Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Abuzər
Abuzər — Azərbaycanlı adı. Abuzər bəy Rzayev — Gəncənin ilk ixtisaslı memar-mühəndisi Abuzər Aydəmirov— Sovet və Çeçen yazıçı və şairi, Çeçen klassiki. Abuzər Nadirov – "Laçın" futbol klubunun baş məşqçisi. Abuzər Bağırov — tərcüməçi, tənqidçi, publisist Abuzər Qazıyev — Azərbaycan Respublikasının Əməkdar müəllimi (20.09.2010), professor. Abuzər Rəsulov — Optika və molekulyar fizika kafedrasının professoru. Abuzər Xələfov — Azərbaycanda kitabxanaşünaslıq elminin banisi == Həmçinin bax == Abuzər (Nir) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd.
Abuzər (Nir)
Abuzər (fars. اباذر‎) — İranın Ərdəbil ostanının Nir şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 101 nəfər yaşayır (39 ailə).
Abuzər Aydəmirov
Abuzər Əbdülhakimoviç Aydəmirov (29 oktyabr 1933 – 27 may 2005) — Sovet və Çeçen yazıçı və şairi, Çeçen klassiki. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Xalq yazıçısı (1977), Çeçenistan Yazıçılar Birliyinin sədri (2004–2005) olub. == Həyatı == Abuzər Aydəmirov Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikasının Naji-Yurt rayonunun Mesket kəndində anadan olmuşdur. İlk təhsilini kəndində almışdır. Sonradan Qroznı şəhərində oxumuşdur. 1944-cü ildə çeçenlərin və inquşların deportasiyası zamanı o, da ailəsi ilə birlikdə sürgün edilmişdir. Aydəmirov sürgün illərində kolxoz briqadasında mühasib, məktəb kitabxanaçısı və sovxozda baş mühasib müavini işləyib. Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası bərpa edildikdən sonra vətəninə qayıdıb. Abuzər Aydəmirov 1957–1987-ci illərdə doğma kəndində çeçen dili və ədəbiyyatı müəllimi işləyib. 1963-cü ildə Çeçen-İnquş Dövlət Pedaqoji İnstitutunun Tarix və Filologiya fakültəsini bitirib.
Abuzər Bağırov
Bağırov Abuzər Musa oğlu (17 dekabr 1954, Gədəbəy rayonu) — tərcüməçi, tənqidçi, publisist, 1989-cu ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Abuzər Bağırov 1954-cü il dekabrın 17-də Azərbaycanın Gədəbəy rayonunun Rüstəm Əliyev kəndində (indiki Miskinli) anadan olmuşdur. Burada kənd orta məktəbini bitirmişdir (1971). Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Dil və ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1971-1975). Əmək fəaliyyətinə təyinatla göndərildiyi Puşkin rayonunda (indiki Biləsuvar rayonu) Ş.Qurbanov adına 2 saylı orta məktəbdə müəllim kimi başlamışdır (1975-1976). Sovet ordusunda xidmət etmişdir (1976-1977). Tərxis olunandan sonra Bakı şəhəri Qaradağ rayonunun Səngəçal-qəsəbə orta məktəbində dil və ədəbiyyat müəllimi olmuşdur (1977-1978). SSRİ Ədəbiyyat Fondunun Azərbaycan şöbəsində müxtəlif vəzifələrdə (Natəvan adına Yazıçılar klubunun müdiri, Şüvəlandakı Səməd Vurğun adına Yazıçıların yaradıcılıq evinin direktoru) işləmişdir (1978-1980). Sonra Moskvada Peredelkino SSRİ ədəbiyyat fondunda təminat şöbəsində rəis müavini olmuşdur (1981-1988). Hazırda Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində ştatdankənar müxbir vəzifəsində çalışır (1988-ci ildən).
Abuzər Nadirov
Abuzər Qazıyev
Abuzər Yusif oğlu Qazıyev (21 sentyabr 1967, Arçut, Böyük Qarakilsə rayonu) — Qərbi Azərbaycan İcması idarə heyətinin üzvü, Azərbaycan Respublikasının Əməkdar müəllimi (20.09.2010), professor. == Həyatı == Abuzər Yusif oğlu Qazıyev 9 oktyabr 1967-ci ildə Qərbi Azərbaycanin Quqark (Böyük Qarakilsə) rayonunun Arçut kədində dünyaya gəlib. 1989-cu ildə N.Nərimanov adina Azərbaycan Dövlət Tibb İnstitutunu, 1990-cı ildə Bakı şəhəri Kliniki Təcili Tibbi yardım Xəstəxanasında internaturanı, 1995-ci ildə Azərbaycan Tibb Universitetinin onkologiya kafedrasında aspiranturanı bitirmişdir. 1990–92-ci illərdə Sumqayıt 1 saylı şəhər poliklinikasında həkim-cərrah işləmişdir. 1995-ci ildə "Sümüklərin xondro və osteogen sarkomalarında cinsi steroid hormonların reseptorları və onların klinik əhəmiyyəti" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri namizədi, 2005-ci ildə isə "Azərbaycanda bədxassəli şişlərin epidemiologiyası, tibbi, demoqrafik və sosial-iqtisadi aspektləri" mövzusunda dissertasiya müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsi almışdır. 1995-ci ildən ATU-nun onkologiya kafedrasında assistent, 2005-ci ildən dosent, 2009-cu ildə isə professor vəzifəsinə seçilmişdir. 2011-ci ildən ATU-nun I müalicə-profilaktika fakultəsinin dekanı vəzifəsində çalışır. 2000–2005-ci illərdə eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyində işləmişdir. Hazırda həm də ictimai əsaslarla Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının elmi işlər üzrə direktor müavini və Bakı Baş Səhiyyə İdarəsində Baş onkoloqudur. Professor A.Y.Qazıyevin cərrahi fəaliyyət sahəsinə — süd vəzisinin, dərinin, yumşaq toxumaların bəd və xoşxassəli şişlərində müxtəlif cərrahi əməliyyatlar aiddir.
