Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aruz Vartan
Aruz Vartan (ermənicə: Հարութ Վարդան) (23 iyun 1880 – 14 aprel 1945) — Naxçıvanda anadan olmuş erməni əsilli alman film aktyorudur. O, karyerası ərzində əsasən dəstəkləyici rollar olmaqla 90-dan çox filmə çəkilmişdir. == Həyatı == Azərbaycanın Naxçıvan Muxtar Respublikasında anadan olan Aruz Vartan Gürcüstan irsinə sahibdir. O, 1898-ci ildə Tiflisdə orta məktəbi bitirmiş, daha sonra qısa müddətdə Xarkovda (indiki Ukrayna ərazisi) tibb təhsili almışdır. O, Sankt-Peterburqa köçməmişdən əvvəl bir müddət Yaponiyada yaşamışdır. == Fəaliyyəti == 1905-ci il inqilabı zamanı o, Almaniyada Saksoniyaya köçdü və Frayburq Mədən və Texnologiya Universitetində təhsil aldı. O, Almaniyaya qayıtmamışdan əvvəl Çilidə və Boliviyada mədən mühəndisi kimi işləmişdir, daha sonra isə səhnədə və ekranlarda aktyor və ifaçı kimi fəaliyyət göstərmişdir. Öz fəaliyyətinin ilk illərində o, əsasən aparıcı rollarda yer alırdı, lakin zaman keçdikcə xarakterik rolları ifa etməyə başladı. Faşizm dövründə o, kiçik rollarda yer aldı, xüsusilə də ruslarda, məsələn, Bakıya hücumlar (1942). Aruz Vartan İkinci Dünya Müharibəsinin son həftələrində təbii səbəblərdən dünyasını dəyişdi.
Sayman Aruz
Sayman Aruz (21 mart 1977) — Şair və yazıçı. Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan Şöbəsinin rəhbəri. Azərbaycan Yazıçılar Birliyi sədrinin müşaviri, Güney Azərbaycan İcmasının təsisçisi və sədri Sayman Aruz (Saman Həsənzadə) aprel 19, 1977-ci ildə Cənub Azərbaycanın Sulduz şəhərində anadan olub. Orta təhsilini bitirdikdən sonra Təbriz Azad Universitetinin Kənd təsərrüfatı və Bakı Dövlət Universitetin Filologiya fakültəsini bitiribdir. Kiçik yaşlarından xiyabanda kitab satmaqla məşqul olub. Yaradıcılıq nümünələri dövrü mətbuatda, "Mərdom və cameə", "Məhdi Azadı", "Şəms", "Yarpaq", "Yaşmaq", "Günəş" və s. dərgi və qəzetlərdə cap olunmuşdur. 2001 və 2007-ci illərdə İran İslam Respublikasında keçirilən şeir festivalında birinci yerə layiq görülüb. İranda qadağa qoyulan "Süküt kimi sakit", "Barış xətabaləri" və Bakıda nəşr olunmuş "Bahar gəlmədi", "Paltarlarım adamsızdır", "A hərfinə uduzmaq", "Dənizləri yelləndirən faciə" adında şeir və "Yüz il inqilab" və "Bizi Öldürməyə gəlirlər "adında roman, eyni zamanda İmadəddin Nəsimi haqqında "Nəsimi mənzum dramı" və "Praktik irfan nəzəriyyəsi" kitablarının müəllifidir. Əlavə olaraq 11 müxtəlif mövzularda kitab çapa hazırdır.
