Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Areal
Areal (lat. area — sahə) – hər hansı bir bitki və ya heyvan növünün yer səthində (akvatoriya) təbii yayıldığı sahə. Növün yarandığı yer onun ilkin arealı sayılır. İlkin areal növün təbii surətdə və insan tərəfindən yayılması ilə genişlənə və ya onun məhv edilməsi nəticəsində darala bilər. Bütün dünyada yayıla bilən növlər və orqanizm qrupları kosmopolit areala malikdir, hər hansı növ Yerin məhdud ərazisində rast gəlinirsə o, endemik areala malikdir. Qədimdə yaranıb geniş yayılan növlərin qalıqları relikt areal sayılır. Əgər növ ona müvafiq ərazilərin hamısında yayılarsa ona başdan-başa areal, əgər növ bir-birindən aralı sahələrdə yayılarsa ona kəsilən areal deyilir. Arealı öyrənmək üçün onun xəritəsini tərtib etmək lazımdır. Arealın müqayisəli öyrənilməsi flora və faunanın tədqiqində böyük əhəmiyyətə malikdir. == Növləri == Törəmə areal – digər sistematik qrupun müəyyən sahədə yaratdığı areal.
Arena
Arena (lat. [h]arena), kütləvi tədbirlər üçün nəzərdə tutulmuş sahə, məkan; Latın sözüdür, hərfi mənası qum deməkdir. Qədimdə tikilən amfiteatrların dairəvi səhnəsi qalın qum qatı ilə örtüldüyü üçün ona arena deyilirdi. Romada qladiator döyüşləri üçün tikilmiş amfiteatrların da meydançası arena adlanıb. Çağdaş dövrdə sirk göstərilən dairəvi meydançaya da arena deyilir. İstedadlı səhnə xadimlərinin tanınıb şöhrətlənməsi, kütlə tərəfindən sevilməsi "geniş arenaya çıxıb" ifadəsi ilə nəzərə çatdırılır.
Arsenal FK
Arsenal FK (ing. Arsenal Football Club, The Arsenal, The Gunners, The Red Army) — İngiltərə Premyer Liqasında yer alan bir futbol klubu. Şimali Londondakı Hollouey səmtində qurulmuşdur. İngiltərənin ən müvəffəqiyyətli klublarından biri olub, 13 Premyer Liqa çempionluğu və 14 FA Kuboku çempionluğu var. Arsenal, Premyer Liqada ən uzun müddət lider qalma və bir mövsüm məğlub olmadan çempion olan yeganə klubdur. Premyer Liqanın qızıl kuboku yalnız Arsenalın muzeyindədir. Arsenal həmçinin FA Kubokundada 14 dəfə qalib olmaqla rekordçudur. Arsenal 1886-cı ildə quruldu və 1893-cü ildə Futbol Liqasına qatıldı. XX əsrin 30-cu illərində ilk böyük turnirini qazanan komanda, bu dövrdə 5 liqa çempionluğu ilə 2 kubok çempionluğu əldə etdi. Müharibə dövründən sonra, 1970–1971 mövsümündə həm İngiltərə Premyer Liqasını həm də FA Kubokunu qazanaraq, 20-ci əsrdə bunu bacaran ikinci komanda oldu.
Arsenal Kitabxanası
Arsenal Kitabxanası (fr. Bibliothèque de l'Arsenal) — Fransanın Paris şəhərində yerləşən və geniş bir kitab və mənbə kolleksiyasına sahib olan bir kitabxanadır. Arsenal kitabxanası, əsasən tarixi, mədəni və sənət sahələrindəki materialları ilə tanınır. Arsenal Kitabxanası, XVIII əsrdə yaradılmışdır və o dövrdən bəri ədəbiyyat, sənət və tarixlə bağlı zəngin resurslar təqdim edir. == Əsas xüsusiyyətləri == === Kolleksiyası === Arsenal Kitabxanasında ədəbiyyat, tarix, fəlsəfə və incəsənətlə bağlı minlərlə kitab, əlyazma, nadir çap olunmuş əsərlər və dövri nəşrlər mövcuddur. Xüsusilə Fransa və Avropa tarixinə dair nadir materiallar burada toplanmışdır. Kitabxana, tədqiqatçılar, tələbələr və mədəniyyət həvəskarları üçün əhəmiyyətli bir resurs mərkəzidir. Tədqiqatçılara xüsusi materialların istifadəsi üçün xidmətlər təqdim edilir. Arsenal Kitabxanası, müxtəlif mədəni tədbirlər, sərgilər və seminarlar təşkil edir. İctimaiyyətlə əlaqələri gücləndirmək və mədəni irsin qorunmasına dəstək vermək məqsədini güdür.
