Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Siara
Siara Prinsess Vilson (ing. Ciara Princess Wilson; qızlıq soyadı: Harris; 25 oktyabr 1985, Fort Cavazos) — ABŞ müğənnisi.
Tara
Tara (lat. Tara) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Olia Tira
Olya Tira - moldovalı müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində SunStroke Project musiqi qrupu ilə birlikdə Moldovanı "Run Away" mahnısı ilə təmsil edib.
Olya Tira
Olya Tira - moldovalı müğənni. 2010 Avroviziya Mahnı Müsabiqəsində SunStroke Project musiqi qrupu ilə birlikdə Moldovanı "Run Away" mahnısı ilə təmsil edib.
Tara Reyd
Tara Reyd (ing. Tara D. Reid, 8.11.1975) — ABŞ aktrisası. Tara Reyd 8 noyabr 1975-ci ildə anadan olub. A Return to Salem's Lot (1987) .... Amanda Saved by the Bell: The New Class (1994) (1 bölüm) .... Sandy Days of Our Lives (1995) (5 bölüm) .... Ashley California Dreams (1996) (1 bölüm) .... Sarah The Big Lebowski (1998) .... Bunny Lebowski Girl (1998) .... Cybil Touched by an Angel (1998) ....
Tira Qrafström
Tira Qrafström, nikahdan əvvəlki soyadı Boklund (isv. Inga Thyra Carola Grafström; 1 noyabr 1864, Stokholm – 1925, Stokholm) — İsveç rəssamı və toxucu. Tira Qrafström rəssam Yohan Boklundun ailəsində anadan olmuşdur. 1881 — 1882-ci illərdə Konstfack Texniki Məktəbində oxumuş və əlavə olaraq atası Yohandan dərslər alırdı. Tira gənc yaşlarında 1882-ci ildə Handarbetets vänner (Sənətkarların dostları) işə düzəldi və birliyin lider mövqelərinə çatdı. Tira Qrafström 1897 — 1902-ci illərdə Nordiska Kompaniet ilə əlaqəli öz toxuculuq studiyasını açdı, lakin 1922-ci ildə yenidən öz toxuculuq emalatxanasını açdı. Fəaliyyətləri sayəsində modaya, xüsusən də tikmələrin populyarlaşmasına güclü təsir göstərməyə başladı. 1907-ci ildə Qrafström Ədəbiyyat və İncəsənət medalına layiq görüldü. İsveç Milli Muzeyində Tira Qrafströmun müxtəlif çiçək naxışlı divar qobelenləri təqdim olunur, hansıları ki o, Ferdinand Boberq ilə birgə hazırlamışdır. Bundan başqa, onun öz emalatxanasında hazırladığı əsərlər digər muzeylərdə də təqdim olunub.
Tara spinosa
Tara spinosa (lat. Tara spinosa) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin tara cinsinə aid bitki növü.
Tara Babulfat
Tara Babulfat (3 yanvar 2006) — İsveçi təmsil edən cüdoçu. == Karyerası == 2024-cü ildə Əbu-Dabi şəhərində (BƏƏ) Dünya Çempionatının bürünc medalına sahib olub. 2024-cü ildə İsveçi Fransanın Paris şəhərində baş tutan XXXIII Yay Olimpiya Oyunlarında təmsil edib. Bürünc medal uğrunda görüşdə Qazaxıstan nümayəndəsi Abiba Abucaqınova üzərində qələbə qazanaraq olimpiadanı bürünc medalla başa vurub.
Kiara Qibson-Birne
Kiara Qibson-Birne (d. 3 dekabr 1992) — Birləşmiş Krallığı təmsil edən su poloçusu. Kiara Qibson-Birne, Birləşmiş Krallığ yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Kiara Qibson-Birne, 2012-ci ildə Birləşmiş Krallığ yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların 1/4 final mərhələsinin görüşündə İspaniya yığmasına 7:9 hesabı ilə məğlub olan Birləşmiş Krallığ yığması, XXX Yay Olimpiya Oyunlarını 8-ci yerdə başa vurdu.
