Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pa-dе-Kale (departament)
Pa-dе-Kale (fr. Pas-de-Calais) — Fransanın şimal-qərbində yerləşən, O-de-Frans regionun departamentlərindən biri. Sıra nömrəsi — 62. İnzibati mərkəzi — Arras. Əhalisi - 1.472.589 nəfər (departamentlər arasında 7-ci yer, 2014-cü ilin məlumatları). == Coğrafiyası == Nor departamenti O-de-Frans regiounun bir hissəsidir, Nor və Somma departamentləri ilə sərhəddir. Şimaldan Şimal dənizinin suları, qərbdən Pa-de-Kale boğazı tərəfindən yuyulur. Ərazisi — 6671 km². Departamentin əsas şəhərləri Kale, Bulon-sür-Mer, Arras, Lans, Lyeven və Sent-Omer. == Tarixi == Birinci Dünya müharibəsi dövründə Pa-dе-Kale də çox qanlı döyüşlər olmuşdur.
Toqo
Toqo (fr. Togo) — Qərbi Afrikada dövlət. Ölkə qərbdən Qana, Şərqdən Benin, Şimaldan Burkina-Faso ilə həmsərhətdir. Cənubdan Qvineya körfəzinə çıxışı var. Paytaxtı Lome şəhəridir. == Adının Etimologiyası == Ölkənin adı Ewe dilindən gəlir. Ewe dilində Togo sözü to (Dilimizdə: su) və go (Dilimizdə: liman) sözlərindən ibarətdir. Almaniyanın burada qurduğu ilk müstəmləkə nizamında bölgəni Togoland adı verilmiş, buna da əsaslanaraq bütün ölkə üçün Togo adı istifadə edilmiş, müstəqilliyindən sonra da bu ad yeni ölkənin adı olaraq da seçilmişdir. == Coğrafiya == Ölkənin bütövlükdə sahib olduğu 1,647 km-lik sərhədindən 664 km-i Benin, 126 km-i Burkina Faso, 877 km-i Qana ilə həmsərhəd olduğu halda, ölkənin bundan başqa Atlantik Okeanına da 56 km-lik sahil xətti var. Togo sahib olduğu 56.785 km² sahəsi ilə Afrika qitəsindəki kiçik bir ölkələrdən biridir.
Deneş Qabor
Dennis Qabor (5 iyun 1900[…], Budapeşt, Macarıstan krallığı, Avstriya-Macarıstan – 8 fevral 1979[…], London) — Macar əsilli ingilis fiziki, 1971-ci ildə Fizika üzrə Nobel mükafatı sahibi
Dénes Rósa
Dénes Rósa (7 aprel 1977, Budapeştdə anadan olub) — son olaraq Macarıstanın Birinci Divizionu Ferencváros klubunda oynamış keçmiş macar milli futbolçudur. == Karyera == Rosa vətəni Macarıstanda bir neçə klubda oynadı və karyerası 2004-cü ildə Ferencváros ilə başa çatdı, burada liqa və kuboku birlikdə qazandı. Bu müddət ərzində o, altı Avropa çempionatında (həm UEFA Kuboku, həm də Çempionlar Liqasının seçmə mərhələsində) çıxış edib və altı qol vurub. 2006-cı ilin yanvarında o, keçmiş Ferencváros komanda yoldaşı Gábor Gyepes ilə əlaqə saxladığı altı aylıq sınaq müqaviləsi ilə Britaniya Çempionatının Wolves komandasına icarəyə verildi. O, klubda debütünü 2 yanvar 2006-cı ildə Koventri Sitiyə 2:0 hesabı ilə uduzduqda etdi və turnirin qalan hissəsində 9 liqa oyununda çıxış edərək iki qol vurdu. Mövsümün sonunda Roza və Wolves 3 illik müqavilə imzalayıb. Bununla belə, Qlenn Hoddl-un sürpriz gedişi və yayda Mik Makkartinin baş məşqçi kimi gəlişi onu sonradan əsas komandada çıxış uğrunda mübarizədən kənarda qoydu. Makkarti etiraf etdi ki, Roza öz komandasında rol almaqda çətinlik çəkə bilər. Yarımmüdafiəçi 2007-ci ilin yazında bir ay müddətinə Liqa One Cheltenham Town-a icarəyə verildi, lakin sonradan "Wolves" tərəfindən transfer siyahısına salındı. Növbəti mövsümdə Liqa Kubokunda qısa müddətə Wolves üçün əvəzedici oldu, lakin güclü qol rekorduna baxmayaraq, bir daha heç vaxt əsas komandada çıxış etmədi.
Deneb
Deneb — Qu bürcünün α ulduzu. == Haqqında == Deneb (/ dɛnɛb /), ayrıca α CYGNE (Latinised alpha CYGNE, qısaldılmış Alpha Cyg, α Cyg) olaraq ifadə edilmişdir və Cygnus bürcünün ən parlaq ulduzudur. Görünən ulduz ölçüsü 1.25 olub, gecə səmasının 19-cu ən parlaq ulduzudur. Deneb açıq mavi rəngli ifratnəhəng olmaqla yanaşı həmçinin ən parlaq ulduzlardan biridir. Bununla birlikdə bu ulduza qədər dəqiq məsafəni (və buna görə də işılığı) təyin etmək çox çətindir; təxminən 55.000 və 196.000 dəfə Günəşin kimi parlaqdır. == Məsafə və xüsusiyyətləri == Denebin Yerdən uzaqlığı dəyişkəndir. Fərqli mənbələr 1600 - 3200 işiq ili arasında olduğunu irəli sürür. Qeyd etmək lazımdır ki, bu uzaqlıqdakı bir ulduzun məsafəsinin təyini parallaksı çox kiçik olduğundan olduqca çətindir. Denebin diametri Günəşinkindən 200 - 300 dəfə böyük olub parlaqlığına görə 60000 - 250000 dəfə daha parlaqdır. Bilinən ulduzların içində ən nəhənglərindəndir.
Denis
Denis — kişi adı. Bu adı olan tanınmışlar Denis Qolovanov — Rus tennisçi. Denis Rader — dünyanın ən məşhur və ən təhlükəli qatillərindən biri. Denis Suarez — Barselona FK oyunçusu. Denis Lou — şotland veteran futbolçu.
Menes
Menes (Ərəbcə: مينا; Qədim Yunan dili: Μήνης; Misir dili: Meni; təq. e. ə. 3200-cü illər – təq. e.ə. 3125) — bəzi tarixçilərə görə Misirin Erkən padşahlıq dövrünün ilk hökmdarı olduğu qeyd olunan firon. Antik Misirdə haqqında bir çox mübahisə olan bir firon olaraq önə çıxır. Xüsusən Narmer Tabletlərinin tapılmasından öncə Aşağı və Yuxarı Misirin birləşdiricisi və əsl mənada ilk Misir fironu olduğu düşünülən Menesin haqqında adı keçən tabletlərdə heç bir şəkildə məlumat olmaması, önəmli bir mübahisə yaratmış və günümüzdə bir çox tarixçi bu arxeoloji tapıntılar nəticəsində, Narmerin ilk firon və Misirin birləşdiricisi olduğu mövzusunda görüş birliyi içərisindədir. Tarixi qeydlərin çox dəqiq olmaması və fərqli firon siyahılarında görülən fərqliliklər səbəbilə, günümüzdə Menesin, Narmer və ya Hor-Ahaya aid bir ad olduğu və Antik Misirdəki məşhur Memfis şəhərinin qurucusu olduğu düşünülür. Bəzi fironlar siyahısında Min və ya Meni deyə adlandırılmış olan Menesin Manethonun kitabından 62 il hökm sürdüyü və bir begemot tərəfindən öldürüldüyündən bəhs olunur.
Denea
Hoveya (lat. Howea) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Denea O.F.Cook Grisebachia Drude & H.Wendl. == Növləri == Howea belmoreana (C.Moore & F.Muell.) Becc.