Araz
Araz — Türkiyə, İran, Azərbaycan və Ermənistan əraziləri və sərhədləri ilə axan çaydır. Çay öz mənbəyini Türkiyə ərazisindəki (Cadılar yurdu Nəzrin Bingöl massivi) Ərzurum dağlarından götürür. Azərbaycan Respublikası və İran ərazilərindən keçərək, Azərbaycanın Sabirabad şəhəri yaxınlığında Suqovuşan adlanan ərazisində Kür çayı ilə birləşib Xəzər dənizinə tökülür. Bu çay iki Azərbaycanı — Cənubi Azərbaycan ilə Şimali — Azərbaycan Respublikasını bir-birindən ayıran çay olaraq, hər iki tərəfin mədəniyyətində əks olunur. == Toponimi == Araz çayının adı ilk dəfə Hekatey (er.əv. VI əsr) Herodot (er.əv.V əsr) tərəfindən çəkilmişdir. Araz adının mənbələlərdə ilk dəfə bu əsrlərdə qeyd olunması heçdə onun həmin əsrlərdə yaranması demək deyildir. Sadəcə olaraq bu barədə tarixi mənbə yoxdur. Er.əv.VIII əsrə aid Urartu dilində aid mənbədə (Urartu çarı I Arkiştinin-er.əv..785-753-cü illər arasında yazdırdığı kitabədə) Araz çayı Muna adlandırılır. Məhz bu çar ilk dəfə Muna çayını keçərək indiki Ermənistan ərazisinə hərbi səfər etmişdir.Tədqiqatçılar Muna adının mənasını aça bilməmişlər.
Arum
Danaayağı (lat. Arum) — bitkilər aləminin baqəvərçiçəklilər dəstəsinin aroidkimilər fəsiləsinə aid bitki cinsi. == Arealı == Danaayağı növü Mikroneziya, Avropa, eləcə də Aralıq dənizi sahillərindən Qərbi Çinə qədər yayılmışdır. == Növləri == Arum alpinariae (Alpinar & R.R.Mill) P.C.Boyce Arum apulum (Carano) P.C.Boyce Arum balansanum R.R.Mill Arum besserianum Schott Arum byzantinum Blume Arum concinnatum Schott Arum creticum Boiss. & Heldr. Arum cylindraceum Gasp. Arum cyrenaicum Hruby Arum dioscoridis Sm. Arum dioscoridis var. cyprium (Schott) Engl. Arum dioscoridis var.
Aruş
Aruş — Azərbaycan Respublikasının Xocavənd rayonunun inzibati ərazi vahidində kənd. Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən 1993-ci ildə işğal edilmişdir. Kənd ərazisi 2020-ci ildə işğaldan azad olunub. == Tarixi == Burovar silsiləsinin ətəyində yerləşir. Oykonimin Ərus variantı da mövcuddur. Mənbələrin verdiyi məlumata görə, həmin kənd Mirimli, Tapırlı, Məlikli və Aruslu adlanan dörd məhəllədən ibarətdir. XIX əsrin II yarısına aid mənbələrdə də Lənkəran qəzasında mənşəcə qıpçaqlardan olan ərus tayfasının yaşadığı göstərilir. Arus sözü qədim türklərdə "uzun, hündür adam deməkdir. Arus sözü "Kitabi-Dədə Qorqud" abidəsindəki Qazan xanın dayısı Qoca Aruzun adı ilə bağlıdır.Yardımlı ərazisindəki Məlikli, Arus, Ərsilə kimi yaşayış məntəqələri, o cümlədən Bolqarçay və Quludaş boyunca yayılmış bir çox yer adları (Burlaqxatun təpəsi, Qazanköşk zirvəsi, Qaracadağ, Tülün, Deman və s.) möhtəşəm "Kitabi-Dədə Qorqud" dastanlarında cərəyan edən hadisələrin bu bölgədən yan keçmədiyini bir daha təsdiq edir. Azərbaycan ərazisində Məlik adıyla əlaqədar 10-dan şox yaşayış məntəqəsi mövcuddur.
