Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abbasağa Azərtürk
Hüseynov Abbasağa Əli oğlu (Azərtürk; 24 noyabr 1934, Astarxanbazar – 8 avqust 1998, Cəlilabad) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978). == Həyatı == Abbasağa Azərtürk 1934-cü il noyabr ayının 24-də Cəlilabad şəhərində anadan olmuşdur. Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. İlk mətbu şeiri 1964-cü ildə çapdan çıxmışdır. İlk kitabı "Atlılar" 1964-cü ildə işıq üzü görmüşdur. "Mənim qismətim", "Od oğlu", "Anama minnətdaram", "Cəlilabad dastanı", "Qaraçı nəğmələri" və "Qaya sükutu" kimi kitabların müəllifidir. Bu kitablarda toplanan şeir və poemalardan odlu-alovlu bir şairin vətəndaşlıq, azadlıq, insan və gözəllik haqqında bədii təsvir vasitələri ilə zəngin ürək sözləri toplanmışdir. Abbasağa Azərtürk fəhləlikdən şeirə gələn şairlərdəndir. "Qaradağneft" mədənində operator köməkçisi, əsaslı təmir, geoloji-kəşfiyyat, baş tikinti idarələrində, şin və gəmi təmiri zavodlarında fəhlə işləmişdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakultəsini bitirmişdi, 1968-ci ildən ömrünün sonunadək Cəlilabad şəhərindəki 7 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olmuşdur.
Abbasağa İmanov
İmanov Abbasağa Həsənağa oğlu — Azərbaycan operatoru. == Həyatı == Abbasağa İmanov 1946-cı il dekabr ayının 1-də Bakı şəhərində doğulub. 1973-cü ilə ADMİU-nun Mədəni maarif fakültəsini bitirib. 1966-cı ildən Azərbaycan televiziyasının əməkdaşıdır, operator vəzifəsində calışır. Ailəlidir iki övladı və dörd nəvəsi var. 2012-ci ildə Tərəqqi medalı ilə təltif edilib. Bir çox televiziya filimləri və tamaşalarının quruluşçu operatorudur. Dövlət əhəmiyyətli tədbirlərin işıqlandırılmasında böyük rolu olmuşdur. == Filmoqrafiya == Pəncərədə işıq (film, 1987) Gülüş sanatoriyası (film, 1989) At ilinin birinci ayı (film, 1993) Ah, ədalət! Yağışdan sonra (film, 1998) Sənətin sönməyən ulduzu.
Abbasabad
Azərbaycanda Gəncə şəhərinin keçmiş adlarından biri Abbasabad (Yardımlı) — Azərbaycan Respublikasının Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. İranda Abbasabad (Astara, İran) — Abbasabad (Əhər) — Abbasabad (Ərak) — Abbasabad (Heris) — Abbasabad (Qəzvin) — Abbasabad (Qiydar) — Abbasabad (Marağa) — Abbasabad (Savə) — Abbasabad (Sərhənd) — Abbasabad (Təbriz) — Abbasabad (Zəncan) — Abbasabad (Sarab) — Abbasabad (Urmiya) — Abbasabad (Sərdəşt) — Abbasabad (Bukan) — Abbasabad (Qərbi Azərbaycan ostanı) — Abbasabad (Mazandaran) — İranın Mazandaran ostanının Abbasabad bəxşində şəhər və bu bəxşin mərkəzi.
Abbasova
Abbasova — Azərbaycanda daha çox işlədilən Abbasov soyadının qadın cinsinə aid forması. Xədicə Abbasova — Azərbaycan müğənnisi Xuraman Abbasova — Sosialist Əməyi Qəhrəmanı, SSRİ Ali Sovetinin deputatı Lalə Abbasova — jurnalist, III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Emiliya Abbasova — Biologiya elmləri namizədi. Məlahət Abbasova — Aktrisa Venera Abbasova — Aktrisa Elmira Abbasova (musiqişünas) — musiqişünas, pedaqoq. Azərbaycanın əməkdar incəsənət xadimi (1967). Sənətşünaslıq namizədi (1962), professor (1980).
Abbasabad (Bukan)
Abbasabad (fars. عباس اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 342 nəfər yaşayır (58 ailə).
