Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ester Düflo
Ester Düflo (fr. Esther Duflo, 25 oktyabr 1972, Paris) — fransız iqtisadçı, Massaçusets Texnologiya İnstitutunun professoru (ABŞ). "İqtisadiyyat üzrə Nobel mükafatı" qlobal yoxsulluqla mübarizəyə eksperimental yanaşmaya görə laureatı. ABŞ Milli Elmlər Akademiyasının üzvü (2017), Britaniya Akademiyasının Müxbir Üzvü (2016) == Həyatı == Atası — riyaziyyat professoru Mişel Düflo, anası — Violen Düflo həkim-pediatr. Orta məktəbdə rus dilini öyrənirdi. 1991-ci ilin avqustunda 18 yaşlı Duflo, dostları ilə birlikdə Moskva küçələrində Fövqəladə Komitə əleyhinə çıxanlar arasında idi. 1993-cü ildə 10 ay Moskvada Fransız dilini öyrətdi və magistr tezisi üzərində çalışdı. Eyni zamanda, Rusiya Bankı ilə əlaqəli bir Fransız iqtisadçısının və Amerika iqtisadi müşaviri Jeffrey Sachs'ın elmi köməkçisi olaraq çalışdı. 1994-cü ildə Sovet İttifaqında ilk beşillik planın tarixinə dair bir dissertasiya ilə Ali Normal Məktəbində tarix və iqtisadiyyat üzrə magistr dərəcəsini aldı. 1999-cu ildə Massaçusets Texnologiya İnstitutunda doktorluq dərəcəsini almışdır.
Muflon
Muflon (lat. Ovis orientalis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin qoyun cinsinə aid heyvan növü.
Sufle
Sufle (fr. Soufflé) —18-ci əsrə aid fransız şirniyyat növü. Sufle sözü fransızca "üfürmək", "şişirmək" mənalarını ifadə edən "souffler" feilindən yaranmışdır. Tərkibindən asılı olaraq əsas yemək, yaxud desert olaraq təqdim oluna bilər. Suflenin bir çox növü vardır.
Suflu
Suflu (fars. صوفلو‎) və ya Sofulu — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 259 nəfər yaşayır (58 ailə).
Fulla
Fulla — Alman mifologiyasında ilahə. Norse mifologiyasında Fulla qızıl lent taxaraq, ilahə Frigqaya aid bir kül sandığına və ayaqqabılarına qulluq edən kimi təsvir edilir və Frigqa öz sirlərini Fulla'ya verir. Bu Fulla, Böyük Edda, Nəsr Edda və skaldik şeirlərdə yer alır. Alimlər ilahənin mənası ilə bağlı nəzəriyyələr irəli sürmüşlər. Qədim Norse adı Fulla "bol" kimi tərcümə olunur.
Bufo bufo
Adi quru qurbağası (lat. Bufo bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinin quru qurbağası cinsinə aid heyvan növü. == Statusu == Azərbaycanda adi quru qurbağasının Bufo bufo verucosissima (Pallas,1813) yarımnövü yayılmışdır. Lənkəran rayonunda və Böyük Qafqazın cənub ətəklərində təsadüf edilir. == Yaşayış yeri == Meşə kənarlarındakı çəmənliklərdə, çoxalma dövründə isə meşə kənarındakı gölməçələrdə təsadüf edilir. == Sayı == Çoxalma zamanı optimal şəraitdə 1 km marşruta 3-4 fərd düşür. 1989-cu ildə Zaqatala rayonunun Qəbizdərə kəndinin yaxınlığındakı gölməçədə 100 m-lik sahil zolağında 30-40 fərd hesablanmışdır. == Çoxalması == Mayalanma xaricidir. Cütləşmə 4-12 (hərdən daha çox) saat davam edir. Kürütökmə 7-10 gün ərzində gedir.
