Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ağar Xan
Ağar Xan - türk, Altay və yakut mifologiyalarında canlılar tanrısı. "Ar Toyon" olaraq da bəhs edilər. Yer üzündəki bütün proseslərdə, insanlara və digər canlılara görə məsuliyyət daşıyır. Yakut dilində "Ürüng Ağar Xan" olaraq bəhs edilir. == Arıl xanım == Arıl Xanım - türk və altay mifologiyasında təmizlik tanrıçası. Ağar Xanın arvadıdır. Bir çox arı şanı vardır və arı eyni zamanda təmizliyi işarələr. Arı şanlarına qoruyucu ruhlar (iyeler) göndərir. Arı sözü saf, təmiz deməkdir. == Etimologiya == (Ağ / Ak) kökündən törəmişdir.
Ağarx
Ağarx — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Ağarx Ağsu rayonunda kənd. Şirvan düzündədir. Yaşayış məntəqəsi eyni-adlı arxın yaxınlığında salındığı üçün belə adlandırılmışdır. Hidronim isə ağ (Şəffaf) və arx (süni suvarma kanalı) sözlərindən düzəlib. == Din == Kənddə Ağarx kənd məscidi dini icması fəaliyyət göstərir.
Ağarak
Ağarak Qudaut, Maxaradze və Qardabani rayonlarında kənd adları. == Toponimkası == Ağarak- Qudaut, Maxaradze və Qardabani rayonlarında kənd adları."Ağaraki" sözü Gürcüstanda X əsrə aid gürcü mənbəyində çəkilmişdir. N.Y.Marr bu sözü rus dilində "malikanə" kimi tərcümə etmişdir (yenə orada). Müasir gürcü dilində də bu söz həmin mənadadır. Orta əsrlərdə aqarak (əkərək) sözü feodala və kilsəyə məxsus iri torpaq sahəsi və malikanəni bildirirdi. İslam mənbələrində aqarak sözü məzrə ("əkin sahəsi") sözü ilə əvəz olunmuşdur. Həqiqətdə də aqarak (əsl i əkərək) sözünün kökünü şumer dilində aqar ( "akar") "əkin", "əkilən yer" sözü təşkil edir.
Ağaran danaqıran
Ağardıcı gillər
Ağardıcı gillər – müxtəlif maddələrin, əsasən, mayelərin boyayıcı, zərərli və çirkləndirici qarışıqlardan təmizlənməsində istifadə edilən faydalı qazıntılar. Ağardıcı gillərin tərkibində 4–10% qələvi və qələvi-torpaq metallar olan alümosilikatların hidratlarından ibarətdir. Ağardıcı gillərin təbii və ya aktivləşdirilmiş halda tətbiqi onların piqmentləri, selikləri, xıltı, qatranları və s. udmaq qabiliyyətinə əsaslanır. Ağardıcı Gillərin əsas kütləsi tərkibində kvars, çöl şpatı, biotit, piroksen və digər minerallar qarışığı olan gilli minerallardan-montmoril lonit, beydellit və saponit ibarətdir. Onların tərkibində ölçüsü 0,01 millimetrdən az olan hissəciklər üstünlük təşkil edir. Ağardıcı Gillər tərkibində çox miqdarda suyun olması və yüksək udma qabiliyyəti ilə səciyyələnir. Ağardıcı Gillərə, başlıca olaraq, Təbaşir, Paleogen və Neogen dövrləri çöküntülərində, vulkanik sahələrdə rast gəlinir. Gillərlə yanaşı, neft məhsullarını, bitki yağlarını, piyləri, sirkəni, şərabı, meyvə şirələrini təmizləmək ücün trepel və opokadan, şəkər sənayesində, əsasən, diatomit kimi ağardıcı torpaqlardan istifadə edilir. Gildən fərqli olaraq bunlar turşularla aktivləşdirildikdən sonra öz adsorbsiya xassələrini artırmır.
Ağardıcı əhəng
Ağardıcı əhəng və ya xlorlu əhəng — pambıq və kətan parçaları ağartmaq üçün işlədilən qarışıq xlorid-kalsium hipoxlorit. İlk dəfə 1799-cu ildə Çarlz Tennant tərəfindən hazırlanmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == Зефиров Н. С. и др. т.5 Три-Ятр // Химическая энциклопедия. М.: Большая Российская Энциклопедия. 1998. ISBN 5-85270-310-9. Менделеев Д. И. Основы химии. Москва, Ленинград, ГНТИХЛ. 1947. == Xarici keçidlər == Ağardıcı əhəng // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Ağarmış yovşan
Ağarmış yovşan (lat. Artemisia incana) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin yovşan cinsinə aid bitki növü. == Arealı == İranda, Türkiyədə, Qafqazda geniş yayılmışdır. == Botaniki təsviri == Yarpaq ayası enli, dəyirmi, lələkvari və ya üçər parçalanmış, uc paycıqları neştərvari və ya xətvari neştərşəkilli, sivrivari və ya bəzən dəyirmivaridir. Səbəti çox böyük olmayıb, sıx dəstəvari, qalxanda əyilmiş, zoğların ucunda qalxanvari, süpürgəvari hamaş çiçək qrupu əmələ gətirir. Tacın ucları tükcüklüdür. Avqust ayında çiçəkləyir, sentyabr ayında meyvələri yetişir. == Ekologiyası == Rütubətə davamlı, işıqsevən, bəzən kölgəli ərazilərdə də bitir. Torpağa tələbkar deyildir. == Azərbaycanda yayılması == Kiçik Qafqazda yayılmışdır.
Ağarx bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Ağarza Qafarov
Ağarza Nurməmməd oğlu Qafarov (23 yanvar 1920, Bakı – 5 may 1999) — Azərbaycan-sovet dövlət xadimi, Azərbaycan SSR ticarət naziri (1963–1968). == Həyatı == Ağarza Qafarov 1920-ci ildə fəhlə ailəsində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirmişdir.1939–1944-cü illərdə Sovet Ordusunda xidmət edən Ağarza Qafarov Böyük Vətən müharibəsində iştirak etmişdir. 1944–1949-cu illərdə rəhbər komsomol işində, 1949–1954-cü illərdə Azərbaycan SSR Ehtiyat Əmək Qüvvələri İdarəsi rəisinin müavini, Kinolaşdırma İdarəsinin rəisi işləmişdir. 1954-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Bədən Tərbiyəsi və İdman Komitəsinin sədri, 1959–1963-cü illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (KP MK) işlər müdiri olmuşdur. 1963–1968-ci illərdə Azərbaycan SSR ticarət naziri, 1968-ci ilin iyunundan isə Azərbaycan SSR neftçıxarma sənayesi nazirinin müavini vəzifələrində çalışmışdır.Ağarza Qafarov 1955–1957-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi bürosunun üzvü, 1958–1959-cu illərdə Azərbaycan Kommunist Partiyası Təftiş Komissiyasının üzvü, 1960–1963-cü illərdə Mərkəzi Komitə üzvlüyünə namizəd, 1964-cü ildən isə Mərkəzi Komitənin üzvü olmuşdur. 7-ci çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir. == İstinadlar == == Xarici keçidlər == "Кафаров Агарза Нурмамедович" (rus). Подвиг народа. İstifadə tarixi: 5 yanvar 2022.
