XƏRABATİ

sif.is.
1. Vaxtını meyxanalarda, işrətxanalarda, sərxoşluqda keçirən, əlinə keçən pulu keyfə, içkiyə, eyş-işrətə xərcləyən adam; əyyaş. Xərabati adam. – Şikəstə Abbasam, xərabatiyəm; Könül, heç görmədim abadan səni. “Abbas və Gülgəz”.
2. məc. Pul, şey qədri bilməyən, laübalı adam haqqında.
[Kişi:] Yoxsa onların bir anası var ki, bir xərabatinin biri, ac qurdun biri! S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • XƏRABATİ xərabati bax əyyaş
XƏRABAT
XƏRAC

Digər lüğətlərdə