Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Con Frenk Hiki
Con Frenk Hiki (ing. J. Frank Hickey; 29 oktyabr 1865, Louell[d], Massaçusets – 8 may 1922, Obern həbsxanası[d], Nyu-York ştatı) — cinsi istismarçı və seriyalı qatil olan bir amerikalı. Polisə və mediaya göndərdiyi açıqcalar səbəbindən ona "Açıqca qatil" ləqəbi verilmişdi. == Uşaqlıq və gənclik illəri == Con Frenk Hikki Massaçusets, Louelldə, irlandiyalı mühacirlər Maykl C. Hikki və Meri Enn Marqatların ailəsində anadan olub. O, valideynlərinin mənzilindən sadəcə iki blok kənarda olan Roma Katolik kilsəsində vəftiz edilib. 1912-ci ildə cinayətə görə həbs edildikdən sonra Hikki atası tərəfindən təcavüzə uğradığını iddia etdi. Gənc yaşlarında Hikki Kirk küçəsindəki Louelin İlk Camaat kilsəsinə qoşuldu. O, həmçinin Gənc Xristian Kişilər Birliyinə (ing. Young Mens Christian Association) və Gənclərin Xristian Təşşəbbüs Cəmiyyətinə üzv oldu. == İlk qətli == 1 sentyabr 1883-cü ildə 18 yaşlı Hikki polislə əlaqə saxladı və 34 yaşındakı əczaçı Edvin Morinin hər ikisinin işlədiyi MakGibbon aptekinin döşəməsində ölü tapdığını dedi.
Hakim sinif
Hakim sinif və ya iqtidar sinfi, hakimiyyəti və idarəçiliyi əlində saxlayan və cəmiyyətin gedişatını istiqamətləndirən sosial sinfi nümayiş etdirən termindir. Marksist terminologiyaya görə, bu təbəqə burjuaziya adlanır və o, dövlət aparatından və onun hüquq-mühafizə orqanlarından istifadə etməklə digər məzlum siniflərə, xüsusən də fəhlə sinfinə təzyiq göstərir. Sosioloq C. Rayt Millsə görə, hakim təbəqə elitadan fərqlidir. Millsə görə, elita siyasi gücə malik kiçik qrupdur. Bu sinfə siyasətçilər, siyasi rəhbərlər və hərbi liderlər daxildir. Lakin hakim sinif sərvət, yaxud da zor gücündən birbaşa istifadəyə əsaslanır və təhsildən tutmuş hökumət siyasətinə qədər geniş spektri əhatə edir.
Akif Məmmədov (həkim)
Akif Alış oğlu Məmmədov (17 aprel 1928, Şuşa, DQMV – 1 oktyabr 1985, Bakı) — azərbaycanlı həkim, tibb elmləri doktoru (1968), professor (1970). == Həyatı == 1928-ci ildə Şuşa şəhərində anadan olmuş və Azərbaycan Dövlət Tibb İnistitutunun müalicə-profilaktika fakültəsini 1952-ci ildə bitirmişdir. Əmək fəaliyyətinə elə məzun olduğu il Xəzər Dəniz Hərbi Donanmasında həkim kimi başlamışdır. 1954–1964-cü illərdə Azərbaycan Virusologiya, Mikrobiologiya və Gigiyena İnistitutunda elmi işçi kimi çalışmış, 1964-cü ildən 1969-cu ilə kimi virusların biokimyası laboratoriyasının müdiri olmuşdur. Tibb elmləri namizədliyi üzrə dissertasiya işini 1963-cü ildə Professor Luryenin rəhbərliyində bioloji kimya üzrə tamamlamışdır. 1967-ci ildə tibb elmləri üzrə doktorluq dərəcəsini virusologiya üzrə etmişdir. Elmi rəhbəri Moskvada yerləşən Bax adına Bioloji Kimya İnistitutundan professor Gostev olmuşdur. 1969-cu ildən 1973-cü ilə qədər Azərbaycan Dövlət Tibb İnistitutunun bioloji kimya kafedrasının müdiri vəzifəsində çalışmışdır. 1973–1975-ci illərdə Azərbaycan Parazitologiya və Epidemologiya İnstitutunun şöbə müdiri, 1975–1985-ci illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda bioloji kimya kafedrasının müdiri vəzifələrində çalışmışdır. 1970-ci ildə Akif Məmmədova Moskvada yerləşən Ali Attestasiya Komitəsi tərəfindən bioloji kimya üzrə professor adı verilmişdir.
