Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Ailə
Ailə sözü — aralarında qohumluq münasibəti olan insanlar üçün işlədilir. == Ailəm == Ailə sosiologiya baxımından evlənmək ya da qohumluq xətti ilə gələn bir həyat birliyidir. Ailə sözü Qərbdə əsasən ana-ata və uşaqlar anlayışını verir. Şərq xalqlarında ailə daha çox eyni evdə yaşayan, ya da eyni nəsildən gələn insanların cəminə deyilir. Biologiyada ailə sözü bir-birlərinə qohumluq dərəcəsi baxımından bir qrupda birləşən heyvanat ya da nəbatat üçün işlədilir. == Sözün mənşəyi == Ailə sözünün əsli ərəbcədən gələn عائلة (ailə) sözündəndir. Bu söz ərəbcədə dayanmaq mənasında olan عول (avl) kökündəndir. Bir-birlərinə dayanan, etimad edən insanlar üçün işlədilir. Ailə sözü müştərək xüsusiyyətləri olan elmi, texniki və sosial qruplar üçün də işlədilir. Misal üçün, bir istehsalçının bir məhsul xəttindəki məhsullara o istehsalçının məhsul ailəsi də deyilə bilər.
Məişət axıntıları
Məişət axıntıları – kommunal təsərrüfatının maye tullantıları. Şəhər adamlarının sutka ərzində işlətdiyi təmiz su (300-400 l) mühitə güclü çirklənmiş halda, qayıdır. Tərkibində neft maddələri, asılı maddələr, xloridlər, sulfatlar, nitritlər, nitratlar, ammonium-azot olur. Sintetik aktiv maddələrin (məs: yuyucu toz) tərkibində fenol, dəmir, mis, sink, nikel, xrom, qurğuşun, kobalt, alüminium, kadmium olur. Məişət axıntılarının yenidən işlənməsi şəhər ekologiyasının çətin problemlərindən biri hesab olunur. Nüvə enerjisi istehsalı və ya radiaktiv şüadan xüsusi istifadə ilə əlaqədar olmayan aşağı dozada ionlaşdırcı şüaların insana təsiri, Məişət radiasiya yükü: məişət cihazlarından istifadə zamanı alına bilər. (ilk növbədə lümunafor istifadə olunan rəngli televizorlar, işıqverən amferblatlı saatlar), həmçinin rentgen müayinəsi zamanı (rentgen cihazı ilə xidmət göstərən tibbi personalın şüalanma ehtimalı var). Suyu üzvi maddələrin çirkləndiricilərindən (fenol, neft maddələri) ağır metalardan təmizləyən, həmçinin suyun codluğunu azaldan xüsusi qurğular. Məişət əşyalarının və insanların həyatında istifadə edilən maddələrin bərk (həmçinin çirkab sularının çöküntüləri (tullantıları) hamam, camaşırxana, yeməkxana, xəstəxana müəssəsisələrin məişət binaları tullantıları və s.). Tullantıların tərkibindən qiymətli (əsasən metalları) və yanmayan komponentləri (şü- şə) çıxararaq, onları yandırdıqda və ya üzvi qıcqırtdıqda əldə edilən enerji və xammaldan tikinti materialları, kompost və s .
Məişət ekologiyası
Məişət ekologiyası — İnsan populyasiyasının mövcudluğu və inkişafını təmin edən, əhalinin sağlamlığının qorunması və inkişafına xidmət edən, adamların fiziki və mənəvi qüvvələrinin rekreatsiyasına şərait yaradan, onların təkrar istehsalını təmin edən, adamları mənəvi-psixoloji cəhətdən formalaşdıran və insanla ətraf mühitin qarşılıqlı təsir qanunauyğunluğu əsasında reallaşan sosial-bioloji, mənəvi-psixoloji şəraiti əhatə edən mikromühit kimi dəyərləndirilir. Professor Sakit Hüseynov yazır ki, məişət ekologiyası anlayışı, başqa canlıların özünəməxsus yaşama yeri, insanın öz yaşama yeri, sosial-fəlsəfi baxımdan məişət şəraiti anlayışı kimi müəyyənləşdirilir. Bu mənada məişət ekologiyasını mənalandırarkən — insanın yaşma yeri olan mənzil-məişətin ekologiyası nəzərdə tutulur. Yaşamaq üçün hər bir canlı orqanizmin özünəməxsus yer seçməsi, oradan qida, su və s. tapması, zaman həddi ilə bağlı olan fəaliyyəti, müəyyən səbəbdən bir yaşayış yerini başqa yaşayış yeri ilə dəyişməsi, canlı orqanizmlərin həyat tərzi adlanır. Orqanizmin xarici aləmin, obyektiv təsirinə — işığa, temperatura, küləyə, yağışa, qara münasibəti də onun həyat tərzinə aiddir. Bu münasibətləri də ekologiya öyrənir. Professor Sakit Hüseynov göstərir ki, məişət ekologiyası insan ekologiyasının qorunmasında, onun fəaliyyətində mühüm zəruri əhəmiyyət kəsb edir. Buna görə də insan ekologiyasının qorunması digər amillərlə yanaşı, həm də məişət ekologiyasının normal təşkil olunması və yaxşılaşdırılmasından asılıdır. Məisət ekologiyasının normal təşkili və inkişaf səviyyasi isə əhalinin təmiz içməli su, keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsindən — rahat mənzil şəraitinin yaradılmasına qədər mürəkkəb və zəruri şərtlərin yerinə yetirilməsini tələb edir.
