Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Axiliya
Axiliya (yun. a + yun. χυλός – şirə) – mədə şirəsində xlorid turşusu və pepsin fermentinin olmaması ilə səciyyələnən patoloji vəziyyət. Axiliya mədənin vəzi apratının anadan gəlmə funksional zəifliyi, mədənin selikli qişasının xəstəliyi (atrofik qastritdə mədə vəzilərinin zədələnməsi) və ya başqa xəstəliklərin (intoksikasiyalar, anemiyanın bəzi formaları, sinir sisteminin funksional xəstəlikləri və s.) təzahürüdür. == İstinadlar == == Mənbə == Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 1-ci cild: A – Argelander (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2009. səh. 212.
Abeliya
Abeliya (lat. Abelia) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == === Növləri === Hibrid Abelia x grandiflora (Hort. ex.
Abuliya
Abuliya (lat. a - inkar şəkilçisi + bule - iradə ) – iradəsizlik, iradənin xəstəlik nəticəsində zəifləməsi. Bir sıra psixi xəstəlikdə və bəzən sinir sisteminin funksional pozğunluqları zamanı müşahidə edilir. Düzgün verilməyən tərbiyənin nəticəsi olan iradə zəifliyi abuliya deyil.
Alaliya
Alaliya bütün nitq komponentlərinin, yəni fonetik –fonematik, leksik, qrammatik quruluşu pozulan nitqin sistemli geriliyidir. == Alaliya nədir == Alaliya erkən uşaqlıq çağlarında nitqin inkişafdan geri qalmasıdır. Alaliya (a- latınca inkar deməkdir və lalio –nitq, danışmaq, nitqin olmaması kimi tərcümə olunur). Alaliyalı uşaqlarda nitq tamamilə inkişaf etmir, yaxud kobud pozuntularla inkişaf edir. == Alaliyanın səbəbi == Mərkəzi sinir sisteminin zədələnməsi nəticəsində yaranır. Bir çox hallarda alaliyanın yaranma səbəbi doğuş zədələri, həmçinin 1,5 yaşına qədər uşaqlarda baş beyin qabığının nitq sahələrinin zədələnməsinə gətirib çıxaran baş beynin zədələnməsi xəstəliyi ola bilər. == Alaliyanın növləri == Nitq mərkəzlərinin zədələnməsindən asılı olaraq nitqin inkişaf etməməsi başqasının nitqinin başa düşülməsi ilə xarakterizə olunan motor alaliya və nitqin qavranılmasının pozulması ilə səciyyələnən sensor alaliyaya ayrılır. === Motor alaliya === Motor alaliya-dil əməliyyatlarının formalaşmaması ilə səciyyələnən ekspressiv nitqin inkişaf etməməsidir. Nitq-hərəkəti analizatorlarının və onun ötürücü yollarının sonunun zədələnməsi səbəb olan nitq hərəkəti analizatorunun fəaliyətinin inkişafdan geri qalması, yaxud pozulması motor alaliyanın yaranmasının əsas səbəbidir. Motor alaliya afferent və efferent olur.
Alogiya
Psixologiyada alogiya (yun. α-, "inkar", və λόγος, "nitq"), və ya nitq kasadlığı — ünsiyyət zamanı adi nitqin təminatı üçün lazımı və əlavə ehtiyatların olmaması. Xüsusən şizofreniya xəstəliyində özünü büruzə verir və neqativ simptom kimi qiymətləndirilıir. Bu zaman ünsiyyəti təmin emək mümkün olmadığına görə xəstəyə təyin olunmuş psixoterapiya çətinləşmiş olur. Alogiya bəzən afaziyaya sinonim kimi istifadə olunur.