Gulo gulo
Adi Sibir porsuğu (lat. Gulo gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinin sibir porsuğu cinsinə aid heyvan növü. Gulo cinsinin yeganə növüdür. Latın dilindən tərcümədə adı "qarınqulu" deməkdir. İki yarımnövü vardır: Gulo gulo gulo (Avrasiya) və Gulo gulo luscus (Şimali Amerika). == Görünüşü == Dələlər yarımfəsiləsinin böyük bir nümayəndəsi. Dələkimilər fəsiləsində yalnız dəniz samurundan sonra ikincidir. Çəkisi 11 ilə 19 kq arasında dəyişir (digər mənbələrə görə — 9 ilə 30 kq arasında), dişilər təxminən ölçüdə 10%, çəkidə isə 30% daha kiçikdirlər. Uzunluğu 70–86 sm, quyruğun uzunluğu 18–23 sm təşkil edir. Görünüş baxımından ayı və ya porsuqa bənzəyir: bədəni çömbəl, ayaqları qısa, arxa ayaqları ön ayaqlara nisbətən daha uzundur.
Bufo
Quru qurbağası (lat. Bufo) — heyvanlar aləminin xordalılar tipinin suda-quruda yaşayanlar sinfinin quyruqsuzlar dəstəsinin quru qurbağaları fəsiləsinə aid heyvan cinsi.
Dulo
Dulo (Tuğluq)- qədim Hun-Bulqar sülaləsi. Attilanın oğlu Ernaxın nəslindən gəlirlər. Əvvəllər Göytürk xaqanlarına tabe olsalar da sonralar müstəqil olmuşlar. Sülalənin əsasını Kubrat xan qoymuşdur. Sülalə daha sonra kiçik qollara ayrıldı: Batbayan xan— Xəzərlərin hökmdarlığı altında yaşamağa razı olmuş və Xəzərlərə qatılmışlar. Xəzərlərin hakimiyyəti altında yaşamağa razı qalan bolqarlara Quru Bolqarlar deyilir. Kotrak xan — İdil Bulqar dövlətini yaratdı. Altsek xan — Avar xaqanlığına sığınmışdı. Asparux xan — Birinci Bulqar dövlətini yaratmışdı. Kuber xan — Şimali Makedoniya bulqarlarının başçısı idi.
FIFO
FIFO (ing. first in, first out "birinci daxil, ilk çıxış") — zaman və prioritetlərlə bağlı məlumatların təşkili və manipulyasiya üsulu. Bu ifadə "birinci daxil, ilk çıxış" prinsipinə uyğun olaraq prosesi tənzimləməklə növbənin və ya ziddiyyətli tələblərə xidmətin texniki işlənməsi prinsipini təsvir edir. Birinci gələnə xidmət verilir, sonrakı birincinin xidməti başa çatana qədər gözləyir və s. Bu prinsip insanlar növbəyə daxil olduqları ardıcıllıqla xidmət alarkən növbəyə duran şəxslərin davranışına bənzəyir. Eyni şey, məsələn, tənzimlənməyən kəsişmədə, sürücülər sürməyə davam etmək üçün öz növbəsini gözlədikdə baş verir. Daha geniş mənada, LIFO (last-in, first-out son gələn, ilk çıxan) abstraksiya FIFO abstraksiyasının əksidir. Daha az istifadə olunan FILO sinonimini nəzərə alsaq, fərq daha aydın ola bilər ki, bu da birinci gələn, axırıncı çıxan ("ilk gələn, sonuncu çıxan") mənasını verir. Əslində, hər iki abstraksiya daha ümumi siyahı manipulyasiya anlayışının spesifik hallarıdır. Fərq siyahıda (məlumatlarda) deyil, məzmuna giriş qaydasındadır.
Gulo
Sibir porsuğu (lat. Gulo) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin dələlər fəsiləsinə aid heyvan cinsi. Fosil sübutları bu cinsin Şimali Amerikada yarandığını və daha sonra Pliosen dövründə bütün Avrasiyaya yayıldığını göstərir.