Na-Dene dilləri
Na-Dene (/ˌnɑːdɪˈneɪ/ həmçinin Nadene, Na-Dené, Athabaskan–Eyak–Tlingit, Tlina–Dene)Atabaskan, Eyak və Tlinqit dillərini özündə birləşdirən yerli Amerika dilləri ailəsidir. Haida dili də əvvəllər bu qrupa daxil edilmişdi, lakin indi onun bu qrupa daxil olub olmaması dilçilər tərəfindən mübahisəlidir mövzu sayılır. Hal-hazırda ən çox danışan sayına malik olan Na-Dene dili navaxo dilidir. 2008-ci ilin fevralında Na-Dene dillərini (Haida istisna olmaqla) Mərkəzi Sibirin Yenisey dilləri ilə birləşdirən Dene-Yenisey ailəsinin varlığı təklif olunan elmi məqalə dərc olundu və bu bir çox dilçilər tərəfindən rəğbətlə qarşılandı. 2014-cü ilə aid bir məqalədə Şimali Amerikanın Na-Dene dilləri ilə Sibirin Yenisey dillərinin iki qitə arasında tarixi Berinqiya bərzəxində danışılmış ortaq mənşəli dillər olduğu təklif edildi.
Toqo Heyhaçiro
Markiz Toqo Heyhaçiro (東郷 平八郎; 27 yanvar 1848 – 30 may 1934[…], Banço[d], Tokio) — Yaponiya hərbi-dəniz zabiti, admiral və Yaponiya imperiyasının marşalı (21 aprel 1913-cü il), 1904–1905-ci illər rus-yapon müharibəsində Yaponiya birləşmiş donanmasının komandanı. == Həyatı == Yapon admiralı Toqo hərbçi ailəsində anadan olmuşdu. O, dənizçiliyi sevib 1871-ci ildə yapon imperator donanmasında qulluğa girmiş, sonra İngiltərə donanmasında təcrübə keçmişdi. Burada riyaziyyatla, gəmiqayırma ilə yaxından tanış olmuşdu. Toqo vətəninə qayıdıb uzun illər müxtəlif gəmilərdə xidmət edərək dəniz döyüşlərində qələbə çalmağın bütün incəliklərini öyrənmişdi. Keçən əsrin axırlarında yaponlar Koreyanı işğal etmişdilər. Elə həmin illərdə Toqo öz "Paniva" kreyseri ilə bir neçə düşmən gəmisini batırmışdı. Bir neçə il sonra o, Çinin Formoza adasına da desant çıxarıb oranı ələ keçirmişdi. XX əsrin əvvəllərində məlum oldu ki, Şərqi Asiyanın Sakit Okean sularında hegemonluq uğrunda balaca Yaponiya ilə nəhəng Rusiya arasında barışmaz ziddiyyət və rəqabət yaranıb. Belə ziddiyyətlər isə heç vaxt toqquşmasız başa çatmır və Yaponiya buna ciddi hazırlamağa başladı.
Toqo Xeyxatiro
Markiz Toqo Heyhaçiro (東郷 平八郎; 27 yanvar 1848 – 30 may 1934[…], Banço[d], Tokio) — Yaponiya hərbi-dəniz zabiti, admiral və Yaponiya imperiyasının marşalı (21 aprel 1913-cü il), 1904–1905-ci illər rus-yapon müharibəsində Yaponiya birləşmiş donanmasının komandanı. == Həyatı == Yapon admiralı Toqo hərbçi ailəsində anadan olmuşdu. O, dənizçiliyi sevib 1871-ci ildə yapon imperator donanmasında qulluğa girmiş, sonra İngiltərə donanmasında təcrübə keçmişdi. Burada riyaziyyatla, gəmiqayırma ilə yaxından tanış olmuşdu. Toqo vətəninə qayıdıb uzun illər müxtəlif gəmilərdə xidmət edərək dəniz döyüşlərində qələbə çalmağın bütün incəliklərini öyrənmişdi. Keçən əsrin axırlarında yaponlar Koreyanı işğal etmişdilər. Elə həmin illərdə Toqo öz "Paniva" kreyseri ilə bir neçə düşmən gəmisini batırmışdı. Bir neçə il sonra o, Çinin Formoza adasına da desant çıxarıb oranı ələ keçirmişdi. XX əsrin əvvəllərində məlum oldu ki, Şərqi Asiyanın Sakit Okean sularında hegemonluq uğrunda balaca Yaponiya ilə nəhəng Rusiya arasında barışmaz ziddiyyət və rəqabət yaranıb. Belə ziddiyyətlər isə heç vaxt toqquşmasız başa çatmır və Yaponiya buna ciddi hazırlamağa başladı.
Toqo bayrağı
Toqo bayrağı — Toqonun Dövlət bayrağı
Xiyaxiro Toqo
Markiz Toqo Heyhaçiro (東郷 平八郎; 27 yanvar 1848 – 30 may 1934[…], Banço[d], Tokio) — Yaponiya hərbi-dəniz zabiti, admiral və Yaponiya imperiyasının marşalı (21 aprel 1913-cü il), 1904–1905-ci illər rus-yapon müharibəsində Yaponiya birləşmiş donanmasının komandanı. == Həyatı == Yapon admiralı Toqo hərbçi ailəsində anadan olmuşdu. O, dənizçiliyi sevib 1871-ci ildə yapon imperator donanmasında qulluğa girmiş, sonra İngiltərə donanmasında təcrübə keçmişdi. Burada riyaziyyatla, gəmiqayırma ilə yaxından tanış olmuşdu. Toqo vətəninə qayıdıb uzun illər müxtəlif gəmilərdə xidmət edərək dəniz döyüşlərində qələbə çalmağın bütün incəliklərini öyrənmişdi. Keçən əsrin axırlarında yaponlar Koreyanı işğal etmişdilər. Elə həmin illərdə Toqo öz "Paniva" kreyseri ilə bir neçə düşmən gəmisini batırmışdı. Bir neçə il sonra o, Çinin Formoza adasına da desant çıxarıb oranı ələ keçirmişdi. XX əsrin əvvəllərində məlum oldu ki, Şərqi Asiyanın Sakit Okean sularında hegemonluq uğrunda balaca Yaponiya ilə nəhəng Rusiya arasında barışmaz ziddiyyət və rəqabət yaranıb. Belə ziddiyyətlər isə heç vaxt toqquşmasız başa çatmır və Yaponiya buna ciddi hazırlamağa başladı.
NE
Naxçıvan Ensiklopediyası — Naxçıvan Muxtar Respublikasının təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından sistemli şəkildə bəhs edən elmi nəşr. İlk dəfə 2002-ci ildə, təkmilləşdirilmiş və yenidən işlənmiş ikinci nəşri isə 2005-ci ildə çap edilib. == Haqqında == "Naxçıvan Ensiklopediyası" Azərbaycanın 3-cü Prezidenti Heydər Əliyevin "Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi üzrə Dövlət Komissiyasının tədbirlər planı haqqında" 1999-cu il 12 fevral tarixli Sərəncamına əsasən AMEA Rəyasət Heyəti nəzdində yaradılmış Naxçıvan ensiklopediyası qurumu tərəfindən hazırlanıb və 2002-ci ildə nəşr edilib. Azərbaycanın 4-cü Prezidenti İlham Əliyevin "Naxçıvan Muxtar Respublikasının 80 illik yubileyinin keçirilməsi haqqında" 2004-cü il 9 fevral tarixli sərəncamı ilə müəyyən edilmiş tədbirlər planına uyğun olaraq isə "Naxçıvan Ensiklopediyası"nın təkrar nəşr edilməsi qərara alınıb. Buna müvafiq olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə "Naxçıvan Ensiklopediyası"nın təkmilləşmiş və yenidən işlənmiş ikinci nəşri hazırlanıb. Əlavə olaraq cildə 200-ə yaxın yeni məqalə daxil edilib. Son illər muxtar respublikanın şəhər və rayonlarının inzibati ərazi bölgüsündə dəyişikliklərin edilməsi, bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi, ictimai-siyasi, sosial-iqtisadi və mədəni quruculuq sahəsində baş vermiş yeniliklər bu nəşrdə əksini tapıb. "Naxçıvan Ensiklopediyası"nın ikinci nəşri AMEA-nın Naxçıvan Bölməsində yaradılmış işçi qrupu tərəfindən hazırlanıb. Kitabda muxtar respublikanın təbiəti, tarixi, ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatından sistemli şəkildə bəhs olunur. Burada muxtar respublikaya həsr olunmuş kompleks məqalədən başqa, diyarın bütün inzibati rayonları, fiziki-coğrafi obyektləri, şəhər və kəndləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında məqalələr verilib.
