Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Arif
Arif (ərəb. عارف‎) — Azərbaycan kişi adı. Arif Axundov — Azərbaycanlı atlet. Arif Məmmədli — şair, jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Arif Həsənov — Kimya elmləri doktoru, professor. Arif Qasımov Arif Qasımov (aktyor) — Azərbaycan aktyoru, rejissor. Arif Qasımov (icra başçısı) — Nizami Rayon İcra Hakimiyyətinin sabiq başçısı. Arif Qeybiyev — Kross qaçışı üzrə üçqat Azərbaycan Çempionu, 2-ci Qarabağ müharibəsinin şəhidi. Arif Mədətov (I) — Azərbaycan Yazıçılar Birliyinin üzvü. Arif Mədətov — Azərbaycan aktyoru, televiziya rejissoru.
Karib
Karib hövzəsi və ya Vest-Hind — Karib dənizi, Karib adaları və sahil ərazilərini əhatə edən coğrafi region. Karib hövzəsi ölkələrinə daxildir: Yamayka, Haiti, Kuba, Dominikan Respublikası, Puerto-Riko, Qrenada, Sent-Lüsiya və s. Bu bölgə Meksika körfəzi və Şimali Amerikanın cənub-şərqində, Mərkəzi Amerikanın şərqində və Cənubi Amerikanın şimalında yerləşir. Əhalisi 37,5 milyon nəfərdir.
ARB
Azerbaijan Republic Broadcaster və ya qısaca ARB — 10 may 2014-cü il tarixində Bakı şəhərində yayıma başlayan 10-cu ümumrespublika televiziya kanalı. == Tarixçə == 14 mart 2014-cü il tarixində "ARB" televiziya şirkəti Milli Televiziya və Radio Şurasının keçirdiyi tenderin nəticələrinə əsasən Azərbaycan üzrə yayım hüququ əldə edib. Beləliklə də, ölkə üzrə yayımlanan ümumrespublika televiziya kanallarının sayı 10-a çatıb. "ARB" televiziya kanalı müstəqil regional telekanallar – Kəpəz TV (Gəncə), ARB Şimal (Xaçmaz), ARB Cənub (Lənkəran), EL TV (Yevlax), Kanal-S (Şəki) və ARB 24-ün (Bakı) birgə yaratdığı Azərbaycanda ilk televiziya şəbəkəsidir. "ARB" Bakı və Abşeron yarımadası ərazisində 37-ci tezlikdə (11 sektor) yayımlanır. Bölgələrdə isə yayım regional telekanalların — ARB Kəpəz, ARB Şimal, ARB Cənub, ARB Aran və ARB Şəki-nin siqnalları vasitəsilə həyata keçirilir. Açıq yayımla yanaşı ARB, Azərbaycanın ilk peyki olan Azerspace 1-in Avropa seqmentində, kabel televiziyası və internet şəbəkəsi vasitəsilə də yayımlanır. "ARB"-nin yayım və proqram mərkəzi Kəpəz TV-in bazasında yaradılıb və Gəncə şəhərində yerləşir. Mərkəzi xəbər aparatı Azərbaycanın xəbər kanalı — ARB 24-ün əsasında yaradılıb. "ARB"-də yayımlanacaq bütün veriliş və buraxılışlar həm regional telekanallarda, həm də Bakıda yerləşən xüsusi telestudiyada hazırlanır.
Ari
Arilər (hind. ā́rya-, avest. airya-, fars. ariya-‎) — e.ə. 2000-ci ilə yaxın Mərkəzi Asiyadan Hindistana yerləşmiş Hind-İran köçəri tayfalarının özlərinə verdikləri ad. Hindisumda arilər tədricən yerli əhali ilə qarışaraq onlarla birlikdə hind xalqını təşkil etmişdirlər. İran və Azərbaycan ərazilərində yerli əhali ilə qarışan arilərdən, o cümlədən Azərbaycan ərazisində bir çox irandilli tayfalar - parfiyalılar, farslar, midiyalılar, saqartilər, kadusilər, mardlar, kirtilər və b. meydana gəlmişdilər. Müasir İranın adı buradandır; qədim İran dilində aquapat – "arilər ölkəsi" və ya "padşahlığı" deməkdir. İrandilli tayfa və qəbilələr indiki İran ərazisinə b.e.ə.
