Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Mehmed Ataullah Əfəndi
Mehmed Ataullah Əfəndi (v. 2 avqust 1715, Bolu) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == Qazı Əyyubi İbrahim Əfəndinin oğludur. Doğum tarixi və təhsili haqqında yetərli məlumat yoxdur. Mədrəsə təhsilini tamamladıqdan sonra dövrün şeyxülislamı Minkarizadə Yəhya Əfəndidən dərslər aldı. Eyni zamanda şeyxülislamın məktubçusu olaraq da xidmət etmişdir. 1667-ci ildə Molla Krımi mədrəsəsinə müdərris olaraq təyin edildi və 1685-ci ilədək fərqli mədrəsələrdə dərs verdi. Dərin din bilgisi səbəbilə fərqli vaxtlarda 3 dəfə fətva əminliyinə gətirilmişdir. Eyni zamanda 1686-cı ildə Yenişəhər, 1690-cı ildə Dəməşq və 1695-ci ildə İstanbul qazısı təyin edildi. 1702-ci ildə Anadolu başqazısı, 1706 və 1712-ci illərdə isə iki dəfə Rumeli başqazısı seçildi.
Dürrizadə Mehmed Ataullah Əfəndi
Dürrizadə Mehmed Ataullah Əfəndi (1729, Konstantinopol – 15 may 1785, Gelibolu, Çanaqqala ili) — Osmanlı alimi və şeyxülislamı. == Həyatı == 1729-cu ildə doğulmuşdur. Atası müxtəlif zamanlarda şeyxülislam olmuş Dürrizadə Mustafa Əfəndi, anası isə məşhur şeyxülislam ailəsi olan Başmaqçızadələrdən Seyid Abdullah Əfəndinin qızı Şərifə Safiyə xanımdır. İlk təhsilini atasından alaraq şeyxülislam övladlarına xas imtiyazla hələ 7 yaşında ikən icazət aldı. Buna baxmayaraq uzun müddət təhsil həyatı davam etdi və müdərris təyin edilmədən 1759-cu ildə birbaşa Saloniki qazılığına gətirildi. 1764-cü ildə Məkkə, 1769-cu ildə isə İstanbul qazısı oldu. Ancaq bir neçə ay sonra vəzifədən alındı və uzun müddət dövlət vəzifələrindən uzaq tutuldu. 1774-cü ildə Anadolu qazəsgəri oldu və 1 illik vəzifə müddətini tamamladı. Ardından 1778-ci ildə və 1782-ci ildə 2 dəfə Rumeli qazəsgərliyinə təyin olundu. Seyid İbrahim Əfəndinin vəfatının ardından 20 may 1783-cü ildə saraya dəvət edilərək sədrəzəm Xəlil Həmid Paşanın da iştirak etdiyi mərasimlə şeyxülislamlığa yüksəldi.
Şərifzadə Ataullah Mehmed Əfəndi
Şərifzadə Ataullah Mehmed Əfəndi (1760, Konstantinopol – 14 oktyabr 1811, Aydın) — Osmanlı alimi və şeyxülislamı. Atası Mehmed Şərif Əfəndi özü kimi şeyxülislam olmuşdur. Atasına istinadən "Şərifzadə", axsaqlığı səbəbilə isə "Topal" ləqəbiylə tanınan Ataullah Əfəndi 1760-cı ildə İstanbulda dünyaya gəlmişdir. Atası Mehmed Şərif Əfəndi I Əbdülhəmid və III Səlim səltənətlərində şeyxülislam olmuşdur. Atasının və ətrafındakı digər alimlərin yanında başlayan təhsilini daha sonra Tokatlı Mustafa Əfəndidən tamamlayaraq gənc yaşda müdərris oldu. Qısa zamanda yüksələrək 1782-ci ildə Qalata, 1792-ci ildə Məkkə qazılığına təyin edildi. 2 il sonra İstanbul qazılığına və naqibüləşraflığa yüksəldi. 1801-ci ildə payə olaraq aldığı Rumeli başqazılığı vəzifəsində yalnız 1804-cü ildə fəaliyyətə başlaya bildi. Siyasi vəziyyətin gərgin olduğu bu illərdə köklü bir ailəyə mənsub olması, mükəmməl təhsil alması və mühafizəkar yönümlü olması səbəb göstərilərək Sultan Səlim tərəfindən şeyxülislamlığa gətirildi (14 noyabr 1806). Bu ilk şeyxülislamlığı dönəmində baş verən siyasi hadisələrin mərkəzində yer aldı.