Abuzər Rəsulov
Rəsulov Abuzər Məmməd oğlu (16 dekabr 1907, Nuxa – 2001) — Optika və molekulyar fizika kafedrasının professoru. == Həyatı == Abuzər Rəsulov 1907-ci ildə Şəki şəhərində anadan olmuşdur. Təhsilini Şəki şəhərində almışdır. 1915-ci ildən 1918-ci ilə qədər üçillik ibtidai məktəbdə oxumuş və 1918-ci ildən 1920-ci ilə qədər atasının yanında dəmirçilik peşəsi ilə məşğul olmuşdur. 1920 və 1921-ci illərdə nümunə-zəhmət məktəbində, 1921-ci ildən 1925-ci ilə qədər isə Şəki Müəllimlər Seminariyasında oxumuş, oranı bitirdikdən sonra 10 nömrəli məktəbdə ibtidai sinif müəllimi işləmişdir. 1926 və 1927-ci illərdə 7 nömrəli oğlan məktəbi ilə 8 nömrəli qız məktəbinin birləşməsindən yaranmış böyük məktəbin müdiri vəzifəsində çalışmışdır. İlk dəfə olaraq qız uşaqları ilə oğlan uşaqlarının birlikdə oxumalarının təlim-tərbiyə işini sınaqdan keçirmək ona tapşırılmışdı. O zaman maarif şöbəsinə və maarif komissarlığına yazılmış hesabatlarda qeyd olunmuşdur ki, qız və oğlan uşaqlarının birlikdə oxumalarının təlim – tərbiyə işinə və birlik səviyyələrinin yüksəlməsinə müsbət təsiri vardır. == Elmi adları == Abuzər Rəsulov 1951-ci ildə "Özlü mayelərdə tərpənmiş dalğalarının yayılması" mövzusunda fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsinə, 1973-cü ildə isə "Rezinin deformasiya və quruluşu" mövzusunda apardığı çox mürəkkəb, nəzəri və praktiki əhəmiyyətə malik doktorluq dissertasiyasını müdafiə etmiş və texnika elmləri doktoru adına layiq görülmüşdür. == Elmi fəaliyyəti == A. M. Rəsulov 1929-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Fizika-riyaziyyat şöbəsinə daxil olmuş, 1932-ci ildə oranı bitirmiş və "Azsənaye Şurası"nın Şəkidə olan "Sənaye Texnikomu"na Fizika-riyaziyyat müəllimi vəzifəsinə təyin olunmuşdur.
Abuzər Xələfov
Abuzər Alı oğlu Xələfov (25 dekabr 1931, Cil, Basarkeçər rayonu – 27 aprel 2020, Bakı) — Azərbaycanda kitabxanaşünaslıq elminin banisi, Birləşmiş Millətlər Təşkilatı yanında Beynəlxalq İnformasiyalaşdırma Akademiyasının akademiki, Azərbaycan Respublikasının Əməkdar elm xadimi və Əməkdar mədəniyyət işçisi, Azərbaycan Kitabxanaçılar Cəmiyyətinin prezidenti, Bakı Dövlət Universitetinin Kitabxanaşünaslıq kafedrasının müdiri, tarix elmləri doktoru, professor. == Həyatı == Abuzər Xələfov 25 dekabr 1931-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Cil kəndində anadan olub. 1950-ci ildə Göyçənin Toğluca kəndində orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin kitabxanaşünaslıq və biblioqrafiya şöbəsinə daxil olmuşdur. A.Xələfov ali təhsilini başa vuran il BDU-da müəllim saxlanmışdır. 1962-ci ildə A.Xələfovun fəal iştirakı ilə BDU-nun Kitabxanaçılıq şöbəsi müstəqil Kitabxanaçılıq fakültəsinə çevrilmiş, o, bu fakültənin ilk dekanı olmuş və 25 il bu vəzifədə səmərəli fəaliyyət göstərmişdir. 1963-cü ildən 2016-cı ilədək Kitabxanaşünaslıq kafedrasının müdiri vəzifəsində çalışmışdır. == Fəaliyyəti == A.Xələfov SSRİ məkanında kitabxana işinin tarixi sahəsində ilk elmlər doktoru kimi şöhrət qazanmış və Azərbaycan kitabxanaşünaslıq elmi məktəbinin əsasını qoymuşdur. Professor Xələfov uzun illər ərzində Sovet İttifaqında – Moskva şəhərində fəaliyyət göstərmiş doktorluq dissertasiyalarının müdafiəsi üzrə vahid ixtisaslaşdırılmış şuranın üzvü kimi də fəaliyyət göstərmişdir. O, Azərbaycanda, Rusiyada, Gürcüstanda, Özbəkistanda mədəniyyət, kitabxana quruculuğu, kitabxanaşünaslıq tarixi və nəzəriyyəsi problemləri üzrə müdafiə edilmiş bir çox namizədlik və doktorluq dissertasiyalarının opponenti, yaxud müdafiə şuralarının üzvu kimi iştirak etmişdir. A.Xələfovun elmi araşdırmalarını Azərbaycanda ali kitabxanaçılıq-biblioqrafiya təhsilinin tarixi və nəzəri problemləri mühüm yer tutur.
