Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Funt-sterlinq
Funt sterlinq, funt, Britaniya funtu (ing. Pound sterling, Pound, British pound) —Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi. Funt sterlinq həmçinin Gernsi, Cersi və Men adası taxt-tac ərazilərinin paralel valyutası, Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın isə qanuni ödəniş vasitəsidir. Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (lat. Libradan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (ing. Great Britain Pound), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.
Funt sterlinq
Funt sterlinq, funt, Britaniya funtu (ing. Pound sterling, Pound, British pound) —Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi. Funt sterlinq həmçinin Gernsi, Cersi və Men adası taxt-tac ərazilərinin paralel valyutası, Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın isə qanuni ödəniş vasitəsidir. Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (lat. Libradan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (ing. Great Britain Pound), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.
Şunt
Şunt — elektrik cərəyanının (və ya maqnit axınının) dövrənin hər hansı bir hissəsindən keçməsinə imkan verən cihazdır. Adətən aşağı müqavimətli rezistor, induktivlik çarxı və ya keçiricidən ibarətdir.
Font
Şrift yada Yazı tipi (en. font) – eyni üsluba (məsələn, Courier), şəklə (kursiv), qalınlığa (məsələn, yarımqalın) və ölçüyə malik olan simvollar yığını; şriftlərin üslublarını (TYPEFACE) bir-birilə dəyişik salmaq olmaz. Şrift, verilmiş dizayna malik müəyyən ölçülü, üslublu və qalınlıqlı bütün simvolların çoxluğudur; şriftin üslubu isə dizaynın özüdür. Ekran görüntüsünü formalaşdırarkən və sənədləri çap edərkən şriftlər ya rastr görüntülər (nöqtələrin kombinasiyası) vasitəsilə, ya da konturlara (müəyyən riyazi düsturlara) görə formalaşdırılır. Müxtəlif şriftlərin tətbiqinə imkan verən proqramlar, onları ekranda yarada bilməsələr belə, şriftin şəkli və ölçüsü haqqında informasiyanı printerə verir. Printerin lazım olan şrifti əks etdirməsi üçün, ya şrift haqqında tam informasiya proqram tərəfindən printerə yüklənməli, ya da printerin özünə və ya printerin şrift kartricinə (FONT CARTRİDGE) yerləşdirilməlidir . == Rəvan == Rastr şrifti — unikal bit görüntüsü (nöqtələrin kombinasiyası) kimi təsvir olunan, müəyyən ölçü və üslublu simvolların yığınıdır. Rastr şriftlərə misal olaraq Microsoft Windows və Mac OS əməliyyat sistemlərinin ekran şriftlərini göstərmək olar. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Fut
Fut (İngiliscə tək formada: foot (fût), cəm formada: feet; abreviaturası: ft) İngilis ölçü vahidləri sistemində bir uzunluq ölçüsü vahididir. ′ simvolu ilə də göstərilir. 30,48 santimetrə bərabərdir. 1 yard 3 futa bərabər olub, 1 fut da öz növbəsində 12 düyümə bərabərdir. 1958-ci ildə ABŞ və İngilis Millətlər Cəmiyyəti dövlətləri tərəfindən, 1 yardın uzunluğu 0,9144 metr olaraq müəyyənləşdirilmişdir. Dolayı yol ilə 1 fut 0,3048 metrə bərabər (30,48 cm) vəziyyətə gəlmişdir.
Brikston funtu
Brikston funtu — 17 sentyabr 2009-cu ildə buraxılıb. Brikston funtu regional valyutadır, funt sterlinqə alternativ kimi də götürülür. İlk dəfə 18 sentyabr 2009-cu ildə 80 yerli şirkət tərəfindən valyuta kimi qəbul edilib. Brikston funtundan başqa Devonun Totnes, Qlosterşr qraflığının Straud şəhərində və Sasseks qraflığının Lyuis şəhərlərində yerli valyutalar buraxılır. Brikston funtunu buraxmaqda məqsəd yerli iqtisadiyyata investisiyanı həvəsləndirmək, istehsalçılar arasında qarşılıqlı dəstək mühiti yaratmaq, yerli istehsalla yerli ticarət şəbəkələri arasında əlaqə yaratmaqdır. £ B 1, B £ 5, B £ 10 və £ 20 B əskinazları vardır və üzərilərində yerli məşhurlar təsvir edilib. Şəhər şurası New Economics Foundation şirkəti ilə əskinaz layihəsinin tərtib edilməsi ilə bağlı saziş imzalayıb. 29 sentyabr 2011-ci ildə isə Brikston funtunun elektron versiyası buraxıldı. Kağız pulların ikinci buraxılışında Brikston məşhurlarının şəkilləri yerləşdirildi. B £ 1 -də mədəniyyət arxivinin yaradıcısı Len Qarrisonun, B £ 5-də "Çikaqo Bullz" komandasının oyunçusu Lyol Denqin, B £ 10-də Devid Bounun, £ 20 B-də isə İkinci Dünya MÜharibəsində məxfi agent olmuş Violette Kabonun şəkilləri yerləşdirildi.
