Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Fiesta (roman)
Fiesta (ing. The Sun Also Rises; azərb. "Günəş doğur"; "Günəş də doğar"; Günəş bir də doğacaq; Günəş də qalxır‎) — Ernest Heminqueyin romanı. 1926-cı ildə yazılmış “Fiesta” Ernest Heminqueyin ilk əhəmiyyətli əsəri hesab olunur. 2009-cu ildə "Newsweek" jurnalı "Fiesta"nı bütün xalqların və bütün dövrlərin ən yaxşı 100 kitabı arasına daxil edib. == Məzmun == Roman Fransa və İspaniyaya səfərləri sırasında müharibələrarası zaman kəsiyində “itirilmiş nəsil” adlanan bir neçə nəfərin tarixinə həsr olunub. Birinci Dünya Müharibəsindən sonra müharibədə aldığı yara səbəbindən cinsi iqtidardan məhrum olmuş amerikalı jurnalist Xake Barnes və müharibədə tibb bacısı olmuş Brett Aşley müharibələrarası zaman içində Parisdə yenidən görüşürlər. Onlar Şimali Amerika cəmiyyəti ilə əlaqə saxlayırlar. Romanın ilk, əsas hissəsindəki hadisələr bu cəmiyyətin ətrafında dövran edir. Oradan Xake, Brett və yoldaşları Con, Bill və Mayk balıq tutmaq və Sanfermin bayramında iştirak üçün İspaniyanın Pamplona şəhərinə yola düşürlər.
Fiest
Fiest və ya Tiest ( q.yun. Θυέστης) — yunan mifologiyasında personaj. O, Pelops və Hippodamiyanın oğlu, Atreyin qardaşı, Egisfin atasıdır. Fiestin adı "İliada" və "Odisseya"da xatırlanır. Fiestin mifi bütün yunan mifologiyasındakı ən dəhşətli miflərdən biri hesab edilir. Sofoklun indiki dövrə qədər gəlib çatmamış faciə trilogiyası bu mifə həsr edilmişdir. == İncəsənətdə == Sofoklun "Arteya və ya mikenalılar", "Birinci Fiest", "Fiest", "Fiest Sikionda" faciələrinin, Evripidin "Kritlilər" və "Fiest" faciələrinin, Karkina Kiçiyin, Aqafonun, Diogenin, Kleofontun, Heremonun, Tarslı Apollodorun, Pakuviyanın, Enniyanın, Senekiyalı Variyanın "Fiest" komediyasının baş qəhrəmanıdır.
Siesta (Van Qoq)
Siesta (fr. La méridienne dit və ya La sieste) — məşhur holland rəssamı Vinsent van Qoqun yağlı boya ilə çəkilmiş rəsm əsəri. Parisdə, Orse muzeyində saxlanılan rəsm əsəri 1889-cu ilin dekabrı ilə 1890-cı ilin yanvarı arasında, yəni rəssam Sen-Remidə ruhi xəstəxanada qalarkən çəkilib. Mövzu olaraq siestanı seçən Vinsent fransız rəssamı Jan-Fransua Millenin eyniadlı rəsm əsərinə istinad edir. Rəsmin sakit təbiət təsviri olmasına baxmayaraq, burada Vinsentin üslubuna məxsus bədii gərginlik də nəzərə çarpır. Siesta Vinsentin ən məşhur rəsm əsərlərindən biri hesab edilir.
Avesta
Avesta ― Zərdüştlüyün müqəddəs kitabı. Dövrümüzə tam şəkildə çatmamışdır. Hesab edilir ki, Avestanın tərkib hissələri, əsasən, e.ə. I minilliyin 1-ci yarısında formalaşmağa başlamışdır. Avesta dünyagörüşlü bir kitabdır. İnsan bu mövqelərdən birini seçməkdə sərbəstdir. Avestada yazılmışdır ki, hər an xeyir tanrısı Hörmüz və şər tanrısı Əhriman arasında döyüş gedir. Onlar üçün hər şey bir-birinə ziddir. == Avesta Tarixi == Zərdüştilik ənənəsinə görə, "Avesta"nın əvvəlki əsrlərdə mövcud olmuş nüsxələrindən biri Makedoniyalı İsgəndər tərəfindən yandırılmışdır. Bizə məlumdur ki, hələ e.ə.
Digesta
Digesta (lat. digesta, "sıraya düzülmüş"), və yaxud Pandekte (yun. /lat. pandectae, "əhatəedici") Roma qanunlarının küllüyyatı. lat. Corpus juris civilis — 529-534 ildə Bizans imperatoru I Yustinianın dövründə tərtib edilmiş "Yustinian qaydalarının" (533) - Roma sivil qanunlar toplusunun müasir adı .