Arzu
Arzu — qadın və kişi adı. Həmçinin təxəllüs kimi də istifadə edilir. Bu adı olan tanınmış şəxslər Qadınlar Arzu Abdullayeva — Azərbaycan hüquq müdafiəçisi. Arzu Bağırova — Azərbaycan ictimai xadimi Arzu Zeynalova — azərbaycanlı jurnalist, "Neft Kadrları Uğrunda" qəzetinin redaktor müavini. Arzu Şuşanova — azərbaycan aktyoru. Arzu Soltan — Azərbaycanlı jurnalist, ssenari müəllifi. Arzu Okay — Türkiyə kino aktrisası və porno ulduzu Arzu Hüseynova — Arzu Şirinova Arzu Qazıyeva Kişilər Arzu Rəhimov — Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-leytenant. Arzu Rzayev — Azərbaycanın estrada müğənnisi. Arzu Səmədbəyli — Millət vəkili (2005-2010). Arzu Poladov — Dekorçu.
Ağuz
Ağuz — sağmal heyvanlar bala verdikdə ilk sağılan süd. Ağuz heyvanların ilk bala vermə anından - onlardan sağılan süddür. Lakin ağuz adi süddən sarı rəngi və qatılığı ilə seçilir. Ağuz qatı olduğundan süzmək olmur. Ona görə də sağılacaq heyvanın süd vəzləri (yelini və əmcəkləri) yaxşıca yuyulduqdan sonra sağılır. Ağuz bişirildikdə qatılaşır, çox dadlı olduğundan yavanlıq kimi istifadə olunur. Ağuz südündən suluq, qıyma çörəyi, kətəməz, şan-şan, bulama və s. hazırlayırlar.
Əruz
Əruz (ərəb. عروض‎; ərəbcə geniş yol, çadırın ortasına vurulan dirək, nahiyə, tərəf, cəhət, Məkkə şəhərinin adlarından biri, kinli, inadkar dəvə, şeirdə beytin birinci misrasının son bölümü, şeir haqqında elm və s. mənalar bildirir) — uzun və qısa hecaların müəyyən kombinasiyalarda gözəl oxunuş ritmi yaradan ardıcıllığının (əsasən dövri) bütün misralarda (beytlərdə) dəqiqliklə gözlənilməsi ilə müəyyən olunan şeir vəzni. Azərbaycan klassik şeir nümunələrinin çoxu (qəzəl, qəsidə, rübai, müxəmməs, tuyuq və s.) bu vəzndə yazılmışdır. Əruz vəzninin geniş nəzəri sistemini yaradan tarixə məlum ilk şəxs ərəb filoloqu Xəlil ibn Əhməd əl Fərahidi əl Bəsridir (718–792). Ona qədər isə ərəb şeir formalarında aşağıdakı inkişaf mərhələlərinin olduğu qeyd edilir: Ərəb şeirinin "səc" forması; Ərəb şeirinin "rəcəz" forması; Ərəb şeirinin erkən əruz forması (VI–VIII əsrlər). Ərəb şeirinin qədim forması sayılan "səc" şeir formasının bu günə gəlib çatmış nümunələrindən görmək olar ki, "səc" şeirində misralar nəinki vahid ritmik quruluşa malik olmamışdır, hətta heca sayı və bölgülər də misralarda biri-birindən fərqlənmişdir. Qafiyələnmə isə bu şeir formasında mövcud olmuşdur. Ona görə də "səc"i "qafiyəli nəsr" də adlandırırlar. Ərəb şeirinin "rəcəz" (buradakı "rəcəz" ifadəsi əruzun rəcəz bəhri ilə eyni mənada qəbul edilməməlidir) formasının V əsrdə artıq mövcud olduğu ehtimal edilir.
Kruz
Kruz — soyad. Tom Kruz — tanınmış amerikalı aktyor və film prodüseri. Penelopa Kruz — İspaniya aktrisası və model. Ted Kruz — Amerikalı siyasətçi, ABŞ senatına Texas ştatından seçilmiş senator Ulises de la Kruz — Ekvador futbolçusu Covana de la Kruz — Perulu marafonçu.
Kaspiyskiy Qruz
Kaspiyskiy Qruz (rus. Каспийский Груз) — Bakı şəhərində yaranmış Azərbaycan rep qrupu. 2015-ci ildə Kaspiyskiy Qruzun "Storona A / Storona B" albomu, Rap.ru saytının "İlin Ən Yaxşı Rus Albomu" siyahısına düşüb.
