SLUSHY
SLUTTISH
OBASTAN VİKİ
Lev Slutskin
Lev Solomonoviç Slutskin (1902-1971) - tibb elmləri doktoru, professor == Həyatı == Lev Solomonoviç Slutskinin Azərbaycan oftalmologiyasının inkişafında xidmətləri çoxdur. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunun uşaqlarda gözün patologiyası şöbəsində müdir vəzifəsində çalışmışdır. Prof. Slutskinin traxoma, herpes mənşəli buynuz qişanın zədələnmələri, buynuzqişanın irinli yaraları kimi ağır göz xəstəliklərinə həsr olunmuş elmi əsərləri vardır. O, institutda elmi kadrların hazırlanmasında da iştirak etmiş, 2 namizədlik dissertasiyasının rəhbəri olmuşdur.
Slutski düsturu
Slutski düsturu (ing. Slutsky equation) mikroiqtisadiyyatda istehlakçının seçiminə təsir göstərən və qiymətlərin dəyişməsi ilə bağlı sərvət və əvəz etmə effektlərini izah edir. Başqa sözlərlə, o, Marşal tələbində və Hiks tələbində qiymət üzrə baş verən dəyişiklikləri əlaqələndirir. Yevgeni Slutski (rus. Евгений Слуцкий) (1880–1948) şərəfinə adlandırılmışdır. Əvəzetmə effekti iki məhsul bir-birini əvəz etmə qabiliyyətinin dəyişməsi deməkdir. Misal üçün, əgər bir normal məhsula qiymət qalxsa, ona tələb düşəcək, və eyni zamanda onu əvəz edə bilən məhsula tələb artacaq. Sərvət(gəlir) effekti səbəbi qiymətin artması və ya azalması olan istehlakçının alıcılıq qabiliyyətinin dəyişməsi deməkdir. Əgər məhsula qiymət düşsə, istehlakçı bu məhsuldan daha çox almaq istəyə bilər, və tələb artacaq. Slutski matrisasının hər bir elementi (çünki söhbət sayı ikidən çox olan məhsullardan gedə bilər) aşağıdaki kimi ifadə olunur: ∂ x i ( p , w ) ∂ p j = ∂ h i ( p , u ) ∂ p j − ∂ x i ( p , w ) ∂ w x j ( p , w ) , {\displaystyle {\partial x_{i}(p,w) \over \partial p_{j}}={\partial h_{i}(p,u) \over \partial p_{j}}-{\partial x_{i}(p,w) \over \partial w}x_{j}(p,w),\,} burada h ( p , u ) {\displaystyle h(p,u)} Hiks tələbidir və x ( p , w ) {\displaystyle x(p,w)} Marşal tələbidir, p qiymətlərdir, w sərvətdir, və u fayda deməkdir.