Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şüur
Şüur — psixika kimi beynin funksiyasıdır. Obyekt aləmin insana xas inikasıdır. Şüur obyektiv aləmin beyində ideal inikasıdır. Şüurun fərdi və ictimai formaları vardır. Fərdi şüur – bir insana xas olan ideyalar, baxışlar sistemidir. İctimai şüur isə müəyyən insan qrupuna xas olan ideyalar, baxışlar sistemidir. Şüurun xüsusiyyətləri psixi proseslər, fərqləndirmə, mənlik şüuru məqsədin olması və ictimai-tarixi xarakter daşımasıdır. Şüur, onun mənşəyi, mahiyyəti və gerçəkliyə münasibəti məsə­­­ləsi filosofları qədimdən düşündürən problemlərdən olmuşdur. İn­sanın dünyada yerini və rolunu, onun ətraf aləmlə qarşılıqlı tə­si­­rinin spesifikasını açmaq üçün, şüurun təbiətini və mahiy­yətini ay­dınlaş­dır­maq lazım­dır. Şüur problemi çox mürəkkəb olub, yal­nız fəlsəfi tədqiqatın deyil, habelə bir sıra humanitar və təbiət­şü­na­s­­lıq elmlərinin, o cümlədən müasir dövrdə sosiologiya­nın, psi­xo­­lo­gi­ya­­nın, ki­ber­neti­ka­nın, informatikanın və s.
Sour
Sour — amerikalı müğənni Oliviya Rodriqonun ilk studiya albomu. 21 may 2021-ci ildə Geffen Records tərəfindən buraxılıb. Albom Rodriqo və prodüser Den Niqro tərəfindən hazırlanıb.
Nur
Nur (İran) — İranın Mazandaran ostanının şəhəri. Nur (ad) — şəxs adı.
Sur
Sur (ərəb. صور‎; finikiycə 𐤑𐤅𐤓 Tsor — daşlı ada; q.yun. Τύρος Túros) —Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sayda, Sur, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Sur şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Sur qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi.
Kommutasiya şnuru
Kommutasiya şnuru (LAN kabel) strukturlaşdırılmış kabel sisteminin tərkib hissələrindən biridir. Bir elektrik cihazını başqa birinə və ya passiv siqnal ötürücü avadanlıqla birləşdirmək üçün bir elektrik və ya fiber optik kabeldir. ANSI EIA TIA 568B.1 standartına uyğun olaraq hər hansı bir növü ola bilər, lakin ölçüsü yox, açıq ofislər üçün TSB-75 uzadılması istisna olmaqla (uzunluğu TSB-75 görə icazə verilir) 5 m-dən artıq olmamalıdır. Kabelin hər iki ucunda həm də cihazların bağlanması üçün birləşmələr mütləqdir. Kommutasiya şnuru adətən çox fərqli rənglərdə istehsal olunur və asanlıqla ayırd edilir. Kommutasiya şnuru növlərinə mikrofon şnuru, fiber optik spektroskopiya şnuru, qulaqlıq uzatma şnuru, XLR konnektoru, Tiny Telefon (TT) konnektoru, RCA konnektoru və ¼ TRS telefon konnektor şnurları (həmçinin Ethernet kabelləri) video və ya gücləndirilmiş siqnalları ötürmək üçün istifadə edilən şnurlar (ilan şnuru) aiddir. Kommutasiya şnuru standart strukturlaşdırılmış şnurlardan fərqlənir, belə ki, kabel elastiklik üçün qapalıdır, standart bir kabel isə sadə misdir. Uzunluq artdıqca kabellər adətən daha qalın və / və ya siqnalın itirilməsinin qarşısını almaq üçün (zəifləmə), istənməyən radio frekansların müdaxiləsinin (elektromaqnit müdaxilə) qarşısını almaq üçün daha çox qoruyucu ilə hazırlanmışdır. Şnurun hər bir ucu bağlayıcıya qoşulub ki, şnur daxil edilə bilsin. Bağlayıcı tipləri xüsusən şnura uyğunlaşmaqla geniş fərqlənə bilər.
