Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Slem
Slem yaxud Poetri slem (ing. Partlayış) — əyləncəli, müxtəlif şairlər tərəfindən ədəbiyyatın hər cür kateqoriyasına aid, dinləyici və eyni zamanda tamaşaçıları da onlara qərar haqqı tanıyaraq olan prosesin içinə qatan, stendap, tamaşa, monoloq, komediya və s. qarışığı bir aktdır. == İştirak == İştirakçılar Slemer adlanır. Hər iştirakçının 5 yaxud 7 dəqiqə vaxtı olur, bu vaxt ərzində öz yazmış olduğu və ədəbiyyatın istənilən kateqoriyasına aid olan yazısını oxuyur. Yazının özü tərəfindən yazılmış olması, yəni oğurlanmış olmaması, yazısını tamaşaçı ilə paylaşarkən iştirakçının hər hansı bir kostyum geyməmiş olması və başqa kömək vasitələrindən istifadə etməməsi və özünə verilən müddəti keçməməsi şərtdir. Hər bir çıxışdan sonra münsiflər heyəti səs verir və ilk dörd yerə çıxan slemer növbəti tədbirə qoşulmağa haqq qazanır. Hazırda slem İrlandiya, Nepal, Kanada, Almaniya, İsveç, Avstriya, İsrail, Ukrayna, Rusiya, İsveçrə, İspaniya, Meksika, Fransa, Azərbaycan və s. ölkələrdə keçirilir.
Daxili sxem
Daxili sxem (ing. internal schema ~ ru. внутренняя схема ~ tr. iç şema) – üçsxemli arxitekturanı dəstəkləyən verilənlər bazası modelində (məsələn, ANSI/X3/SPARC): verilənlər bazasını təşkil edən fiziki fayllar haqqında informasiya. Orada faylların adları və onların yerləşmə yerinin göstəricisi, erişmə üsulları, eləcə də verilənlərin faktiki və ya mümkün sapmaları olur. Verilənlər bazasının, adətən, bir daxili sxemi olur. Ancaq paylanmış verilənlər bazası hər bir verilənlər “anbarı” üçün ayrıca daxili sxemə malik ola bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Mnemonik (sxem)
`Mnemonik (sxem) (ing. mnemonic, ru. мнемоническая схема) — mürəkkəb və ya uzun sözlər yığınının yadda saxlanılmasını asanlaşdırmaq üçün istifadə olunan söz, qafiyə və ya başqa obraz. Mnemonik vasitələr hesablama texnikasında geniş istifadə olunur. Məsələn, proqramlaşdırma dilləri (maşın dilləri yox) simvolik dillər kimi tanınır, çünki onlarda deyimlər və əməlləri göstərmək üçün qısa mnemonik sözlərdən istifadə olunur: "ADD" (addition), "def " (define). Eyni yolla yığılan komandalara əsaslanan əməliyyat sistemlərində və tətbiqi proqramlarda komandaları göstərmək üçün mnemonikadan istifadə olunur. Məsələn, MS-DOS əməliyyat sistemində kataloqun faylarının siyahısına baxmaq üçün "dir" (directory) sözü işlədilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Sxem lövhəsi
Sxem lövhəsi (circuit board) – üzərində dövrə (sxem) əmələ gətirən elektrik komponentlərinin montaj edildiyi və bir-biri ilə əlaqələndirildiyi, izolyasiya materialından (məsələn, epoksid və ya fenol tərkibli qətrandan) hazırlanmış lövhə. Müasir sxem lövhələrində komponentləri birləşdirmək üçün mis folqadan istifadə edilir. O, lövhənin bir və ya hər iki üzündə, ən yeni modellərdə isə bir neçə qatda yerləşdirilə bilər. Çap lövhələrində (printed circuit board) mis folqalardan ibarət birləşmələr qabaqcadan çap prosesində fotolitoqrafiya üsulu ilə vurulur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
İnteqral sxem
İnteqral sxemlər (ing. integrated circuit (IC); ru. интегральная схема; tr. tümleşik devrem) – elektronikada: bir silisium kristalı və ya başqa material üzərində hazırlanmış mikrosxemlər, məsələn, tranzistorlar və registrlar toplusu. Adətən, silisium yarımkeçirici materialın bir kristalında elektron sxemlər toplusudur. Bu sərbəst birləşmələrdən hazırlanmış diskret sxemlərdən daha kiçik hazırlana bilər. İnteqral sxemlər demək olar ki, bütün elektron avadanlıqlarda bu gün istifadə olunur. Müasir cəmiyyətin ayrılmaz hissələri olan kompüterlər, mobil telefonlar və digər elektron məişət texnikalarının istehsalı inteqral sxemlərin sayəsində ucuz başa gəlir. Dırnaq ölçüsündə olan hissədə bir neçə milyard tranzistor və digər elektron birləşmələrə malik olan inteqral sxemlər çox kompakt hazırlana bilər. Texnologiyanın inkişafı sayəsində sxemdə hər bir keçirinin eni daha kiçik hazırlana bilər;2008-ci ildə bu ölçü 100 nanometr aşağı düşdü, növbəti illərdə bu rəqəmin onlarla nanometr olacağı gözlənilir.
