Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Celonq
Celonq (ing. Geelong) — Avstraliyanın cənubunda, Viktoriya ştatında şəhər. == Əhalisi == Əhalisi 143,9 min (2011) nəfərdir. == Coğrafiyası == Bass boğazının Port-Fillip körfəzindəki Korio buxtasında yerləşir. Dəniz portu (yük dövriyyəsi 12 mln. t-dan çoxdur, 2006; əsasən, neft və neft məhsulları, buğda, mineral gübrə). Nəqliyyat qovşağıdır. Avalon aeroportu burada yerləşir. == Tarixi == Əsası 1837-ci ildə qoyulmuşdur. 1841-ci ildə Celonq portundan Böyük Britaniyaya qoyun yununun (19-cu əsrdə Avstraliyanın əsas ixrac əmtəəsi) ilk partiyası göndərilmişdi.
Olenok
Olenok (saxa Өлөөн) — Rusiya ərazisində Şərqi Sibirdən axan çay. Krasnoyarsk diyarı ərazisindən axaraq Yakutiya ərazisində dənizə tökülür. Rusiyanın ən uzun çaylarından biridir. Cəmi 92 km məsafədə naviqasiya mümkündür Çay Orta Sibir öndağlığı ilə Şimali Sibir çökəkliyi ilə axır. Laptevlər dənizinə daxil olan Olenok körfəzinə tökülür. Dənizə töküldüyü yerdə sahəsi 475 km² olan delta əmələ gətirir. Çayın uzunluğu 2292 km, hövzəsinin sahəsi 219 min. km² təşkil edir. Çayın deltasında bir qrup adalar vardır: Canqılax, Kuqun-Arıta, Ulaxan Arı (iri adalar), Bılıktax-Arıta, Oççuquy-Arı, Oqonner-Arıta, Ot-Arı, Bolder-Arıta, Syuqyulder-Arlta, Olete-Arıta, Okuollax-Arıta, Kersyose-Arıta, Xobuox-Arıta, Kasyan-Arıta, Şved-Mayaktax-Arıta, Eppet-Belkey, Kyiryor-Arı, Tonqolox-Belkee, Xastax-Arı, Tiqyan-Arı, Xaxıs-Belkee, Borid-Arıta, İsay-Belkee (kiçik adaları). Çayın dənizə töküldüyü yerdə Şaxtalax-Arı adası yerləşir.
Solnok
Solnok (mac. Szolnok) — Mərkəzi Macarıstanda Yas-Nadkun-Solnok əyalətində yerləşən şəhər. Tisa çayının sahilində, Alföld düzənliyində yerləşir. Əsrlər boyu mühüm mədəni və iqtisadi yolların kəsişməsində yerləşmişdir. Solnok Budapeştin 90 km cənub-şərqində və Keçkemet şəhərindən 50 km şimal-şərqdə yerləşir. Strateji mövqeyinə görə Macarlarla Osmanlılar arasında mübahisə mövzusu olan Solnok qalası 1552-ci ildə Budin bəylərbəyi Hədim Əli Paşa tərəfindən Osmanlı hökmranlığına qatılmış və 1685-ci ilə qədər Osmanlıların hakimiyyəti altında qalmışdır. Solnok aşağıdakı şəhərlər ilə qardaşlaşmışdır: Macarıstan şəhərləri VikiSəyahətdə Szolnok haqqında səyahət məlumatları var.
Çəlpək
Çəlpək (türkm. Çelpek; qaz. шелпек; qırğ. май токоч, челпек; özb. чалпак; uyğ. чалпак) — Orta Asiya türklərinin ənənəvi çörəklərindən biri. un süd şəkər kərə yağı qaymaq soda duz bitki yağı Xəmir top şəklində düzülür və qızıl rəngə çatana kimi isti bitki yağı ilə qızardılır. Çəlpək maya ilə də hazırlana bilər, beləliklə xəmir daha uzun müddət yumşaq qalır. Verilən vəziyyətdə xəmir hazırlamaq üçün resept bursak (bağırsaq) üçün işlədilən reseptə bənzəyir . Çəlpək Çəlpək / Tatar mətbəxi .
Çəltik
Çəltik (lat. Oryza sativa) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinin düyü cinsinə aid bitki növü. Çəltik qabığı çıxarılmamış düyüdür. Çəltik əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Çəltikdən sənayedə, maldarlıqda və mətbəxdə geniş istifadə olunur. Çəltik Yer kürəsində əkin sahəsinə görə bütün bitkilər arasında ikinci yeri tutur və yer kürəsi əhalisinin beşdə ikisini qidalandırır. Azərbaycanda çəltik əkinçiliyinə görə üç zonaya bölünür. Lənkəran-Masallı zonası, Şəki-Zaqatala zonası, Quba-Xaçmaz zonası. Çəltiyin hər hektardan orta hesabla məhsuldarlığı 35–40 sentner, aqrotexniki xidmətin yüksək aparıldığı sahələrdə 50–60 sentner və daha artıq olur. Çəltik iki yarımnövə bölünür.
Çelov
Çelov — Azərbaycan Respublikasının Qobustan rayonunun Cəyirli kənd inzibati ərazi dairəsində kənd. Çalov kəndi rayon mərkəzindən 5 km şimal qərbdə Böyük Qafqaz dağlarının çənub-şərq ətəklərində,dəniz səviyyəsindən təxminən 980 m yüksəklikdə yerləşir. Kənd əhalisi Böyük Vətən müharibəsindən əvvəl 250 təsərrüfatda birləşib, 1948-1949-cu illərdə 150 təsərrüfat Salyan rayonunun Kürsəngi deyilən ərazisinə köçmüşdür. Kənd sakinlərinin Kürsəngi ətrafında vaxtı ilə “Təpəli” ,Axundlu, Yolqıraği,Alyar və sair qışlaqları olmuşdur. Kəndin tərəkəmə camaatı burada 1600 dəvə, 30 min qoyun saxlamışlar. Kənd məscidi 1873-cu ildə tikilmişdir. 1918-ci ildə həmin məscid ermənilər tərəfindən yandırılmışdır. 1930-cu ildə məscid bərpa olunaraq əvvəl ibtidai məktəb, sonralar isə kitabxana kimi fəaliyyət göstərmişdir. 1918-ci ilin mart soyqrımında Çalov kənd sakinlərindən 7 nəfər öldürülmüş, onlarla sakin yaralanmışdır. Hal-hazırda Çalov kəndində 1700-dən çox əhali yaşayır.
Çəlik
Cəlik (Ərdəbil)
Çelik
Çelik — türk soyadı. Ömər Çelik — türk jurnalist və siyasətçi. Burak Çelik — Türkiyəli aktyor və modeldir. Mert Çelik — azərbaycanlı futbolçu Sənəm Çelik — Türkiyə teatr, teleserial və kino aktrisası, balerina. Ava Çelik — Alman aktrisa. Ayşegül Çelik Şahin — Türk yazar.
Olenok körfəzi
Olenok körfəzi — Laptevlər dənizində yerləşən körfəz. Körfəzin uzunluğu 65 km, eni isə 130 km-dir. Ən dərin yeri 15 metrdir. Lena deltasından qərbdə yerləşir. İlin böyük qismi buzla örtülüdür. Avqust-sentyabr ayları buzdan azad olur. Körfəzin suyu az duzludur. Bu səbəbdən burada şirin su balıqlarını görmək olar. Körfəzə Olenok çayı tökülür. Şərq sahillərini Lena deltası şəkilləndirir.
Olenok ulusu
Olenok ulusu (saxa Өлөөн улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi Olenok kəndidir. Ulusun sahəsi 318.0 min km²-dir. Saxanın ən böyük ulusudur. Sahəsi Saxa Respublikasındakı ən kiçik olan Meqino-Xanqalas ulusundan 27 dəfə daha böyükdür. Ulus şimaldan Anabar ulusu, şimal-şərqdən Bulun ulusu, şərqdən Jıqan, Vilyoy ulusu, Yuxarı Vilyoy ulusu, cənub-şərqdən Nyurba ulusu, cənubdan Mirnı ulusu ilə həmsərhəddir. Həmçinin Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ilə həmsərhədə malikdir. Respublikanın şimal-qərbində, Arktika Dairəsindən kənarda, Olenok və Anabar çaylarının hövzələrində yerləşir. Yakutskdan rayon mərkəzinə getmək üçün min kilometrdən çox yol qət etmək lazımdır. Avtomobil yolu ilə 2026 km, su ilə 3989 km.
Çəllək ustası
Çəllək ustası — çəllək və digər qabları düzəldən sənətkar, bəzən gəmi dirəklərinin ustasıdır. XXI əsrdə çəllək ustası peşəsi hələ də vacibdir, çünki şərab və konyak istehsalında həqiqi taxta çəlləklər tələb olunur. Balta və digər dülgər alətlərindən istifadə edərək, lülənin pərçimlərini bir-birinə yapışdırır, qırxdırır, kıvrımları (tikişləri) çəkic halına gətirir, altını içərisinə keçirir və hər şeyi taxta və ya dəmir halqalarla bağlayır.
Yaroslav Melnik
Yaroslav Melnik (ukr. Ярослав Йосипович Мельник, lit. Jaroslavas Melnikas, 6 fevral 1959) — Ukrayna və litvalı yazıçısı, filosof və tənqidçi. Yaroslav Melnik 6 fevral 1959-cu ildə Ukraynanın Rovno vilayətinin Dubenski rayonunun indiki qəsəbədə statusu almış Smıqa kəndində anadan olmuşdur. O, Lvov Universitetini və Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasını Ukrayna filologiyası ixtisası üzrə bitirib. 1997-ci ildə Parisin ən böyük nəşriyyatlarından biri olan Robert Laffont Yaroslavın "Les Parias d'Eden" ((fr. Парии Эдема) romanını nəşr etdirir. O, fransız ədəbiyyatşünasları tərəfindən tanınıb və ölkə mətbuatı tərəfindən yüksək qiymətləndirilib. 2018-ci ildə Ukrayna Təhsil və Elm Nazirliyi onun "Uzaq kosmos" (ukr. Далекий простір) romanını ölkənin orta məktəblərinin 11-ci sinfi üçün Ukrayna ədəbiyyatı üzrə icbari kurrikuluma daxil edib.
Mert Çelik
Mert Çelik (10 iyun 2000, İstanbul) bir azərbaycanlı futbolçu kimi oyanayır. Azərbaycan Premyer Liqasında çıxış edən Neftçinin futbolçusu. 19 sentyabr 2020 ci ildə Neftçi Mert Çelik ilə müqavilə bağladı.
Naberejnıe Çelnı
Yar Çallı (tatar. Яр Чаллы; rus. Набережные Челны) — Tatarıstan Respublikasında yerləşən şəhər. Respublikanın şimal-şərqində Nijnekamsk su anbarının və Kama çayının sol sahilində yerləşir. Nijnekamsk ərazi istehsalat kompleksinin və Yar Çallı aqlomerasiyasının əsas şəhəri olmaqla iri sənaye mərkəzidir. Əhalisinin sayına görə respublikanın ikinci, Rusiyanın 34-cü iri şəhəri hesab edilir. "KAMAZ" avtomobil zavodu bu şəhərdə yerləşdir. Şəhərin adı tatar (bulqar) dilində Yar Çallı sözündəndir. Tərcüməsi qırmızı sahil mənasını ifadə edir. 1982-ci ildə Leonid Brejnyev-in şərəfinə şəhərin adı dəyişdirilərək Brejnyev adlandırılmışdır.
Naberejnıye Çelnı
Yar Çallı (tatar. Яр Чаллы; rus. Набережные Челны) — Tatarıstan Respublikasında yerləşən şəhər. Respublikanın şimal-şərqində Nijnekamsk su anbarının və Kama çayının sol sahilində yerləşir. Nijnekamsk ərazi istehsalat kompleksinin və Yar Çallı aqlomerasiyasının əsas şəhəri olmaqla iri sənaye mərkəzidir. Əhalisinin sayına görə respublikanın ikinci, Rusiyanın 34-cü iri şəhəri hesab edilir. "KAMAZ" avtomobil zavodu bu şəhərdə yerləşdir. Şəhərin adı tatar (bulqar) dilində Yar Çallı sözündəndir. Tərcüməsi qırmızı sahil mənasını ifadə edir. 1982-ci ildə Leonid Brejnyev-in şərəfinə şəhərin adı dəyişdirilərək Brejnyev adlandırılmışdır.
Sanem Çelik
Sәnәm Çәlik (türk. Sanem Çelik) — Türkiyə teatr, teleserial və kino aktrisası, balerina. Sənəm Çəlik 18 may 1975-ci ildə Türkiyə Cümhuriyyətinin İstanbulun Üsküdar Rayonunda anadan olmuşdur. 1983-cü ildə İstanbul Universiteti Dövlət Konservatoriyası nəzdində Musiqi və Balet Məktəbində balet bölümünə qəbul olmuşdur. Bu təhsil müəssisəsində 11 təhsil alan Sәnәm Çәlik peşəkar "Çağdaş Bale Topluluğu"nun tərkibində bir çox balet tamaşasının səhnələşdirilməsində iştirak etmişdir.
Sənəm Çəlik
Sәnәm Çәlik (türk. Sanem Çelik) — Türkiyə teatr, teleserial və kino aktrisası, balerina. Sənəm Çəlik 18 may 1975-ci ildə Türkiyə Cümhuriyyətinin İstanbulun Üsküdar Rayonunda anadan olmuşdur. 1983-cü ildə İstanbul Universiteti Dövlət Konservatoriyası nəzdində Musiqi və Balet Məktəbində balet bölümünə qəbul olmuşdur. Bu təhsil müəssisəsində 11 təhsil alan Sәnәm Çәlik peşəkar "Çağdaş Bale Topluluğu"nun tərkibində bir çox balet tamaşasının səhnələşdirilməsində iştirak etmişdir.
Çəlik (Marağa)
Çəlik — İranın Şərqi Azərbaycan ostanında kənd.. Marağa şəhristanının Miyandab bölgəsinin Mərhəmətabad kəndistanında, Miyandab qəsəbəsindən 25 km şimal-qərbdədir.
Çəlik (Qoşaçay)
Çəlik (fars. چليك‎) — İranın Qərbi Azərbaycan ostanının Qoşaçay şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,604 nəfər yaşayır (395 ailə).
Çələk (Germi)
Çələk (fars. چلك‎) — İranın Ərdəbil ostanının Germi şəhristanı ərazisinə daxil olan kənd. Mərkəzi şəhristanının Germi bölgəsinin İcərud kəndistanında, Germi qəsəbəsindən 12 km cənub-şərqdədir. Kənddə 2006-cı il siyahıya alınmaya görə 459 nəfər yaşayır (107 ailə).
Ömər Çelik
Ömər Çelik (15 iyun 1968, Adana) — türk jurnalist və siyasətçi. Ömər Çelik 1968-ci ildə Adanada anadan olub. Çelik Qazi Universitetinin məzunudur. 3 dəfə Adanadan millət vəkili seçilən Çelik Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr üzrə sədr müavini olub.
Ərdal Çəlik
Ərdal Çəlik (1 yanvar 1988, Qaziantep, Türkiyə) — Azərbaycan əsilli türk futbolçu. 1988-ci ildə Türkiyənin Qaziantep şəhərində anadan olan müdafiəçinin ata-babaları azərbaycanlıdı. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu 186 sm boyu var. Futbolçu Almaniyanın məşhur Bayern klubunun yetirəmisidi. 2007-ci ilə qədər bu klubda çıxış edən Ərdal daha sonra Regional Liqada Alemanniya (Aahen) və Bayern II-nin formasını geyinib. Daha sonra 3-cü liqa klubu Rot Ahlendə oynayıb. Onun son klubu Türkiyə Bank Asiya liqasında çıxış edən Bucaspor olub. Ötən mövsüm o, bu komandada 8 oyuna çıxıb. 2012-ci ildə Azərbaycanın Sumqayıt klubuna transfer olunub.
Ömər Çəlik
Ömər Çelik (15 iyun 1968, Adana) — türk jurnalist və siyasətçi. Ömər Çelik 1968-ci ildə Adanada anadan olub. Çelik Qazi Universitetinin məzunudur. 3 dəfə Adanadan millət vəkili seçilən Çelik Ədalət və İnkişaf Partiyasının xarici əlaqələr üzrə sədr müavini olub.
Burak Çelik
Burak Çelik' (21 iyul 1992, İstanbul) Türkiyə'li aktyor və modeldir. Bu günə qədər bir çox film və seriallarda rol almışdır.2013-cü ildən əsas fəaliyyətinə başlayan Burak Çelik karyerasını daha da genişləndirmişdir. == Həyatı və karyerası == Atası Ordu'lu, anası isə mühacir olmuşdur. 21 iyul 1992-ci ildə dünyaya gəlmişdir. 2013 Best Model of Turkey və eyni ildə Best Model of The World qalibi olmuşdur. O, 42 ölkədən 56 modelin qatıldığı "Best Model of The World" yarışmasında "Ən yaxşı kişi model" seçilmişdir. Çelik Karagül serialında canlandırdığı Serdar obrazı ilə aktyor'luğa addım atmışdır. O, serialda 100 seriyada iştirak etmişdir. Daha sonra 2016-cı ildə ekranlara çıxan Hayat Sevince Güzel serialında baş rolda Çelik Barış obrazını canlandırmışdır. Teleserialda Səlim obrazını canlandırmışdır.
Sənəm Çelik
Sәnәm Çәlik (türk. Sanem Çelik) — Türkiyə teatr, teleserial və kino aktrisası, balerina. Sənəm Çəlik 18 may 1975-ci ildə Türkiyə Cümhuriyyətinin İstanbulun Üsküdar Rayonunda anadan olmuşdur. 1983-cü ildə İstanbul Universiteti Dövlət Konservatoriyası nəzdində Musiqi və Balet Məktəbində balet bölümünə qəbul olmuşdur. Bu təhsil müəssisəsində 11 təhsil alan Sәnәm Çәlik peşəkar "Çağdaş Bale Topluluğu"nun tərkibində bir çox balet tamaşasının səhnələşdirilməsində iştirak etmişdir.