Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Laval
Laval (Mayen)
Qaval
Qaval — Azərbaycanın ən qədim milli zərb alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Qaval membranlı zərb alətidir. Sağanağından metal halqalar asılır. Bu halqalar xüsusi səs effekti yaratmaq üçün lazım olur. Qaval ilkin formasını dövrümüzə qədər saxlayan yeganə musiqi alətidir. Birüzlü zərb alətləri qrupuna aiddir. Azərbaycan ərazisində çox geniş yayılmış bu alət barədə klassiklərin əsərlərində, miniatürlərdə kifayət qədər məlumat verilmişdir. Qaval, bəlkə də, yeganə alətdir ki, ilkin formasını dövrümüzə qədər saxlaya bilmişdir. Orta əsrlərdə, əsasən, saray musiqi məclislərində istifadə edilmişdir.
Reval
Tallin (Tallinn) — Estoniyanın paytaxtı. 1219–1917-ci illərdə Revel (və ya Reval) adlanmışdır. Tallin sözünün eston dilində "taani linn" (Danimarka şəhəri) və ya "tali linn" (qış şəhəri) sözlərindən yarandığı güman edilir. Tallin Fin körfəzinin cənub sahilində yerləşir. Ən böyük gölü — Yulemistedir (sahəsi 9,6 km²). Pirita çayı şəhərin yeganə çayıdır.
Tidal
Tidal — abonementə əsaslanan musiqi, podkast xidməti. Tidal 2014-cü ildə İsveç şirkəti Aspiro tərəfindən istifadəyə verilib, hazırda əksəriyyəti Amerikan şirkəti olan "Block, Inc"ə məxsusdur. Bütün üç əsas səsyazma leyblləri və bir çox müstəqil leybl ilə distributor müqavilələri ilə Tidal 80 milyondan çox trek və 350.000 musiqi videosuna girişi təmin etdiyini iddia edir. O, iki səviyyəli xidmət təklif edir: Tidal HiFi (CD keyfiyyətinə qədər – FLAC əsaslı 16 bit/44,1 kHz) və Tidal HiFi Plus ( MQA – 24 bit/96 kHz-ə qədər). Tidal musiqi bazarında musiqi sənətçilərinə və mahnı müəlliflərinə qonorarın ən yüksək faizini ödədiyini iddia edir.
Tikal
Tikal — Mayya sivilizasiyasının ən böyük şəhərlərindən biri, Mutul Krallığının paytaxtı. Qvatemalanın Peten bölgəsində yerləşir. Tikalda hindu məskəni hələ e.ə. VII əsrdən mövcud idi. B.e. I–IX əsrlərdə şəhər Mayya sivilizasiyasının mühüm mərkəzlərindən idi. Tədqiqatçıların hipotezinə əsasən, bu zaman Tikalda əhalinin sayı 100–200 min nəfər təşkil edirdi. X əsrin sonlarında bir sıra qiyam hadisələri nəticəsində şəhər yerli camaat tərəfindən tərk edilmişdi. Tikal adının mənası mayya dilindən tərcümədə "ruhların səslərinin eşidildiyi yer" mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan Yaş-Mutul (yaşıl bağ) qeyd olunur.
Tivat
Tivat (mont. Тиват/Tivat) - Monteneqroda şəhər. Vrmaç yarımadasında yerləşir. Əhalisi 9.467 nəfərdir. Adriatik dənizinin sahilində yerləşir.
Total
Total Fransa nın neft şirkəti. Dövlət Neft Şirkəti ilə Fransanın «Total» şirarasında Xəzər dənizinin Azərbaycan sektorunda «Abşeron» dəniz yatağı blokunun kəşfiyyat, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Sənədə əsasən, Dövlət Neft Şirkəti layihədə 40, «Total» şirkəti isə 60 faiz iştirak payına malikdir. Kəşfiyyat dövründə Dövlət Neft Şirkətinin ortaq neft şirkətinin payına düşən bütün xərc və məsrəflərin maliyyələşdirilməsi podratçı tərəfin üzərinə düşür. Qazılacaq «Abşeron» bloku Xəzər dənizində Bakıdan 100 km aralıda, dənizin təxminən 500 metr dərinliyində yerləşir. Layihədə tərəflərin pay iştirakı belədir: ARDNŞ - 40%, Total - 60%. Yataqda kəşviyyat müddəti 3 il təşkil edəcək və zərurət olarsa daha 2 il uzadılacaq. Kəşviyyət dövründə bütün xərcləri Total ödəyir. ARDNŞ geoloqlarına görə, yataqda ən azı 200 mlrd. kubmetr qaz və 100 mln.