Nelli Ataullayeva
Nelli Xayrullayevna Ataullayeva (20 mart 1931, Daşkənd – 26 iyul 1974, Daşkənd) — Özbəkistan aktrisası, sənədli film rejissoru, Özbəkistan SSR-in əməkdar artisti, SSRİ Kinematoqrafçılar İttifaqının üzvü. Özbək aktrisasıdır. 43 yaşında ağciyər xərçəngindən vəfat edib. Görüş (film, 1955) История жизни Нелли Атауллаевой из фильма "Göruş" Narkotikin gətirdiyi son: "Görüş" filminin "Lala"sı necə öldü?
Abdulla
Abdulla — kişi adı və təxəllüs. Adın Abdullah forması da var.
Ataualpa
Ataualpa - İnk İmperiyasının sonuncu hökmdarı. Atası Uayn Kapakın ölümündən (1525) sonra ögey qardaşı Uaskar ilə hakimiyyət uğrunda mübarizədə qalib gələrək hökmdar olmuşdur. 1532-ci ildə Fransisko Pizarronun rəhbər liyi altında ölkəyə soxulan ispan konkistadorları Kaxamarkanı və bir neçə digər şəhəri ələ keçirdilər, Ataualpanı isə əsir aldılar. İspanlar külli miqdarda fidyə müqabilində onu azadlığa buraxacaqlarına söz versələr də, namərdcəsinə vədlərinə əməl etmədilər. Saxta məhkəmənin qərarına əsasən, Ataualpa edam olundu. == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh.
Atilla
Attila və ya Atilla (ən tezi 390 və ən geci 400 – 453[…], Pannoniya) — türk-Hun dünyasının ən məşhur sərkərdələrindən biri. "Avropanın imperatoru" titulunu qazanmış Avropa Hun İmperiyası hökmdarı. Attilanın atası Muncuq xandır. Əmisi Rua, onu atası öldükdən sonra bozqırda tək başına yaşamağa çalışarkən tapıb və yanına gətirib. Eramızın 434-cü ilində taxta çıxan Attila, deyilənə görə, İdil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub. Sadə həyat tərzi sürən Attila qonaqpərvərliyi ilə də seçilib. Avropa qitəsinin üçdə ikisindən çoxuna hakim oldu və dövlətin sərhədlərini Asiyaya qədər genişləndirdi. Hökmdarlığı boyunca ordusu ilə Qərbi və Şərqi Roma (bax Bizans) imperiyalarını tez-tez istila edən Attila, Orta əsr salnamələrində qəddarlığı ilə xatırlanır.
