Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Səfərli
Səfərli — soyad. Elçin Səfərli (d. 1984) — Yazıçı. Eltac Səfərli (d. 1992) — Azərbaycan şahmatçısı, qrosmeyster (2008). Əliyar Səfərli (1937—2017) — Ədəbiyyatşünas, mətnşünas, maarif xadimi. Hacıfəxrəddin Səfərli (d. 1949) — AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru. Hidayət Səfərli (1932—2013) — Ssenari müəllifi, səsləndirici, aktyor. İslam Səfərli (1923—1974) — Şair-dramaturq, tərcüməçi.
Amil Səfərli
Cavid Səfərli
Hacıfəxrəddin Səfərli
Hacıfəxrəddin Səfərli (tam adı: Səfərli Hacıfəxrəddin Yəhya oğlu; 29 sentyabr 1949, Cəhri, Naxçıvan rayonu) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2017) Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru. == Həyatı == Hacıfəxrəddin Səfərli 29 sentyabr 1949-cu ildə Naxçıvan MSSR, Naxçıvan (indiki Babək) rayonunun Cəhri kəndində anadan olmuşdur. 1967–1971-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının tarix fakültəsində təhsil almışdır. == Pedaqoji faəliyyəti == 1971–1979-cu illərdə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlamışdır. 1973–1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin ümumi tarix kafedrasında 0,5 ştat müəllim kimi işə başlamışdır. 1996-cı ildən etibarən Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2006-cı ildən kafedranın professorudur. Həmçinin, bu müddət ərzində tarix-filologiya fakültəsində elmi işlər üzrə dekan müavini, 2002–2007-ci illərdə NDU Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. == Elmi fəaliyyəti == 1979-cu ilin noyabrında Azərbaycan SSR Elmlər Akademiyası Naxçıvan elm mərkəzində kiçik elmi işçi kimi fəaliyyətə başlamış, böyük elmi işçi və şöbə müdiri kimi çalışmışdır.
Hidayət Səfərli
Hidayət Əhməd oğlu Səfərli (5 fevral 1932, Şəkərabad, Naxçıvan MSSR – 16 yanvar 2013, Bakı) — Ssenari müəllifi, səsləndirici, aktyor. == Həyatı == Hidayət Səfərli 5 fevral 1932-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Şəkərabad kəndində anadan olmuşdur. Anası Hökümə xanım məşhur Ordubad xanı Mirzə Mehdiqulu xanın qızıdır. Hidayət Səfərlinin ailəsi Dünya şöhrətli alim Nəsirəddin Tusi nəslinə aiddir. Atası isə Naxçıvanın tanınmış xanı olan Səfər xanın oğludur. Hidayət Səfərli orta təhsilini Naxçıvan şəhərindəki 1 nömrəli məktəbi (indi həmin məktəb qardaşı şair-dramaturq İslam Səfərlinin adını daşıyır) sonra 1954-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olmusdur. 1959-cu ildə Ali məktəbi bitirdikdən sonra Azərbaycan Radiosunda fəaliyyətə başlamışdır. Hidayət Səfərli 48 il Azərbaycan Radiosunun əməkdaşı kimi Respublikamızın bütün rayonlarını qarış-qarış gəzmiş, zəhmətkeş insanların uğurlarından reportajlar, radio-oçerklər, müsahibələr hazırlamışdır. "Radio mənim həyatımdır" deyən Hidayət Səfərli ömrünün radioda, mikrafon önündə keçməsinə, saçlarının bu yolda ağarmasına heyfslənməmişdir. Silsilə müsahibələr "Yaz dumanı qar gətirər, qız dumanı qar gətirər", "Arazla Kür görüşəndə", "Doqquz iqlim qurşaqlı Vətənim", "Xəzər tükənməz sərvətimizdir" və s.
