AĞAƏLİ

Ağa Əli, böyük Əli.
AĞAƏDDİN
AĞAƏMİ
OBASTAN VİKİ
Ağaəli Abdullayev
Abdullayev Ağəli Rəsul oğlu (1897, Ağdaş - ?) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilmiş tələbələrdən biri. == Həyatı == Yelizavetpol (Gəncə) Mixail peşə məktəbinin kənd təsərrüfatı şöbəsini (1915), həmçinin Tiflis orta mədəni-texniki məktəbinin aqronomluq şöbəsini bitirmişdir (1919). Parlamentin 1919-cı il 1 sentyabr tarixli qərarına əsasən kənd təsərrüfatı sahəsində təhsilini davam etdirmək üçün İtaliyaya göndərilməsi qərara alınmış, lakin naməlum səbəblər üzündən bu səfər baş tutmamışdır. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır.
Ağaəli Dadaşov
Ağəli Dadaşov (20 mart 1906, Bakı – 7 dekabr 1973, Bakı) — quruluşçu rejissor, rejissor-pedaqoq, Azərbaycan SSR əməkdar artisti (1959). == Həyatı == Ağa Əli Abbas Əli oğlu Dadaşov 20 mart 1906-cı ildə Bakıda anadan olub. 1923-cü ildə N. Nərimanov adına Sənaye Texnikumuna daxil olub. 1926–1929-cu illərdə Mirzə Fətəli Axundzadə adına Bakı Teatr Məktəbində, 1930–1935-ci illərdə Moskvada Lunaçarski adına Ümumittifaq Teatr İnstitutunun rejissorluq fakültəsində təhsil alıb. 1935-ci ildə Akademik Milli Dram Teatrında işləməyə başlayan Ağəli Dadaşov 1936–1938-ci illərdə burada "Almas" və "Vətən namusu" əsərlərinin quruluşunu verir. 1938-ci ildə o, həbs olunaraq ailəsi ilə birlikdə Orta Asiyaya sürgün edilir. Həmin il yenidən Azərbaycana qayıdan Ağəli Dadaşov 1938–1948-ci illərdə Gəncə Dövlət Dram Teatrında və 1948-ci ildə Naxçıvan Dövlət Dram Teatrında rejissorluq edir. Bakıya qayıtdıqdan sonra M. Qorki adına Gənc Tamaşaçılar Teatrında, 1948–1954-cü illərdə quruluşçu rejissor və 1954–1956-cı illərdə baş rejissor kimi çalışır. 1956–1968-ci illərdə Azərbaycan Dövlət Radio Verilişləri və Televiziya Komitəsində baş rejissor işləyir. Ağəli Dadaşov 1968–1973-cü illərdə Azərbaycan Dövlət İncəsənət İnstitutunda aktyor və rejissorluq sənətindən dərs deyib.
Ağaəli Yusifov
Ağaəli İbrahimov
Ağaəli İbrahimov Müsəllim oğlu (6 fevral 1946, Bakı) — Azərbaycan rəssamı, Azərbaycan Rəssamlar İttifaqının katibi, Azərbaycan Respublikasının xalq rəssamı (2006). == Həyatı == Ağaəli İbrahimov 6 fevral 1946-cı ildə Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1960–1966-cı ildən Ə. Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1969–1974-cü illərdə isə M. A. Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunda təhsil alıb. 1966-cı ildən ümumrespublika və beynəlxalq sərgilərdə iştirak edib, əsərləri Rusiya, Türkiyə, ABŞ, Fransa, Almaniya, İtaliya, Böyük Britaniya, Suriya, Bolqarıstan və digər ölkələrdə nümayiş olunub. Ağaəli İbrahimov 1975-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 30 may 2002-ci ildə "Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi", 29 dekabr 2006-cı ildə isə "Azərbaycan Respublikasının xalq rəssamı" fəxri adlarına layiq görülüb. == Ailəsi == Aktrisa Naina İbrahimovanın atası, rəssam Nadejda İbrahimovanın həyat yoldaşıdır.
Zeynal Ağaəli
Zeynalağalı, Aleksandrovka, Çkalovka (erm. Չկալովկա, rus. Чкаловка) — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, sonralar Sevan rayonunda kənd. Toponim Zeynalağa şəxs adına mənsubluq bildirən -lı şəkilçisinin artırılması ilə düzəlib "Zeynalağaya mənsub yer, kənd" deməkdir. Antropotoponimdir. Quruluşca düzəltmə toponimdir. 1850-ci illərdə kəndin adı dəyişdirilib Aleksandrovka qoyulmuşdur. Sonra Erm. SSR AS RH-nin 26.04.1946-cı il fərmanı ilə kəndin adı ikinci dəfə dəyişdirilərək Çkalovka adlandırılmışdır. Kənddə 1831-ci ildə 45 nəfər, 1897-ci ildə 6 nəfər azərbaycanlı yaşamışdır.