«Кара-коюнлу» (ковёр)
Arara
Arara — Braziliyanın şəhəridir.
Asara
|status = Şəhər }} Asara— İranın Əlburz ostanının Kərəc şəhristanının Asara bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,030 nəfər və 282 ailədən ibarət idi. Asara şəhəri,Asara,Rey Zəmin, Sira, və Pol Xab kəndlərinin birləşməsindən yaranıb.
Chiara
Chiara (25 sentyabr 1976) − Malta müğənnisi. Kyara 25 sentyabr 1976-cı ildə Valettada - Maltada anadan olmuşdur. == Avroviziya Mahnı Müsabiqəsində == 2009 Avroviziya Mahnı Müsabiqəsində What If We adlı mahnı ilə Maltanı təmsil etdi. Lakin uğur qazana bilmədi. Kyara həm də 2005 Avroviziya Mahnı Müsabiqəsində ölkəsini "Angel" (Mələk) adlı mahnı ilə təmsil etmiş və ikinci olmuşdur. Həmçinin 1998-ci ildə Avroviziya Mahnı Müsabiqəsində "The One That I love" adlı mahnı ilə Maltaya bir üçüncülük qazandırmışdır.
Diana
Diana — qadın adı. Diana, Uels şahzadəsi — Uels şahzadəsi, Şahzadə Çarlzın birinci həyat yoldaşı. Diana Dadaşova — Mənzil İnşaatı Dövlət Agentliyinin mətbuat katibi Diana Hacıyeva — azərbaycanlı caz musiqiçisi, müğənni Diana Doman — Azərbaycanın bədii gimnastı.
Eçara
Eçara (Cəlilabad) — Cəlilabad rayonunda kənd. Eçara (Yardımlı) — Yardımlı rayonunda kənd.
FIATA
FIATA — Beynəlxalq Yük Ekspeditorları Assosasiyaları Federasiyası. Beynəlxalq qeyri-dövlət təşkilatıdır. 31 may 1926-cı ildə Vyanada yaradılmışdır. ingilis dilində — İnternational Federation of Freight Forwarders Associations.
Gitara
Gitara — simli-dartımlı musiqi aləti; solo və müşayiətedici alət kimi istifadə olunur. Adətən barmaqlarla, yaxud da təzənəylə (mizrab) çalınan simli alətdir. Görünüşcə Uda oxşasa da, bir az fərqlidir. Tarixi orta əsrlər hesab olunur. Taxta yaxud balqabaqdan hazırlanır. Bəzən bu alətə qısaca olaraq "Gitar"-deyilir == Adının mənası == "Gitara" və "tar" sözləri eyniköklüdür: "setar / sitara" sözü farscadan yunan dili vasitəsiylə ("kithara", "kifara" biçimində) Avropa dillərinə "gitara" kimi gəlib çatmışdır. "Dütar" sözü farsca "ikitelli", "setar" — "üçtelli", "çahartar" — "dördtelli", "pənctar" — "beştelli", "şeştar" — "altıtelli" deməkdir. Bəzi dilçilər "tar" sözünün farskökənli olduğunu yazır. Ancaq sözün hər hansı dildə mövcudluğu hələ onun həmin dildə doğma olduğuna dəlalət eləmir. Hind-avropa dillərinin heç birində "tar" kökünün məntiqli etimoloji və fonetik açıqlaması yoxdur.
