Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ubır
Əbil
Əbil (əvvəlki adı: Ukraynskaya Otruba, 26 Bakı Komissarı) — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Saatlı rayonunun Sarıcalar kənd inzibati-ərazi vahidi tərkibindəki 26 Bakı Komissarı kəndi Əbil kəndi adlandırılmışdır. Əhalisinin sayı 885 nəfərdir.
Bil
Bil (ing. Biel/Bienne) — İsveçrənin şimal qərbində, Bern kantonunda şəhər. == Əhalisi == Əhalisi 51,6 min (2011; şəhərətrafı ilə təqribən 75 min). == Coğrafiyası == Yura dağ massivinin şərq ətəyində, Aare çayı sahilindədir. İri nəqliyyat qovşağı. Bil Sürix–Lozanna, Bern–Bazel, Bil–Le-Lokl mühüm dəmiryol xətlərinin kəsişdiyi yerdədir. Şəhərdən Sürix–Zolo turn–Nevşatel–Bezanson (Fransa) və Bern–Bil avtomobil magistralları keçir. Bil gölü sahilində yerli əhəmiyyətə malik portdur. == Tarixi == 1230-cu ildən məlumdur. == İqtisadiyyatı == İqtisadiyyatında xidmət sektoru üstünlük təşkil edir (turizm, rabitə və nəqliyyat, işgüzar xidmətlər).
Abil İslam
Abil İslam (19 noyabr 1958, Alıkənd, Göyçay rayonu) — azərbaycanlı şair, jurnalist, fotoreportyor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. == Həyatı və fəaliyyəti == İslamov Abil Yolçu oğlu (Abil İslam) 19 noyabr 1958-ci ildə Göyçay rayonunun Alıkənd kəndində doğulub. O, 4 illik ibtidai təhsilini Alıkənd kəndindəki məktəbdə alıb (1966–1970). Həmin məktəbdə 4-cü sinfi bitirdikdən sonra Mırtı kənd Qasım Həsrətov adına orta məktəbdə təhsilini davam etdirərək, 1976-cı ildə həmin məktəbin 10-cu sinfini bitirib. Sonra Bakıya gələrək əmək fəaliyyətinə başlayıb. Əmək fəaliyyətini davam etdirərək Bakı Maşınqayırma Texnikumunun "Metalların kəsməklə emalı" fakültəsini bitirərək texnik ixtisasına yiyələnib. Hərbi xidmətdən sonra təhsilini davam etdirmək üçün Ukraynanın Xarkov şəhərinə gedib və təhsilini Xarkov Kommunal Tikinti Mühəndisləri İnstitutunda davam etdirib. Abil İslam "İnşaatçı" qəzetində müxbir, fotomüxbir, poeziya şöbəsinin müdiri , "Bioloji Təbabət" Klinikasında mətbuat katibi və Bakı Sənaye-Pedaqoji Kollecində "ədəbi dram dərnəyinin rəhbəri" vəzifəsində işləyib. Abil İslam Bakının Nizami rayonu "Müharibə və Əmək veteranları" təşkilatının sədr müavinidir. Hazırda İctimai Xəbər Agentliyinin direktor müavinidir.
Bəybala Əbil
Bəybala Əlibala oğlu Əbil və ya Bəybala Əlibala oğlu Əbilov (10 noyabr 1952) — Klassik Xalq Cəbhəsi Partiyası Ali Məclisinin sədri, Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq başçısı. == Həyatı == Bəybala Əbil 10 noyabr 1952-ci ildə anadan olmuşdur. == Siyasi fəaliyyəti == Bəybala Əbil 10 avqust 1992-ci ildə Azərbaycan Prezidenti Əbülfəz Elçibəyin 116 nömrəli fərmanı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. O, 12 iyul 1993-cü ildə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətini həyata keçirən Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əliyevin 682 nömrəli fərmanı ilə vəzifəsindən azad edilmişdir. Bəybala Əbil Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuşdur. O, 1 avqust 2015 tarixində keçirilmiş Klassik Xalq Cəbhəsi Partiyasının III Qurultayında Ali Məclisin sədri seçilmiş, 27 mart 2022 tarixli IV Qurultayadək bu vəzifəni daşımışdır. === Seçkilərdə === Bəybala Əbil 1995-ci il, 2005-ci il və 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olsa da seçki qanunvericiliyini pozduğu üçün namizədliyi ləğv olunmuşdur. O, 2015-ci il parlament seçkilərində Klassik Xalq Cəbhəsi Partiyası üzvü olaraq "Azadlıq-2015" Seçki Blokunun seçki qərargahı sədri və vahid namizədi olmuş, 11 saylı Qaradağ seçki dairəsi üzrə deputatlığa namizəd olmuş, 3227 səs (12.53%) səs toplayaraq seçkiləri ikinci sırada bitirmişdir. Bəybala Əbil 2013-cü il prezident seçkiləri ərəfəsində yaradılmış Demokratik Qüvvələrin Milli Şurasının yaradıcılarından və üzvlərindən biri olmuş, Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin vəkili olmuşdur. 4 may 2014-cü ildə üzvü olduğu Klassik Xalq Cəbhəsi Partiyası Milli Şuradan ayrılma qərarı almış və beləliklə Bəybala Əbil Milli Şura üzvlüyündən çıxmışdır.