Bristol funtu
Bristol funtu (£B) — 19 sentyabr 2012-ci ildə Böyük Britaniyanın Bristol şəhərində buraxılmış regional valyuta. Yerli iqtisadiyyatı dəstəkləmək üçün buraxılıb və yerli müəssisələr arasında istifadə edilir (buraxılan ərəfədə 300 yerli müəssisə ondan istifadəyə imza atıblar). Bristol funtu Britaniya funtuna ekvivalentdir və sərbəst şəkildə Britaniya funtuna və əks halda dəyişilə bilinir. == Əskinazları == Müstəqil şirkətlər tərəfindən də buraxıla bilir. Onun saxtalaşdırılmaması üçün xüsusi tədbirlər görülüb. Xarici görünüş üşçün 8 variantdan istifadə edilir. Onlar müsabiqəyə təklif edilmiş min variantdan hər nomunal üçün iki variant seçilib. Bristol funtu həmçinin elektron tranzaksiya edilə bilir. == Qanuniliyi == Bristol funtu dövlət ödəniş vasitəsi olmasa da Britaniya qanunları ölkə ərazisində regional valyutalardan istifadə etməyə icazə verir. Bristol funtundan başqa Britaniya ərazisində aşağıdakı yerli valyutalardan da istifadə edilir: Şotland funtu Gernsi funtu Men adası funtu Brikston funtu Lyuis funtu Totnis funtu Stroud funtu və s.
Britaniya funtu
Funt sterlinq, funt, Britaniya funtu (ing. Pound sterling, Pound, British pound) —Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının milli pul vahidi. Funt sterlinq həmçinin Gernsi, Cersi və Men adası taxt-tac ərazilərinin paralel valyutası, Folklend adaları, Cəbəli-Tariq, Müqəddəs Yelena adası, Dirçəliş və Kristian-da-Kunyanın isə qanuni ödəniş vasitəsidir. Funt sterlinq 100 pennidən ibarətdir. Simvolu — £ (lat. Libradan — libra, funta ekvivalentdir). Кodu ISO 4217 — GBP (ing. Great Britain Pound), hərdən istifadədən çıxmış abbrevaturadan da istifadə edilir — UKL (United Kingdom Libra). Dövriyyədə 5, 10, 20, 50 funtluq əskinaz; 1, 2, 5, 10, 20, 50 pensli, 1 və 2 funtlu sikkələr vardır. Nadir halda 25 pensli və 5 funtlu sikkələrə də rast gəlinir.
Gernsi funtu
Gernsi funtu (ing. Guernsey pound) — Gernsi valyutası. 1921-ci ildən Böyük Britaniya ilə valyuta ittifaqında olduğundan sərbəst valyuta deyil və funt sterlinqə 1:1 nisbəti ilə bağlıdır. Gernsi funtu bütün Böyük Britaniya ərazisində ödənişə qəbul edilir. == Tarixi == 1834-cü ilədək Gernsidə valyuta kimi fransız livri işlədilirdi. Sonradan 1921-ci ilədək ödənişə Fransa frankı qəbul edilməyə başlandı. 1827-ci ildən yerli funt əskinazları buraxılmağa başlandı. 1830-cu ildən dubl sikkələri dövriyyəyə daxil oldu (80 dubl 1 frank idi). 1848–1850-ci illərdə adada funtlar işlənməyə başladı (12.5 Gernsi pensi 1 şillinq idi). 1914-cü ildə yeni əskinazlar dövriyyəyə girdi.
Karl Kunt
Karl Kunt (alm. Karl Sigismund Kunth‎; 18 iyun 1788, Leypsiq, Saksoniya elektoratlığı – 22 mart 1850, Berlin) — alman botaniki.