Məişət janrı
Məişət janrı - gündəlik şəxsi və ictimai həyata həsr olunmuş incəsənət janrı. Bu janr Avropa antik dövründə yaranmışdır. Amma Qədim Yunanıstandan əvvəl Afrikada və qədim Misirdə gündəlik həyat səhnələrin rəsmini çəkirdilər.
Məişət tullantıları
Məişət tullantıları — məişət tullantıların bir neçə növü var. Ağır məişət tullantıları (AMT) predmet və ya mal, ehtiyac zərurətini itirmiş, çox hissəsi tullantıya dönmüş materialdır. AMT 3 hissədən ibarətdir: bioloji, qeyri bioloji( süni və sintetik hissə) və sonuncu hissə lazımsız tullantı hissəsi Tullantıların öyrənilməsi «Tullantı arxeologiyası», onun utilizasiyası ilə məşğul olan bölməsi Qabrologiya adlanır. ATM çox mürəkkəb getorogen qarışıqdan ibarətdir Morfoloji cəhətdən ATM indiki dövrə nəzərən müxtəfil komponentlidir. Bioloji tullantı Qida tullantıları Sintetik tullantılar kağız – qəzet, jurnal, hədiyyəlik paketlər və s. neft məhsulları: plastmas dəri, rezin tekstil Müxtəlif metallar (ağır və əlvan) şüşə ATM -in kimyəvi tərkibi Onun keyfiyyətini müəyyən etməklə yanaşı bioqazınn alınması üşün vacibdir. Dövlət Statistika Komitəsinin illik hesabatına əsasən 2017-ci il ərzində ölkə ərazisində ümumilikdə 6.6 mln. m³ məişət tullantısı əmələ gəlmişdir. Məişət tullantılarının idarə edilməsi probleminin həllinə yüksək dövlət qayğısı və bu işin dövlət siyasətinə çevrilməsi, ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilir ki, bu tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair 2006-2010-cu illər üçün kompleks Tədbirlər planı»na uyğun olaraq Balaxanı ərazisində ildə 500 min ton məişət tullantısını emal etmək gücünə malik müasir məişət tullantılarının yandırılması zavodunun və ildə 200 min ton məişət tullantısını çeşidləyən müasir zavodunun tikilməsi və istismara verilməsidir. Məişət tullantılarının idarə olunması sisteminin təkmilləşdirilməsi məqsədilə son dövrlərdə ölkəmizdə həyata keçirilən digər bu kimi tədbirlər ümumilikdə idarə olunma sisteminin beynəlxalq tələblərə uyğun inkişafının təməlini qoymuşdur və hazırda da bu istiqamətdə davamlı olaraq tədbirlər həyata keçirilir.
Məişət xalçaları
Xovsuz xalçalar — toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edən xalçalar. Azərbaycan xalçaları öz texniki xüsusiyyətlərinə görə xovlu və xovsuz olurlar. Xovsuz xalçalar toxuculuq sənətinin ən erkən dövrünə təsadüf edir. Azərbaycan xalça sənəti öz yüksək bədii texniki keyfiyyətinə, xovsuz toxunuşunun müxtəlifliyinə görə fərqlənir. Burada xovsuz xalçaların bütün nümunələri təqdim edilmişdir, digər ölkələrin xalça sənətində isə bu nümunələr az miqdarda təmsil olunur. Bundan çıxış edərək Alman sənətşünası Q.Rop "Şərq xalçası" kitabının "Qafqaz xalçaları" bölməsində buradakı xalçaların Asiya xalçalarından daha erkən əmələ gəldiyini, xovsuz xalçalardan - kilimlərin Qafqazda ən yaxşı olduğunu sübut edir. Xovsuz xalçaların, ümumiyyətlə xalça sənətinin yaranmasının əsasını onların ilk sadə nümunələri olan həsir, çətən, buriya təşkil edir. Xovsuz xalçalar öz toxuma üsuluna, kompozisiya quruluşuna, ornament zənginliyinə və rəng koloritinə görə bir-birindən fərqlənən 8 növə bölünür: palaz, cecim,ladı, kilim, şəddə, vərni, zili, sumax.
Sifon (məişət)
Sifon — içərisində qazlı su hazırlamaq və saxlamaq üçün qab. Avtosifon adlanan növü metal və ya şüşə (metal torla armaturlanmış) balondan ibarətdir: balonun ağzına yivlə burulub bağlanan axıdıcısı və maye karbon qazı baloncuğu üçün dairəvi hissəsi olur. Metal avtosifonlar 1 və 2 litrlik, şüşə avtosifonlar 1 litrlikdir. Doldurulan sifon növünü qalın şüşədən 0,8 və 2 litrlik hazırlayır və xüsusi yerlərdə 6101—8105 N/m² (6—8 am) təzyiq altında doldururlar.