Apuliya
Apuliya — İtaliyanın 1948-ci il Konstitusiyası ilə qismən regional muxtariyyət verilmiş 20 regionundan biridir. Mərkəzi Bari şəhəridir. Apennin yarımadasının cənub-şərqində, Adriatik və İoni (Taranto körfəzi) dənizləri sahillərindədir. Bari, Brindizi, Leççe, Taranto, Foca əyalətlərindən ibarətdir. Sahəsi 19.358 km². Əhalisi 4,1 mln (1994). Səthi təpəli düzənlikdir. Maksimal hündürlük 1151 m-dir (Dauniya d.) Kontinental Aralıq dənizi iqlimi hakimdir. İllik yağıntı 400–500 mm-dir. Ərazisinin 5%-i meşəlikdir.
Araliya
Araliya (lat. Aralia) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Kiçik ağaclar, çox vaxt kollar, yaxud hündür çoxillik otlardır. Yarpaqları lələkvarı bölümlüdür. Çiçəkləri iri süpürgə çiçək qrupunda toplanmışdır. Şərqi və Cənub-Şərqi Asiyada, Şimali Amerikanın cənubunda 40-adək növü məlumdur. Uzaq Şərqdə 3 növü bitir. Kolşəkilli, cüt lələkli, mürəkkəb yarpaqlı, bərk tikanlı ağacdır. Araliyaların çoxu orijinal dekorativ bitkilərdir. Çox vaxt araliyakimilərin digər cinslərinin növlərini də səhvən araliya adlandırırlar: məs., gövdəsinin özəyindən kağız hazırlanmasında istifadə edilən Cənubi Çin kolu tetrapanaks; otaq və oranjereya bitkisi kimi becərilən Yaponiya fatsiyası.
Aroniya
Aroniya (lat. Aronia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.
Azaliya
Azaliya (lat. Azalea) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi.
Etoliya
Etoliya (q.yun. Αἰτωλία) — tarixi Orta Yunanıstanın qərb hissəsində vilayət. Şimalda Epirlə, qərbdə Axeloy çayı boyunca Akarnaniya ilə, şərqdə Enida və Lokrida ilə həmsərhəd idi. Əsasən dağlıq vilayət olan Etoliyanın cənub hissəsini Korinf körfəzinin sahilləri təşkil edir. Ən böyük şəhərləri Ferm, Kalidon, Plevrondur. Etoliya uzun müddət öz inkişafında Yunanıstanın digər vilayətlərindən geri qalmış, lakin ellinizm Etoliya ittifaqının mövcudluğu sayəsində etoliyalılar Yunanıstanın siyasi həyatında çox mühüm rol oynamağa başladılar. E.ə. 189-cu ildə Etoliya Roma tərəfindən fəth edilmişdir.
Amaliya
Amaliya — qadın adı. Amaliya Pənahova — Azərbaycanın teatr və kino aktrisası Amaliya Materna — avstriyalı opera müğənnisi (dramatik soprano).
Qoliya
Qoliya (serb-kiril. Голија) ― Serbiyanın cənub-qərbində, İvanitsa və Novi-Pazar şəhərləri arasında yerləşən dağ. Qoliya Dinar dağ silsiləsinin bir hissəsidir. Dağ əhəmiyyətli biomüxtəlifliyə malik meşələr ilə örtülmüşdür. Dağda Serbiyada ilk UNESCO- MAB qeydiyyatından keçmiş biosfer qoruğu olan Qoliya-Studenitsa biosfer qoruğu yerləşir. Ərazi həm də bir neçə tarixi abidə və monastıra sahib kiçik xizək kurortudur. Dağın ən yüksək zirvəsi 1 833 metr hündürlüyündəki Jankov kamendir. Qoliya cənubda Novi-Pazar və Raşka, şimalda isə İvanitsa olmaqla şimal-cənub istiqamətində S şəklində uzanır. Dağ təxminən 750 km² ərazini əhatə edir. Dağın zirvələrindən Qoliyanın meşələri və otlaqları, eləcə də yaxınlıqdakı Kopaonik, Komovi və Prokletie dağlarının zirvələri görünür.