Ağarza Quliyev
Ağarza Səməndər oğlu Quliyev (22 dekabr 1898, Lənkəran – 15 sentyabr 1976, Bakı) — Azərbaycan rejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1960). == Həyatı == Ağarza Səməndər oğlu Quliyev 22 dekabr 1898-ci ildə Lənkəranda anadan olub. 1924–cü ildə Azərbaycan Teatr məktəbini, 1927–ci ildə isə Kinofabrikanın nəzdində kino emalatxanasını bitirib. 1936-cı ildə Lətifə Həsənova ilə ailə qurub. Ağarza Quliyev 15 sentyabr 1976-cı ildə Bakıda vəfat edib. == Fəaliyyəti == 1924-cü ildən kinoda fəaliyyətə kinoaktyor kimi başlayıb, 1934-cü ildən kinorejissor kimi fəaliyyətini davam etdirib.Azərbaycan kinosunda 50 illik fəaliyyəti nəticəsində 25-dən çox filmin üzərində işləmiş, rejissor olaraq "Almaz", "Yeni horizont", "Qara daşlar", "Səhər", "Ulduz", "Mən ki gözəl deyildim" tammetrajlı bədii filmlərini çəkmiş, bir neçə filmdə aktyor kimi də çəkilmişdir.Eyni zamanda dublyaj sahəsində də əməyi olan rejissor bir çox filmlərin dilimizə tərcümə edilməsi üzərində işləmişdir. == Mükafatları == Azərbaycan SSR əməkdar incəsənət xadimi fəxri adı — 1960 == Filmoqrafiya == Aktyor kimi Bayquş (film, 1924) (tammetrajlı bədii film) (rol: Əli) Balıqçılar (film, 1927) (qısametrajlı bədii film)(rol: balıqçı) Gilan qızı (film, 1928) (tammetrajlı bədii film) (rol: Əli) İlk komsomol buruğu (film, 1930) (tammetrajlı bədii film) (rol: Məmməd) Qızıl kol (film, 1930) (tammetrajlı bədii film) Əlsiz adamlar (film, 1932) (tammetrajlı bədii film) (rol: Şərif) Тринадцать (On Üç) (film, 1936) (tammetrajlı bədii film) (rol: Quliyev) Bir məhəllədən iki nəfər (film, 1957) (tammetrajlı bədii film) Sən niyə susursan? (film, 1966) (tammetrajlı bədii film) (rol: kənd müəllimi) Mən ki gözəl deyildim (film, 1968) (tammetrajlı bədii film) (rol: Rəhim baba) Sevil (film, 1970) (tammetrajlı bədii film) (rol: Babakişi)Rejissor assistenti kimi Bismillah (film, 1925) (tammetrajlı bədii film) Qızıl kol (film, 1930) (tammetrajlı bədii film) 26 komissar (film, 1932) (tammetrajlı bədii film)Rejissor köməkçisi kimi Hacı Qara (film, 1929) (tammetrajlı bədii film)Rejissor kimi Direktiv bant (film, 1932) (qısametrajlı bədii film) Azərbaycan diviziyasının düşərgələrində (film, 1932) (qısametrajlı sənədli film) Dostlar (film, 1934) (qısametrajlı bədii film) Almaz (film, 1936) (tammetrajlı bədii film) Yeni horizont (film, 1940) (tammetrajlı bədii film) Vətən oğlu (film, 1941) (qısametrajlı bədii film) Bəxtiyar (film, 1942) (qısametrajlı bədii film) Qara daşlar (film, 1956) (tammetrajlı bədii film) Səhər (film, 1960) (tammetrajlı bədii film) Ulduz (film, 1964) (tammetrajlı bədii film) Mən ki gözəl deyildim (film, 1968) (tammetrajlı bədii film)Ssenari müəllifi kimi Ulduz (film, 1964) (tammetrajlı bədii film) Mən ki gözəl deyildim (film, 1968) (tammetrajlı bədii film) == İstinadlar == == Mənbə == Azad, Ə. “Kinostudiyada bir gün” [Reportaj] //Ədəbiyyat və incəsənət.- 1964.- 13 iyun. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu.
Ağarza Quliyev. Kino tarixində imzası olan... (film, 2013)
Ağarza Quliyev. Kino tarixində imzası olan... qısametrajlı sənədli televiziya filmi rejissor Elvin Vəlimətov tərəfindən 2013-cü ildə çəkilmişdir. Film Azərbaycan televiziyasında istehsal edilmişdir. Film Azərbaycan kinosu tarixində əvəzsiz rolu olan, öz dəst-xətti, öz imzası olan rejissor Ağarza Quliyevin kino sənətindən bəhs edir. Filmdə rejissorun çəkdiyi filmlərdən fraqmentlər əks etdirilir. == Məzmun == Film Azərbaycan kinosu tarixində əvəzsiz rolu olan, öz dəst-xətti, öz imzası olan rejissor Ağarza Quliyevin kino sənətindən bəhs edir. Ağarza Quliyev 1927–ci ildə Kinofabrikanın nəzdində kinoemalatxanasını bitirib. 1924-cü ildən kinoda fəaliyyətə kinoaktyor kimi başlayıb, 1934-cü ildən kinorejissor kimi fəaliyyətini davam etdirib. Azərbaycan kinosunda 50 illik fəaliyyəti nəticəsində 25-dən çox filmin üzərində işləmiş, rejissor olaraq "Almaz", "Yeni horizont", "Qara daşlar", "Səhər", "Ulduz", "Mən ki gözəl deyildim" tammetrajlı bədii filmlərini çəkmiş, bir neçə filmdə aktyor kimi də çəkilmişdir.Filmdə rejissorun çəkdiyi filmlərdən fraqmentlərə yer verilmişdir.
Ağarəfi Ağayev
Ağarəfi Hilal oğlu Ağayev (1911, Maştağa, Bakı qəzası – 1978) — kimya elmləri doktoru, professor. == Həyatı == Ağarəfi Ağayev 1911-ci ildə Bakı şəhərinin Maştağa qəsəbəsində bəy ailəsində anadan olmuşdur. 1927-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin təbiət fakültəsinə daxil olmuş, 1931-ci ildə həmin fakültəni bitirmişdir. 1934-cü ilə qədər orta məktəb direktoru işləmişdir. 1934-cü ildə Gertsen adına Leninqrad Pedaqoji İnstitutunun aspiranturasına daxil olmuş, 1938-ci ildə namizədlik, 1970-ci ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1938-ci ildən onun sonrakı fəaliyyəti Bakı Dövlət Universiteti ilə bağlı olmuşdur. O, 1970-ci ilə qədər BDU-nun Qeyri-üzvi kimya kafedrasının dosenti, 1952–1957-ci illərdə həmin kafedranın müdiri vəzifələrində çalışmışdır. 1947–1949-cu illərdə Azərbaycan Dövlət Tibb İnstitutunda, 1954–1956-cı illərdə Azərbaycan Politexnik İnstitutunda da dərs demişdir. 1972-ci ildə "qeyri-üzvi kimya" ixtisası üzrə professor adını almışdır. 1971–1978-ci illərdə BDU-nun Kimya-texnologiya kafedrasının müdiri vəzifəsində çalışmışdır.