Məişət zorakılığı
Məişət zorakılığı — bu anlayış barədə indi hətta körpə uşaqlarımız da bilir. Bəlkə də səbəb bu dövrümüzdə zorakılığın çox baş verməsidir. Əvvəllər də yəni, yüz il bundan əvvəl də zorakılıq olub, yüz il bundan sonra da olacaq və bu gün də aktual məsələlər sırasındadır. Zorakılıq sözünün mənası "hücum etmək" deməkdir. Qarşı tərəfi və ya tərəfləri öz istəyinə uyğun, öz mənafeyinə uyğun davranması üçün zorlayan, zor tətbiq edən deməkdir. Zorakılıq deyəndə əksəriyyətimizin beynində "döymək", "cinsi zorlama" və.s fiziki zorakılıq canlanır. Amma zorakılıq təkcə bunlarla məhdudlaşmır.
Məişət texnikası
Məişət texnikası yemək bişirmək və ya təmizlik aparmaq kimi bəzi məişət funksiyalarını yerinə yetirən elektrik enerjisinin gücü hesabına işləyən mexaniki cihazlardır. Məişət texnikası aşağıdakı qruplara ayrıla bilər: Əsas məişət texnikası və ya məişət əşyaları Kiçik məişət texnikası İstehlak Elektronikası Bu cür qruplara ayrılma bu növ məhsulların saxlanılması və təmirində də nəzərə çarpır. İstehlak elektronikası adətən yüksək səviyyədə texniki bilik və bacarıq tələb etdiyi halda, böyük cihazlar isə bu cihazları idarə etmək üçün daha çox praktiki bacarıqlar və eyni zamanda da onları təmir etmək üçün istifadə edilən ağır alətləri işlətmək məqsədilə böyük fiziki qüvvə tələb edir.
Ailə TV
Ailə TV — Azərbaycanda informasiya və kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən Caspian Telecom MMC şirkətinin brendidir. 1997-ci ildən bu sahədə fəaliyyət göstərir.
Ailə atası
"Pater familias" (latın dilindən – "ailə atası") — patriarxal ailənin başçısı. Qədim Romada "pater familias" əvvəlcə həyat yoldaşı, uşaqları, qulları, əşyaları üzərində eyni gücə (manus) malik idi. O, bunların hamısını bəraət qazandırmaqla iddia edə bilərdi. Sonra bu güc fərqlənmiş və müxtəlif adlar almışdır. Əvvəlcə ailənin atasının səlahiyyəti qeyri-məhdud idi, qalan ailə üzvləri isə tamamilə gücsüz idi, lakin sonra Roma hüququ onların hüquqlarını tanımağa başlamışdır. Ailə atasının hakimiyyətinin zəifləməsi Roma ailə hüququndakı dəyişiklik, yetkin ailə üzvlərinin müəyyən müstəqilliyini öz üzərinə götürən ticarətin inkişafının nəticəsi idi.
Ailə folkloru
Ailə folkloru— Ailə folkloru, folklorun, ənənəvi mədəniyyətin vahid ailə qrupu daxilində öyrənilməsi və istifadəsi ilə məşğul olan folklor bölməsidir. Buraya ailə üzvləri tərəfindən hazırlanan əl işləri və ya ailə hadisələrini xatırlatmaq üçün qorunub saxlanılan xatirə əşyaları, ailə fotoları, fotoalbomlar, gələcək nəsillər üçün sertifikatlar, məktublar, jurnallar, qeydlər və s. daxildir. Ailə haqqında kəlamlar və real hadisələrdən doğan hekayələr ümumi olaraq, ailə kimliyini qorumaq üçün bir vasitə olaraq təkrarlanır. Ailə adətləri yerinə yetirilir, dəyişdirilir, bəzən isə unudulur, yaxud yenidən yaradılır. Ailə folkloru regional, etnik, dini və ya müəyyən peşə qrupları daxilində yaranır. 1958-ci ildə tarixçi Modi Boutraytın "ailə dastanı"nı yazıya köçürmək — "sənədləşdirmək" çağırışına, folklorşünaslar öz ailələrində yazıya alınan hekayə və ənənələrə bağlı açıqlamalarla cavab verdilər. 1970-ci illərdə onlar ailə qrupunun müəyyənedici elementi hesab olunmağa başladılar. L. Karen Baldvinin nəşr etdirmədiyi dissertasiyası (1975) ailə folklorunun nəzəri əsaslarını qoydu:"… ailə yalnız bir folklor qrupu deyil, eyni zamanda hər kəsin aid olduğu ilk folklor qrupudur". Ailə folklorunun öyrənilməsi şəcərə, yaxud ailə tarixindən fərqlidir.