Ubin adası
Ubin adası (malay Pulau Ubin) — Sinqapur dövlətinin ərazisinə daxil olan ada. Ölkənin şimal-şərqində yerləşir. Gözəl təbiətinə görə insanlar tərəfindən qədim zamanlardan ziyarət edilir. Hazırda isə turistik bölgə sayılır. Adada 2012-ci il məlumatına görə 38 nəfər yaşayır. Ən hündür yeri Bukit Puaka təpəsidir (75 m). İnzibati baxımından Şimal-Şərq regionuna daxildir. Adanın adı malay dilindən tərcümədə "Qranit adası" mənasını verir. Adaya Çanqi sərnişin limanından bərə ilə getmək mümkündür. Adaya 10 dəqiqə müddətində çatmaq mümükündür.
Ubıx dialekti
Ubıx dili - Ubıxların dili, Abxaz-adıq dillərindən biridir. Sadəcə Türkiyədə rast gəlinir. Bu dildə yazıb-yaradan sonuncu tanınmış yazıçı Tofiq Əsənç 1992-ci ildə vəfat etmişdir.
Ubıx dili
Ubıx dili - Ubıxların dili, Abxaz-adıq dillərindən biridir. Sadəcə Türkiyədə rast gəlinir. Bu dildə yazıb-yaradan sonuncu tanınmış yazıçı Tofiq Əsənç 1992-ci ildə vəfat etmişdir.
Əbil Cəbizadə
Əbil Sadıqov
Sadıqov Əbil Şahverdi oğlu — Ehtiyatda olan kapitan, Laçın rayon İcraiyyə Komitəsinin katibi (1974–1991), Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü. 1928-ci ildə Laçın rayonunun Dəyirmanyanı kəndində anadan olmuşdur. 1942-ci ildə Mığıdərə kənd orta məktəbini bitirdikdən sonra 1949-cu ilin sentyabrınadək Mığıdərə kəndinin də daxil olduğu 7 para kəndi özündə birləşdirən "Baş Sovet" adına kolxozda baş mühasib vəzifəsində işləmişdir. 1949-cu ildə Ağdam 2 illik Müəllimlər İnstitutunun fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1951-ci ildə həmin institutu bitirərək təyinatla Mığıdərə kənd orta məktəbində fizika-riyaziyyat müəllimi kimi pedaqoji fəaliyyətə başlamışdır. 1953-cü ildə Sov. İKP sıralarına üzv qəbul olunmuş, həmin ildən 1957-ci ilə qədər Mığıdərə kənd orta məktəbində partiya təşkilat katibi vəzifəsində işləmişdir. Bundan sonra Laçın rayon Partiya Komitəsinə təlimatçı vəzifəsinə təyin edilmiş, 1959-cu ildə isə Laçın rayon Partiya Komitəsinin təqdimatı ilə imtahan verərək Bakı Ali Partiya məktəbinə qəbul olunmuşdur. 1963-cü ildə Bakı Ali Partiya Məktəbində təhsilini başa vurmuş, Laçın rayon Partiya Komitəsinin təşkilat şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Həmin il rayon partiya komitəsinin plenum üzvü, 2 seçki rayon partiya komitəsinin büro üzvü seçilmişdir.