Abuzər bəy Rzayev
Rzayev (İrzayev) Abuzər bəy Əsgər bəy oğlu (17 oktyabr 1876, Yelizavetpol – 15 iyun 1920, Bakı) — Gəncənin ilk ixtisaslı memar-mühəndisi, Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçılarından biri. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü. Rəfibəylilər nəslindəndir. == Həyatı == Abuzər bəy Əsgər bəy oğlu İrzayev 1876-cı il avqustun 20-də Gəncə şəhərində anadan olub. === Təhsili === Orta təhsilini əvvəllər mollaxanada, sonra isə Şah Abbas məscidindəki mədrəsədə alıb. Tiflis realnı məktəbini (1894) və Moskva texniki məktəbini (1899) bitirmişdir. == Ailəsi == Abuzər bəyin 3 övladı olub. Almaniyada ali təhsilli mühəndislik ixtisasına yiyələnən oğlanlarından Səməd 1922-ci ildə Türkiyəyə, Əskər isə 1925-ci ildə İrana getməyə məcbur olub. Səməd ailə qursa da, Əskər ömrünün sonuna kimi evlənməyib. Abuzər bəyin 1915-ci il təvəllüdlü yeganə qız övladı olan Züleyxa xanım Tibb İnstituna daxil olsa da, IV kursdan təhsilini yarımçıq qoymağa məcbur olub.
Mahizər Əliyeva
[mənbə göstərin] Mahizər Nəcəf qızı Əliyeva (16 dekabr 1938) – kimyaçı alim Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Ə.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun baş elmi işçisi “Analitik kimya” ixtisası üzrə kimya elmlər doktoru, dosent. == Həyatı == Mahizər Əliyeva 1938-ci il dekabrın 16-da Zaqatala şəhərində anadan olub. Orta təhsilini Zaqatala şəhər 1 saylı məktəbdə aldıqdan sonra 1959-cu ildə Bakı Dövlət Universitetinə daxil olmuş və 1965-ci ildə oranı kimya ixtisası üzrə bitirmişdir. O, 1964-cü ildə AMEA-nın Neft-kimya prosesləri İnstitutunda 1965-ci ildən AMEA-nın Aşqarlar Kimyası İnstitutunda mühəndis vəzifəsində işlənmişdir. Mahizər Əliyeva 1970-ci ildə aspiranturanın əyani şöbəsinə daxil olmuş, 1975-ci ildə müdafiə etmiş və kimya elmləri namizədi alimlik dərəcəsi almışdır. O, AMEA Aşqarlar Kimyası İnstitutunun “Analitik” laboratoriyasında kiçik elmi işçi və baş elmi işçi vəzifəsinə seçilib. 2003-cü ildən “Aşqarların analizi və fiziki kimyəvi tədqiqatları” laboratoriyasının müdiri kimi laboratoriyada aparılan tədqiqatlara rəhbərlik edir. 2009-cu ildə o, “Neft – kimya sintezi məhsullarının analizi üçün buxar fazalı xromatoqrafiya üsullarının işlənib hazırlanması” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və “Analitik kimya” ixtisası üzrə kimya elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. == Elmi fəaliyyəti == M.N.Əliyeva işləyib hazırladığı buxar fazalı xromatoqrafiya üsulu ilə institutda sintez edilmiş yeni yüksək dərəcədə qaynayan, polyar üzvi birləşmələri, aşqarların başlanğıc, aralıq və son məhsullarını analiz etməklə yanaşı, bu üsulun tətbiq sahələrini genişləndirməklə məşğuldur. == Elmi əsərləri == M.N.Əliyeva tərəfindən aparılan elmi tədqiqat işləri 97 elmi əsərin, o cümlədən 55 məqalə 34 tezis, 6 müəlliflik, şəhadətnaməsi və 2 AzR Patentində öz əksini tapmışdır.
Əbuzər Gəffari
Əbuzər Cundəb ibn Cunadə əl-Ğəffari (أَبُو ذَرّ ٱلْغِفَارِيّ ٱلْكِنَانِيّ; bilinmir, Hicaz – 651) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. əl-Ğəffari Əli Şəriəti, Məhəmməd Şarkavi və Sami Ayad Hanna da daxil olmaqla çoxları tərəfindən İslam sosializminin əsas sələfi, ilk İslam sosialisti və ya ümumiyyətlə ilk sosialist olaraq qəbul edildi. O, Osmanın xəlifəlik dövründə hakim sinif tərəfindən sərvət yığılmasına etiraz etdi və sərvətin bərabər şəkildə bölüşdürülməsini çağırdı.