Kruz Halbiç
Məmməd Araz
Məmməd Araz (doğum adı: Məmməd İnfil oğlu İbrahimov; 14 oktyabr 1933, Nursu, Naxçıvan MSSR – 1 dekabr 2004, Bakı) — Azərbaycan şairi, tərcüməçi, publisist, 1957-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının xalq şairi (1991), "İstiqlal" ordeni laureatı. Məmməd Araz 1933-cü il oktyabr ayının 14-də Şahbuz rayonunda anadan olub. Burada orta məktəbi bitirdikdən sonra Azərbaycan Pedaqoji İnstitutunda təhsil alıb. Tələbəlik illərində institutda yazıçı İsmayıl Şıxlının rəhbərlik etdiyi ədəbiyyat dərnəyinin məşğələlərində fəal iştirak etmişdir. Burada bəyənilən "Yanın, işıqlarım" şeiri 1952-ci ildə çap edilib. 1954-cü ildə ali təhsilini başa vuran Məmməd Araz əmək fəaliyyətinə doğma kəndindəki orta məktəbdə müəllimliklə başlayıb, sonra Bakıya köçüb Azərbaycan SSR Nazirlər Soveti yanında Baş Mətbuat İdarəsində müvəkkil işləyib. 1959–1961-ci illərdə Moskvada Yazıçılar İttifaqı nəzdindəki Ali Ədəbiyyat Kurslarının müdavimi olub. Sonra "Ulduz" jurnalının məsul katibi, "Ədəbiyyat və incəsənət" qəzetində, Azərbaycan Dövlət Nəşriyyatında baş redaktorun müavini olmuşdur. Məmməd Araz 1974-cü ildən ömrünün sonuna kimi "Azərbaycan Təbiəti" jurnalının baş redaktoru olub. Uzun müddət Azərbaycan Yazıçılar İttifaqının poeziya bölməsinə rəhbərlik edib.
Orxan Araz
Orxan Aras (türkcə:Orhan Aras) (1966, Quzugüdən) — Türkiyənin mühacir yazıçısı, tərcüməçisi və publisisti; Almaniya Yazarlar Birliyinin üzvü, Azərbaycan Yazıçılarlar Birliyi fəxri üzvü. Orhan Aras 1966-cı ildə Türkiyənin Iğdır şəhərinin Quzugüdən kəndində anadan olmuşdur. Yazıçının mənsub olduğu Quzugüdənli əşirəti Prof. Faruq Sümərə görə, Səlcuqlularla birlikdə Anadoluya gəlmiş, Səfəvilər dönəmində Təbrizə köçmüş, 1560-cı illərdə təkrar Anadoluya geri dönmüşlər. Akademik Ziya Bünyadovun “İrəvannın icmal dəftəri” adlı araşdırmasında isə quzugüdənlilərin İrəvan əhalisi olaraq qeydə alındığı göstərilmişdir. Yazar ilk təhsilini Quzugüdən kəndində, orta təhsilini Iğdırda, internat məktəbini isə Ərzurum tamamlamışdır. 1982-ci ildə Almaniyaya mühacirət edən Orhan Aras öncə Bochum Universitesində Prof. Herman Varinin Türkoloji dərslərinə qatılmış, daha sonra İqtisadiyyat fakültəsini bitirmişdir. Əsərlərini almanca yazan Azərbaycan yazıçısı Əsəd bəy (Qurban Səid) haqqında Berlində apardığı araşdırmalar və türkcə və almanca nəşr etdirdiyi “Əsəd bəyin həyatı və jurnalistliyi” adlı araşdırmasıyla 2016-cı ildə filologiya üzrə fəlsəfə doktoru adını almışdır. 2009-ci ildə “Platform” dərgisinin düzənlədiyi şeir yarışmasında “Ağlama nə olursun” şeiri ilə birincilik ödülü alan Orhan Aras, 2020-ci ildə Avropanın ən önəmli qurumlarından olan POYAD tarafından ilin yazıçısı seçilmişdir.