Əbil Yusif
Əbil Yusif (Əbil Məhəmməd oğlu Yusifov, 31 yanvar 1910, Ordubad - 29 mart 1984, Bakı) — dramaturq, nasir, ikinci dünya müharibəsinin iştirakçısı. Əbil Yusifov 31 yanvar 1910-cu ildə Ordubad şəhərində anadan olub. Naxçıvan Pedaqoji Texnikumunu, Yerevan Kənd Təsərrüfatı İnsitutunu (1932-ci il), Moskvada K.A. Timiryazev adına Kənd Təsərrüfatı Akademiyasında, eyni zamanda Dil və Fəlsəfə insitutunda oxumuşdur. Azərbaycan Mətbuat İdarəsində baş siyasi redaktor, "Uşaqgəncnəşr"də bədii ədəbiyyat şöbəsinin müdiri olmuş (1937-1940-cı illər), cəbhə qəzetlərində çalışmışdır. Azərbaycan Teleqraf Agentliyində redaktor, Azərbaycan Dövlət Televiziya və Radio Verlişləri Komitəsində baş redaktor işləmişdir. "Babek", "Ramiz", "Odlar içində", "Yadigar", "Məhəbbət abidəsi", "Vətən" pyesləri tamaşaya qoyulmuşdur. "səngərdən gələn səslər", "Bir güllə", "Qızıl gül", "Şeypur səsləri" povestləri, hekayələri, cəbhə xatirələri var. 2 "Qırmızı Ulduz", II dərəcəli "Vətən müharibəsi" ordenləri ilə təltif olunmuşdur. İbrahim Yusifoğlu Naxçıvan Ensiklopediyası. 1.
Bil Geyts
III Vilyam Henri Geyts (ing. Bill Gates; 28 oktyabr 1955[…], Sietl, Vaşinqton) — Amerikalı biznes maqnatı, investor, xeyriyyəçi və yazıçı, uşaqlıq dostu Pol Allen ilə birlikdə proqram təminatı nəhəngi Microsoft-un qurucusu kimi tanınır. Microsoft-dakı karyerası ərzində 2014-cü ilin may ayına qədər onun ən böyük fərdi səhmdarı olmaqla yanaşı, sədri, baş icraçı direktoru (CEO), prezidenti və baş proqram təminatı arxitektoru vəzifələrində çalışıb. O, 1970–1980-ci illərin mikrokompüter inqilabının əsas təşəbbüskarı olub. Geyts Vaşinqtonun Sietl şəhərində anadan olub və burada böyüyüb. 1975-ci ildə o və Allen birlikdə Nyu-Meksiko ştatının Albukerke şəhərində Microsoft-u qurdu və bu, daha sonra dünyanın ən böyük fərdi kompüter proqram təminatı şirkəti oldu. Geyts 2000-ci ilin yanvarında baş direktor vəzifəsini tərk edənə qədər şirkətə sədr və baş icraçı direktor kimi rəhbərlik edirdi, lakin o, direktorlar şurasının sədri olaraq qaldı və baş proqram təminatı arxitektoru oldu. 1990-cı illərin sonunda o, rəqabətə zidd hesab edilən biznes taktikasına görə tənqid olunub. Bu fikir çoxsaylı məhkəmə qərarları ilə təsdiqlənib. 2008-ci ilin iyun ayında Geyts Microsoft-da yarım ştatlı və 2000-ci ildə həyat yoldaşı Melinda ilə birlikdə qurduğu özəl xeyriyyə fondu olan Bill və Melinda Geyts Fondunda isə tam ştatlı işə keçdi.
Bil Klinton
Bill Klinton (ing. William Jefferson "Bill" Clinton; 19 avqust 1946[…]) — Amerika Birləşmiş Ştatlarının 42-ci prezidenti (1993–2001). O, Franklin Delano Ruzveltdən sonra Demokrat partiyasından iki dəfə ard-arda seçilmiş ilk prezidentdir. Onun prezidentliyi dövründə ABŞ öz tarixinin ən sülhsevər ve parlaq iqtisadi dövrlərindən birini yaşamışdır. Bununla yanaşı, onun hakimiyyəti dövründə ABŞ Yuqoslaviyaya qarşı (1999) genişmiqyaslı hərbi kampaniya təşkil etmişdir. 1998-ci ildə mətbuatda Bill Klintonun öz katibəsi Monika Levinski ilə 1996-cı ildə olan intim əlaqələri barədə məlumatlar yayıldı. Bu xəbərlər prezidentin qeyd olunan məsələ ilə bağlı yalan danışdığı iddialarına səbəb oldu və ona qarşı impiçment prosedurunun başlanması ilə nəticələndi, lakin sonda ABŞ Senatı impiçment tələbini rədd edən qərar qəbul etdi. Bununla da Bill Klinton ABŞ tarixində məsuliyyətə cəlb olunan 3-cü ABŞ Prezidenti oldu. Belə ki, 1868-ci ildə Endrü Conson impiçmentə məruz qalsa da vəzifəsini saxlaya bilmiş, 1974-cü ildə isə Riçard Nikson impiçment prosedurunu gözləmədən istefa vermişdi. == Həyatı == Klinton,19 avqust 1946-cı ildə Arkanzasın Hop şəhərində dünyaya gəlib.
