SƏLVA
SƏMA
OBASTAN VİKİ
"Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı
"Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının medalıAzərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli Qanunu ilə təsdiq edilmişdir. "Fövqəladə hallar orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı qabarıq formalı, diametri 50 mm olan, bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş səkkizguşəli ulduzdan ibarətdir. Ulduzun mərkəzində iki dairəvi lövhə yerləşdirilib. Birinci dairəvi lövhə yaşıl mina ilə, ikinci mərkəzi dairəvi lövhə isə tünd mavi mina ilə örtülmüşdür. Fövqəladə Hallar Nazirliyinin emblemi dəfnə yarpaqlarından hörülmüş çələngin üzərində tünd mavi mina ilə örtülmüş dairəvi lövhədə həkk olunmuşdur. Lövhənin fonunda relyefli şüalar var. Lövhələr dekorativ incə elementlərlə haşiyələnib. Birinci və ikinci lövhələrin haşiyələri arasında yaşıl minalı fonda "FÖVQƏLADƏ HALLAR ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ" sözləri yazılmışdır. Səkkizguşəli ulduzun guşələrinin konturları və birinci dairəvi lövhənin dekorativ konturları arasında milli ornamentin elementlərindən kompozisiya yerləşdirilib. Səkkizguşəli ulduz, dairəvi lövhənin dekorativ konturları, Fövqəladə Hallar Nazirliyinin embleminin təsviri, dəfnə yarpaqları, milli ornament, relyefli şüalar və sözlər qızılı rəngdədir.
"Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı
"Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının medalı. 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunla təsis edilmişdir. == Haqqında == "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı 2012-ci il 2 noyabr tarixli 454-IVQD nömrəli Qanunla təsis edilmişdir. "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə "Azərbaycan Respublikasının medalı haqqında Əsasnamədə qeyd edilir ki, "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı ilə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər: — miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə; — miqrasiya sahəsində mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka görə. Miqrasiya orqanlarının işçilərini bu medallarla müvafiq icra hakimiyyəti orqanı təltif edir. Həmin medallar döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır. "Miqrasiya orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı (bundan sonra — medal) bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 35 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduz formalı medalın ön tərəfində iki dairə yerləşdirilib. Birinci dairənin daxilində aşağı hissədə həkk edilmiş diametri 2 mm olan səkkizguşəli ulduzdan sol tərəfdə aşağıdan başlamaqla dairə boyunca "MİQRASİYA ORQANLARI İLƏ SƏMƏRƏLİ ƏMƏKDAŞLIĞA GÖRƏ" sözləri həkk olunub. Medalın ön tərəfinin səthi nahamardır.
"Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı
"Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının dövlət təltifi. 5 noyabr 2022-ci ildə təsis edilmişdir. == Tarixi və əsasnaməsi == "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı Azərbaycan Respublikasının 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsis edilmişdir.Medal ilə Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət və digər qurumlarının, habelə beynəlxalq təşkilatların nümayəndələri aşağıdakılara görə təltif edilirlər: Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə; Prokurorluq sahəsində mühüm layihələrin hazırlanmasında və həyata keçirilməsində fəal iştiraka görə.Medala layiq görülən şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət orqanının rəhbəri tərəfindən təltif edilirlər. "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan sonra taxılır. == Təsviri == "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" medalının təsviri 2022-ci il 5 noyabr tarixli 623-VIQD saylı Qanunu ilə təsdiq edilmişdir.Medalın ümumi təsviri "Prokurorluq orqanları ilə səmərəli əməkdaşlığa görə" Azərbaycan Respublikasının medalı bürüncdən tökülmüş və qızıl suyuna çəkilmiş, diametri 36 mm olan səkkizguşəli ulduz formalı lövhədən ibarətdir. Medalın ön tərəfi Medalın ön tərəfində hər bir guşəsi qabarıq olan səkkizguşəli ulduzun üzərində daxili və xarici çevrələrlə konturlanmış dairəvi lövhə yerləşdirilmişdir. Xarici və daxili konturların arasında aşağı hissənin mərkəzində diametri 2 mm olan səkkizguşəli ulduz həkk edilmiş, ulduzun sol tərəfindən başlayaraq qövs boyunca "Prokurorluq orqanları i̇lə səmərəli̇ əməkdaşlığa görə" sözləri yazılmışdır. Səkkizguşəli ulduz ilə yazıların arasında kompozisiyanı tamamlayan xətlər təsvir olunmuşdur. Daxili çevrədə yer kürəsi, onun mərkəzində paralellərin və meridianların kəsişməsi fonunda Azərbaycan Prokurorluğunun rəsmi emblemi təsvir edilmişdir. Emblemin aşağı hissəsində əməkdaşlıq simvolu əks olunmuşdur.
"Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı
"Vergi orqanları ilə səmərəli əməkdaşlığa görə" medalı — Azərbaycan Respublikasının medalı
Abutalıb Səmədov
Abutalıb Qəmbər oğlu Səmədov (19 fevral 1961, Tovuz) — Azəybaycan siyasətçisi, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini (2008–2016), Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri (2006–2008), Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı, Azərbaycan Naminə Alyans Partiyasının sədri (1994–2023). == Həyatı == 1961-ci il fevralın 19-da Tovuz şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Rus dilini bilir. Evlidir, 3 övladı var == Siyasi fəaliyyəti == 1992–1993-cü illərdə Azərbaycan Milli İstiqlal Partiyasının yaradılması prosesində iştirak edib və Sumqayıt şəhər təşkilatının sədri olub. 1993-cü ilin mayında partiya üzvlüyündən çıxıb. 1994-cü ilin oktyabrında Azərbaycan Naminə Alyans Partiyasının təşkilat komitəsinə rəhbərlik edib və partiyanın sədri seçilib.1997–1998-ci illərdə Azərbaycan Respublikası Dövlət Qaçqınlar Komitəsi sədrinin müavini işləyib. 1990, 1995, 2000-ci illərdə parlament seçkilərində namizəd kimi iştirak edib, 2001-ci il yanvarın 7-də 99 saylı Şəmkir şəhər seçki dairəsindən deputat seçilmişdir Milli Məclisin İnsan hüquqları daimi komissiyasının üzvü olmuşdur. 2006–2008-ci illərdə Müəllif Hüquqları Agentliyinin sədri vəzifəsində fəaliyyət göstərmişdir. Abutalıb Səmədov Azərbaycan Naminə Alyans Partiyasının (ANAP) qurucusu, ilk və son sədri olmuşdur (17 noyabr 1994 – 2 mart 2023).
Akademik Ziyad Səmədzadə (film, 2010)
Akademik Ziyad Səmədzadə qısametrajlı sənədli televiziya filmi rejissor Miri Rzayev tərəfindən 2010-cu ildə çəkilmişdir. Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor, görkəmli iqtisadçı Ziyad Səmədzadə haqqındadır. == Məzmun == Film Azərbaycan Respublikası Milli Məclisinin deputatı, iqtisad elmləri doktoru, professor, görkəmli iqtisadçı Ziyad Səmədzadənin həyatı və elmi fəaliyyətinə həsr olunmuşdur.
Akif Səməd
Akif Səməd (22 iyul 1959, Qazax rayonu – 6 iyul 2004, Bakı) — Azərbaycanlı şair, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1997). == Həyatı == Məmmədov Akif Səməd oğlu 1959-cu il iyulun 22-də Qazax rayonunun Aslanbəyli kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almışdır (1976-1982). 2004-cü il iyulun 6-da Bakıda vəfat etmiş, doğma Aslanbəyli kəndində torpağa tapşırılmışdır. == Yaradıcılığı == "Gənc müəllim" qəzeti və "Mərhəmət" jurnalı redaksiyalarında işləmiş, Azərbaycan Dövlət Teleradio Şirkətində redaktor vəzifəsində çalışmışdır. Tələbəlik illərindən bədii yaradıcılıqla ciddi məşğul olmuşdur. Şeirləri dövri mətbuatda dərc edilmişdi. "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Özümə yol" (1996) kitabları nəşr olunmuşdur. === Əsərləri === "Qiblə yelləri" (1992), "Uzaqlardan gəlirik" (1994), "Adəmdən" (1995), "Ömrü özünə yaşasan" (1996) "Özümə yol" (2004) == Mənbə == XX əsr Azərbaycan yazıçıları,Ensiklopedik məlumat kitabı. Bakı, 2011.
Aleksandr Səmədov
Aleksandr Səmədov (19 iyul 1984, Moskva) — əslən azərbaycanlı olan rusiyalı peşəkar futbolçu. Rusiyada doğulan, atası azərbaycanlı olan Səmədov Azərbaycan millisini deyil, Rusiya yığmasında oynamağı seçib. Verdiyi bu qərar tənqidlər və narazılıqlarla qarşılanıb. 2003-cü ildə isə Səmədov 19 yaşında millimizin Bakıda keçirilən təlim-məşq toplanışında bir dəfə iştirak edib. Bu toplanışdan sonra Səmədov bir daha millimizin toplanışlarında və oyunlarında iştirak etməyib. Aleksandr Səmədov 30 iyul 2019-cu ildə futbolçu karyerasını başa vurdu.