.ne
.ne — Nigerin internet kodu.
Joqorku Keneş
Qırğızıstan Respublikasının Joqorku Keneşi (qırğ. Кыргыз Республикасынын Жогорку Кеңеши), tez-tez sadəcə Yoqorku Keneş adlandırılır (qırğ. Жогорку Кеңеш) — dövlətin qanunverici orqanı olan 120 deputatdan ibarət Qırğızıstan Respublikasının bir palatalı parlamenti. Joqorku Keneş, nisbi sistemə görə 5 il müddətinə seçilir. Seçkilərin nəticələrinə görə bir siyasi partiyaya parlamentdə 65-dən çox mandat verilə bilər. == Tarixi == Birinci Joqorku Keneş rəsmi olaraq “əfsanəvi parlament” adını daşıyan Qırğızıstan SSR Ali Sovetinin 12-ci çağırışı sayılır. 4 iyun Qırğıstanda "Parlament günü" kimi təsis edilib. == Formalaşma prosesi və quruluşu == 1995-ci ildən 2000-ci ilədək Joqorku Keneşə millət vəkilləri majoritar seçki sisteminə görə seçildi. İki palatadan ibarət idi - Qanunverici Məclis və Xalq Nümayəndələr Məclisi. 1998-ci il islahatına görə, Qanunverici Məclis 60 deputatdan (əvvəl 35 deputat) ibarət idi ki, bunlardan 15 deputat partiya siyahıları ilə seçilirdi.
Myortvı Dones
Myortvı Dones — Rusiyanın Rostov vilayəti ərazisindən axan çay. Don deltasının ən böyük axarıdır. Don çayını Taqanroq körfəzi ilə birləşdirir. Onun başlandığı ərazidən Don deltası başlayır. Deltanın şimal sərhəddini təşkil edir. Uzunluğu 36 km təşkil edir. Eni 50–200 metr arasında dəyişir, dərinliyi 4 metrdir. == Axınını == Myortvı Dones çayı Dones çayından Rostov-na-Donu şəhərinin ərazisində ayrılır. Mənbəyi Qərb körpüsünə yaxınlıqdan başlayır. Çay Snyavskoe kəndi yaxınlığında sonuncu qolu olan Donski Çulek axarını qəbul edir.
Nenes dili
Nenes dili - nenlərin dili olub, samodi dillərinə aiddir. 22 min nəfərə qədər daşıyıcısı var. Kola yarımadasından Yenisey çayına qədər ərazidə yayılıb. Ənənəvi olaraq tundra və meşə dialektlərinə böğlünür. Son dövrlərdə onlar iki müstəqil dil: nenes və neşan dili kimi tanınırlar. Yazılı formada daha çox danışanı olan tundra dialekti əsas götürülür.
Nenes yarımadası
Nenes yarımadası — Murmansk vilayəti ərazisində yerləşən yarımada. Yarımada materiklə ensiz bərzəxlə birləşir. Bərzəxin eni 230 metrdir. Onun uzunluğu 1,7 km-dir. Eni 700 metrdir. Yarımadada Rıstiniem və Kyaskyuniem burunlar vardır. Yarımadanın mərkəzi bataqlıqlaşmışdır. Relyefi əsasən qayalıqdır. Maksimal hündürlük 42,8 metrdir. Sahilə yaxın ərazilərdə su altı daşlar vardır.
Qar dənəsi
Qar dənəsi — yetərli bir ölçüyə çatmış, Yerin atmosferinə qar şəklində düşən tək bir buz kristalı. Hər bir dənə həddindən artıq soyuq olan bulud su damcılarını cəlb edərək, həddindən artıq doymuş hava kütlələrindəki bir toz hissəciyinin ətrafında damcıya dönür və donaraq kristal şəklində toplanır. Qar dənəsi atmosferdə müxtəlif temperatur və rütubət zonalarında hərəkət etdikcə mürəkkəb formalarda meydana çıxır ki, nəticədə hər bir qar dənələri bir-birindən öz detalları ilə fərqlənir. Onlar səkkiz geniş təsnifat və ən azı 80 fərdi variantlar üzrə təsnif edilə bilər. Buz kristalları üçün birləşmələrin meydana çıxa biləcəyi əsas formalar - iynəvari, sütunvari, lövhəvari və çubuqvari formalardır. Qar şəffaf buzdan əmələ gəlməsinə baxmayaraq ağ rəngdə görünür. Bu, qar dənələrinin kiçik kristallik küncləri tərəfindən bütün işıq spektrinin diffuzion əks olunması ilə əlaqədardır. == Formalaşması == Qar dənələri mineral və ya üzvi hissəciklərin ətrafında rütubət ilə doymuş, dondurulmuş hava kütlələrində nüvələşir. Onlar altıbucaqlı formalardakı başlanğıc kristallara yığılaraq böyüyürlər. Birləşən qüvvələr ilk növbədə elektrostatikdir.
Denis Monastırski
Denis Monastırski (ukr. Дени́с Анато́льевич Монасты́рский; 12 iyun 1980, Xmelnitskiy, Ukrayna SSR, SSRİ – 18 yanvar 2023, Brovari[d], Kiyev vilayəti) — Ukraynanın dövlət və siyasət xadimi. Ukraynanın Daxili İşlər Naziri (16 iyul 2021 – 18 yanvar 2023), Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının üzvü (16 iyul 2021 – 18 yanvar 2023). IX çağırış Ukrayna Ali Radası xalq deputatı (29 avqust 2019-cu il — 16 iyul 2021-ci il). == Həyatı == O, 2023-cü il yanvarın 18-də Brovaridə helikopter qəzasında həlak olub. Bununla yanaşı, qəzada onun birinci müavini Yevgeni Yenin, DİN-in dövlət katibi Yuri Lubkoviç də həlak olub. === Şəxsi həyatı === Həyat yoldaşı — Janna Monastirskaya, Dövlət İstintaq Bürosunun Hüquqi təminat şöbəsinin hüquq şöbəsinin baş mütəxəssisi. İki oğlu var idi.
Denis Zakariya
Denis Zakariya (20 noyabr 1996, Cenevrə) — İngiltərə Premyer Liqasında çıxış edən Çelsidə icarə əsasında çıxış edir. Müqavilə ilə Yuventus klubuna məxsusdur.
Denis Şmıqal
Denis Anatolyeviç Şmıqal (ukr. Денис Анатолійович Шмигаль; 15 oktyabr 1975, Lvov) — Ukrayna dövlət və siyasət xadimi, mühəndis-iqtisadçı, iqtisadiyyat üzrə fəlsəfə doktoru (2003). 4 mart 2020-ci ildən Ukraynanın baş naziri. 2019-cu il avqustun 1-dən 2020-ci il fevralın 5-dək İvano-Frankivsk Regional Dövlət Administrasiyasının sədri. Ukrayna baş nazirinin müavini — 2020-ci il fevralın 4-dən martın 4-dək icmaların və ərazilərin inkişafı üzrə nazir.