Ağaəli bəy Naseh
Ağaəli bəy Naseh (10 sentyabr 1856, Şamaxı – 1915, Şamaxı) – şair. Klassik Şərq üslubunda yazılmış əsərləri vardır, lakin şeirləri toplanılıb çap edilməmişdir. Ağaəli bəy M. Ə. Sabirin və A. Səhhətin yaxın dostu olmuşdur. == Həyatı == Firudin bəy Köçərli onun haqqında yazır: "Ağaəli bəy Naseh təvəllüd edibdir Şamaxıda 1273-cü ildə məhərrəm ayının onuncu günündə – yövmi-aşura. İlk təhsilini Şamaxıdakı "Üsuli-cədid" məktəbində almışdır. Təhsili Şamaxı məktəblərində üsuli-qədim üzrə olubdur. Atasının ondan başqa köməkçisi olmadığı cəhətinə, məktəbdə oxuyan zaman ticarət işlərilə dəxi məşğul olarmış. 16 sinnə çatdıqda məhz türk və fars dillərinin təhsilinə kifayətlənməyib, rusca oxumağa şövqü həvəs göstəribdir və lakin bu vaxtlarda müşarileyhin atası həmişə səfərdə olmaq cəhətilə ev və bazar işləri dəxi ona mühəvvəl olubdur. Belə ki, oxumağa və elm təhsil etməyə çəndan vaxtı olmayıbdır. Bununla belə rusca oxumağı hər şeydən əlzəm bilib, onun təhsilinə canü dil ilə müdavimət etmişdir.
Mirzə Ağaəli Əliyev
Mirzə Ağaəli Mirzə Əziz oğlu Əliyev ( 1878 – 1941) — Lənkəran tarix-diyarşünaslıq muzeyinin banisi, Azərbaycanın ilk muzeyşünaslardan biri, maarifçi Mirzə Ağaəli Əliyev. M.A.Əliyev 1878-ci ildə Lənkəran şəhərində müəllim Mirzə Əzizin ailəsində dünyaya göz açıb. Məşhur Mirzə İsmayıl Qasiddən dərs alıb, fars dilini mükəmməl öyrənib. Həmçinin, indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində təhsil alıb. O, Lənkəranda ilk məktəblərin təşkil olunmasında yaxından iştirak edib, 1931-ci ildə müəllimlərin II qurultayına nümayəndə seçilib. Maarifçilik fəaliyyəti ilə məşğul olan Mirzə Ağaəli Əliyev dövrünün istedadlı şairi və jurnalisti kimi də tanınıb. O, Cəlil Məmmədquluzadənin dostu, indiki Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində müəllim, ilk dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun müəllimi olub. Fatimənisə adlı xanım ilə ailə həyatı qurub.Tohidə və Aliyə adında iki qız övladı, Nizami adında isə bir oğlan övladı olub. Ağaəli Əliyev bədii yaradıcılıqla da məşğul olmuşdur. Yazıları və satirik şeirləri "İctihad", "Şərqi-rus", Baxçasarayda çıxan "Tərcüman", habelə Hindistanda nəşr olunan "Həblümətin" qəzetlərində dərc edilib.
Ağaəli bəy Naseh Əfəndizadə
Ağaəli bəy Naseh (10 sentyabr 1856, Şamaxı – 1915, Şamaxı) – şair. Klassik Şərq üslubunda yazılmış əsərləri vardır, lakin şeirləri toplanılıb çap edilməmişdir. Ağaəli bəy M. Ə. Sabirin və A. Səhhətin yaxın dostu olmuşdur. == Həyatı == Firudin bəy Köçərli onun haqqında yazır: "Ağaəli bəy Naseh təvəllüd edibdir Şamaxıda 1273-cü ildə məhərrəm ayının onuncu günündə – yövmi-aşura. İlk təhsilini Şamaxıdakı "Üsuli-cədid" məktəbində almışdır. Təhsili Şamaxı məktəblərində üsuli-qədim üzrə olubdur. Atasının ondan başqa köməkçisi olmadığı cəhətinə, məktəbdə oxuyan zaman ticarət işlərilə dəxi məşğul olarmış. 16 sinnə çatdıqda məhz türk və fars dillərinin təhsilinə kifayətlənməyib, rusca oxumağa şövqü həvəs göstəribdir və lakin bu vaxtlarda müşarileyhin atası həmişə səfərdə olmaq cəhətilə ev və bazar işləri dəxi ona mühəvvəl olubdur. Belə ki, oxumağa və elm təhsil etməyə çəndan vaxtı olmayıbdır. Bununla belə rusca oxumağı hər şeydən əlzəm bilib, onun təhsilinə canü dil ilə müdavimət etmişdir.
Ağaəlili (Heris)
Ağaəlili (fars. اقاعلي لو‎) — İranın Şərqi Azərbaycan ostanının Heris şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 186 nəfər yaşayır (35 ailə). == Coğrafi yerləşməsi == Əhər şəhristanının Kələybar bölgəsinin Kərmadüz kəndistanında daxil idi. Kələybar qəsəbəsindən 31 km şimalda, Əhər-Kələybar avtomobil yolundan 30 km aralıda yerləşir.