Azər
Azər bu mənaları ifadə edə bilər:
Auufer
Auufer — Almaniyanın şimalında yerləşən Şlezviq-Holşteyn əyalətinin Ştaynburq rayonunda qəsəbədir. Qəsəbə 5,12 km² sahəyə malikdir. 31 mart 2010-cu il tarixli sayım məlumatında əhalinin sayı 144 nəfər qeyd etmişdir. Qəsəbə bələdiyyəsinin sədri vəzifəsi Fritz Körner tərəfindən icra olunur.
Əbuzər İbrahim Türkman
Əbuzər İbrahim Türkman (1968, Tehran) — Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri O, Mofid Universitetində xüsusi hüquq sahəsi üzrə doktorluq müdafiə etmişdir.
Əbuzər İbrahimi Türkman
Əbuzər İbrahimi Türkman (1347 hicri şəmsi, Tehran) 2014 cü ilin yanvarından Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədridir. Onun həm hövzə (dini) və həm universitetdən hüquq üzrə təhsili vardır. Doktorluq dərəcəsini Müfid universitetindən almışdır. 1375 hicri şəmsi ilindən Mədəniyyət və İslami Əlaqələr Təşkilatında çalışır. İbrahimi 2014 cü ilin yanvarından mədəniyyət və irşad naziri Əli Cənnətinin əmri ilə Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri vəzifəsinə təyin olunmuşdur. Onun çalışdığı vəzifələrdən biri Ali Dini Rəhbərin universitetlər üzrə nümayəndəsi (1373), İran İslam Respublikasının Ankarada Mədəniyyət nümayəndəsi(1375–1376), Beynəlxalq Mədəniyyət jurnalının idarə heyətinin üzvü, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Asiya və okeaniya ölkələri bölməsinin müavini, Mədəniyyət və İslami Əlaqələr Təşkilatının Asiya və Okeaniya ölkələri bölməsinin direktoru, Rusiyada İran Mədəniyyət Mərkəzinin sədri (2008 mart −2013 sentyabr) O, 1387 və 1389 cu günəş illərində nümunəvi mədəniyyət mərkəzi sədri seçilmişdir. Onun əsərlərindən Quran lətifələri, üç şəhərin hekayələri –Böyük Xorasanın şəhərləri və şəxsiyyətləri barədə, alimlərin dastanları rus dilində əlhüda nəşriyyatı 2003, Rusiya Federasiyası 1391 Əmir Kəbir nəşriyyatı, Rusiya camaatının adət ənənələri 1391 əlhüda nəşriyyatı, Tolstoyun ayaqqabıları ilə yol getmək Elm və Mədəniyyət nəşriyyatı 1392, müasir Rusiya siyasi partiyaları Sülh Akademiyası nəşriyyatı 1392 və hal hazırda çapda olan Rusiyada islam və müsəlmanlar kitablarına işarə etmək olar. Yüzdən çox elmi məqalələri fars, ingilis, rus, türkmən və türkiyə türkcəsində daxili və xarici mətbuatda çap olunmuşdur. https://icro.ir/. "Mədəniyyət və İslami Əlaqələr Təşkilatı".
Əbuzər əl-Gifari
Əbuzər Cundəb ibn Cunadə əl-Ğəffari (أَبُو ذَرّ ٱلْغِفَارِيّ ٱلْكِنَانِيّ; bilinmir, Hicaz – 651) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. əl-Ğəffari Əli Şəriəti, Məhəmməd Şarkavi və Sami Ayad Hanna da daxil olmaqla çoxları tərəfindən İslam sosializminin əsas sələfi, ilk İslam sosialisti və ya ümumiyyətlə ilk sosialist olaraq qəbul edildi. O, Osmanın xəlifəlik dövründə hakim sinif tərəfindən sərvət yığılmasına etiraz etdi və sərvətin bərabər şəkildə bölüşdürülməsini çağırdı.
Əbuzər əl-Ğəffari
Əbuzər Cundəb ibn Cunadə əl-Ğəffari (أَبُو ذَرّ ٱلْغِفَارِيّ ٱلْكِنَانِيّ; bilinmir, Hicaz – 651) — Məhəmməd peyğəmbərin səhabəsi, Dörd sadiq səhabədən biri. əl-Ğəffari Əli Şəriəti, Məhəmməd Şarkavi və Sami Ayad Hanna da daxil olmaqla çoxları tərəfindən İslam sosializminin əsas sələfi, ilk İslam sosialisti və ya ümumiyyətlə ilk sosialist olaraq qəbul edildi. O, Osmanın xəlifəlik dövründə hakim sinif tərəfindən sərvət yığılmasına etiraz etdi və sərvətin bərabər şəkildə bölüşdürülməsini çağırdı.
Süzər
Süzər (lat. Certhia) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin süzərlər fəsiləsinə aid heyvan cinsi.