Aqil Səmədbəyli
Aqil Səmədbəyli (15 sentyabr 1968, Zərkənd, Basarkeçər rayonu) — azərbaycanlı siyasətçi, sosial elmlər namizədi. == Həyatı == Aqil Səmədbəyli Göyçə mahalının Zərkənd kəndində doğulub. Türkiyə Cümhuriyyətinin İstanbul şəhərindəki Mərmərə Universitetini bitirib. O, Türkiyədə sosial elmlər üzrə namizədlik dissertasiyasını müdafiə edərək elmlər namizədi alimlik dərəcəsi almışdır. == Siyasi fəaliyyəti == Aqil Səmədbəyli gənc yaşlarından siyasi və ictimai fəaliyyətlə ciddi məşğul olub. Türkiyədə təhsil aldığı illərdə "Gənc Aydınlar Hərəkatı"nı yaratmış və Başqan seçilmişdir. Hazırda "Bütöv Azərbaycan Birliyi"nin Mərkəzi Şurasının sədridir.2010-cu il noyabrın 7-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə seçkilərdə iştirak etmiş, lakin deputat seçilə bilməmişdir. == Şəxsi həyatı == Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəyin qızı Çilənay Səmədbəylinin həyat yoldaşıdır. Azərbaycan Milli Məclisinin IV çağırışının Müsavat Partiyasından deputatı Arzu Səmədbəylinin qardaşıdır. Atası Həbib Səmədov 3 noyabr 2011-ci ildə, anası Nabat xanım isə 21 iyun 2015-ci ildə Bakı şəhərində vəfat ediblər.
Arzu Səmədbəyli
Səmədbəyli Arzu Həbib oğlu (10 may 1962, Zərkənd, Basarkeçər rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, (2005–2010) Milli Strateji Düşüncə Mərkəzinin (MSDM) qurucu üzvü kimi fəaliyət göstərir. == Həyatı == Arzu Səmədbəyli 1962-ci il mayın 10-da Ermənistan SSR-nin Basarkeçər rayonunun Zərkənd kəndində anadan olub. 1979-cu ildə Zərkənd orta məktəbini qızıl medalla bitirib.1979-cu ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olmuş, 1984-cü ildə sənaye və mülki tikinti fakültəsini bitirmişdir.1984-cü ildən Azərbaycan Üzümçülük və Şərabçılıq Komitəsində mühəndis, böyük mühəndis, aparıcı mühəndis, birinci dərəcəli mühəndis işləyib. === Ailəsi === Arzu Səmədbəyli ailəlidir. 2 övladı var. Atası Həbib Səmədov 3 noyabr 2011-ci ildə, anası Nabat xanım isə 21 iyun 2015-ci ildə Bakı şəhərində vəfat ediblər. Siyasətçi Aqil Səmədbəylinin qardaşıdır. Siyasətçi Hafiz Hacıyevin uzaq qohumudur. == Siyasi fəaliyyəti == Arzu Səmədbəyli 1991-ci ildən Azərbaycan Xalq Cəbhəsinin şöbə müdiri, 1992-ci ildən Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin üzvü, Azərbaycan Respublikası müdafiə nazirinin baş referenti, 1993–1995-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin, 1995–2000-ci illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının İnformasiya və mətbuat mərkəzinin direktoru, təşkilat şöbəsinin müdiri vəzifələrində çalışıb.1998-ci ildə Əbülfəz Elçibəyin sədrlik etdiyi Bütöv Azərbaycan Birliyində (BAB) sədrin təşkilat məsələləri üzrə müavini təyin edilmişdir (Əbülfəz Elçibəyin sərəncamı ilə). 2000-ci ildə Azərbaycan Xalq Cəbhəsi Partiyası daxilindəki bölünmə zamanı Mirmahmud Mirəlioğlu liderliyindəki klassiklər qanadında fəaliyyət göstərməyə başladı.