Livan funtu
Livan funtu və ya livr (ərəb. ليرة لبنانية‎, fr. livre libanaise, ing. lebanese pound) — Livanın pul vahididir. Livanda pul vahidini Livan lirası adı altında istifadə edirlər.. Daha əvvəl bir Livan funtu 100 piastra bərabər idi, amma belə bölgüdən sonra ölkədə inflyasiya yarandığından ölkə bu sistemdən imtina etdi. ISO 4217 beynəlxalq standartına uyğun olaraq Livan funtunun beynəlxalq işarəsi — LBP-dir. == Sikkələr == Pul dövriyyəsində 25, 50, 100, 250 və 500 Livan funtu nominallı sikkələrə rast gəlmək mümkündür. == Əsginaslar == Pul dövriyyəsində 1000, 5000, 10000, 20000, 50000 və 100000 Livan funtu nominallı əsginaslara rast gəlmək mümkündür. Əsginaslar Qəznədə çap edilir.
Lyuis funtu
Lyuis funtu — Böyük Britaniyanın Lyuis şəhərində istifadə edilən regional valyuta. Digər regional valyutaların istifadəsi təcrübəsindən istifadə edərək şəhər şurası onun 2008-ci ilin sentyabrından dövriyyyəyə buraxılmasına razılıq verdi. Qərarın iqlimin dəyişməsi və neftin qiymətinin artmasından yaranan problemlərin aradan qaldırılması məqsədilə qəbul edildiyi bildirilirdi. == Tarixi == Lyuis ilk dəfə öz valyutasını 1789-cu ildə buraxıb, ancaq 1895-ci ildə digər regional valyutalarla birgə buraxılışı dayandırılıb. Onun buraxılışı kütləvi informasiya vasitələrində uzun müddət müzakirələrdən sonra 2008-ci ilin sentyabrında bərpa edilib. 3 iyul 2009-cu ildə elan edildi ki, onun buraxılışı davam etdiriləcək. £ 5, £ 10 və £ 21 dəyərli funtların buraxılışı üzərində iş gedir. == Dəyəri == 1 Lyuis funtu 1 funt sterlinqə bərabərdir və Lyuisin 130 mağazasında qəbul edilir (dövriyyəyə buraxılanda onların sayı 70 idi).
Milan Füşt
Milan Füşt (mac. Füst Milán; 17 iyul 1888, Budapeşt – 26 iyul 1967, Budapeşt) — Macarıstan yazıçısı, şairi və dramaturqu. 1908-ci ildə yazıçı Erno Oşvat ilə görüşdü və ilk əsərini Nyuqat ədəbi jurnalında dərc etdirdi. Dejö Kostolanyi və Frideş Karinti ilə dostluq eləməyə başladı. Budapeştdə hüquq və iqtisadiyyat fakültəsində təhsil aldıqdan sonra biznes məktəbində müəllim kimi fəaliyyət göstərdi. 1918-ci ildə Vöröşmarti Akademiyasının direktoru oldu, lakin 1921-ci ildə öz vəzifəsini tərk etməyə məcbur edildi. 1928-ci ildə sinir böhranı onun Baden-Baden şəhərindəki sanatoriyada altı ay keçirməsinə səbəb oldu. 1948-ci ildə Koşşut mükafatını qazandı və 1965-ci ildə Nobel mükafatının namizədi oldu. Tanınan əsəri "Həyat yoldaşımın hekayəsi" (A feleségem története) 1942-ci ildə nəşr edildi.
Olderni funtu
Olderni funtu (ing. Alderney pound) — Gernsi beylivikasının tərkibinə daxil olan Olderni adasının pul vahididir. Olderni Hökuməti haqqında qanuna uyğun olaraq ada pul nişanlarının buraxılışı hüququna malikdir. Həmin valyuta adanın funtundan və Böyük Britaniyanın funt-sterlinq valyutasından ibarətdir. Sikkələrin buraxılışı 1989-cu ildən başlanmışdır. Mis-nikel ərintisindən sikkələr kəsilir, həmçinin gümüşdən və qızıldan qəpiklər hazırlanır. Olderni sikkələri yalnız kolleksiya sikkələri kimi buraxılır və mübadilədə faktiki olaraq istifadə olunmur. Bir funt çox nadir əsginas kimi 1810-cu ildə Olderni Kommersiya Bankı tərəfindən buraxılmışdı. O nadir valyuta kimi dünya kağız pulunun standart kataloquna daxil edilmişdi. — "PS181.