Bəni-Ahmər dövləti
Qranada əmirliyi və ya Bəni Əhmər dövləti — Əndəlus Əməvi dövləti süqut etdikdən sonra Əndəlusda 1233-cü ildə mərkəzi Qranada şəhəri olan Qranada əmirliyi quruldu. Bu dövlət də Əndəlus əməviləri kimi elm sahəsində çox irəli getmiş, dövrün ən yüksək elm mərkəzlərini yaratmışdır. Bunlardan ən əhəmiyyətlisi Qranadada Əlhambra sarayının kitabxanası idi. Qranada əmirliyi uzun müddət xristian istilasına qarşı dayanmışdır. Lakin, Araqon kralı Ferdinand və Kastiliya kraliçası İzabella evlənərək vahid İspaniya dövlətinin təməlini qoydular və müsəlmanlara qarşı birləşdilər. Müqavimət göstərə bilməyən Qranada əmirliyinin son hökmdarı Abdullah Sağir Osmanlı hökmdarı II Bəyaziddən kömək istədi. II Bəyazid qardaşı Cem Sultanla bağlı problem və kifayət qədər donanmasının olmaması səbəbindən bu ölkəyə kömək edə bilmədi. Abdullah Sağir xristian krallarla bir müqavilə bağlayaraq təslim oldu. Şəhəri tərk edən Əndəlus əmirinin son dəfə ağlayaraq şəhəri seyr etdiyi qayalıq bu gün "Mavrın son nəfəsi" adı ilə məşhurdur. Bağlanan müqaviləyə və təslim şərtlərınə görə müsəlmanlarla pis davranılmamalı idi.
Alpay Azər
Alpay Azər oğlu Əhmədov və ya Alpay Azər (6 oktyabr 1974, Bakı) — Azərbaycanlı yazıçı. == Həyatı == Alpay Azər 6 oktyabr 1974-cü ildə Bakı şəhərində anadan olub. 1981–1991-ci illərdə 159 saylı Bakı şəhər tam orta məktəbində və H. Mahmudbəyov adına 2 saylı Texniki-Humanitar Elmlər liseyində təhsil alıb. 1993–1999-cu illərdə Sankt-Peterburq Dövlət Universitetinin "Şərqşünaslıq" fakültəsində oxuyub. 1999–2001-ci illərdə həmin universitetin "Beynəlxalq münasibətlər" fakültəsinin aspirantı olub. Tarix üzrə fəlsəfə doktorudur. Hazırda Bakı Slavyan Universitetində dosent kimi pedaqoji fəaliyyətini davam etdirir. Mərhum yazıçı Azər Abdullanın oğludur. Evlidir, iki övladı var. == Fəaliyyəti == 2010-cu ildən Alpay Azər imzası ilə mətbuatda dərc olunmağa başlayıb.
Mehdi Azər
Mehdi Azər (1901, Məşhəd, Xorasan – 30 may 1994) — Siyasətçi və həkim. == Bioqrafiyası == Mehdi Azər, Mirzə Əli Ağa Təbrizinin oğlu idi və Məşhəd şəhərində dünyaya gəlmişdir. Mehdi Azər İranda daxili tibb sahəsinin təsisçisi hesab olunur. O, Məhəmməd Musaddıq kabinetində mədəniyyət naziri idi. Mehdi Azər ABŞınÇikaqo şəhərində yaşayırdı və orada vəfat edib. == İstinadlar == == Mənbə == Müvəhhidi, Məhəmmədmehdi.Hafiz Dil və Ədəbiyyat nəşriyyəsi.
Azər Novruzov
Azər Niftəliyev
Azər Qismət
Azər Qismət (tam adı: Azər Həsənağa oğlu Məmmədov; 9 oktyabr 1972, Sabirabad) — azərbaycanlı yazıçı, publisist, televiziya aparıcısı, 2001-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü. == Həyatı == Azər Məmmədov 1972-ci il oktyabrın 9-da Sabirabad şəhərində anadan olmuşdur. Burada 5 saylı orta məktəbi bitirdikdən sonra Sabirabad rayonunda Təsərrüfatlararası Tikinti İdarəsində fəhləlik etmişdir (1989–1991). Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini telejurnalistika ixtisası üzrə bitirib (1991–1996). Universitet illərində BMTİ teleşirkətində çalışıb, "Telebenefis" və Xəbərlər verilişlərinin aparıcısı olub. Tələbə ikən Azərbaycanda ilk dəfə azərbaycandilli Şən və Hazırcavablar Klubunun təsisçilərindən biri kimi tanınıb. UŞU (Universitetin Şən Uşaqları) komandasının ssenari müəllifi kimi fəaliyyət göstərib. Parodiyalar üzrə diplomları var. Ordu sıralarında hərbi xidməti borcunu yerinə yetirmişdir. (1997–1998).
Azər Xəlilov
Azər Xəlilov — Telejurnalist. Azad Azərbaycan TV-nin prezidenti(2017-ci ildən), CBC Telekanalının baş direktoru (2013–2017), Azərbaycan Respublikasının əməkdar jurnalisti, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni laureatı. == Həyatı == Azər Nəriman oğlu Xəlillov 25 fevral 1959-cu ildə Bakıda doğulub. Paytaxtdakı 134 saylı məktəbdə orta təhsil, Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb. == İş fəaliyyəti == 1990-cı ildən Böyük Britaniyanın nüfuzlu BBC teleradiokompaniyasında işə başlayıb.2001-ci ildən etibarən BBC-Azərbaycan Xidmətinə rəhbərlik edib. Uzun illər Birləşmiş Krallığın paytaxtı Londonda – BBC-nin mərkəzi ofisində, həmçinin Bakıda çalışıb. 2012-ci ildə BBC-dəki işinə son verib. O, həmin il yaradılan "ATV International" televiziyasına rəhbərlik etməyə başlayıb. İki il bu vəzifəni icra etdikdən sonra – 2013–2017-ci illərdə "ATV International"ın bazası əsasında yaradılan CBC (Caspian International Broadcasting Company) telekanalına rəhbərlik edib. 2017-ci ildən ATV telekanalına rəhbərlik edir.