Penelopa Kruz
Penelopa Kruz Sançes (isp. Penélope Cruz Sánchez; 28 aprel 1974[…]) — İspaniya aktrisası və model. İlk televiziya debütünü 16 yaşında ikən edib. Penelopa Kruz Sançes 1974-cü il 28 apreldə İspaniyanın paytaxtı Madrid şəhərinin San Sebastyan de Los Reyes adlanan şəhərciyində anadan olub. O, saç ustası Ençarna Sançes ve avtomobil mexaniki Eduardo Kruzun qızıdır. Hələ kiçik yaşlarından Penelopa çox enerjili uşaq idi və öz enerjisini hara sərf edəcəyini bilmirdi. Bir vaxtlar anası gözəllik salonu işlədəndə balaca Pe (yaxınları onu bele çağırırdı) həmişə salona gələn xanımlara diqqətlə tamaşa edirdi. Bu onun üçün özünəməxsus "aktyorluq" məktəbi idi. Uşaqlıqda heç kim ondakı aktrisalıq bacarığını görməsə də, hamı bu kiçik qızın hərəkətlərinin plastikasına diqqət yetirirdi. 4 yaşında valideynləri Penelopanı balet sinfine yazdırır.
Quru Araz
Quru Araz - İrəvan quberniyasının Eçmiədzin qəzasında,indi Sərdarabad (Oktemberyan) rayonunda kənd. Rayon mərkəzindən 26 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində işlənən quru sözü ilə Araz çayının adı əsasında əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 19.IV.1950-ci il fərmanı ilə adı dəyişdirilib Yerasxaun (Quru Araz. Erməni dilində Araz Yerasx formasında işlədilir) qoyulmuşdur.
Sonuncu arzu
Sonuncu arzu (pol. Ostatnie życzenie) — Polşa yazıçısı Andjey Sapkovskinin fentezi janrında yazdığı və ümumi personaj – cadugər Riviyalı Geraldın iştirakı ilə birləşdirilən hekayələr toplusudur. Həm xronologiya, həm də yazılma vaxtına görə "Sonuncu arzu" Cadugər seriyasından olan ilk əsərdir. Kitab ilk dəfə polyak dilində 1993-cü ildə nəşr edilmiş, 2007-ci ildə isə kitabın ilk ingilis dilli nəşri yayımlanmışdır. Cadugər — pol. Wiedźmin — 1983 Topluya daxil olan ilk hekayədir. Müsabiqə üçün yazılmış, bu kiçik hekayə "Cadugər haqqında saqa"nın əsasını qoymuşdur. Peşəkar bədheybət ovçusu olan Riviyalı Gerald Temitiyanın paytaxtı Vizim şəhərinə gəlir. Burada ona şəhər əhlinə əziyyət verən vampir qızdan şikayət edilir. Vampir qız kral Foltestin doğma bacısı Addadan olan qızıdır.
Araz Hacıyev
Araz Yaquboğlu (tam adı: Hacıyev Araz Yaqub oğlu; 1 avqust 1973, Yeni Daşkənd, Azərbaycan SSR) — tədqiqatçı, jurnalist, "Qızıl qələm" media mükafatı (2011) və Həsən bəy Zərdabi mükafatı (2023) laureatı, Laçın yurdu jurnalında baş redaktorun müavini, Azərbaycan Jurnalistlər Birliyinin (2023-cü ildən) və Azərbaycan Aşıqlar Birliyinin üzvü (2023-cü ildən). == Həyatı == Araz Yaquboğlu 1973-cü il avqustun 1-də Bərdə rayonunun Yeni Daşkənd kəndində ziyalı ailəsində anadan olub. Əslən Göyçə mahalının Daşkənd kəndindəndir. Atası Yaqub Hacıyev Bərdə rayonunda tanınmış mühəndislərdən olub. Araz Yaquboğlu 1980-ci ildə Bərdə rayonunun Yeni Daşkənd kənd orta məktəbinin I sinfinə getmiş və 1990-cı ildə həmin məktəbin XI sinfini bitirmişdir. 1989-cu ildə Bərdə rayonu üzrə keçirilən riyaziyyatdan fənn olimpiadasında I yeri tutmuşdur. Orta məktəbdə oxuyarkən 1989–1990-cı illərdə məktəbin komsomol təşkilat katibi olmuşdur. 2 avqust 1990-cı ildə ilk əmək fəaliyyətinə Azərbaycan SSR Sənaye Müəssisələri İstehsalat Birliyinin Bərdə Nüşabə Kooperativində fəhlə kimi başlamışdır. 1 fevral 1991-ci ildə iş yerini dəyişərək 9 №li Dəmir Beton Məmulatları Zavodunda çilingər işləmişdir. 1991-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun "İnşaat" fakültəsinə qəbul olmuşdur.