Ailə hüququ
Ailə hüququ — hüquq elminin bir qolu. Hər bir hüquq sahəsi kimi ailə hüququ özünün predmeti və hüquqi tənzimetmə metodu ilə səciyyələnir. Hüquq elmində hüquqi tənzimetmə dedikdə, hüquq normalarının (yuridik normaların) köməyi ilə dövlətin ictimai münasibətlərə təsiri prosesi başa düşülür. Hüquqi tənzimetmənin predmetini hüquq normalarının müvafiq qrupu ilə təsbit edilən ictimai münasibətlərin müəyyən formasını təşkil edir. Hüquqi tənzimetmə metodu dedikdə, hüquq normalarının ictimai münasibətlərə təsir göstərməsi üsulu nəzərdə tutulur. Hüquqi tənzimetmə metodu imperativ və dispozitiv tənzimetmə metodlarına bölünür. İmperativ metod hüquq normaları ilə tənzim edilən ictimai münasibətlərin iştirakçısına hakimiyyətin təsir üsuludur. Dospozitiv metod isə bərabərhüquqlu tərəflər olan ictimai münasibətlər iştirakçıları arasında münasibətləri tənzimetmə üsuludur. Hüquq sahəsi olaraq ailə hüquq ictimai münasibətlərin müəyyən növünü – ailə münasibətlərini, yəni nikah faktından meydana gələn və ailəyə mənsub olan münasibətləri tənzim edir. Bununla əlaqədar, ailə hüquqi-tənzimetmə predmeti, birincisi, öz məcmusunda həmin predmeti təşkil edən ictimai münasibətlərin ən mühüm xüsusiyyətləri və mahiyyətini açıqlamalı və ikincisi, göstərilmiş münasibətlərin iştirakçılarının ümumi xarakteristikasını özünə daxil etməlidir.
Ailə münaqişələri
Ailə münaqişələri — cəmiyyətin ən aktual məsələlərindən biridir. Ailə şəxsiyyəti və cəmiyyəti formalaşdıran mühüm sosial institutdur. Azərbaycan mədəniyyətində ailə başlıca mərkəzi anlayışdır, ailəyə münasibət isə şəxsiyyətin sosial əhəmiyyətinin qiymətləndirməsinin və özünütəsdiqin vacib amilidir. Hər adamın öz həyat məkanı vardır, bu digər insanlarla qohum, dost, qonşularla olan münasibətlərdir. Onlardan ən yaxınları ilə münasibət artıq bilavasitə belə düzülür; "ev", "ailə". Bura insanların yaşadıqları yerdir, yalnız burada onlar özünü yaxşı hiss edir. Ailə, şübhəsiz, müasir dövrdə istər ayrılıqda götürülmüş şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyərin, mədəni irsin, əxlaqi norma və qaydalarının ötürücüsü rolunu oynayır. Ailə münasibətlərinin idealı çətin əldə edilir və müasir ailədə "münaqişələrə" səbəb olur. Kişilərin əksəriyyəti hesab edir ki, qadının işləməsindən və ya işləməməsindən asılı olmayaraq əsas odur ki, evdə həmişə rahatlıq və səliqə olsun, qadının peşəkar fəaliyyətində və siyasətdəki təsiri müxtəlif ola bilər, amma ailədə onun üstün təsiri saxlanılmalıdır. İndiyə qədər ailələrdə o cümlədən azərbaycanlı ailələrində əməyin ənənəvi bölgüsü aparılır.
Ailə sosiologiyası
=== Ailə sosiologiyasının meydana gəlməsi və inkişaf mərhələləri === Uzun müddət ailəni müxtəlif aspektlərdən təhlil edən tədqiqatlar aparılsa da bu sahənin sosiologiyanın əsas tədqiqat obyektlərindən birinə çevrilməsi XIX əsrdə baş vermişdir. Ailə sosiologiyasının inkişafını Thomas və Wilcox 3 mərhələyə bölürlər. Sosial problemlərin tədqiq olunduğu mərhələ (1800-1900); Amerika düşüncə tərzinə Avropalıların təsiri dövrü (1900-1950); Pozitivist və humanist konsepsiyalardan fəlsəfi ayrılıqların başladığı mərhələ (1950-ci illər və sonrası dövr) Başqa bir tədqiqatda isə, ailə sosiologiyasının inkişaf mərhələləri dörd dövrlə müəyyən olunmuşdur: Sosial Darvinizm (1860-1890); Sosial islahatçılıq (1890 -1920); Elmi tədqiqatlar mərhələsi (1920 -1950); Ailə tədqiqatları sahəsində sistematik formalaşdırma mərhələsi (1950-ci illər və sonrakı dövr). Ailə mövzusunda ilkin sosioloji tədqiqatlar Kont və Proudhon ilə başlamışdır. Lakin bununla belə ailə sosiologiyasının bünövrəsi fransız sosioloqu Fr.Le-Ple və amerikalı sosioloq, ailə məsələləri üzrə Amerika Milli Şurasının ilk prezidenti E. Berdjers tərəfindən qoyulmuşdur. Fr.Le-Ple cəmiyyəti müşahidə edərkən cəmiyyətin özəyi və sadə modeli kimi ailəni qəbul edirdi. Onun fikirləri Kontun ailə haqqında “kiçik cəmiyyətlər” ideyasının təsiri altında formalaşmışdır. Le-Ple “Cəmiyyəti dərk edə bilmək üçün ailəni dərk etmək lazımdır” tezisindən çıxış edirdi. O, hesab edirdi ki, xarici mühit insanların iqtisadi həyatını müəyyən edir, eyni zamanda ictimai proseslərə təsir edən ailə formasını diktə edir. Le Ple, ailə tədqiqatlarının empirik metodu kimi ailə büdcəsinin təhlilini seçmişdir.