Fikir
Təfəkkür — cisim və hadisələr arasındakı qanunauyğun əlaqə va münasibətlərin ümumiləşmiş və vasitəli inikasından ibarət olan mürəkkəb idrak prosesidir. Təfəkkür başqa idrak proseslərindən fərqli olaraq cisim və hadisələrin daxili əlaqələrini, mahiyyətini əks etdirir. Bunsuz xarici aləmi dərk etmək, onun qanunauyğunluqlarından istifadə etmək mümkün olmazdı. Hiss və duyğular vasitəsilə toplanan məlumatın beyində cəmlənməsi və istehsalı ′′′təfəkkür′′′ adlanır. Təfəkkür cism və hadisələrin mahiyyətinin onlar arasında asılılıqların insan şüurunda ümumiləşmiş və vasitəli inkasından ibarət idrak prosesidir. Şüur onun özəyi, duyğu və qavrayış isə mənbəyidir. == Təfəkkür anlayışı == Təfəkkür ali psixi fəaliyyətin insana məxsus bir forması olub, cisim və hadisələrdən, onlar arasındakı əlaqə və qanunauyğunluqlardan əqli nəticə çıxarmaq qabiliyyətinə deyilir. Təfəkkür prosesinin əsasını əqli (insana məxsus olan həyat təcrübəsi, bilik ehtiyatları) qabiliyyət təşkil edir. Başqa sözlə, təfəkkürə intellektin aktiv fəaliyyət forması da demək olar. Duyğu, qavrama, təsəwür proseslərindən fərqli olaraq təfəkkür zamanı insan faktları müqayisə və təhlil edir, onların arasındakı əlaqələri, qanunauyğunluqları və digər münasibətləri nəzərdən keçirir, bunların əsasında mühakimə yürüdür.
Hakim
Hakim bu mənaları ifadə edə bilər: Hakim (hüquq) — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran şəxs. Hakim (idman) — oyunda, yarışda hakimlik edən şəxs. Hakim (futbol) — futbol oyununda hakimlik edən şəxs Dövlət başçısı və ya hakim — bir ölkənin başında duran, onu idarə edən şəxs. Hakim (termin) — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir. Hakim (film, 1966) — Futbol üzrə beynəlxalq dərəcəli hakim, FİFA-nın qızıl fit sahibi Tofiq Bəhramova həsr olunmuş film.
Həkim
Həkim - ali tibb təhsili olan, bu sahədə əldə etdiyi bilik və bacarıqlarını insanların xəstəliklərinin müalicəsinə, insan sağlamlığının qorunması və saxlanılmasına həsr edən insan. == Həkim andı == Daha çox qədimdən də həkim andı kimi məlum olan "Hippokrat andı"dır. And 9 etik prinsip və öhdəliyi özündə əks etdirir.