Abbasabad (Heris)
Abbasabad (fars. عباس اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 252 nəfər yaşayır (52 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Vərzəqan bölgəsinin Müvəzəkan kəndistanında, Vərzəqan qəsəbəsindən 24 km cənubda, Təbriz-Əhər avtomobil yolunun 13 kilometrliyindədir.
Abbasabad (Mazandaran)
Abbasabad — İranın Mazandaran ostanının Tonekabun şəhristanının Abbasabad bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,256 nəfər və 3,195 ailədən ibarət idi.
Abbasabad (Məlikan)
Abbasabad (fars. عباس اباد‎) — İranın Şərqi Azərbaycan ostanının Məlikan şəhristanı ərazisinə daxil olan kənd. Marağa şəhərindən 29,5 km cənub-qərbdə, Marağa-Miyandab avtomobil yolunun 4 kilometrliyindədir. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 750 nəfər yaşayır (179 ailə).
Abbasabad (Qiydar)
Abbasabad — İranın Zəncan ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Bəzinərud kəndistanında, Qiydar qəsəbəsindən 55 km cənubdadır.
Elmira Abbasova
Elmira Əbdülhəmid qızı Abbasova (10 yanvar 1932, Bakı – 12 fevral 2009, Bakı) — Azərbaycan musiqişünası, pedaqoq, sənətşünaslıq namizədi (1962), professor (1980), Azərbaycan SSR əməkdar incəsənət xadimi (1967). 1955-ildən Azərbaycan Dövlət Konservatoriyasında dərs demiş, 1977–1992-ci illərdə rektor olmuşdur. Azərbaycan Bəstəkarlar İttifaqının katibi (1973–1990) olmuşdur. == Həyatı == Elmira Əbdülhəmid qızı Abbasova 1932-ci il yanvar ayının 10-da anadan olmuşdur. O, 1955-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını musiqişünaslıq ixtisası üzrə bitirmiş, həmin ildən ömrünün sonunadək Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərmişdir. E. Abbasova 1958-ci ildən – Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, 1962-ci ildən – musiqi tənqidi bölməsinin sədri, 1975–1999-cu illər – Azərbaycan Bəstəkarlar İttifaqının katibi, o cümlədən SSRİ Bəstəkarlar İttifaqı İdarə heyətinin üzvü idi. O, 1962-ci ildə Moskva Ümumittifaq Sənətşünaslıq İnstitutunda "Ü. Hacıbəyovun opera və musiqili komediyaları" mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir. Musiqişünas E. Abbasova 1967-ci ildən Azərbaycan Dövlət Konservatoriyasının (indiki Bakı Musiqi Akademiyası) dosenti, 1980-ci ildən isə professoru idi. 1977–1991-ci illər ərzində Konservatoriyanın rektoru vəzifəsində işləmişdir. O, bəstəkar Üzeyir Hacıbəyov haqqında 5 kitab və broşür, bir çox jurnal və toplularda nəşr olunmuş onlarla məqalə və oçerklərin müəllifidir.
Emiliya Abbasova
Emiliya Cəlil qızı Abbasova — Azərbaycan zooloqu. Biologiya elmləri namizədi (1972). == Elmi fəaliyyəti == E.C.Abbasova 1965-1991-ci illər ərzində Azərbaycanın fitoseiid gənələrini öyrənib. O, bu gənələrin 70-ə yaxın növünü aşkar edib və onlardan 9 növü elm üçün yeni kimi təsvir edib. == Təsnif etdiyi taksonlar == Amblyseius begljarovi Abbasova, 1970 Euseius apsheronica Abbasova & Mekhtieva, 1991 Neoseiulus muganicus (Abbasova, 1970) Neoseiulus sugonjaevi (Wainstein & Abbasova, 1974) Proprioseiopsis bregetovae (Abbasova, 1970) Typhlodromus caucasicus (Abbasova, 1970) Typhlodromus hadzhievi (Abbasova, 1970) Typhlodromus wainsteini (Abbasova, 1970) == Şərəfinə adlandırılmış taksonlar == Amblyseius abbasovae Wainstein & Beglyarov, 1971 == Elmi işləri == Аббасова Э.Д. Фитосейидные клещи (Parasitiformes, phytoseiidae) Азербайджана : диссертация ... кандидата биологических наук : 03.00.00. - Баку, 1971. - 337 с. : ил. Аббасова Э.Д., 1970 а.