Tuvalu
Tuvalu — Sakit okeanda doqquz mərcan adasından ibarət Polineziya ölkəsi. Ölkə Avstraliya və Havay adalarının arasında yerləşir. Tuvalu ada dövləti olduğundan heç bir dövlət ilə quru sərhəddinə malik deyil, ancaq ölkənin yaxınlığında Kiribati, Fici və Samoa adaları yerləşir. Tuvalu dünyada Vatikan, Monako və Naurudan sonra dünyanın ən kiçik ölkəsidir. Ölkənin cəmi 25,9 kv km ərazisi vardır. Vatikandan sonra isə ən az əhalisi olan ikinci müstəqil dövlətdir. Eyni zamanda Tuvalu BMT-nin üzvüləri arasında ən az əhaliyə malikdir. 1978-ci ilin 1 yanvar tarixində Böyük Britaniyadan öz müstəqilliyi qazandıqdan sonra Tuvalu əsasən turizm sahəsini inkişaf etdirməyə başlamışdır. Qlobal istiləşmə son illər ölkənin su altında qalma ehtimalını artırmışdır. Paytaxt Funafuti dəniz səviyyəsindən cəmi 5 metr yüksəkdə yerləşməsi vəziyyəti daha da gərginləşdirmişdir.
Təvaf
Təvaf (Ərəbcə: طواف) — Həcc və ya ümrə vaxtı Kəbənin ətrafına saat əqrəbinin əksi istiqamətində dövrə vurmaq. Ümrə, həcc və habelə "Nisa" təvafları zamanı Kəbənin ətrafında yeddi dəfə dolanmaq ("şut") vacibdir. Təvaf, qəsdi-qürbət niyyəti ilə yerinə yetirilməlidir. Təvaf, Həcərül-əsvədin qarşısından başlamalı və Kəbə təvaf edən şəxsin sol tərəfində olmalıdır. Həcərül-əsvədə çatdıqda bir "şut" sayılır və bu iş yeddi dəfə təkrar edilməli və yeddi dövrədən sonra bir "təvaf" əməli sona çatır. Vacib təvafda təharətli olmaq, onun qəbul olması üçün vacib şərt, müstəhəb təvafda isə fəzilət şərti sayılır. Təvaf edən şəxs Kəbədən fasilədə olmamalıdır. Amma cəmiyyət izdihamı halında ondan uzaqlaşmağa məcbur olduqda, imkan olduqca Kəbədən fasiləsiz halda təvaf etmək lazımdır. Vacib təvaf dövrələri bir-birinin ardınca və ardıcıl şəkildə olmalıdır. Amma bir şəxs müəyyən bir üzrlü səbəb üzündən təvaf əsnasında dördüncü dövrədən sonra ondan xaric olarsa, sonradan kəsdiyi yerdən (beşinci dövrədən) təvafa başlayıb onu sona çatdıra bilər.
Təvil
Təvil (Vərziqan)
Çuval
Çuval — Azərbaycanda böyük kisəyə deyilir. Çuvaldan əsasən taxılın saxlanılması üçün istifadə olunur. Xovsuz xalça üsuluyla toxuyurlar, ancaq bəzən xovlu xalça üsuluylada toxunur. Hələ X əsrə qədər muğan çuvalı artıq məlum idi. Tünd qırmızı rəngli çuvalı türkmənlər qızıl çuval adlandırırlar. Qızıl çuval bayram mərasimlərində, toy-düyündə, şənliklərdə istifadə edirlər.