Ağarəfi Rəhimov
Ağarəfi Hacıbaba oğlu Rəhimov (9 may 1952, Bakı – 25 oktyabr 2005, Bakı) — Azərbaycan aktyoru. == Həyatı == Ağarəfi Hacıbaba oğlu Rəhimov 1952-ci il 9 mayda Bakı şəhərində anadan olub. Ağarəfi Rəhimov ilk sənət təhsilinə 182 saylı orta məktəbin dram dərnəyində başlayıb. 1970-ci ildən əmək fəaliyyətinə başlayıb.1972-ci ildə İncəsənət İnstitutunun aktyorluq fakültəsində daxil olub və Rza Təhmasibin kursunda təhsil alıb. İlk səhnə fəaliyyətinə Şəki Dövlət Dram Teatrından başlayıb. 1977–1988-ci illərdə Musiqili Komediya Teatrında çalışmışdır.1988–1996-cı ildə Bakı Bələdiyyə "Tənqid Təbliğ" Teatrında da çalışıb. 1996-cı ildən Musiqili Komediya Teatrında yenidən aktyor fəaliyyətinə başlamış və ömrünün sonuna qədər həmin teatrda çalışmışdır.Ağarəfi Rəhimov Binəqədi Xalq Teatrının rejissoru olmuşdur.25 oktyabr 2005-ci ildə işə gələrkən evində ürəktutmasından vəfat etmişdir. == Filmoqrafiya == Ağarəfi Rəhimov aşağıdakı filmlərdə çəkilmişdir: Birisigün, gecəyarısı... (film, 1981) Üzeyir ömrü (film, 1981) Evlənmək istəyirəm (film, 1983) İşarəni dənizdən gözləyin (film, 1986) Özgə ömür (film, 1987) Gülüş sanatoriyası (film, 1989) Qətl günü (film, 1990) Şirbalanın məhəbbəti (film, 1991) Yük (film, 1995) Kənddən gələn var (film, 1997) Kənddən gələn var.
Ağarəhim Rəhimov
Ağarəhim Nüsrət oğlu Rəhimov (26 oktyabr 1948, Ucar rayonu) — nasir, publisist, dramaturq, ssenarist, 1998-ci ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü, pedaqoji elmlər doktoru (1993), professor (1993). == Həyatı == Ağarəhim Rəhimov 26 oktyabr 1948-ci ildə Ucar rayonunun Boyat kəndində anadan olub. 1965-ci ildə Boyat kənd orta məktəbini, 1972-ci ildə Gəncə Dövlət Pedaqoji İnstitutunu bitirib. 1972-ci ildə doğma kəndində müəllim, 1972–1974-cü illərdə tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. 1976-cı ildə Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda elmi işçi, 1985-ci ildə şöbə müdiri olub. 1985-ci ildə namizədlik, 1993-cü ildə doktorluq dissertasiyaları müdafiə edib. 1992-ci ildə Bakı Qızlar Universitetini təsis edib. Həmin ildən onun rektorudur. A. N. Rəhimovun elmi fəaliyyəti "Ana dili tədrisinin aktual problemləri"nə həsr olunub. Onun 300-dən artıq elmi-nəzəri və praktik məqaləsi, ana dili tədrisinin problemlərinə aid 46 kitab və kitabçası, o cümlədən IV sinif üçün "Azərbaycan dili", ali pedaqoji məktəblərin pedaqoji fakültələri üçün "Ana dilinin tədrisi metodikası" dərslikləri, "Azərbaycan dilindən sintaksisin tədrisinin nəzəri və praktiki əsasları" və "İbtidai siniflərdə oxu təlimi", "Azərbaycan dili dərslərində şagirdlərdə monoloji nitqin inkişafı", "Şagirdlərin obrazlı nitqinin inkişafı" monoqrafiyaları çap olunub.
Ağarəhim Əlizadə
Ağarəhim Əlizadə — 1896-cı ildə Bakıda məşhur sınıqçı Hacı Məmmədrəhimin ailəsində anadan olmuşdur. == Elmi fəaliyyəti == 1928-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra, Semaşko adına xəstəxananın (indiki 1 saylı Mərkəzi xəstəxananın) cərrahiyyə şöbəsində akademik M. Mirqasımovun yanında işləmiş, tələbələrə travmatologiyadan dərs demiş, bununla yanaşı namizədlik dissertasiyası üzərində çalışmışdır. Bir çox tədqiqatları nəticəsində travmatologiya elminin bu sahəsində öz sözünü demiş, 30-cu illərdə xarici fiksasiya aparatının ilk nümunəsini yaratmışdır. Apardığı tədqiqatlar nəticəsində "Yuxarı ətraf sınıqlarının yeni vintdartıcı aparatla müalicəsi" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Tibb elmlari namizədi A. Əlizadə xarici fiksasiya aparatlarinin bir neçə növünü yaratmış və onları müxtəlif elmi konfranslarda nümayiş etdirmişdir. A. Əlizadə Böyük Vətən müharibəsində cərrah işləmiş, müharibədən qayıtdıqdan sonra düzəltdiyi aparatları daha da təkmilləşdirmiş, lakin vaxtsız ölüm bu işləri yarımçıq qoymuşdur. == Ağarəhim Əlizadə haqqında alimlərin fikirləri == Moskvada işləyən həmyerlimiz, N.A. Semaşko adına Moskva Tibb Stomatologiya İnstitutunun travmatologiya, ortopediya və hərbi səhra cərrahiyyəsi kafedrasının müdiri, Moskva Mərkəzi Travmatologiya-Ortopediya İnstitutunun laboratoriya rəhbəri, Rusiya Federasiyasının baş ortopedi, Moskva şəhərinin sağlamlıq üzrə baş mütəxəssisi, SSRİ Dövlət və Piroqov adına mükafatlar laureatı, professor Aydın Salar oğlu İmaməliyev yazır: "Doktor Əlizadə ilə mənim ilk və yadda qalan görüşüm tələbəlik illərinə təsadüf edir. Biz beşinci kurs tələbələri kafedrada akademik M. Mirqasimovun yanında travmatologiyanı öyrənirdik. Mühazirələrdə Mirqasimov həkim Əlizadənin adını qürur hissi ilə çəkir və deyirdi ki, mənim travmatoloji problemləri dərindən bilən, ən mürəkkəb travmatoloji məsələlərin həllində çox qiymətli təkliflər irəli sürən sənətkar həkim-travmatoloq Ağarəhim Əlizadə kimi köməkçim vardır. Həkim Əlizadə zəhmətsevərliyi ilə seçilirdi.
Ağarəhimli
Ağarəhimli — Azərbaycan Respublikasının Saatlı rayonunun inzibati ərazi vahidində kənd.
Ağarəhimoba
Ağarəhimoba — Azərbaycan Respublikasının Xaçmaz rayonunun Qımılqışlaq inzibati ərazi vahidində kənd. == Adının mənası == "Ağarəhimoba" sözü etnotoponimdir. Kəndin adı 1917-ci ildə "Ağarəhim" şəklində qeydə alınmışdır. == Tarixi == Kəndin yerləşdiyi ərazi əvvəllər Quba rayonunun Cek kəndinə aid qışlaq yeri olmuşdur. Bu ərazidə kəndin yaranması XIX əsrin ortalarına təsadüf edir. Həmin vaxt ceklilərin bir hissəsi bu əraziyə köçərək, burada daimi məskunlaşmışdırlar. Nəticədə də qışlaq kəndə çevrilmişdir. == Coğrafiyası və iqlimi == Məzarçayın sahilindədir. == Əhalisi == Kəndin əhalisinin etnik tərkibini "Şahdağ xalqları"ndan biri olan ceklilər təşkil edir.