Kazan Arena
Ak Bars Arena (2019-cu ilə qədər –Kazan Arena) — Rusiyanın Kazan şəhərində yerləşən stadiondur. Stadionun tikintisi 2013-cü ilin iyulunda tamamlanmışdır. Rubin Kazan öz ev oyunlarını bu stadionda keçirir. Tamaşaçı tutumu 45379 nəfərdir. == Ümumi baxış == Stadionun arxitektural konsepti Populous şirkəti tərəfindən hazırlanmışdır. Stadion yerləşdiyi ərazidə bənzərsiz rezonans doğurmuşdur. Stadion Rubin Kazanın köhnə stadionu olan Mərkəzi Stadionu əvəz etmişdir. Stadion 2013 Yay Universiada Oyunlarının açılış və bağlanış mərasimlərinə, 2017 FİFA Konfederasiyalar Kubokunun bəzi oyunlarına ev sahibliyi etdi. 2018 FİFA Dünya Kubokunun altı oyununa da ev sahibliyi edən bu stadionla bağlı belə bir maraqlı fakt var. Belə ki, mundiallar tarixində çempion komandalardan üçü (Braziliya, Argentina, Almaniya) məhz bu stadionda turnirlə vidalaşdı.
Kosmos Arena
Solidarnost Samara Arena (rus. Солидарность Самара Арена; əvvəlki adı Kosmos Arena ) – Rusiyanın Samara şəhərində yerləşən stadion. Arena 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmiş stadionlardan biridir. Stadion Samara Arena adı ilə də bilinir. 44918 nəfər tamaşaçı tutumuna malikdir. Stadion 320 milyon $-a tikilmişdir. == Təsvir == Stadionun meydançası: 27 ha Tamaşaçı tutumu: 44918 nəfər VİP tamaşaçı tutumu: 1125 nəfər Premium oturacaqlar: 75 ədəd Ümumi sahə: 160498,1 m² Hündürlük: 60 m İnşa edən şirkət: Sport-Engineering Dizayner: TerrNIIgrazhdanproekt Stadionun əsas arxitektural xüsusiyyəti onun kosmosa bənzəməsidir. Bütün stadionu əhatə edən, ulduz və ya bir kosmik cihaza bənzəyən ümumi siluet ilə aşağıdan kiriş kimi strukturlar tərəfindən dəstəklənir. Qübbənin minimal əyriliyi olsa da, bizə düz bir səth olaraq göyə yüksəlmiş görünüşünü verir. Stadionun ellipsə oxşayan bünövrəsi ikimərtəbəli oturacaqlarını daşımağa imkan verir.
Malmö Arena
Malmö Arena — İsveçin Malmö şəhərində yerləşən çoxməqsədli bağlı arena. 15500 tamaşaçı tutumuna malikdir. Arenanın tikilməsinə 10 yanvar 2007-ci il tarixində başlanılıb, 6 noyabr 2008-ci il tarixində arena açılıb. Melodifestivalen İsveçin milli mahnı müsabiqəsinin yarımfinalları 2009, 2010, 2011 və 2012-ci illərdədə Malmö Arenada keçirilib. Həmçinin 2011-ci ildə kişilər arasında dünya həndbol çempionatı da bu arenada baş tutub. Malmö Arena 2013 Avroviziya Mahnı Müsabiqəsine ev sahibliyi edib.