Milli şüur
Milli şüur – milli varlığı, milli müəyyənliyi səciyyələndirməklə millətə və xalqa aid əlamət və keyfiyyətləri özündə əks etdirir. Millətə aid bir çox keyfiyyətlər milli-mənəvi sima, özünəməxsusluq, milli xarakter, emosional psixi amillər milli şüurun komponentləri kimi çıxış edir. Milli psixologiya, həyat tərzi, adət və ənənələr, milli qürur milli şüurda anlayış və kateqoriyalar şəklində təzahür edir. Milli şüurun daşıyıcıları təkcə elm adamları deyildir. Eyni zamanda vətən, xalq qeyrətini çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıcısıdır. Bu bir həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin ayrı- ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlarda bir sevinc və fərəh də duyur, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, müxtəlif milli atributlar insanın mənəvi aləminə daxil olub onun milli şüurunun formalaşmasına şərait yaradır. Milli şüurun mühüm tərkib hissələrindən biri də milli vicdandır. Milli vicdana malik olan hər bir insan öz torpağının qədrini bilməli, onun təbii sərvətlərini məhv olmaq təhlükəsindən qorumaq üçün daim mübarizə aparmalıdır. Burada milli şüur ekoloji şüurlar birləşir, onun inkişafına təkan verir.
Onur Tuna
Onur Tuna (2 iyul 1985, Çanaqqala) — Türk kino, teatr və teleserial aktyoru. Filinta ve Bi Küçük Eylül Meselesi adlı seriallarla məşhurlaşan aktyor Ege Universiteti Dövlət Türk Musiqisi Konservatoriyası Səs Təhsili Hissəsindən məzun olmuşdur. Orta məktəb illərində lisenziyalı olaraq voleybol və basketbol'la maraqlanmışdır. Ayrıca İzmirdə 4 il model olaraq çalışmışdır. Müjdat Gezen Sənət Mərkəzində aktyorluq dərsləri almışdır. 2011-ci ildə Həyat davam edir adlı TV teleserialı ilə ekranlara ilk addımını atan oyunçu, indiki vaxtda Cəsur Ürək serialında baş rol olaraq oynamaqdadır. Show TVdə nəşr olunan Cəsur Ürək serialında Ömər Qorxmaz xarakterini canlandırmaqdadır.2017-ci ildə Cəsur Ürək seriali bitmişdir.
Onur Ünlü
Onur Ünlü — türk ssenari müəllifi, rejissor, aktyor, şair və musiqiçi. 1993-1998-ci illərdə Ah Muhsin Ünlü ləqəbi ilə bir çox şeir yazmışdır. Müəllifi olduğu şeirləri "Gidiyorum Bu" adlı kitabda toplamışdır. 1999-cu ildə ssenari müəlliflərindən biri olduğu "Deli Yürek" serialında "Umur" obrazını canlandırmışdır. 2006-cı ildə ilk filmi olan "Polis" filminin prodüseri, ssenari müəllifi və rejissoru olmuşdur. 2011-2013-cü illərdə TRT 1-də yayımlanmış "Leyla ile Mecnun" serialının quruluşçu rejissoru olmuşdur. Serial uğur qazanmışdı. 2012-2013-cü illərdə isə "Şubat" serialının quruluşçu rejissoru olmuşdur. Daha sonra isə "Ben de Özledim" serialına "Onur Ünlü" rolu ilə çəkilmişdir. Leyla The Band qrupunda baraban çalır.