Fleyta
Fleyta — nəfəslə çalınan musiqi aləti. == Söz açımı == İtalyanca "flauto" sözü "külək, meh" deməkdir. == Tarixçə == Qədim tarixə malikdir. Keçmişdə qamışdan düzəldilən fleytanı şaquli (uzununa) tutaraq çalırdılar. Əsrlər boyu bu alət təkmilləşdirilmişdir, hal-hazırda üfqi (eninə) vəziyyətdə tutularaq çalınır. 1832-ci ildə alman fleytaçısı T. Byom tərəfindən təkmilləşdirilmişdir . XVIII yüzillik qoboy və köndələn fleytanın yerinin orkestrdə görünməsinin, möhkəmlənməsinin şahididir. Ilk dəfə fleytanı opera orkestrində daimi alət kimi tətbiq edən Lülli olmuşdur. Onun orkestrindəki fleyta dikinə (blokfleyta) ifa olunurdu. Dikinə və ya ucluqlu fleytanı qarşıda düz saxlayırdılar.
Freska
Freska —Təzə mala üzərində sulu boya ilə çəkilmiş şəkil, rəsm, naxış. Freska divar rəsmlərinin əsas texnikasıdır.
Tiesto
Tijs Michiel Verwest - Tiesto (Tiësto) Niderlandlı Dj, Elektron musiqi bəstəkarı. Tiesto 17 yanvar 1969-cu ildə Niderland`da, Şimali Brabant, Breda şəhərində anadan olub. Dünyanın ən seçkin musiqi jurnallarından DJ Mag tərəfindən oxucusu səsverməsi ilə "Dj Top 100" sıralamasında 2013`də Avicii`dən sonra 4. yer tutub. Mix Mag tərəfindən keçirilən "The Greatest DJ Of All Times" (Bütün zamanların ən yaxşı DJ`i) müsabiqəsinin qalibi olub. Tarkanın Pare Pare mahnısına da mix düzəldib. 2001 In My Memory 2002 In My Memory - Remixes 2003 Nyana 2004 Just Be 2004 Parade of the Athletes 2004 Parade of the Athletes: Unmixed 2006 Just Be: Remixed 2007 Elements of Life 2008 Elements of Life: Remixed 2009 Kaleidoscope 2010 Kaleidoscope: Remixed 2011 Kiss From The Past / as Allure 1990'cı illər Forbidden Paradise 3: The Quest for Atlantis (1995) Forbidden Paradise 4: High as a Kite (1995) Forbidden Paradise 5: Arctic Expedition (1996) Lost Treasures: Isle of Ra (1996) Lost Treasures: Concerto for Sonic Circles (1996) Forbidden Paradise 6: Valley of Fire (1996) Magik One: First Flight (1997) Lost Treasures: Creatures of the Deep (1997) Forbidden Paradise 7: Deep Forest (1998) Space Age 1.0 (1998) Magik Two: Story of the Fall (1998) Magik Three: Far from Earth (1998) Global Clubbing: The Netherlands (1998) Space Age 2.0 (1999) Live at Innercity: Amsterdam RAI (1999) Magik Four: A New Adventure (1999) DJ's For Warchild (1999) In Search of Sunrise (1999) 2000'ci illər Magik Five: Heaven Beyond (2000) Magik Six: Live in Amsterdam (2000) Summerbreeze (2000) In Search of Sunrise 2 (2000) Revolution (2001) Puschkin Presents DJ Tiësto - Exclusive Black Hole Mix 2001 (2001) Magik Seven: Live in Los Angeles (2001) In Search of Sunrise 3: Panama (2002) Nyana (2003) World Leader (2003) Tiësto presents Magik Muzik (2004) Perfect Remixes Vol.
Wiestia
Süddəyən (lat. Lactuca) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
FIATA
FIATA — Beynəlxalq Yük Ekspeditorları Assosasiyaları Federasiyası. Beynəlxalq qeyri-dövlət təşkilatıdır. 31 may 1926-cı ildə Vyanada yaradılmışdır. ingilis dilində — İnternational Federation of Freight Forwarders Associations.
Insta
Instagram (azərb. İnstaqram) — şəkil və qısa videoların paylaşıldığı sosial şəbəkə. Kevin Sistrom və Mayk Kriger tərəfindən qurulan Amerikan foto və video paylaşma sosial şəbəkə xidməti. 2012-ci ilin aprel ayında Facebook Inc xidməti təqribən 1 milyard ABŞ dollarına nağd pul və səhm şəklində əldə etdi. Tətbiq istifadəçilərə filtrlərlə redaktə edilə bilən və hashtaglar və coğrafi etiketləmə ilə təşkil edilə bilən media yükləməyə imkan verir. Yazılar açıq şəkildə və ya əvvəlcədən təsdiqlənmiş izləyicilərlə paylaşıla bilər. İstifadəçilər digər istifadəçilərin məzmununu teqlər və yerlər üzrə nəzərdən keçirə və trend olan məzmuna baxa bilərlər. İstifadəçilər fotoşəkilləri bəyənə və məzmunlarını şəxsi lentə əlavə etmək üçün digər istifadəçiləri izləyə bilərlər. Instagram əvvəlcə məzmunun yalnız o zamankı iPhone ekran eninə uyğun olması üçün 640 piksel ilə kvadrat (1:1) aspekt nisbətində çərçivəyə salınmasına icazə verməsi ilə fərqlənirdi. 2015-ci ildə bu məhdudiyyətlər 1080 pikselə qədər artırılaraq yüngülləşdirilib.