Sem Anderson
Sem Anderson (ing. Sam Anderson) - ABŞ aktyorudur. Həyat yoldaşı Barbara Andersondan əkiz uşaqları vardır.
Sem Berns
Sempson Qordon "Sem" Berns (23 oktyabr 1996, Providens[d] – 10 yanvar 2014, Foksboro[d], Massaçusets) — progeriya xəstəliyindən əziyyət çəkən və xəstəlik haqqında insanları maarifləndirən amerikalı aktivist. 2013-cü ilin yanvarında Semin həyatından bəhs edən “Semə görə həyat” adlı film çəkilir. Sem Berns “Xoşbəxt həyat üçün fəlsəfəm” adlı çıxışı ilə TEDx konfransında çıxış etdikdən bir il sonra vəfat etdi. == Progeriya Araşdırma Fondu == Sem Berns 23 oktyabr 1996-cı ildə Amerikanın Rod-Aylend ştatının Providens şəhərində anadan olub. Semin valideynləri Skot Berns və Lesli Qordon pediatr idilər. Onlar Semin xəstəliyi haqqında o, hələ iki yaşına çatmamış, 22 aylıq olarkən öyrəndilər. Təxminən bir il sonra onlar xəstəlik haqqında məlumatlılığı artırmaq, xəstəliyin səbəbləri və mümkün müalicə üsulları ilə əlaqədar axtarşılara təşviq etmək, əziyyət çəkənlərə və onların ailələrinə dəstək olmaq məqsədilə resurslar təklif etmək üçün Progeriya Araşdırma Fondunu təsis etdilər.. == TEDx konfransı == Sem 2013-cü ildə “Xoşbəxt həyat üçün fəlsəfəm” adlı çıxışı ilə TEDx konfransında çıxış etdi. Ölümünə üç ay qalmış çıxış lentə alındı və Youtube-da yayımlandı. Onun çıxışı internetdə 36,7 milyon dəfə izlənildi (2020-ci il fevral ayına kimi).
Sem Dəstyari
Səhənd „Sem“ Dəstyari (28 iyul 1983, Sari) — Azərbaycan əsilli Avstraliya siyasətçisi. 2013-cü ildən 2018-ci ilə qədər Yeni Cənubi Uelsi Avstraliya senatında təmsil etmişdir.
Sem Elliot
Semul Pak Elliot(ing. Samuel Pack Elliott; 9 avqust, 1944) — amerika aktyoru.
Sem Gibbons
Sam Melville Gibbons — Floridalı ABŞda doğulan siyasətçi. == Həyatı == 20 yanvar 1920-ci ildə doğulan Gibbons, Tampa da dünyaya gəlmişdir. Florida Universitetinin məzunudur. Floridanı bir neçə dəfə parlamentdə də təmsil etmişdir. Cənubi Florida Universitetinin qurulmasında çox böyük pay sahibidir. Ailəsi 4 nəsil boyunca dayanmadan hüquq məzunları adını daşıyır və Gibbons özü də universitetdə Hüquq təhsili almışdır.
Sem Hyuqen
Sem Hyuqen (ing. Sam Heughan) — Şotlandiyalı aktyor. Starzın Didərgin serialında oynadığı Ceymi Fraser rolu ilə tanınır. Serialdakı performansına görə 2 Saturn mükafatına layiq görülüb. Bundan başqa Royal Court Theatre Upstairs teatrındakı Uzaq Adalar adlı tamaşada oynadığı rola görə 2003-cü ildə iki dəfə Laurence Olivier Mükafatının "Ən ümid verici performansçısı"-na namizədliyi irəli sürülüb. == Filmoqrofiyası == === Film === === Televiziya === == Xarici Keçidlər == Sem Hyuqen — Internet Movie Database saytında.