Edvard Beneş
Edvard Matey Beneş (çex. Edvard Matey Beneš;28 may 1884[…], Kojlani[d][…] – 3 sentyabr 1948[…], Sezimovo-Usti[d][…]) — Çexoslovakiyanın (Çexiya) dövlət və siyasi xadimi, diplomat. 1935–1948-ci illərdə Çexoslovakiyanın ikinci prezidenti (əslində 1935–1938-ci illərdə və 1945–1948-ci illərdə, 1938–1945-ci illərdə mühacirətdə, 1940–1945-ci illərdə sürgündə prezident kimi) olub. İkinci Dünya müharibəsində qalib dövlətlər tərəfindən tanınan 1938–1945-ci illərdə Çexoslovakiya dövlətinin mövcudluğunun davam etdirilməsi nəzəriyyəsi baxımından prezident səlahiyyətləri 1938–1945-ci illərdə də davam edib. Birinci Dünya müharibəsi illərində Çexoslovakiyanın müstəqilliyi uğrunda hərəkatın liderlərindən biri, 1918–1935-ci illərdə Çexoslovakiyanın Xarici İşlər Naziri, İkinci Dünya müharibəsi illərində Çexoslovakiya Müqavimətinin və Mühacir Çexoslovakiya hökumətinin rəhbəri. Prezident kimi Beneş iki böyük böhranla üzləşdi və hər ikisi onun istefası ilə nəticələndi. Onun ilk istefası Münhen sazişi zamanı və Almaniyanın 1938-ci ildə Çexoslovakiyanı işğalından sonra baş verdi. Bu ona hökumətini Böyük Britaniyaya mühacirətə getməsinə gətirib çıxardı. İkincisi istefası Çexoslovakiya Sosialist Respublikasını yaradan 1948-ci il kommunist çevrilişi ilə baş verdi. Prezident olana qədər Beneş həm də Çexoslovakiyanın ilk xarici işlər naziri (1918-1935) və dördüncü baş naziri (1921-1922) olub.
Denis Beçiroviç
Denis Beçiroviç (bosn. Denis Bećirović; 28 noyabr 1975, Tuzla, Bosniya və Herseqovina) — Bosniya və Herseqovina siyasətçisi, professoru və tarixçisi, Bosniya və Herseqovina Rəyasət Heyətinin Bosniya xalqından olan 8-ci və indhazırkı ki bosniyalı üzvü. O, əvvəllər 2019–2022-ci illərdə Milli Xalqlar Palatasının üzvü olmuşdur.
Denea forsteriana
Forstera hoveyası (lat. Howea forsteriana) — bitkilər aləminin palmaçiçəklilər dəstəsinin palmakimilər fəsiləsinin hoveya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Avstraliyadır. == Botaniki təsviri == Hündürlüyü 12 m-ə çatır. Palmanın gövdəsi dairə formasında yarpaq yarıqları ilə örtülmüşdür. Bünövrəsində gövdəsi enlidir. Yarpaqları lələkvari, qövsvari əyilmişdir. Gövdə ətrafında düzülən yarpaq yarıqları gövdənin düz olmasını göstərir. Alt tərəfdən xırda nöqtələrlə örtülmüş, lələkvari, tünd-yaşıl yarpaqları uzun seqmentli olub, uzunluğu 25-60 sm-dir, horizantal yerləşir, bir az sallaqdır. Bircinsli çiçəkləri çiçək qruplarında üç ədəd (iki erkək və bir dişi) yığılmışdır.
Otomo no Tabito
Otomo no Tabito (yapon dilində: 大伴 旅人, 665 – 31 avqust 731, Nara) — Yapon şairi, Otomo no Yakamoçinin atası kimi yaxşı tanınır. == Haqqında == Otomo no Tabito 665-ci ildə anadan olub. O, Nara dövrünün ən məşhur şairlərindən biri, tanınmışnəsildən olan (Otoma nəslindən) şair Tabitodur. O, Yamanoue no Okuranın dostu olub. Tabitonun sarayda yüksək postu var idi, lakin sonra da saraylaarasında müxtəlif münasibət yarandığı zaman bir müddət sərgərdan gəzib-dolanmağa məhkum olmuşdu, yalnız ömrünün axırına yaxın paytaxta qayıtmışdır. O da Yamanoue no Okura kimi savadlı adam idi, Çin ədəbiyyatı və fəlsəfəsini yaxşı bilirdi. Çin ədəbiyyatını və fəlsəfəsini yaxşı bilməsi onun yaradıcılığına da bir iz qoymuşdur, bununla belə o, milli zəmindən uzaqlaşmamışdı, onun poeziyası onu əhatə edən gerçəkliklə üzvi surətdə bağlı idi və öz yaradıcılığında bu gerçəklikdən çox süjetlər götürmüş və xalq mahnılarından, bu mahnıların bədii priyomlarından çox bəhrələnmişdi. Otomo no Tabitonu "Manyoşu"nun məşhur olan beş şairindən biri adlandırırlar. Həmin əsərə Otomo no Tabitonun 78 tankasıı və 1 naqautasl daxildir. Tabito Hitomaronun müasiri, onun dostu isə Yamanour-no Okura idi.
Enriko de Nikola
Enriko de Nikola — İtaliyanın birinci prezindenti (1 iyul 1946 – 12 may 1948). Liberal partiyasını təmsil edib.
Dieqo de Nikuesa
Dieqo de Nikuesa (isp. Diego de Nicuesa; 1464 – 1511, Karib dənizi) — İspaniya kəşfiyyatçısı və konkistadoru. O, 1510-cu ildən 1511-ci ilə qədər Tyerra Firme qubernatoru olmuşdur. Bu region sonradan Veraqua və bu da öz növbəsində Kolumbiya vitse-krallığı tərkibində muxtar bir qurum kimi bir hissə təşkil edəcəkdir. Ərazisinin şərq hissəsində Vasko Nunyes de Balboa 1510-cu ilin sonunda qeyri-qanuni olaraq yeni Santa-Mariya-la-Antiqua del Daryen şəhərinin əsasını qoymuşdur. O, bunu 20 yanvar 1510-cu ildə tikilmiş San-Sebastiyan-de-Uraba efemer qalasını həmin il Alonso de Oxedanın yurisdiksiyasına verilmiş qonşu Yeni Andalusiya quberniyasının ərazisinə köçürməklə etmişdir. Bu yolla, Balboa özünü de-fakto Daryen şəhərinin meri elan etmiş və 23 dekabr 1511-ci ildə İspaniya taxt-tacı tərəfindən Nombre-de-Dios şəhəri də daxil olmaqla bərzəxə çatan Daryen vilayətinin ilk qubernatoru və kapitanı kimi tanınmışdır.
Nukada no Okimi
Şahzadə Nukata (額田王, təq. 630 – təq. 690) və ya Nukata no Okimi – Asuka dövründə yaşamış Yaponiya şairəsi. == Həyatı == Şahzadə Kaqaminin qızı və İmperator Tenmunun həyat yoldaşı olmuşdur. Yamato əyalətində yerləşən Nukata kəndində doğulduğu və Fucivara no Kamatarinin həyat yoldaşının bacısı olduğu güman olunur. Ana tərəfdən ailəsi İzumo qrupunun üzvü olmuş güclü bir klana mənsub olmuşdur. Ailəsi miflər və şifahi ənənələrlə zəngin olduğu üçün sarayda ədəbi bacarıqlarına görə fərqlənmişdir. Əvvəlcə Şahzadə Oama (gələcək imperator Tenmu) ilə evlənsə də, təxminən 658-ci ildə Şahzadə Naka no Oe (gələcək imperator Tenci) ilə evlənmişdir. Heç vaxt rəsmi saray imperatriçası statusu daşımamasının səbəbi yüksək rütbəli şinto rahibəsi olması ilə əlaqələndirilir. İmperator Tenmu üçün bir qız doğmuşdur.
EToys
eToys – uşaqlar üçün nəzərdə tutulmuş və təhsildə istifadə olunan proqramlaşdırma mühiti. Sərbəst və açıq proqram təminatıdır. Squeak proqramlaşdırma dilinin bazasında yaradılıb. eToys mühiti proqram-ssenariləri reallaşdırmaq üçün güclü multimedia imkanlarına malikdir və müxtəlif aparat-proqram platformalarında işləyir. eToys proqramlaşdırma mühiti gəlişdiricilərə istifadəçilərin yaratmış olduqları çoxlu növ obyektlər üçün sadə və eyni zamanda güclü ssenarilər gerçəkləşdirməyə imkan verir. Bunlar 2D və 3D qrafika, görüntülər, mətn, təqdimatlar, veb-səhifələr, video, səs və MIDI, real zaman rejimində İş masasının başqa eToys istifadəçiləri ilə birgə istifadə edilməsi olur.