Abbas Abdulla
Abdulla Abbas Hacaloğlu (12 may 1940, Kəpənəkçi, Lüksemburq rayonu – 4 sentyabr 2019) — şair, ədəbiyyatşünas, tərcüməçi, 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Əməkdar mədəniyyət işçisi (1984), ədəbiyyatşünas, tərcüməçi, redaktor, siyasətçi, Azərbaycan Kommunist Partiyası üzvü, Müsavat Partiyası Ali Məclisinin üzvü, Azərbaycanın İstanbuldakı baş konsulu (1992–1997), Ukraynanın Maksim Rılski adına ədəbi mükafatı laureatı (1984). == Həyatı == Abbas Abdulla 1940-cı il mayın 12-də Gürcüstanın Bolnisi rayonunun Bolus Kəpənəkçisi kəndində anadan olmuşdur. Tiflisin baş hakimi İsrafil ağa Acalov və Cənub-Qərbi Qafqaz Türk Respublikasının qurucusu və başcısı Emin ağa Acalov əmiləridirlər. Orta təhsili Bolus Kəpənəkçisi (I-VUI), Arıxlı (IX) və Faxralı (X–XI) kəndlərində almışdır. 1958-ci ilin oktyabrından 1959-cu ilin sentyabrınadək doğma kəndində müəllimlik etmişdir. Sonra ADU-nun filologiya fakültəsində qiyabi təhsil almışdır (1958–1963). Azərbaycan EA Nizami adına Dil və Ədəbiyyat İnstitutunun aspiranturasını (1964–1966), Azərbaycan KP MK yanında Marksizm-Leninizm Universitetinin ideoloji kadrlar fakültəsini (1981–1982) bitirmiş, Kiyevdə Ukrayna EA-nın T. Q. Şevçenko adına Ədəbiyyat İnstitutunun Şevçenkoşünaslıq şöbəsində təcrübə keçmişdir. Universitetdə tələbəlik illərində həm də işləmişdir: Bakı Neftayırma zavodunda köməkçi fəhlə, çilingər, eyni zamanda zavodun "Neftayıran" çoxtirajlı qəzeti redaksiyasında əməkdaş olmuşdur (1961–1963). "Ulduz" jurnalı redaksiyasında şöbə müdiri (1966–1973), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri, xüsusi müxbir (1973–1977), baş redaktorun müavini (1979–1987), "Ulduz" jurnalının məsul katibi, sonra baş redaktoru (1987–1992), Türkiyədə Azərbaycan Respublikasının Baş konsulu (1992–1997) olmuşdur. Kommunist Partiyasının üzvü olmuş (1978–1990), Azərbaycan Yazıçılar İttifaqında ilk partiya təşkilatının katibi (1981–1983), Azərbaycan Yazıçılar Birliyi katibliyi heyətinə (tənqid-ədəbiyyatşünaslıq, publisistika üzrə) katib seçilmişdir (1991–1992).
Abdulla (Avurğazı)
Abdulla (başq. Абдулла, rus. Абдуллино) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Semenkin kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Talbazı): 28 km, kənd sovetliyindən (Şlanlı): 1 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 39 km. == Əhali == === Milli tərkibi === 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə çuvaşlar (90%) üstünlük təşkil edir.
Abdulla Abatsiyev
Abdulla Alxazoviç Abatsiyev (rus. Абдулла Алхазович Абациев; 16 avqust 1993, Vladiqafqaz, Şimali Osetiya SSR) — yarımmüdafiəçi mövqeyində çıxış edən Azərbaycan futbolçusu, == Karyerası == Abdulla Abatsiyev 1993-cü ildə Vladiqafqaz şəhərində anadan olmuşdur. Futbolçunun atası Alxaz Ayvazov azərbaycanlıdır. 8 yaşında Abdulla "Yunost" Vladikavkaz Gənclər İdman Məktəbinin futbol bölməsinə yazıldı və 9 il orada çıxış etdi. 2010-cu ildə Moskvaya, 2011-ci ildə isə 2009 -cu ildə vətəndaşlığını aldığı Azərbaycana köçdü. 15 yaşında "Alaniya" (Vladiqafqaz) Futbol Klubuna transfer olan Abdulla Abatsiyev Şimali Osetiyanın çempionatında əvəzedici heyətində çıxış edib. 2010-cı ildə Moskvaya köçən həvəskar futbol klubların arasında Rusiya çempionatında Üçüncü Divizionda çıxış etməyə başlayıb. Həmin ildə moskvalıların heyətində Moskva Kubokunun sahibi olub. 15 yaşında Abdulla Abatsiev Şimali Osetiya çempionatında çıxış edən "Alaniya" (Vladikavkaz) klubuna keçdi. 2010 -cu ildə Moskvaya köçdükdən sonra həvəskar futbol klubları arasında Rusiya çempionatında Moskvanın "Stolitsa" klubunda oynamağa başladı.