Bil Qeyts
III Vilyam Henri Geyts (ing. Bill Gates; 28 oktyabr 1955[…], Sietl, Vaşinqton) — Amerikalı biznes maqnatı, investor, xeyriyyəçi və yazıçı, uşaqlıq dostu Pol Allen ilə birlikdə proqram təminatı nəhəngi Microsoft-un qurucusu kimi tanınır. Microsoft-dakı karyerası ərzində 2014-cü ilin may ayına qədər onun ən böyük fərdi səhmdarı olmaqla yanaşı, sədri, baş icraçı direktoru (CEO), prezidenti və baş proqram təminatı arxitektoru vəzifələrində çalışıb. O, 1970–1980-ci illərin mikrokompüter inqilabının əsas təşəbbüskarı olub. Geyts Vaşinqtonun Sietl şəhərində anadan olub və burada böyüyüb. 1975-ci ildə o və Allen birlikdə Nyu-Meksiko ştatının Albukerke şəhərində Microsoft-u qurdu və bu, daha sonra dünyanın ən böyük fərdi kompüter proqram təminatı şirkəti oldu. Geyts 2000-ci ilin yanvarında baş direktor vəzifəsini tərk edənə qədər şirkətə sədr və baş icraçı direktor kimi rəhbərlik edirdi, lakin o, direktorlar şurasının sədri olaraq qaldı və baş proqram təminatı arxitektoru oldu. 1990-cı illərin sonunda o, rəqabətə zidd hesab edilən biznes taktikasına görə tənqid olunub. Bu fikir çoxsaylı məhkəmə qərarları ilə təsdiqlənib. 2008-ci ilin iyun ayında Geyts Microsoft-da yarım ştatlı və 2000-ci ildə həyat yoldaşı Melinda ilə birlikdə qurduğu özəl xeyriyyə fondu olan Bill və Melinda Geyts Fondunda isə tam ştatlı işə keçdi.
Cessika Bil
Cessika Kler Bil (3 mart 1982[…], İli[d], Minnesota, ABŞ) — amerikalı aktrisa və keçmiş modeldir. "Yeddinci göy" serialında çəkilib. Hobbiləri arasında futbol, qaçış və yoqa vardır.
Axund Əbil sərdabəsi
Axund Əbil sərdabəsi — Novxanı kəndində yerləşən qəbirstanlığında qəbirlərin əhatəsində yerləşən sərdaba. Sərdabə kürsü üzərində inşa edilmişdir. Tikili dördbucaqlı formaya malikdir. Giriş hissəsinin üzərində daş kitabə qoyulmuşdur. Tikili səkkiz bucaqlı piramida şəkilli günbəzlə tamamlanır. Abşeronda səkkiz bucaqlı çadıra bənzər günbəzlə tamamlanmış sərdaba nadir tapıntıdır. Ölçüləri 3.80 x 3.80 m-dir. Tikilinin təxminən 1850-1870-ci illərdə inşa edilməsi ehtimal edilir. Burada kəndin axundu Axund Əbil dəfn olunmuşdur.
Что было дальше?
Sonra nə oldu? — rusdilli yumoristik bir internet şousu. Komediyaçılar dəvət olunan qonağın hekayəsini dinləyir və sonra hekayə necə başa çatdığını təxmin etməyə çalışırlar. Dəvət olunmuş məşhur qonaq hekayəni danışır və şou iştirakçıları qonağın hekayəsinin necə başa çatdığını təxmin etməyə çalışırlar. Şou üçün ideya müəllifi Maksim Morozovdur. Şounun orijinal adı "Və sonra ən gülməli şey oldu."-dur.