Rişta
Rişta (lat. Dracunculus medinensis) Yumru qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. Bu təhlükəli insan paraziti ağ kəndir şəklindədir, uzunluğu 32-100 sm-ə çatır.. Parazit həyat tərzi keçirir. Ağ rəngli sap şəklində olan qurd insanlarda dəri altında və aşağı ətraf oynaqlarında yaşayır. Bəzən yuxarı ətraf oynaqlarında və bədənin digər nahiyələrində də təsadüf olunur. Rişta dərialtı birləşdirici toxumalarda parazitlik edərək irinli yara əmələ gətirir. Yaranın içərisində dişi fərd çoxlu sürfələr doğur. Qurdun cinsi orqanları bədənin ön tərəfində yerləşir. insan suya girdikdə və yuyunduqda inkişaf etmiş sürfələr suya buraxılır.
Tista
Tista ( ing. Teesta Teesta, nep. टिस्ता खोला - "Tista Khol", benq. তিস্তা নদী তিস্তা নদী - "Tista Nodi"), Hindistan və Banqladeşdəki çaydır və Brahmaputranın bir qoludur. Keçmiş Knyazlığın əsas su yolu idi və hazırda Hindistanın Sikkim əyaləti, öz mikroiqlimi ilə Himalayadakı dərin bir vadidən keçərək bütün dövlətə axır. Müəyyən dərəcədə Sikkim və Qərbi Benqal dövlətləri arasındakı sərhədi təşkil edir, sonra Qərbi Benqal və Banqladeşdən keçərək Brahmaputraya axır. Tibetlə sərhəddəki Sikkimin çox şimal-şərqindəki Tista buzlaqından qidalanan Khangchung gölündən axır. Yuxarıda Çombo adlanır ( ing. Chombo Çombo ). Əvvəlcə qərbə, Sikkimin şimal sərhədi boyunca axır, sonra cənuba dönür və dövləti demək olar ki, yarısında kəsir.
Vesta
Andres İniesta
Andres İniesta (11 may 1984[…], Albasete, Kastiliya-La-Mança) — İspaniyalı futbolçu.
Phyllorchis biseta
Bulbophyllum bisetum (lat. Bulbophyllum bisetum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Nepaldan Taylanda qədər yayılmışdır. Bolbophyllaria biseta (Lindl.) Rchb.f. Bulbophyllum cirrhopetaloides Griff.
Phyllorkis biseta
Bulbophyllum bisetum (lat. Bulbophyllum bisetum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bulbofillium cinsinə aid bitki növü. Nepaldan Taylanda qədər yayılmışdır. Bolbophyllaria biseta (Lindl.) Rchb.f. Bulbophyllum cirrhopetaloides Griff.
Sehrli fleyta
Sehrli fleyta — (alm. Die Zauberflöte‎), Volfqanq Amadey Motsartın 1791-ci ildə Emanuel Şikanederin librettosuna bəstələmiş olduğu opera. Operanın premyerası 30 sentyabr 1791-ci ildə Auf der Viden, Vyanada oynanılmışdır. Librettonun süjeti isə bir neçə xalq nağılından götürülmüşdür. Gecə kraliçasının qızı sehrbaz Zarastro tərəfindən oğurlanır. Gecə kraliçası qızını qurtarmaq üçün, köməkçi və sehrli fleyta verib, şahzadə Taminonu yola salır. Şahzadə sehrbazın tərəfinə keçərək bir sıra sınaqlarla üzləşir. Şahzadə Tamino dağlarda azıb qalır. Gecə kraliçasının quluqçuları olan üç qadın onu ilandan xilas edirlər. Tamino ayılanda quş tilovçusu Papagenonu görür.
İnma Kuesta
Inma Kuesta (isp. Inma Cuesta; d. 25 iyun 1980, Valensiya) — İspaniya aktrisası.