Abdulla Abbas
Abbasov Abdulla Əsgər oğlu (Abdulla Abbas 9 mart 1930, Quba – 23 fevral 2021, Bakı) — ədəbiyyatşünas, tənqidçi, filologiya elmləri doktoru (1976), professor (1977). == Həyatı == Abdulla Abbas 1930-cu il martın 9-da Quba şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirdikdən sonra Quba Dövlət Müəllimlər İnstitutunda təhsil almışdır (1948–1950). Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsilini davam etdirmişdir (1950–1955). Əmək fəaliyyətinə Quba şəhər orta məktəbində müəllim kimi başlamışdır. Azərbaycan Dövlət Universitetinin aspiranturasına daxil olmuş (1962–1964), müasir ədəbi proses mövzusunda dissertasiya müdafiə etdiyinə görə fılologiya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür (1965). Hazırda Azərbaycan Dövlət Universitetinin çağdaş Azərbaycan ədəbiyyatı kafedrasında çalışır (1970-ci ildən). Eyni zamanda Ali İctimai-Siyasi Kollecin filologiya fakültəsinin dekanıdır (1995-ci ildən). Azərbaycan ədəbiyyatı tarixinə dair mühazirələr oxuyur, elmi tədqiqatla ardıcıl məşğul olur. Uzun illər filologiya fakültəsinin ixtisaslaşdırılmış müdafıə şurasının və elmi-pedaqoji şuranın üzvü olmuşdur.
Abdulla Abdullayev
Abdulla Abdullayev (güləşçi) — dünya şöhrətli pəhləvan, SSRİ çempionu, əməkdar məşqçi, klassik güləş və ağırlıq qaldırma ustası. Abdulla Abdullayev (hərbçi) — 25 mart 1985-ci ildə Əfqanıstan Respublikasında döyüşlər zamanı həlak olmuşdur. "Qırmızı Ulduz" ordeni ilə təltif edilmişdir.
Abdulla Aliş
Abdulla Aliş (tatar. Abdulla Aliş, Ğabdulla Aliş; 15 sentyabr 1908 – 25 avqust 1944, Plyötsenzee həbsxanası[d], Berlin, Üçüncü Reyx) — Tatarıstan sovet şairi, yazıçısı. Əsil adı Abdullah Bariev oğlu Alişevdir. O 15 sentyabr 1908-ci ildə Kayuki kəndində anadan olmuşdur. Onun uşaqlar üçün nağıllar, şeirlər və dramatik əsərləri vardır. == Tərcümeyi-hal == Abdulla 1908-ci ildə anadan olub. 1927-ci ildə Kazan torpaq-tikinti texnikomuna daxil olur. O meliorativ və usta işləyibdir. 1933-cü ildə jurnalistika ilə məşğul olmağa başlayır. O ilk dəfə "Pioner kalyame" (Pioner yazısı) jurnalında işləməyə başlayır.
Elvin Abdulla
Elvin Abdulla (13 sentyabr 1990, Şəki) — Azərbaycan kinorejissoru, “Dream Big Film Company” şirkətinin təsisçisi və idarəçisi. == Həyatı == Elvin Abdulla 1990-cı ildə Azərbaycan Respublikası Şəki şəhərində tanınmış aktyor Fərman Şəklinin evində anadan olub.2012-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Sənətşünaslıq fakültəsi Kinoşünaslıq ixtisasını bitirib.2016-cı ildə “Xənnas” – tammetrajlı bədii film (Azərbaycanda ilk dəfə “mistik-triller” ) – ideya müəllifi,quruluşçu rejissoru olmuşdur.