Sem Perri
Sem Reymi
Samuel Marşall "Sem" Reymi (ing. Samuel Marshall «Sam» Raimi; 23 oktyabr 1959[…], Royal-Ou[d], Miçiqan) — amerikalı kinorejissor, ssenarist, kinoprodüser və aktyor. Karyerasının əvvəlində o, ironik qorxu filmlərindən ibarət Qorxunc ölülər trilogiyası ilə məşhurlaşdı. Reymi daha sonra Hollivudun böyük blokbasterlərinə çevrildi və Hörümçək-adam trilogiyasını və Disney studiyası üçün bir sıra fantastik filmləri idarə etdi. O, həmçinin digərləri arasında Zena: Cəngavərlərin şahzadəsi və Eş qorxunc ölülərə qarşı seriallarının yaradıcılarından biridir. == Həyatı == Sem Reymi Miçiqan ştatının Royal-ouk ərazisində, yəhudi ailəsində anadan olub. Valideynləri Macarıstandan və Rusiya İmperiyasından gələn yəhudi mühacirlərinin nəslindəndir. Atası Leonard Ronald Reymi və anası Celia Barbara Reymi yəhudiliyin Mühafizəkar qolunun tərəfdarları idilər. Semin nənəsi ABŞ-yə köçməzdən əvvəl onların soyadı Reynqeverts idi. İki qardaşı var - kiçik qardaşı Ted və bir neçə ssenarinin həmmüəllifi olan böyük qardaşı Ayvan.
Sem Rokuell
Sem Rokuell (5 noyabr 1968) — Amerikalı aktyor. "Oskar" Mükafatı, BAFTA , Qızıl qlobus, və üç Ekran Aktyorları Gildiyası Mükafatı da daxil olmaqla müxtəlif mükafatların laureatıdır. O həmçinin iki Praymtaym Emmi, və Tony Mükafatına namizəd olub. O, Lawn Dogs (1997), Yaşıl Mil (1999), Galaxy Quest (1999), Confessions of a Dangerous Mind (2002), Matchstick Men (2003), The Hitchhiker's Guide to the Galaxy (2005), Ay (2009), Frost/Nikson (2008), Dəmir adam 2 (2010), Conviction (2010), Kovboylar və yadplanetlilər (2011), Yeddi Psixopat (2012), The Way, Way Back (2013), Three Billboard Outside Ebbing, Missouri (2017), Vice (2018), Dovşan Coco (2019) və Richard Jewell (2019) kimi filmlərdə həm komediya, həm də dramatik rolları canlandıran personaj aktyoru kimi tanınır.
Sem Smit
Samuel Frederik Smit (19 may 1992, London) — ingilis müğənni və bəstəkar. 2012-ci ildə Latch mahnısı ilə məşhurlaşdı. Naughty boy adlı müğənninin "La La La" mahnısı ilə 2013-cü ilin may ayında ilk dəfə UK Singles Chart-da bir nömrə oldu. Onun ən məşhur mahnısı olan "Stay with Me" dünya miqyasında yayıldı. Bu mahnı İngiltərədə bir və Amerika Birləşmiş Ştatlarında iki nömrə oldu. Sonraki mahnısı "İ'm not the only one" isə İngiltərədə üç, ABŞ-də beş nömrə oldu.
Sem dayı
Sem dayı (ing. Uncle Sam) — ABŞ-nin dünyada qəbul edilmiş qeyri-rəsmi simvolu. Əsasən uzun ağ saçları, uzunsov başlığı və dizə kimi çatan geyimi ilə təsvir edilmişdir. Sem dayı personajı Conatan Birayder və Yanke Dodlinin xarici görünüşünün əsasında çəkilmişdir. Sem dayı adının yaranma tarixi barədə dəqiq məlumat yoxdur. Ancaq adın Nyu-York ştatının Troy şəhərində yaşayan Samuel Vilson adlı iş adamının adı ilə bağlı olduğu ehtimal edilir. Bu ehtimala əsasən Samuel Vilson 1812-ci il müharibəsi zamanı ABŞ əsgərlərinə ət konservləri göndərirdi. Həmin konservlərin üzərində U.S yəni Birləşmiş Ştatlar sözü yazılırdı. Bununla Vilson konservilərin yalnız əsgərlər üçün nəzərdə tutulduğunu və şəxsi istehsal məqsədi ilə istifadə etməyin qadağan olduğu fikrini çatdırmaq istəmişdir. 1961-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən qərara əsasən, ölkə adının U.S formasında qısaldılması fikri Samuel Vilsona aiddir.