Azər (dəqiqləşdirmə)
Azər bu mənaları ifadə edə bilər:
Azər Allahverənov
Azər Kərim oğlu Allahverənov (20 fevral 1972, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatı, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü (2021-ci ildən), "Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri (2020-ci ildən), Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri (2015-ci ildən). == Həyatı == Azər Kərim oğlu Allahverənov 20 fevral 1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1989-cu illərdə Bakı şəhər Nəsimi rayonu 152 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra 1990–1996-cı illərdə Kazan Dövlət Universitetinin Tarix fakültəsində ali təhsil almış, tarixçi və tarix müəllimi ixtisasına yiyələnmişdir. Bundan əlavə, 1989–1990-cı illərdə Orduya, Aviasiyaya və Donanmaya Könüllü Yardım Cəmiyyətinin Bakı məktəbində radio-lokasiya stansiyasının operatoru üzrə, 1991–1992-ci illərdə isə həmin cəmiyyətin Kazan məktəbində rabitəçi-teleqrafçı ixtisasları üzrə təhsil almışdır. Azər Allahverənov əmək fəaliyyətinə 1989-cu ilin avqust ayında başlamışdır. 1989–1990-cı illərdə Azərbaycan SSR Dövlət Aqrar-Sənaye Komitəsinin Respublika Hesablama Mərkəzinin elektron-hesablama maşınları üzrə 3-cü dərəcəli elektro-mexaniki olmuş, 1990–1992-ci illərdə Kazan Dövlət Universitetində, sonra isə "Olimp" təmir-tikinti kooperativində çalışmışdır. 1993–1997-ci illərdə Azərbaycan Gənclər İttifaqının Nəsimi Rayon Komitəsinin təşkilat şöbəsinin müdiri seçilmiş, 1994-cü ildən bu komitənin sədr müavini olmuşdur. Azər Allahverənov 1997–1999-cu illərdə Uşaq və Gənclərin Xeyriyyə Fondunun rəhbərlik etmiş, 1999–2001-ci illərdə Azərbaycan Gənclər İttifaqının təşkilat şöbəsinin müdiri və beynəlxalq məsələlər üzrə sədr müavini olmuşdur. Paralel olaraq 2000–2004-cü illərdə Beynəlxalq Miqrasiya Təşkilatı və "Həyat" Beynəlxalq Humanitar Təşkilatı tərəfindən təsis olunmuş Miqrasiya Resurs Mərkəzinin Məlumat Proqramının rəhbəri, 2002-ci ildən həmin mərkəzin əlaqələndiricisi olmuşdur. 2004–2005-ci illərdə "Həyat" Beynəlxalq Humanitar Təşkilatının proqramlar üzrə direktoru, 2006–2008-ci illərdə bu təşkilatın vitse-prezidenti, 2008–2019-cu illərdə isə prezidenti (2016-cı ildən "Həyat" Humanitar Dəstək İctimai Birliyinin sədri) vəzifələrində işləmişdir.
Bouzer (personaj)
Bouzer (yaponca: クッパ, Hepbörn: Kuppa, azərb. Kupa‎) və ya Kral Kupa (ing. King Koopa) — "Nintendo" şirkətinin "Mario" franşizasında personaj və franşizanın əsas antaqonisti. Yaponiyada personaja Daymao (大魔王, Daimaō, azərb. Böyük şeytan kral‎) titulu verilmişdir. ABŞ-da personaja ilk vaxtlarda "Kupalar kralı Bouzer" (Bowser, King of the Koopas) və "Sehrbaz kral" (The Sorcerer King) deyə xitab edilirdi. Bouzer tısbağayabənzər Kupa irqinin öndəridir və 1985-ci ildə satışa çıxarılmış "Super Mario Bros." videooyunundan bəri Marionun əzəli düşməni olmuşdur. Onun əsas hədəfləri Şahzadə Piçi qaçırmaq, Marionu məğlub etmək və Göbələk krallığını fəth etməkdir. O, debütündən bəri "Mario" franşizasının hər bir videooyununda görünür və adətən əsas antaqonist rolunu canlandırır. Bouzer Kenni Ceyms tərəfindən səsləndirilir.