Uilyam Bil Şenkli
Vilyam Bil Şenkli — şotlandiyalı futbolçu və "Liverpul" futbol klubunun əfsanəvi məşqçisi. U. Şenkli 1913-cü il sentyabrın 2-də Böyük Britaniyanın Şotlandiya əyalətinin Şərqi Eyeşir qraflığında kiçik Qlenbak qəsəbəsində anadan olub. O ailədəki 10 uşaqdan biri idi. Çox keçmədən o peşəkar futbolla məşğul olan 5 qardaşdan biri oldu. Onun qardaşı Bob tezliklə peşəkar məşqçi kimi tanındı və 1962-ci ildə "Dandi" klubuna ölkə çempionluğunu qazandırdı. Futbolçu fəaliyyəti dövründə U. Şenkli bir çox klubların şərəfini qoruyub. 1938-ci ilin aprel ayında o İngiltərə ilə oyunda Şotlandiya yığmasının heyətində debüt etdi. Bundan sonra U. Şenkli yığmada cəmi dörd rəsmi oyuna çıxdı. 1939-cu ildə II Dünya Müharibəsinin başlaması onun yığmadakı karyerasına son qoydu. Lakin o hələ bir müddət müxtəlif klublarda oynamaqda davam etdi və 1949-cu ilin mart ayında futbolçu karyerasına son qoyaraq məşqçiliyə başladı.
Vilyam Bil Şenkli
Vilyam Bil Şenkli — şotlandiyalı futbolçu və "Liverpul" futbol klubunun əfsanəvi məşqçisi. U. Şenkli 1913-cü il sentyabrın 2-də Böyük Britaniyanın Şotlandiya əyalətinin Şərqi Eyeşir qraflığında kiçik Qlenbak qəsəbəsində anadan olub. O ailədəki 10 uşaqdan biri idi. Çox keçmədən o peşəkar futbolla məşğul olan 5 qardaşdan biri oldu. Onun qardaşı Bob tezliklə peşəkar məşqçi kimi tanındı və 1962-ci ildə "Dandi" klubuna ölkə çempionluğunu qazandırdı. Futbolçu fəaliyyəti dövründə U. Şenkli bir çox klubların şərəfini qoruyub. 1938-ci ilin aprel ayında o İngiltərə ilə oyunda Şotlandiya yığmasının heyətində debüt etdi. Bundan sonra U. Şenkli yığmada cəmi dörd rəsmi oyuna çıxdı. 1939-cu ildə II Dünya Müharibəsinin başlaması onun yığmadakı karyerasına son qoydu. Lakin o hələ bir müddət müxtəlif klublarda oynamaqda davam etdi və 1949-cu ilin mart ayında futbolçu karyerasına son qoyaraq məşqçiliyə başladı.
Abvil
Abvil — Fransanın şimalında şəhərdir. Somma departamentinin məxsusdur. Pont əyalətinin keçmiş mərkəzidir. O-de-Frans regionunda yerləşir. Somma çayı ilə La-Manş körfəzi arasında dəniz limanı bu şəhərdə yerləşir. Əhalisi 23559 nəfərdir (2014). == Coğrafiyası == Abvil Amyen şəhərindən 45 km, La-Manş körfəzindən isə 20 km aralıda yerləşir. Şəhərin şimalında Avropanın ən əsas magitral yolu A16 keçir. == Tarixi == Şəhər XIX əsrdə yaradılmışdır.Əvvəl Sen-Rike sonra isə Pont əyalətinə daxil olub. == İqtisadiyyatı == Əsas dəmir yolu mərkəzidir.
Adil
Adil — kişi adı və təxəllüs. Adil Gəray — Adil şah — Adil Şirin — Adil Rüstəmov — Azərbaycan rəssamı Adil xan Ziyadxanov — Adil Üseyran — Məşədi Adil — Adil Vəliyev — Adil Aşırım — Adil Barmal — Adil Kaskabay — Adil Yaqubov — Adil Baxşəliyev — tibb elmləri doktoru, professor Adil Babayev Adil Babayev (şair) — şair, tərcüməçi Adil Babayev (hüquqşünas) — Azərbaycan SSR-in baş prokuroru (1954–1958) Adil Babayev (professor) — Filologiya elmləri doktoru, professor.