Firuzə Abbasova
Firuzə Abbasova (Firuzə Məmməd qızı Abbasova; 1958, Ermənistan SSR) — BDU Hüquq fakültəsinin Cinayət prosesi kafedrasının müdiri (2008), Hüquq elmləri doktoru (2011), Professor (2012), Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü (2018). == Həyatı == Firuzə Abbasova 1958-ci ildə Ermənistan SSR-də anadan olmuşdur. O, 1975–1979-cu illərdə M. Ə. Sabir adına Bakı pedaqoji məktəbində, 1980–1985-ci illərdə isə S. M. Kirov adına ADU-nun Hüquq fakültəsində təhsil almışdır. 1979–80-ci illərdə M. Ə. Sabir adına Bakı pedaqoji məktəbində müəllim kimi çalışmışdır. 1987-ci ildə Sosial Təminat Nazirliyində inspektor, 1987–1994-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Məhkəmə Ekspertizası, Krminalistika və Kriminologia Problemləri İnstitutunda mütəxəssis, baş ekspert, elmi işçi, böyük elmi işçi, 1994–2000-ci illərdə Bakı şəhərində hakim, 2001-ci ildən BDU-nun Cinayət prosesi kafedrasında müəllim, 2005-ci ildən dosent kimi fəaliyyət göstərmişdir. 2008-ci ildən Cinayət prosesi kafedrasının müdiri vəzifəsində çalışır. == Elmi fəaliyyəti == 2001-ci ildə "Azərbaycanda məhkəmə ekspertizasının yaranması, müasir vəziyyəti və inkişafının hüquqi, elmi tənzimi məsələləri" adlı namizədlik dissertasiyası müdafiə edərək, hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adı verilmişdir. 2011-ci ildə "Azərbaycanın cinayət-prosessual qanunvericiliyində çəkişmə prinsipinin nəzəri və təcrübi problemləri" adlı doktorluq dissertasiyasını Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda müdafiə etmiş, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən hüquq elmləri doktoru elmi adı verilmişdir. 2012-ci ildən kafedranın professorudur.
Fəridə Abbasova
Gülxanım Abbasova
Gülxanım Qeybulla qızı Abbasova — [Azərbaycan alimi, AMEA akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun "Elmi-texniki ədəbiyyatın toplanması, təhlili və proqnozlaşdırma" Laboratoriyasının müdiri, Kimya elmləri üzrə fəlsəfə doktoru, dosent. == Ümumi məlumat == Gülxanım Qeybulla qızı Abbasova 20 oktyabr 1946-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakıdakı 20 saylı məktəbdə almışdır. Məktəbi bitirdikdən sonra (1964) keçmiş S.M. Kirov adına Azərbaycan Dövlət Universitenin kimya fakültəsinə daxil olmuş, universiteti Fərqlənmə Diplomu ilə bitirmişdir (1969). Elə həmin ildə o, universitetin təqdimatı ilə Neft-Kimya Prosesləri İnstitutunda kinetika və kataliz ixtisası üzrə aspiranturaya daxil olmuşdur. Elmi fəaliyyətə Neft-Kimya Prosesləri İnstitutunda başlamışdır. G.Abbasova AMEA-nın müxbir üzvü kimya elmləri doktoru, professor Bilal Ataş oğlu Dadaşov və kimya elmləri doktoru, professor Vəli Sultan oğlu Hacı-Qasımovun rəhbərliyi altında “İzobutanın izobutilenə dehidrogenləşməsi reaksiyasının qanunauyğunluğunun öğrənilməsi və katalizatorun hazırlanması” mövzusunda dissertasiya müdafiə edərək, kimya elmləri namizədi adına layiq görülmüşdür. G.Abbasova öncə aspirant, kiçik elmi işçi, böyük elmi işçi, baş elmi işçi kimi, 1990-cı ildən hazırkı dövrə qədər “Elmi-texniki informasiya” laboratoriyasının müdiri vəzifəsində çalışır. Ailəlidir 2 övladı var. == Əsas elmi fəaliyyəti == Əsas fəaliyyətləri institutun tədqiqatlarının və işləmələrinin istiqamətləri üzrə elmi-texniki və patent məlumatlarının tematik, analitik və proqnoz xarakterli məcmuələrin tərtibi və buraxılması olan G.Abbasova yalnız elm sahəsində deyıl, ictimai işlərdə fəal iştirak etmişdir.