Aygün Səmədzadə
Səmədzadə Aygün Ziyad qızı (11 yanvar 1967, Bakı) — Azərbaycan bəstəkarı, Azərbaycanın xalq artisti (2018), Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent. == Həyat və yaradıcılığı == Aygün Səmədzadə 1967-ci il 11 yanvarda Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. İlk təhsilini Bülbül adına orta ixtisas musiqi məktəbində almış, 1985-ci ildə məktəbi qızıl medal və fərdi təqaüdlə bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyasının) Tarix-nəzəriyyə fakültəsinə daxil olmuş, bir sıra respublika və ümumittifaq elmi-konfrans və müsabiqələrdə iştirakçı və qalib seçilmişdir. Üzeyir Hacıbəyovun anadan olmasının 100 illiyi ilə bağlı keçirilən müsabiqədə diplom, III respublika elmi konfransında ən yaxşı tələbə elmi-işinə görə qızıl medal, Zaqafqaziya ölkələri arasında keçirilən müsabiqədə I dərəcəli diploma layiq görülmüşdür. Konservatoriyanı fərqlənmə diplomu və Ü. Hacıbəyov adına fərdi təqaüdlə bitirdikdən sonra elə həmin ildən "Musiqi tarixi" kafedrasına müəllim kimi fəaliyyətə başlamış və Avropa ölkələrinin musiqi tarixi, Türkdilli xalqların musiqi mədəniyyəti, Musiqi tənqidi kimi fənnlərdən dərs demiş və həmin kafedranın dosenti (1990–2016) olmuşdur. Bəstəkar, musiqişünas Aygün Səmədzadə 2003-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Aygün Səmədzadə 2003-cü ildə böyük türk bəstəkarı Əhməd Adnan Sayqunun yaradıcılığı ilə bağlı namizədlik dissertasiyasını müdafiə etmişdir. Bundan əlavə, Aygün Səmədzadə Azərbaycan musiqi tarixinə aid bir sıra elmi məqalələrin və publisistik yazıların, o cümlədən, "Azərbaycanda sənət himayədarlığının rolu", "Xurşudbanu Natəvan və Azərbaycan mədəniyyəti", "Şah İsmayıl Xətai və Azərbaycan mədəniyyəti", "Mir Mövsün Nəvvab", "Hacı Zeynalabdin Tağıyevin mədəniyyətimizin inkişafında xidmətləri", "Adnan Sayqun yaradıcılığının bəzi üslub xüsusiyyətləri" adlı məqalələrin müəllifidir. Aygün Səmədzadə bir çox tanınmış müğənnilərin repertuarında xüsusi yer tutan 200-dən artıq mahnının müəllifidir.
Azərbaycan (Səməd Vurğunun şeiri)
Azərbaycan — Azərbaycan şairi Səməd Vurğunun 1933-1935-ci illər ərzində yazıdığı şeir. == Yazılma tarixi == "Azərbaycan" şeiri 1933-cü ildə yazılmışdı. Bu şeir Vurğunun ideyasına görə "Azərbaycan" epopeyasının proloqudu, həmçinin həmin epopeyaya əsrlər boyu xalqın həyatı haqda olan daha bir neçə poema aiddi.1959-cu ildə şeir "SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat"a daxil edildi.Azərbaycanlı bəstəkar Ələkbər Tağıyev şeirin sözlərinə bəstələnən eyniadlı "Azərbaycan" mahnısını yazmışdı.Şeirin sətirləri şairin 1961-ci ildə Bakıda ucaldılmış postamentində həkk olunmuşdur. == Tərcümələr == Şeir rus, ingilis və s. dillərə tərcümə olunmuşdur. Rus dilinə tərcümənin müəllifi Adelina Adalis olmuşdur, Şeir yazılanan sonra Maksim Tank tərəfindən belarus dilinə tərcümə edilmişdir. Həmin tərcümə belarus dilində nəşrə hazırlanan "Sovet İttifaqının poeziya antologiyası"nda yer aldı.Şeiri ingilis dilinə Qledis Evans tərcümə etmişdi, və Mirzə İbrahimovun redaktəsi altında "Azerbaijanian Poetry: Classic, Modern, Traditional"-da (Moskva, 1969) dərc olunmuşdu. == İstinadlar == == Ədəbiyyat == Бабаев Г. Самед Вургун: Очерк творчества. — M.: Sovetsiy pisatel, 1981. — 271 səh.