Minsk-Arena
Minsk Arena (belar. Мінск-Арэна) və ya yerli olaraq Botvinik Arena (rus. Арена Ботвинника, belar. Арэна Бaтвiнiка) — Belarusiyanın Minsk şəhərində əsas qapalı arenadır. Minsk-Arena kompleksində əsas arena da daxil olmaqla (15000 tamaşaçı qəbul edən) dörd məkan, bir velosiped yolu (2000 tamaşaçı qəbul edən), konki stadionu (3000 tamaşaçı) və yüksəksəviyyəli park var. == Məşğuliyyət == Bura 20 noyabr 2010 tarixində reallaşan 2010 Avroviziya Uşaq Mahnı Müsabiqəsinin məkanı idi. Şakira 19 may 2011-ci ildə The Sun Comes Out dünya turu əsnasında, Cennifer Lopez isə 25 sentyabr 2012-ci ildə Dance Again Dünya Turu əsnasında bu arenada çıxış eetdi. Depeche Mode, 29 iyul 2013-cü ildə və 28 fevral 2014-cü ildə Delta Machine Turu zamanı 24.523 nəfər qarşısında çıxış etdi. Qrupun Qlobal Spirit Turu üçün yenidən çıxış edəcəyi gözlənilir. Arenanın 18 mart 2018-ci il tarixində, 25 Noyabrda keçiriləcək 2018 Avroviziya Uşaq Mahnı Müsabiqəsinə ev sahibliyi edəcəyi təsdiqləndi.
Mordovya Arena
Mordoviya Arena – Rusiyanın şəhəri Saranskda yerləşən, 2018 FİFA Dünya Kuboku üçün tikilən stadiondur. Mordoviya Saransk klubu da öz ev oyunlarını burada keçirir. Stadion Mordoviyanın əvvəllər ev oyunlarını oynadığı Start Arenanı da əvəzləmişdir. Tamaşaçı tutumu 43958 nəfərdir. Təsislərin ümumi sahəsi 122700 m²-dir. Arena şəhərin mərkəzi hissəsində yerləşir və əsas infrastrukturuna yaxın məsafədədir. Stadionun dizaynı Mordva xalqının qədim mifologiyasındakı əsas obrazı olan günəşin təsvirinə əsaslanır. Mundialdan sonra stadionun Saransk və Mordoviyanın ən böyük idman və asudə mərkəzi olacağı gözlənilir. == Tarixi == Saranskda yeni bir stadionun tikilmə qərarı Rusiyanın mundiala ev sahibliyi edəcəyinin təsdiqlənməmişdən əvvəl alınmışdı. Stadion 2010 ilə 2012-ci illər arasında inşa edilməliydi və iki önəmli tədbirə ev sahibliyi etməliydi: Spartakiada və Mordoviya xalqı ilə rus dövləti xalqları arasındakı minillik yubiley.
NV Arena
NV Arena — Avstriyanın Aşağı Avstriya bölgəsinin Sankt-Pyolten şəhərində yerləşən futbol stadionudur. Burada SKN St. Polten klubu öz ev oyunlarını keçirir. Stadion 2011 və 2012-ci il aralığında tikilmiş və 7 iyul 2012-ci ildə açılmışdır. Stadiounun tutumu 8000 nəfərdir.
Otkrıtie Arena
Otkrıtiye Arena (rus. "Открытие Арена") — Rusiyanın paytaxtı Moskvada yerləşən stadiondur. Spartak Moskva öz ev oyunlarını bu stadionda keçirir. Rusiya millisi də bəzən oyunlarını burada keçirir. Stadion Spartak Stadionu adı ilə də tanınır. Tamaşaçı tutumu 45360 nəfərdir. Stadion öz adını Spartakın baş kommersiyaçısı olan Otkrıtie Holdinqdən götürüb. == Tarixi == Stadionun təməlqoyma mərasimi 2 iyul 2007-ci ilə salınmışdı, lakin bu mərasim müxtəlif səbəblərdən dəfələrlə ertələndi. İlk əvvəl stadionun inşasının 2009 ilə 2010-cu illərin arasında tamamlanması planlaşdırılmışdı. Lakin həmin vaxt stadion dizayn mərhələsindəydi.
Otkrıtiye Arena
Otkrıtiye Arena (rus. "Открытие Арена") — Rusiyanın paytaxtı Moskvada yerləşən stadiondur. Spartak Moskva öz ev oyunlarını bu stadionda keçirir. Rusiya millisi də bəzən oyunlarını burada keçirir. Stadion Spartak Stadionu adı ilə də tanınır. Tamaşaçı tutumu 45360 nəfərdir. Stadion öz adını Spartakın baş kommersiyaçısı olan Otkrıtie Holdinqdən götürüb. == Tarixi == Stadionun təməlqoyma mərasimi 2 iyul 2007-ci ilə salınmışdı, lakin bu mərasim müxtəlif səbəblərdən dəfələrlə ertələndi. İlk əvvəl stadionun inşasının 2009 ilə 2010-cu illərin arasında tamamlanması planlaşdırılmışdı. Lakin həmin vaxt stadion dizayn mərhələsindəydi.
