssisələrində texnik vəzifəsində çalışmış, baş mühəndisə qədər müxtəlif vəzifələri icra etmişdir. 1932-1960-cı illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində Neft və qaz quyularının qazılması kafedrasında assistent, dosent, professor kimi fəaliyyət göstərmiş, habelə ilk azərbaycanlı kafedra rəhbəri işləmişdir. 1945-ci ildə Quliyev S.M. Azərbaycan EA-nın yenidən yaradılmış Neft İnstitutunda elmi işlər üzrə direktor müavini təyin edilmişdi. 1960-1971-ci illərdə AEA-nın Dərin Neft Qaz Yataqları Problemləri İnstitutunun direktoru ol­muş­dur. Səftər Quliyev uzun müddət keçmiş İttifaqın Ali Attestasiya Komissiyasının Dağ Ekspert Komissiyasının üz­vü, neft və qaz səna­yesinin Azərbaycan Elmi-Texniki Cəmiyyətinin fəxri üzvü olmuşdur.
Səftər Turabov
Səftər Turabov (15.03.1910 Bakı — 26.11.1989 Bakı) — Azərbaycan rejissoru, əməkdar incəsənət xadimi. 16 yaşında Milli Dram Teatrında səhnə fəhləsi kimi əmək fəaliyyətinə başlayıb. 1934-cü ildə Bakı Teatr Məktəbini bitirib. Səftər Turabov Milli Dram Teatrında Nəcəf bəy Vəzirovun "Müsibəti Fəxrəddin", Zeynal Xəlilin, "İntiqam", Mir Cəlalın "Mirzə Xəyal", Tur qardaşlarının "Bir evin sirri", Əbdürrəhim bəy Haqverdiyevin "Köhnə dudman" və digər əsərlərə quruluş vermişdir. Səftər Turabov 1954-cü ildə Azərbaycan Musiqili Komediya Teatrında, 1956-cı ildən Dövlət Radiosunda rejissor işləyib. Azərbaycan İncəsənət İnstitutunda rejissor və aktyorluq sənəti müəllimi vəzifəsində işləyib.
Səttar (müğənni)
Əbdülhəsən Səttarpur (d. 19 noyabr 1949; Tehran, İran) — azərbaycan əsilli İran pop müğənnisi. Əbdülhəsən Səttarpur 19 noyabr 1949-cu ildə Tehran şəhərində anadan olmuşdur. Səttarpurun anası fars, atası isə azərbaycanlı idi.
Səttar (xanəndə)
Səttar (XIX əsr) — azərbaycanlı xanəndə. Aleksandr Barnov "Köhnə Tiflisin musiqiçiləri" kitabında yazır: "Səttar əslən İran Azərbaycanından idi. O, Ərdəbildə XIX əsrin 20-ci illərində anadan olmuşdur. Səttar elə uşaqlıq vaxtlarından musiqiyə meyl göstərmişdir. Parlaq istedada və şirin ləhcəyə malik olub. O əvvəlcə dinə qulluq etməyə başlayır. Lakin onu axıra kimi davam etdirmir. İki-üç ildən sonra dindən uzaqlaşır. Şənliklərdə və toylarda muğam və xalq mahnılarını ifa etməyə başlayır. Səttar Şərqin görkəmli klassik şairlərindən Sədi, Hafiz, Füzuli və başqalarının qəzəlləri üstündə muğamları və təsnifləri çox ustalıqla ifa edir.
Səttar Axundov
Axundov Səttar Mirzə Əli oğlu (5 dekabr 1914, Alxanlı, Qaryagin rayonu – 11 sentyabr 1994, Bakı) — dramaturq, folklorşünas. Səttar Axundov 1914-cü ilin aprel ayında Qaryagin qəzasının Alxanlı kəndində ruhani ailəsində doğulmuşdur. O, ömünün 34 ilini yaradıcılığa sərf etmişdir. 1942-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü idi. İndiyədək dramaturqun M. Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında ("Zərif tellər" 1951), Naxçıvan, Gəncə, Xankəndi ("Dostlar") və başqa dövlət teatrlarında, habelə bir sıra xalq teatrlarında 35 əsəri tamaşaya qoyulmuşdur. Yazıçının 1941-ci ildə yazdığı "Çətin dərə" pyesinin mövzusu sovet adamlarının alman-faşist işğalçılarına qarşı vətənpərvərlik müharibəsindən götürülmüşdür. Əsər 1942-ci ildə tamaşaya qoyulmuş və böyük müvəffəqiyyət qazanmışdır. "Çətin dərə" və "Qayğı" (1944) pyesləri M. Qorki adına Gənc Tamaşaçılar Teatrında oynanılmışdır. S. Axundov bundan başqa iyirmidən artıq birpərdəli pyesin müəllifidir. Onun kiçik həcmli pyesləri, əsas etibarilə, Azərbaycan kəndlərində gedən geniş quruculuq işlərini əks etdirirdi.