Rüşdü Onur
Rüşdü Onur — (3 avqust 1920, Osmanlı imperiyası – 2 dekabr 1942, İstanbul) İyirmi iki yaşında vərəm xəstəliyindən vəfat etmişdir. Özü kimi gənç yaşında vərəmdən vəfat edən dostu Müzəffər Tayyib Uslu ilə birlikdə ölümlərindən sonra ki illərdə dərc olunan hər şeir antologiyasında qısa həyat hekayələri və şeirləri "Zonquldağ şairləri" olaraq dərc olunmuşdur. Müzəffər Tayyib Uslu kimi o da Behcət Necatigilin tələbəsidir. Həyatı "Kəpənəyin Yuxusu" adlı filmə çəkilmişdir. 3 avqust 1920-ci ildə Devrəkdə anadan olmuşdur. Atası , kənd müəllimi olan Məmməd Əmin Onur, anası isə Fikriyyə xanımdır. Ailənin ən böyük övladı olan Rüşdü Onurun, Hüseyin və Saffət adlarında iki oğlan qardaşı var idi. Ilk təhsilini 1933-cü ildə Devrəkdə bitirdikdən sonra Kastamonuda başladığı orta məktəbi Zonquldağda, Zonquldağ Məmmd Çəlikəl Liseyində dəvam etdirdi. Vərəmə yoluxduğu üçün 1938-ci ildə təhsilinə bir il fasilə vermək məcburiyyətində oldu. Sonraki il təkrar məktəbə başlasa da artıq məktəb mühitindən uzaqlaşdığı üçün təhsilinə dəvam edə bilmədi.
Saur-Moqila
Saur-Moqila (rus. Саур-Могила) və ya Savur-Moqila (ukr. Савур-могила) ― Ukrayna ilə Rusiyanın Rostov vilayətinin sərhədindən təxminən 5 kilometr (3.1 mil) məsafədə, Donetsk silsiləsində yerləşən strateji yüksəklik. 277,9 metr hündürlüyündəki təpə 1963-cü ildə Ukraynalı memar Anatoliy İqnaşenko tərəfindən İkinci Dünya Müharibəsi zamanı Saur-Moqilanın azad edilməsinin 20-ci ildönümünə tikilmiş böyük bir abidə kompleksi ilə daha çox tanınır. Təpə əslində tarii bir kurqan qəbirdir. Təpənin adı da məhz bunla bağlıdır. Belə ki moqila ukrayn dilində "kurqan" deməkdir. Saur sözünün isə türk dilindən gəldiyi və "at sarğısına bənzər çöl kurqanı" mənasını verdiyi düşünülür. Rozamund Bartlett yazır: "Orta əsrlər dövründə ruslarla türklər və tatarlar arasında bir növ sərhəd rolunu oynayan bu xüsusi kurqan haqqında bir çox məşhur rəvayətlər yayılmışdır; Saur onlarda ya pis bir Türk xanı, ya da kazak qəhrəmanı olaraq göstərilir. İkinci Dünya Müharibəsi zamanı Sovet qoşunları 1943-cü ilin avqustunda Alman qüvvələrindən hündürlüyə nəzarəti ələ almağa müvəffəq olduqda Saur-Moqila gərgin döyüşlərin mərkəz nöqtəsi idi.
Sinur (Xoy)
Sinur (fars. سينور‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd.
Stur-Fiord
Stur-Fiord (norv. Storfjorden, nyunorsk Storfjorden) — Norveçin Myore-oq-Romstal rayonu ərazisində yerləşən fiord. Uzunluğuna görə 5-ci fiordudur. Fiord ölkənin daxilinə 110 km məsafəsə daxil olur. Maksimal dərinliyi 679 metrdir. Sahilləri sıldırımlıdır. Hündürlük 300-1200 metr arasında dəyişir. Sahillərində Olesunn və Stranda kimi yaşayış məntəqələri vardır. Norveş dilindəm tərçümədə «Böyük Fiord» anlamını verir.
Suur-Munamyaqi
Suur-Munamyaqi (est. Suur Munamägi) — Estoniyada və bütövlükdə Baltikyanı ölkələrdə ən yüksək zirvədir. Hündürlüyü dəniz səviyyəsindən 318 metrdir. Estoniyanın cənub-şərq hissəsindəki Haanya təpəli yüksəkliyində yerləşir. Haanja kəndi ərazisinə daxildir. Müxtəlif dövrlərdə dağın üstündə 5 qüllə tikilmişdir. Birincisi 1812-ci ildə inşa edildi və yerli əfsanəyə görə, hündürlüyü "gəmiləri utandırdığı" üçün dağıdılmışdır. İkinci qüllə 1870-ci ildə yerli bir restoran sahibi sayəsində ortaya çıxdı. 8 metr hündürlüyü olan qüllə əsasən meyxanaya görə yerli sakinlər arasında populyarlaşdı. Üçüncü qüllə (hündürlüyü 12 metr) eyni meyxananın binasında inşa edilmişdir.