Per Günt
Per Günt - norveç dramaturqu Henrik İbsen və norveç bəstəkarı Edvard Qriqin məşhur dram əsəri. İbsen bu əsəri 1867-ci ildə tamamlamış və 24 fevral 1876-cı ildə səhnəyə qoymuşdur. Bu əsərə böyük uğur gətirən səbəblərdən biri tanınmış norveç bəstəkarı Edvard Qriqin əsərə bəstələdiyi musiqi olmuşdur. İbsen Per Günt dramını İtaliyada qələmə almışdır. Əsər ilk dəfə 1867-ci ilin 14 noyabr tarixində Kopenhagendə nəşr edilir. Əsərin tezliklə böyük uğur əldə etməsinə digər səbəb kimi İbsenin bundan bir az öncə qələmə aldığı Brənd dramını göstərirlər. İbsenin sonrakı əsərlərindən fərqli olaraq Per Günt nəzm formasında yazılmışdır. Buna səbəb əsərin tamaşa üçün deyil, sadəcə bir yazılı ədəbiyyat nümunəsi kimi təqdim edilməsi idi. Əsərdə səhnələrin bir-birini sürətlə əvəzləməsi (əsərin bir pərdəsində isə hadisələrin tamamilə qaranlıqda cərəyan etməsi) əsərin səhnəyə qoyuluşunu mürəkkəbləşdirir. Bu əsəri İbsenin digər dram əsərlərindən fərqləndirən ən mühüm cəhətlərdən biri də Per Güntun realistik faciədən çox mistik-fantastik xarakter daşımasıdır.
Straud funtu
Straud funtu — İngiltərənin Straud şəhərində istifadə edilən regional valyuta . Totnis funtu və Lyuis funtundan sonra buraxılan üçüncü yerli valyutadır. 12 sentyabr 2009-cu ildən dövriyyədədir. 12 sentyabr 2009-cu ildə, yerli keçid qrupunun təşəbbüsü ilə buraxılıb, . Totnis və Lyuis funtlarından fərqli olaraq o bir qədər fərqli sxemlə buraxılıb. 2010-cu ilin aprelinə olan məlumata görə Qlosterşir qraflığının 30 müəssisəsi bu valyuta ilə işləyir. Buraxılış günü dövriyyəyə 1 000 Straud funtu buraxıldı və hər alıcı azı 1 yerli funt almalı idi. 2011-ci ilə artıq 4 000 yerli funt alınır. Ancaq bununla belə bəzi yerli müəssisələr şikayət edirdilər ki, müştərilər onları dəstəkləsələr də , yenə də funt sterinqə üstünlük veririlər. Straud funtu dörd nominalda: £ 1, £ 2, £ 5 və 10 funtluq olur.
Suriya funtu
Suriya funtu və ya Suriya lirəsi (ərəb. الليرة السورية‎ al-līra as-sūriyya; fr. livre syrienne; simvol: LS və ya £S; code: SYP) - Suriya respublikasının pul vahidi. Suriya Mərkəzi Bankı tərəfindən buraxılır. 1 funt 100 quruşa bölünür, baxmayaraq ki, artıq quruş tədavülə çıxardılmır. 1958-ci ilə qədər əsginasların ön tərəfi ərəb, arxa tərəfi isə fransız dilində buraxılırdı. Müstəqilliyə qədər sikkələrdə ərəb və fars dillərindən istifadə olunurdu, daha sonra isə yalnız ərəb dili istifadə edildi. 400 il davam edən Osmanlı İmperiyası dövründə Suriyada əsas mübadilə vahidi Osmanlı lirəsi idi. Osmanlı İmperiyasının süqutundan sonra Fransa işğalına məruz qalan Suriya mandat olmuş, Livan, Transiordaniya və Fələstinin daxil olduğu Fransız və İngilis mandatı altında olan ərazilərdə Misir funtu istifadə edilmişdi. Livan və Suriyanı ayrı bir mandat altında alan Fransız hökuməti Misir valyutasını əvəz etməyə çalışdı və yeni mandatı altındakı ölkələrdə pul buraxılması üçün Banque de Syrie (Osmanlı Bankının Fransız filialı) ticarət bankını qurdu.