Hüseyn Arif
Hüseyn Camal oğlu Hüseynzadə (Hüseyn Arif; 15 iyun 1924, Yenigün, Qazax qəzası – 14 sentyabr 1992, Bakı) — Azərbaycan şairi, 1949-cu ildən AYİ-nın üzvü, Azərbaycan SSR Əməkdar incəsənət xadimi (1984), Azərbaycan SSR Xalq şairi (1989), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1978). == Həyatı == Hüseyn Arif 1924-cü il iyunun 15-də Qazax qəzasının Yenigün kəndində anadan olub. Bakı Pedaqoji Məktəbində (1937–1940), ADU-nun Şərqşünaslıq fakültəsində (1946–1951) təhsil almışdır. Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun aspiranturasında təhsilini davam etdirmişdir (1951–1952). Hüseyn Arif 1992-ci il sentyabrın 14-də Bakıda vəfat etmiş, doğulduğu kənddə dəfn olunmuşdur. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Xarici ölkələrlə Dostluq və Mədəni Əlaqələr Azərbaycan Cəmiyyətində şöbə müdiri (1957–1959),"Azərnəşr"in Bədii Ədəbiyyat Redaksiyasında böyük redaktor (1965–1967),"Gənclik" nəşriyyatında bədii ədəbiyyat redaksiyasının müdiri (1967–1968), Azərbaycan Aşıqlar Birliyinin sədri (1984–1992) vəzifələrində işləmişdir. 1991-ci ildə Azərbaycan Yazıçılar Birliyi Ağsaqqallar Şurasının üzvü seçilmişdir. === Ədəbi fəaliyyəti === Ədəbi fəaliyyətə İkinci Dünya müharibəsi illərində başlamışdır. Onun ribrettosu əsasında 1957-ci ildə "Azad" tamaşası M. F. Axundov adına Opera və Balet teatrında, "Yolda" poması əsasında yazdığı eyniadlı pyesi 1974-cü ildə M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur. 1971-ci ildə "Dağ Kəndi" poemasına görə "Qızıl Oraq" mükafatina layiq görülmüşdür.
Karib Niderlandı
Karib Niderlandı (nid. Caribisch Nederland) — Karib dənizində Niderlanda aid 3 özəl bələdiyyədən ibarət ərazi. Müdafiə və beynəlxalq məsələləri Niderland Krallığının səlahiyyətlərindədir. Niderland Karibindəki 6 adadan 3-cü Karib Niderlandında birləşmişdir. Bunlar Boneyr, Sint-Estatius və Saba adalarıdır. Qanuni formada bu üç ada ayrıca BES adaları (adaların baş hərflərindən ibarət olan abbreviatura) olaraq da adlanırlar. == Statistika == == İqtisadiyyatı == === Pul vahidi === 1 yanvar 2011-ci ilə qədər Karib Niderlandına daxil olan 3 adanın hamısında Niderland Antilləri quldeni istifadə edilmişdir. Adalar bu tarixdən sonra Niderland Krallığında istifadə olunan avro və ya keçmiş Niderland Antil adalarına aid ərazilər olmuş Kürasao və Sint-Martenin istifadə etdikləri Karib quldeni əvəzinə ABŞ dollarını seçir. Hazırda da ölkənin pul vahidi ABŞ dollarıdır. == İqlimi == Karib Niderlandının adaları bütün il boyunca isti keçən tropikal iqlimin təsiri altındadır.
Karib böhranı
Karib böhranı və ya digər adı ilə Kuba raket böhranı — SSRİ ilə ABŞ arasında ABŞ-yə məxsus ballistik raketlərin İtaliya və Türkiyədə yerləşdirilməsi, həmçinin buna cavab olaraq Sovet raketlərinin Kubada yerləşdirilməsi nəticəsində 16–28 oktyabr 1962-ci il tarixləri aralığında meydana gələn gərginlikdir. Bu qarşıdurma Soyuq müharibə ərzində genişmiqyaslı nüvə müharibəsinin başlamasına yol açacaq ən yaxın münaqişə olaraq da tanınır. Kubalılar bu böhranı "oktyabr böhranı" adlandırırlar (SSRİ-də baş verən oktyabr inqilabı ilə eyniləşdirmək istəyi olaraq). ABŞ-də "Kuba raket böhranı" (ing. Cuban missile crisis) terminindən istifadə olunur. Soyuq müharibə dövrü çəkişmələrin kifayət qədər qızdığı və bir mənada yer üzünün nüvə fəlakətindən döndüyü Karib böhranı, şübhəsiz dünya siyasi tarixinin yaxın dövrdə baş verən vacib hadisələrindən biridir. == Böhran ərəfəsindəki vəziyyət == Manhatan layihəsi ilə dünyada ilk dəfə nüvə silahını istehsal edən ABŞ, bu silahı Yaponiyada 2 dəfə sınamaqdan çəkinməmiş və böyük bir faciəyə yol açmışdır. 1945-ci il avqustun 6-da Hiroşimaya, avqustun 9-da Naqasakiyə atılan bombaların nəticəsində 250.000 insan həyatını itirmiş, bu bölgələrdəki təsirləri on illər boyunca silinməyəcək kimyəvi-bioloji zərərlər buraxmışdır. ABŞ-nin atom bombası riskinin gözə almasının əsl səbəbləri Yaponiyanın işğalını asanlaşdırmaq və o vaxtlarda Yaponiyaya hələ də müharibə etməmiş olan Sovet Birliyinə bu dəhşətli silahla dünya liderliyinin onda olduğu mesajını vermək istəməsi idi. Müharibənin sonrasında Sovet Birliyinin nüvə silahı və atom bombalarının dünya səviyyəsində yox edilməsi mövzusunda verdiyi təklif ABŞ tərəfindən rədd edilmiş və bu səbəblə Sovet Birliyi də öz təhlükəsizlik strategiyasını inkişaf etdirərək nüvə proqramını 4 il içərsində uğurla sınamağa başlamışdır.