Sinif
Sinif (class) – obyekt-yönlü proqramlaşdırmada: bir anlayış çərçivəsində mövcud ola bilən və spesifik xarakterli elementlər qrupunu (obyektləri) təsvir edən ümumiləşdirilmiş kateqoriya. Proqramın siniflər konsepsiyasını insanların gündəlik həyatda, çox zaman şüuraltı istifadə etdikləri müxtəlif növ təsnifatlarla müqayisə etmək olar; örnək olaraq maddi dünyanın strukturunu müəyyən edən məlum “heyvan”, “bitki” və “mineral” kateqoriyalarını göstərmək olar. Proqramın sinifləri kimi bu kateqoriyalar da, onlara daxil olan obyektlərin tiplərini və onların davranış üsullarını müəyyən edir. Obyekt-yönlü proqramlaşdırmada siniflərin təyin olunması, C və Pascal kimi dillərdə tiplərin təyin olunması ilə oxşardır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sizif
Sizif (q.yun. Σiσυφος) — qədim yunan mifologiyasında Tanrıların ittihamından sonra böyük qaya parçasını dağın başına qaldırmağa məhkum edilmiş şəxs. Daş yuxarı qalxdıqda öz ağırlığı ilə aşağı düşürdü. Bu cəzanın mahiyyəti isə odur ki, "faydasız əmək"dən daha ağır cəza yoxdur. Homerə əsasən Sizif — ölümə məhkum edilənlərin ən ağıllısı, ən hiyləgəri idi. == Mif == Bu haqda bir sıra miflər mövcuddur. Əvvəla Sizifə bəslənən müxtəlif münasibətlərin, bəlkə də, hamısı onun nəyə görə yeraltı dünyanın faydasız qara fəhləsi olmasının səbəblərini aydınlaşdırır. Gəlin bir balaca əvvələ nəzər salaq. Birincisi, o, tanrılara naşükür, laqeyd münasibətinə görə ittiham olunur. Sizif tanrıların sirlərini oğurlayır.
Hənif
Hənif (ərəb. حنيفية‎) — İslamdan əvvəlki Ərəbistanda yaranmış dini monoteizm formalarından biri. Hənifilik həm yəhudilik, həm də xristianlıqdan təsirlənmişdir. Hənifilik ardıcıllarına həniflər deyilir. == İbrahim == Quranda İbrahim peyğəmbərin adı Hənifdir. Mədinə surələrində hənif müsəlman termini ilə sinonimdir. İslam ehkamına görə, Məhəmməd peyğəmbər İbrahim peyğəmbərin həqiqi tövhidini dirçəltmişdir. == Tarix == Quran insanlara çatmazdan əvvəl tövhidə inanan insanlara ərəbcə hənif deyilirdi. Bu insanların İbrahim peyğəmbərin yolu ilə getdiyinə inanılırdı. Həniflər tövhidi qəbul edir və ritual təmizliyə riayət edirdilər.
Akif
Akif — Azərbaycanlı kişi adı. Akif Əlizadə — Azərbaycanın görkəmli geoloq alimi, əməkdar elm xadimi, Akif Paşa — Osmanlı dövlət adamı, şair və yazıçı. Akif Salamoğlu — mühəndis-yazıçı, Azərbaycan Yazıçılar Birliyinin üzvü. Akif Ağabalayev — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, I Qarabağ müharibəsinin şəhidi. Akif Bağırov — Akif Nəcəfov — Akif Nərimanov — Akif Xansultanlı — Akif Mirzəyev Akif Mirzəyev (aktyor) — aktyor. Akif Mirzəyev (əməkdar artist) — Azərbaycan Respublikasının "Əməkdar artist"i.
Hiti
Hiti adası (fr. Hiti) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). == Coğrafiya == Bir atolldur və yumurta formasına malikdir. Daxilində bir bir laqun vardır. Laqun okean sularından tam təcrid olunmuşdur. == İnzibati bölgüsü == İnzibati baxımından Makemo kommunasına daxildir. == Tarixi == Atoll 1820-ci ildə Faddey Bellinshauzenin ekspedisiyası zamanı kəşf edilir. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Hivi
Hivi (alm. Hilfswilliger‎; azərb. könüllü köməkçi‎ sözünün abreviaturası) — İkinci Dünya Müharibəsi zamanı Sovet İttifaqını işğal etməyə çalışan nasistlərin hitlerçi qüvvələr ilə əməkdaşlıq edən sovet qruplarını izah edən termin. Daha sonra işğal altındakı Şərqi Avropa bölgələrindəki yerli xalqlar üçün də istifadə edildi. Adolf Hitler istəksizcə sovet vətəndaşlarının Nasist Almaniyasının işğal edilmiş arxa bölgələrində işlədilməsinə icazə vermək qərarına gəlmişdir. Onların bir çoxu qısa müddətdən sonra hərbi hissələrə köçürüldü. Onlar Sovet hərbi əsirlərinə qarşı nasistlərin törətdikləri cinayətlərin bir hissəsi olaraq bir çox insanın ölümünə görə məsuliyyət daşıyırdılar cavabdeh idilər. == Haqqında == 1942-ci ilin sonlarında Hiwi qrupları 2-ci Panzer Ordusunun 134-cü Piyada Diviziyasının 50 faizini və Stalinqrad döyüşündəki 6-cı Ordunun 25 faizini təşkil edirdi. 1944-cü ilə qədər onların sayı 600.000-ə qədər artmışdı. Sovet İttifaqında yaşayan kişilər və qadınlar bu könüllü qruplara qəbul edilirdilər.