Əhval
Əhval — hər hansı bir anda fərdin fiziki və mənəvi vəziyyətinin ümumi psixi göstəricisi; xüsusi hisslərdən və ümumi hisslərdən ibarətdir. Beləliklə, əhval hallarından biri — aclıq hissi — mədədə yerli hisslərdən və bütün bədəndə ümumi qeyri-müəyyən bir hissdən ibarətdir. Əhval fərdin özünü qorumaq instinkti ilə sıx bağlıdır: o, orqanizmə ehtiyaclarını xatırladır və onu təhdid edən təhlükələrə yönəldir. Xüsusən də əhval rifahdan asılıdır. Əhval yaratmaq üçün hərəkətlərin və şərtlərin dəqiq tərifi yoxdur. Əhval ətraf mühitin və onun doğurduğu emosiyaların qiymətləndirilməsi yolu ilə inkişaf edir, sonra isə əhvalı formalaşdıran öz şəxsi müqəddəratını təyinetmənin təfsiri inkişaf edir. Əhvalın iki fərqli növü var: koqnitiv və affektiv. Subyektiv nöqteyi-nəzərdən əhval "hər bir insanın həyatı haqqında düşündüyü və hiss etdiyi hər şeyin əhəmiyyətli olması fikrinə əsaslanır". . Əhval subyektivdir, çünki insan başqa insanlara və cəmiyyətə baxaraq özünü hiss edir. Əhval insanın ehtiyaclarının ödənilmə dərəcəsi ilə də müəyyən edilə bilər, baxmayaraq ki, sırf nəzəri cəhətdən fərdin ehtiyacları və istəkləri heç vaxt tam təmin edilə bilməz.
Tövil (Val-d'Uaz)
Tövil (fr. Theuville) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 59 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 39 km şimal-qərbində, Serji belediyyənin 14 km şimalında yerləşir.
Tövil (Val-d’Uaz)
Tövil (fr. Theuville) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Marin. Əhalisi — 59 nəfər (1999). Bələdiyyə Paris şəhərinin təxminən 39 km şimal-qərbində, Serji belediyyənin 14 km şimalında yerləşir.
Aval
Aval (fr. aval, ehtimala görə ərəb. حوالة‎) — vekseli imzalamış şəxsin və ya veksel üzrə öhdəlik daşıyan digər şəxslərin öhdəliklərini yerinə yetirməsinə görə məsuliyyəti öz üzərinə götürən şəxsin veksel zəmanəti. Avalist vərəqçi ilə bərabər məsuliyyət daşıyır və onun öhdəliyi, hətta onun zəmanət verdiyi öhdəlik forma qüsurundan başqa hər hansı səbəbdən etibarsız olduğu halda da etibarlıdır. Bu baxımdan aval əsas öhdəliyə münasibətdə əlavə (aksesuar) olan təminata deyil, bank təminatına tam bərabərdir. Avalistin məsuliyyəti onun zəmanət verdiyi şəxslə birgə və bir sıra məsuliyyət daşıyır. Aval vekselə və ya çekə yazmaqla həyata keçirilir; o, öz adını ödəyicinin adına aid edir, bunun üzərinə “aval başına” (yaxud “aval üçün hesab” və ya hər hansı ekvivalent düstur) sözlərini əlavə edir və aval verənlərə imza qoyur. Lakin avalın etibarlılığı üçün vekselin və ya çekin üz tərəfində yalnız avalistin imzası kifayətdir, əgər bu imza ödəyici və ya veksel sahibi tərəfindən qoyulmursa. Aval kimin üçün verildiyini göstərməlidir. Belə bir əlamət olmadıqda çekin siyirtməsi və ya çekmecesi üçün verilmiş sayılır.
Tava
Tava adası - Xəzər dənizinin Bakı buxtasında yerləşən Azərbaycana məxsus ada.. Böyük Zirə adası ilə Daş zirə adası arasında yerləşir. Sahildən 6 km məsafədə yerləşir. Kiçik adalar sırasına daxildir. Bununla belə bura Xəzər suitisi, Xəzər qağayısı, Fitçi çürə və sair canlılar məskun olur. Ada Bakı arxipelaqına aiddir.