Ailə tərbiyəsi
Ailə tərbiyəsi — ailənin böyük üzvlərinin və ailə həyat tərzinin uşağa müntəzəm, məqsədəuyğun təsiri. == Vəzifələri == Ailə tərbiyəsinin əsas və ümumi vəzifəsi uşaqları mövcud ictimai şəraitdə həyata hazırlamaq, daha məhdud və konkret vəzifəsi isə onlara ailə şəraitində şəxsiyyətin normal şəkildə formalaşması üçün zəruri olan bilik, bacarıq və vərdişlər aşılamaqdır. Ailə tərbiyəsinin məqsəd və vasitələri ictimai-iqtisadi quruluşdan, mədəniyyətin inkişaf səviyyəsindən asılıdır. Ailə tərbiyəsi, adətən, ailənin mənsub olduğu ictimai təbəqənin ideologiyası, əxlaqı və qarşılıqlı münasibətlər sistemi üzərində qurulur. Ailə tərbiyəsi böyüklərin özünütərbiyəsi, onların xarakterində uşaqlara səmərəli pedaqoji təsir göstərə bilən keyfiyyətlərin formalaşması ilə sıx bağlıdır. == Sosialist ideologiyada == Azərbaycan sovet mənbələrinə görə, antaqonist sinifli formasiyalarda ailə tərbiyəsi sinfi xarakter daşıyır, dinin və mühafizəkar ənənələrin təsirinə məruz qalır. Ailə tərbiyəsinin məzmun, vasitə və metodlarında burjua cəmiyyəti və ailə-məişət münasibətlərindəki antaqonizmi əks etdirən dərin ziddiyyətlər meydana çıxır. Hakim sinif uşaqlarının çoxunda ailə tərbiyəsi prosesində eqoizm, varlanmaq ehtirası inkişaf edir ki, bu da uşaqlarla böyüklər arasında dərin münaqişələrə səbəb olur, çox vaxt uşaqlarda valideynlərinə qarşı nifrət doğurur. Proletar ailələrində fəhlələrin sinfi şüurlu artdıqca inqilabi ideyalar ailə tərbiyəsində daha dərindən nüfuz edir. Elmi sosializm ideyalarının təsir gücləndikcə kollektivizm, proletar beynəlmiləlçiliyi, istismarçılara nifrət, ictimai fəallıq və zülmə qarşı mübarizə tərbiyəsi başlıca əhəmiyyət kəsb edir; bu, zəhmətkeş uşaqları mütilik ruhunda tərbiyə etməyə çalışan hakim ideologiyaya qarşı ardıcıl mübarizədə həyata keçirilir.
Ailə büdcəsi
Ailə büdcəsi— müəyyən bir müddət ərzində bütün ailə üzvlərinin imkanlarını təsvir edən gəlir, xərc və əmanət planı. == Tərif == BRE-yə görə ailə büdcəsi ailədə faktiki gəlir və xərclərin məbləği və strukturudur; həyat səviyyəsinin xarakterik xüsusiyyətləri. == Ailə maliyyəsinin idarəetmə sistemlərinin tipologiyası == 1980-ci illərin sonlarında İngilis sosioloqları J. Pal və K. Vogler ailə büdcəsinin idarə edilməsi növlərinin təsnifatını təklif etdilər, bunun nəticəsi Volger, Pal cütlüyü tərəfindən yekunlaşdırıldı. Nəticə aşağıdakı sxemdir : Tam qadın və ya kişi nəzarət sistemi Ev təsərrüfatı üçün sabit büdcə sistemi Müstəqil nəzarət sistemi == Ailə büdcələrinin təsnifatı == Xərclər sabit və dəyişənlərə bölünür. Onlar da tez-tez aktuallıq və tezliyə görə bölünür: illik, mövsümi, aylıq, həftəlik, gündəlik və dəyişən . Elmi ədəbiyyatda rifah səviyyəsinə görə ailə büdcələrinin bir neçə növü fərqləndirilir: yaşayış minimumu büdcəsi, bərpa istehlak büdcəsi və yüksək gəlir büdcəsi. == Şəbəkə resursu == Steinberqin araşdırmasına görə, əlverişsiz iqtisadi vəziyyətdə olan kənd mühitində ailə büdcəsi "şəbəkə resursu"ndan alınan resursların 30–70%-ni təşkil edir və ailənin zənginliyindən asılı olaraq onun genoqramı əhəmiyyətli dərəcədə dəyişir : aztəminatlı ailə qohumlarından əhəmiyyətli donor dəstəyi alır ki, bu da birtərəflidir; orta gəlirli ailə qarşılıqlı mübadilə əsasında qurulmuş ən inkişaf etmiş şəbəkəyə malikdir; yüksək gəlirli ailə "kasıb ailə" konfiqurasiyasına malikdir, lakin rifah səviyyəsini qorumaq və gücləndirmək üçün qəsdən belə şərait yaradır. "Şəbəkə resursu" fenomeni "mənəvi iqtisadiyyat"ın xarakterik xüsusiyyəti olan mübadilənin ekvivalentliyinin dərk edilməsidir. Ailənin nüvə vahidi kimi anlayışının formalaşması ilə yanaşı, "böyük ailə" anlayışı keçmişə çevrilir ki, bu da əvvəllər bütün iştirakçılara "əsas son məqamların" uğurla keçməsinə zəmanət verirdi: bir ailənin doğulması. uşaq, universitetə ​​daxil olan uşaqlar, evlilik, dəfn.