Kifara
Kifara (yun: κιθάρα) qədim yunan simli musiqi alətidir və hal-hazırda müasir yunan dilində klassik gitaranı da təsvir etmək üçün bu sözdən istifadə olunur. Bayramlarda, xüsusilə Apollon ilahının şərəfinə keçirilən kult mərasimlərində çalınmasına üstünlük verilmiş xüsusi bir musiqi aləti idi. Liraya oxşar olduğu düşünülsə də, lira daha kiçikdir və ayaqları yoxdur. Kifara beş-on iki arası simləri olan simli alətdir və inkişafını eramızdan əvvəl VIII-VII əsrlər arasında dörd simli musiqi aləti olan Phorminksə (φόρμιγξ) borcludur. Hər iki alət ilah Apollona aid edilir. Əsas hissəsini əl işləməsi olan taxta səs qutusu təşkil edir. Qabaq tərəfi yastı, arxa tərəfi günbəzlidir (sikkə və heykəllərdə), alt tərəfi isə yenə də yastıdır. Səs gövdəsinin hər iki tərəfindən əyilərək bir-birlərinə oval formada yüksələn iki qol bir-birinə paralel formada bitirlər. Beləliklə, alət başı aşağı dayanan böyük Omeqaya (Ω) oxşayır. Bir boyunduruq iki paralel qolu birləşdirir və həmçinin simlər üçün bir kiriş rolunu oynayır.
Misra
Misra (ərəb. مصراع‎) — hecaların və ya saitlərin sayına görə sabit uzunluq ölçüsü olan söz sırasıdır və ya sintaktik vahiddir. Hecaların sayı misranın bir ölçüsü, qafiyə isə onun bitdiyini göstərən sonluq və ya ritmik nitq parçasının nöqtəsidir. Beləliklə, qafiyə ikili vəzifə daşıyır: bir tərəfdən misranın bitdiyi yeri göstərir, ikinci tərəfdən misranın poetik dilə mənsubluğunu göstərən ritmikliyi yaradan vasitə kimi çıxış edir. Yazılı poeziya sabitləşəndən sonra orta əsrlərdə qafiyə poetik ritmikliyin əsas və çox vaxt yeganə vasitəsi kimi qəbul edilmişdir. Bu, şeir dilinə formalist bir münasibət idi, çünki ritmikliyin digər mənbələrindən - musiqilikdən, ovqatdan, həmahəng fonem və morfemlərlə bəzənmiş olmasından sərfi-nəzər edirdi. Bu poeziyanın mahnıdan mətnə çevrilməsinin, musiqidən uzaqlaşmasının və formal tekstoloji bir sənətə çevrilməsinin nəticələri idi. Lirikanın dilində ritmikliyin ən kiçik vahidi misra (sətirlər) hesab olunur. Poetik ritmikliyin yaranması üçün ən azı ritmik baxımdan bir-birini tamamlayan iki misra lazımdır. Şərqdə və Azərbaycan folklorunda iki misralıq şeir formasına dübeyti və ya şah beyt də deyilir.
İtaka
Itaka (Yunanca, Ιθάκη) — İon dənizində yerləşən Yunan adası. İtakanın əsas adasının sahəsi 96 km²-dir. Əhalisi 2011-ci ilə görə 3231 nəfərdir. Müasir İtaka Odisseyin evi olan Homerin İtakası ilə eyniləşdirilir. İtaka adı qədim dövrlərdən bəri dəyişməz qalsa da, müxtəlif dövrlərə aid yazılı sənədlərdə adaya başqa adlarla müraciət edilir, məsələn: Trakoniso, Takou, Tiakou (Bizans) Tiaki (Venesiyadan əvvəlki Bizans) Teaki(Venesiya dövründə) Fiaki(Osmanlı dövründə) Adada e.ə 2-ci minillikdən etibarən məskunlaşma var. Ehtimal olunur ki, Mikena dövründə Kefaloniyanın paytaxtı və Odissey tərəfindən idarə olunan kiçik krallığın paytaxtı olub. İtaka sonrakı dövrlərdə romalılar,Bizans imperiyası tərəfindən işğal olunub. Ardınca İtaka, 1797-ci ildə Campo Formio müqaviləsinə əsasən Fransa tərəfindən işğal edilmiş 1798-ci ildə isə rus-türk birliyinin komandirləri Fyodor Uşakov və Kadir bey tərəfindən azad olunub. Ada 1807-ci ildə yenidən Fransanın mülkünə çevrildi lakin,1809-cu ildə İngiltərə adanı işğal etdi. 1815-ci ildə bağlanılmış Paris müqaviləsinə əsasən İtaka Birləşmiş İyon Adaları Ştatlarının tərkibinə verildi.