I Abdulla
I Abdulla (2 fevral 1882, Məkkə, Hicaz vilayəti – 20 iyul 1951[…]) — İordaniya kralı. Hicaz əmiri Hüseyn ibn Əli əl-Haşimi (Şərif Hüseyn) oğlu Abdulla, ingilislərin dəstəyi ilə 1921-ci ildə Maverai İordaniya Əmirliyinin başçısı oldu. Əvvəlcə Paeke Paşa, sonra isə Qlubb Paşa üçün təşkil etdiyi "Ərəb legionu" Kərkük-Hayfa neft kəmərinin qorunmasını təmin etdi. II Dünya Müharibəsi zamanı əmirlik sərhədindən xaricə də müdaxilə etmişdi. 1946-cı ildə İngiltərə ilə ittifaqdan sonra ölkə müstəqil oldu və 1949-cu ildə ilk İordaniya kralı olaraq tacqoyma mərasimi keçirdi. Suriya və Livanı daxil edəcək bir dövlət qurmağa çalışarkən öldü. Əmir Abdulla Əfəndi ömrü boyu ingilislərin sadiq bir dostu olaraq qaldı. Sarayında çərkəzləri mühafizəçi olaraq yerləşdirmiş və oğlunun problemsiz hakimiyyətdə qalmasını təmin etmişdi. Haşimi nəslindən olması iddiası bu günə qədər sübut edilməyib. Qardaşı Faisal ingilis dostları sayəsində İraq Əmiri oldu.
Kamal Abdulla
Kamal Abdulla (Kamal Mehdi oğlu Abdullayev; 4 dekabr 1950, Bakı) — Azərbaycan alimi, yazıçısı, ictimai xadimi. Filologiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının xalq yazıçısı (2019) və əməkdar elm xadimi (1999), AMEA-nın həqiqi üzvü, Birinci dərəcəli dövlət müşaviri. Bakı Slavyan Universitetinin ilk rektoru (2000–2014), Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsəslələr üzrə Dövlət müşaviri (2014–2017), Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycan Mədəniyyət Fondunun (Azərbaycan Yaradıcılıq Fondu) sədri, Türk Dil Qurumunun həqiqi fəxri üzvü, Ukrayna Beynəlxalq Kadr Akademiyasının həqiqi üzvü (akademiki), Moskva Şəhər Pedaqoji Universitetinin, Ural Federal Universitetinin və Rumıniyanın Piteşti Universitetinin fəxri doktoru, Poltava İqtisadiyyat və Ticarət Universitetinin fəxri professoru, Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının həqiqi üzvü, akademiki, Gürcüstanın Təhsil Elmləri Akademiyasının həqiqi üzvü, Rus PEN-klubunun (Moskva) üzvüdür. == Həyatı == Kamal Abdullayev 4 dekabr 1950-ci ildə Bakıda ziyalı ailəsində doğulub. Atası müəllim, anası həkim olub. 1968-ci ildə Bakıda 190 saylı orta məktəbi bitirib. === Təhsili === 1968–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil alıb. 1973–1976-cı illərdə SSRİ Elmlər Akademiyasının Dilçilik İnstitutunun "Türk dilləri" şöbəsinin əyani aspirantı olub. 1977-ci ilin yanvar ayında Moskvada "Sintaktik paralelizm" ("Kitabi-Dədə Qorqud" dastanlarının dili üzrə) adlı namizədlik dissertasiyası müdafiə edib. 1977–1984-cü illərdə Azərbaycan SSR Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun "Türk dillərinin müqayisəli tədqiqi" şöbəsində kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində çalışıb.
Mahirə Abdulla
Mahirə Abdulla — yazıçı, rəssam, publisist, Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Rəssamlar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, psixologiya üzrə fəlsəfə doktoru. == Həyatı == Mahirə Abdulla Qubadlı rayonunun Əliyanlı (indiki Başarat) kəndində anadan olmuşdur. Mahirə Abdulla Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. On yeddi yaşında "Kimyaçı" qəzetində əmək fəaliyyətinə başlamışdır. "Kimyaçı" qəzetinin redaktoru, "Yazıçı" nəşriyyatının poeziya şöbəsinin böyük redaktoru, Respublika “Kitab evi”nin direktoru, "Azərkitab" Respublika Kitab Ticarəti Birliyi birləşmiş həmkarlar komitəsinin azad sədrı vəzifələrində çalışmışdır. 1980-1982-cı illərdə Sumqayıt şəhər Sovetinin deputatı olmuşdur. Dünya Azərbaycanlıları Konqresinin Təbliğat şöbəsinə rəhbərlik etmişdir. Azərbaycan Yazıçılar Birliyi Ədəbiyyat Fondu İdarə heyətinin üzvüdür. Hazırda Azərbaycan Yazıçılar Birliyində nəsr üzrə məsləhətçi işləyir. AYB üzvlüyünə qəbul üzrə ekspert qrupunun sədridir.