Azərbaycan (şeir, Səməd Vurğun)
Azərbaycan — Azərbaycan şairi Səməd Vurğunun 1933-1935-ci illər ərzində yazıdığı şeir. == Yazılma tarixi == "Azərbaycan" şeiri 1933-cü ildə yazılmışdı. Bu şeir Vurğunun ideyasına görə "Azərbaycan" epopeyasının proloqudu, həmçinin həmin epopeyaya əsrlər boyu xalqın həyatı haqda olan daha bir neçə poema aiddi.1959-cu ildə şeir "SSRİ xalqları ədəbiyyatı üzrə müntəxəbat"a daxil edildi.Azərbaycanlı bəstəkar Ələkbər Tağıyev şeirin sözlərinə bəstələnən eyniadlı "Azərbaycan" mahnısını yazmışdı.Şeirin sətirləri şairin 1961-ci ildə Bakıda ucaldılmış postamentində həkk olunmuşdur. == Tərcümələr == Şeir rus, ingilis və s. dillərə tərcümə olunmuşdur. Rus dilinə tərcümənin müəllifi Adelina Adalis olmuşdur, Şeir yazılanan sonra Maksim Tank tərəfindən belarus dilinə tərcümə edilmişdir. Həmin tərcümə belarus dilində nəşrə hazırlanan "Sovet İttifaqının poeziya antologiyası"nda yer aldı.Şeiri ingilis dilinə Qledis Evans tərcümə etmişdi, və Mirzə İbrahimovun redaktəsi altında "Azerbaijanian Poetry: Classic, Modern, Traditional"-da (Moskva, 1969) dərc olunmuşdu. == İstinadlar == == Ədəbiyyat == Бабаев Г. Самед Вургун: Очерк творчества. — M.: Sovetsiy pisatel, 1981. — 271 səh.
Azərbaycan SSR əməkdar səmərələşdiricilərinin siyahısı
== 1991 ==
Azərbaycan SSR əməkdar səmərələşdiricisi
Azərbaycan SSR əməkdar səmərələşdiricisi (azərb-kiril. Азәрбајҹан ССР әмәкдар сәмәрәләшдириҹиси) — 9 oktyabr 1959-cu ildə təsis edilmiş fəxri ad. Azərbaycan SSR-də istehsalatın təkmilləşdirilməsində ciddi rol oynamış olan, respublikanın xalq təsərrüfatında geniş tətbiq edilən həyata keçirilmiş səmərələşdirmə təkliflərinin müəlliflərinə, habelə istehsalat səmərələşdiriciləri hərəkatının inkişafında və səmərələşdirmə təkliflərinin həyata keçirilməsində böyük xidmətləri olan şəxslərə verilirdi. == Əsasnaməsi == Fəxri ad Azərbaycan SSR xalq təsərrüfatının bütün sahələrində və ölkənin müdafiəsi uğrunda texnikanın tərəqqisində böyük əhəmiyyəti olan səmərələşdiricilər hərəkatını genişləndirmək məqsədilə müəyyən edilmişdir. Fəxri ada layiq görülən şəxslərə gümüş döş nişanı verilirdi. === Döş nişanı === Fəxri adın döş nişanının nümunə və təsviri Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 10 may 1960-cı il tarixli qərarı ilə təsdiq edilmişdir. Qərarda döş nişanının təsviri aşağıdakı kimi verilmişdir: "Azərbaycan SSR əməkdar səmərələşdiricisi" döş nişanı diametri 26 mm düzgün dairə şəklindədir, nişanın o biri üzünün səthi hamardır. Döş nişanının üz tərəfi 0,6 mm enində nazik haşiyə ilə haşiyələnmişdir. "Azərbaycan SSR əməkdar səmərələşdiricisi" sözləri qabarıq hərflərlə yazılmışdır. Nişanın sol tərəfində sallanmış dəfnə budağına dalğalı lent sarılmışdır.
Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası
Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası — Azərbaycanda səmti müəyyənetmə idman növünün inkişafı üçün 2011-ci ildə yaradılmış qurum. Mənzil-qərargahı Bakı şəhərində yerləşən idman federasiyası, 2012-ci ildən etibarən respublika üzrə keçirilən səmti müəyyənetmə çempionatlarının əsas təşkilatçısı, beynəlxalq yarışların isə Azərbaycan üzrə ilk və tək iştirakçısıdır. Federasiyaya hazırda Mirəli Kazımov rəhbərlik edir. == Tarixi == Əsası Finlandiyada qoyulan və 1977-ci ildən bəri Beynəlxalq Olimpiya Kommitəsi tərəfindən tanınan orienterinq, Azərbaycanda əsasən səmti müəyyənetmə adı ilə bilinir. Sözügedən idman növünün ölkədə inkişafı və geniş vüsət alması 1960-ci illərə təsadüf edir. Belə ki, 1963-cü ildə SSRİ-də keçirilən çempionatda azərbaycanlı atletlər də iştirak etmişdir. Müstəqillik dönəmində ilk ölkə çempionatı 1995-ci ildə keçirimişdir. 2011-ci ildə isə Azərbaycanda səmti müəyyənetmə idman növünün inkişafı, o cümlədən bu idman sahəsinə dair fəaliyyətlərin yerli və beynəlxalq miqyasda koordinasiyası məqsədilə Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası (ASMEİF) təsis olunmuşdur.Federasiya fəaliyyətə başladıqdan qısa müddət sonra, 2012-ci ilin oktyabrında Nabranda Azərbaycanda ilk dəfə səmti müəyyənetmə idman növü üzrə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr olunmuş Prezident Kuboku uğrunda yarış keçirdi. Yarış zamanı, Azərbaycan tarixində ilk dəfə olaraq, müasir kompüter sistemlərinin tətbiqi ilə hər iştirakçının distant elektron qeydiyyatı baş tutmuşdur. == Fəaliyyəti == === Beynəlxalq yarışlarda iştirakı === Azərbaycan Səmti Müəyyənetmə İdman Federasiyası, Beynəlxalq Səmti Müəyyənetmə Federasiyasının təşkilatçılığı ilə 2013-cü ilin iyulunda Finlandiyada keçirilən səmti müəyyənetmə idman növü üzrə dünya çempionatında iştirakı ilə qlobal miqyasda intensiv fəaliyyətə başladı.
Azərbaycan fişəng və səma fənərləri
Azərbaycan fişəng və səma fənərləri — Azərbaycan mərasimlərində istifadə edilən vasitələr. Azərbaycan regionlarında fişəng və səma fənərləri üçün müxtəlif cür adlandırılmalardan istifadə edilir. == Adlandırmalar == === Taraqqa, beşaçılan, onaçılan, tumanagirən === Fişənglərlə keçirilən şənlik Azərbaycanda atəşfəşanlıq, atəşbazlıq, fişəngbazlıq adlandırılmışdır. Naxçıvanda Novruz bayramı ərəfəsində, köhnə ilin axır çərşənbəsində atəşfəşanlıq edilər, fişəng fırladılaraq göyə atılar, taraqqa partladılardı. Taraqqa sözü Şuşa ləhcəsində də işlədilir. Y. V. Çəmənzəminli "Həyatımın 20 ili" əsərində Novruz bayramını təsvir edərkən taraqqa sözünü işlədir: "Sonra tonqal qalayıb üzərindən atılardıq, fişəng-taraqqa atardıq…"Köhnə ilin axır çərşənbəsində Ordubadda isə ustaların kağızdan barıt qatışığı ilə düzəltdikləri oyuncaq taraqqa, beşaçılan, onaçılanlar partladılıb atəşfəşanlıq edilir, bununla da şər qüvvələri qorxudub qaçırda bildiklərinə inanırdılar. Ordubadın Dəstə kəndində atılan bir fişəng növü isə tumanagirən adlanır. === Üskü, lopa, şar === Novruz bayramında üskü-lopa atılması ilə xəstəliyin, hər cür pisliyin qarşısının alındığına inanılırdı. İlk üç çərşənbədə tonqalda yandırılan lopa üç dəfə ev-eşin dövrəsində dolandırılar və bu sözlər deyilərdi: Ovsun üçün istifadə edilən bu sözlərdə şər qüvvələrin qorxub-qaçması, bir daha evə yaxınlaşmaması ifadə olunub.Naxçıvan bölgəsində lopa ilə birlikdə şar adından da istifadə edilir, ilaxır çərşənbədə uşaqlar tərəfindən hazırlanan "şarlar" yandırılıb fırladılaraq göyə atılırdı. Bakı kəndlərində həm tonqala, həm də göyə atılan lopalara üskü deyilir, Novruz qabağı çərşənbələr üskü çərşənbəsi adlandırılırdı.
Açıq Səma Altında Muzey (Naxçıvan)
Açıq Səma Altında Muzey — Naxçıvan şəhərində muzey. Muzey 2002-ci ildə Naxçıvan şəhərində təşkil olunmuşdur. "Əcəmi" seyrangahında yerləşən muzeydə Naxçıvan Muxtar Respublikasınin ərazisindən tapılmış müxtəlif dövrlərə aid qoç heykəllər, daş kitabələr, müxtəlif daş fiqurlardan və qəbirüstü sanduqələrdən ibarət 169 maddi-mədəniyyət nümunəsi mühafizə və nümayiş etdirilir. 2,58 ha sahəni əhatə edən muzeyin ərazisində Azərbaycan Atabəylər dövlətinin fəaliyyətini əks etdirən XII əsrə aid Mömünə xatun türbə-muzeyi də fəaliyyət göstərir.
Açıq səma altında muzey
Açıq səma altında muzey — Muzeydə eksponatlar açıq səma altında nümayiş olunur və qorunur. ==== Haqqında ==== Açıq səma altında muzeyin təşkil etməyin vacibliyi ideyası və prinsipləri ilk dəfə olaraq isveçrəli alim Ç.Bonsetten tərəfindən XVIII əsrdə irəli sürülmüşdür. İsveçrə 1891-ci ildə isə Qezelius məşhur "Skansen" muzeyini təşkil etdi. Avropa və Amerika qitələrində belə muzeylər çoxdur (Kopenhagendə – 1897, Osloda – 1902, Arnxemdə – 1912 və s.). Təkcə Polşada belə muzeylərin sayı 35-ə çatmışdır. Finlandiyada Serasaari adasında ənənəvi kəndli malikanəsi və o cümlədən XVIII əsrə aid zəngin etnoqrafik abidələr saxlanmaqdadır. Burada bütün sənətkarlıq emalatxanaları və dəyirmanlar işlək vəziyyətdə nümayiş etdirilir. Almaniyanın Zanvüst şəhərində alman kəndinin 250 illik tarixini izləmək mümkündür. Buxarestdə yerləşən muzey-kənd də diqqəti cəlb edir. Muzeydə 62 kompleks abidə və 18 min eksponat nümayiş etdirilir.
Ağadadaş Səmədov
Ağadadaş Səmədov (d. 10 mart 1924) — İkinci Dünya müharibəsinin veteranı. == Həyatı == 1924-cü ilin mart ayının 10-da Lənkəran rayonunun Vilvan kəndində anadan olub. O, 1942-ci ildə Lənkəran Subtropik bitkiçilik texnikumunu bitirib. Elə həmin ilin oktyabırın 26-da müharibəyə yollanan Ağadadaş Səmədov 77-ci Azərbaycan diviziyasının 105-ci Taborunun tərkibində Mazdokdan Berlinə qədər döyüş yolu keçib. O, müharibədə böyük şücaət göstərib. Dəfələrlə ölümlə üz-üzə gəlib. Qəhərmanlığına görə 2 dəfə 3-cü və 2-ci dərəcəli Şöhrət ordenləri ilə təltif olunub. Lakin onun bu mükafatlandırma haqqında dəqiq məlumatı olmayıb. 1945-ci ilin dekabrında doğma kəndinə qayıdıb və 1980-cı ildə təqaüdə çıxana kimi orada aqronom işləyib.
Ağkənd-i Səmərəq (Marağa)
Ağkənd-i Səmərəq (fars. اغكندثمرقق‎‎) və ya Ağkənd — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. Marağa şəhərindən 40 km cənub-qərbdədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 333 nəfər yaşayır (80 ailə).
Baba Səmədov
Səmədov Baba Səməd oğlu (1934, Vartaşen rayonu) — Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı. == Bioqrafiya == 1934-cü ildə Azərbaycan SSR-nin Vartaşen rayonu, Daşagil kəndində (indiki Azərbaycanın Oğuz rayonundakı kənd) fəhlə ailəsində anadan olmuşdur. 1946-cı ildən — traktor sürücüsü, 1950-ci ildən — Şəki rayonunun Orjonikidze adına taxıl sovxozunda işlədi Baba Səmədov Səmədov uşaq yaşlarından traktorlarla maraqlanırdı və 11 yaşından etibarən traktor sürücüsünün köməkçisi, sonra isə sovxozda traktor sürücüsü kimi çalışırdı; traktor sürücüsü kurslarını belə bitirmədən 14 yaşında olan Baba Səmədov maraq dairəsi sayəsində çox təcrübə qazandı və hətta yaşlı, lakin daha az təcrübəli traktor sürücülərinə də dərs deyə bildi. Traktor sürücüsü kolxoz iclasında rasionalizasiya təklifi irəli sürdü — əvvəllər məhsul yığımında 7 nəfər iştirak edirdisə Səmədovun təklifi ilə traktor və maşın sürücüləri tarla əkinçilik, suvarma, məhsul yığımında iştirak etməyə başladı.Səmədov bu təklifi ilə dövlətə çox pul qazandırdı. Onuncu beş illik dövrdə Baba Səmədov taxılın yüksək məhsuldarlığına nail oldu. 1976-cı ildə maşınqayırma direktoru 180 hektardan planlaşdırılan 270 ton əvəzinə 381 hektardan 960 ton buğda götürdü. 1977-ci ildə Səmədov 533 hektar sahədən 1100 ton yüksək keyfiyyətli taxıl aldı. 1980-ci ildə Baba Səmədov 550 hektar ərazidən 920 ton taxıl götürmüşdür ki, bu da üç mövsüm norması idi. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 23 fevral 1978-ci il tarixli fərmanı ilə sosialist rəqabətin dəki yüksək nailiyyətlərə, kənd təsərrüfatı məhsullarının istehsalı və dövlətə satılması ilə bağlı planların və sosialist öhdəliklərinin yerinə yetirilməsində göstərilən əmək şücaəti nə görə, 1977-ci ildə Baba Səməd oğlu Lenin ordeni ilə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdür. Ölkənin ictimai-siyasi həyatında fəal iştirak etmişdir.