Karib dənizi
Karib dənizi - Atlantik okeana daxil olan Qərb yarımkürəsində tropik dənizdir. Səthinin sahəsi 2 754 000 m², ən dərin nöqtəsi 7,686 metrdir. Cənubi Amerikanın sahilindədir. Вoğazları: Yamayka boğazı, Külək üstü boğaz.
Karib hövzəsi
Karib hövzəsi və ya Vest-Hind — Karib dənizi, Karib adaları və sahil ərazilərini əhatə edən coğrafi region. Karib hövzəsi ölkələrinə daxildir: Yamayka, Haiti, Kuba, Dominikan Respublikası, Puerto-Riko, Qrenada, Sent-Lüsiya və s. Bu bölgə Meksika körfəzi və Şimali Amerikanın cənub-şərqində, Mərkəzi Amerikanın şərqində və Cənubi Amerikanın şimalında yerləşir. Əhalisi 37,5 milyon nəfərdir.
Murad Arif
Murad Arif oğlu Şükür (27 sentyabr 1981, Sumqayıt) — müğənni, bəstəkar, musiqi prodüseri, şoumen və jurnalist. Çox sevilən nəğmələrin müəllifi olaraq, Azərbaycan mətbuatında "Hitmeyker" kimi təqdim olunur. Youtube-da yayımlanan "Popumuz Var!" layihəsinin müəllif və aparıcısıdır. Beynəlxalq "The Voice Kids" layihəsində ustad seçilmişdir. Murad 1981-ci ildə, sentyabrın 27-si Sumqayıt şəhərində, incəsənət xadimi Arif Şükürov (1936–2019) və bioloq Sənubər Şükürovanın (d. 1949) ailəsində anadan olub. Ata tərəfdən əsli Füzuli, ana tərəfdən isə Şuşalıdır. Ailədə özündən başqa 2 bacısı var. Məşhur tele-aparıcı Könül Arifqızının qardaşıdır. Murad Sumqayıt şəhərində, 15 №-li, 28 №-li məktəblərdə və İstedad liseyində təhsil alıb.
Məhəmməd Arif
Məhəmməd Arif (ind. Məhəmməd Arif, 1976, Tanjunq Pinanq[d] – 1 yanvar 2021, Tanjunq Pinanq[d]) — İndoneziya siyasi xadimi. 2004-cü ildə Xalq Məşvərət Məclisinə seçildi. Riau adalarını təmsil etdi. İndoneziyanın Tanjungpinang şəhərində anadan olub. Arif, 1 yanvar 2021-ci ildə 44 yaşında Tanjungpinangda ürək tutmasından öldü.
Məmməd Arif
Dadaşzadə Məmməd Arif Məhərrəm oğlu (29 may (11 iyun) 1904, Bakı – 27 dekabr 1975, Bakı) — Azərbaycan tənqidçisi, ədəbiyyatşünas, tərcüməçi, pedaqoq, nasir, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1936), filologiya elmləri doktoru (1954), professor (1955), Azərbaycan SSR EA müxbir üzvü (1955), Azərbaycan SSR EA həqiqi üzvü (1958), Azərbaycanın SSR Əməkdar elm xadimi (1960), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1974). Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə 1904-cü il iyun ayının 10-da Bakı şəhərində anadan olmuşdur. Əslən Xızı torpağının Bəylik adlanan ərazisindəndir. Bu ərazidən olan nəsil indi də Xızıda ehtiramla yad edilir. Bakıdakı rus-tatar məktəbini bitirdikdən sonra Məmməd Arif 1920–1930-cu illərdə I dərəcəli 5-ci sovet məktəbində (direktor S.S.Axundov) müəllim işləmişdir. Eyni zamanda o, Xalq Maarifi İnstitutunda təhsil almış və 1925-ci ildə bu institutu bitirmişdir. 1925–1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin "Şərq" fakültəsində oxumuş, Universiteti bitirdikdən sonra 1930–1931-ci illərdə Moskvada Sovet Şərq Xalqları Elmi-Tədqiqat İnstitutunun aspiranturasında təhsil almışdır. Məmməd Arif 1932–1941-ci illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda baş müəllim, "Rus ədəbiyyatı" kafedrasının dosenti olmuşdur. Uzun illər Azərbaycan Dövlət Universitetində çalışmış, 1941–1950-ci illərdə burada "Rus ədəbiyyatı" kafedrasının müdiri olmuş, 1955-ci ildə professor elmi adını almışdır. Eyni zamanda o, 1930–1940-cı illərdə Azərbaycan Respublikası maarif nazirinin (komissarının) müavini vəzifəsini tutmuş, 1941–1947-ci illərdə "Vətən uğrunda" ("İnqilab və mədəniyyət", yəni indiki "Azərbaycan") jurnalının baş redaktoru işləmişdir.