Mirzə Abdulla
Mirzə Abdulla Fəraxani (tam adı: Mirzə Abdulla Ağa Əli Əkbər oğlu Fəraxani, fars. میرزا عبدالله فراهانی‎; d. 12 oktyabr 1843, Şiraz, Qacarlar dövləti – 18 mart 1918, Tehran, Qacarlar dövləti) — İran tarzəni, sətarçalanı, Radif musiqi sənətinin qurucularından biri (digəri Mirzə Hüseynqulu Fəraxani). O, eləcə də XX əsr İran setarçalanı Əhməd İbadinin atası olmuşdur. Mirzə Abdulla Ağa Əli Əkbər oğlu Fəraxani 12 oktyabr 1843-cü ildə Şirazda anadan olmuşdur. Mirzə Abdulla qardaşı Mirzə Hüseynqulu ilə birlikdə Radif musiqi sənətinin baniləri olublar. Mirzə Abdullanın həyatı və fəaliyyəti haqda çox az məlumat mövcuddur. Mənbələrə görə, Mirzə Abdullanın atası Ağa Əli Əkbər Fəraxani Məhəmməd Şah Qacarın və Nəsrəddin Şahın hakimiyyəti dövrlərində saray musiqiçi olmuşdur. Mirzə Abdullanın atası hələ o uşaq ikən vəfat etmişdir. Buna görə onu və qardaşını Əli Əkbərin qardaşıoğlu və tələbəsi Ağa Qulamhüseyn öz himayəsinə almışdır.
Murad Abdulla
Murad Mahir oğlu Abdulla — Azərbaycan əsilli Şotlandiya şahmatçısı, FİDE ustası (2017), kişilər arasında üçqat Şotlandiya çempionu (2017, 2018, 2022). Erkən yaşlarından şahmatla məşğul olub. Şotlandiya KİV-ləri onu 2010-cu ildə Şotlandiyanın Aberdin şəhərində keçən turnirdə güclü oyununa görə "Nəhənglərin qatili" adlandırıblar. 2015-ci ildə Şotlandiyada "İlin gənc şahmatçısı" titulunu qazanmışdır. 2017-ci ildə Şotlandiyanın Dandi şəhərində keçirilən kişilər arasında Şotlandiya şahmat çempionatının qalibi olub. Çempionat zamanı Muradın cəmi 16 yaşı var idi. 2018-ci ildə Murad eyni uğuru təkrarlayaraq, Şotlandiyanın kişilər arasında ikiqat şahmat çempionu olub. Eyni ildə, həmçinin, Batumidə keçirilmiş 43-cü Ümumdünya Şahmat Olimpiadasında Şotlandiyanın kişilərdən ibarət yığma komandasının heyətində mübarizə aparıb. FIDE Chess profili Murad Abdulla. Chess-DB.com Arxivləşdirilib 2016-08-22 at the Wayback Machine (ing.) Murad Abdulla.
Qallacov Abdulla
Sabir Abdulla
Sabir Abdulla (1950, Şəki, Oraban) — Azərbaycan şairi, ictimai xadim. Sabir Abdulla 1950-ci ildə Şəkinin Oraban kəndində anadan olub. Azərbaycan Politexnik İnstitutunu və M. Qorki adına Moskva Ədəbiyyat İnstitutunu bitirən Sabir Abdulla ədəbi yaradıcılığa şeir yazmaqla başlayıb. Bir neçə şeir kitabının müəllifidir. Onun tərcüməsində neçə-neçə rus yazarlarının əsərləri işıq üzü görüb. Bir çox mükafatlara layiq görülüb, o cümlədən V. Tsıbin mükafatının laureatı olub. Rusiya və Azərbaycan Yazıçılar İttifaqının üzvü olub. Gözəl Azərbaycan şairi, ictimai xadim, səmimi insan Sabir Abdulla 2013-cü il yanvar ayının 8-də 63 yaşında Moskvada vəfat etdi.