Ağarəsul Məmmədov
Ağarəsul Ağamməd oğlu Məmmədov (21 avqust, 1948, Şıxımlı, Kürdəmir rayonu), Azərbaycan Respublikası — kimya üzrə fəlsəfə doktoru. == Həyatı == Ağarəsul Ağamməd oğlu Məmmədov 21 avqust 1948-ci ildə Kürdəmir rayonunun Şxımlı kəndində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra M.Əzizbəyov ad. Neft və Kimya İnstitutuna(ADNSU) daxil olmuşdu, kimyaçı mühəndis-texnoloq ixtisası üzrə, Bakı Ali Partiya Məktəbi, (Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyası), AMEA-nın Y.Məmmədəliyev ad. Neft və Kimya Prosesləri İnstitutunun aspiranturası == Fəaliyyəti == 1973–1980 AMEA Neft-Kimya Prosesləri İnstitutu- mühəndis, baş elmi işçi, 1980–1992 Azərbaycan KP Kürdəmir rayon Komitəsi –təşkilat şöbə müdiri,Rayon XDS – sədr müavini,(I-ci Dərəcəli Dövlət Qulluqçusu) 1993–1994 AMEA İnformasiya Texnologiyaları İnstitutu – şöbə müdiri, 1995- Azərbaycan Respublikası Bakı Şəhər Məhkəməsinin xalq iclasçısı [1] 1994–1997 Azərbaycan Dövlət Torpaq Komitəsi – Dövlət Aktlarının Qeydiyyatı İdarəsinin rəhbəri 1997–2016 Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin (Çağ Öyrətim İşlətmələri şirkəti və Qafqaz Universiteti) elmi məsələlər üzrə müşaviri 2014- Azərbaycan Turizm və Menecment universitetinin menecment kafedrasında == Elmi fəaliyyəti == 3 elmi ixtira və patentin müəllifi (xidməti istifadə üçün), Kimya, biologiya və ekologiya üzrə 50-dən çox elmi və elmi-populyar məqalənin müəllifi, Bir neçə beynəlxalq elmi-praktik konfransın iştirakçısı, Dörd dilli "Kimya terminləri lüğəti" (2012-ci il) dərs vəsaiti, "Azərbaycan Respublikası" yaddaş kitabçasının(2010-cü il) müəllifi, "Azərbaycan Respublikası 1918–1920-ci illərdə" (1995)inzibati xəritəsinin həmmüəllifi, "Ümumi və tətbiqi ekologiyanın əsasları" kitabının (2016-cıil) həmmüəllifi. == Əsas elmi əsərlərin adları == Məmmədov A.A. və başqaları., "Tsikloheksenin alınması üsulları" Müəlliflik şəhadətnaməsi № 639235, 28 avqust 1978-cu il.(xidməti istifadə üçün) Məmmədov A.A.və başqaları., "Metiltsikolpentenlərin alınması üsulları", Müəlliflik şəhadətnaməsi № 695997, 13 iyul 1979-cu il.(xidməti istifadə üçün) Məmmədov A.A.və başqaları., "2-metilpenten-2-nin alınması üsulları" Müəlliflik şəhadətnaməsi № 757507, 28 aprel 1980-ci il(xidməti istifadə üçün) Məmmədov A.A., İsmayılov M.Z., Məhəmmədov İ.K., Musayev M. R. "Pentenlərin florla aktivləşdirilmiş alyuminium oksid üzərində izomerləşməsi", Azərbaycanın Gənc Kimyaçı alimlərinin Konfransı məruzələrinin tezisləri. Bakı, 1975-ci il, səh. 49. Məmmədov A.A. "3-metilpenten-1-in aktiv alyuminium oksid üzərində izomerləşməsi", Y.H.Məmmədəliyevin 70 illik yubileyinə həsr edilmiş respublika elmi konfransında məruzənin tezisi, "Neftkimya və neft emalı", Bakı, 1975-ci il., s.27. Məmmədov A.A., Musayev M.R., Şərifova S.M., Bədirova Q.T., Mirzəyev S. M. "Tsikloheksanolun sintetik seolitlər üzərində dehidratasiyası".
Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi
Qüdsi Vənəndi, Mir Əbdürrəhim, Hacı Mirzə Ağarəhim Qüdsi Vənəndi (1773, Ordubad – 1861, Ordubad) — azərbaycanlı şair. XIX əsrdə yaşamış Ordubad şairlərindən biri. Klassik poeziya və aşıq şeiri formalarında əsərlər Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Divanının 1863-cü ilə aid avtoqraf nüsxəsi Azərbaycan EA Əlyazmaları İnstitutunda saxlanılır. == Həyatı == Qüdsi Vənəndinin doğum və ölüm tarixləri bəlli deyil. Onun əsl adının bir mənbədə Hacı Mirzə Ağa Rəhim Qüdsi Vənəndi, ASE-də isə Mir Əbdürrəhim oduğu qeyd edilir. Ordubadın Vənənd kəndində doğulmuşdur. O şeirlərinin birində göz açdığı Vənənd kəndi haqqında yazır: Ordubaddakı "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən biri olmuşdur. Şeirlərində Füzuli və Nəbati yaradıcılığının təsiri duyulur. Bir divanı qorunub saxlanmışdır.
Murad Ağarzayev
Murad Ağarzayev (d. 16 oktyabr 1998; Sumqayıt, Azərbaycan) — Gimnastikamızın "Qızıl oğlanı" ləqəbli Azərbaycanlı idman gimnastı. == Həyatı == Murad Ağarzayev 16 oktyabr 1998-ci ildə Azərbaycanın Sumqayıt şəhərində anadan olub. == Karyerası == Murad Ağarzayev birinci ciddi uğurunu 2015-ci ildə qazandı. Həmin ildə Ağarzayev, Azərbaycan Çempionatında qüvvəsini sınadı və yarışların qızıl medalına yiyələndi.
Məhəmməd Ağarəhimov
Məhəmməd Ağarəhimov (10 aprel 1899, Tiflis – bilinmir) — Cümhuriyyət tələbəsi. == Həyatı == Məhəmməd Paşasadıq oğlu Ağarəhimov 10 aprel 1899-cu ildə Tiflis şəhərində doğulmuşdur. 1917-ci il sentyabr ayında Tiflisdəki İ.M.Maçaidze gimnaziyasına daxil olmuş və oranı 1918-ci ildə bitirmişdir. Şəxsi işində 1919-cu ildə notarius tərəfindən təsdiq edilmiş kamal şəhadətnaməsinin surəti var. Bu sənəddən aydın olur ki, Məhəmməd gimnaziyada rus, latın, alman, fransız dillərini mükəmməl öyrənmişdir. Riyaziyyat, həndəsə, fizika, geometriya, tarix, coğrafiya və başqa fənlərə yiyələnsə də, gürcü dili və Gürcüstan tarixi fənlərindən azad edilmişdir.