Bualo - Narsejak
Bualo — Narsejak (fr. Boileau-Narcejac) — Fransız əsilli iki yazıçıdan (Pyer Bualo (1906–1989) və Toma Narsejak (1908–1998)) ibarət ədəbi tandem. Pyer Bualo və Toma Narsejak ədəbi dueti dünyada bu tip birliyin tək nümunəsi deyil. Lakin Qrimm qardaşları, Qonkur qardaşları, Elleri Kvin tandemi kimi digər duetlərdən fərqli olaraq Pyer Bualo ilə Toma Narsejakı heç bir qohumluq əlaqəsi birləşdirmirdi. Müstəqil yazıçılar kimi məşhurlaşdıqdan sonra birgə fəaliyyətə başlamaqları da onları digərlərindən fərqləndirən amildir. Bualo Narsejak tandemi iki müstəqil yazıçı kimi fəaliyyət göstərən Bualo və Narsejakdan tamamilə fərqli üslubda və tərzdə əsərlər yaradıb. Bualo-Narsejak birliyi detektiv üslubunda psixoloji roman janrının banisi hesab ediir. == Pyer Bualo == Pyer-Lui Bualo (fr. Pierre Louis Boileau) 28 aprel 1906-cı ildə Parisdə dünyaya gəlmişdir. Bualo-Narsejak tandemindən ilk yazmağa başlayan və məşhurlaşan məhz Bualo idi.
Fallo tetradası
Fallo tetradası — tez-tez rast gəlinən göy tip – sianotik anadangəlmə ürək qüsuru olub, patanatomiyası Mədəciklərarası çəpərin qüsuru, ağciyər arteriyasının daralması – stenozu, sağ mədəcik çıxacağının obstruksiyası: infundibulyar (25%), valvular (15%) və ya qarışıq (60%) sağ mədəciyin hipertrofiyası və aortanın dekstrapozisiyası – sağa yerdəyişməsi əlamətlərilə səciyyələnir. == Tarix == == Patafiziologiyası == Əsas çatmamazlıq ağciyər arteriyasının daralması nəticəsində ağciyərlərə gələn qanın miqdarının azalması və sağ-sol şuntun hesabına meydana çıxır. Venoz qan sağ mədəcikdən ağciyər arteriyasından yan keçməklə bir başa mədəciklərarası çəpərin qüsurundan və ya mədəciklərarası dəlikdən sol mədəciyə daxil olaraq oradan aorta sisteminə – böyük qan dövranına daxil olması hipoksemiyaya (oksigen azlığı)na, mərkəzi sianoza sabəb olur. Ağciyərlərin qan təchizatı bir sıra faktorlardan asılıdır: sağ mədəcik çıxacağının obstruksiya dərəcəsindən, sağ mədəcik daxili təzyiqdən , periferik qan damarlarının müqavimətindən. Sağ mədəciyin işi artmış olduğundan onun əzələ qatı qalınlaşır – hipertrofiyalaşır: sağ mədəcik çıxacağının obstruksiyası – daralması və sağ-sol şuntu getdikcə artır. Nəticə etibarilə ağciyərlərə gələn qanın azalması bronxial və aortapulmonal kollateral damarların inkişafına səbəb olur. == Diaqnostikası == Sianoz – göyərmə fallo tetradasının əsas əlamətidir. Lakin bu əlamət gizlin qalaraq özünü göstərməyə də bilər. Belə ki, ağciyər arteriyasının daralma və aortanın yerdəyişmə dərəcəsindən asılı olaraq fallo tetradası sianozsuz – "ağ tip" və sanozlu – "göy tip" klinik formalarına bölünür. Digər əlamətlər əsasən 1 yaşınadək get-gedə artan sianoz əlamətləri, çəki artımının olmaması və yüngül iş gərginliyinə dözümsüzlükdən ibarətdir.