Yanğınsöndürən Sem
Yanğınsöndürən Sem (vall Sam Tân; ing. Fireman Sam) — Sem adlı yanğınsöndürən, onun yanğınsöndürən yoldaşları və uydurma Uels kənd Pontipandi (iki real şəhərin, Pontypridd və Tonipandinin portmantosu) kəndinin digər sakinləri haqqında İngilis cizgi uşaq televiziya serialıdır. Şounun orijinal ideyası Londondan, İngiltərədən olan iki keçmiş yanğınsöndürəndən gəldi, onlar ideyalarını konsepsiyanı hazırlayan rəssam və yazıçı Rob Liyə apardılar və şou sifariş edildi.
Sem Altman
Sem Altman (ing. Sam Altman; 22 aprel 1985, Çikaqo, İllinoys) — Amerikalı sahibkar və investor. 2019-cu ildən OpenAI-nin baş icraçı direktorudur 2014-2019-cu illərdə Y Combinator-un prezidenti vəzifələrində çalışıb. == Erkən həyatı və təhsili == Altman yəhudidir və Missuri ştatının Sent-Luis şəhərində böyüyüb. Anası dermatoloqdur. Səkkiz yaşında ilk kompüterini, Apple Macintosh-u alıb. Altmanın "uşaqlıq kumiri" Stiv Cobs idi. O, Missuri ştatının Ladue şəhərindəki Con Berrouz adına özəl məktəbdə oxuyub. 2005-ci ildə Stenford Universitetində bir il kompüter elmləri üzrə təhsil aldıqdan sonra bakalavr dərəcəsi almadan təhsilini yarımçıq qoyub. == Karyerası == 2005-ci ildə, 19 yaşında olan Altman, Loopt adlı sosial şəbəkə mobil tətbiqini yaradıb.
Sem C. Cons
Sem C. Cons (ing. Sam J. Jones; d. 12 avqust 1954, Çikaqo) — ABŞ aktyoru.
Sem və Ket (teleserial, 2013)
Sem və Ket (ing. Sam & Cat) — Nickelodeon-da yayımlanan ABŞ sitkomu. İlk seriya 8 iyun 2013-cü ildə, sonuncu seriya 17 iyul 2014-cü ildə yayımlanmışdır. == Rollarda == Samanta (Sem) Pakett rolunda Cennett Makkardi Katrina (Ket) Valentayn rolunda Ariana Qrande Days rolunda Kameron Okasio Nona rolunda Mari Çithem == Xarici keçidlər == Rəsmi sayt Sem və Ket — Internet Movie Database saytında.
ATƏM
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, ATƏT (ing. Organization for Security and Co-operation in Europe, OSCE) —dünyanın ən böyük təhlükəsizlik yönümlü hökumətlərarası təşkilatı. == Tarixi == 30 iyul — 1 avqust 1975-ci il tarixində yenidən Helsinkidə keçirilmiş müşavirədə Avropanın 33 dövlətinin, həmçinin ABŞ və Kanadanın dövlət və hökumət rəhbərləri Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin Yekun aktını (Helsinki müqaviləsi) imzalamışlar. Təşkilat 1995-ci il yanvarın 1-dək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) adlanmışdır (ing. Conference for Security and Cooperation in Europe — CSCE). Hazırda 56 üzv və 11 tərəfdaş dövlətlə dünyanın ən böyük regional təşkilatıdır. ATƏT "soyuq müharibə"nin qurtarmasından sonra ümumavropa təhlükəsizlik sistemini formalaşdıran, yeni Avropanın siyasi və iqtisadi həyatının sivil birgəyaşayış qaydalarını müəyyən edən, dövlətlərarası münasibətləri rəqiblik və münaqişə relsindən əməkdaşlıq və qarşılıqlı mənafe istiqamətlərinə yönəldən bir təşkilat funksiyasını icra edir. ATƏT 1975-ci ildə yaradılandan bəri təşkilatın yüksək səviyyədə 6 sammiti keçirilib. Təşkilatın son zirvə görüşüləri 1999-cu ildə İstanbulda, 2010-cu ilin dekabrın 1–2-də Astanada keçirilib. Astana sammitində təşkilata üzv olan 56 ölkənin, habelə qurumun tərəfdaşı olan 12 ölkənin dövlət və hökumət başçıları, o cümlədən 68 beynəlxalq təşkilatın rəhbərləri iştirak etmişdilər.