Vüsalə Ağarazıyeva
Vüsalə Naib qızı Ağarazıyeva (d. 12 iyul, 1990, Bakı) – Azərbaycan rəssamı, keramist, Azərbaycanda üçölçülü monumental küçə rəsmini yaradan ilk müasir sənətkar. == Həyatı == Vüsalə Ağarazıyeva 12 iyul 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keramika üzrə bakalavr və magistr təhsili almışdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Azərbaycanda və xaricdə bir sıra qrup və fərdi sərgilərdə onun rəsmləri, instalyasiyaları və video sənətləri nümayiş olunmuşdur. 2012-ci ildən başlayaraq V. Ağarazıyevanın yaradıcılıq emalatxanası Bakıda, İçərişəhərdə yerləşir. == Yaradıcılığı == 2017-ci ildə Bakının qədim İçərişəhər divarlarında üçölçülü (3D) monumental rəsm əsəri təsvir edərək ölkəmizdə belə üsulda monumental küçə rəsmini yaradan ilk sənətkar oldu. Bununla da burada mural art sənətinin inkişafının təməli qoyuldu. 2017-ci ildən 2021-ci ilədək ideya müəllifi və rəssam kimi çalışaraq, komandasının rəssamları Daşqın Bayramov və Ağayar Barışov ilə birlikdə paytaxtın mərkəzi küçələrində və ölkənin bölgələrində fərqli monumental rəsmlər yaratdılar.
Aqar
Aqar (Aqar-aqaroza)- ən möhkəm geləmələgətirmə qabiliyyətinə malik polisaxarid Bir çox polisaxaridlərin sulu məhlulları geləmələgətirmə qabiliyyətinə malikdirlər. Polisaxaridlərin bu xassəsi onların bioloji funksiyaları və praktiki əhəmiyyəti ilə bilavasitə bağlıdır. Polisaxaridlər əsasən okean yosunlarından alınır. Yosunlara okeanın sahilboyu zonalarında rast gəlinir. Qırmızı və qonur yosunlar təmiz "polisaxarid" hazırlayırlar. Onlar özlərində hüceyrələrarası maddə kimi spesifik turş polisaxaridlər saxlayırlar (qonur yosunlarda — algin turşuları, qırmızı yosunlarda- sulfatlaşdırılmış qalaktan turşuları vardır). Bu polisaxaridlərin hətta duru məhlulları möhkəm gel əmələ gətirirlər.Polisaxaridlərin gel əmələ gətirməsi üçün, özəklərdə həlledici (su) olmaqla zəncirvari molekulların fəza toru yaratması lazımdır. Polimerlərin geləmələgətirmə qabiliyyəti əsasən bu torun düyünlərinin təbiəti ilə bağlıdır. Bu zəncirlər arasında kovalent rabitə ola bilər: bu halda fəza toru böyük üçölçülü molekulu xatırladır. Polisaxarid gellərinin ən tipik nümayəndələri fəza torunun düyünlərindəki rabitənin kovalent rabitə olmayanlardır.
Abar
Abar - qədim türk mənşəli tayfanın adıdır. Bu tayfa adının avar variantı da məlumdur. Eramızın II-III əsrlərində Kür sahilində Obaren adlı tayfanın yaşaması ədəbiyyatda göstərilir.V əsr erməni müəllifi Yeqişenin Balasakanda aparan adında tayfanın yaşadığını qeyd etmişdir(21, 96). Etnonim av+ar formasında düzəlmişdir. Tədqiqatçılar ar, ər sözünün türk dillərindəki ər "kişi, qəhrəman, igid" mənasında olduğunu qeyd edirlər. Etnonimin birinci hissəsi olan av elementinə gəlincə isə onun ab variantının işlənməsi türk dilləri üçün xarakterik olan bv keçidi ilə əlaqədardır. Beləliklə, qədim türk tayfasının adı abar(avar) olmuş və bu tayfa Qafqazın müxtəlif regionlarında, o cümlədən də Ermənistan ərazisində yaşamışdır. == Abar sözü ilə bağlı coğrafi adlar == Ermənistanda türk mənşəli abar(avar) tayfasının adından düzəlmiş Aşağıdakı etnotoponimlər qeydə alınmışdır: ABARAN- Irəvan xanlığında mahal adı; Alagöz (Ələyəz) və Pəmbək dağ silsilələri arasında Kasax (əsli Qazax) çayının yuxarı axınında yaylaq adı; İrəvan qəzasında çöl adı, İrəvan xanlığının Abaran mahalında çay adı 1728-ci ildə Irəvan əyal ətinin Karbi nahiyyəsində kənd adı; ABARANOĞLU – 1590-cı ildə Rəvan əyalətinin Abaran nahiyyəsində kənd adı; AVARAN-Irəvan quberniyasının Eçmiadzin qəzasında kənd adı; BAŞ ABARAN - Irəvan xanlığında mahal adı. Əsasında abar(avar) tayfasının adı duran etnotoponimlər yalnız Ermənistan ərazisində yayılmamışdır. Bu etnotoponimin başqa ərazilərdə yayılması da aşkara çıxarılmışdır.
Ahar
Əhər (azərb. اهر‎) — İranın Şərqi Azərbaycan ostanındakı Əhər şəhristanının inzibati mərkəzi. 2016-cı il hesablamalarına görə Şərqi Azərbaycan ostanının ən çox əhali məskunlaşan IV şəhəridir. Əhalisinin sayı 100,641 nəfər və ya 20,844 ailə olmuşdur. Əhər 18 və 19-cu əsrlərdə Qaradağ xanlığının paytaxtı olmuşdur. == Təbii fəlakətlər == 2012-ci il, 11 avqust tarixdə, şənbə günü, günorta saatlarında Təbriz və Əhər şəhərləri yaxınlığında 6.4 və 6.3 gücündə təkanlar baş vermiş və bundan sonra 55-dən artıq afterşok qeydə alınmışdır. Zəlzələdə xeyli sayda insan həlak olmuşdur. == İqtisadiyyatı == 1960-cı illərin əvvələrinə qədər Əhər Qaradağ vilayətinin iqtisadi mərkəzi olmuşdur. Qaradağ vilayətində yaşayan köçəri tayfalar hər il Əhər bazarında öz məhsullarını dəyişdirmiş və ya satmışdırlar. Qaradağ vilayətindən çıxarılan kömür Əhərə gətirilir və buradan da Təbrizə göndərilir.
Akar
Makartur evkalipti (lat. Eucalyptus macarthurii) — mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü. == Təbii yayılması == Növün nümayəndələri Uels ştatının Cənub-şərq hissəsində, Şimali-Şərqi Avstraliyada dəniz səviyyəsindən 600-700 m hündürlükdə yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 45 m-ə çatan, şaxələnmiş, sıx çətirli ağacdır. Qabığı kobud, bəzən pulcuqvari, sınan, yaşlılarda çox qalın və dərin şırımlı, qopub töküləndir. Cavan yarpaqları qarşı-qarşıya düzülüşlü, oturaq, neştərvari, açıq yaşıl rəngli, uzunluğu 2,5-8,5 sm, eni 1-4,5 sm, açıq yaşıl, bəzən göyümtüldür. Çoxillik yarpaqları növbəli, parlaq, saplaqlı, ensiz-neştərvari və ya oraqvari olub, uzunluğu 9-30 sm, eni 1-2,5 sm-ə çatır, qısa, ucu bizdir. Çiçək çətirləri 4-8 çiçəkli olmaqla qoltuqda yerləşir, çiçək saplaqları 5-12 mm uzunluqda, yumru və ya bir az künclü, qönçələri oturaq, silindrik və ya yumurtavari olub, uzunluğu 10 mm, diametri 5 mm, parlaq, künclü, konusvari qapaqlı, uzunluğuna görə kasacıq borucuğuna bərabərdir. Meyvələri ayaqda, yarımşarşəkilli olub, uzunluğu 5 mm, diametri 6 mm, xırda diskli və 3-4 qısa, qabarıq laylıdır. Abşeronda aprel-iyul aylarında çiçəkləyir.