Aliya
Aliya (termin)
Amaliya Materna
Amaliya Fridrix Materna (alm. Amalie Friedrich-Materna‎ 10 iyul 1844 – 18 yanvar 1918, Vyana)-avstriyalı opera müğənnisi (dramatik soprano). Həm də məşhur vokal pedaqoq kimi fəaliyyət göstərmişdir. == Həyatı == Amaliya Materna özünün müğənnilik karyerasına Qratsedə kilsə xorunda ifa etməklə başlamışdır. 1865-ci ildə elə Qratsedə yerləşən opera teatrı "Taliya"nın səhnəsində çıxış etməyə başlamışdır. Müğənni Karl Fridrixlə ailə həyatı qurduqdan sonra, Vyanada onunla bərabər çıxış etmək təklifi alır. 1869-cu ildə 30 ildən çox fəaliyyət göstərdiyi Vyana Dövlət Operasında fəaliyyətə başlayır. O, həmçinin Londonun, Sankt-Peterburqun opera səhnələrində çıxış etmişdir. 1884–1885-ci illərdə ABŞ-da qastrol səfərində olmuşdur. O, Vaqner repertuarının bir sıra partiyalarının ilk ifaçısı hesab edilir.
Amaliya Pənahova
Amaliya Əliş qızı Pənahova (15 iyun 1945, Kirovabad – 8 noyabr 2018, Bakı) — Azərbaycanın teatr və kino aktrisası, televiziya rejissoru, Azərbaycan SSR xalq artisti (1985), Azərbaycan SSR Dövlət mükafatı laureatı (1972), sənətşünaslıq doktoru (2013), professor, 2000–2005-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili, Bakı Bələdiyyə teatrının bədii rəhbəri və direktoru, Avropanın əməkdar elm və mədəniyyət xadimi. == Həyatı == Amaliya Pənahova 1945-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1966-cı ildə M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu ixtisasını bitirmişdir. 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində beş yüzdən artıq obraz yaratmışdır. Onlardan Tomris, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları qeyd etmək olar. 1968-ci və 1972-ci illərdə Azərbaycan Lenin Komsomolu və Azərbaycan SSR Dövlət mükafatı laureatı fəxri adlarına layiq görülmüşdür. Teatr və kino sənətinin inkişafındakı böyük xidmətlərinə görə ona 1974-cü ildə Azərbaycan SSR əməkdar artisti, 1985-ci ildə isə Azərbaycan SSR xalq artisti fəxri adı verilmişdir. 1982-ci ildə ilin aktrisası elan edilmiş, 1998-ci ildə isə türk dünyasının birinci kino festivalında türk dünyasının altı populyar aktyoru sırasında adı qeyd olunmuşdur. Aktrisa həmçinin bacarıqlı rejissor kimi də özünü sınamışdır. 43 illik sənət fəaliyyəti dövründə 12 televiziya və teatr tamaşasına quruluş vermişdir ki, bunların çoxu lentə alınıb, hazırda televiziyanın Qızıl fondunda saxlanılır.
Amaliya Rodriqiş
Amália Rebordão Rodrigues ya da Amália Rodriques (23 iyun 1920 — y. 6–1999), Portuqaliyalı müğənni.
Ameliya Erhart
Ameliya Erhart (ing. Amelia Mary Earhart; 24 iyul 1897[…], Atçison, Kanzas – 5 yanvar 1939, Haulend adası, ABŞ-a bağlı kiçik adacıqlar) — ABŞ təyyarəçisi, ilk qadın pilot, Atlantik okeanı üzərindən uçan ilk qadın pilotdur. Həmçinin, orator kimi də tanınır. 2 iyul 1938-ci ildən etibarən "İtkin düşmüşlər" siyahısına daxildir. İtkin düşdüyü yer Sakit okean hesab edilir. == Həyatı == Ameliya Erhart 1897-ci ildə ABŞ-nin Kanzas ştatında doğulmuşdur. Anası Emi Otis Erhart, atası isə Edvin Stenton Erhart idi. Erhart Birinci dünya müharibəsində tibb bacısı vəzifəsində çalışır. Müharibədən sonra hava nəqliyyatı ilə maraqlanmağa başlayır. 1928-ci ildə Atlantik okeanını sərnişin kimi keçən ilk qadın olur.