Cəbəl-Druz
Cəbəl-Druz və ya Cəbəl əd-Druz (ərəb. جبل الدروز‎), rəsmi olaraq Cəbəlül-Ərəb (ərəb. جبل العرب‎) — Suriyanın сənubunda vulkan massivi. Maksimum hündündürlüyü 1,800 metrdir (Əl-Ceyna dağı). Əsasən bazaltdan ibarətdir, lava axınları ilə əhatələnmişdir. Zirvə və yamaclarında Pliosen püskürmələrinin kraterləri var. Səhra bitkiləri yayılmışdır. Bu vilayətin sakinlərinin əksəriyyəti druzlardır, həmçinin kiçikmiqyaslı müsəlman və əhəmiyyətli xristian icmaları da var. == İstinadlar == == Xarici keçidlər == Vikianbarda Cəbəl-Druz ilə əlaqəli mediafayllar var.
Arzu Cavadova
Arzu Sahib qızı Cavadova— Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti. == Həyatı == Cavadova Arzu Sahib qızı 24 avqust 1967-ci ildə Bakı şəhərində anadan olub. 1984-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olaraq, 1989-cu ildə fərqlənmə ilə bitirib. Geologiya/mineralogiya üzrə fəlsəfə doktoru-elmlər namizədi elmi dərəcəsini alıb. Əmək fəaliyyətinə 1985-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunda başlayıb. 1985–1986-cı illərdə Azərbaycan Neft və Kimya İnstitutunun "Ümumi, tarixi geologiya və hidrogeologiya" kafedrasında, 1987–1988-ci illərdə isə "Geofiziki kəşfiyyat üsulları" kafedrasında 0.5 ştat laborant, 1989–1991-ci illərdə "Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı" kafedrasında mühəndis vəzifələrində çalışıb. 1990-cı ildə "Neft və qaz yataqlarının axtarışı və kəşfiyyatı" kafedrası nəzdində aspiranturaya daxil olub, kafedrada təhsil zamanı 0.5 ştat, 1994-cü ildə bitirdikdən sonra 1996-cı ilə qədər isə tam ştat assistent vəzifəsində çalışıb. 1996–1997-ci illərdə ARDNŞ-nin "Azərineftinformatika" hesablama mərkəzində mühəndis, 1997-ci ildə Dənizdə neft və qazçıxarma İstehsalat Birliyinin mərkəzi laboratoriyasında geokimyaçı-qrup rəhbəri, Dənizdə neft və qaz yataqlarının işlənməsinə nəzarət ekspedisiyasının Neft geokimya qrupunun rəhbəri kimi çalışıb. 1997–1999-cu illərdə ABŞ "Frontera Resources" neft şirkətində baş geoloq, 1999–2003-cü illərdə "Salyan Oil" Ltd. şirkətində aparıcı və işlənmə üzrə geoloq, 2003–2007-ci illərdə isə "Delta Hess ACG" Ltd.