Ozan Arif
Ozan Arif (əsl adı: Arif Şirin, d. 10 mart 1949, Giresun - ö. 13 fevral 2019, Samsun) Ülküçü kimi tanınır Türkiyə xalq poeziyasınin nümayəndələrindən biri. 10 mart 1949-cu ildə Giresun'nun Alucra rayonunun Hapu kəndində doğulmuşdur. 1980-ci ildə 12 sentyabr hərbi çevrilişindən sonra Almaniyaya köçmüş və yalnız 1990-cı ildə Türkiyəyə qayıtmışdır. Uşaqlıqdan Azərbaycana məhəbbət bəsləyən şair, 19 yaşında Azərbaycan haqqında Ordu şəhərində bunu yazmışdır: 1960-cı ildən Fransa, Avstriya, Almaniya, ABŞ, Belçika, Hollandiya, İngiltərə, Avstraliya, Kanada, Danimarka, İsveç, İsveçrə və digər ölkələrdə konsert vermişdir. 1976, 1977 və 1978-ci il "Konya Aşıqlar Bayramı"nda hər kateqoriyada qızıl medal qazanmışdır. 1992-ci ildə Ya Qarabağ, Ya Ölüm şeirini yazmışdır. 2009-cu ildə Orxan Pamukun hərəkətləri ilə əlaqədar Türkiyədə bir erməniyə görə "həpimiz erməniyik" kampaniyası keçirilən zaman Ozan Arif bunlara cavab olaraq bir şeri yazıb: 2005-ci ildən Dövlət Baxçalını və Rəcəb Tayyib Ərdoğanın siyasətini sərt tənqid etmişdir.
Sorbus aria
Sorbus aria (lat. Sorbus aria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü.
Arif Bağırov
Arif Yusif oğlu Bağırov (1 oktyabr 1930, Lənkəran – 7 oktyabr 1999, Lənkəran) — Azərbaycan dövlət xadimi, Azərçay Trestinin (1964–1968) və Azərqlavçay İdarəsinin (1968–1975) rəisi. == Həyatı == Arif Bağırov Yusif oğlu-1930-cu il oktyabrın 1-də Lənkəran şəhərində anadan olmuşdur. 1949-cu ildə Lənkəran 4 nömrəli orta məktəbin rus bölməsini bitirmişdir. Həmin ildə Gürcüstan Kənd Təsərrüfatı İnstitutuna daxil olmuş və 1954-cü ildə həmin institutu bitirmişdir. 1954-cü ildən Azərbaycan çay sənayesində ayrı-ayrı rəhbər vəzifələrində çalışmış, 1990-cı ildən Azərbaycan Meyvəçilik İnstitutunun Lənkəran çayçılıq filialının direktoru işləmişdir. A. Bağırov ETB və SBİ-nin Lənkəran Çay filialına rəbərlik etdiyi illərdə müəssisənin elmi fəaliyyətinin yüksəlməsində böyük xidmətləri olmuşdur.Belə ki, A. Bağırov çayın emal texnologiyasının elmi əsaslarla öyrənilməsində və bu sahə də gənc kadrların yetişdirilməsində böyük əməyi olmuşdur. 1967-ci doktorluq dessertasiyası etmiş, 200-dən artıq elmi əsəri vardır. 1993-cü ildən Lənkəran Dövlət Universitetində çayın emal texnologiyasından mühazirə oxumuşdur. Həmin illərdə Lənkəran şəhər deputatı seçilmişdir. 1998-ci ildə Lənkəran şəhəri Lənkəran Dövlət Universitetində "İqtisadiyyat və texnologiya" kafedrasının müdüri vəzifəsinə təyin olunmuş və ömrünün sonuna kimi o vəzifədə çalışmışdır.