Həsən Səfərli
Həsən Səfər oğlu Səfərli (15 aprel 1898, Naxçıvan – 2 iyun 1960, Naxçıvan) — aktyor, rejissor, müəllim, Naxçıvan MSSR əməkdar müəllimi (1960). == Həyatı == Həsən Səfərli Naxçıvan şəhərində anadan olub. Yerli ibtidai məktəbi bitirib, 1909-cu ildə ilk dəfə səhnəyə Hüseyn Ərəblinskinin tamaşaya qoyduğu "Nadir şah" pyesindəki rolu ilə qədəm qoyub. 1913–1917-ci illərdə İrəvan Müəllimlər Seminariyasında təhsil alıb. Seminariyadakı dram dərnəyinin fəal üzvlərindən olub. İrəvanın teatr truppasında da epizod rollarda səhnəyə çıxıb. Seminariyanı 1917-ci ildə bitirərək Naxçıvana qayıdıb. Həmin ildən müəllimlik fəaliyyəti ilə yanaşı, həvəskarların truppasında, 1931-ci ilə qədər Naxçıvan Dövlət Dram Teatrında aktyor, rejissor, baş rejissor kimi çalışıb. "Rüşdiyyə", "Məktəbi-xeyriyyə" məktəblərində, Müəllimlər Seminariyasında, Pambıqçılıq texnikumunda, ikiillik Müəllimlər İnstitutunda dərs deyib. 18 may 1960-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının əməkdar müəllimi fəxri adına layiq görülüb.
Mais Səfərli
Mais İsmayıl oğlu Səfərli (23 may 1958, Məlikəhmədli, Qubadlı rayonu – 7 dekabr 2020) — Azərbaycan Yurddaş Partiyasının qurucusu və ilk sədri, Azərbaycan Respublikasının Milli Məclisi II çağırış deputatı == Həyatı == 1958-ci il mayın 5-də Qubadlı rayonunun Məlikəhmədli kəndində anadan olmuşdur. 1975-ci ildə Bakıda orta məktəbi, 1982-ci ildə isə Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirmişdir. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. Rus və ingilis dillərini bilir. Təhsilini bitirdikdən sonra fəhlə kimi çalışmağa başlamışdır. Mais Səfərli 1975-ci ildən Azərbaycan Televiziya və Radio Şirkətində çalışmağa başlamışdır. Mais Səfərli evli olmuşdur, 3 uşağı var. 7 dekabr 2020-ci il tarixində koronavirusdan vəfat edib. == İctimai-siyasi fəaliyyəti == Mais Səfərli "Yurddaş" və "Vışka" qəzetlərində çalışmışdır. O, 1988–1992-ci illərdə "Yurddaş" Cəmiyyətinin sədri, 1993-cü ildən ölümünədək isə Azərbaycan Yurddaş Partiyasının sədri olmuşdur.
Nazilə Səfərli
Səfərli (Ağdam)
Səfərli — Azərbaycan Respublikasının Ağdam rayonunun Səfərli qəsəbə inzibati ərazi dairəsində qəsəbə. == Yol == 7 avqust 2014-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti Ağdam rayonunun Quzanlı-Üçoğlan-Xındırıstan-Səfərli avtomobil yolunun tikintisi məqsədilə Sərəncam imzalamışdır. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3,2 milyon manat ayrılmışdır.
Səfərli (Başkeçid)
Səfərli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. == Coğrafi mövqeyi == Səfərli kəndi rayon mərkəzindən 16 km. cənub-şərqdə, paytaxt Tiflisdən təqribən 80 km. cənub-qərbdə dəniz səviyyəsindən 950-980 metr yüksəklikdə yerləşir. Qonşu kəndləri Məmişli, Hamamlı və Əngirəvan kəndləridir. == Əhalisi == Kənd əhalisinin sayı 738 nəfərdir (2002-ci il siyahıyaalması). Sakinlərin 45,7%-i kişilər, 54,3%-i isə qadınlardır. Əhalinin cinsi tərkibində belə disbalans sosial vəziyyətin çətinliyi və yüksək işsizlik nəticəsində getdikcə dramatik xarakter alan əmək axını ilə əlaqədardır. Sakinlərin 99%-i etnik azərbaycanlılardır. == İqtisadiyyatı == Səfərli kəndinin əsas təsərrüfatçılıq sahəsi heyvandarlıqdır.
Səfərli (Borçalı)
Səfərli — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid rayonunun inzibati-ərazi vahidində kənd. == Coğrafi mövqeyi == Səfərli kəndi rayon mərkəzindən 16 km. cənub-şərqdə, paytaxt Tiflisdən təqribən 80 km. cənub-qərbdə dəniz səviyyəsindən 950-980 metr yüksəklikdə yerləşir. Qonşu kəndləri Məmişli, Hamamlı və Əngirəvan kəndləridir. == Əhalisi == Kənd əhalisinin sayı 738 nəfərdir (2002-ci il siyahıyaalması). Sakinlərin 45,7%-i kişilər, 54,3%-i isə qadınlardır. Əhalinin cinsi tərkibində belə disbalans sosial vəziyyətin çətinliyi və yüksək işsizlik nəticəsində getdikcə dramatik xarakter alan əmək axını ilə əlaqədardır. Sakinlərin 99%-i etnik azərbaycanlılardır. == İqtisadiyyatı == Səfərli kəndinin əsas təsərrüfatçılıq sahəsi heyvandarlıqdır.