Hiwi
Hivi (alm. Hilfswilliger‎; azərb. könüllü köməkçi‎ sözünün abreviaturası) — İkinci Dünya Müharibəsi zamanı Sovet İttifaqını işğal etməyə çalışan nasistlərin hitlerçi qüvvələr ilə əməkdaşlıq edən sovet qruplarını izah edən termin. Daha sonra işğal altındakı Şərqi Avropa bölgələrindəki yerli xalqlar üçün də istifadə edildi. Adolf Hitler istəksizcə sovet vətəndaşlarının Nasist Almaniyasının işğal edilmiş arxa bölgələrində işlədilməsinə icazə vermək qərarına gəlmişdir. Onların bir çoxu qısa müddətdən sonra hərbi hissələrə köçürüldü. Onlar Sovet hərbi əsirlərinə qarşı nasistlərin törətdikləri cinayətlərin bir hissəsi olaraq bir çox insanın ölümünə görə məsuliyyət daşıyırdılar cavabdeh idilər. == Haqqında == 1942-ci ilin sonlarında Hiwi qrupları 2-ci Panzer Ordusunun 134-cü Piyada Diviziyasının 50 faizini və Stalinqrad döyüşündəki 6-cı Ordunun 25 faizini təşkil edirdi. 1944-cü ilə qədər onların sayı 600.000-ə qədər artmışdı. Sovet İttifaqında yaşayan kişilər və qadınlar bu könüllü qruplara qəbul edilirdilər.
Miki
Miki — Azərbaycan Respublikasının Astara rayonunun Siyaku kənd inzibati ərazi dairəsində kənd. == Etimologiyası == Kənd adı talış dilindəki Miyanku sözünün təhrif formasıdır. Miyan talışca "dairəvi", "aralıq", ku "dağ" deməkdir (Dairəvi dağ kəndi). == Din == Kənddə "Şeyx Əbdülbağır" məscidi dini icması fəaliyyət göstərir.
Viki
Viki (ing. Wiki, /ˈwɪki/, WIK-ee) — veb-brauzerdən istifadə edərək öz auditoriyası tərəfindən birgə redaktə edilən və idarə olunan onlayn hipermətn publikasiya. Tipik bir viki layihənin mövzuları və ya əhatə dairəsi üçün çoxlu səhifələrdən ibarətdir. Bu, ictimaiyyət üçün açıq ola bilər və ya daxili məlumat bazasını saxlamaq üçün təşkilat daxilində istifadə edilə bilər. Yüz minlərlə, həm ictimai, həm də özəl vikilər, o cümlədən biliklərin idarə edilməsi resursları, qeydlər aparan alətlər, icma vebsaytları və intranetlər kimi fəaliyyət göstərən vikilər istifadə olunur. İlk viki proqram təminatı olan VikiVikiVebin yaradıcısı Vard Kanninqem vikini "işlənə biləcək ən sadə onlayn verilənlər bazası" kimi təsvir etmişdi. "Wiki" "sürətli" mənasını verən Havay sözüdür. Vikilər başqa cür viki mühərrikləri kimi tanınan viki proqram təminatı ilə aktivləşdirilir. Bu, məzmun idarəetmə sisteminin bir forması olan viki mühərriki bloq proqramı kimi digər veb-əsaslı sistemlərdən məzmunun heç bir müəyyən edilmiş sahibi olmadan yaradılması ilə fərqlənir. Vikilərin özünəməxsus strukturu azdır və bu, strukturun müvafiq və istifadəçilərin ehtiyaclarına uyğun olaraq ortaya çıxmasına imkan verir.