Cinsi arzu
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Seksual arzu
Cinsi həvəs — cinsi obyektlərə və ya fəaliyyətlərə maraq, ya da cinsi obyektləri axtarmaq və ya cinsi fəaliyyətlə məşğul olmaq həvəsi ilə xarakterizə olunan emosiya və motivasiya vəziyyəti. Bu, növün çoxalmasına yönəlmiş bioloji instinktlər əsasında yaranan istək və onlarla bağlı duyğu və həyəcan kompleksidir. Buraya xromosomlann genetik dəsti, beyinin diensefalit şöbəsi, daxili sekresiya vəzilərinin inkişafı və fərdi psixo-sosial təcrübənin formalaşması ilə bağlı olan cinsi əlaqəyə meyl daxildir. Avstriya psixoloqu, psixiatrl və nevropatoloqu Ziqmund Freyd cinsi həvəs anlayışını ifadə edən "libido sexualis" terminini təklif etmişdir. Cinsi həvəs əsasən şərtsiz reflekslərlə tərənnüm olunan təbii instinktdir və nəslin davam etdirilməsinə yönəlmişdir. Cinsi əlaqə zamanı həzzalma bu instinktin güclənməsi üçün təbii xüsusiyyətdir. Bioloji cəhətdən cinsi həvəs-in gücü və davamlılığı androgen hormonların, xüsusən də kişi və qadında böyrəküstü vəzilərdən, kişidə toxumluqlardan, qadında yumurtalıqlardan qana ifraz edilən testesteronun miqdarından asılıdır. “cinsi həvəs” məfhumu heyvanlarda çoxalma və cütləşmə ilə bağlı bir sıra davranış komplekslərini özündə əks etdirir. Dişi heyvanın yumurtalığındakı yumurtalar yetişmiş, özləri isə mayalanmaya hazır olduqları zaman erkəklə yaxınlıq axtarırlar. Heyvanlarda cinsi həvəs və bunun nəticəsi olan cütləşmənin yeganə məqsədi yetişmiş yumurtaların mayalanmasıdır.
Arzu Qazıyeva
Qazıyeva (rəsmi Qazıyeva-Əzimova) Arzu Əliyar qızı (d. 24 sentyabr, 1966, Şəki şəhəri) — Azərbaycanlı jurnalist, ssenari müəllifi, televiziya aparıcısı, tərcüməçi, redaktor. == Haqqında == 24 sentyabr, 1966-cı ildə Azərbaycanın Şəki şəhərində dövlət qulluqçusu ailəsində anadan olub. 1972-ci ildə Bakıda 3 saylı tam orta məktəbin birinci sinfinə gedib və 1982-ci ildə həmin məktəbi bitirib. Orta ümumtəhsil məktəbində oxuduğu illərdə paralel 21 saylı musiqi məktəbində də ibtidai musiqi təhsili alıb. Orta məktəbi bitirdiyi ildə 1982-1986-cı illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində fortepiano sinfi üzrə orta ixtisas musiqi təhsilinə yiyələnib. 1988-1994-cü illərdə M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsilini davam etdirib. Əmək fəlaiyyətinə 1986-cı ildən başlayıb. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun nəşriyyatında redaktor, “İnşaatçı” qəzetində korrektor işləyib. 1991-2002-ci illərdə Azərbaycan Dövlət Televiziyasının “Xəbərlər” redaksiyasında siyasət şöbəsinin şərhçisi, 1991-1994-cü illərdə proqramın aparıcısı, 1999-2002-ci illərdə parlament müxbiri işləyib.
Arzu Qeybulla
Arzu Qeybulla (tam adıyla: Arzu Qeybulla qızı Qeybullayeva; d. 1 avqust 1983, Bakı) — Azərbaycan jurnalisti. Regional məsələlər üzrə təhlilçi, bloqçu və sosial media üzrə təlimçidir; Münaqişələrin Transformasiyası üzrə "Imagine" mərkəzinin həmsədrlərindən biri, münaqişələrin həllində xalq diplomatiyası məsələləri ilə məşğuldur. == Həyatı == Arzu Qeybullayeva 1 avqust 1983-cü ildə Bakıda doğulub. 1999–2000-ci illər arasında Amerikada FLEX proqramı ilə oxumuşdur. Ankara Bilkənt Universitetinin Beynəlxalq Əlaqələr fakültəsində təhsil alıb. 2005-ci ildə İngiltərənin London School of Economics (LSE) and Political Science Universitetindən Qlobal Siyasət üzrə magistr təhsili alıb. Milli Demokratiya İnstitutunun proqramında çalışıb. İstanbulda nəşr edilən "Aqos" qəzetində yazar olaraq çalışmışdır. Müxtəlif vaxtlarda Milli Demokratiya İnstitutunda, Berlində yerləşən Avrasiya Stabillik Təşəbbüsü Mərkəzində çalışıb.