Etoşa
Etoşa (ing. Etosha pan) — Namibiyanın şimalında, quruyan göl. Nama dilindən tərcümədə «Böyük boş məkan» anlamını verir. Şoranlığın uzunluğu 130 km, eni 50 km, sahəsi 4800 km² təşkil edir. Etoşa 1065 metr dəniz səviyyəsindən yuxarıda yerləşir. Şoranlıq Kalaxari səhrasının şimal-qərbindəki axarsız çökəklikdədir. Yağışlar mövsümündə onun bir hissəsi su ilə dolur. Əvvəllər isə Kuene çayı gölü su ilə doldururdu. Tədricən iqlim quraqlaşmış və çayın axarı Atlantik okeana istiqamətlənmişdir. Avropalılar Etoşa ilə 1851=-ci ildə tanış olurlar.
Toqon
Toqon(çin. ənən. 吐谷渾, pinyin: Tǔyùhùn, hərfi mənası: "Tuyuhun"; tib. 'A-zha) — 285–670-ci illərdə iqtidarda olmuş Syanbi dövləti. == Tarixi == Toqon hökmdarlığı Tsaydamın düzən ətəklərində yerləşirdi. Hələ 312-ci ildə kiçik syanbi tayfası Muyun nəslindən olan knyazlarla Cənubi Mancuriyadanm qərbə köçmüş və Kukunor gölü yaxınlığında məskən salmışdı. Burada syanbilər bir-birindən təcrid olunmuş Tibet tayfaları ilə müvəffəqiyyətlə döyüşürdülər, lakin onların tobalılarla mübarizəsi tam uğursuzluğa düçar olmuşdu. Nəticədə Toqon Vey imperiyasının vassalına çevrildi, lakin həmin imperiyanın süqutu toqonluların azadlığını yenidən özünə qaytardı. VI əsrin ikinci rübündə knyaz Kualyuy özünü xan elan etdi, 540-cı ildə isə Qao Xuanın yanına elçilər göndərərək əslində Yuyvın Tayın düşməninə çevrildi. Bu fakt Toqonun sonrakı xarici siyasətini müəyyənləşdirdi.
Ətağa
Mir Mövsüm Ağa (Seyidəli Mir Abutalıb oğlu Mirmövsümzadə; 1883, Bakı – 17 noyabr 1950, Bakı) — Bakı və ətraf kəndlərin sakinləri tərəfindən möcüzəli qüvvələrə malik olduğuna inanılan fiziki qüsurlu şəxs. Seyidəli Mirmövsümzadənin sümükləri zəif inkişaf etmişdi, özü hərəkət edə, düz otura bilmirdi. == Həyatı == 1883-cü ildə dünyaya gələn Seyid Mir Talıb Ağanın oğlu Seyidəli fiziki qüsurlu olsa da, hələ kiçik yaşlarından həm ailə üzvləri, həm də qohumları onda qeyri-adilik olduğunu iddia edirdilər; məsələn, onlar iddia edirdlər ki, Seyidəli başı ağrıyan adama əlini çəkən kimi həmin şəxsin bütün ağrıları keçir. Seyidəlinin bu xüsusiyyətlərinə görə ona Mir Mövsüm Ağa deyə müraciət edirdilər. 40 yaşına qədər Seyidəli Mirmövsümzadə yeriyə və otura bilirdi, amma kalsium çatışmazlığına görə çətinlik çəkirdi. Seyid uzun illər İçərişəhərdə Firdovsi küçəsi – 3-dəki mənzildə yaşayıb. Sağlığında bu ünvan Mir Mövsüm Ağa ziyarətgahı kimi tanınıb. 1950-ci ildə Mir Mövsüm Ağa vəfat etdi. Hazırda dəfn edildiyi qəbiristanlıq ziyarətgaha çevrilib. == Mir Mövsüm Ağa ziyarətgahı == Ziyərətgah Bakının Şüvəlan qəsəbəsindəki "qədim qəbiristanlıq " deyilən ərazidə yerləşir.
MEGOGO
MEGOGO — Kiyevdə yerləşən beynəlxalq OTT/VOD xidmətidir. MEGOGO 55 milyondan çox istifadəçisi və kino və sənədli filmlər, cizgi filmləri, seriallar, televiziya proqramları və şouları, idman verilişləri və mədəni tədbirlər, səyahət-şoular, futbol matçları, audiokitablar və podkastlardan ibarət təxminən 200 min saatlıq məzmun kataloqu ilə Şərqi Avropanın ən böyük əyləncə xidmətidir. Xidmət həmçinin FOX, Universal, Sony, Walt Disney, MGM, Miramax, Warner Brothers, Paramount Pictures, Blue Ant Media, Euronews, Discovery Communications, Scripps, Viacom kimi 4000-dən çox yerli və xarici telekanalın yayımını təmin edir. La Liqa, Liqa 1, Serie A və s. kimi Avropa futbol liqalarının yayımçıları arasındadır. 2024-cü ilin aprel ayından oktyabr ayınadək Azərbaycanda bloklanmışdı, hal-hazırda fəaliyyət göstərir.
Megogo
MEGOGO — Kiyevdə yerləşən beynəlxalq OTT/VOD xidmətidir. MEGOGO 55 milyondan çox istifadəçisi və kino və sənədli filmlər, cizgi filmləri, seriallar, televiziya proqramları və şouları, idman verilişləri və mədəni tədbirlər, səyahət-şoular, futbol matçları, audiokitablar və podkastlardan ibarət təxminən 200 min saatlıq məzmun kataloqu ilə Şərqi Avropanın ən böyük əyləncə xidmətidir. Xidmət həmçinin FOX, Universal, Sony, Walt Disney, MGM, Miramax, Warner Brothers, Paramount Pictures, Blue Ant Media, Euronews, Discovery Communications, Scripps, Viacom kimi 4000-dən çox yerli və xarici telekanalın yayımını təmin edir. La Liqa, Liqa 1, Serie A və s. kimi Avropa futbol liqalarının yayımçıları arasındadır. 2024-cü ilin aprel ayından oktyabr ayınadək Azərbaycanda bloklanmışdı, hal-hazırda fəaliyyət göstərir.
NikitA
NikitA - ukraynalı pop qrup. Komanda dəfələrlə kişi jurnalları üçün erotik fotosessiyalarda çəkilir, həmçinin bir çox kliplərdə seksual xarakterli səhnələr olduğu üçün, xarici ölkələrin sosial şəbəkələrində böyük məşhurluq qazanmışdır.
Nikola
Nikola — ad. Nikola Tesla — futuroloq, elektrik və maşın mühəndisi, ixtiraçı. Nikola Müller — Almaniyanı təmsil edən bədii gimnast. Nikola Paşiç — serb siyasətçi və diplomat Nikola Muskat — Maltalı üzgüçü. Nikola Burbaki Digər Nikola çayı — Kotelnı adasının qərbindən axan çay.
Hiller YH-32 Hornet
Hiller YH-32 Hornet, Hiller Aircraft tərəfindən 1950-ci illərin əvvəllərində istehsal edilmiş bir aviavasitədir. Kiçik və fərqli bir dizayna malikdir. Rotor bıçaqlarının ucunda quraşdırılmış iki Hiller 8RJ2B ramjet mühərriki ilə işləyirdi. 1950-ci illərin əvvəllərində ABŞ ordusu və ABŞ Hərbi Dəniz Qüvvələri üçün fərqli YH-32 Hornet versiyaları istehsal edildi. Hiller Muzeyi YH-32A Sally Rand modelini ilk hücum vertolyotu hesab edir.
