Məhəmməd Ağarəhimov (10 aprel 1899, Tiflis – bilinmir) — Cümhuriyyət tələbəsi.
Məhəmməd Ağarəhimov | |
---|---|
Məhəmməd Paşasadıq oğlu Ağarəhimov | |
Doğum tarixi | 10 aprel 1899 |
Doğum yeri | |
Vəfat tarixi | bilinmir |
Məhəmməd Paşasadıq oğlu Ağarəhimov 10 aprel 1899-cu ildə Tiflis şəhərində doğulmuşdur. 1917-ci il sentyabr ayında Tiflisdəki İ.M.Maçaidze gimnaziyasına daxil olmuş və oranı 1918-ci ildə bitirmişdir. Şəxsi işində 1919-cu ildə notarius tərəfindən təsdiq edilmiş kamal şəhadətnaməsinin surəti var. Bu sənəddən aydın olur ki, Məhəmməd gimnaziyada rus, latın, alman, fransız dillərini mükəmməl öyrənmişdir. Riyaziyyat, həndəsə, fizika, geometriya, tarix, coğrafiya və başqa fənlərə yiyələnsə də, gürcü dili və Gürcüstan tarixi fənlərindən azad edilmişdir.[1]