Fueqo vulkanı
Fueqo vulkanı (isp. Volcán de Fuego) — Qvatemalada Çimaltenanqo, Eskuintla and Sacatepquez deparatmentlərinin sərhəddində yerləşən aktiv stratovulkan. Volkan Qvatemalanın ən məşhur və turistik şəhəri olan Antiquanın 16 km qərbində yerləşir. O, İspaniyanın işğalından bəri tez-tez püskürür, ən son 2018-ci ilin iyun və noyabr aylarında püskürmüşdür. Fueqo aşağı səviyyədə davamlı olaraq aktiv olması ilə məşhurdur. Kiçik qaz və kül püskürmələri hər 15–20 dəqiqədə bir təkrarlanır, ancaq böyük partlayışlar çox nadir görünür. Andezit və bazalt lava tipləri üstünlük təşkil edir və son partlayışlar köhnə partlayışlarla müqayisədə daha ağır materialları püskürtmüşdür. Fueqo Akatenanqo vulkanı ilə birlikdə La Horkita kimi bilinən vulkan kompleksini yaradır.
Fumio Kişida
Fumio Kişida (29 iyul 1957[…], Şibuya) — Yaponiyanın Baş Naziri, Liberal Demokrat Partiyasının (LDP) sədri.
Fuqloy adası
Fuqloy adası (far. Fugloy) və ya Fuqlyu (dan. Fuglø) — Farer adalarına daxil olan ada. Arxipelaqın ucqar şərq nöqtəsini təşkil edir. == Etimalogiya == Adanın adı tərcümədə "quş adası" mənasını verir. Burada çoxlu sayda quş yuva qurur. == Coğrafiya == Adada iki qəsəbə vardır: Çirça (adanın cənub sahilində) və Hattarvuyk (şərqində). 2013-cü il məlumatına görə adada 37 nəfər yaşayır. Sahəsi 11.2 km²-dır === Dağları === Adada üç dağ vardır. == Tarixi == Ada hələ vikinqlər dönəmindən insanlar tərəfindən məskunlaşdırılmışdır.
Kuffo departamenti
Kuffo departamenti — Beninin 12 departamentindən biri. == Ərazisi == Kuffo departamentinin ərazisi 2 404 km2-dır. Kuffo departamentinə 6 şəhər daxilidir. == Əhalisi == 2013-cü ilə olan məlumatlara əsasən Kuffo departamentinin əhalisi 742 895 nəfərdir.
Marton Fülop
Marton Fülop (mac. Márton Fülöp; d. 3 may 1983, Budapeşt, Macarıstan – ö. 12 noyabr 2015) — Futbol üzrə Macarıstan millisinin qapıçısı. == Karyerası == 2004-2010-cu illər ərzində İngiltərənin "Tottenhem", "Sanderlend", "Lester", "Mançester Siti" kimi klublarda forma geyinmişdir. Macarıstan millisinin heyətində də 24 dəfə meydana çıxmışdır. == Xəstələnməsi və vəfatı == Uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkmişdir. Bu səbəbdən 2013-cü ildə futbolçu karyerasını dayandırmalı olmuşdur. 2 il müddətində müalicə olsa da, Marton Fülop, 2015-ci ildə – 32 yaşında dünyasını dəyişmişdir.
Nikola Bualo
Nikola Bualo (fr. Nicolas Boileau-Despréaux; 1 noyabr 1636, Paris — 13 mart 1711, orda) — fransız şairi, tənqidçisi, nəzəriyyəçisi. == Həyatı == Fransız klassisizminin Lafontendən sonra ikinci böyük şairi Bualo olmuşdur. O da Lafonten kimi qeyri-dramatik janrlarda yazdığı əsərlərlə məşhurlaşmışdır. Əgər Lafonten təmsil və mənzum nağıl janrında məşhur-laşmışdısa, Bualo müraciətləri və satiraları ilə tanınmışdır. Onun şeirləri quruluğu, ayıqlığı və satirik təmayülü ilə seçilir. Bualo dünya ədəbiyyatında daha çox fransız klassisizminin qanunvericisi, tanınmış rəhbəri və nəzəriyyəçisi kimi şöhrət qazanmışdır. Puşkin haqlı olaraq onu "fransız şairlərinin sərt hakimi" adlandırmışdır. Doğrudan da, Bualo Fransada ədəbiyyat tarixinin ən şanlı dövrlərindən birində ədəbi fikrin rəhbəri olmuşdur. Nikola Bualo-Depreo 1 noyabr 1636-cı ildə Parisdə burjua ailəsində doğulmuşdur.