Ahıl
Qocalıq və ya yaşlılıq — orqanizmin nəslin davam etdirilməsi qabiliyyətini itirməsindən ölümə qədər olan insan həyatı dövrü.
Amil
Amil — Azərbaycanlı kişi adı. Amil Səfərli — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Amil Rüstəmov — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Amil Qasımov — Azərbaycanlı samboçu.
Aqil
Aqil — kişi adı. Aqil Məcidov — Aqil Məlikov — Aqil Məmmədov Aqil Məmmədov (hərbçi) — Qarabağ müharibəsi iştirakçısı, Azərbaycanın Milli Qəhrəmanı. Aqil Məmmədov (siyasətçi) — deputat, sabiq icra başçısı. Aqil Məmmədov (futbolçu, 1972) — Azərbaycan futbolçusu. Aqil Məmmədov (futbolçu, 1989) — Azərbaycan futbolçusu. Aqil Abbas — Aqil Musayev — Aqil Həsənov — Aqil Salyayev — Aqil Mirzəliyev — Aqil Quliyev Aqil Quliyev (milli qəhrəman) — Azərbaycanın Milli Qəhrəmanı; Birinci Qarabağ müharibəsi iştirakçısı. Aqil Quliyev (əsgər) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi iştirakçısı. Aqil M. Quliyev — Azərbaycan aktyoru, rejissoru, ssenari müəllifi və klipmeykeri.
Ağbil
Ağbil — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Eyniadlı bələdiyyənin tərkibindədir. == Toponimikası == Ağbil oyk., mür. Quba r-nunun Vladimirovka i.ə.v.-də kənd. Qusar maili düzənliyindədir. XVI əsrə aid Ağbil türbələri bu kəndin ərazisindədir. Yerli əhali bu türbələri Dörd Ağbil adlandırır. Hazırda üçü qalmaqda olan həmin türbələr Şeyxlər üçün tikilmişdir. XIX əsrdə Zeyid kəndindən köçüb gələnlər tərəfindən məskunlaşmış Ağbil kəndi bir müddət Ağbil Zeyid adlandırılmışdır. Oykonim ağ (kiçik) və bil (qəd.
Ağıl
Ağıl və ya zəka — doğru ilə yanlışı ayırd etmə, hər hansı bir mövzuda fikir yürütmə və münasibət bildirmə qabiliyyətidinə deyilir. Məntiq də ağlın əsas hissəsidir. İnsan yaşa dolduqca ağlı da inkişaf edir. Dərrakə isə bir hadisəni dərk etməyi, qavramağı mühakimə etməyi və açıqlamağı təmin edir. Ümumiyyətlə, 12 yaşa qədər sürətlə inkişaf edən dərrakə qabiliyyəti 20 yaşa qədər davam edir və sonra sabit qalır. Dərrakə insanın hər vəziyyətdə qabiliyyətini üzə çıxartmaya da bilər. Məsələn, gözəl şeir yazan adam bəsit riyazi məsələni həll etməkdə çətinlik çəkir. Çünki dərrakə özünü psixoloji hadisələr, idrak, yadda saxlama qabiliyyəti, meyillər və s. ilə əlaqədar fərqli şəkildə göstərir. Ağıl hisslər, emosional proseslər, anlayış, yaddaş, istəklər, fərdi xüsusiyyətlər və motivlər, həmçinin şüursuzluqla müəyyən edilir.
Dəbil
Dvin və ya Dəbil (azərb. Dəbil‎, erm. Դուին, yun. Δούβιος) — Müasir Ermənistan ərazisində yerləşən qədim şəhər. Xarabalıqları qalmışdır. == Tarixi == 335-ci ildə Arşakilər sülaləsindən III Xosrov tərəfindən salınmışdır. Adı farsca "təpə" mənasına gəlir. 506-cı ildə Dvin kilsə məclisi burada çağrılmışdır. 642-ci ildə Ərməniyyənin mərkəzinə çevrilmişdir, bundan sonra şəhər daha çox Dəbil adlanmağa başlanmışdı. 893-cü ildə zəlzələdə şəhər dağılmış, Saci afşini Məhəmmədin şəhəri ələ keçirməsi asanlaşmışdı.
Ebli
Ebli-i Süfla — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. Ebli-i Ülya — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd.