Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şlyup
Şlyup (ing. sloop) — XIX əsrin ortalarına aid bir və iki dor ağacına malik (ön staksel, arxa qrot) yelkənli gəmi. Bermud, qraffel, şprint, reek tipləri vardır. Bundan başqa düz marsel (XIX), kliver (XX əsrin əvvəlləri), spinaker (XX əsrin ortaları) növləri mövcuddur. XX əsrin əvvəllərində şlyup Avropada bir stakselli olurdusa, Amerikada iki stakselli şlyuplar tikilirdi. Müasir dövrümüzdə ki, bütün idman yelkənli qayıqları və gəmiləri şlyupun bermud növünün yelkən konstruksiyasına malikdirlər.
Sluç çayı
Sluç (ukr. Случ, Южная Случь) — Qorın çayının sağ qolu. Çayın uzunluğu 451 km, hövzəsinin sahəsi — 13 900 km²-dir. Sluç çayı öz başlanğıcını Podol yüksəkliyinin Volun yayalasından götürür. Çayın mənbəyi yaxınlığında Xmelnitski vilayətinin Avratin kəndi yerləşir. Bu ərazi vaxtı ilə Avratın yüksəkliyi adlanırdı. Çay öncə şərqə doğru axır, sonra tədricən şimala istiqamətlənir, daha sonra isə şimal-qərbə axır. Sarna şəhərindən sonra yenidən şimala doğru istiqamətlənir. Sluç çayı aşağı axarlarında Polesye düzənliyindən keçiri və Qorın çayına birləşir. Sluçu Qorın çayının mənsəbindən 100 km məsafə ayırır.
Lup Pindor
Lup Pindor (Coz Pindor Quzman) — Məşhur boksçu Pintor, 1974-cü ildən yarışda iştirak edən Meksika məşhur boksçusudur. O, 1979-cu ildə Avropa çempionu adını qazanıb. 1981-ci ildən Pintor dəfələrlə mükafatlar, fəxri adlar qazanmışdır. == Həyatı == Lup Pintor 1955-ci ildə Meksikada yoxsul fəhlə ailəsində anadan olub. Atası ilə çox güclü münasibətləri var idi. Kasıbçılıq içində böyüyən Lup, özünü bu vəziyyətdən çıxartdı. 1974-cü ildə peşəkarcasına boks ilə məşğul olmağa başladı. O, Vazquezand ilə dərhal döyüşə çıxdı, onun növbəti qələbəsindən sonra Fransisko Nunyes ilə raundda nokautla onun hesabını açdı. O, üç döyüşdən sonra ilk məğlubiyyətini aldı. Amma səkkiz döyüşün yeddisini nakautla qalib oldu.
Şlyup (döyüş gəmisi)
Şlyup (ing. sloop) — XVIII−XIX əsrlərdə Böyük Britaniyaya məxsus ranqsız, maksımal 24 topa malik yelkənli döyüş gəmisi növü. Şlyupun 24 və az döyüş topuna malik olduğundan onun komandiri kapitan rütbəsinə malik olmaya da bilərdi. Hərbi donamada əsas qüvvə xətt gəmisi, köməkçi isə freqatlar sayıldığından, yerdə qalan digər döyüş gəmilər, o cümlədən şlyuplar ikinci dərəcəli sayıldığından onlara az fikir verilirdi.
Flip-flop (elektronika)
Flip-flop — elektronikada iki dayanıqlı vəziyyətə malik dövrədir. O, müəyyən informasiyanı saxlamaq üçün istifadə edilə bilər. Flip-flop bistable (hər bir vəziyyətdə dayanıqlı olan dövrə) multivibratordur. Flip-flop triqqerdir.
ALDP
Azərbaycan Liberal Demokrat Partiyası — Azərbaycanda 1999–2023-cü illərdə mövcud olmuş siyasi partiya. == Tarixi == Partiyanın ilk sədri Zakir Məmmədov Azərbaycan Liberal Partiyasının üzvü və sədr müavini olmuşdur, lakin 1998-ci ildə sədr Lalə Şövkətin apardığı siyasətə etiraz etmiş və partiyadan istefa vermişdir. 1999-cu ilin yanvar ayının 30-da sabiq ALP-lilər tərəfindən Azərbaycan Liberal Demokrat Partiyası qurulmuşdur. Partiya həmin ilin iyul ayının 9-da dövlət qeydiyyatından keçmişdir. 22 noyabr 2000-ci ildə ANS TV-yə verilən müsahibədə partiyanın ALP-dən bölündüyü və partiyanın ilk sədrinin Zakir Məmmədovun seçildiyi söylənmişdir. Partiyanın sədr müavini Fuad Əliyev 2000-ci ildə 6 partiyadaşı ilə bərabər ALDP-dən istefa verərək Milli Barış Partiyasını yaratmışdır. O, partiyanın yaranma səbəbini ALDP sədrinin qeyri qənaətbəxş fəaliyyətinin nəticəsi olduğunu söyləmişdir. Zakir Məmmədov isə bunun siyasətdə başverəbilən normal hadisə olaraq qiymətləndirdi. (22 noyabr 2000-ci il) Zakir Məmmədov ALDP-nin ofisinin olduğu binanın 2000-ci ildəki zəlzələdə çökməsi nəticəsində ağır yaralandı və 15 dekabr 2000-ci ildə vəfat etdi. Zakir Məmmədovun vəfatından sonra Fuad Əliyevin sədrlik etdiyi Milli Barış Partiyası ALDP-yə birləşdi və 15 sentyabr 2001-ci ildə keçirilən qurultayda Fuad Əliyev partiyanın sədri seçildi.
Blua
Blua (fr. Blois) — Fransada şəhər. Luar və Şer departamentinin inzibati mərkəzi. == Əhalisi == Əhalisi 49, 6 min (2005) nəfərdir. Luara çayının sahilindədir. == Tarixi == Blua 6-cı əsrdən məlumdur. 9-cu əsr – 13-cü əsrin əvvəllərində Şampan qraflığı ilə sülalə ittifaqında və uzunmüddətli uniyada olan və Fransa krallarına qarşı mübarizə aparan güclü qraflığın mərkəzi idi. 1391-ci ildən Valua sülaləsinin Orlean qolu şahzadələrinin mülkiyyətində, 1498-ci ildən kral domeninin tərkibində olmuşdur. 16-cı əsrdə Bluada Fransa krallarının daimi iqamətgahı yerləşirdi. 1576–77-ci və 1588–89-cu illərdə Baş ştatlar Bluada toplanmışdı.
Blue
Blue (Blu) — britan boyz-bend. "Blue" qrupu 2001-ci ildə yaranmış İngilis pop qrupudur. Qrupun 4 üzvü vardır. Bunlar Li Rayan, Simon Uebb, Dankan Ceyms və Antoni Kostadır. Qrupun 4 albomu var: All Rise, One Love, Guilty və Best of Blue. Hal-hazırda qrup üzvləri solo fəaliyyət göstərir.
Blüz
Blüz (ing. Blues və ya Blue Devils — "kədər", "qəm") — XIX əsrin sonunda ABŞ-nin cənub-şərqinin afroamerika icmasında "Pambıq zonası" plantasiyalarından çıxanlar arasında yaradılmış musiqi forması və musiqi janrı.
Flap
Flaplar — təyyarələrdə ümumiyyətlə stabilizatorun arxa tərəfində yerləşir; Qanad gövdəsini artıraraq ilk növbədə daşıyıcı qüvvəni (L) və qismən də sürükləmə qüvvəsini (D) artıran komanda səthidir. Flaplar xüsusən enmə və qalxma kimi aşağı sürətlərdə, daha yüksək daşıyıcı qüvvə tələb edilən uçuşun fazalarında istifadə olunur (açıq vəziyyətə gətirilirlər). Bir çox təyyarə növündə flapların birdən çox tənzimləmə səviyyəsi (bucağı) vardır. == Effektləri == Flaplar daşınmanı artıraraq istənilən konfiqurasiyada təyyarənin perdovites sürətini azaldır (perdovites olmasını çətinləşdirir). Təyyarənin qalxması zamanı istifadə edildikdə, təyyarənin daha əvvəl yerdən qalxmasına imkan verir. Flaplar sürüklənməni artırır. Bu təsir eniş zamanı enmə sürətini artırır. Təyyarədə qalxmadan sonra isə dırmaşma dərəcəsini azaldır və daha “dayaz” bir dırmaşmaya səbəb olur. Flaplar açıq vəziyyətdə olarkən, təyyarənin burnu (pitch) flapsız vəziyyətdən daha aşağıdadır. Bu pilota daha yaxşı üfüqi görmə qabiliyyəti verir.
Kaup
İohann Yakob Kaup (alm. Johann Jakob Kaup‎; 20 aprel 1803, Darmştat – 4 iyul 1873, Darmştat) — Almaniya zooloqu.
Klub
Klub — vahid maraqlara görə cəmiyyətdə birləşən insanlar birliyi. Maraqlara görə idman, istirahət, siyasi, dini klublar olur. Adətən müəyyən bir otağı tutur və onun iştirakçılarının müntəzəm görüşləri və ünsiyyəti üçün xidmət edir. Virtual klublar da var. Hər kəs klubun üzvü (açıq giriş) və ya məhdud dairəyə aid olan şəxs (qapalı klub, giriş yalnız tövsiyə ilə əldə edilə bilər) ola bilər. Bəzi klublara giriş giriş biletinin alınmasını tələb edir, digərləri pulsuz fəaliyyət göstərir (dövlət və ya fərdi şəxslərin sponsorluğu hesabına). == İdman klubu == Müasir idman klubları adı, loqosu, idmançılar komandası, infrastrukturu, idarəetmə sistemi, işçi heyəti olan peşəkar və ya həvəskar təşkilatlardır. Misal üçün: Futbol klubu; hokkey klubu; Basketbol klubları. == İstirahət klubları == Əyləncəli xarakterli müəyyən maraqlarla bağlı insanları bir araya gətirməyə xidmət edir: musiqi klubları (rok klubları daxil olmaqla: Leninqrad rok klubuna baxın); rəqs klubları (bu, həm də "gecə klubları" və adında "klub" sözünün bu mənaya malik olmaya biləcəyi digər müəssisələrdən fərqli olaraq məhdud və daimi üzvü olan insanlar qruplarına aiddir). == Gecə klubları == Gecə klubu - adətən 21:00-dan sonra işləyən, asudə vaxt üçün nəzərdə tutulmuş (adətən gənclər üçün) ictimai qurumdur.
Kluj
Kluj-Napoka (rum. Cluj-Napoca), 1974-ci ilə qədər adı Kluj olmuşdur, həmçinin Kolojvar (mac. Kolozsvár) və Klauzenburq (alm. Klausenburg‎) adlandırılmışdır — Rumıniyanın şimal-qərbində şəhər, Kluj judetsinin inzibati mərkəzi. Bu, paytaxt Buxarestdən sonra ölkənin ikinci ən böyük şəhəridir. == Əhalisi == 2011-ci ildə keçirilən əhalinin siyahıyaalmasına görə, şəhərin əhalisi 309,1 min nəfərdir. Milli tərkibi: rumınlar — 247,548 nəfər (80,07 %); macarlar — 49,375 nəfər (15,97 %); qaraçılar — 3274 nəfər (1,05 %); almanlar — 520 nəfər (0,16 %); yəhudilər — 152 nəfər (0,05 %); ukraynalılar — 130 nəfər (0,04 %).
Lupa
Lupa və ya zərrəbin — bir neçə linzadan ibarət olan, xırda predmetlərin yaxınlaşdıraraq müşahidəsi üçün nəzərdə tutulmuş optik sistem. İnsan fəaliyyətinin bir çox sahələrində — biologiya, tibb, arxeologiya, bank və zərgərlik işi, kriminalistika, saat və radio elektron texnikasının təmiri zamanı, həmçinin filateliya, numizmatika və bonistikada istifadə olunur. == Filateliyada == Lupa filatelistlər tərəfindən geniş istifadə olunur. Şəklin xırda detallarına baxmaq üçün 3–4 bölünən lupa kifayətdir. Filatelistlər əsasən qatlanan lupalara üstünlük verir. Bəziləri isə binokulyar cərrahi lupalardan istifadə edirlər .
OLAP
Operativ analitik emal – OLAP (ing. online analytical processing) – idarəedici qərarların qəbul edilməsini dəstəkləmək məqsədilə çoxölçülü verilənlərin yığılmasını, saxlanmasını və analizini yerinə yetirən texnologiyadır. Verilənlərin operativ analitik emalı sistemlərinin üzərində duran əsas məsələ VX-də yığılmış informasiyaya (verilənlərə) kompleks baxışı, bu verilənlərin ümumiləşdirilməsi, aqreqatlaşdırılması, verilənlərin hiperkub təsvirini və çoxölçülü analizini təmin etməkdir. Bu əməliyyat ya xüsusi çoxölçülü VBİS-də və ya relyasiya texnologiyalar çərçivəsində yerinə yetirilir. İkinci halda əvvəlcədən aqreqatlaşdırılmış verilənlər ulduzvari VB-da yığılır və ya informasiyanın aqreqatlaşdırılması relasiya VB-nın detal verilənlərinin skaneri zamanı baş verir. OLAP, onlayn rejimində verilənlərin çoxölçülü, operativ, analitik emalı deməkdir. OLAP, ilkin verilənləri idarəedici qərarların qəbul edilməsi üçün istifadə olunan informasiyaya çevirir. OLAP məhsulları vasitəsilə aparılan analizin ən maraqlı və mürəkkəb imkanlarından biri proqnozlaşdırma və gizli tendensiyaların üzə çıxarılmasıdır. Proqnozlaşdırma predmet sahəsinin xüsusiyyətlərindən asılı olduğuna görə, bu sahədə universal alqoritmlər yoxdur. Analitik əlavələrin yaradılmasında istifadə olunan müxtəlif alətlərə bir-neçə alqoritm daxildir ki, onlar xətti, eksponensial trend və movsüm dəyişmələrindən asılıdırlar.
Plüm
Plüm - [lat. pluma-lələk] alt mantiyadan Yer qabığına qalxan mantiya şırnaqları; alt mantiya maddəsi olub, seysmoayrıcıdan (660 km yuxarı) nüvə-mantiya sərhədinədək yerləşən "isti", aşağı sıxlıqlı qatdan əmələ gəlir. Mantiya şırnaqları və "isti nöqtələr" konsepsiyası plitədaxili maqmatizm hadisəsini izah etmək üçün S.Vilson (1963–1965) və S. Morqan (1971) tərəfindən irəli sürülmüşdir. Konsepsiya belə bir fikirə əsaslanır ki, mantiya şırnaqları – plümlər mantiyanın çox dərin qatlarında yaranır və daha yüksək səviyyədə hərəkət edən litosfer plitələri sanki "yandıraraq" xətti vulkan silsilələri (okeanda-vulkanik adalar) əmələ gətirir və "qızmar (isti) nöqtələrlə" kəsişən plitələrin hərəkəti istiqamətində, qanunauyqun sürətdə onların yaşını get-gedə qədimləşdirir . Mantiya Yer qabığı Litosfer plitə Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.
Qrup
Qrup – 1)bir yerdə, bir-birinə yaxın olan bir neçə adam, heyvan, şey və s.; dəstə. Məsələn, bir qrup adam; 2)siyasi görüşləri, məqsədləri, peşələri və s. bir olan adamlar birləşməsi (dəstəsi). Məsələn, ictimai qruplar, ədəbi qruplar, təbliğatçılar qrupu, desant qrupu; 3)elmi təsnifatda: ümumi sistemin hissəsi, qismi, şöbəsi. Məsələn, elmlər qrupu, bitki maddələri qrupu. Qrup (riyaziyyat) — G çoxluğu qrup adlanır. Qrup nəzəriyyəsi Qrup 84 — Ankaralı 4 gənc tərəfindən qurulan musiqi qrupu. Qrup Yorum — protest və folk-rok kimi müxtəlif janrlarda musiqilər yaradan siyasi, inqilabçı türk musiqi qrupu. Qrup Hepsi (Hepsi) — Türkiyə musiqi qrupu. Sosial qrup — Qrup seks Qruplaşma Musiqi qrupu R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Salun
Salon — Vəhşi Qərb mədəniyyətinə daxil olan və əsasən kovboylar tərəfindən istifadə edilən əyləncə yerləri.
Salut
Salut (alm. salut‎) — hörmətlə Salamlamaq bir jest və ya hərəkətdi. Əsas hərbi silahlarda istfadə olunur. Salut (kənd) — Ermənistanda kənd.
Ölüm
Ölüm — canlı orqanizmin həyat fəaliyyətinin dayanması. Ölümün səbəbi qocalma, aclıq, xəstəlik, özünəqəsd, qətl və digər proseslər ola bilər. Ölüm vahid zaman ərzində populyasiyada ölən fərdlərin sayını göstərir. Ölüm də populyasiyada bir çox səbəbdən fərdlərin genetik və fizioloji mükəmməlliyindən (yararlığından), əlverişsiz fiziki mühit şəraitinin və yırtıcı, parazit, xəstəliklərin təsirindən asılıdır. Hər nəslin həyat tsiklinin müxtəlif mərhələlərində bu amillərin təsir gücü müxtəlif olur. Bir generasiya fərdlərinin hamısı bioloji yaş həddinə çatması və sonra qısa müddətdə ölməsi ideal hadisə sayılır. Hind filosofu Vivekananda belə hesab edirdi ki, ölüm zəifliyin bir ifadəçisidir: Zəifin nə bu dünyada, nə də başqa dünyada yeri yoxdur. Zəiflik ölümdür, deyirdi Vivekananda. Sokratın öz ölümü ərəfəsində son dəfə etdiyi söhbəti xatırlayın. Bu söhbət Fedonda təsvir edilir.
İlum
İlum (ing. Ilum) — "Ulduz müharibələri" kainatında uydurma planet. İlum cırtdan planetdən bir qədər kiçik olan astronomik yer cismidir. Kayber-kristall nüvəsi və soyuq iqlimi var, həcminə baxmayaraq planet hesab edilir. İlum arktik planetdir, demək olar ki, bütün planet buz və qarla örtülüdür və buna görə də əksər növlər üçün əlverişsizdir, lakin burada sayıqlığı olmayan canlılar yaşayır. İlumun buzlu səthinin altında kayber-kristallarının yerləşdiriyi bir kristal mağarası var. Bu səbəbdən planet əsrlər boyu ceday ordeni üçün müqəddəs yer olmuşdur. Ilum — Vukipediya saytında.
Əstup
Əstup[mənbə göstərin] (sanskr. स्तूप, stūpa, "yığın, topa", q.türk Estup[mənbə göstərin]), bardaş qurub oturmaq üçün dağcıq və yarımkürəyə bənzər şəkildə bir tapınaqdır. Maraqlı memarlıq stilində qurulan bu tikinti ibadət və dualar üçün istifadə olunur.
Blui
Blui (ing. Bluey) — 1 oktyabr 2018-ci ildən ABC Kids telekanalında yayımlanan Avstraliya istehsalı məktəbəqədər uşaqlar üçün cizgi serialı. Proqram Co Bramm tərəfindən yaradılıb. Animasiyası Kvinslenddə yerləşən Ludo Studio şirkəti tərəfindən hazırlanmışdır. Serial ilk olaraq ABŞ-də Disney Junior kanalında nümayiş etdirilib və hal-hazırda digər ölkələrdə Disney+ axın platformasından izləmək mümkündür. Serial hər şeyə maraq göstərən canlı və təxəyyüllü insanabənzər bir küçük olan Blui haqqındadır. Blui atası Bandit, anası Çilli və kiçik bacısı Binqo ilə birlikdə yaşayır. Onlar Bluinin yaratdığı əyləncə dolu fantaziya oyunlarında onun macəralarına həvəslə qoşulurlar. Serialda bir-birindən fərqli it cinsinə aid olan personajlar da var. Cizgi serialda ailə münasibətlərinə, böyümə prosesinə və Avstraliya mədəniyyətinin təsvirinə yer verilib.
Alum
Alumlar ikiqat duz qrupuna aid olan kimyəvi birləşmələrdirlər. Onların ümumi düsturu [ Me +1 Me +3 (SO 4 )<substrat>2.12H 2 O ] formasındadır. Burada Me +1 = K +, NH 4 +, Rb +, Cs +, TI + ; Me +3 = Al +3, Fe +3, Ga +3, In +3, Cr +3, V +3 kimi ifadə edilə bilər. İplik və ya parça rəngləmədə və yaxud da suyun təmizlənməsində müntəzəm olaraq istifadə olunan alum hal-hazırda aluminium sulfatla əvəz edilmişdir. Alumlar suda asanlıqla həll oluna bilirlər və onların şirin dadları olur. Türkiyənin Gediz-Şaphane ərazisində onlara çox rast gəlinir.
Olum ya ölüm (mahnı)
Olum ya Ölüm — Azərbaycanın repçisi Hüseyn Dərya tərəfindən yazılan dini mahnıdır. Mahnı 2012-ci ildə "Youtube" portalına yerləşdirilib. 60 min baxış sayına yüksəlib. Söz: Hüseyn Dərya Musiqi: Hüseyn Dərya Rejissor: Hüseyn Dərya Operator: Hakim Ağayev Montaj: Samir Xəttab Ney: Vüqar Hüseynov Hüseyn Dəryanın "Sus" albomunun bir hissəsidir. Dini məzmunda olan repdir. Vaxtı 4 dəqiqə 28 saniyədir. 2012-ci ildə buraxılıb.