Adəm
Adəm (ivr. ‏אָדָם‏‏‎ insan, yun. Ἀδάμ, ərəb. آدم‎) — Tövrata, Zəbura, İncilə və Qurana görə Allahın yaratdığı ilk insan və insan nəslinin ulu babası. Səmavi kitablarda qeyd olunmuş məlumatlara əsasən Adəm və Həvvanın üçüncü oğlu — Şeys peyğəmbər Adəmin yaradılmasının 130-cu ilində dünyaya göz açmışdır. Yəni Adəm peyğəmbərin yaranması yəhudi dininə görə bizim eradan əvvəl təqribən 3800-cü ilə, xristian dininə (pravoslavlara) görə isə eradan əvvəl təqribən 5409-cu ilə təsadüf edir. Həvvanın əri, Habilin, Qabilin və Şeysin atası. Tanrıya itaət etməyərək xeyirlə şəri bilmə ağacının meyvəsini dadandan sonra cənnətdən qovulmuşdu. Yəhudiliyə görə, Adəm və Həvva bütün bəşəri obrazı əks etdirərək, tam həcmdə insani münasibətləri göstərirlər, onların hekayəsi bəşəriyyətin tarixi örnəyi kimi baxıla bilər. Xristian dininə görə, Adəm insanın Tanrı ilə münasibətdəki rəmzidir.
Krem
Krem — tam yağlı süddən yağ hissəsinin ayrılması nəticəsində əldə edilən süd məhsuludur. Kərə yağı, xama, dondurma istehsalı üçün istifadə olunur, təzə istehlak olunur. == Krem istehsalı == Ayırıcıların ixtirasından əvvəl, çökmüş südün altda bir kranla xüsusi qablara boşaldılması ilə krem ​​əldə edilmişdir və buna görə ona "krem" adı verilmişdir. Ümumiyyətlə, qaymaq və xama yalnız istehsal üsulu ilə fərqlənən çökmüş südün üst təbəqəsidir. Qədim Slavlar müasir Ukrayna dilində də olduğu kimi ona "Vershki" deyirdilər. Süd sənayesi müəssisələrində krem, süd plazmasından daha yüngül süd yağından topları ayıran santrafujlu ayırıcılarda təzə inək südündən ​​istehsal olunur. Süd ilkin olaraq kiçik çirklərdən təmizlənir və qızdırılır. Ayrılma 40–45 °C temperaturda aparılır. Ayrılmış kremin yağ tərkibi tamburun fırlanma sürəti ilə tənzimlənə bilər, məhsulun son yağ tərkibi tam və ya yağsız süd əlavə edilərək standartlaşdırılır. Sonra krem ​​homogenləşdirilir və 85–88 °C-də 10–15 dəqiqə pasterizə edilir, 4–6 °C-yə qədər soyudulur və tökülür.
Pskem
Pskem çayı (özb. Piskom) — Özbəkistanın Daşkənd vilayəti ərazisindən axır. Çayın uzunluğu 70 km, hövzəsinin sahəsi 2540 km² təşkil edir. Çay öz başlangıcını 1485 metr yüksəklikdən götürür. Boqistok qəsəbəsi yaxınlığında isə 870 metr yüksəkliyində Çarvak su anbarına tökülür. Çay əsasən qar və buzlaq suları ilə qidalanır == Coğrafi təsviri == Pskemin mənbəyi Talas Alatausunun Qazaxıstan və Özbəkistan yüksəkliklərindən başlayır. Burada çayın Maydantal və Oyqainq çaylarının birləşməsindən əmələ gəlir. Yuxarı axarlarda çay dərin və ensiz dərə ilə axır. Aşağı axarlarda isə yataq olduqca genişlənir. Sonradan çay Pskem vadisi ilə axır.