Yalançı şüur
Yalançı şüur — sinfi münasibətlərin obyektiv şəkildə müəyyən edilmiş təsvirini ifadə edən marksist konsepsiya “baş üstə”. Marksın əsərlərində “yalançı şüur” (Engels belə deyir) ifadəsi yoxdur, lakin Marks “dönüşmüş şüur ​​formalarına” və bununla əlaqədar olaraq ideologiya və əmtəə fetişizminin müvafiq anlayışlarına böyük diqqət yetirirdi. Yalançı şüur ​​termini məzlum siniflər tərəfindən ictimai münasibətlərin dərk edilməsində sistematik təhrifi ifadə edir; bu təhrif ictimai istismar, hökmranlıq və tabelik münasibətlərini gizlətmək üçün yaranır, mövcuddur və saxlanılır. İlk dəfə "yalançı şüur" termini Fridrix Engelsin Frans Mehrinqə yazdığı məktubda keçir. O yazırdı: İdeologiya — mütəfəkkir deyilən şəxsin şüurla olsa da, saxta şüurla həyata keçirdiyi prosesdir. Onu fəaliyyətə sövq edən əsl hərəkətverici qüvvələr ona naməlum olaraq qalır, əks halda bu, ideoloji proses olmazdı. O, özü üçün yalançı və ya zahiri hərəkətverici qüvvələr haqqında fikirlər yaradır. Söhbət düşüncə prosesindən getdiyi üçün onun həm məzmununu, həm də formasını xalis təfəkkürdən - ya özündən, ya da sələflərinin düşüncəsindən alır. O, yalnız əqli materialla məşğul olur; o, əlavə təfərrüatlara varmadan bu materialın təfəkkürlə yarandığına inanır və ümumiyyətlə, təfəkkürdən başqa, daha uzaq və müstəqil mənbəyi öyrənmir. Məsələyə bu cür yanaşma ona öz-özünə aydın görünür, çünki onun üçün hər bir hərəkət son təhlildə təfəkkür üzərində qurulmuş kimi görünür, çünki təfəkkür vasitəsilə həyata keçirilir.
Kollektiv şüur
Kollektiv şüur və ya kollektiv vicdan — cəmiyyətdə ortaq inancların, ideyaların və əxlaqi münasibətlərin birləşdirici qüvvə kimi fəaliyyət göstərən məcmusu. Ümumiyyətlə, bu, konkret olaraq əxlaqi vicdana deyil, ümumi sosial normalar anlayışına aid edilir. Kollektiv şüur sayıla biləcək şeylərin müasir konsepsiyasına həmrəylik münasibətləri, memlər, qrup təfəkkürü və sürü davranışı kimi ekstremal davranışlar, həmçinin kollektiv rituallar və rəqs yığıncaqları zamanı kollektiv şəkildə paylaşılan təcrübələr daxildir. İnsanlar ayrı-ayrı fərdlər kimi mövcud olmaq əvəzinə resursları və bilikləri bölüşmək üçün dinamik qruplar kimi bir araya gəlirlər. Bu, eyni zamanda bütün cəmiyyətin oxşar dəyərləri bölüşmək üçün necə bir araya gəldiyini təsvir etmək üsulu kimi inkişaf etmişdir. Bu, həmçinin "pətək ağlı", "qrup ağlı", "kütləvi ağıl" və "sosial ağıl" adlandırılmışdır.
Onur Düşünməz
Onur Düşünməz (1990, Hakkari ili) — hüquqşünas və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Onur Düşünməz 1990-cı ildə Hakkari ilində anadan olub. Dicle Universiteti Hüquq Bölməsindən məzun olub. Hüquqşünas olaraq Hakkari Vəkillər Kollegiyasında çalışıb, İdarə Heyətinin üzvü olub. Azadlıq Naminə Hüquqşünaslar Dərnəyinin Hakkari şöbəsinin həmsədri olub. 2023-cü il mayın 14-də Yaşıl Sol Partiyasının namizədi olaraq Hakkari ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Ədalət Komissiyasının üzvü vəzifəsində təmsil olunub. Kürdcə və ingiliscə bilir. Subaydır.