Nina Fişeva
Nina Qriqoryevna Fişeva (27 sentyabr 1930, Bakı – 29 avqust 2010, Bakı) 1958–2009-cu illərdə Azərbaycan Respublikasının Dövlət Kino-Foto Sənədləri Arxivinin rəisi olub. Bu arxiv ilk dəfə Dövlət Oktyabr İnqilabı Arxivinin Fotosənədlər Şöbəsi adı altında 1930-cu ildə yaradılmışdır. 1943-cü ildə Azərbaycan Mərkəzi Dövlət Kino və Foto Sənədləri Arxivinə çevrildi. Arxivdə Azərbaycan tarixinin ən mühüm siyasi və mədəni hadisələrini əks etdirən 22 mindən çox film və 400 mindən çox fotosənəd var ki, onlardan ən qədimi 1858-ci ilə aiddir. Hazırda arxivlərdə qorunub saxlanılan sənədlər müxtəlif yollarla əldə edilmişdir. Bəzilərini Fişeva Moskva, Daşkənd, Tbilisi, Minsk və keçmiş Sovet İttifaqının digər şəhərlərinə etdiyi səfərlərdən gətirib; bəziləri müxtəlif təşkilatlar və qurumlar tərəfindən hədiyyə kimi verildi. İnternet resursları fondu doldurmaq üçün yeni vasitədir, onun sayəsində Arxivlər çoxlu diqqətəlayiq köhnə fotoşəkilləri, məsələn, Köhnə Bakının rəngli fotoşəkillərini əldə ediblər. Yuliya Qermanoviçin hədiyyə etdiyi unikal fotoşəkillərdən ibarət kolleksiyalar Arxivin xüsusi sərvətləri sırasındadır. Bu fotoşəkillərdə 20-ci əsrin əvvələrinə aid Bakının bazarları, çayxanaları, məktəblərini özündə əks etdirən orijinal təsvirlər əks olunmuşdur. 1981-ci ildə Nina Fişeva Azərbaycanın əməkdar mədəniyyət işçisi adına layiq görülüb.
Wiestia canadensis
Kanada süddəyəni (lat. Lactuca canadensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. Mulgedium canadensis (L.) Farw.
Wiestia elongata
Kanada süddəyəni (lat. Lactuca canadensis) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. Mulgedium canadensis (L.) Farw.
Wiestia spectabilis
Kompas süddəyən (lat. Lactuca serriola) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. Hündürlüyü 30-100 sm, gövdəsi tək və ya bir neçə saydadır, düz, adətən uzun qövsşəkilli budaqları ilə qollu-budaqlı, süpürgəvari budaqlanmış, ağımtıl rəngdədir, şırımlıdır, çılpaq və ya aşağı hissə uzun tikanlarla örtülmüş və milşəkilli kökü olan birillik və ya ikiillik ot bitkisidir. Gövdə yarpaqları çox vaxt şaquli müstəvidə yerləşmişdir, qalın dərilidir, göyümtül-yaşıl rəngdədir, çılpaq, və ya orta damarı alt tərəfdə tikanlarladır, oyuqlu lələkvari bölünmüşdür, hər iki tərəfdən enli neştərvari, uzunsov və ya üç künclü, arxaya qatlanmış payları vardır, kənarları tikanlıkirpikli, dişli, yuxarı yarpaqları bəzən hamısı olur, ayrı deyildir, kənarları qismən iri dişli, oturaqdır və qaidə hissəsi oxşəkilli, qulaqcıqları isə üçbucaq formada sivriləşmişdir. Səbətlərinin uzunluğu 9–14 mm, eni 3-3,5 mm-dir, silindrvaridir, seyrək çiçəklidir, uzunsaplaqlıdır və ya oturaqdır. Toxumları qonur rənglidir, uzunsov əksinə yumurtaşəkillidir. Uzunluğu 3 mm-ə yaxın, eni 1 mm, qaidəsinə doğru daralmış, 7-9 ədəd qabırğası var, toxumun ucuna yaxın yerləşmiş qısa sərt tükləri vardır, uzun, ağ, nazik, uzunluğu 5 mm-ə yaxın dimdiklidir; kəkil (başcıq) ağ rəngdədir, asanlıqla töküləndir. Lactuca sativa subsp.
Wiestia virosa
Lactuca virosa (lat. Lactuca virosa) — bitkilər aləminin astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinin süddəyən cinsinə aid bitki növü. Lactuca scariola subsp. virosa (L.) Bonnier & Layens Lactuca scariola subsp. virosa (L.) Maire & Petitm. Lactuca scariola proles virosa (L.) Rouy Wiestia virosa (L.) Sch.Bip. Lactuca virosa subsp. cornigera (Pau & Font Quer) Emb. & Maire Lactuca virosa subsp.
Parnas (freska)
Parnas (it. Parnaso) —İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri.Rafel əsəri 1511-cu ildə çəkmişdir.Əsər Rafael Santinin yaradıcılığının Roma dövrünə aid edilir.Parnas əsəri hal-hazırda Vatikanda saxlanılır.