Kiari
Kiari (it. Chiari) — İtaliyada kommuna. Lombardiya bölgəsində, Breşia əyalətində yerləşir. Əhalisinin sayı 19 384 nəfər (2024-cü ildə), əhalinin sıxlığı 510,64 / km²-dir. Sahəsi 37,96 km² ərazini əhatə edir. Poçt kodu — 25032. Telefon kodu — 00030. Şəhərin himayədarları Briudalı müqəddəs Faustino və Saint Giovita hesab edilir. Onların şərəfinə 15 fevralda bayram keçirilir. == Tanınmış sakinləri == Alberto Paloski, mövqeyində çıxış edən İtaliya futbolçusu.
Biafra
Biafra Respublikası (ing. Republic of Biafra) — Nigeriyanın cənub-şərq hissəsində 30 may 1967-ci ildən 15 yanvar 1970-ci ilə qədər mövcud olan qismən tanınan dövlət. Dövlət Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasa da, Qabon, Haiti, Fil Dişi Sahili, Tanzaniya və Zambiya kimi dövlətlər tərəfindən tanınmışdı.
Elektrik Gitara
Elektrogitara və ya elektrikli gitara — polad simlərin titrəyişlərini elektrik siqnallarına çevirən və onu səsgücləndiriciyə ötürməklə səslər yaradan gitara növü. Elektrogitara ilk dəfə olaraq cazda istifadə olunmuş, ondan həm də pop musiqisində, rok-n-rol, kantri, blyuz, embiyent, nyu-eyc və hətta çağdaş klassik musiqidə də geniş istifadə olunur.
Eçara (Cəlilabad)
Eçara (əvvəlki rəsmi adı İcarə (2013-cü ilədək)) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun Kürdlər kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == 31 may 2013-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinin qərarı ilə Kürdlər kənd inzibati ərazi dairəsi tərkibindəki İcarə kəndinin tarixi adı bərpa edilərək həmin kənd Eçara kəndi adlandırılmışdır. == Toponimikası == Burovar/Buravar silsiləsinin şimal-şərq ətəyindədir. Tədqiqatçılar bu oykonimi "üzüaşağı yol" (ehtimalən yol hissəsi farsca və talışca "yol" mənasını verən "rah" (talışca "ro") sözünün vasitəsi ilə) mənasında izah edirlər. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 644 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Eçara (Yardımlı)
Eçara — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 dekabr 1997-ci il tarixli, 419-IQD saylı Qərarı ilə Yardımlı rayonunun Ərsilə kənd inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Eçara kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir.
Future Diary
Future Diary və ya Yaponiyada tanınan adı ilə Mirai Nikki (未来日記, azərb. Gələcək gündəliyi‎) — Sakae Esuno tərəfindən yazılmış və çəkilmiş manqa seriyası. Manqa seriyası gələcəkdə baş verəcək hadisələr haqqında xəbər verən gündəliklərə malik 12 şəxsin tanrı olmaq üçün qatıldıqları ölüm oyunundan bəhs edir. Manqa seriyası 2006-cı ilin yanvarından 2010-cu ilin dekabrına kimi Kadokawa Shoten nəşriyyatının "Monthly Shōnen Ace" jurnalında nəşr olunmuşdur. Yaponiyada 12 tankobon cildi çap edilmişdir. Manqa Tokyopop tərəfindən Şimali Amerika üçün lisenziyalaşdırılmışdır. Tokyopop manqanın 10 cildini Şimali Amerikada nəşr etdirmişdir, lakin manqanı nəşr etməyi dayandırdığından son iki cild çapdan çıxmamışdır. Pilot anime seriyası 2010-cu ilin dekabrında manqanın 11-ci cildi ilə birlikdə buraxılmışdır. Asread studiyası tərəfindən istehsal olunmuş 26 seriyadan ibarət anime serialı Yaponiyada 2011-ci ilin oktyabrından 2012-ci ilin aprelinə kimi yayımlanmışdır. Funimation animeni Şimali Amerika regionu üçün lisenziyalaşdırmışdır.