Səfərli (Tovuz)
Səfərli — Azərbaycan Respublikasının Tovuz rayonunun Böyük Qışlaq kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kənd səfərli nəslinin məskunlaşması nəticəsində yaranmışdır. 1933-cü ildə Əli Bayramlı rayonunda da eyniadlı kənd qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd düzənlikdə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Səfərli kənd kitabxana filialı, Səfərli kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Səfərli kənd tam orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Səfərli (Xudafərin)
Səfərli (fars. صفرلو‎) — İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 298 nəfər yaşayır (72 ailə).
Vüqar Səfərli
Səfərli Vüqar Müzəffər oğlu (19 mart 1958, Tivi, Ordubad rayonu) — Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru (2009–2020); Azərbaycan Respublikasının "Əməkdar mədəniyyət işçisi". == Həyatı == 1958-ci il martın 19-da Ordubad rayonunun Tivi kəndində ziyalı ailəsində anadan olub. 1965-ci ildə Ordubad rayonunun Tivi kənd orta məktəbinin 1-ci sinfinə gedib və 1975-ci ildə həmin məktəbin 10-cu sinfini bitirib. 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olub və 1981-ci ildə həmin fakültəni bitirib. 1977-ci ilin iyul ayından sentyabr ayınadək Culfa Üzümçülük Sovxozunda fəhlə işləyib. 1977-ci ilin sentyabr ayında Bakı poçtamptının Qəzet-Jurnal Ekspedisiyası sexinə çeşidləyici vəzifəsinə işə qəbul olub. 1980-ci ildə həmin sexdə elektrik mexaniki vəzifəsinə keçirilib. 1981-ci ildə Bakı poçtamptının "Oneqa" elektron maşınlarının təmir qrupuna mühəndis vəzifəsinə keçirilib. 1985-ci ildə Moskva Rabitə İnstitutuna daxil olub, 1990-cı ildə həmin institutu bitirib. 06.02.2006–27.06.2006-cı ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyası Strateji Tədqiqatlar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kurslarını bitirib.
Xəqani Səfərli
İslam Səfərli
Səfərli İslam Əhməd oğlu (12 fevral 1923, Şəkərabad, Naxçıvan MSSR – 6 noyabr 1974, Bakı) — şair-dramaturq, tərcüməçi, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1973). == Həyatı == İslam Səfərli 12 fevral 1923-cü ildə Naxçıvan MSSR-in Babək rayonunun Şəkərabad kəndində dünyaya göz açmışdır. Naxçıvandakı 1 saylı məktəbi (hazırda məktəb şairin adını daşıyır) bitirdikdən sonra könüllü olaraq Böyük Vətən müharibəsində iştirak etmişdir. Müharibə illərində qələmə aldığı "Ordumuza ithaf", "Ədəbi gənclik", "Onüçlər", "Əmin ol ata!", "Qoşa söyüd", iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Aslanovun əziz xatirəsinə həsr ediyi "Təzə çiçəklər", "Üçüncü hərb istəmirik" və s. şeirləri onun hafizəsində buraxdığı dərin izlərin təsirindən yaranmışdır. Müharibə mövzusu gənc şairin poemalarında da öz əksini tapmışdır. "Sınaq gecəsi", "Çex qızının məhəbbəti, "Yaralı nəğmə", "Qığılcım", "Fırtınalar adası", "Dəfinə", "Ələsgər", "Birinci katib", "İnsan ləpiri", "İki bacı", "Qeyrət qapısı", "Abşeron yatağı" və s. biri-birindən maraqlı poemaları diqqəti çəkmiş, yaddaqalan olmuşdu. İslam Səfərli dramaturq kimi də böyük uğurlar qazanmışdır. "Göz həkimi", "Ana ürəyi", "Yol ayrıcı", "Xeyir və Şər", "Dədəgünəş əfsanəsi" və s.