Babək Səmidli
Babək Mətləb oğlu Səmidli (7 yanvar 1974, Göyçay – 23 noyabr 2020, Suqovuşan, Tərtər rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin polkovniki, Azərbaycan Silahlı Qüvvələrinin 1-ci Ordu Korpusunun ideoloji iş və mənəvi-psixoloji təminat üzrə Komandir müavini, İkinci Qarabağ müharibəsinin şəhidi. Babək Səmidli 2020-ci ilin sentyabrında başlanan İkinci Qarabağ müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. 2020-ci ilin noyabrda minaya düşməsi nəticəsində şəhid olub. == Həyatı == Səmidli Babək Mətləb oğlu 1974-cü il yanvar ayının 7-də Azərbaycan Respublikasının Göyçay şəhərində anadan olmuşdur. === Təhsili === 1980-ci ildə Göyçay şəhəri 6 nömrəli orta məktəbə daxil olmuş və 1991-ci ildə həmin orta məktəbi bitirmişdir. 1993-cü ildə Türkiyə Respublikasının Ankara şəhərində yerləşən Quru Qoşunları Ali Hərbi Məktəbinə daxil olub və 1997-ci il, 30 avqust tarixində oradan motoatıcı ixtisası üzrə məzun olmuşdur. === Ailəsi === Ailəli idi. Mətləb və Səmid adında 2 oğlu yadigar qaldı. == Hərbi xidməti == Babək Səmidli 1997-ci ilin sentyabr ayından 1998-ci il may ayına qədər İstanbulda yerləşən Tuzla Piyadə məktəbində zabit vəzifəsində ixtisaslaşma kursunda təhsil almışdır. 1998-ci ilin avqust ayına qədər Türkiyə Quru Qoşunlarının Birinci Ordusunun briqadasında motoatıcı taqım komandiri vəzəfəsində təcrübə keçmişdir.
Beynəlxalq Səmti Müəyyənetmə Federasiyası
Beynəlxalq səmti müəyyənetmə federasiyası - (ing. International Orienteering Federation - İOF) beynəlxalq idman federasiyası, səmti müəyyən etmə üzrə milli federasiyaları birləşdirir. Mərkəzi İsveçrənin Karlstad şəhərində yerləşir. == Tarixi == Beynəlxalq səmti müəyyən etmə federasiyası 21 may 1961-ci ildə Kopenhagendə konqresdə quruldu. Təşkilatın ilk üzvləri Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Danimarka, Finlandiya, Norveç, Qərbi Almaniya, Çexoslovakiya, İsveç, İsveçrə idi.
Beynəlxalq səmti müəyyən etmə federasiyası
Beynəlxalq səmti müəyyənetmə federasiyası - (ing. International Orienteering Federation - İOF) beynəlxalq idman federasiyası, səmti müəyyən etmə üzrə milli federasiyaları birləşdirir. Mərkəzi İsveçrənin Karlstad şəhərində yerləşir. == Tarixi == Beynəlxalq səmti müəyyən etmə federasiyası 21 may 1961-ci ildə Kopenhagendə konqresdə quruldu. Təşkilatın ilk üzvləri Bolqarıstan, Macarıstan, Almaniya Demokratik Respublikası, Danimarka, Finlandiya, Norveç, Qərbi Almaniya, Çexoslovakiya, İsveç, İsveçrə idi.
-ын-(ь) лесовосстановле́ние насмоли́ть переворо́т лесоэксплуатацио́нный опеча́ливать пра... разбо́й рейд риско́ванность свечни́ца Корсунь arm-wrestling bidden frenetic hew down megabirth servo-system simpliciter telling testify yelloch косный набухание текст