PGE Arena
PGE Arena — Polşanın şimalında yerləşən Qdansk şəhərinin, 41 620 nəfər tamaşaçı tutumu olan idman qurğusu. == İdman qurğusu haqqında == 2008-ci ildə PGE Arenanın təməli qoyulub. İnşaat qiyməti 204 000 000 avro olan PGE Arena, 2011-ci ildə təhvil verilib və avqustun 14-də açılışı olub. 41 620 nəfər tamaşaçı tutumu olan PGE Arenada, UEFA Avro 2012-nin qrup mərhələsinin üç, 1/4 final mərhələsinin isə bir oyunu baş tutub.
Puşkaş Arena
"Puşkaş Arena" — ( mac. Puskás Ferenc Stadion, mac. Puskás Aréna ) Macarıstanın Budapeşt şəhərində yerləşən futbol stadionu. Stadionun tutumu 67 215 nəfərdir. Stadion Avro-2020nin keçirildiyi 11 stadiondan biridir. == Tarixi == Stadion 2016-cı ildə sökulən, Budapeştin köhnə stadionun yerində inşa edilmişdir. Stadionun inşasına 2017-ci ildə başlamış və 2019-cu ildə başa çatmışdır. Stadionun aşılışı, 15 noyabr 2019-cu il tarixində baş tutmuşdur. Açılış oyununda Macarıstan millisi Uruqvay millisi ilə qarşılaşıb. 2011-ci ildə stadionun hazırlanmasının ilk planı zamanı, tikilmə xərcləri 35 milyard forint qiymətləndirilir, ancaq 2014-cü ildə təkrar hesabalnma zamanı xərclər 90–100 milyard forint təşkil edir.
Rostov Arena
Rostov Arena — Rostov-na-Donu şəhərində yerləşən futbol oyunlarınln keçirilməsi məqsədilə inşa edilən stadion. FİFA tərəfindən verilən qərara əsasən DÇ-2018 Rusiya ərazisində keçiriləcəkdir. Rostov FK ev oyunlarını bu stadionda keçirəcəkdir. Stadionun tikinsi üçün Federal və Rostov vilayəti büdcəsindən pul ayrılmalıdır. == Ehtimal edilən xüsusiyyətlər == Tikilmə tarixi: 2017 Tutumu: 45 000 VIP: 754 Mətbuat: 2280 İşıqlanma: 2100 lüks == Tarixi == Stadion Don çayının sol sahilində, Qrebnov kanalının yaxınlığında yerləşir. Şimal tribunası açıq olacaqdır. Buradan Don çayına mənzərə açılmalıdır. 13 may tarixində açıqlanan qərara əsasən FİFA standartlarına cavab verməlidir. Şəhərin Teatralnaya meydanında iri manitorlar quraşdırılacaqdır. Bu DÇ-2018 oyunlarının izlənilməsi məqsədilə ediləcəkdir.
Samara Arena
Solidarnost Samara Arena (rus. Солидарность Самара Арена; əvvəlki adı Kosmos Arena ) – Rusiyanın Samara şəhərində yerləşən stadion. Arena 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmiş stadionlardan biridir. Stadion Samara Arena adı ilə də bilinir. 44918 nəfər tamaşaçı tutumuna malikdir. Stadion 320 milyon $-a tikilmişdir. == Təsvir == Stadionun meydançası: 27 ha Tamaşaçı tutumu: 44918 nəfər VİP tamaşaçı tutumu: 1125 nəfər Premium oturacaqlar: 75 ədəd Ümumi sahə: 160498,1 m² Hündürlük: 60 m İnşa edən şirkət: Sport-Engineering Dizayner: TerrNIIgrazhdanproekt Stadionun əsas arxitektural xüsusiyyəti onun kosmosa bənzəməsidir. Bütün stadionu əhatə edən, ulduz və ya bir kosmik cihaza bənzəyən ümumi siluet ilə aşağıdan kiriş kimi strukturlar tərəfindən dəstəklənir. Qübbənin minimal əyriliyi olsa da, bizə düz bir səth olaraq göyə yüksəlmiş görünüşünü verir. Stadionun ellipsə oxşayan bünövrəsi ikimərtəbəli oturacaqlarını daşımağa imkan verir.
