Apolima boğazı - Samoanın iki böyük adaları olan Savayi və Upolunu bir-birindən ayırır. 13 km eninə malikdir[1].
Apolima boğazı | |
---|---|
Ümumi məlumatlar | |
Eni | 13 km |
Yerləşməsi | |
13°49′08″ c. e. 172°10′19″ q. u.HGYO | |
Ölkə | Samoa |
Akvatoriyası | |
Ayırır | Savayi adasını Upolu adasından |
|
Boğazın içərisində bir neçə kiçik ada vardır. Onların bəzilərində məskunlaşma var - Manono, Apolima. Manonodan Upoluya qədər məsafə 3 km-dir. Başqa bir diqqətəlayiq ada Nuulopadır ki, burada yaşayış yoxdur.
Samoanın iki əsas adası arasında boğazdan keçən nəqliyyat Mulifanua - Salelologa marşrutu üzrə işləyən bərə ilə həyata keçirilir[2].