Günəş Abbasova
Günəş Əlisaf qızı Abbasova (2 sentyabr 1979[…], Baranoviçi, Brest vilayəti) — Azərbaycan əsilli Belarus müğənnisi. == Həyatı == Günəş Abbasova Belarusun Baranoviçi şəhərində anadan olub. Müxtəlif beynəlxalq müsabiqələrdə çoxsaylı mükafatlar qazanıb: “Yantarnaya zvezda-2003” musiqi müsabiqəsinin (Yurmala, Latviya) çərçivəsində gənc ifaçıların beynəlxalq müsabiqəsinin Qran-Prisi, 2005-ci ildə “Slavyanskiy bazar v Vitebske” (Belarus) Beynəlxalq İncəsənət festivalı çərçivəsində gənc estrada ifaçılarının müsabiqəsində ikinci mükafat, “Pesnya qoda Belarusi-2005” televiziya müsabiqəsinin payız mərhələsində qələbə qazanıb.
Kəklik Abbasova
Kəklik Məmid qızı Abbasova (14 yanvar 1935 – 1983) — SSRİ dövlət xadimi, 1964–1969 SSRİ Ali Sovetinin deputatı. Gürcüstan SSR İctimai-siyasi xadimi.
Lalə Abbasova
Lalə Abbasova — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, jurnalist. == Həyatı == Lalə Abbasova 1955-ci il iyunun 9-da Xaçmaz şəhərində anadan olmuşdur. Ata tərəfdən əsli Quba rayonunun Xınalıq kəndindəndir. Anası isə Bakıda anadan olsa da İran Azərbaycanından, Ərdəbildəndir. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirmişdir. 1972-ci ildən Xaçmaz şəhərində uşaq bağçasında musiqi müəllimi işləmişdir. Üç övladı — 1 oğlu, 2 qızı vardır. == İctimai-siyasi fəaliyyəti == 1977-ci ildən "Вышка" qəzetinin korrektoru, baş redaktor müavini, 1998-ci ildən "Ваш дом" jurnalının redaktoru vəzifələrində çalışmışdır. 2000-ci ildən "Мир женщин" qəzetinin baş redaktorudur. Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı olmuşdur.
Lətifə Abbasova
Lətifə Ramazan qızı Abbasova — kolxozçu. == Həyatı == 1947-ci ildə kəndli ailəsində anadan olmuşdur, azərbaycanlıdır, 1973-cü ildən Sov. İKP üzvüdür, natamam orta təhsili var. Naxçıvan MSSR-in İliç rayonundakı N. Nərimanov adına kolxozun üzvüdür. Azərbaycan SSR Ali Soveti təbiəti mühafizə komissiyasının üzvüdür. Səkkizinci və doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Qıvraq seçki dairəsi). == İstinadlar == Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış. Bakı: Azərnəşr. 1976.
Mahirə Abbasova
Məlahət Abbasova
Məlahət Abbasova (aktrisa) — Məlahət Abbasova (kimyaçı) — Azərbaycan alimi.
