QUNT

Sağlam, qüvvətli. (“Kitabi-Dədə Qorqud” leksikası)

QUNC
QUNT-QUNT
OBASTAN VİKİ
Keyt Qunter
Keyt Qunter (5 iyul 1982, Brisben) — Avstraliyanı təmsil edən su poloçusu. Keyt Qunter, Avstraliya yığmasının heyətində 2008-ci ildə baş tutan XXIX Yay Olimpiya Oyunlarında və 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. == Karyerası == Keyt Qunter, 2004-cü ildə Avstraliya yığması ilə birgə XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Birləşmiş Ştatlar yığmasına 5:6 hesabı ilə məğlub edən Avstraliya yığması, XXVIII Yay Olimpiya Oyunlarını 4-cü yerdə başa vurdu. Keyt Qunter, 2008-ci ildə Avstraliya yığması ilə birgə XXIX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 9:9 (3:2 penaltilər seriyasında) hesabı ilə məğlub edən Avstraliya yığması, XXIX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu. Keyt Qunter, 2012-ci ildə Avstraliya yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların bürünc medal uğrunda görüşündə Macarıstan yığmasını 13:11 hesabı ilə məğlub edən Avstraliya yığması, XXX Yay Olimpiya Oyunlarını 3-cü yerdə başa vurdu və Olimpiya Oyunlarının bürünc medalını qazandı.
Quntis Ulmanis
Quntis Ulmanis və ya 1939–1955-ci illərdə sahib olduğu Quntis Rumpitis (13 sentyabr 1939, Riqa) — Latviyalı Dövlət və Siyasi Xadim; 8 iyul 1993-cü ildən 8 iyul 1999-cu ilə qədər Latviya Respublikasının 5-ci Prezidenti və Latviya Respublikasının Milli Silahlı Qüvvələrinin Ali Baş Komandanı olan Quntis Ulmanis, Latviya Seyminin V (1993) və X (2010–2011) çağırış üzvü olub. == Həyatı == Quntis Ulmanis 1939-cu il sentyabrın 13-də Riqa şəhərində anadan olub. Quntis Ulmanisin babasının qardaşı Sovet işğalından əvvəl mövcud olan Latviya dövlətinin sonuncu Prezidenti Karlis Ulmanisdir. Quntis Ulmanis və ailəsi 1941-ci ildə Sibir regionuna sürgün olunub və 1946-cı ildə Riqa şəhərində yaşamamaq şərti ilə Latviyaya dönmələrinə icazə verilib. Ulmanis ailəsi əvvəlcə Kuldiq rayonunun Edole qəsəbəsində, sonra isə Yurmala şəhərində yaşayıb.Orta təhsilini Yurmala şəhərində alan Quntis Ulmanis, 1963-cü ildə Latviya Universitetini iqtisadçı ixtisası üzrə bitirib. 1963–1965-ci illərdə Sovet Ordusunda hərbi xidmətdə olub. == Fəaliyyəti == Hərbi xidmətini başa vurduqdan sonra Quntis Ulmanis, inşaat sahəsində iqtisadçı olaraq çalışdı. Daha sonra Riqa Tramvay-trolleybus İdarəsində çalışan Quntis Ulmanis, Riqa şəhər İcra Komitəsinin rəhbərinin müavini təyin edildi. Amma bir neçə aydan sonra sahib olduğu Ulmanis soyadına görə işdən qovuldu. Quntis Ulmanis 1965-ci ildə Kommunist Partiyasının sıralarına üzv oldu, 1989-cu ildə isə həmin partiyadan ayrıldı.

Digər lüğətlərdə

вста́вка выштукату́ривание груз зама́заться ржа́вчинные сигнализацио́нный стыдли́во труднова́тый вероуче́ние и́скра божья полуразде́тый тромбо́нный экспеди́тор гайтан финал cogitable hub-hub milk-powder parton pullicate rhythm tester transductor waterworks профессура