Arif Aslanov
Arif Həzi oğlu Aslanov (1 oktyabr 1938, Ovruç[d], Jitomir vilayəti – 1 may 2007, Bakı) — Azərbaycan dövlət xadimi, Azərbaycanın avtomobil nəqliyyatı naziri (1990–1992), "Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninin prezidenti (1992–1996). == Həyatı == Arif Həzi oğlu Aslanov 1938-ci ildə anadan olmuşdur. 1963-cü ildə Odessa Dəniz Mühəndisliyi İnstitutunun Bakı filialını, 1969-cu ildə Azərbaycan Politexnik İnstitutunun Avtomobil nəqliyyatı fakültəsini mühəndis-mexanik ixtisası üzrə, həmçinin 1983-cü ildə Moskva Xalq Təsərrüfatı Akademiyasını bitirmişdir. Əmək fəaliyyətinə 1961-ci ilin noyabrında başlamış, 1961–1963-cü illərdə Azərbaycan Elmi-Tədqiqat Neft Hasilatı İnstitutunun preparatoru, 1963–1964-cü illərdə Ümumittifaq Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunun texniki, 1964–1966-cı illərdə Bakı Dəniz Limanının stividoru olmuşdur. 1966-cı il iyulun 17-dən 1979-cu ilə Azərbaycan SSR Avtomobil Nəqliyyatı Nazirliyi Bakı istehsal trestinin mühəndisi, həmin nazirliyin Bakı növbətçi avtomobillər parkının rəisi, Bakı Avtomobil Nəqliyyatı İstehsalat Birliyində rəis müavini kimi vəzifələrində çalışmışdır. Azərbaycan SSR Nazirlər Sovetinin 25 oktyabr 1979-cu il tarixli Qərarı ilə Arif Aslanov Azərbaycan SSR avtomobil nəqliyyatı nazirinin müavini vəzifəsinə təyin edilmişdir. O, bu vəzifədə 11 ilə yaxın işləmiş, 5 iyun 1990-cı ildə Azərbaycan SSR avtomobil nəqliyyatı naziri təyin olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 29 yanvar 1992-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Avtomobil Nəqliyyatı "Azəravtonəqliyyat" Azərbaycan Dövlət Konserninə çevrilmiş və Arif Aslanov bu qurumun prezidenti təyin edilmişdir. O, bu vəzifədə 1996-cı il iyulun 20-dək çalışmışdır. Arif Aslanov Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, Azərbaycan Kommunist Partiyasının XXXII qurultayında Azərbaycan KP Mərkəzi Komitəsinin üzvü seçilmişdir.
Arif İsayev
Arif İsayev (28 iyul 1985, Bakı) — həm Azərbaycanda, həm də Türkiyədə hücumameyilli yarımmüdafiəçi kimi çıxış edən azərbaycanlı təqaüdçü futbolçudur. == Karyera == === Klub === 2012-ci ilin yayında İsayev "Qəbələ"dən ayrılaraq AZAL-a keçdi, 6 ay sonra İsayev AZAL-dan ayrılaraq 2014-cü ilin yayına kimi müqavilə ilə "Dənizlispor"a keçdi. 2013-cü ilin noyabrında İsayevin "Dənizlispor"la müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verildi.
