BİRLƏŞMƏK

f.
1. Bir araya toplaşaraq, bir-birinə qarışaraq bir küll halına gəlmək. Nümayişçilər meydanda birləşəcəklər. Hissələr çayın sahilində birləşdi. Qoşunlar hücum etmək üçün birləşdilər.
2. İttifaq bağlamaq, həmrəy olmaq, bir araya toplaşmaq, öz qüvvələrini birləşdirmək. Bütün dünya zəhmətkeşləri sülh uğrunda mübarizə üçün birləşmişlər.
3. Qovuşmaq, bir-birinə qarışmaq, bitişmək. İki yolun birləşdiyi nöqtə. Körpünün sahil ilə birləşdiyi yer. Yolların birləşdiyi yerdə üç atlıya rast gəldik.
4. Əlaqələnmək, aralarında rabitə əmələ gəlmək, bağlanmaq.
// məc. Evlənmək, həyatlarını bir-birinə bağlamaq.
5. Uyğun olmaq, uyuşmaq, uyğunlaşmaq, razılaşmaq, fikrə şərik olmaq. Mübahisə edənlər bir məsələdə birləşdilər.

Sinonimlər (yaxın mənalı sözlər)

  • BİRLƏŞMƏK 1. BİRLƏŞMƏK [Qaplan:] Düşmənlər bir-bir şəhərdə birləşir (A.Şaiq); QOVUŞMAQ Turşsu çaylara içi ilə Araza axır, Kürə qovuşur (S
  • BİRLƏŞMƏK qovuşmaq — qarışmaq — bitişmək
  • BİRLƏŞMƏK toplaşmaq — həmrəyləşmək
  • BİRLƏŞMƏK uyuşmaq — uyğunlaşmaq — razılaşmaq
  • BİRLƏŞMƏK əlaqələnmək — bağlanmaq
BİRLƏŞMƏ
BİRLƏŞMİŞ
OBASTAN VİKİ
Birləşmək azadlığı
Birləşmək azadlığı — insanın birləşmələrə qovuşmaq və ya tərk etmək azadlığı və birləşmələrin öz üzvlərinin marağlarına əsasən birgə hərəkət azadlığı və birləşmələrin müəyyən kriteriyalara əsasən üzvləri qəbul etmək ya etməmək azadlığı. Birləşmə azadlığı insanların ən əsas hüquqlardan biridir. Hər bir fərdin təşkilatlanmaqda, formal olaraq və ya qeyri-rəsmi olaraq qruplar qurmaqda və sərbəst iştirak etməkdə sərbəst olmasını təmin edir. Ümumdünya insan hüquqları bəyannaməsinin 20-ci maddədə, Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci maddədə və Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 22-ci maddədə əks olunur.

Digər lüğətlərdə

воздухонагнета́тельный вы́хухолий до чёрта ито́житься не торопя́сь пе́речневый пожела́ние позволя́ться пы́рник засусо́ливаться ма́менька ме́тина раздельнолепе́стные берма Девгений прячу -inae ablush affricate breed of cat cartilaginous Lola non-assembled examination spalpeen tourer