Telenor Arena
Telenor Arena — Norveçin Berum şəhərində yerləşən stadion. Şimali Avropanın da ən böyük stadionudur. Telenor Arena futbol matçları üçün 15.000, konsertlər üçün isə 25. 000 tamaşaçı tutur. Avroviziya 2010 müsabiqəsinin keçiriləcəyi bu arena 2009-cu ilin fevralında istifadəyə verilib. == Avroviziya == 2010 Avroviziya Mahnı Müsabiqəsi Osloda yerləşən Telenor Arenada keçiriləcək. Müsabiqəni işıqlandırmaq üçün Osloya gələcək media mənsubları üçün də Telenor Arenada mətbuat konfranslarının keçirilməsi üçün zal, eləcə də media mənsubları üçün iş otağı da təşkil olunacaq.
Timsah Arena
Bitçi Timsah Park və ya Bursa Böyükşəhər Stadionu — Türkiyənin Bursa şəhərində yerləşən idman stadionu. 24 fevral 2011-ci ildə Bursa Böyükşəhər Bələdiyyəsinin keçirdiyi tenderi Gintaş-ın qazanmasıyla başlayan layihədən sonra tikilən stadionun açılışı 21 dekabr 2015-ci ildə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən edilmişdir. Rams Park və Tüpraş Stadionu ilə birlikdə Türkiyədəki C90 görüş bucağına sahib üç stadiondan biri olan stadionun ümumi tutumu 43.361 nəfər təşkil edir.
Tuymazı-Arena
Tuymazı-Arena (başq. Туймазы-Арена və ya tam adı başq. С. Н. Ғимаев исемендәге боҙло комплекс) — Rusiya Federasiyasının Başqırdıstan Respublikasının Tuymazı şəhərindəki əsas idman qurğusu. Universal buz idmanı qurğusu və konsert kompleksidir. Arenanın tamaşaçı tutumu 808 nəfərlikdir. Onlayn xəritələrdə bu obyekt "Spartak stadionu" və ya "Olimpiya stadionu" adını daşıyır. == Tarixi == Kompleksin əsası 2013-cü ildə qoyulmuş, elə həmin ilin 3 sentyabr tarixində isə açılışı olmuş; Başqırdıstan Respublikasının prezidenti Röstəm Xəmitov da açılışda iştirak etmişdir. Arena "Başneft" ASC-nin xeyriyyə fondları hesabına qurulub ki, tikintinin dəyəri 302 milyon rubl təşkil etmişdir. == İstifadəsi == Arenanın əsas istiqaməti buz xokkeyi matçlarının keçirilməsi, fiqurlu konkisürmə yarışlarının təşkili və digər qış idman növləri ilə bağlıdır. Kompleksin ümumi sahəsi 5528 m²-dir.
Ufa-Arena
«Ufa-Аrеnа» universal idman kompleksi (başq. Өфө-Арена) — Ufa şəhərində yerləşən çox funksiyalı idman-konsert komplekski. İdman kompleksi Rusiyanın «Salavat Yolayev» hokkey klubunun (19 dekabr 2007) ev arenasıdır. Arenada ilk oyun 27 avqust 2007-ci ildə Rusiyanın gənclərdən ibarət hokkey yığması ilə Kanadanın gənclərdən ibarət hokkey yığması arasında baş vermişdir. == Tikinti == Rusiya yeni hokkey arenalarından fərqli olaraq («Tatneft-Arena», «Arena Omsk», «Arena Mıtişi» və s.) «Ufa-Arena» yerli tikinti şirkətlərin əməyi ilə inşa edilmişdir. Binanın layihəsi İldar Fanisoviç İbrahimov və Vladimir Nikolay Savenkoya tərəfindən hazırlanmışdır. «Ufa-Arena» Başqırdıstanın Rusiyaya birləşməsinin 450 illiyi münasibətilə inşa edilmişdir. === İkinci mərhələ === Ufa-Arenanın ehtiyat meydançası 640 yerlik tamaşaçı tutumuna malikdir. İkinci mərhələsinin açılışı 20 noyabr 2011-cu ildə baş tutmuşdur. Arenanın açılışında Başqırdıstan Respublikasının Prezidenti Rüstəm Xamitov, Başneftin rəhbərliyi, Ufa meri Pavel Kaçkaev iştirak etmişdir.