Ali şüur
Ali şüur və ya genişlənmiş şüur — müəyyən şüur vəziyyətini və ya şəxsi inkişafı etiketləmək üçün müxtəlif yollarla istifadə olunan bir termin. Bu, mənlik anlayışı və ya eqo məhdudiyyətlərindən qurtulma vəziyyətini, eləcə də təcrid olunmuş mənlik ilə dünya və ya tanrı arasında qəbul edilən ayrılığın aşıldığı mistik təcrübə vəziyyətini təsvir etmək üçün istifadə edilə bilər. Bu, həmçinin artan ayıqlıq və ya yeni bir perspektivə oyanma vəziyyətinə də aid ola bilər. Bu konsepsiya qədim köklərə, təcrübələrə və texnikalara malik olsa da, "Nyu-eyc" hərəkatı da daxil olmaqla, müasir populyar spiritualizmdə mərkəzi anlayış kimi əhəmiyyətli dərəcədə inkişaf etdirilmişdir. == Fəlsəfəsi == === Fixte === Yohann Qotlib Fixte (1762–1814) İmmanuel Kantın nəzəri və etik yazılarından inkişaf edən Almaniya idealizminin qurucu simalarından biri idi. Onun fəlsəfəsi Kantın ideyaları ilə alman idealisti Georq Vilhelm Fridrix Hegelin fikirləri arasında körpü təşkil edir. Fixte sonlu və ya empirik eqonu saf və ya sonsuz eqodan fərqləndirdi. Bu "saf eqo"nun fəaliyyətini "ali intuisiya"nı aşkar edə bilər. Maykl Vaytmanın fikrinə görə, Fixtenin fəlsəfi sistemi "şərq mistik təlimlərinin diqqətəlayiq qərbsayağı tərtibatıdır". === Şopenhauer === 1812-ci ildə Artur Şopenhauer "daha yaxşı şüur" terminindən istifadə etməyə başlamışdı.
Fridrix Şur
Fridrix Şur (ing. Friedrich Schur; 1856 – 1932) — Alman riyaziyyatçısıdır; əsas işləri həndəsəyə, çevirmələr qrupuna aiddir; sabit əyriliyə malik Riman fəzası üzrə işlərin müəllifidir.
Kani Sur
Kani sur- İranın Kürdüstan ostanının Banə şəhristanının Nəmşir bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,131 nəfər və 239 ailədən ibarət idi.
Məqsəd Nur
Nur-Sultan
Astana (qaz. Astana, Астана; 1961-ci ilə qədər Aqmolinsk, 1961–1992-ci illərdə Selinoqrad, 1992–1998-ci illərdə Aqmola (Qazax dilindən tərcümədə "Ağ Qəbir"), 1998–2019-cu illərdə Astana (Qazax dilindən tərcümədə "Paytaxt"), 2019–2022-ci illərdə Nur-Sultan (Qazaxıstanın 1-ci prezidenti Nursultan Nazarbayevin şərəfinə) — Qazaxıstanın paytaxtı. Şəhər XIX əsrin 30-cu illərində İşim çayının sahilində salınıb. Əsası 1830-cu ildə qala kimi qoyulmuş, 1832-ci ildən isə şəhərdir. Burada 100-dən çox millətin nümayəndəsi yaşayır. İqlim kontinentaldır. Belə ki yayda həddindən artıq isti, qışda isə uzunmüddətli şaxtalı günlər müşayiət olunur. 1997-ci ilin dekabr ayının 10-dan Qazaxıstanın paytaxtıdır. Adı bir neçə dəfə dəyişdirilib. Belə ki, 1830-dan 1961-ə kimi Aqmolinsk, 1961-dən 1992-ə kimi Çelinoqrad, 1992-dən 1998-ə kimi isə Aqmola adlandırılmışdır.
Nur (İran)
Nur — İranın Mazandaran ostanının şəhərlərindəndir. Həm də Nur şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 21,806 nəfər və 6,164 ailədən ibarət idi.