Gideon Hauzner
Gideon Hauzner (ing. Gideon Hausner; 26 sentyabr 1915[…], Lvov, Sisleytaniya – 15 noyabr 1990, Qüds) — İsrail hüquqşünas və siyasətçisi. O, 1960–1963-cü illərdə İsrailin Baş prokuroru vəzifəsində çalışmış, sonra Knessetə seçilmiş və kabinetdə çalışmışdır. Hauzner ən çox 1961-ci ildə Yerusəlim şəhərində Adolf Eyxmanın məhkəməsində prokurorlar qrupuna rəhbərlik etməsi ilə tanınır. Hauzner, ümumiyyətlə, Holokostu dünyaya təqdim etməklə tanınır, lakin şoumenlik etməklə ittiham edilmiş və buna görə tənqid olunmuşdur. Onun məhkəmə bacarığı həm də presedent yaratmışdır ki, "mən yalnız əmrləri yerinə yetirirdim" müdafiəsi, əgər bu cür əmrlər tamamilə cinayət və qanunsuz olarsa, etibarsızdır. İttiham tərəfi Eyxmanın günahkar olduğunu sübut etməyə müvəffəq olmuş və Eyxman bütün ittihamlar, o cümlədən insanlığa qarşı cinayətlər və yəhudi xalqına qarşı cinayətlərə görə təqsirli bilinmişdir. O, ölüm cəzasına məhkum olunmuşdur. == Əsərlər == Justice in Jerusalem. New York: Harper & Row.
Hyuel Houzer
Hyuel Houzer (ing. Huell Burnley Howser; 18 oktyabr 1945 – 6 yanvar 2013, Palm-Sprinqs, Kaliforniya) — ABŞ aktyoru.
Vilhelm Mauzer
Vilhelm Mauzer (d. 2 may 1834 – ö. 1882) Vilhelm Mauzer 1834-cü il may 2-də Almaniyanın Vürttemberg Krallığında anadan olub. Onun atası silah zavodunda usta işləyirdi. Mauzer 1867-ci ildə qardaşı Peter Paul ilə birlikdə yeni dizaynda tüfəng və tapança yaradır. Bu qardaşların ilk ən uğurlu işi idi. 1870-ci ildən, onlar fəal şəkildə Avstriya və Prusya zavodlarında kiçik silah istehsalının dizaynını həyata keçirir. Beləliklə, 23 dekabr 1872-ci ildə Peter və Vilhelm öz adları ilə eynilik təşkil edən "Peter və Vilhelm qardaşları" adlı silah firmasını təsis etdilər. Vilhelm Mauzer fəal şəkildə tez-tez Avropa ölkələrinə səyahət edərək öz istehsal etdiyi silahı bu ölkələrin silah zavodlarına təklif edirdi. Sonralar onların istehsal etdiyi silahlardan I və II dünya müharibəsində Almaniya ordusu çox yararlandı.
Yudit Hauser
Yudit Hauser (d. 23 sentyabr 1992) — Almaniyanı təmsil edən bədii gimnast. Yudit Hauser 2012-ci ildə Almaniyanı XXX Yay Olimpiya Oyunlarında təmsil etdi. Yudit Hauser 2016-cı ildə Almaniya bayrağı altında Birləşmiş Krallığın London şəhərində XXX Yay Olimpiya Oyunlarına qatıldı. O, qrup yarışlarında komanda yoldaşları Mira Bimperlinq, Nikola Müller, Kamilla Pfeffer, Katrin Pul və Sara Radman ilə birgə təsnifat mərhələsində 49.650 xal topladı və 10-cu yeri tutaraq mübarizəni dayandırdı.
Herbert Huver
Herbert Klark Huver (ing. Herbert Clark Hoover; 10 avqust 1874, Vest Branç, Ayova, ABŞ — 20 oktyabr 1964, Nyu-York, Nyu-York ştatı, ABŞ) — Amerika Birləşmiş Ştatlarının 31-ci prezidenti (1929–1933). == Həyatı == Alman əsilli ailədə dünyaya gəlmişdir. Atasının ilkin soyadı Huber olmuşdur. 1880-ci ildə, 6 yaşında ikən atasını, 10 yaşında isə anasını itirən Herbert Huver əvvəlcə 18 ay əmisi Allen Huverin, 1885-ci ilin noyabrından isə öz oğlu bir il əvvəl vəfat edən dayısı Con Mintornun yanında yaşayır. 1891-ci ildə o vaxt yeni yaradılmış Stenford Universitetinə qəbul olmuş və 1895-ci ildə geoloq-mühəndis ixtisası üzrə buranı bitirmişdir. Sonralar ixtisası üzrə Avstraliyada və Çində işləmişdir. 1914-cü ildə Birinci dünya müharibəsinin başlaması ilə Londonda 120 000 ABŞ vətəndaşının Avropadan çıxarılmasının təşkili ilə məşğul olur. 1917-ci ildə ABŞ-nin müharibəyə qatılmasından sonra prezident Vudro Vilson tərəfindən ABŞ Ərzaq Xidmətinin rəhbəri təyin olunur. 1928-ci il prezident seçkilərində rəqibi Alfred Smit üzərində kəskin fərqlə qalib gələrək prezident seçildi.