Vodafone Arena
Beşiktaş Park yada sponsorluq adı ilə Tüpraş Stadionu, 2013 İyununda Beşiktaş İnönü Stadionunun sökülməsi ilə yerinə Beşiktaş İnşaat Yatırım A.Ş. tərəfindən tikilməkdə olan futbol stadionu. 2014-cü ildə mobil operator Vodafone ilə bağlanan müqavilə ilə Vodafone 15 illiyinə stadionun adına sponsor oldu. Azarkeşlər tərəfindən göndərilən məktubları stadionun bünövrəsinə qataraq "Təməlində sevgi var" şüarını başlatmışdır.Stadionun damı 12 Noyabrda yüksəldilmişdir.Avropada bir çox klubun istifadə etdiyi hibrid qazon Tüpraş Stadionunda tətbiq edilir. 2023-cü ildən adı Tüpraş Stadionudur. == Tarix == İlk dəfə 23 Fevral 2004 tarixində gündəmə gələn lakin lazımi icazələrin çıxmaması səbəbi ilə təxirə salınan layihənin inşaat müddəti rəsmi olaraq 17 Yanvar 2013 tarixində başlamışdır. Türk Telekom Stadionu və Timsah Park ilə Türkiyənin C90görüş bucağına sahib stadionlarından biri olaraq hazırlanan yeni İnönü stadionunda 147 qapalı loja,4500 VIP tribuna və 162 əlil oturacağı olacaq.İki qat formada hazırlanacaq stadionun birinci qatı 26°,ikinci qatı isə 38° olacaq. == Mövqeyi == Vodafone Park İnönü İdman Kompleksi,1947 ilində inşa edilən indiki İnönü stadionunun olduğu sahəyə inşa edilir.
Volqoqrad Arena
Volqoqrad Arena (rus. Волгоград Арена) – Rusiyanın şəhəri Volqoqradda yerləşən stadiondur. 2018 FİFA Dünya Kubokuna ev sahibliyi etmiş stadionlardan biridir. Rotor Volqoqrad klubu da öz ev oyunlarını burada keçirir. Tamaşaçı tutumu 45568 nəfərdir. == Tarixi == Stadion dağıdılan Mərkəzi Stadionun yerində, Volqa çayının yaxınlığında inşa edilib. Köhnə stadion 1958-ci ildə, köhnə neft deposunun yerində inşa edilmişdi. Stadionun tikintisi zamanı 300 partlamamış bomba tapılıb və ərazidən kənarlaşdırılıb. == Təsvir == Arenanın dizaynı açıq tenderin qalibi olan Sport-Engineering şirkəti tərəfindən hazırlanmışdır. Stroytransqaz proyektin əsas podratçısı oldu.
İnter Arena
ASK Arena (keçmiş adı: Şəfa stadionu, İnter Arena) — Azərbaycanın paytaxtı Bakı şəhərində stadion. ASK Arena Heydər Əliyev prospekti, köndələn 5 ünvanında yerləşir. Meydançanın tutumu 8125 nəfərdir. Meydança süni ot örtüyü ilə döşənmişdir. == İnşası == Stadion əvvəllər "Termist" adlanan arenanın əsasında UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə AFFA tərəfindən əsaslı şəkildə yenidən qurulub və yenidənqurma işləri 4 milyon 500 min dollara başa gəlmişdir. 2001-ci ildən istifadəyə verilən arena ilk olaraq "Şəfa" stadionu adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulmuşdu. Əsas meydançada milli çempionatın ilk dövrəsində Olimpik klubu ev oyunlarını keçirib. 2014-cü ildə stadion Bakının "İnter" klubuna 4 milyon 250 min manata satılmışdır. Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb.