Alar
Alar (əvvəlki adı: Allar)— Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Allar kənd inzibati ərazi dairəsi tərkibindəki Allar kəndi Alar kəndi, Allar kənd inzibati ərazi dairəsi Alar kənd inzibati ərazi dairəsi adlandırılmışdır. == Toponimilası == Etnooykonimdir. == Tarixi == Mənbələr Alar ərazisində qədim şəhər mədəniyyətinin olduğunu təsdiq edir. Alar tarixdə həm də Alar üsyanı ilə tanınır. Xalq XIX əsrin ortalarında alarlar canşalı (cahanşahlı) tayfa birliyinə daxil idilər. Q. Qeybullayev arxiv materiallarına istinad edərək göstərir ki, Canşalı tayfası (cahanşahlu) allar adlanırdı və Lənkəran bölgəsində yaşayırdı. XIX əsrin ortalarında bu tayfa birliyi 102 ailə olmaqla Alar, Hüseynxanlu, Təpəbaşi, Fətullahli, Vəliməmmədli, Cahanşahlı (yaxud Ağalıkənd-Kərim) və Köüzbulaqdan ibarət idi. Göründüyü kimi, faktlar oykonimin Alı adlı şəxslə bağlılığını inkar edir. Həmin ərazidə Alar yaşayış məntəqəsi Alı xana qədər də mövcud olmuşdur.
Anar
Anar (tam adı: Anar Rəsul oğlu Rzayev; 14 mart 1938, Bakı) — azərbaycanlı yazıçı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri. Xalq yazıçısı == Ailəsi == Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakıda vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir. 1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Asar
Asar(lar) - German-skandinav mifologiyasında Asqardda yaşayan ali tanrılara deyilir. Asarların başçı Odin sayır. Digər mədəniyyətlərdə: türk, altay, monqol və tibet mifologiyalarında tanrılar yurdu. Azar olaraq da deyilər. Tanrıların yaşadığı səma deməkdir. Eyni söz tanrı mənasına da gəlir. Azəri millət adının buradan törədiyini irəli sürən bəzi görüşlərdə mövcuddur. Tibet və monqol mətnlərində də iştirak edən, hətta Skandinaviya mifologiyalarında belə bənzər bir sözlə "Aesir" şəklində Tanrılar birliyini ifadə edən ortaq bir ünsürdür. Asarı sözcüyü də Tibetcədə Göy Tanrılarını təyin etməkdə istifadə edilər. Monqolcada asar çadır deməkdir.
Atar
Atar (ərəb. أطار‎) — Mərakeşdə şəhər, Adrar yaylasında ən böyük yaşayış məntəqəsi. == Məlumat == Dəniz səviyyəsindən 270 metr yüksəklikdə, Şum şəhərindən cənubda yerləşir. Adrar vilayətinin və Atar departamentinin mərkəzidir. Şəəhərdən Dakar rallisinin marşrutu keçir. Atarda aeroport, muzey və 1674-cü ildə tikilmiş məscid vardır. Şəhərin iqlimi səhra istisidir. Atarda Mavritaniya hərbi hava qüvvələrinin yay məktəbi yerləşir. == Əhalisi == 2013-cü il məlumatına görə əhalisi 33 008 nəfərdir.
Avar
Avar dili — Qafqazda yaşayan xalqlardan biri olan avar xalqının dili. Avarlar (qafqazdilli) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Avarlar — Avar xaqanlığını quran türk xalqı. Avar xaqanlığı — bu günki Macarıstan, Slovakiya, Rumıniya və Serbiya torpaqlarında 562-823-cü illər arasında hökm sürən Türk dövləti. Ağ Hunlar — Hunların qərb qolu.
Açar
Açar (kilit)
Ağac
Ağac — qol-budağı və gövdəsi oduncaqlaşmış çoxillik bitki. Ağac, ağacların və digər bitkilərin əsas gücləndirici və qida keçirici toxuması və ən bol və çox yönlü təbii materiallardan biridir. Həm gimnospermlər, həm də angiospermlər də daxil olmaqla bir çox botanika növləri tərəfindən istehsal olunan ağac müxtəlif rənglərdə və taxıl naxışlarında mövcuddur. Ağırlığına görə güclüdür və elektrik enerjisini izolyasiya edir və arzu olunan akustik xüsusiyyətlərə malikdir. Bundan əlavə, o, metal və ya daş kimi rəqabət aparan materiallarda olmayan “istilik” hissi verir və nisbətən asanlıqla işlənir. Material olaraq ağac insanlar Yer üzündə görünəndən bəri istifadə olunur. Bu gün texnoloji tərəqqiyə və metallar, plastiklər, sement və digər materiallarla rəqabətə baxmayaraq, ağac ənənəvi rollarının əksəriyyətində yerini qoruyur və onun xidmət qabiliyyəti yeni istifadələr hesabına genişlənir. Taxta, mebel və kontrplak kimi məşhur məhsullara əlavə olaraq, ağac ağac əsaslı panellər, sellüloz və kağız və bir çox kimyəvi məhsullar üçün xammaldır. Nəhayət, odun hələ də dünyanın əksər hissəsində mühüm yanacaqdır. == Xarakteristikası == İnkişaf etmiş kök, gövdə, yarpaq, çiçək, meyvə və toxuma malik olan ağaclar ali bitkilərdir.
Ağal
Ağan
Ağyar
Ağyar (Dərələyəz) — Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Ağyar — Babək rayonu ərazisində dağ; Ağyar — Laçın rayonunun Qanqışlaq kəndi ərazisində dağ.
Tağar
Tağar — çəki ölçü vahidi. == Ümumi məlumat == Az işlənən çəki vahidlərindən olan tağar, mənbələrdən göründüyü kimi, Azərbaycanda XIV-XVIII əsrlərdə elxanilər və xanlıqlar dövründə daha çox istifadə olunmuşdur. Tağar və tağarbaşı adlanan vergilərin mövcudluğu da bu fikri təsdiqləyir. Tağardan daha çox arpa, buğda, darı, düyü və s. dənli bitkilərin məhsullarını ölçmək üçün istifadə edilmişdir. Ayrı-ayrı qaynaqlarda tağarın sabit olmadığı göstərilir; tağarın Təbrizdə 295 kq-a, Şamaxı xanlığında 400 kq-a bərabər olduğu, digər xanlıqlarda isə 240-600 kq arasında dəyişdiyi aydın görünür. Bəzi mənbələrdə isə tağarın konkret olaraq 83,2 kq-a bərabər olduğu haqqında bilgilər vardır. Xalqımızın yaddaşında "bir tağar darının yerində hərlənə bilmir" deyimi var. Bizcə, bu bir tağar toxum səpilən sahəni yox, biçiləndə bir tağar məhsul götürülən sahəni göstərir və sahə ölçüsü yox, yenə çəki vahidi yerində işlənir. Çünki tağarın sahə ölçüsü kimi işləndiyinə heç bir qaynaqda rast gəlinmir.