Arif Acalov
Arif Acaloğlu (10 aprel 1956, Kəpənəkçi, Bolnisi rayonu – 15 noyabr 2023, Bakı) — Azərbaycan alimi, filologiya elmlər doktoru, folklorşünas, türkoloq, antropoloq, tərcüməçi. 1992–1993-cü illərdə Azərbaycan prezidentinin müşaviri. == Həyatı == Arif Acaloğlu 1956-cı il aprelin 10-da Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində Cənubi Qafqazın intellektual ve siyasi keçmişində böyük rol oynamış ağalar nəslində anadan olmuşdur. O, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr və magistratura pillələrini bitirərək, burada Mir Cəlal Paşayev və Mirəli Seyidov kimi akademiklərin tələbəsi olmuş və mifologiya sahəsində ixtisaslaşmışdır. Məzun olduqdan sonra akademik karyerasına Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun mifologiya şöbəsində başlamışdır. Estoniyanın Tartu Universitetində, Britaniya Akademiyasının üzvü tanınmış semioloq alim Yuri Lotmanın rəhbərliyində doktorantura təhsili almış və Sankt Peterburqda məşhur tarixçi və türkoloq alim Lev Qumilyov ilə türk tarixi, mədəniyyəti və Avrasiyanın ümumi problemləri ilə bağlı tədqiqatlar aparmışdır. 1980-ci illərin sonunda dağılmağa üz tutmuş Sovet İttifaqında başlayan etnik ve siyasi konfliktlərlə bərabər milli azadlıq hərəkatının önəmli simalarından olmuş və Azərbaycanda müstəqilliyin bərpasından sonra, 1992–1993 illərdə Azərbaycan prezidentinin yanında müşavir vəzifəsində olmuşdur. 1990-cı illərin ortalarından etibarən Türkiyəyə yerləşərək elmi fəaliyyətinə orada davam etmişdir. == Fəaliyyəti == Arif Acaloğlunun elmi fəaliyyəti ümümilikdə türkdilli xalqların dili, tarixi ve mədəniyyəti sahələrində olmuş və elmi yaradıcılığının böyük hissəsini xalq ədəbiyyatı mətnlərinin ədəbi və semiotik tədqiqatı təşkil etmiştir. 1980-ci illərin əvvəlindən başlayaraq Azərbaycan folklorşünaslığının epistemoloji məsələləri üzrə çalışmış, Kitabi-Dədə Qorqud və Oğuznamə dastanlarının ədəbi tədqiqatında semiotika ve kulturologiya nəzəriyyələrindən ilk dəfə istifadə etdiyi məqalələri yerli və beynəlxalq akademik jurnallarda dərc olunmuş və beləliklə Azərbaycanda müasir mifologiya və folklor araşdırmalarının əsasını qoymuşdur.
Arif Acaloğlu
Arif Acaloğlu (10 aprel 1956, Kəpənəkçi, Bolnisi rayonu – 15 noyabr 2023, Bakı) — Azərbaycan alimi, filologiya elmlər doktoru, folklorşünas, türkoloq, antropoloq, tərcüməçi. 1992–1993-cü illərdə Azərbaycan prezidentinin müşaviri. == Həyatı == Arif Acaloğlu 1956-cı il aprelin 10-da Gürcüstanın Bolnisi rayonunun Kəpənəkçi kəndində Cənubi Qafqazın intellektual ve siyasi keçmişində böyük rol oynamış ağalar nəslində anadan olmuşdur. O, 1982-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr və magistratura pillələrini bitirərək, burada Mir Cəlal Paşayev və Mirəli Seyidov kimi akademiklərin tələbəsi olmuş və mifologiya sahəsində ixtisaslaşmışdır. Məzun olduqdan sonra akademik karyerasına Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun mifologiya şöbəsində başlamışdır. Estoniyanın Tartu Universitetində, Britaniya Akademiyasının üzvü tanınmış semioloq alim Yuri Lotmanın rəhbərliyində doktorantura təhsili almış və Sankt Peterburqda məşhur tarixçi və türkoloq alim Lev Qumilyov ilə türk tarixi, mədəniyyəti və Avrasiyanın ümumi problemləri ilə bağlı tədqiqatlar aparmışdır. 1980-ci illərin sonunda dağılmağa üz tutmuş Sovet İttifaqında başlayan etnik ve siyasi konfliktlərlə bərabər milli azadlıq hərəkatının önəmli simalarından olmuş və Azərbaycanda müstəqilliyin bərpasından sonra, 1992–1993 illərdə Azərbaycan prezidentinin yanında müşavir vəzifəsində olmuşdur. 1990-cı illərin ortalarından etibarən Türkiyəyə yerləşərək elmi fəaliyyətinə orada davam etmişdir. == Fəaliyyəti == Arif Acaloğlunun elmi fəaliyyəti ümümilikdə türkdilli xalqların dili, tarixi ve mədəniyyəti sahələrində olmuş və elmi yaradıcılığının böyük hissəsini xalq ədəbiyyatı mətnlərinin ədəbi və semiotik tədqiqatı təşkil etmiştir. 1980-ci illərin əvvəlindən başlayaraq Azərbaycan folklorşünaslığının epistemoloji məsələləri üzrə çalışmış, Kitabi-Dədə Qorqud və Oğuznamə dastanlarının ədəbi tədqiqatında semiotika ve kulturologiya nəzəriyyələrindən ilk dəfə istifadə etdiyi məqalələri yerli və beynəlxalq akademik jurnallarda dərc olunmuş və beləliklə Azərbaycanda müasir mifologiya və folklor araşdırmalarının əsasını qoymuşdur.
Arif Seyidov
Arif Seyidov - Göygöl Rayon İcra Hakimiyyətinin başçısı (23 fevral 2006-22 may 2020) == Həyatı və təhsili == Arif Akif oğlu Seyidov 1957-ci ildə Göygöl rayonunda anadan olub. O Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu iqtisadiyyat üzrə ali təhsil alıb. O daha sonra təhsili Tiflisdə davam etdirib və Gürcüstan Dövlət Aqrar Universitetində hüquq ixtisasi üzrə təhsil alıb.