Nəmidə Abbasova
Nəmidə Abbasova (tam adı: Nəmidə Kabı qızı Abbasova d.12 oktyabr 1925, Azərbaycan, Qazax – ö.6 mart 1996, Bakı) — Azərbaycan dilçisi, filologiya elmləri doktoru (1974), professor (1976), Azərbaycan Dövlət Pedaqoji İnstitunda ibtidai təhsil pedaqogikası və metodikası fakültəsinin dekanı (1971–1976), "Respublikanın əməkdar ali məktəb işçisi". Nəmidə Abbasova 1925-ci il oktyabr ayının 12-də Azərbaycanın Qazax şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1945-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə qəbul olmuş, 1950-ci ildə dilçilik ixtisası üzrə ali təhsil almışdır. 1950–1953-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda (indiki Pedaqoji Univeristet) aspirant olmuşdur. Daha sonra dissertasiya müdafiə edərək filologiya elmləri namizədi və doktoru elmi adları almışdır. 1996-cı ildə Bakı şəhərində vəfat etmişdir. 1954–1964-cü illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, 1970-ci ildən kafedranın dosenti, 1971–1976-cı illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitunda ibtidai təhsil pedaqogikası və metodikası fakültəsinin dekanı, Azərbaycan dili və onun tədrisi metodikası kafedrasının professoru, 1976–1981-ci illərdə Pedaqoji İnstitutda dilçilik kafedrasının, 1981–1996-cı illərdə illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru olmuşdur. 120-dən çox elmi məqalənin, "Cəfər Cabbarlı dramaturgiyasında söz" adlı monoqrafiyanın müəllifidir. "Respublikanın əməkdar ali məktəb işçisi" adı verilmişdir. Tədqiqatları əsasən Azərbaycan dilinin qrammatikası və leksikasına həsr olunmuşdur.
Qənirə Abbasova
Qənirə Yusif qızı Abbasova — kolxozçu, 9-cu çağırış Azərbaycan SSR Ali Soveti deputatı, Azərbaycan SSR Dövlət mükafatı laureatı (1984). 1952-ci ildə kəndli ailəsində anadan olmuşdur. Azərbaycanlıdır, ÜİLKGİ üzvü olmuşdur. Orta təhsili var. Əmək fəaliyyətinə 1970-ci ildə başlamışdır. Zərdab rayonundakı K. Marks adına kolxozun üzvü olmuşdur. Azərbaycan SSR Ali Soveti səhiyyə və ictimai təminat komissiyasının üzvü olmuşdur. Doqquzuncu çağırış Azərbaycan SSR Ali Sovetinə deputat seçilmişdir (Məlikli seçki dairəsi). Azərbaycan SSR Ali Sovetinin Deputatları. Doqquzuncu çağırış.
Sevinc Abbasova
Sevinc Zakir qızı Abbasova — Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə elmlər doktoru, genderşünas. Sevinc Zakir qızı Abbasova 27 avqust 1976-cı ildə Azərbaycan Respublikasının Naxçıvan şəhərində anadan olmuşdur. 1983–1993-cü illər Naxçıvan şəhər 7 saylı orta məktəbində oxuyub və oranı əlaçı attestatı ilə bitirmişdir. 1993–1997-ci illər Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin Tarix müəllimliyi ixtisasının bakalavr pilləsini, 1997–1999-cu illərdə isə həmin universitetinin magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. 1999-cu ildən Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin "Azərbaycan tarixi" kafedrasında müəllim vəzifəsində elmi-pedoqoji fəaliyyətə başlamışdır. Əmək fəaliyyətini davam etdirərək 2009–2013-cü illər Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Tarix" kafedrasında müəllim işləmişdir. 2013-cü ildən Naxçıvan Dövlət Universitetinin Tarix-filologiya fakültəsinin "Azərbaycan tarixi" kafedrasında dosent vəzifəsində işləyir. Ailəlidir, iki qızı, bir oğlu, bir nəvəsi var. Paralel olaraq elmi yaradıcılığını davam etdirərək Naxçıvan Dövlət Universitetinin "Azərbaycan tarixi" kafedrasında dissertant olmuş, 2004-cü ildə "Naxçıvan Muxtar Respublikasında qadın hərəkatının inkişaf tarixi" mövzusunda dissertasiyasını müdafiə edərək tarix elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2017-ci ildə isə "Azərbaycan Respublikasının ictimai-siyasi, sosial-iqtisadi və mədəni inkişafında qadınların rolu (1970–2015-ci illər)" mövzusunda yazdığı doktorluq dissertasiyasını müdafiə edərək tarix üzrə elmlər doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Mehrinoz Abbasova
Cəmilə Abbasova
Cəmilə Abbasova — Azərbaycan Respublikası Prezidentinin köməkçisi