Tuva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Txal
Txal səhrası - Pakistanın Pəncab əyalətində yerləşir. Bu geniş ərazi Celam çayı ilə Hind çayı arasında yerləşir. Onun sahəsi Potxoxar platosunda yerləşir. Onun şimaldan cənuba uzunluğu 305 km, onun ən yenli yeri 112 km, ensiz yeri isə 32 km təşkil edir. Bu vilayət Bxakkar, Xuşab, Mianvali, Cxanq, Layya və Müzəffərqar. Coğrafi baxımından Çolistan və Tar səhrası ilə oxşarlıqları vardır. Txal səhrası qumluqlardan ibarətdir. Burada hündür dyunlara rast gəlinir. Bu xüsisiyyətlər baxımından Mərkəzi Asiyada yerləşən qumlu səhralara bənzəyir. Burada qum tufanlarına müşahidə edilir ki, bu hadisələr səhrada temperaturu aşağı salır.
Tıva
Tıva Respublikası (rus. Республика Тыва, tıva Тыва Республика) — Rusiya Federasiyasındaki 22 muxtar republikadan biri. Respublikanın ərazisi 170.5 min kvadrat kilometrdir . Tuvanı Asiya qitəsinin coğrafi mərkəzi adlandırırlar. Bu həm də Tuvanın nəqliyyat yolları üzərində yerləşməsi ilə əlaqədardır. Tıva Respublikası dağlıq ölkədir. Tuva və Toca çökəklikləri yerləşir. Əsas faydalı qazıntıları kobalt, civə, qızıl, daş kömür, dəmir və s-dir. İqlimi kəskin kontinentaldır. Yanvar ayının temperaturu- 35°S, iyul ayınında isə 12°S olur.
Uval
Yamacları hamar və meylli, ətəkləri ətrafdakı sahələrdən kəskin seçilməyən, nisbi hündürlüyü 200 m-dən artıq olmayan uzunsov yüksəklikdir. Məsələn: Rusiya düzənliyində Şimal Uvalları.
Laval-Roksezyer
Laval-Roksezyer (fr. Laval-Roquecezière, oks. La Val Ròca Cesièira) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12125. Kommuna təxminən Parisdən 570 km cənubda, Tuluza şəhərindən 100 km şərqdə, Rodezdən isə 65 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 309 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 172 nəfər arasında (15-64 yaş arasında) 120 nəfər iqtisadi cəhətdən fəal, 52 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 69,8%, 1999-cu ildə 60,9%).
Laval (Mayen)
Laval — Fransanın qərbində şəhər və kommuna, Mayen departamentinin prefekturası. == Coğrafiya == Şəhər Mayen çayının sahillərində, Bretan, Normandiya və Anju tarixi ərazilərinin qovşağında yerləşir. Ərazi sahəsi 54 km². Laval, Fransız sənətçi Anri Russo və yazıçı Alfred Jarrinin məmləkətidir.
Laval (Məyen)
Laval — Fransanın qərbində şəhər və kommuna, Mayen departamentinin prefekturası. == Coğrafiya == Şəhər Mayen çayının sahillərində, Bretan, Normandiya və Anju tarixi ərazilərinin qovşağında yerləşir. Ərazi sahəsi 54 km². Laval, Fransız sənətçi Anri Russo və yazıçı Alfred Jarrinin məmləkətidir.
Laval (rayon)
Laval (fr. Ajaccio) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mayen. Suprefektura — Laval. Rayon əhalisi 2006-cı ildə 148 964 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 82 nəf / km². Rayon sahəsi — 1812 km².
Laval (İzer)
Laval (fr. Laval) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Muayan Qrezivodan kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38206. Kommunanın 2012-ci il üçün əhalisi 979 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 320 ilə 2600 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 490 km cənub-şərqdə, Liondan 105 km cənub-şərqdə, Qrenobldan 29 km şimal-qərbdə yerləşir.