Hezer Lencenkemp
Hezer Lencenkemp (17 iyul 1964, Talsa) — ABŞ aktrisasıdır. Ən məşhur filmi "Qarağac küçəsində dəhşət" filmidir. Bu filmdə Nensi Tompson personajının ifa etməsi ilə film səhnəsində böyük populyarlıq qazanmışdır. == Həyatı == Hezer Lencenkemp 17 iyul 1964-cü ildə Oklahoma ştatının Talsa şəhərində rəssam Meri Elis və neft maqnatı Dobi Lencenkempin ailəsində dünyaya gəlmişdi. Atası Dobi Karter və Klinton administrasiyasının energetika komissiyasının müavini vəzifəsində işləyirdi. Hezer 1983–1994-cü illər arasında bir çox filmlərə çəkilmişdi. Hezer Lencenkemp Devid Leroem Anderson ilə ailə həyatı qurmuş və ondan iki övladı dünyaya göz açmışdı. Cütlük Kaliforniya ştatının Los Anceles Sahəsinə məxsus Malibu şəhərində yaşayırlar.
Hizer Lancenkamp
Hezer Lencenkemp (17 iyul 1964, Talsa) — ABŞ aktrisasıdır. Ən məşhur filmi "Qarağac küçəsində dəhşət" filmidir. Bu filmdə Nensi Tompson personajının ifa etməsi ilə film səhnəsində böyük populyarlıq qazanmışdır. == Həyatı == Hezer Lencenkemp 17 iyul 1964-cü ildə Oklahoma ştatının Talsa şəhərində rəssam Meri Elis və neft maqnatı Dobi Lencenkempin ailəsində dünyaya gəlmişdi. Atası Dobi Karter və Klinton administrasiyasının energetika komissiyasının müavini vəzifəsində işləyirdi. Hezer 1983–1994-cü illər arasında bir çox filmlərə çəkilmişdi. Hezer Lencenkemp Devid Leroem Anderson ilə ailə həyatı qurmuş və ondan iki övladı dünyaya göz açmışdı. Cütlük Kaliforniya ştatının Los Anceles Sahəsinə məxsus Malibu şəhərində yaşayırlar.
Huver institutu
Huver müharibə, inqilab və sülh institutu (ing. Hoover Institution on War, Revolution, and Peace) — Stenford Universiteti sisteminin bir hissəsi olan ABŞ-də yerləşən siyasi araşdırma mərkəzi. == Tarixi == 1919-cu ildə Bir Dünya müharibəsi kitabxanası olaraq Herbert Huver tərəfindən qurulmuşdur. Huver, XX əsrin əvvəlləri ilə əlaqəli çox sayda material topladı və "müharibə, inqilab və sülh kitabxanası" yaratmaq üçün öz ana vətəni Stanford'a bağışladı. Zaman keçdikcə kitabxana siyasət və iqtisadiyyatda uzunmüddətli analitik proqramlar üçün vacib bir tədqiqat mərkəzinə çevrildi. == Kitabxana == Huver İnstitut Kitabxanası, Birinci Dünya Müharibəsi və Oktyabr İnqilabı dövründə Rusiya tarixindəki ən böyük xarici anbarlardan biridir. Bu sənədlər arasında general Pyotr Vranqel, Aleksandr Kerenski, general Lavr Kornilov, knyaz Qeorqiy Lvov , Vladimir Kokovtsov, Rusiyanın Parisdəki səfiri Vasili Maklakov, rus diplomatı Mixail Qirs, general N. N. Yudenich və başqaları kimi Rusiyanın və ağ hərəkatın görkəmli ictimai və siyasi xadimlərinin şəxsi fondları və fərdi sənədləri yerləşir. Kitabxanada 1895-1917-ci illər arasında çar gizli polisinin Huver Maklakova verilən arxivləri vardır . Əvvəlcə hərbi kitabxana ümumi fondlardan ayrı olaraq Stenford Universitetində yerləşdirildi və 1941-ci ildə Huver Qülləsinə köçdü.
Huver moratoriumu
== Huver moratoriumu və tərksilah məsələsi == 1930-cu illərin əvvəllərində Avropada beynəlxalq münasibətlərdə ön plana çıxan məsələlərdən biri Avstriya-Almaniya gömrük ittifaqının yaradılması oldu. Almaniyanın Versal-Vaşinqton sisteminə əsasən götürdüyü bütün öhdəliklərin əksinə olaraq, Avstriya ilə gömrük ittifaqı bağlaması qalib dövlətlərin etirazına səbəb oldu. Beynəlxalq daimi tribunal bu gömrük ittifaqını ləğv etdi. Buna cavab olaraq, Almaniyada nasional-sosializm, revanşizm və Versal sistemini dağıtmaq meylləri gücləndi. İqtisadi böhranın təsiri nəticəsində Almaniyanın təzminatı ödəməyə gücü çatmadı. Belə olduqda Almaniya prezidenti Hindenburq ABŞ prezidenti Huverdən kömək istədi. Huver isə 1 il müddətində bütün təzminat və istiqrazların ödənilməsinin dayandırılması təklifini irəli sürdü. Bu təklif Huver moratoriumu adını aldı. 1931-ci ildə Londonda iri dövlətlərin baş nazirlərinin keçirdiyi konfransda Almaniyaya uzunmüddətli kredit vermək və ölkənin maliyyə vəziyyətini öyrənmək üçün komissiya yaradıldı. Yaradılmış komissiya vəziyyəti araşdıraraq Almaniyanın təzminatı ödəmək iqtidarında olmadığını bildirdi.
Hüner Coşkuner
Hüner Coşkuner (1 aprel 1963, İstanbul – 4 fevral 2021) — Türkiyə müğənnisi.