Səttar Bəhlulzadə
Səttar Bəhlul oğlu Bəhlulzadə (2 (15) dekabr 1909, Əmircan, Bakı qəzası – 13 oktyabr 1974, Moskva) — Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960), Azərbaycan SSR xalq rəssamı (1963), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972). Səttar Bəhlulzadə Azərbaycan impressionizminin banisi hesab olunur. Sağlığında Səttar Bəhlulzadənin Bakıda (1955, 1974), Tiflisdə (1955, 1960), Praqada (1966), Moskvada (1973) fərdi sərgiləri keçirilmişdir. Vəfatından sonra rəssamın Moskvada, Yaltada, Minskdə, müstəqillik illərində Nyu-York, İstanbul (1994), London (1995), Bonn (1996), Daşkənd, Parisdə (2009) fərdi sərgiləri təşkil edilmişdir. Fərdi sərgilərindən başqa S. Bəhlulzadənin əsərləri həm keçmiş sovet respublikalarının paytaxtlarında, həm də dünyanın bir çox şəhərlərində — Qahirə, Vyana, Berlin, Paris, Neapol, Monreal, Havana və b. şəhərlərdə keçirilən Azərbaycan təsviri sənəti, Azərbaycan rəngkarlığına həsr olunmuş sərgilərdə nümayiş olunub. Hal-hazırda Səttar Bəhlulzadənin 18 əsəri Azərbaycan Dövlət Rəsm Qalereyasının fondunda qorunub saxlanmaqdadır. YUNESKO Baş Konfransının 34-cü sessiyası 2008–2009-cu illərdə Səttar Bəhlulzadənin 100 illik yubileyinin qeyd olunması barədə qərar qəbul etmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamını əsas tutaraq xalq rəssamı Səttar Bəhlulzadənin xatirəsinin anılması məqsədilə 2009-cu ildə Bakıda, Daşkənddə, Parisdə YUNESKO-nun iqamətgahında rəssamın fərdi sərgiləri təşkil edilmiş, respublika üzrə rəssama həsr edilmiş silsilə tədbirlər həyata keçirilmişdir. Səttar Bəhlul oğlu Bəhlulzadə 1909-cu il dekabr ayının 15-də Bakı yaxınlığındakı Əmircan kəndində anadan olmuşdur.
Səttar Həmədani
Səttar Həmədani (6 iyun 1974, Təbriz) — İran futbolçusu, futbol məşqçisi. O keçmişdə Təbrizin Traktor Sazi, Tehranın Kişavərz, Bəhmən, İstiqlal, Səba Batri, Pas və Birləşmiş Ərəb İmarətlərinin Ənnəsr klubları, və İranın Milli futbol komandasının oyunçusu olmuşdur. Hazırda Traktor Sazi klubunda Əmir Qalanoyinin yardımcısı olaraq, birinci məşqçidir.
Səttar Mehbalıyev
Səttar Suliddin oğlu Möhbalıyev (28 oktyabr 1955, Qıvraq, Noraşen rayonu) — Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı. Səttar Möhbalıyev 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq kəndində anadan olmuşdur. 1979-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1973-cü ildə Bakı şəhərində müxtəlif müəssisələrdə əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində işləmişdir. 1980–1993-cü illərdə Avtonəqliyyat və Şose Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri işləmişdir. 1991-ci ildən 2010-cu ilə kimi isə həmin komitənin sədri vəzifəsində çalışmışdır. 6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmişdir. Eyni zamanda, 2006-cı ildən isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsininin sədridir. İqtisad elmləri doktoru, professordur. Evlidir, üç övladı var.
Səttar Möhbalıyev
Səttar Suliddin oğlu Möhbalıyev (28 oktyabr 1955, Qıvraq, Noraşen rayonu) — Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı. Səttar Möhbalıyev 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Qıvraq kəndində anadan olmuşdur. 1979-cu ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu bitirmişdir. 1973-cü ildə Bakı şəhərində müxtəlif müəssisələrdə əmtəəşünas, mühəndis-iqtisadçı və baş mühasibin müavini vəzifələrində işləmişdir. 1980–1993-cü illərdə Avtonəqliyyat və Şose Yolları İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsində müfəttiş-təlimatçı, maliyyə şöbəsinin müdiri işləmişdir. 1991-ci ildən 2010-cu ilə kimi isə həmin komitənin sədri vəzifəsində çalışmışdır. 6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçilmişdir. Eyni zamanda, 2006-cı ildən isə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqları Respublika Komitəsininin sədridir. İqtisad elmləri doktoru, professordur. Evlidir, üç övladı var.