Əliyar Səfərli
Səfərli Əliyar Qurbanəli oğlu (28 dekabr 1937, Anabad, Ordubad rayonu – 4 yanvar 2017, Bakı) — ədəbiyyatşünas, mətnşünas, maarif xadimi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya üzrə elmlər doktoru (1983), professor (1998), AMEA-nın müxbir üzvü (1989). == Həyatı == Əliyar Səfərli 28 dekabr 1937-ci ildə Ordubad rayonunun Anabad kəndində anadan olmuşdur. 1943–1947-ci illərdə Anabad kənd məktəbində ibtidai təhsilini alan Əliyar Səfərli 1947–1951-ci illərdə Gənzə kənd yediillik məkətbində və Ordubad şəhər Pedaqoji məktəbində təhsilini davam etdirmişdir. Daha sonra 1955–1960-cı illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində təhsil almışdır. Əliyar Səfərli 1960–1968-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsində baş laborant vəzifəsinə təyin edilmişdir. 1968-ci ildən Bakı Dövlət Universitetində dərs demişdir. 1971–1973-cü illərdə Əfqanıstanda tərcüməçi kimi fəaliyyət göstərmişdir. 1973-cü ildən etibarən yenidən Bakı Dövlət Universitetində əmək fəaliyyətini davam etdirmişdir. Ədəbiyyatşünas 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir. Daha sonra 1992–1994-cü illərdə Təhsil Nazirliyində Ədəbiyyatşünaslıq bölməsinin sədri vəzifəsini icra etmişdir.
Əmrah Səfərli
Eltac Səfərli
Eltac Səfərli (18 may 1992, Bakı) — Azərbaycan şahmatçısı, qrosmeyster (2008). == Naliyyətləri == 2002-ci ildə İspaniyada keçirilmiş 10 yaşa qədər uşaqlar arasında şahmat üzrə Avropa Çempionudur. 2003-cü ildə Serbiyada keçirilən Gənclər arasında Avropa çempionudur. 2008-ci ildə Türkiyədə 20 yaşa qədər gənclər arasında dünya çempionatının bürünc medalını qalibi olmuşdur. 2010-cu ildə Azərbaycan Çempionatının və Çiqorinin xatirə turnirinin qalibi olmuşdur. 2013-cü ildə keçirilmiş Avropa Komandalar arası Çempionatında qızıl medal qazanmış Azərbaycan komandasının tərkibində oynamışdır 2015-ci ildə Naxçıvan Open turnirinin qalibi olmuşdur. 2010 və 2016-cı illərdə şahmat üzrə Azərbaycan çempionudur. SOCAR komandasının tərkibində Şahmat üzrə klub komandalarının Avropa Kubokunu qazanmışdır. == Xarici keçidlər == Eltaj Safarli. Chess-DB.com (ing.) Eltaj Safarli.
Elçin Səfərli
Elçin Səfərli (12 mart 1984, Bakı) — azərbaycanlı yazıçı, jurnalist. == Həyatı == Elçin Səfərli Bakı şəhərində 1984-cü il mart ayının 12-də anadan olub. 16 yaşında Azərbaycan Beynəlxalq Universitetinin jurnalistika fakültəsinə daxil olmağı ilə mətbuatda öz peşəkar fəaliyyətinə başlayıb. "Exo" qəzetində çalışıb. Uzun illər İstanbulda yaşayıb və bu da onun erkən yaradıcılığına təsir edib: onun ilk romanlarının məzmunu Türkiyə ilə bağlıdır. Yazıçı rus dilində yazır. "İkinci Orxan Pamuk" adını "Bosforun şirin duzu" (rus. «Сладкая соль Босфора») adlı ilk kitabı işıq üzü görəndən sonra qazanmışdır. 2011-ci ildə Elçin Səfərli haqqında rejissor Sergey Saraxanov tərəfindən qısametrajlı film çəkilmişdir. == Əsərləri == 2008 — rus.
Gündüz Səfərli
Gündüz Ağəmməd oğlu Səfərli (Ağzıbir) — Azərbaycan Silahlı Qüvvələrinin polkovnik-leytenantı. İkinci Qarabağ müharibəsinin iştirakçısı, Vətən Müharibəsi Qəhrəmanı. == Haqqında == Ağdaş rayon Ağzıbir kənd tam orta məktəbinin bitirib. 2002-ci ildə H. Əliyev adına ali hərbi məktəbə daxil olub və 2006-cı ildə həmin məktəbi leytenant rütbəsi ilə bitirib. 2007-ci ildən “N” saylı hərbi hissədə motoatıcı taqım komandiri işləyib. 2007-ci ildə xüsusi seçimlə seçilərək Xüsusi təyinatlı qüvvələrə təyinat almışdır. Fəaliyyətinə görə vaxtından qabaq kapitan hərbi rütbəsinə yüksəlmişdir. Türkiyə Respublikasında dörd gizli kəşfiyyat kursu keçib. 2016-cı ilin aprel döyüşlərində bir çox kəşfiyyat fəaliyyətlərində iştirak edib və döyüşüb. İkinci Qarabağ müharibəsini Cocuq Mərcanlı kəndinin ətrafinda vuruşaraq başlayıb və Şuşaya qədər öz bölməsi ilə irəlləyib.