MHP-Arena
MHP-Arena — Almaniyanın Ştutqart şəhərində yerləşən, 60 449 tamaşaçı tutumlu Ştutqart şəhərinin futbol klubunun ev arenası. 1933-cü ildə memar Paul Bonatz tərəfindən inşa edilmişdir. == Haqqında == 30 iyul 2008-ci il tarixindən etibarən stadion yaxın 30 il ərzində "Mercedes-Benz Arena" (avtomobil konserninin Muzeyi stadionun yaxınlığında yerləşir) adlandırılacaq. Avtomobil konsern muzeyi arenanın yaxınlığında yerləşir. Avtomobil konserni ilə sponsorluq müqaviləsi bağlandıqdan sonra tutumun 60 min tamaşaçıya çatdırılması, stadionu yalnız futbol halına gətirən qaçış zolaqlarının çıxarılması planlaşdırılır. Bu müqavilə üçün "Ştutqart" təxminən 20 milyon avro alacaq. UEFA-nın Nizamnaməsinə əsasən, stadion beynəlxalq oyunları (Çempionlar Liqası və Avropa Liqası oyunları) keçirərkən sponsor adını daşıya bilməz, çünki bu rəhbər orqanlarda turnirlər üzrə rəsmi tərəfdaş olmayan şirkətlər tərəfindən korporativ sponsorluğu qadağan edən qaydalar mövcuddur. Belə hallarda üçün alternativ "Stuttgart Arena" adı istifadə olunur. Stadion 1974 və 2006-cı ildə dünya çempionatlarının oyunlarına ev sahibliyi etdi (müvafiq olaraq 4 və 6), həmçinin 1988-ci il Avropa çempionatının 2 oyunu (İngiltərə - İrlandiya 0:1 və SSRİ yarımfinalı - İtaliya 2:0) keçirilib. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda MHPArena ilə əlaqəli mediafayllar var.
Neftçi Arena
Neftçi Arena — Neftçi Bakı Peşəkar Futbol Klubunun stadionu. == Ümumi məlumat == AFFA tərəfindən inşa edilən "8-ci km stadionu" 2012-ci il sentyabrın 14-də rəsmi olaraq açılmışdır. Bu stadionda 17 yaşadək qızlar arasında dünya çempionatının bəzi oyunları keçirilmişdir. Dünya çempionatı bitdikdən sonra AFFA və Neftçi PFK-nın qarşılıqlı anlaşmasına əsasən stadion Neftçi PFK-ya verilmişdir. Neftçi PFK bu stadiondakı ilk oyununu ölkə çempionatının 2012–2013 mövsümünün 13-cü turunda Sumqayıt komandasına qarşı keçirmiş və böyük hesabla qalib gəlmişdir. (8–1) 2013-cü ildə "8-ci km stadionu"-nun adı AFFA və Bakcell şirkəti arasında bağlanmış 10 illik müqaviləyə əsasən "Bakcell Arena" olmuşdur. "Bakcell Arena" adının açılışı ölkə çempionatının 2012–2013 mövsümünün 21-ci turunda baş tutmuş və ev sahibi olan Neftçi Bakı üçün düşərli olmuşdur. Həmin gün Neftçi Bakı klubu İnter Bakı klubunu 2 cavabsız qolla məğlub etmişdir. 2023-cü ildə arenanın adı ilə bağlı müqavilə başa çatıb. 4 avqust 2023-cü il tarixində stadionun Bakcell Arena adı dəyişdirilmiş və Neftçi Arena olmuşdur.
Aranas
Aranas(isp. Aranaz) — İspaniyanın Navarra əyalətində bələdiyyə. == Tarixi == == Coğrafiyası == == Əhalisi == 2005-ci ilin məlumatına görə bu bələdiyyənin əhalisi 625 nəfərdir.
Arelat
Arelat (lat. Regnum Arelatense; fr. Royaume d’Arles) – 9–14 əsrlərdə Cənub-Şərqi Fransada krallıq, Aşağı Burqundiya krallığının ikinci adı. Mərkəzi Arelat şəhəri idi. 879-cu ildə Frank dövlətinin parçalanması nəticəsində yaranmışdır. 933-cü ildə Arelat Yuxarı Burqundiya krallığı ilə birləşərək sonralar həm Arelat, həm də Burqundiya krallığı adlanırdı. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009.