Arif Qafuri
Arif Qafuri (fars. عارف غفوری‎; 18 dekabr 1989, Urmiya) — İran–Türkiyə illüzionisti. "Yetenek Sizsiniz Türkiyə" adlı televiziya yarışması ilə tanınmışdır. O, Türkiyə vətəndaşıdır. O, 2018-ci ilin iyulunda Türkiyədə verilişə hazırlaşan vaxt misir kobrası tərəfindən sancılıb. O, zəhərə qarşı müalicə üçün Misirə aparılmış və tam sağalmışdır. Əslən İran azərbaycanlısıdır.
Arbi Mamakayev
Arbi Şəmsədinoviç Mamakayev (çeç. Мамакаев Iарби Шамсудди-кӏант;2 dekabr 1918, Nadtereçnoye, Terek vilayəti – 24 avqust 1958) — Çeçen sovet yazıçısı, tərcüməçi, çeçen ədəbiyyatının klassiki olan Vaynax ədəbiyyatının banilərindən biri. == Həyatı == Arbi Mamakayev 1918-ci il dekabrın 2-də Aşağı Naur kəndində kəndli ailəsində anadan olub. Erkən yaşlarınan atasız və anasız qalıb. Sernovodsk kəndindəki uşaq evində tərbiyə alıb, sonra fəhlə fakültəsində oxuyub. 1930-cu illərdə o, "Leninski put" qəzetində və radioda işləməyə başlayıb, dramaturqlar kursuna daxil olub. Ərbi Mamakayevin ilk şeirləri 1934-cü ildə çap olunub. "Terekin dalğaları" adlı ilk toplusu 1940-cı ildə nəşr edilib. Şairin ən məşhur əsərlərindən biri də "Əslaq və Səlixət" poemasıdır. 1941-ci ildə danon ilə o, ilk dəfə əksinqilabi fəaliyyətdə ittiham edilərək həbs edilərək, altı ay həbsdə saxlanılıb.
Arbi Osmanov
Arbi Osmanov (7 noyabr 1942) — Çeçen yazıçı və şair, tərcüməçi, dramaturq. Çeçenistan və Rusiya Yazıçılar Birliyinin üzvü, Çeçenistanın Əməkdar Mədəniyyət İşçisi, Çeçenistan Respublikası Başçısı yanında Mədəniyyət Şurasının sədri, Çeçenistan Respublikasının Fəxri Vətəndaşı. == Bioqrafiya == 7 noyabr 1942-ci ildə Çeçen-İnquş Muxtar Sovet Sosialist Respublikası, Çeberloyev rayonu, Boqaçeroi kəndində anadan olmuşdur. Atası doğulmazdan bir qədər əvvəl cəbhədə itkin düşür. 23 fevral 1944-cü ildə digər çeçenlərlə birlikdə deportasiya edilir. Sürgün illərində Arbi kolxozunda, daha sonra Qazaxıstan SSR, Taldı-Kurqan vilayəti, Taldı-Kurqan rayonu, Kirovskoye kəndində yaşayır. 1960-cı ildə Kirov orta məktəbini bitirir. Məktəbi bitirdikdən sonra vətənə qayıdır. 1960-cı ildə Çeçen-İnquş Pedaqoji İnstitutuna daxil olur. Bir il sonra qiyabi şöbəyə keçir və Qroznı rayonunda Komsomolsk orta məktəbində ibtidai sinif müəllimi olaraq işə başlayır.
Şamo Arif
Şamo Arif (tam adı: Rəhimov Şamo Arif Süleyman oğlu; 9 iyul 1936, Əyin, Qubadlı, Azərbaycan SSR, SSRİ) — Azərbaycan yazıçısı, publisist, geoloq. Yazıçı Süleyman Rəhimovun oğlu. Arif Rəhimov 1936-cı il iyulun 9-da Qubadlı rayonunun Əyin kəndində anadan olub. Mənşəcə kürddür. 1965-ci ilin iyulunda 34 yaşında ikən qəflətən vəfat edən qardaşı Şamonun vaxtsız vəfatından bir müddət sonra atası və anasının razılığı ilə qardaşının adını yaşatmaqdan ötrü adının qarşısına Şamo adını qəbul edib, Şamo Arif olub. O, həm də geologiya və minerologiya üzrə tanınmış alimdir. 1954-cü ildən Neft Sənayesi Elmi-Tədqiqat Layihə İnstutunda çalışmışdır. Onun 1961-ci ildə R.Rəhimovla birgə çap etdirdiyi "Xəzər və neft" kitabı bu gün gədər öz aktuallığını saxlayır. Ədəbi fəaliyyətə 1960-cı illərdən başlayıb. İlk olaraq "Qoşa çinar" hekayəsi çapdan çıxıb.
