Slumpflyasiya
Slumpflyasiya (ing. Slumpflation) — İqtisadiyyatda depressiya ilə inflyasiyanın eyni anda müşahidə edilməsi halı. Yəni, real ÜDM kiçilərkən inflyasiya halı da mövcuddursa, o iqtisadiyyat slumpflyasiya vəziyyəti ilə qarşı-qarşıyadır.
Kəskin düşüş (ing. Slump) və inflyasiya (ing. Inflation) kəlimələrinin birləşməsindən əmələ gələn termin, ilk dəfə lüğətlərə 1974-cü ildə daxil olmuşdur.