Ailə psixologiyası
Ailə psixologiyası— bəşər cəmiyyətinin böyük sosial kəşflərindən və təsisatlarından biri olan ailə insanlar arasındakı qarşılıqlı münasibətləri əks etdirən mənəvi-psixoloji və sosial birliyin spesifik formasıdır. Sosial sistem kimi ailənin sabitliyi cəmiyyətdə onun yalnız spesifik instutsional funksiyasını yerinə yetirməsi ilə yanaşı, həm də özünün daxili psixoloji iqlimindən, mənəvi dəyərlərdən, emosiyalardan, iqtisadi maraq və s. kimi digər amillərdən də asılıdır. == Ailə psixologiyasının predmeti və vəzifələri == Elmlər bir-birindən obyektinə görə yox, predmetinə (mövzusuna) görə fərqlənirlər. Elmin obyekti dedikdə, onun tədqiq etdiyi real gerçəklik nəzərdə tutulur. Bu baxımdan insanları və heyvanları öyrənən bütün elmlərin obyekti eynidir. Elmin predmeti dedikdə, onun öz obyektindən ayırd etdiyi, seçdiyi cəhətlərə hansı baxımdan, hansı nəzəri və ya praktik aspektdə yanaşması nəzərdə tutulur. Məlumdur ki, ailə sferası – insanın şəxsiyyət kimi formalaşması və psixi inkişafını müəyyən edən güclü mənbədir. Ailə psixologiyasının tətbiq edilməsi aktuallığı ailənin həyat fəaliyyətinin optimallaşdırılması, nikah və valideyn-övlad münasibətlərinin effektivliliyinin artması, ailədə uşaqların tərbiyəsi problemlərinin həlli və s. ilə əlaqədardır.
Ailə (dəqiqləşdirmə)
Ailə — aralarında qohumluq münasibəti olan insanlar. Ailə (film) — film.
Ailə (film)
Ailə — filmi rejissorlar Rüstəm İbrahimbəyov və Ramiz Həsənoğlu tərəfindən 1998-ci ildə ekranlaşdırılmışdır. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Sosial dram sosialist cəmiyyətinin "özəyi" kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunmuşdur. Filmdə əsas rolları Həsənağa Turabov, Səyavuş Kərimi, Svetlana Metkina, Rafiq Əliyev, Təhminə Məmmədova, Nataliya Tağıyeva və Mehriban Zəki ifa edirlər. == Məzmun == XX əsrin 80-ci illərinin axırı sovet epoxasının sonunun başlanğıcı oldu. İlk "odu" erməni millətçiləri "yandırdılar". Onlar Dağlıq Qarabağa öz ərazi iddialarını irəli sürdülər. Kreml elitası bu məsələyə öz münasibətini bildirmək əvəzinə susmağı üstün tutdu. Beləliklə də, azərbaycanlılar Ermənistandan, öz dədə-baba yurdlarından zorla qovuldular… Filmdəki hadisələr bu fonda cərəyan edir. Film sosialist cəmiyyətinin "özəyi" kimi, bir Bakı ailəsinin dağılması tarixçəsinə həsr olunmuşdur.
Ailə planlaşdırılması
Ailə planlaşdırılması “fərdlərə, o cümlədən yetkinlik yaşına çatmayanlara uşaqların sayını sərbəst müəyyən etməyə və buna nail olmaq üçün lazımi vasitələri seçmək imkanı verən təhsil, hərtərəfli sağlamlıq və ya sosial fəaliyyət” kimi müəyyən edilir. Ailə planlaşdırılması qadının uşaq sahibi olmaq istədiyi uşaqların sayını, o cümlədən uşaq sahibi olmamasını, həmçinin uşaq sahibi olmaq istədiyi yaşın nəzərə alınmasını əhatə edə bilər. Bu, ailə vəziyyəti, karyera, maliyyə vəziyyəti və uşaq sahibi olmaq və böyütmək qabiliyyətini dəyişdirə biləcək hər hansı amillər kimi xarici amillərdən təsirlənir. Seksual aktiv olduqda, ailə planlaması kontrasepsiya və digər doğuma nəzarət üsullarından istifadəni əhatə edə bilər. Ailə planlaşdırılmasının digər aspektlərinə cinsi maarifləndirmə, cinsi yolla keçən xəstəliklərin qarşısının alınması və müalicəsi, məhsuldarlıqla bağlı məsləhət, sonsuzluğun müalicəsi daxildir. Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən müəyyən edilən ailə planlaşdırılması kontrasepsiya vasitələrinin təmin edilməsi üçün texnologiyaların, məlumatların və standartların işlənib hazırlanmasını və ötürülməsini nəzərdə tutur. Abort ailə planlaşdırılmasının tərkib hissəsi hesab edilmir baxmayaraq ki, kontrasepsiya və ailə planlaşdırılmasına çıxış aborta ehtiyacı azaldır. Bu termin tez-tez "doğuşa nəzarət" ifadəsinin sinonimi kimi istifadə olunur, halbuki onun mənası bir qədər fərqlidir. == Səmərəlilik == Müasir kontrasepsiya üsullarından istifadə ilə bağlı Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu (UNFPA) bildirir ki, “kontraseptivlər arzuolunmaz hamiləliyin qarşısını alır, abortları azaldır, hamiləlik və doğuşun ağırlaşmaları ilə bağlı ölüm və əlilliyi azaldır”. UNFPA bildirir ki, “əgər 2018-ci ildə qarşılanmamış kontrasepsiya ehtiyacı olan bütün qadınlar müasir üsullardan istifadə edə bilsəydilər, əlavə olaraq 30 milyon abort, 6 milyon uşaqsalma, 73,500 ana ölümü və 500,000 körpə ölümünün qarşısı alınardı".
Ailə şirkəti
Ailə şirkətləri — səsvermə hüquqlu səhmlərin əskəriyyətinin hakim/nəzarət edən ailədə (o cümlədən, şirkəti öz xələflərinə ötürmək niyyəti olan təsisçi(lər)də) cəmləşdiyi şirkətdir. == Haqqında == Ailə şirkətləri dünyada ən erkən və çox yayılmış işgüzar fəaliyyət növüdür. Bir çox ölkədə ailə şirkətləri işgüzar fəaliyyətdə 70%-dən artıq çəkiyə malikdir, iqtisadi artımın və işçi qüvvənin məşğulluqla təmin edilməsində aparıcı mövqeyə malikdir. Misal üçün, İspaniyada ailə şirkətləri işgüzar fəaliyyətin təxminən 75%-i təşkil edir və ümumdaxili məhsulun orta hesabla 65%-i hasil edir. Oxşar mənzərə Latın Amerikasında da müşahidə edilir – bu regionun məcmu ümumdaxili məhsulunun təxminən 60%-i ailə şirkətləri hesabına yaranır. Ailə şirkətləri kiçik və orta şirkətlərdən müxtəlif sənaye və ölkədə fəaliyyət göstərən nəhəng şirkətlərə qədər fərqlənir. Ailə şirkətlərində olan bəzi tanınmış şirkətlər sırasına aşağıdakılar daxildir: Salvatore Ferragamo, Benetton, Fiat Group (İtaliya); L’Oreal, Carrefour Group, LVMH, Michelin (Fransa); Samsung, Hyundai Motor, LG Group (Cənubi Koreya); BMW, Siemens (Almaniya); Kikkoman, Ito-Yokado (Yaponiya); Ford Motors Co, Wal-Mart Stores (ABŞ). Ailə şirkətləri əsasında qurulmuş şirkətlərin əksəriyyəti təsisçinin rəhbərlik dövründən sonra çox qısa ömür sürür və bu şirkətlərin təxminən 95%-i sahibkarların üçüncü nəslindən sonra ailə şirkətləri kimi artıq mövcud olmur. Bir çox halda bu, xələflərin inkişaf edən şirkətlə bağlı tələblərin və daha da böyümüş ailənin tələbatının öhdəsindən gəlməyə hazır olmamalarının nəticəsi ilə bağlıdır. Düzgün idarəetmə strukturlarının nizama salınması və xələflərin ailə şirkətləri mövzusunda savadlanmasının mümkün qədər tez başlaması ailə şirkətlərinin davam etməsi imkanlarını artıra bilər.
Ədl (ailə)
Ədl - İranın Azərbaycan əsilli zadəgan ailəsi. Ailənin üzvləri Pəhləvi sülaləsi dövründə İran oliqarxiyasının bir hissəsini təşkil etmişdir. Ailənin müxtəlif nümayəndələri İran siyasətində və diplomatiyasında 70 ildən çox müddətdə mühüm rol oynamışdır. Ailənin soykökü Təbriz şəhərindəndir. Ailənin əsasını Hacı Seyid Hüseyn (1840-cı ildə vəfat etmişdir) qoymuşdur. O, Hüseyn Şah adı ilə də tanınıb və Təbriz şəhərinin varlı tacirlərindən olmuşdur. Onun övladları Səid Mirzə İbrahim Xəlil və Mirzə Həsən ənənəvi dini təhsil almış, lakin sonradan ataları onları müasir təhsil almaq üçün xaricə göndərmişdir. Ölkəyə geri döndükdən sonra isə ölkənin müasirləşdirilməsinin pionerləri olmuşdurlar. İbrahim Xəlilin oğlu Mustafa Ədl ilk mülki məcəlləni hazırlamış, onun əmisi oğlu Yəhya Ədl isə ilk müasir cərrahiyyə əməliyyatını etmişdir. Həbib Ədl X-ray kimi tibbi texnologiyaları ölkəyə gətirmişdir.
Ədllər (ailə)
Ədl - İranın Azərbaycan əsilli zadəgan ailəsi. Ailənin üzvləri Pəhləvi sülaləsi dövründə İran oliqarxiyasının bir hissəsini təşkil etmişdir. Ailənin müxtəlif nümayəndələri İran siyasətində və diplomatiyasında 70 ildən çox müddətdə mühüm rol oynamışdır. Ailənin soykökü Təbriz şəhərindəndir. Ailənin əsasını Hacı Seyid Hüseyn (1840-cı ildə vəfat etmişdir) qoymuşdur. O, Hüseyn Şah adı ilə də tanınıb və Təbriz şəhərinin varlı tacirlərindən olmuşdur. Onun övladları Səid Mirzə İbrahim Xəlil və Mirzə Həsən ənənəvi dini təhsil almış, lakin sonradan ataları onları müasir təhsil almaq üçün xaricə göndərmişdir. Ölkəyə geri döndükdən sonra isə ölkənin müasirləşdirilməsinin pionerləri olmuşdurlar. İbrahim Xəlilin oğlu Mustafa Ədl ilk mülki məcəlləni hazırlamış, onun əmisi oğlu Yəhya Ədl isə ilk müasir cərrahiyyə əməliyyatını etmişdir. Həbib Ədl X-ray kimi tibbi texnologiyaları ölkəyə gətirmişdir.
Batori (ailə)
Batori ailəsi — Qutkelid klanına daxil macar zadəgan nəsli. Ailə orta əsrlər dövründə Mərkəzi Avropada vacib rol oynamış, ailənin nümayəndələri Macarıstan krallığının ali hərbi, inzibati və dini vəzifələrində çalışmışdır. Yeni dövrün əvvəllərində ailə bir neçə Transilvaniya şahzadəsi, bir Polşa kralı və Böyük Litva knyazı bəxş etmişdir. Ailənin kökü onların ailə qəsrlərinin yerləşdiyi Şimleu-Silvaniya şəhərindən başlayır. Qəsr XIII əsrdə Mikloş Batori tərəfindən tikdirilmiş və 1319-cu ildə ilk dəfə olaraq bu qəsr barədə məlumatlara rast gəlinmişdir. 1592-ci ildə Batori ailəsi şəhərdə özlərinə malikanə tikdirdikdən sonra qəsr baxımsız vəziyyətdə qalmış və hal-hazırda xarabalığa çevrilmişdir. Batorilərin sonun nümayəndəsi XVII əsrin əvvəllərində Reç Pospolitada yaşamışdır. sonuncu Batoru nümayəndəsi qrafinya Sofya Dyörd II Rakoçinin həyat yoldaşı olmuşdur. Qrafinya 1680-ci ildə Palanok qəsrində dünyasını dəyişmişdir. == Mənşəyi == Ailə macar zadəganlarının daxil olduğu Qutkelid klanına məxsus idi.
Qazan (məişət əşyası)
Qazan — metaldan və ya odadavamlı materiallardan hazırlanan, yemək bişirmək üçün istifadə olunan xüsusi qab. Azərbaycanda qazanlar forma və hazırlandıqları materialdan asılı olaraq müxtəlif xörəklərin hazırlanması üçün istifadə olunurlar. Aş qazanı, buxar qazanı (Mantı qazanı), xaş qazanı, dolma qazanı və s.
Məhşər
Qiyamət günü və ya məşhər günü — İbrahimi dinlərin esxatologiyasında - əməlisalehləri və günahkarları müəyyən etmək, əvvəlkinin mükafatını və sonuncunun cəzasını təyin etmək üçün Allahın insanlar üzərində etdiyi son məhkəmə. Yəhudilikdə Qiyamət günü hamının dirilməsindən sonra Allahın məhkəməsidir, bunun ardınca əməlisalehlərin əbədi səadəti və günahkarların isə əbədi əzabı gələcəkdir. Hamının dirilməsi o deməkdir ki, müəyyən bir zamanda bütün ölülər cismani olaraq diriləcəklər. Yeşaya, Yezekel, Daniel və başqaları kimi yəhudi peyğəmbərləri ölülərin dirilməsi haqqında danışmışlar. Belə ki, Daniel peyğəmbər bu barədə belə deyir: Torpağın altında uyuyanların bir çoxu oyanacaq, bəziləri əbədi həyata, bəziləri isə əbədi təhqir və rüsvayçılığa düçar olacaq. — Дан. 12:2 Xristianlıqda ümumi dirilmə, Qiyamət günü və intiqam doqması əsas olanlardan biridir. İncildə deyilir: “Ata heç kəsi mühakimə etmir, lakin bütün hökmü Oğula verib... hökmü ona icra etmək səlahiyyəti verib, çünki O, Bəşər Oğludur » ( Ин 5:22, Ин 5:27 ). Bu səbəbdən xristianlar inanırlar ki, İsa Məsih “özü və bütün müqəddəs mələklər Onunla birlikdə gələndə ” bütün xalqları mühakimə edəcək ( Мф 25:31).
Mərifət
Mərifət — ad. Mərifət Nəsibov — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. Məhəmməd Hadi Mərifət — İlahiyyatçı-alim; Ayətullah; Şeyx. Digər Mərifət (qəzet) — Cənubi Azərbaycanda nəşr olunmuş qəzetlərdən biri. Mərifət (Cavad Amuli) — Cavad Amulinin Mərifətşünaslıq mövzusunda kitabı.
Məsqət
Məsqət (tarixi ərazi)