Etoliya ittifaqı
Etoliya ittifaqı q.yun. Κοινὸν τῶν Αἰτωλῶν) — Qədim Yunanıstanın Etoliya vilayətində yaşamış icmaların siyasi birliyi. İlk əvvəl tayfa ittifaqı xarakteri daşıyırdı. E.ə. III əsrin ikinci yarısında öz qüdrətinin ən yüksək zirvəsinə çatmışdır. Etoliya ittifaqının tərkibinə Etoliyadan başqa, Orta Yunanıstanın bir sıra vilayətləri, Fessaliyanın bir hissəsi, Peloponnesin bəzi şəhərləri də daxil idi. Etoliya ittifaqı federativ və demokratik əsaslar üzərində qurulmuşdu, bura daxil olan icmalar xeyli dərəcədə daxili muxtariyyətini saxlayırdı, lakin mühüm məsələlərin həlli, xüsusən də xarici siyasət ittifaq hökumətinə aid idi. Etoliya ittifaqının Romaya qarşı durmaq cəhdləri e.ə. 189-cu ildə tam məğlubiyyət və Romanın tabeliyinə keçməklə nəticələnmişdir. == İstinadlar == == Əlavə ədəbiyyat == John D. Grainger (1999) The League of the Aitolians (Google Books).
Hündür araliya
Hündür araliya (lat. Aralia elata) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinin araliya cinsinə aid bitki növü. == Təbii yayılması == Yaponiyada, Koreyada, Uzaq Şərqdə, Saxalində və Kuril adalarında yayılmışdır. == Botaniki təsviri == Hündürlüyü 1,5-12 m-dək, düz gövdəsinin diametri 20 sm-dək alçaqboylu, budaqlı və gövdəli kiçik ağacdır. Yarpaqları növbəli, tökülən, iri, uzunluğu 1 m-dək, mürəkkəb, lələkvari, birinci dərəcəli 2-4 hissədən və 5-9 cüt yarpaqcıqdan ibarətdir. Çətirləri çoxsaylıdır, iri, mürəkkəb, süpürgəvari çiçək qruplarına, bəzən şaxələnmiş salxıma yığılmışdır. İyul-avqustda çiçəkləyir. Çiçəkləri xırda, ikicinsli və erkəkcikləri, inkişaf etməmiş yumurtalıqlı, əsasən beşhissəli, bəzən 4 və ya 6 hissəlidir. Kasacığı xırda dişlidir. Erkəkcikləri uzunsov tozluqludur: sütuncuğun altı hamst və ya zəif qabarıqdır; yumurtalığı iki-altı yuvalıdır.
Marina Akobiya
Marina Akobiya (d. 12 yanvar 1975) — Rusiyanı təmsil edən su poloçusu. == Karyerası == Marina Akobiya, Rusiya yığmasının heyətində 2000-ci ildə Avstraliyanın Sidney şəhərinin ev sahibliyində baş tutan XXVII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Niderland yığmasını 5:4 hesabı ilə məğlub edən Rusiya yığması, Sidney Olimpiadasının bürünc medalına sahib oldu.
Qarameyvə aroniya
Qarameyvə aroniya (lat. Aronia melanocarpa) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin aroniya cinsinə aid bitki növü.