Aslan Abdulla
Aslan Abdulla (8 avqust 1970, Ermənistan SSR) — Azərbaycan alimi, ümumi və bariatrik cərrah. == Həyatı == Aslan Abdulla 8 avqust 1970-ci il tarixində Qərbi Azərbaycanda müəllim ailəsində anadan olmuşdur. 1988-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olmuş və 1994-cü ildə məzun olmuşdur. Həmin ildən başlayaraq 1995-ci ilə kimi Respublika Klinik Xəstəxanasında internatura keçmişdir. 1998-ci ildə Rusiyanın Saratov Dövlət Tibb Universiteti, Həkimləri Təkmilləşdirmə İnstitutunda ümumi cərrah, birinci kvalifikasiya dərəcəsi, 2003-cü ildə isə Rusiyanın Penza Həkimləri təkmilləşdirmə İnstitutu ümumi cərrah, ali kvalifikasiya dərəcəsi almışdır. 2009-cu ildə Almaniyanın Münhen şəhərində diod lazerin cərrahiyyədə tətbiqi üzrə, 2011-ci ildə isə Rusiyanın Kazan şəhərində İnnovasiya Texnologiyaları Mərkəzində laparoskopik cərrahiyə üzrə təhsil almışdır. Daha sonra 2012-ci ildə Türkiyənin Ankara şəhərində radiofrekans ablasiya cihazının cərrahiyyədə tətbiqi üzrə ixtisaslaşma keçmişdir. 2014-cü ildə Türkiyənin Egey Universitetində ümumi cərrahiyyə bölümündə "Üst Qastrointestenal sistemin Laparoskopik Cərrahiyyəsi və Bariatrik cərrahiyyə" üzrə təkmilləşdirmə kursu keçmişdir. 2014–2015-ci ildə Türkiyənin Malatya şəhərində İlönü Universitetində ümumi cərrahiyyə bölümündə laparoskopik-Bariatrik metobolik cərrahiyyə üzrə təhsil almışdır. "Kəskin xolesistitin müalicəsində qanın venadaxili lazer şüalandırılmasının mek-sidol antioksidantı ilə birgə tətbiqi" elmi işini müdafiə edərək tibb elmləri üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülmüşdür.
Abdulla (dəqiqləşdirmə)
Yaşayış məntəqələri Abdulla (Avurğazı) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Abdullaoğlu — Tiflis əyalətinin Dəmirçi Həsənli nahiyəsində kənd. Digər Abdullah (film) — Sancay Xan tərəfindən çəkilmiş Hindistan Bollivud romantik dram filmi.
Abdulla Hüseyn
Abdulla Hüseyn (25 mart 1920, Yan[d], Kedah – 31 dekabr 2014, Kuala Lumpur) — Malayziyanın milli yazıçısı. İsmayıl Hüseyn və İbrahim Hüseynin böyük qardaşı. == Tərcümeyi-halı == Açeh əsilli kiçik bir tacirin ailəsində anadan olub. 1926–1931-ci illərdə Sunqay Limauda Malay məktəbində, 1932–1933-cü illərdə Alor Setardakı Müqəddəs Maykl məktəbində, sonra 1935-ci ilə qədər İngiltərə-Çin məktəbində təhsil alıb. Əmək fəaliyyətinə 1939-cu ildə Pahanqda mədən sənayesində kassir köməkçisi olaraq başlamdı. Elə həmin il Pinanq şəhərinə köçdü və burada "Saxabat" (Dost) qəzetində işləməyə başladı. İlk hekayələrini də dərc etdirdi ("ağsaqqalın arvadı", "İngiltərədə yaxşı və gəlin gözləyir"). Abdulla Hüseyn 1940–1941-ci illərdə "saudara" ("qardaş") qəzetində işləyib. Eyni zamanda, o, ilk romanlarını nəşr etdi: "Arvadın sevgisi" və "Bu mənim sevgilimdir". == Yaradıcılığı == Sonradan kəskin sosial yönümlü dərin psixoloji romanların ("bizim Kuala Lumpur", 1967; "İnterlok", 1971, "son konsert", 1980; "işıq üzü gördü", 1983; "İmam", 1995 və s.) habelə görkəmli şəxsiyyətlərin tərcümeyi-hallarının ("böyük aktyor P. Ramli", 1973; "Zaaba keşişi xatirələrdə", 1974; "Harun Aminurraşid") müəllifi kimi tanınmışdır.