Arenyo
Arenyo (fr. Aregno, kors. Aregnu) — Fransanın Korsika regionunda yerləşən kommuna. Kommuna departamenti — Yuxarı Korsika. Kalvi kantonuna daxildir. Kommunanın dairəsi — Kalvi. Kommunanın INSEE kodu — 2B020. == Əhalisi == 2008-ci ildə kommunanın əhalisi 610 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli yaşda olan 397 nəfərdən (15-64 yaş) 245 nəfəri iqtisadi fəal, 152 nəfəri qeyri-fəal (fəaliyyət göstəricisi 61,7%, 1999-cu ildə 56,5%) olmuşdur. Fəaliyyətdə olan 245 nəfərdən 209 nəfəri işləyir (118 kişi və 91 qadın), 36 nəfəri isə işsiz (14 kişi və 22 qadın).
Areola
İnsan areolası döş giləsi ətrafındakı süd vəzisi və döşdəki piqmentli sahədir. Areola, daha ümumi olaraq, ətrafındakı toxumadan fərqli bir toxuma strukturuna malik olan bədəndəki kiçik dairəvi bir sahə və ya dərinin iltihablı sahəsi kimi digər kiçik dairəvi sahələrdir. Yetkin dişi insanların məmə başı, laktasiya (süd ifrazı) zamanı südün müstəqil buraxıldığı döş giləsinin (laklanmış kanallar) ətrafında radial olaraq yerləşmiş bir neçə kiçik deşiyə malikdir. Areoladakı digər kiçik boşluqlar areol vəziləri kimi tanınan yağ vəziləridir. Areola çəhrayıdan qırmızıya, şokolad rəngindən qəhvə rənginə, tünd qəhvəyi rəngə və ya demək olar ki, qara rəngə qədər dəyişə bilər, lakin ümumiyyətlə açıq dəri tonları olan insanlarda daha solğun, tünd dəri tonları olan insanlarda isə daha tünd formalarda olur. Fərqli rənglərin bir səbəbi döş nahiyəsinin körpə üçün daha aydın formada görünməsini təmin etmək ola bilər.
Drenaj
Drenaj (ing. drain), qurutmaq - Torpağı, yeri qurutmaq üçün qrunt və ya axıntı sularının süni yolla axıdılmasıdır. Açıq drenaj arxlarla, qapalı drenaj isə yeraltından çəkilən borularla suyun arxlara, yaxud kanallara buraxılmasıdır. == Drenajın əhəmiyyəti == Torpaqların qurudulması zamanı qurutma drenajı, quraqlıq rayonlarda torpağın şorlaşmasına qarşı mübarizə məqsədilə ilə duzsuzlaşdırma drenajı, ağır gilli torpaqlarda qaz mübadiləsini qüvvətləndirmək üçün areasiya drenajından istifadə edilir. Kənd təsərrüfatında iki cür drenaj aparılır: Üfuqi drenaj - bu drenaj özü iki cür olur: Açıq drenaj - kanallar sadəcə elə yerləşdirilir ki, tarlada kənd təsərrüfatı işlərinin mexanikləşdirilməsinə və müvəqqəti suvarma arxlarının çəkilməsinə maneçilik törətməsin. Qapalı drenaj - Torpaq itkisinə yol verməmək üçün istifadə olunur. Kanalların dərinliyi 2,5–3 m, drenaj arasında məsafəsi 200–800 m olur Şaquli drenaj Drenajlardan binaları və tikililəri qrunt sularının təsirindən qorumaq üçün də istifadə olunur. Bunlar suları toplayan və kənara axıdan mühəndis (kəhriz, quyu, yeraltı lağımlar və s.) ibarətdir. Tikinti ərazisində yeraltı suların ümumi səviyyəsinin aşağı salınması (adətən yer səthindən 3-3,5 m dərinlikdə olmalıdır) lazımı effekt vermədikdə yerli drenaj sistemləri, yəni lay drenaji, divaryanı drenaj və dairəvi drenaj tətbir olunur. == Süni drenajın səbəbləri == Sulu torpaqlar kənd təsərrüfatında istifadə üçün drenaja ehtiyac duya bilər.
Qrenaş
Qrenaş (ing. Grenache) — şərab istehsalı üçün istifadə edilən üzüm növlərindən biri. Dünyada geniş yayılan ikinci üzüm növü. Bu üzüm növü quraqlıq və həddindən artıq isti olan yerlərdə yetişdirilir.