Səttar Nəcəfov
Səttar Piriyev
Səttar Quliyev
Səttar Səfərov
Səttar İsmayıl oğlu Səfərov (18 iyul 1937, Şirazlı, Vedi rayonu – 21 may 2011, Bakı) — dövlət xadimi, iqtisad elmləri doktoru, professor; Azərbaycan Respublikası Milli Məclisinin I və II çağırış deputatı, Azərbaycanın müasir iqtisadi sisteminin nəzəri və praktiki əsasların yaradılmasında öz fəsilini yazan iqtisadçı-alim. Səttar İsmayıl oğlu Səfərov 1937-ci il iyulun 18-də Qərbi Azərbaycanın Vedi rayonunun Şirazlı kəndində anadan olmuşdur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsinə daxil olmuş və 1964-cü ildə müvəffəqiyyətlə bitirmişdir. 1966-cı ildən Azərbaycan Neft və Kimya İnstitutunun siyasi iqtisad kafedrasında müəllim işləmişdir. 1967-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda aspirant olmuşdur. 1970-ci ildə aspiranturasını bitirmişdir. Elmi rəhbəri Azərbaycan EA müxbir üzvü, iqtisad elmləri doktoru, professor Teymur Vəliyev olmuşdur. 1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Elmi Şurasında İş gününün qısaldılmasının iqtisadi əsaslarına dair namizədlik dissertasiyası müdafiə etmişdir. 1984-cü ildə Moskvada İctimai Elmlər Akademiyasının Elmi şurasında Üstqurum amillərinin iqtisadi münasibətlərin təkmilləşdirilməsi və inkişafına təsiri probleminə aid doktorluq dissertasiyasını müdafiə etmişdir. Onun elmi məsləhətçisi Rusiya EA həqiqi üzvü, professor Leonid Abalkin olmuşdur.
Senter-Layn
Senter-Layn (ing. Center Line) — ABŞ-nin Miçiqan ştatının Makom dairəsində yerləşən şəhər.
Səftər Nəhmətli
Səftər Nəhmətli — Azərbaycan kimyaçısı, kimya üzrə fəlsəfə doktoru, təhsil eksperti, 20 Yanvar İstintaq Komissiyasının İşçi Qrupunun rəhbəri. Səftər Nəhmətli 1956-cı ildə Azərbaycanın Masallı rayonunun Göyəçöl kəndində anadan olmuşdur. O, Göyəçöl kənd orta məktəbini və Azərbaycan Dövlət Pedaqoji Universitetini bitirmişdir. Kimya sahəsində elmi araşdırmalar aparan Nəhmətli 1990-cı ildə dissertasiya müdafiə edərək kimya elmləri namizədi alimlik dərəcəsini almışdır. O, "Meydan" hərəkatında iştirak etmişdir. Nəhmətli Azərbaycan SSR Ali Sovetinin 1990-cı ilin 20 Yanvar hadisələrini araşdıran deputat istintaq komissiyasının işçi qrupunun rəhbəri olmuşdur. O, Kasıblara və Əlillərə Hüquqi Yardım Komitəsinin rəhbəri olmuşdur və Bizim Azərbaycan Blokunun təsisçiləri arasındadır. Nəhmətli 1992–1993-cü illərdə Azərbaycan Təhsil Nazirliyində idarə rəisi kimi çalışmış, Nazirliyin Kollegiya üzvü olmuşdur. O, daimi formada Azərbaycan Təhsil Nazirliyini tənqid etmişdir. 1999-cu ildə Müsavat Partiyasına üzv olmuşdur.
İngilis setteri
İngilis setteri, İngiltərədə yetişdirilmiş olan ov iti cinsidir. İlk setter 1500-cü illərdə Fransada inkişaf etdirilmişdir. Təxminən 3 əsr sonra isə ingilis setteri inkişaf etdirilən it yetişdiricisi (Laverack) ilə bərabər İngiltərəyə aparılmışdır. Buna görə də bu itlərə Laverak setter (Laverack Setter) də deyirlər. İlk pointerlar ilə spaniellərin mələzləşdirilməsi yolu ilə əldə edilmiş olan ingilis setterinin erkəklərinin orta boyu 61-68 sm, dişiləri üçün isə, orta hesabla 59-66 sm arasında, çəkiləri isə erkəklərində orta hesabla 20-35 kq dişilərində isə orta hesabla yenə də 20-35 kq arasında dəyişiklik nümayiş etdirir. Ağ rəngin üstündə qara, qəhvəyi, sarı, narıncı və s. rənglərlə ləkəli dərisi, uzun ipək tüklər ilə örtülmüşdür. Qarın və ayaq nahiyyələri istiqamətində hərəkət edən uzun tükləri bu növün fərqli olmasına səbəb olmuşdur. Ov üçün yetişdirilməklə yanaşı, bəzən evlərdə bəzək iti kimi də saxlanılır.