Wiki
Viki (ing. Wiki, /ˈwɪki/, WIK-ee) — veb-brauzerdən istifadə edərək öz auditoriyası tərəfindən birgə redaktə edilən və idarə olunan onlayn hipermətn publikasiya. Tipik bir viki layihənin mövzuları və ya əhatə dairəsi üçün çoxlu səhifələrdən ibarətdir. Bu, ictimaiyyət üçün açıq ola bilər və ya daxili məlumat bazasını saxlamaq üçün təşkilat daxilində istifadə edilə bilər. Yüz minlərlə, həm ictimai, həm də özəl vikilər, o cümlədən biliklərin idarə edilməsi resursları, qeydlər aparan alətlər, icma vebsaytları və intranetlər kimi fəaliyyət göstərən vikilər istifadə olunur. İlk viki proqram təminatı olan VikiVikiVebin yaradıcısı Vard Kanninqem vikini "işlənə biləcək ən sadə onlayn verilənlər bazası" kimi təsvir etmişdi. "Wiki" "sürətli" mənasını verən Havay sözüdür. Vikilər başqa cür viki mühərrikləri kimi tanınan viki proqram təminatı ilə aktivləşdirilir. Bu, məzmun idarəetmə sisteminin bir forması olan viki mühərriki bloq proqramı kimi digər veb-əsaslı sistemlərdən məzmunun heç bir müəyyən edilmiş sahibi olmadan yaradılması ilə fərqlənir. Vikilərin özünəməxsus strukturu azdır və bu, strukturun müvafiq və istifadəçilərin ehtiyaclarına uyğun olaraq ortaya çıxmasına imkan verir.
Hacı Həkim
Hacı Həsən Həkim (ərəb. الطبيب الحاج حسن‎) — XX əsrdə Şəki şəhərində yaşamış ərəb əsilli həkim. Cənubi Qafqaz regionunda Taun və Tif viruslarına qarşı mübarizə aparan yeganə həkim olub. == Həyatı == Əsil adı Həsən olan Hacı Həkim 1862-ci ildə Ərəbistan yarımadasında anadan olub. Milliyətcə ərəb olub. Dəqiq doğum yeri və tarixi məlum deyil. Mədrəsə təhsili alıb, daha sonradan həkimlik peşəsində çalışmağa başlayıb. Daha sonradan bir neçə il Ərəb yarımadası ölkələrində işləyib. Bundan sonra o öz adını "Hacı Həsən" ilə əvəz edib. 1898-ci ildə Cənubi Qafqaza, Şəki şəhərinə köçür.
Hakim (futbol)
Hakim və ya Referi (ing. Referee sözündən) — futbolda oyun zamanı qaydalara riayət olunmasına nəzarət edən məsul şəxs. Hakim həm kişi, həm qadın ola bilər. O, oyunla bağlı bütün məsələlərdə son qərarverici orqandır, və meydanda yeganə şəxsdi ki, oyunu başlamaq, dəyandırmaq, bitirmək və oyun zamanı futbolçulara qarşı intizam tədbirləri tətbiq etmək səlahiyyətləri var. Hakimin əlavə 2 köməkçisi olur, onlar müəyyən vəziyyətlərdə (topun meydandan çıxdığı zaman, hakimin baş vermiş hadisədən uzaqda olanda və s.) hakimə məsləhət verə bilərlər, lakin köməkçi hakimlərin qərarları həlledici deyil, və əsas hakim köməkçilərinin məsləhətlərini dinləmiyib, öz bildiyi kimi qərar verə bilər. Həmçinin yüksək səviyyəli turnirlərdə hakimin 4 köməkçisi ola bilər, dördüncü hakim komandaların texniki sahələrinə nəzarət edir və inzibati vəzifələrdə əsas hakimə köməklik edir. Hakimlərin böyük əksəriyyəti həvəskarlardı, halbuki onlara adətən öz xidmətlərinə görə müəyyən pul miqdarı ödənilir. Lakin bəzi ölkələrdə məhdud sayda hakimlər, hansılar ki ölkəsinin ən yüksək liqalarında hakimlik edirlər, milli assosiasiyalara işləyirlər və üstəgəl hər mövsümün startında və oyununun toplanışından qonorar alırlar. Hakimlər FİFA-nın üzvü olan eyni milli təşkilatlar tərəfindən lisenziya və təlim alırlar. Hər bir milli təşkilat "FİFA Beynəlxalq Dərəcəli Referi Siyahısına" daxil edilməsi üçün FİFA-ya ölkəsinin ən yaxşı hakimlərini tövsiyə edir.