Həmkarlar İttifaqının 10 illiyi (film, 1930)
== Məzmun == Kinolent Azərbaycan Həmkarlar İttifaqının on illik fəaliyyətinə və yubiley təntənəsinə həsr olunmuşdur. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
Həmkarlar İttifaqının 10 İlliyi (1930)
== Məzmun == Kinolent Azərbaycan Həmkarlar İttifaqının on illik fəaliyyətinə və yubiley təntənəsinə həsr olunmuşdur. == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 53.
K-12 (albom)
K-12 — amerikalı müğənni Melani Martinesin ikinci studiya albomu. 6 sentyabr 2019-cu ildə Atlantic Records vasitəsilə eyniadlı filmlə birlikdə buraxılıb. Martines özünün yazıb rejissorluq etdiyi bu filmdə baş qəhrəman "Cry Baby" personajını canlandırmışdır. == Fon == Martines albomu 2015-ci ildə yazmağa başlayıb. O, 2017-ci ildə Billboard-a verdiyi müsahibədə dedi ki, onun o zaman adı açıqlanmayan ikinci albomu tamamlandı və onu yazıb rejissorluq etdiyi bir film müşayiət edəcək. 2019-cu ilin fevralında Instagram postunda o, albomun "artıq iki il yarımdır ki, hazır olduğunu", çox güman ki, yayın sonunda çıxacağını və ondan əvvəl heç bir sinqlin kommersiya olaraq buraxılmayacağını yazdı. Martines 7 yanvar 2020-ci ildə Instagram hekayələri vasitəsilə "After School" adlı mini-albom buraxacağını elan etdi. Əvvəlcə layihəni 2020-ci ilin yazında yayımlamağı planlaşdırırdı, lakin layihə 25 sentyabr 2020-ci ildə təqdim olundu. == Promosiya == Martinesin pastel sinif otağında yer aldığı tizer videosu 15 may 2019-cu ildə dərc olundu. Mayın 16-da o, sosial media hesabları vasitəsilə albomun üz qabığını təqdim etdi.
K-12 (film, 2019)
K-19
K-19 — keçmiş Sovet Sosialist Respublikaları İttifaqının Hərbi dəniz sualtı gəmisi olub,nüvə silahı ilə silahlanmışdır. 1958 də xizəyə qoyulub, 1959 da dənizə endirilmiş, 12 iyul 1960-cı ildə ilk dəfə donanma bayrağı çəkilmiş və bütün təslim edilmə testləri 12 noyabr 1960-cı il tarixində tamamlanmışdır. İnşaat və xidmət ömürü boyunca keçirdiyi çox saydakı qəzalar səbəbiylə, dənizçilər və zabitlər arasında rəsmi olmayan "Xirosima" ləqəbin ilə tanınmışdır. == Xarakteristikası == Sinif və tipi: Hotel sinfi dənizaltı gəmi Kənar sahə: 4,095 ton Uzunluq: 114 m Şüa: 9.2 m Su çəkilişi: 7.1 m İtələmə gücü: 2 × 70 MW nüvə reaktor,2 xarici turbin, 2 şaxt, 39.200 shp (29 MW) Sürət: 15 kn (28 km/s) su səthi, 26 kn (48 km/s) sualtı Mənzil: 57,500 (26 kn (48 km/s)) Dayanıqlılıq: 60 gün(qida və fiziki sağlamlıq ilə məhdud) Test dərinliyi: 250 m (test) 300 m (hazırlanan) Adam tutumu: 125 zabit və dənizçi == Qəza == 4 iyul 1961 tarixində birinci kapitan Nikolay Vladimiroviç Zateyev (1957–1961)əmrindəki K-19, Cənubi Gronland yaxınlarında təlimlər edərkən reaktor soyutma sistemindəki əhəmiyyətli bir sızıntıdan ötəri, arxa tərəfdə olan reaktorda su təzyiqi sıfıra düşdü və soyutma nasosla vurarının iflasına səbəb oldu. Başqa bir qəzadan ötəri uzun mənzilli telsiz sistemi onsuz da dövrə xarici olduğundan Moskva ilə əlaqə qurulamadı. Reaktor istiliyi idarəsiz bir şəkildə 800 °C'yə (təxminən olaraq yanacaq çubuqlarının ərimə nöqtəsi) çatdı və zəncirləmə reaksiyalar SCRAM (təcili reaktor bağlama) mexanizmi üzərindən ilişən idarə çubuqlarına baxmayaraq davam etdi. Bağlama mexanizmi, soyutma sisteminə ehtiyac duyduğundan reaktor istiləşməyə davam etdi. Zateyev və başqa vəzifəlilərin daha əvvəlki tələblərinə baxmayaraq, hər hansı bir ehtiyat soyutma sistemi qoyulmamışdı. Bu qəza sonrası gəminin bir çox heyəti zərər görmüş bəziləri isə həyatın itirmişlər. == Kapitan == Nikolay Zateyev (1957–1961) V. A. Vaganov (1961–1965 sentyabr) E. Kovalev (sentyabr 1965–1967) Y. F. Beketov (1967–1969) V. M. Tyapkin (1969–1970) Y. S. Pivnev (26 oktyabr 1970 — sentyabr 1973) G. Nikitin (sentyabr 1973–1974) V. F. Musatov (3 iyun 1974–1977) N. Eliseev (1977 28 May — 1978 4 noyabr) V. A. Dmitrov (30 oktyabr 1978–1987) O. E. Adams (15 avqust, 1987–22 sentyabr 1997-ci il) A. A. Gorunov (24 fevral 1998–2001), ekipaj komandiri J. S. Panasiuc (2001–2003) ekipaj komandiri.
K2-19
K2–19 maqnit cəhətdən aktiv olan erkən K tipli və ya gec G tipli əsas ardıcıllıq ulduzudur və parlaqlıqda ~1% variasiya nümayiş etdirən işıq əyrisinə malikdir. O, təxminən 976 işıq ili uzaqlıqda Qız bürcündə yerləşir. Bu ulduzun orbitində üç təsdiqlənmiş tranzit ekzoplanetin olduğu məlumdur. == Planet sistemi == Kəşf Kepler kosmik gəmisinin K2 uzadılmış missiyasının 1-ci Kampaniyasının məlumatlarının təhlili zamanı iki xarici planetin planet namizədləri olduğu bildirildi. Hər iki planet Devid J. Armstronq və K2–19b üçün əlavə tranzitləri aşkar etmək və bir saatlıq tranzit vaxtı dəyişmələrini ölçmək üçün yer əsaslı teleskoplardan istifadə edən əməkdaşları tərəfindən təsdiq edilmişdir. Onlar müstəqil olaraq 20 digər planetlə birlikdə Benjamin T. Montet və komanda tərəfindən təsdiq edilmişdir. K2–19d ilk dəfə K2 Missiyasının[13] birinci ilindən namizədlərin axtarışı zamanı planet namizədi kimi bildirilmiş və daha sonra Sinukoff və digərləri tərəfindən təsdiq edilmişdir. Xüsusiyyətlər K2–19 üç məlum planeti olan bir planet sisteminə malikdir, bunlardan ikisi daha böyük olan K2–19b və K2–19c 3:2 orta hərəkət rezonansına yaxındır.
KamAZ-5460-066-33
KamAZ-5460-066-33 — 2003-cü ildən 2014-cü ilə qədər daş Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunan üçüncü nəsil Rusiya sedel çəkmələri.
KamAZ 5460-046-22
KamAZ 5460-076-63 — 2010-cu ildən etibarən daş Avtomobil Zavodu (Kamaz) tərəfindən istehsal olunan üçüncü nəsil avtomobil xəttinin Rusiya sedel çəkmələri.