Əhməd Arif
Əhməd Arif (1927 Diyarbakır - 1991) şerləri ilə məşhurdur. Bir neçə dəfə həbs edilib. Bələdiyyə Məclisi Sur rayonun Yağçı küçəsinə yazıçı Əhməd Arifin adının verilməsi ilə bağlı qərar qəbul edib.
Arıs
Arıs — Qazaxıstanın Türkistan vilayətində şəhər (1956-cı ilə qədər — qəsəbə). Çimkent aqlomerasiyasının bir hissəsidir. == Tarixi == Arıs, 1900-cü ildə Orenburq-Daşkənd dəmir yolu xəttindəki bir stansiya olaraq quruldu. 1901–1904-cü illərdə inşa edilmiş dəmir yolu stansiyasının binasında İmperator II Nikolayın monoqramları hələ də qorunub saxlanılır. 2009-cu ilin mart ayında "Kazarsenal" QHT-də baş verən partlayış nəticəsində 3 nəfər öldü. 26 iyun 2014-cü ildə silah sursat məhv edildiyi yerdə barıt partladı və nəticədə 2 nəfər öldü. 2015-ci ilin noyabr ayında tullantıların məhv edilməsi zamanı zibilxanada partlayıcı işə düşdü. Nəticədə 1 nəfər (texnoloq) öldü. 24 iyun 2019-cu il tarixində hərbi hissənin ərazisində partlayış baş verdi, yaxınlıqdakı binalar şok dalğasından ziyan gördü. Şəhərin bütün əhalisi (40.000 nəfərdən çox) təxliyə edildi.
Arı
Arılar — uçan həşaratlar ailəsinə aiddir. Dünyada 20 mindən artıq arı növü vardır. Antraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İşçi arının ömrü 50 gün olur. 17–18 günlükdə arılar artıq bala çıxarırlar. Qüvvəsi, yəni işçi arı sayı çox olan arı ailəsi ildə 35–40 kq təmiz bal verə bilir. Arı ailəsi 3 qrupa bölünür: Ana arı Erkək arı Dişi və ya işçi arı Onlar 15 km-ə qədər yol qət edə bilirlər. Arı 15 km məsafədə yaxşı şirə taparsa, qayıdıb o biri arılara qəribə hərəkətlərlə xəbər verirlər Arılar həm də yaxşı şirə olan yeri hiss edirlər, həm də onlara qulluq edən insanı tanıyırlar. == Arı ailəsi == Arı ailəsi – pətəkdə və ya təbii yuvalarda toplum halında yaşayan bir ana, on minlərlə işçi və minlərlə erkək arıdan (yaz-yay dövründə) ibarət bal arısı koloniyası. Bal arıları ailə halında yaşayan həşəratlar qrupuna daxildir.
ARIA Charts
ARIA Charts — Avstraliyada "Australian Recording Industry Association" tərəfindən yayımlanan rəsmi hit parad.
Engin Arık
Engin Arık (14 oktyabr 1948, İstanbul – 30 noyabr 2007) — türk fizik və Boğaziçi Universitetinin professoru. O, Türkiyənin CERN-də bir sıra təcrübələrdə iştirakına rəhbərlik etmişdir. Toriumu enerji mənbəyi kimi dəstəkləməsi və CERN-də tam hüquqlu üzv olması ilə tanınırdı. O, həmçinin bir neçə il ərzində Hərtərəfli Nüvə Sınaqlarının Qadağası Müqaviləsi Təşkilatında Türkiyəni təmsil edib. 30 noyabr 2007-ci ildə Atlasjet reys 4203-ün qəzaya uğraması nəticəsində həlak olub. == Həyatı == Arık 14 oktyabr 1948-ci ildə İstanbulda anadan olmuşdur. Arık 1969-cu ildə İstanbul Universitetinin fizika və riyaziyyat fakültəsini bakalavr dərəcəsi üzrə bitirib. Pittsburq Universitetində aspirant olan Arik, 1971-ci ildə magistr dərəcəsini, 1976-cı ildə eksperimental yüksək enerji fizikası üzrə doktorluq dərəcəsini alıb və Brukhaven Milli Laboratoriyasında E583 təcrübəsi üzərində çalışıb. Arıkın tezisi "Siqma minusda inklüziv lambda istehsalı — 23 GeV/c-də proton toqquşmaları" adlanırdı. PhD dissertasiyasından sonra Arik postdoktorluq işi üçün London Universitetinin Vestfild Kollecinə getdi.