Qafqaz səfəri
Fransız yazıçısı Aleksandr Düma tərəfindən yazılan səyahətnamə. Aleksandr Düma 1858-ci ilin ikinci yarısından 1859-cu ilin əvvəlinə kimi Qafqaz da daxil olmaqla Rusiya imperiyası ərazisində olmuşdur . Səyahətinə Peterburqdan başlayan A. Düma daha sonra Moskva, Qazan, Saratov və Həştərxandan keçməklə Qafqaza gəlmiş, burada bir sıra Azərbaycan şəhərlərində, o cümlədən Dərbənd , Quba , Bakı, Şamaxı və Nuxada olmuşdur. A. Düma Nuxadan Tiflisə , oradan da Potiyə getmişdir . O, Potidən gəmi ilə İstanbula, oradan da Marselə getmişdir. Vətənə qayıdan yazıçı səfər yaddaşını " Qafqaz Səfəri " adlı əsəri ilə oxucuları ilə bölüşüb . Bu əsər 1859-cu ildə Parisdə fransızca, 1861-ci ildə Tiflisdə rusca, 1962-ci ildə Nyu-Yorkda ingiliscə çap olunmuşdur. "Qafqaz səfəri" əsərinin fransızca ilk nəşrində A. Dümanı səfər zamanı müşayiət etmiş rəssam Moynenin çəkdiyi çoxsaylı şəkillərin reproduksiyaları verilmişdir. "Qafqaz səfəri" əsəri ümumilikdə 68 fəsildən ibarətdir. Əsər boyunca AZƏRBAYCANLILARDAN Tatarlar olaraq bəhs edilir.
Təbuk səfəri
Təbuk yürüşü — Təbuk müharibəsi (ərəb. غزوة تبوك‎) həzrət Məhəmmədin Hicri təqvimi il 9-cu ili Rəcəb və Şaban aylarındakı sonuncu savaşı idi. Bu Qəzvədə həzrəti Peyğəmbər Romalılarla müharibə etmək məqsədi ilə Təbuk məntəqəsinə səfər etdi. Amma səhabələrdən bəziləri və məxsusən mədinə münafiqləri bu orduda iştirak etməkdən boyun qaçırtdılar və yaxud müsəlmanların qəlbinə qorxu salmağa çalışdılar. Həzrət peyğəmbər səfərə çıxmazdan əvvəl həzrət Əlini mədinədə öz yerinə canişin təyin etdi. İslam qoşunu Romalılarla heç bir münaqişəyə girmədən Təbukda bir neçə gün qaldıqdan sonra, Mədinəyə qayıtdı. Həmçinin Qurani-Kərimdə Təbuk yürüşü barəsində bir neçə ayə nazil olaraq münafiqləri və onların növbəti planlarını ifşa etdi. == Təbuk yürüşünün səbəbi == İlk tarixçilərin əsərlərindən qalan mənbələrin əksəriyyətində Təbuk döyüşü ilə bağlı rəvayətlər nəql olunmuşdur. Ancaq bu rəvayətlərdəki önəmli mövzulardan bəzilərində(Təbuk qəzvəsinin səbəbi kimi) fikir ayrılıqları var. Məşhur bir rəvayətə əsasən, bu səfərdə İslam peyğəmbərinin məqsədi Şam bölgəsində Romalıların hərbi hazırlıq hərəkətlərinə qarşı mübarizə aprmaq idi.