Kamal Məmmədov (20 Yanvar şəhidi)
Kanal 13
Kanal13 — Azərbaycanda ilk İnternet TV. 2008-ci il oktyabrın 10-dan 2022-ci ilə qədər canlı yayımlanıb. Saytı fəaliyyət göstərən illərdə (2008–2022) Kanal13 internet televiziyasının saytında bazar günü istisna olmaqla hər gün saat 10:00-dan 22:00-dək müxtəlif verilişləri canlı izləmək mümkün olub. Kanal13 QHT-lərin, hüquq müdafiəçilərinin, gənclər təşkilatlarının, ictimai birliklərin və digər qurum və təşkilatların nümayəndələrinə söz demək, həmçinin irqindən, dilindən, dinindən, cinsindən, milliyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər efir imkanı yaratdığını bildirib. Hal-hazırda sosial şəbəkələrdə fəaliyyətini davam etdirir. Təsisçisi Əziz Orucovdur.
Kanal 13 (Azərbaycan)
Kanal13 — Azərbaycanda ilk İnternet TV. 2008-ci il oktyabrın 10-dan 2022-ci ilə qədər canlı yayımlanıb. Saytı fəaliyyət göstərən illərdə (2008–2022) Kanal13 internet televiziyasının saytında bazar günü istisna olmaqla hər gün saat 10:00-dan 22:00-dək müxtəlif verilişləri canlı izləmək mümkün olub. Kanal13 QHT-lərin, hüquq müdafiəçilərinin, gənclər təşkilatlarının, ictimai birliklərin və digər qurum və təşkilatların nümayəndələrinə söz demək, həmçinin irqindən, dilindən, dinindən, cinsindən, milliyyətindən, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı üçün bərabər efir imkanı yaratdığını bildirib. Hal-hazırda sosial şəbəkələrdə fəaliyyətini davam etdirir. Təsisçisi Əziz Orucovdur.
Kanal 35
Kanal 35 — Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərmiş televiziya kanalı. == Tarixi == "Kanal 35" televiziyası Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 35-ci (1969–2004) ildönümünə həsr edilərək yaradılmışdır. "Kanal 35" ilk vaxtlar ayda 15 gün 5 saatlıq yayımla fəaliyyətə başlayıb. 2004-cü il sentyabr ayının 1–dən etibarən yayım müddəti 1 saat artırılıb. Lakin getdikcə yüksələn tamaşaçı marağı televiziyanın 8 saatlıq efir müddəti ilə yayımlanmasına gətirib çıxarıb. 2005-ci il mart ayının 7–dən 10 saatlıq efir müddəti müəyyənləşdirilib. Hazırda "Kanal 35" 16 saatlıq efir müddəti ilə yayımlanır. 2008-ci ildən etibarən "Kanal 35" "Naxçıvanın səsi" radiosu ilə birləşdirilmiş, Televiziya və Radio Verilişləri Redaksiyasının tərkibində öz fəaliyyətini davam etdirmişdir. 2008-ci ildən etibarən kanalda əsaslı dəyişikliklər olmuş, ilk olaraq "Dublyaj" redaksiyası fəaliyyətə başlamışdır. Naxçıvan Muxtar Respublikası tərəfindən kütləvi informasiya vasitələri maddi-texniki baza ilə təchiz olunub, onların fəaliyyəti üçün iş şəraiti yaradılıb.
Keshet 12
«Keshet 12» (ivr. ‏‎קשת 12‎‏‎) — İsrail özəl telekanalı. Telekanal «Keshet Media Group» şirkətinin bir mülküdür. «Channel 2» kanalının əvəzinə yaradılan telekanal yayıma 1 noyabr 2017-ci ildə başlamışdır. == Tarixi == İsrailin «Channel 2» kanalı «İkinci Televiziya və Radio Şirkəti» tərəfindən idarə olunurdu. Lakin kanal «Keshet Media Group» və «Reshet» şirkətləri tərəfindən maliyyələşdirilmişdir. İsrailin yayım sistemində həm özəl, həm də dövlət kanallarının müxtəlifliyini və rəqabətini artırmaq məqsədilə keçirilən islahatlar nəticəsində «Channel 2» bağlanmışdır. «Keshet 12» və «Reshet 13» telekanalı ilə birlikdə 1 noyabr 2017-ci ildə yayıma başlamışdır. «İsrail Televiziya Xəbərlər Kompaniyası» hər iki kanalda xəbər proqramlarını təqdim etməyə davam edir. Əsas xəbər bülleteni hər iki kanal tərəfindən ortaq şəkildə yayımlanır, digər proqramlar isə iki kanal arasında bölünmüşdür.
Kh-22
Kh-22 NATO kod adı AS-4 Kitchen olan Rusiya istehsalı olan ABŞ aviadaşıyıcılarına qarşı yaradılmış olan bir döyüş raketidir.
La Liqa 1929-30
Primera División'nun 1929-30 sezonuna dekabrın 1-i 1929-cu il tarixində start verildi. 10 komandanın iştirak etdiyi bu sezon 1930-cu il martın 30-da sona yetdi. == Komandalar == == Yekun cədvəl == == Nəticələr == Sol tərəfdəki klublar ev sahibi, üst tərəfdəki klublar isə səfər komandası olaraq nəzərə alınır.
La Liqa 1930-31
La Liqa'nın bu sezonuna 1930-cu il dekabrın 7-də start verildi. Sezon 1931-ci il 5 aprel tarixində başa çatdı. 1930-31 sezonunda iştirak edən klublar: == Komandaların yerləri == == Yekun cədvəl == == Nəticələr == Sol tərəfdəki klublar ev sahibi, üst tərəfdəki klublar isə səfər komandası olaraq nəzərə alınır.
La Liqa 1931-32
La Liqa'nın bu sezonuna 1931-cu il noyabrın 22-də start verildi. Sezon 1931-ci il 3 aprel tarixində başa çatdı. 1931-32 sezonunda iştirak edən klublar: 1 İspaniyanın İkinci Cümhuriyyəti dönəmində bütün klubların adından Real sözü götürülmüşdür. == Komandaların yerləri == == Yekun cədvəl == 2 Real Madrid klubu Madrid FK adını alıb. 3 RCD Español klubu CE Espanyol adını alıb. 4 Real Sosyedad became Donostia CF adını alıb. 5 Real Unión klubu Union Club Irún adını alıb. == Nəticələr == Sol tərəfdəki klublar ev sahibi, üst tərəfdəki klublar isə səfər komandası olaraq nəzərə alınır.
La Liqa 2008-09
== Yerdəyişmə == Sequnda -dan yüksələn klublar Numansiya Malaqa Sportinq Xixon Sequnda -ya düşən klublar Saraqosa Mursiya Levante == Turnir cədvəli == == Piçiçi mükafatı == Piçiçi mükafatı bir mövsüm ərzində ən çox qol vuran oyunçuya verilir. Son yenilənmə: 17 may 2009Mənbə: Yahoo! Sport == Zamora mükafatı == Zamora mükafatı bir mövsüm ərzində qapısından ən az qol buraxan qapıçıya verilir.
Lisey № 13 (Rostov-na-Donu)
Lisey № 13 — Rostov-na-Donu şəhərinin ərazisində, Svoboda meydanında, ev 1 ünvanında yerləşən təhsil ocağı. Bina Nikolay Nikitiç Durbaxın layihəsi əsasında 1892-ci ildə inşa edilmişdir. Binada ilk əvvəllər Naxçıvan-na-Donuda yerləşir və Yekaterina Qızlar gimnaziyası adlanırdı. Məktəbin binası Rusiyanın yerli əhəmiyyətli mədəni irs obyekti siyahısına daxil edilmişdir. == Tarixi == XIX əsrin sonları Naxçıvan-na-Donuda qızlar gimnaziyası yaradılmışdı. Gimnaziya şəhərin əsasını qoyan imperatriça II Yekatrinanın şərəfinəadlandırılmışdır. Gimnaziya üçün bina Nikolay Nikitiç Durbaxın layihəsi əsasında 1892-ci ildə inşa edilmişdir. İlk əvvəllr binanın iki mərtəbəsi mövcud idi. Yekatrina qızlar gimnaziyası şəhərin ən elit təhsil ocağı sayılırdı. Burada din, fransız dili, rus dili, coğrafiya, tarix, tikiş, rəssamlıq öyrədilirdi.