Putin — xuylo!
Putin — xuylo! (ukr. Пу́тін — хуйло́) — Rusiya Federasiyasının Prezidenti Vladimir Putini ələ salan ukraynca və rusca mahnı-şüar. İlk dəfə 30 mart 2014-cü ildə Ukraynanın "Metallist" və "Şaxtyor" futbol klublarının radikal azarkeşləri tərəfindən ifa olunub. 2014-cü ildə Rusiyanın Ukraynaya qarşı təcavüzü nəticəsində geniş yayılmış və müxtəlif variasiyaları yaranmışdır. İfadə Vladimir Putin siyasətinin həm Ukraynadakı, həm də onun hüdudları xaricindəki əleyhdarları arasında populyarlıq qazanıb. == İstinadlar == == Ədəbiyyat == Mutterlandpop. Lokale Markierung und Entgrenzung musikalischer. Darbietungen auf ukrainischen Feiertagen (PDF) // Speaking in Tongues: Pop lokal global. Beiträge zur Popularmusikforschung, Vol.
Super Duplo
Super Duplo — futbol topu XX əsrin ortalarında – 1950-ci ildə istehsal olunan bu dəri top müasir topların sələfi hesab edilir. 1930-cu ildə olduğu kimi, 12 panelli olub.
Tiflo pedaqogika
Tiflo pedaqogika — görmə məhdudiyyəti olan insanların təhsil imkanlarının özündə ehtiva edilməsi. Zəif görən və ya tamamilə görə bilməyən şəxslər üçün qədim dövrlərdən etibarən müxtəlif təhsil imkanları yaradılmışdır.
Vedi-Sufla
Kiçik Vedi — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 15 km məsafədə yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim fərqləndirici əlamət bildirən "kiçik" sözü ilə ərəb dilində "çöl, səhra", "məkan, yer" mənasında işlənən "vadi" sözünün birləşməsindən əmələ gəlmişdir. Relyef əsasında yaranan mürəkkəb quruluşlu toponimdir. Kəndin adı erməni dilinə kalka edilərək Pokr Vedi (Pokr kiçik deməkdir) formasında rəsmiləşdirilmişdir. == Əhalisi == Kənddə 1831-ci ildə 166 nəfər, 1873-cü ildə 639 nəfər, 1886-cı ildə 599 nəfər, 1897-ci ildə 971 nəfər, 1904-cü ildə 960 nəfər, 1914-cü ildə 1056 nəfər, 1916-cı ildə 1034 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilər tərəfindən qovulmuş, 1918–1919-cu illərdə Türkiyənin Şadax, Bolu və Moks vilayətlərindən köçürülən ermənilər bu kənddə yerləşdirilmişdir. İndiki Ermənistanda sovet hakimiyyəti qurulandan sonra azərbaycanlılar öz doğma kəndlərinə qayıda bilmişlər. 1922-ci ildə burada 286 nəfər azərbaycanlı, 193 erməni, 1926-cı ildə 256 nəfər azərbaycanlı, 256 erməni, 15 kürd, 1931-ci ildə 373 nəfər azərbaycanlı, 295 nəfər erməni yaşamışdır.
Xuan Rulfo
Xuan Rulfo (isp. Juan Nepomuceno Carlos Pérez Rulfo Vizcaíno, 16 may 1917, Apulko - 7 yanvar 1986, Mexiko) — meksikalı yazıçı.
Yeniya Burlo
Yeniya Qennadiyevna Burlo (d. 29 may 1988) — Belarusu təmsil edən bədii gimnast. Yeniya Burlo, 2004-cü ildə Belarusu XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib. == Karyerası == Yeniya Burlo, 2004-cü ildə Belarus bayrağı altında Yunanıstanın paytaxtı Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Nataliya Aleksandrova, Qlafira Martinoviç, Zlatislava Nersesyan, Qalina Nikandrova və Mariya Popliko ilə birgə finalda 48.000 xal topladı və fəxri 4-cü yeri tutdu.