Hacı Fəxrəddin Səfərli
Hacıfəxrəddin Səfərli (tam adı: Səfərli Hacıfəxrəddin Yəhya oğlu; 29 sentyabr 1949, Cəhri, Naxçıvan rayonu) — tarix elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2017) Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi, AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru. == Həyatı == Hacıfəxrəddin Səfərli 29 sentyabr 1949-cu ildə Naxçıvan MSSR, Naxçıvan (indiki Babək) rayonunun Cəhri kəndində anadan olmuşdur. 1967–1971-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun Naxçıvan filialının tarix fakültəsində təhsil almışdır. == Pedaqoji faəliyyəti == 1971–1979-cu illərdə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyətə başlamışdır. 1973–1974-cü illərdə hərbi xidmətdə olmuşdur. 1995-ci ildə Naxçıvan Dövlət Universitetinin ümumi tarix kafedrasında 0,5 ştat müəllim kimi işə başlamışdır. 1996-cı ildən etibarən Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışmışdır. 2006-cı ildən kafedranın professorudur. Həmçinin, bu müddət ərzində tarix-filologiya fakültəsində elmi işlər üzrə dekan müavini, 2002–2007-ci illərdə NDU Həmkarlar İttifaqı Komitəsinin sədri olmuşdur. == Elmi fəaliyyəti == 1979-cu ilin noyabrında Azərbaycan SSR Elmlər Akademiyası Naxçıvan elm mərkəzində kiçik elmi işçi kimi fəaliyyətə başlamış, böyük elmi işçi və şöbə müdiri kimi çalışmışdır.
İslam Səfərli küçəsi
İslam Səfərli küçəsi (Bakı)
Cəfərli
Cəfərli — Azərbaycanda daha çox işlədilən soyad. Bu soyadı olan tanınmış insanlar Elman Cəfərli — azərbaycanlı jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Seyran Cəfərli — "Kirpi" satirik jurnalında karikaturaçı rəssam. Tahir Cəfərli — Rusiya alimi. Kəndlər Azərbaycan Cəfərli (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Cəfərli (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Cəfərli (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Cəfərli (İmişli) — Azərbaycanın İmişli rayonunda kənd. Cəfərli (Qazax) — Azərbaycanın Qazax rayonunda kənd. Bala Cəfərli Gürcüstan Cəfərli (Borçalı) — Gürcüstanın Bolnisi rayonunda kənd.
Qəfərli
Qəfərli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Sabirabad rayonunun Qaralar kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Qəfərli kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Sənətçi
İncəsənət xadimi, artist və ya sənətçi — musiqi, dramaturgiya əsərləri, teatr tamaşaları, bədii filmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və incəsənətin inkişafında, habelə sənətkar kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlıqla, rejissorluqla, dirijorluqla, dramaturqluqla, ssenaristliklə, kinooperatorlıqla, sənətşünaslıqla və ədəbiyyatşünaslıqla məşğul olan şəxsdir.
Şəfəqli
Şəfəqli — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd.
Şəhərcik
Şəhərcik — Zəngəzur mahalının Qafan rayonunda kənd. == Tarixi == Şəhərcik - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonu ərazisində kənd. Rayon mərkəzindən 7 km şimalda, Oxçu çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Erməni mənbələrində Şharcik formasında qeyd edilir. Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 162 nəfər, 1886-cı ildə 371 nəfər, 1897-ci ildə 341 nəfər, 1904-cü ildə 395 nəfər, 1914-cü ildə 180 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar erməni təcavüzünə məruz qalaraq deportasiya olunmuşlar. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra öz yurd-yuvalaкжna dönə bilmişdir. Burada 1922-ci ildə 262 nəfər, 1926-cı ildə 316 nəfər, 1931-ci ildə 425 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabrın axırlarında azərbaycanlılar Ermənistan dövləti tərəfindən qovulmuşlar.
Şəkərcik
Şəkərcik — Azərbaycan Respublikasının Füzuli rayonunun Aybasanlı kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-cü il avqustun 23-də Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunub. 9 noyabr 2020-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Şəkərciklər adı ilə də tanınır. Kəndin adı orta əsrlərdə Qarabağda yaşamış cavanşir tayfasına mənsub şəkərciklər tirəsinin adı ilə bağlıdır. Deyilənlərə görə bu kənd vaxtilə Şəkər adlı varlı bir qadının mülkü, bostan yeri olub. XIX əsrin əvvəllərində qarabulaqlı, dövlətli bir kişi bu yeri pul ilə ondan alıbdır. O vaxtdan həmin ərazi Şəkər xanımın bostanı, Şəkərin yeri kimi adlandırılmışdır. "Şəkər" sözünə "cik" hissəciyinin artırılması görünür ki, ərazinin kiçik olması ilə əlaqələndirilir. == Tarixi == 1593-cü ilə aid olan Osmanlı qaynağında Şəkər mülk, yurd, torpağının adı kimi çəkilir.
Şəkərli
Şəkərli (Ağstafa) — Azərbaycan Respublikasının Ağstafa rayonunun inzibati ərazi vahidində qəsəbə. Şəkərli (Salyan) — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.