Lockheed Martin F-22 Raptor
"F-22 Raptor" – Amerika Birləşmiş Ştatlarının Lockheed Martin, Boeing və "General Dinamics" şirkətlərinin birgə layihəsi əsasında istehsal edilən çoxməqsədli, iki mühərrikli hərbi döyüş təyyarəsi. “F-22 Raptor” qırıcıları hal-hazırda dünyada yeganə fəaliyyətdə olan beşinci nəsil qırıcı təyyarələrdir. Radarlar tərəfindən tutulması çətin olan bu bir nəfərlik qırıcı təyyarə yerdəki hərbi obyektləri məhv etmək, kəşfiyyat və radioelektron mübarizəsi aparmaq imkanına malikdir. ”F-22”-nin bortunda iki ədəd yaxın məsafəli “AIM-9X” və altı ədəd “AIM-120” zenit raketləri yerləşdirilib və bu təyyarələr “hava-yer” tipli raketlər də daşıya bilir. ”F-22” təyyarələri qurudakı hədəfləri vurmaq üçün radarlardan yayınma qabiliyyətinə malikdir. ”F-22”də olan müxtəlif cihazlar kompleksi onun kəşfiyyat məlumatları toplamasına və düşmənin radio siqnallarını tutmağa köməklik göstərəcək. Düşmənin radiolokasiya sistemi onun yerini müəyyənləşdirənədək “F-22”-lər istənilən məlumatı əldə edərək təhlükəli sahəni çoxdan tərk edə bilər. == Tarixi == 1978-ci ildə Amerikanın kəşfiyyat peykləri SSRİ ərazisində hərbi bazada uçuş zolaqlarında 2 yeni müəyyən edilməmiş təyyarə aşkarlayır, və sonradan bəlli olur ki, bu təyyarələr SSRİ-nin ən qabaqcıl Su-27 və Miq-29 təyyarələridir. Hər iki yeni təyyarənin müasir Amerikan təyyarələrinin manevrlilik üstünlüyünü kəskin şəkildə azaldacağı gözlənilirdi. Artıq 1981-ci ildə HHQ hələ yenicə orduya qəbul olunmuş F-15-lərin əvəzlənməsi üçün aerokosmik kompaniyalara TTD proqramındakı təyyarənin malik olmalı xüsusiyyətlər barədə məsləhət almaq üçün müraciət etdi.
Lockheed Martin F-35 Lightning II
F-35 Joint Strike Fighter (JSF)- Amerika Birləşmiş Ştatları və Böyük Britaniya tərəfindən müştərək istehsal edilən, beşinci nəsil, radara görünməyən (stealth), tək pilotlu, tək mühərrikli hərbi döyüş təyyarəsidir. Beşinci nəsil qırıcı təyyarə yerdəki hədəfləri məhv etmə və hava döyüşü aparmaq üçün inkişaf etdirilib. F-35 təyyarəsinin 3 əsas növü var: F-35A - ənənəvi qalxma və enmə variantı, F-35B - sürətli qalxma və şaquli enmə variantı və F35C - aviadaşıyıcılar üçün hazırlanmış katapultla tez qalxma variantı. 31 iyul 2015-də ilk F-35 eskadrilyası ABŞ-də keçirilən intensiv test və yoxlamadan sonra xidmət üçün hazır elan edildi. F-35 Müştərək Qırıcı Təyyarə proqramının tenderində qalib olan X-35-dən törəyib. Lokhid Martin aerokosmik şirkətinin mütəxəssisləri tərəfindən dizayn olunaraq hazırlanıb. Qırıcının təkmilləşdirilməsində 9 ölkə iştirak edib. 2020-ci ildən artıq bir ədədi 80 milyon dollara olacaq təyyarələrin 2023-cü il satış qiymətinin 80 milyon dollardan da az olması gözlənilir. Buna səbəb kimi isə ABŞ Müdafiə Nazirliyi ilə aparılan danışıqlar nəticəsində çoxillik kontraktın imzalanması göstərilir. 2019-cu ildə F-35A-nın qiyməti 89,2 milyon, F-35B-nin 115,5 milyon, F-35C-ninki isə 107,7 milyon dollar dəyərindədir.
Maddə 22
«Maddə 22» (ing. Catch-22) — amerikalı yazıçı Jozef Hellerin qara yumor və satira janrında olan romanı. Roman 1953-cü ildə yazılmağa başlamış və ilk dəfə 1961-ci ildə çap edilmişdir. Əsərdə hadisələr İkinci dünya müharibəsi illərində cərəyan edir. XX əsrin ən yaxşı əsərlərindən biri hesab olunur. == Maraqlı faktlar == Əsərin baş qəhrəmanı Yossarian yazdığı məktublara məşhur amerikalı yazıçı Vaşinqton İrvinqin adı ilə imza atır. Belə imza atmaq onu bezdirdikdə isə ad və soyadın yerini dəyişib imza atır. Romanın mətnində Yossarian assuriyalı adlanır. Romanın davamı sayılan "Bağlanma vaxtı" əsərində Yossarian dostlarına deyir ki, onun adı milliyətcə assuriyalı olan dostu Frensis Yohannenin adının sintezindən əmələ gəlib. Əsər çap olunduqdan sonra "Maddə 22" ifadəsi ABŞ-də çox məşhurlaşır.
Madrid müqaviləsi (13 yanvar 1750)
Madrid anlaşması Beynəlxalq müqavilə olub İspaniya və Portuqaliya arasında 13 yanvar 1750-ci ildə Madriddə imzalanmışdır. Anlaşmada iki ölkə arasında Cənubi Amerikadakı torpaqlarında sərhədlərin müəyyənləşməsini nəzərdə tuturdu.Katolik kilsəsinin dəstəyi ilə imzalanmış Tordesilyas müqaviləsi koloniyada 46-cı horizontalın sərhəd olmasını nəzərdə tuturdu.Bu anlaşmaın şərlərini pozan Portuqaliya ərazini 46-cı horizantaldan qərbə doğru genişləndirildi.Madrid anlaşmasına əsasən hər iki ölkə Tordesil anlaşmasının şərtlərinin ləğv edilməsini qəbul edir.Portuqaliyanın ələ keçirdiyi torpaqlar onun mülkiyyəti elan edilir.Utrxt anlaşmasını 5-7 ci maddələri öz gücünü itirir.26-cı madfələrə bu şərtlər əlavə edilir: Sakremento koloniyası İspaniyaya verilir.Ru Qrandi du Sul vilayyəti Portuqaliyanın nəzarətində qalır.Portuqaliya Uruqvay çayına kiçik dar çıxış əldə edir. Portuqaliya İspaniyanın lehinə Yuxarı La Plata çayı hövzəsində Xapuri çayından qərbindəki torpaqlarını və Sakrementonu imtina etməli olur. İspaniya və Portuqaliya arasında müharibə baş verərsə bu torpaqlar neytral elan edilir.Koloniyada yaşayanlar bu müharibələrə cəlb edilə bilməz. Cənubi Amerikada olan limanlarına xoşlanmayan ölkələrin gəmilərinin və tacirləri buraxılmamalıdır. Bu müqavilənin şərtlərinə görə ardıq indiki Braziliyanın ərazisi formalaşır.Sərhədlərin müəyyənləşməsi üçün Quarani müharibəsinə adlanan Yuxarı Uruqvaya yeddi hərbi missiya təşkil edilir.Madrid anlaşması El Pardo anlaşmasına əsasən ləğv edilir.Bu ərəfədə Portuqaliya Yeddi İllik müharibəyə cəlb edilir.Sakremento yenidən işğal edilir və İspaniya bu torpağı Fonyeneblo və Paris anlaşmasında güzəştə getməli olur. Bununla belə La Plata vitse kralı Braziliyaya hücum edərək portuqaların ordusunu darmadağın edir.Hətta Braziliyanın itirilməsi təhlükəsi yarandığından San İldefonso anlaşmasını imzalamalı olur. Britaniya dan qələcək dəstək demək olar ki ABŞ İstiqlal müharibəsinə cəlb olması ilə mümkünsüzləsir.