Totnis funtu
Totnis funtu — İngiltərənin Devon qraflığının Totnis şəhərində dövriyyədə olan alternativ regional valyuta . Bu xüsusi inkişaf qrupunun şəhərin inkişafı üçün nəzərdə tutduğu konsepsiyanın bir hissəsidir. Totnis funtu ideyası 2007-ci ilin mart ayında Totnisin iqtisadiyyat və yaşama imkanlarını müəyyənləşdirən qrup tərəfindən irəli sürülüb. Qrup bildirirdi ki, "iqtisadi lokalizasiya keçid dövrünün əsas aspektlərindədndir və həm yerli iqtisadiyyatı mıhkəmləndirir, həm də pulların kənara axmasının qarşısını alır". Təşəbbüskarlar yerli funtun tətbiqindən aşağıdakı faydaları gözləyirlər : Dövriyyədə olan pul vasitəsilə yni münasibətlər yaranacaq İnsanlar pulu hara xərclədiklərini düşünəcəklər Yerli ticarət həvəsləndiriləcək Turistlər yerli müəssisələrdən istifadəyə həvəsli olacaqlar 1 Totnis funtu 1 funt sterlinqə bərabərdir. 2008-ci ilin dekabrında Totnis funtu eBay sistemində £ 13,02 satılıb. 2008-ci ilin sentyabrına 70 yerli müəssisə Totnis funtu qəbul edib. Totnis funtu yerli Colourworks firmasında çap edilir.
Şotland funtu
Şotland funtu (ş.german Pund Scots, ing. Pound Scots) — Şotlandiya krallığının XII–XVIII əsrlərdə pul vahidi. Hal-hazırda Şotlandiya bankları tərəfindən buraxılan əskinazlar da bəzən "Şotland funtu" adlandırılır. Şotlandiya sikkələrinin buraxılması kral I David dövründə baş tutub (1124–1153-cü illərdə hakimiyyətdə olub). Onlar funt stetrlinq kimi 20 şillinq və 240 pensdən ibarət olub. Şotland funtunun keyfiyyəti aşağı düşdükcə onun ingilis funtuna nisbəti də dəyişirdi. 1603-cü ildə Şotlandiya kralı I Yakov İngiltərənin kralı olduqdan sonra 1 funt sterlinq 12 şotland funtuna bərabər edildi. 1707-ci ildə Uniya haqqında Akt qəbul edildikdən sonra şotland funtu dövriyyədən çıxarıldı. Müstəqil dövlət olmasa da, Şotlandiyanın üç bankı öz əskinazlarını buraxmaq hüququna malikdir. Onlar "Şotland funtu" adlanmasalar da, funt sterlinq kimi nominala malikdirlər.
Kazimierz Funk
Funk Kazimej
Kazimierz Funk (23 fevral 1884, Varşava, Polşa çarlığı – 20 noyabr 1967, Albani) — polşalı biokimyaçı idi və "vitamin" terminini ilk işlədən şəxs kimi tanınır. O, B1 vitamininin (tiamin) kəşfində mühüm rol oynayıb və digər vitaminlərin kəşfinə töhfə verib. Funkın işi qidalanma elminin inkişafında mühüm rol oynadı və beri-beri və pellaqra kimi xəstəliklərin qarşısının alınmasına və müalicəsinə kömək etdi. == Həyatı == Kazimierz Funk 23 fevral 1884-cü ildə Polşanın Varşava şəhərində anadan olub. Atası həkim, anası isə evdar qadın idi. Funk Varşavada orta məktəbdə təhsil alıb və 1904-cü ildə tibb fakültəsinə daxil olub. O, 1907-ci ildə tibb fakültəsini bitirib və Bern Universitetində doktoranturaya başlayıb. O, “Vitaminlər kimyası” adlı mövzuda doktorluq dissertasiyası yazıb və 1911-ci ildə doktorluq dissertasiyasını alıb. Funk postdoktorluq işini Londondakı Lister İnstitunda etdi. Burada beri-beri xəstəliyinin səbəbini araşdırmağa başladı.