Attaullah Tarar
Attaullah Tarar (urdu عطاء اللہ تارڑ; ) — Pakistan siyasətçisi və hüquqşünası. O, Şahbaz Şərifin dövründə federal nazir statusu ilə Pakistan baş nazirinin daxili işlər və hüquqi işlər üzrə xüsusi köməkçisi vəzifəsində çalışmışdır. O, həmçinin 2022-ci ildə o vaxtkı Pəncab Baş naziri Həmzə Şahbaz Şərifin kabinetində Pəncab hökumətinin sözçüsü və Pəncabın daxili işlər naziri vəzifələrində çalışmışdır. O, Pakistan Müsəlman Liqasının (N) baş katibinin müavinidir.
Abdulla Rzayev
Abdulla Rzayev (12 mart 2002) — Azərbaycan Premyer Liqasında "Sabah"dan icarə əsasında "Araz-Naxçıvan"da müdafiəçi kimi çıxış edən azərbaycanlı futbolçu. == Klub karyerası == 20 iyul 2022-ci ildə Rzayev "Sabah"dan icarə əsasında "Şamaxı"ya keçdi, Azərbaycan Premyer Liqasında 27 avqust 2022-ci ildə "Qarabağ"a qarşı debüt etdi. 3 yanvar 2023-cü ildə Rzayev Şamaxı ilə icarə müqaviləsindən geri çağırıldı və sonra mövsümün qalan hissəsi üçün icarə əsasında "Kəpəz"ə keçdi.
Abdulla Seyidəhmədov
Abdulla Seyidəhmədov (5 aprel 1997, Azərbaycan) — Azərbaycan Premyer Liqasında "Zirə" üçün çıxış edən azərbaycanlı peşakar futbol qapıçısıdır.
Abdulla Şərifov
Abdulla Məhəmməd oğlu Şərifov (tatar. Габдулла Мөхәммәт улы Шәрипов; 10 (22) noyabr 1893, Troitsk[d], Troitsk qəzası[d], Orenburq quberniyası[d], Rusiya imperiyası – 4 oktyabr 1938) — Azərbaycan dilçi alimi, Azərbaycan dilçiliyinin banilərindən biri. == Həyatı == 1893-cü ilin noyabrında Rusiyanın Orenburq vilayətinin Troitsk şəhərciyində anadan olub. Burada rus-tatar məktəbinə gedib, 1908-ci ildə Müsəlman Xeyriyyə Cəmiyyətinin pulu ilə İstanbula gedərək orta təhsilini başa vurub. Orta təhsilini başa vuraraq 1914-cü ildə vətənə qayıdır. Troitskə qayıdan A. Şərifov müəllimliklə yanaşı ardıcıl jurnalistlik fəaliyyəti olub. 1919-cu ilin sentyabrın 1-dən Anjersk musiqi məktəbi və Tümenskdə birinci tatar məktəbində müəllim işləyib, RK(b)P üzv seçilib və 1921-ci ilin martında Tümen quberniya rəhbərinin milli məsələlər üzrə müavin olub. O, 1921-ci ilin payızında Tomsk Universitetinin ictimai fənnlər fakültəsinə qəbul olunur. 1923-cü il iyununda Bakıya gələn A. Şərifov Azərbaycan Dövlət Universitetinin Şərq fakültəsinin dil və ədəbiyyat şöbəsini bitirmişdir (1928). Daha sonra aspiranturada oxuyub (1931).