Hakim (hüquq)
Hakim — Məhkəmə orqanlarında baxılan iş haqqında hökm və ya qərar çıxaran vəzifəli şəxs. Azərbaycan Respublikasının qanunlarına görə hakimlər: Yalnız AR Konstitusiyası və qanunlarına tabedir; Toxunulmazdırlar; Səlahiyyətləri yalnız qanunda nəzərdə tutulmuş əsaslara və qaydalara müvafiq surətdə xitam verilə bilər; Cinayət məsuliyyətinə qanunda nəzərdə tutulan qaydada cəlb oluna bilərlər; Başqa seçkili və təyinatlı vəzifə tuta bilməzlər; Elmi, pedaqoji və yaradıcılıq fəaliyyətlərindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlə məşğul ola bilməzlər. Vəzifə maaşından, habelə elmi, pedaqoji və yaradıcılıq fəaliyyətinə görə aldığı vəsaitdən başqa məvacib ala bilməzlər; Siyasi fəaliyyətlə məşğul ola bilməz və siyası partiyalara üzv ola bilməzlər. == İslamda şəriət hakimləri == Hakimlik haqqında Qurani-Kərimdə belə buyurulur: "Ey Davud! Biz səni yer üzündə xəlifə (və canişin) etdik. Camaat arasında haqq-ədalətlə hakimlik et və heç vaxt istəklərinə tabe olma ki, səni Allahın yolundan döndərməsin. Həqiqətən də, Allahın yolundan çıxanlar qiyamət gününü unutduqlarına görə (cəza olaraq) böyük əzab görəcəklər." Hz. Əlidən nəql olunan hədisdə deyilir: "Hakimin vəzifəsi budur ki, hansısa bir fəzilət və üstünlük əldə edəndə və ya ona bir nemət veriləndə halı dəyişməsin, onun rəiyyətlə rəftarının dəyişməsinə səbəb olmasın. Allahın ona nəsib etdiyi nemətlər onun, Allah bəndələrinə yaxınlaşmasını və qardaşlarına mehribanlığını artırsın. Bilin, sizin mənim boynumda olan haqqınız, müharibə istisna olmaqla sizdən heç bir sirr gizlətməməyim, hökm çıxarmaq istisna olmaqla, sizinlə məsləhətləşmədən bir iş görməməyim və haqlarınızı gecikdirməməyim (sizin haqq və bəxşişlərinizi vaxtında verməyimdir), onun çatdırılmasını ləngitməməyim və sizin hamınızı bərabər bilməyimdir.
Hakim (idman)
Hakim — oyunda, yarışda hakimlik edən şəxs.
Hakim (termin)
Hakim — Ərəb dilində "hökm edən, hakim olan". Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir və Azərbaycanca(Azərbaycan Türkcəsi) Yarğıc kimi bilinir. == İstinadlar == == Həmçinin bax == Hədis == Xarici keçidlər == Hədis elmi. hadis.313news.net Arxivləşdirilib 2013-05-31 at the Wayback Machine (az.) Dini terminlər lüğəti.
Hakim Baxışov
Hakim Bəşirov
Hakim Cəfərov
Hakim Həsənov