Cersi funtu
Cersi funtu (ing. Jersey pound, fr. Livre de Jersey) — Cersinin pul vahidi. 2010-cu ildən əskinazlarda yazılar ingilis (funtlarda) və fransız dillərində (livrdə) göstərilir. Cersi funtu funt sterlinqə 1:1 nisbəti ilə bağlıdır. Adada Cersi vayutası ilə yanaçı, Böyük Britaniya funtu və Böyük Britaniyananın regional valyutaları da qəbul edilir. Böyük Britaniyanın digər ərazilərində cersi funtu ödəniş vasitəsi kimi hesab edilməsə də ödənişə qəbul edilir. Bu valyuta üçün ISO 4217 standartı ayrıca kod nəzərdə ututmasa da lazım gəldikdə JEP abbveraturasından istifadə edilir. == Əskinaz və sikkələr == Dövriyyədə 1/2 (1981-ci ildə ləöv edilib), 1, 2 pens (1971-ci ildən), 5, 10 pens (1968-ci ildən), 20 pens (1982-ci ildən), 50 pens (1969-cu ildən), 1 funt (1982-ci ildən), 2 funt (1998-ci ildən) sikkələr var. Axırıncı ikisi nadir tapılı.
Cəbəllüttariq funtu
Cəbəllüttariq funtu (ing. Gibraltar pound) — Cəbəllüttariqin pul vahidi, bəzən livr də adlanır. 1971-ci ilədək 1 funt = 4 kron = 20 şillinq = 240 pens, 1971-ci ildən 1 funt = 4 kron = 100 yeni pensi (1988-ci ildən sadəcə pens). Simvolu: £. Cəbəlüttariq funtu Funt sterlinqə bərabərdir.
Yeddi funt (film, 2008)
Yeddi funt — Rejissor Qabriele Muççinonun çəkdiyi dram filmi. Film baş qəhrəmanın qəza, intihar barədə 911 çağırışından başlayır. Zərərçəkən kimi özünü çağırır. Təsvir edilən hadisələrdən iki il əvvəl Tim Thomas (Will Smith) (filmin çox hissəsi üçün "Ben Thomas" olaraq görünür) avtomobil qəzasına düşür və gəlini Sarah Jenson (Robinn Lee) də daxil olmaqla 7 nəfər ölür. Qəzadan bir il sonra, kosmik stansiyalarda mühəndislik karyerasından çıxaraq, bir qardaşı (Michael Eli), IRS işçisi (Daxili Gəlirlər Xidməti, ABŞ Vergi Xidməti) üçün pulmoner payı bağışlayır. Altı ay sonra, qaraciyərin bir hissəsini Holly (Judian Elder) adlı bir uşaq təhlükəsizliyi işçisinə bağışlayır. Bundan sonra o, donor orqanlarına aşağıdakı namizədləri axtarmağa başlayır. Gənclik hokkey məşqçisi Corcu (Bill Smithrovich) tapır və ona bir böyrək bağışlayır, sonra Nikolas (Quentin Kelly) adlı bir oğlana sümük iliyi bağışlayır. Ölümündən iki həftə əvvəl, Holly ilə əlaqə saxlayır və kömək etməyə layiq başqa birini tanıdığını soruşur. Otağını daim döydürən Connie Tepozu (Elpidia Carrillo) işarə edir.
Fut cob
Footjob — kişi cinsindən olan şəxsin cinsiyyət orqanına başqa birinin ayağından istifadə edərək həyata keçirilən cinsi əlaqə növüdür. Hənd cobun ayaqlarla edilən formasıdır. Məqsədi edilən şəxsə orqazm həzzini yaşatmaq və həmin insanın boşalmasıdır. Fut cobu adətən qadınlar cinsi partnyorunun cinsiyyət orqanına edirlər. Gey kişilər tərəfindən də bir-birlərinə fut cob edilir. Ayaqların köməyi ilə birinin penisi sığallanır, oynanılır, masaj edilir və ya ayaqlar ilə sürtülür; bu formada cinsiyyət orqanı ilə oynanılan şəxsin cinsi həyəcan, oyanma və ya orqazm yaşaması təmin edilir. Boşalma da tez-tez ayağın yuxarı hissəsinə edilir. Bu, ayaq fetişinin mühüm bir hissəsidir. Müxtəlif hallarda fut cob termini həm də partnyorun döşlərini və ya vulvasını sığallamaq üçün kişinin ayaqlarından və ya ayaq barmaqlarından istifadə etməsi hərəkətinə də verilən ad ola bilər. Fut cob tələbi ilə əlaqədar olaraq, porno sənayesində fəaliyyət göstərən şirkətlər yalnız fut cob ehtiva edən xüsusi serialar və videolar çəkirlər.