Nur Aysan
Asiye Nur Fettahoğlu (12 noyabr 1980, Duysburq, Şimali Reyn-Vestfaliya) — Türkiyə aktrisası, model. Nur Fettahoğlu 12 noyabr 1980-ci ildə Almaniyanın Duysburq şəhərində doğuldu. Sinan və Fatma Fettahoğlu cütlüyünün 3 qızından biridir. Bir qardaşı var. Bacılarının və qardaşının adları Rəmziyyə, Səlvinaz və Məhəmməd Mustafadır. Beşiktaş Liseyində (indiki adıyla Beşiktaş Anadolu Liseyi) lisey təhsilini tamamladıqdan sonra işləməyə başladı. Müxtəlif banklarda vəzifə aldıqdan sonra Sky Türkdə birja spikerliyi etməyə başladı. Fettahoğlu aktrisalığa "Məndən ata olmaz" filmi ilə başladı, ardınca "Könül yelləncəyi"ndə rol aldı və Aşk-ı Memnudakı Peyker Yöreoğlu rolu ilə karyerasında uğur əldə etdi. Bundan başqa Atasay, Dove, Luna kimi firmaların reklam filmlərində oynadı. Qurdlar Vadisi: Fələstin filmində Necati Şaşmazla baş rolu paylaşdı.
Nur Bayanov
Nur Bayanov (tatar. Нур Галим улы Баянов, Нур Баян; 15 may 1905, Ənək[d], Minzələ qəzası[d], Ufa quberniyası, Rusiya imperiyası – 23 aprel 1945, Avstriya) — tatar şair. Nur Bayanov kasıb kəndlinin ailəsində anadan olub. 1921-ci ildə Nur Bayan Permə getdi və burada fəhlə kimi işə düzəldi. 1923-cü ildə təhsil almaq üçün Kazana gəldi və Tatar-Başqırd hərbi məktəbinə daxil oldu. Eyni zamanda özünü ədəbi yaradıcılıqda sınadı və artıq 1925-ci ildə dövri mətbuat səhifələrində dərc etməyə başladı. 1928-ci ildə Bayanov Nur artıq "Kyzlarmeets" qəzetinin redaksiyasında ədəbi işçi kimi çalışır. Elə həmin il onun "biçici qızlar" və "məhv edilmiş səngərlər" şeirlərinin ilk topluları nəşr olundu. 1929–1930-cu illərdə Nur Bayan "Kolxoz Yaşlara" jurnalının məsul katibi vəzifəsini aldı, sonra Chelninskaya regional qəzetinin redaktoru təyin edildi. Eyni zamanda "Yonca tarlaları", "Yağışlı gecə" şeirlərini və bir sıra şeirlərini yazdı.
Nur Bekri
Nur Bekri (uyğ. نۇر بەكرى; 9 avqust 1961) — uyğur mənşəli keçmiş Çin siyasətçisi. O, daha çox 2007-ci ilin dekabr ayından ÇKP partiya komitəsi rəhbərinin müavini və Sincan-Uyğur Muxtar Rayonunun regional hökumətinin sədri kimi tanınır. 1982-ci ilin dekabr ayından Çin Kommunist Partiyasının üzvü, 18-ci çağırış ÇKP Mərkəzi Komitəsinin üzvü (17-ci çağırışın namizədi). Milliyətcə uyğurdur. 1983-cü ildə Sincan Universitetinin siyasət fakultəsini bitirdi. Elə həmin universitetdə 1983-84-cü illərdə gənclər liqasının rəhbəri və 1984-cü ildən rəhbər müavini, 1989-1992-ci illərdə komsomol komitəsinin rəhbəri, 1992-1993-cü illərdə partiya komitəsinin təbliğat şöbəsinin müdiri. 1986-89-cu illərdə ÇKP Mərkəzi Komitəsi nəzdindəki Partiya məktəbində siyasi nəzəriyyə ixtisası üzrə təhsil almışdır. Kaşğər administrasiyasının 1993-cü ildən köməkçisi, 1995-96-cı illərdə isə xüsusi nümayəndəsi olmuşdur. 1996-98-ci illərdə Sincan-Uyğur Muxtar Rayonu Regional Hökumətinin katibinin müavini olmuşdur.