Salem
Salem — Brannon Braqa və Adam Saymon tərəfindən 17-ci əsrdə baş vermiş real Salem əcinnələri haqqında yaradılmış Amerikan fövqəltəbii qorxu teleserialıdır. Baş qəhrəman Meri Sibli (Canet Montqomeri) Salemdəki cadugarları eləcədə şəhəri idarə edən güclü cadugardır. Problemlər uzun illər əvvəl yoxa çıxmış sevgilisi Con Aldenin (Şeyn Vest) şəhərə geri qayıtması ilə başlayır. Bu qayıdış Merinin Salem ilə bağlı planlarında da çətinliklər yaradır. Serial həmçinin qotik romatizmi də nümayiş etdirir. Serial 20 aprel 2014-cü ildə WGN America kanalında yayımlanmağa başladı. Nümayişə başladığı vaxtda reytinq toplaya bilən serial həmçinin kanalın ilk orijinal lahiyəsidir. Bu serial kanalın ilk və uğurlu işi olduğu üçün kanal serialı 15 may 2014-cü ildə ikinci mövsüm üçün yeniləndi. Üçüncü mövsümün sifarişi 11 iyul 2015-ci ildə edildi və premyerası 2 noyabr 2016-cı ildə baş tutdu. 13 dekabr 2016-cı ildə WGN-in serialı ləğv etdiyi bildirildi və final seria 25 yanvar 2017-ci ildə yayımlandı.
Səhm
Səhm — öz sahibinə emitentin (səhmi buraxan şirkətin) gəlirinin bir hissəsini dividend şəklində almaq, emitentin idarə olunmasında iştirak etmək və emitentin ləğvi halında geridə qalan əmlakın bölüşdürülməsi zamanı həmin əmlakın bir hissəsini əldə etmək hüququnu verən pay qiymətli kağızıdır. == Növləri == Səhmin iki növü vardır: Adi səhm İmtiyazlı səhm Adi səhm — sahibinin səhmdar cəmiyyətinin gəlirinin bir hissəsini dividend şəklində almaq, cəmiyyətin idarə edilməsində iştirak etmək və ləğv edildiyi halda yerdə qalan əmlakın bir hissəsini əldə etmək hüquqlarını təsbit edir. İmtiyazlı səhm — sahibinin malik olduğu səhmin nominalından müəyyən faizlə ifadə olunmuş ölçüdə dividend almaq hüququnu təsbit edir və bu dividendin alınmasında digər adi səhm sahiblərinə nisbətən üstünlük hüququnu təmin edir. == Buraxılma halları == Səhmlər aşağıdakı hallarda buraxılır: Səhmdar cəmiyyətlə yaradıldıqda Müəssisənln və ya təşkilatın səhmdar cəmiyyətlnə çevrilməsi zamanı Nizamnamə kapitalının artırılması zamanı == Xüsusiyyətləri == Səhmlərin bir neçə xüsusiyyəti var: Səhm — mülkiyyət tituludur Səhmin "mövcudluğu" müddəti yoxdur Səhmlərə bilinməzlik xasdır Səhmlərə məhdud məsuliyyət xasdır Səhmlər bölünə və birləşə bilərlər == İstinadlar == == Xarici keçidlər == Səhm nədir və necə alınır?
Səma
Səma — Yer səthindən yuxarıya doğru maneəsiz bir görünüş. Buraya atmosfer və kosmik fəza daxildir. O həm də yerlə kosmos arasındakı bölgə kimi də hesab olunur, buna görə də kosmosdan fərqlidir. Astronomiya sahəsində səmaya göy sferası da deyilir. Bu, Günəş, Ay, planetlər və ulduzların sürükləndiyi Yerə konsentrik olan mücərrəd sferadır. Göy sferası ənənəvi olaraq bürclər adlanan təyin olunmuş ərazilərə bölünür. Adətən "göy üzü" termini qeyri-rəsmi bir şəkildə Yer səthindən baxış bucağı kimi başa düşülür, amma mənası və istifadəsi fərqli ola bilər. Yer kürəsindəki bir müşahidəki gündüzlər gecəyə görə daha düz görünən bir günbəzə bənzəyən (bəzən göy kasası da deyilir) göy üzünün kiçik bir hissəsini görə bilər. Bəzi hallarda, məsələn, hava haqqında danışarkən, səma atmosferin yalnız aşağı, daha sıx təbəqələrini ifadə edir. Gündüz səması mavi görünür, çünki hava molekulları günəş işığının daha qısa dalğa uzunluqlarındakını daha uzun olanlara (qırmızı işıq) nisbətən daha çox səpələyir.