Milyon funt sterlinq dəyərində bank bileti (film, 1954)
"Milyon funt sterlinq dəyərində bank bileti" (ing. The Million Pound Note) — rejissor Ronald Nimin filmi. 1903-cü ildə amerikalı Henri Adams bədbəxt vəziyyətdə Britaniyaya gəlib çıxır. Cibində qara qəpiyi belə olmayan bu adam təsadüfən Monpelye qardaşları ilə tanış olur. Qardaşlar ona bir zərfdə pul verirlər. Zərfdən 1 milyon funt-sterlinq dəyərində bank bileti çıxır. Bu biletin onda olmasının sayəsində Henri Londonun yüksək təbəqəli adamlarının əhatəsinə düşür...
Sterleqov boğazı
Sterleqov boğazı — Rıbnıy yarımadasını Pesçovıy adasından ayırır. Krasnoyarsk diyarı Taymır rayonu ərazisinə daxildir. Şimal Buzlu okeanının Kara dənizi daxilində yerləşir. Uzunluğu 20 km, eni 4,5–10 km, dərinliyi 14 metri keçmir. Mərkəzi hissədə 5-6 metrdir. Şimal sahilində Trenoq, Ryozançev, Zapadnıy, cənub hissədə Nacalnıy, Dvuqorıy, Nizmennıy, Priboynıy burnuları vardır. Pesçovıy adasından boğaza çoxlu arx tökülür. Şimal-qərb hissədə sahəsi sotlarla ölçülən Drovyanoy və Qolıy adaları vardır. Sahillərində yaşayış məntəqəsi yoxdur. Ərazidəki adalar ərazisi <<Böyük Arktika>> qoruğuna daxildir, Qoruq 1993-ci ildə təsis edilir.
Ceyms Sterlinq
Ceyms Stirlinq (22 aprel 1926[…], Qlazqo – 25 iyun 1992[…], London) — şotland memar. XX əsr memarlığına böyük təsir göstərmişdir. == Həyatı == II Dünya müharibəsi boyunca əsgərlik edən Sterlinq 1945–1950-ci illəri arasında Liverpul Univesitetində memarlıq təhsili gördü. O, burada karyerasına böyük təsir göstərən Kolin Rouv ilə tanış oldu. Bir müddət universitetdə fəaliyyətini davam etdirən Sterlinq 1956-cı ildə Ceyms Qovan ilə birlikdə öz memarlıq ofisini açdı. Bu dövrdə inşa etdirdiyi ən əhəmiyyətli işi Lester Universitetinin Mühəndislik Fakultəsi olmuşdur. Həmin dövrün digər işləri arasında Kembric Univesitetinin Tarixi Fakultə Kitabxanası və Oksfor Universitetinin Kven Kolleci olmuşdur. 1963-cü ildə Sterlinq Ceyms Qovanla əməkdaşlığını bitirdi və şəxsi ofisini açdı. Daha sonra partneri olacaq Maykl Uilfordu da köməkçi kimi işə aldı. Həmin dövrdə ən məşhur işi Olivetti Mərkəzi idi.
Rahim Sterlinq
Rahim Şakil Sterlinq (ing. Raheem Shaquille Sterling; 8 dekabr 1994, Kinqston, Yamayka) — ingilis futbolçu, "Çelsi" futbol klubunun və İngiltərə milli futbol komandasının futbolçusu. Sterlinq "Liverpul"a transferindən öncə yeddi il ərzində "Kuinz Park Reyncers"in futbol məktəbində oynamışdır. Sterlinq 2010-cu ilin fevral ayında "Liverpul" ilə razılığa gəlmişdir. 1 avqust 2010-cu ildə "Borussiya Münhenqladbax"la dostluq oyununda ilk dəfə forma geyinmişdir. "Liverpul" forması ilə ilk qolunu isə "Hibernian"a vurmuşdur. 14 iyul 2015-ci ildə 49 milyon funt-sterlinq qarşılığında "Mançester Siti"yə transfer olunmuşdur. Sterlinq əslən Yamaykalı olduğu üçün millinin U-17 yığmasında, həmçinin İngiltərənin U-17 yığmasında oynaya bilir.