Ağa
Ağa — Azərbaycanlı kişi adı. Ağa Əlizadə — Qafqaz müsəlmanlarının VIII Şeyxülislamı Ağa Aşurov — mühəndis, Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü Ağa Axundov — mühəndis, energetik. Ağa Hacı Molla Tağızadə — Azərbaycan şairi Ağa Yaqub Erməni — Gürcüstan ermənilərindən olan Fətəli şah Qacar hərəminin saray xocalarından və şah hərəmxanasının naziri Ağa Əliyev — Neftçi Qurban adı ilə məşhur olan görkəmli neftçi-geoloq Ağa Ağamirov — Ağa Mustafayev — Ağa Paşa Qarabaği —DigərAğa hamamı — Fateh Sultan Mehmet tərəfindən inşa etdirilən tarixi hamam.
Acar kərtənkələsi
Acar kərtənkələsi (lat. Darevskia mixta) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Təsviri == Orta ölçülü, uzunluğu 63 mm olan kərtənkələdir. Başı sıxılmış formaya malik olur. Boğaz nahiyəsində 20-28 pulcuq vardır. Bədəninin orta hissələrində 40-55 pulcuq olur. Mirvari-yaşıl və yaşılın müxtəlif çalarlarında olurlar. Bədəninin aşağı nahiyəsi boğazın aşağı hissəsinə qədər yaşıl-sarı olur. Başında xırda tünd nöqtələr vardır. == Yayılması == Mesxeti silsiləsi, Acarıstan, Gürcüstanın cənub hissəsi Borjomi dərəsi, Kürün yatağı kənarları boyunca, Meqreli öndağlığı boyunca yayılmışdır.
Acar kərtənlələsi
Acar kərtənkələsi (lat. Darevskia mixta) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinin əsl kərtənkələlər fəsiləsinin qayalıq kərtənkələsi cinsinə aid heyvan növü. == Təsviri == Orta ölçülü, uzunluğu 63 mm olan kərtənkələdir. Başı sıxılmış formaya malik olur. Boğaz nahiyəsində 20-28 pulcuq vardır. Bədəninin orta hissələrində 40-55 pulcuq olur. Mirvari-yaşıl və yaşılın müxtəlif çalarlarında olurlar. Bədəninin aşağı nahiyəsi boğazın aşağı hissəsinə qədər yaşıl-sarı olur. Başında xırda tünd nöqtələr vardır. == Yayılması == Mesxeti silsiləsi, Acarıstan, Gürcüstanın cənub hissəsi Borjomi dərəsi, Kürün yatağı kənarları boyunca, Meqreli öndağlığı boyunca yayılmışdır.
Adar (Qəzvin)
Adar — İranın Qəzvin ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Avəc bölgəsinin Xərəqan kəndistanında, Avəc qəsəbəsindən 55 km şimal-qərbdədir.
Amar Das
Amar Das (5 may 1479, Amritsar – 1 sentyabr 1574, Amritsar) — Siqhlərin üçüncü qurusudur. Quru Anqadın tələbəsi olmuş, 1552-ci ildə Quru olmuşdur. Siqhlərin müqəddəs kitabı Adi-Qranthın mətnində onun 907 şeiri var.
Amar Muşiç
Amar Muşiç (21 mart 1987) — Xorvatiyalı kişi ağır atlet. 85 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Xorvatiyanı təmsil edir. O, 2016 Yay Olimpiya Oyunlarında 85 kq çəki dərəcəsində çıxış etmiş və 15-ci olmuşdur. Amar Muşiç dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 2015 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Amar Çatiç
Amar Çatiç (21 yanvar 1999-cu ildə anadan olub) — Eerste Diviziya təmsilçilərindən olan Yonq PSV klubunda hücumçu kimi çıxış edən peşəkar Bosniya və Herseqovina futbolçusudur. == Klub karyerası == === Yonq PSV === Çatiç PSV Eyndhoven akademiyası vasitəsilə inkişaf etmişdir. 30 may 2018-ci ildə o, PSV Eyndhoven klubu ilə 2020-ci ilin 30 iyun tarixinə kimi olan ilk peşəkar müqaviləsini imzalamışdır. Çatiç öz peşəkar karyerasında debütünü 24 avqust 2018-ci ildə Oss klubuna qarşı oyunda etmişdir. O, 85-ci dəqiqədə Zakaria Abuxlalı əvəz etmişdir. Eerste Diviziya görüşündə Yonq PSV rəqibinə 1-4 hesabı ilə məğlub olmuşdur. == Şəxsi həyatı == Çatiç Niderlandda anadan olmuşdur. Valideynləri isə Bosniya və Herseqovina vətəndaşlarıdır. == Karyera statistikası == 24 avqust 2018 tarixində yenilənib1UEFA Çempionlar Liqası görüşləri daxildir. 2Niderland Superkuboku görüşləri daxildir.
Asar (mifologiya)
Asar (bolqarca: Acu, boşnakca: Æsiri, rusca: Асы, azərbaycanca: Asar) — türk, monqol və Tibet mifologiyalarında Tanrıların vətəni. Azar olaraq da deyilir. Tanrıların yaşadığı göy üzü deməkdir. Eyni söz ilah anlamına da gəlir. Azəri adının buradan törədiyini irəli sürən şəxslər də vardır. Tibet və monqol mətnlərində də yer alan, hətta Skandinaviya mifologiyasında belə bənzər sözlə “Aesir” formasında Tanrılar topluluğunu ifadə edən ortaq ünsürdür. Asarı sözü də tibetcədə səmavi Tanrıları ifadə etməkdə istifadə eidlir. Monqolcada asar çadır deməkdir. Türklərdə göyün böyük çadır olaraq qəbul edilməsi fikrinin bir başqa örnəyidir. Çoxtanrılı dinlərin demək olar ki, hamısında Tanrılar topluluğunun insanlardan uzaq bir yerdə (çox zaman göylərdəki dağda) yaşadığı inancı geniş yayılmışdır.
Qırmızı qar (Anar İsmayıl)
Qırmızı Qar — Anar İsmayıl tərəfindən 2016-cı ildə yazılmış tarixi-detektiv altjanrında roman. Roman satışa çıxdığı ilk ayda Qanun nəşriyyatının yayımladığı məlumata əsasən 2017-ci ilin noyabr ayında Azərbaycan Ədəbiyyatı üzrə ən çox satılan kitab olmuşdur. == Məzmun == XVII əsrdə Səfəvilər dövlətinin hökmdarı II Şah Abbasın zamanında xalqın şikayətlərini dinləmək üçün müstəsna səlahiyyətləri olan Ədalət Divanı qurulur. Bu Divan insanların şikayətlərini qəbul edir və araşdırmaq üçün bir nəfər şah qulamı və bir nəfər də katib (mirzə) göndərir. Romandakı hadisələr bu araşdırmaların birindən bəhs edir. Vərəsəlik şikayəti ilə bağlı Savə şəhərinə göndərilən qulam Barsoğlu Yunis və mirzə İman Zülqədər mülk bölgüsünü həll etmək istəsələr də tezliklə bir cinayəti ortaya çıxarırlar. Qatili məlum olmayan bu cinayət tam aydınlanmamış başqa qətl hadisələri baş verir. Qədim ipək ticarəti, gizli təşkilatlar, siyasi mübarizələrlə dolu romanın sonunda ölümlərin səbəbi Barsoğlu və Mirzə İman tərəfindən ortaya çıxarılır.