Skoliya quadripunktata
Scolia quadripunctata (lat. Scolia quadripunctata) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin pərdəqanadlılar dəstəsinin scoliidae fəsiləsinin scolia cinsinə aid heyvan növü. Bədəni 9–10 mm uzunluqda olub, qara rəngli və tüklüdür. 4 ədəd, nadir hallarda 2 ədəd sarı nöqtəsi olur. S.quadripunctata F. səhər saatlarında, 20–21°C temperaturda, Campsoscolia interrupta F. isə səhər vaxtı 27–28°C temperaturda uçmağa başlayır. Skolilərin maksimal fəallığı 28–40°C temperaturlarda qeydə alınır.Abşeron yarımadasının yaşıllıqlarından, o cümlədən bəzək bitkiləri əkilən sahələrdən yığılan materiallara və müşahidələrə əsasən, Abşeronda rast gəldiyimiz zarqanadlılar dəstəsinin scolidae fəsiləsindən olan bu parazit, sahibin sayının aşağı düşməsində demək olar ki, parazitlər içərisində perspektivli parazitlərdən biri hesab olunmuşdur. Ona görə də bu növün bioekoloji xüsusiyyətləri bir qədər geniş öyrənilmişdir. Dekorativ ağac və kol bitkilərinin kök hissəsində torpaqdan yığılan böcək sürfələrindən çıxan və entomoloji torba ilə yığılan materiallara əsasən, parazitlərin təbiətdə uçuşu iyun- iyul aylarında baş verir və 30–35 gün çəkir. Laboratoriya şəraitində lövhəbığların 0,5 litrlik şüşə qabda yerləşdirilən 5 ədəd sürfəsi yanına buraxılan parazitlər cütləşməyə və 5–6 saatdan sonra isə yumurta qoymağa başlayırlar. Müşahidələrə əsasən, dişi fərdlər, sahib sürfələrinin qidalandığı hissəyə toplanırlar və şüşə qabda olan torpaqdan istifadə edərək, bığcıqları vasitəsilə sürfələrin torpağın hansı hissəsində olduğunu hiss edir və həmin yerə girərək iynəsi vasitəsilə sahibi sancıb paralic vəziyyətinə salırlar.
Apolima boğazı
Apolima boğazı - Samoanın iki böyük adaları olan Savayi və Upolunu bir-birindən ayırır. 13 km eninə malikdir. == Coğrafiya == Boğazın içərisində bir neçə kiçik ada vardır. Onların bəzilərində məskunlaşma var - Manono, Apolima. Manonodan Upoluya qədər məsafə 3 km-dir. Başqa bir diqqətəlayiq ada Nuulopadır ki, burada yaşayış yoxdur. Samoanın iki əsas adası arasında boğazdan keçən nəqliyyat Mulifanua - Salelologa marşrutu üzrə işləyən bərə ilə həyata keçirilir.
Marki-Aloniya
Marki-Aloniya — mərkəzi Kiprdə tarixdən əvvəlki dövrə aid yaşayış məskəni. 1990–2000-ci illərdə burada La Troba Universitetindən Devid Frankel və Cennifer Vebb tərəfindən qazıntılar aparılmışdır. Qazıntılar Marki-Aloniyada erkən Tunc dövründən Orta Tunc dövrünə qədər yaşayışın olduğunu göstərmişdir. Bu, dövrün ən geniş qazıntı sahəsidir və Filiya mədəniyyətinin inkişafı üçün dəlillər təqdim edən yaşayış məskənləri arasında ən uzunmüddətli yaşayışa malik olmuş yeganə məntəqədir. == İstinadlar == == Əlavə ədəbiyyat == D. Frankel and J.M. Webb, 2006. Marki Alonia. An Early and Middle Bronze Age Settlement in Cyprus. Excavations 1995–2000. Studies in Mediterranean Archaeology CXXIII:2. Sävedalen.
Olen (Etoliya)
Olen (q.yun. Ὤλενος, lat. Olenus ) — Cənubi Etoliyada, Axeloos və Evinos çayları arasında, Arakintos dağının ətəyində qədim şəhər. Homer bunu "İliada"da gəmilər kataloqunda qeyd edir. Strabon xəbər verir ki, şəhər eollular tərəfindən dağıdılmışdır. Polibi öz əsərində bu şəhəri Eley adlandırır. Latın yazıçısı Stasi "Fivaida" kitabında Kalidon padşahı Tideyi "Olenli Tidey" adlandırır.