Arzu Cəlilova
Arzu Cəlilova (4 iyun 2004, Bakı) - gənclər arasında bədii gimnastika üzrə I Dünya Çempionatının gümüş və bürünc, Avropa Çempionatının bürünc medal mükafatçısı. Arzu Cəlilova badii gimnasitka üzrə bir çox yerli və beynəlxalq turnirlərdə iştirak etmişdir. == Həyatı == Arzu Cəlilova Natiq Cəlilov və Nigar Cəlilovanın ailəsində dünyaya göz açıb. Natiq Cəlilovun atası akademik Qurban Cəlilovdur. Arzunun atası hələ o dünyaya gəlmədən əvvəl avtomobil qəzasında dünyasını dəyişib. == Karyera == Arzu 4 yaşında olarkən anası Nigar Cəlilova onu “Neftçi İdman Klubu”nun bədii gimnastika bölməsinə yazdırıb. 2012-ci ildə 8 yaşında bədii gimnastika üzrə Açıq Bakı birinciliyində həmyaşıdı gimnastlar arasında 2-ci yer tutur. Həmin ilin iyul ayında İtaliyanın Turin şəhərində keçirilən beynəlxalq turnirdə ölkəmizi təmsil etmiş və qızıl medala layiq görülmüşdür. Yenə həmin ilin oktyabr ayında XIX Bakı çempionatında azyaşlı bədii gimnastlar arasında 2-ci yer, 2013-cü ilin noyabr ayında Macarıstanın paytaxtı Budapeştdə keçirilən yeniyetmələr arasında beynəlxalq turnirdə çoxnövçülük və alətsiz hərəkətlərdə birinci yer, iplə hərəkətlərdə isə 2-ci yer tutmuşdur.
Arzu Abdullayev
Arzu Kamal oğlu Abdullayev ( ) — Naxçıvan Dövlət Universitetinin prorektoru, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tarix üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Arzu Kamal oğlu Abdullayev 16 sentyabr 1987-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Üstüpü kəndində anadan olub. 1994-2005-ci illərdə orta məktəbdə oxuyarkən məqalələri mütəmadi olaraq Ordubad rayonunun “El həyatı” qəzetində dərc edilib. 2006-2010-cu ildə Naxçıvan Dövlət Universitetinin tarix-filologiya fakültəsinin “Tarix” ixtisasını, 2011-2013-cü illərdə həmin universitetin magistratura səviyyəsində “Beynəlxalq əlaqələrin tarixi və nəzəriyyəsi” ixtisaslaşmasını, 2014-2017-ci illərdə “Vətən tarixi” üzrə doktorantura səviyyəsini fərqlənmə ilə bitirmişdir. 2022-ci ildən tarix elmləri doktoru üzrə Dissertantura təhsili alır 2010-2011-ci illərdə həqiqi hərbi xidmətdə olub. Ailəlidir, iki övladı var. == Fəaliyyəti == 2009–2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Gənclər Təşkilatının sədri vəzifəsində çalışmışdır. 2009-2018-ci illərdə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında (ATGTİ) sədr müavini kimi çalışıb. 2013-cü ildən - 2018-ci ilə qədər “Nuh Yurdu” qəzetində jurnalist kimi çalışıb. 2014-2019-cu illərdə “İstedad-XXI əsr” MMC-də direktor müavini kimi çalışıb.