Agar.io
Agar.io — veb skaner və mobil platformalar üzərindən oynanılan 2 ölçülü onlayn oyundur. Oyunun məqsədi ətrafda tapılan yemləri və digər oyunçuların hüceyrələrini yeməkdir. Oyunun Android və İOS versiyası mövcuddur. Oyunun sağ üst hissəsində ən yüksək 10 bal yığan oyunçular göstərilir və Facebook ilə əlaqələndirildiyində səviyyə qaldığı yerdən davam edir. Oyun Türkiyə, Cənubi və Şimali Amerika, Avropa, Rusiya, Şərqi Asiya, Çin və Okeaniya kimi istənilən bölgələrin serverində oynanıla bilər.
Aqar adası
Aqar adası (ing. Agar's Island) — Bermud adalarına daxil olan mərcan adası. Bermudların paytaxtı olan Hamilton şəhərindən 2 km aralıdadır. Ada The Wired Society: A Challenge for Tomorrow (1977) kitabına görə Pulitser mükafatı alan yazıçı Ceyms Martinə mənsub olmuşdur. == Mənbə == Agar’s Island.
Aqan
Aqan (rus. Аган) — Rusiyanın Tümen vilayətində çay. Tromqeyan çayının (Obun qolu) sol qoludur. Uzunluğu 544 kilometr, hövzəsinin sahəsi isə 32,200 km2-dir. Pur çayı ilə Ob çayının sağ qolları hövzələrinin bataqlığı suayırıcısından başlanır. Qərbi Sibir düzənliyinin mərkəzi hissəsi ilə axır. Suyunu, əsasən, qar və yağışdan alır. Oktyabrın axırlarından maya qədər donmuş olur.
Aqra
Aqra-Hindistanın şimalında, Uttar Pradeşdə şəhər. 1528-ci ildən 1658-ci ilədək Böyük Moğol imperiyasının paytaxtı olmuşdur. Hazırda Hindistanın iri turistik mərkəzlərindəndir. Tac-Mahal bu şəhərdə yerləşir. Yamunı çayının kənarındadır. Əhalisi 1 334 900 (2004) nəfərdir.
Aqrar
Aqrar-sənaye kompleksi —Bir-biri ilə əlaqədar olan kənd təsərrüfatı və sənaye müəssisələrinin birliyi. Sıralarında kənd təsərrüfatı məhsullarının yetişdirilməsi, emal edilməsi, saxlanması və istehlakçıya çatdıran 10-a qədər iqtisadi sahəni birləşdirir. Bu sahələr hazır məhsulu istehlakçıya çatdırmaq üçün birgə fəaliyyət göstərirlər. Aqrar-sənaye kompleksi 4 sahəni əhatə edir: Kənd təsərrüfatı — kompleksin əsasını təşkil edir. Bitkiçiliyi, heyvandarlığı, fermer təsərrüfatlarını, şəxsi təsərrüfüatları əhatə edir. Kənd təsərrüfatını maşın və mexanizmlərlə və mareial ehiyatları ilə təmin edən xidmət sahələri: traktor və kənd təsərrüfatı maşınqayırması sənayesi, mineral gübrə və kimyəvi kənd təsərrüfatı dərmanları istehsalı və s. Kənd təsərrüfatı məhsullarını emal edən sahələr: yeyinti sənayesi, yüngül sənaye üçün ilkin xammal hazırlayan sahələr. Xidmət və nəqliyyat sahələri : məhsulun çatdırılması, nəqli, kadr hazırlığı, aqrar-tkinkinti və s.Aqrar-sənaye kompleksinin fasiləsiz şəkildə su və enerji ilə təmin edilməsi də vacib problemlərindən hesab edilir. Aqrar-sənaye kompleksinin aşağıdakı sahələri bir-biri ilə sıx bağlıdır: Gübrə istehsalı. Kimya sənayesi.
Aqyar
Sevastopol (ukr. və rus. Севастополь) və ya Ağyar (krımtat. Aqyar), — Krımda şəhər. == Tarixi == Sevastopol şəhərini türklər Aktıyar və ya Akyar adlandırırdılar. 1783-cü ildən Rus-Türk müharibəsi Türkiyənin Kerç, Yeni qala, Kıl Burun hərb qalalarını və Qara dəniz sahillərinin xeyli hissəsini itirdiyi Küçük Qaynarca sülhü ilə başa çatmışdır. Rusiyanın əldə etdiyi bu yeni torpaqlarda istilaçılara qarşı xalq həyacanları şiddətlənirdi. Müharibədən məğlub çıxsa da, xalq yadellilərin boyunduruğu altına düşmək istəmirdi. II Yekaterina Kırım və Kubandakı rus qoşunlarının komandanı Suvorovu qəzəb və nifrətdən çalxanan bu torpaqlara səfərbər etdi. 1783-cü ilin aprelində Kırım tamamən Rusiyanın əlinə keçdikdən sonra II Yekaterina Kırımın hakimi general Q.A.Potyomkinə "indiki Aktiyarın yerində böyük Sevastopol qalası tikməyə dair" göstəriş verdi.
Aşqar
Aşqar - yanacağa, sürtkü materilallarına və s. az miqdarda əlavə edilən və onların istismar xassələrini yaxşılaşdıran preparatdır. == Tarix == Aşqarların yaranma tarixi yanacağın inkişafı və geniş tətbiqi ilə sıx bağlıdır. Birinci dünya müharibəsi zamanı benzin “Liqroin” kimi tanınan maye olub və onu antiseptik vasitə kimi apteklərdə satırdılar. O dövrdə yanacaqdoldurma stansiyaları mövcud deyildir, və avtomobil sahibkarları yanacaqı müvafiq ticarət və kommersiya təşkilatlardan əldə edirdilər. Dünyada birinci “yanacaqdoldurma stansiyası” Almaniyanın Vislox şəhərində yerləşən aptek olmuşdu. Buradada 1888-ci ildə məşhur alman mühəndisi, dünyada birinci avtomobilin ixtiraşıcı Karl Bensın həyat yoldaşı avtomobilinin bakını doldurmuş və ilk dəfə Pforsxaym şəhərindən Manqeym şəhərinə avtomobillə səyahət etmişdir. XX əsrin birinci yarısı avtomobil sənayesinin tarixində dünyanın bir çox ölkəsində avtomobil istehsalının başlanğıcı ilə xarakterizə olunur. Belə ki, məşhur avtomobil ixtiraçısı Henri Ford tərəfindən konveyer sisteminə qoyulmuş avtomobil istehsalının təşkili və sonrakı inkişafı yanacağın keyfiyyətinə qoyulan tələblərin artması ilə bağlı idi. Birinci aşqar təqribən 90 il bundan əvvəl işlənib hazırlanmışdır.
Caqar
Caqar — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Bəzi tədqiqatçıların fikrincə, toponim türk dillərindəki caqar (qaladan kənarda divarla əhatə olunmuş, möhkəmləndirilmiş yer) sözü ilə bağlıdır. Lakin caqar sözü dilimizdə "cadarlanmaq" mənasında da işlənir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 417 nəfər əhali yaşayır. == Coğrafiyası və iqlimi == Kənd Qızılqaya dağının (Böyük Qafqaz) yamacında yerləşir. == İqtisadiyyatı == Rayon ərazisində çəkilmiş və 1973-cü ildə istifadəyə verilmiş Caqar-Cibir kanalı bu ərazilərin həqiqətən də susuz olduğunu göstərir. Samurçaydan başlanan bu kanal 45.6 km. uzunluğa malik olub, Qusar rayonu ərazisində 4 min ha. torpaq sahəsinin suvarılmasına xidmət edir.