Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bəhr-i Bəy (Vərziqan)
Bəhr-i Bəy (fars. بهربيگ‎) - İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 108 nəfər yaşayır (22 ailə).
BƏT
Beynəlxalq Əmək Təşkilatı — Əmək münasibətlərini tənzim edən BMT-nin ixtisaslaşmış qurumlarından biri. Beynəlxalq Əmək Təşkilatı (BƏT) 1919-cu ildə, I Dünya Müharibəsindən sonra, Versal müqaviləsi əsasında yaradılmışdır. 1919-cu ilin yanvar-aprel aylarında Dünya konfransının Əmək Komissiyasının Parisdə və Versalda keçirilən I yığıncağında BƏT-in Konstitusiyası qəbul edilmişdir. Komissiyanın tərkibi doqquz dövlətin, Belçika, Kuba, Çexoslovakiya, Fransa, İtaliya, Yaponiya, Polşa, Birləşmiş Krallığın və ABŞ-nin nümayəndələrindən ibarət idi və komissiyaya Amerika Əmək Federasiyasının rəhbəri Samuel Gompers başçılıq edirdi. Komissiyanın tərkibində həm hökumətlərin, həm işəgötürənlərin, həm də işçilərin nümayəndələri iştirak etmişdilər. 1919-cu ilin oktyabr ayında Vaşinqtonda keçirilən I Beynəlxalq Əmək Konfransında BƏT-in altı Konvensiyası qəbul olunmuşdur. Bu konvensiyalar əsasən istehsalatda iş saatlarının normalarını, işsizlərin, anaların sosial müdafiəsini, qadınların, yeniyetmələrin gecə işlərini və həmçinin yeniyetmələrin minimal yaş həddini özündə əks etdirmişdir. 1920-ci ildən Cenevrədə yerləşən BƏT-in Beynəlxalq Əmək Bürosunun I direktoru, fransalı Albert Tomasın rəhbərliyi ilə 2 il ərzində 16 Beynəlxalq Əmək Konvensiyası və 18 Tövsiyə qəbul edilmişdir. 1926-cı ildə təşkilatın nəzdində ekspertlər komitəsi yaradılmış və indiyə qədər fəaliyyət göstərən bu komitənin tərkibini müstəqil hüquqşünaslar təşkil edir. 1939-cu ildə II Dünya Müharibəsinin qaçılmaz olduğu vaxtda amerikalı Con Vinant BƏT-in rəhbərliyinə gəlir.
BƏƏ
Birləşmiş Ərəb Əmirlikləri (Al-Imārāt al-‘Arabīyah al-Muttahidah) — Asiyada bir dövlət. Birləşmiş Ərəb Əmirlikləri (ərəbcə: əl İmarat əl Ərəbiyyə əl Müttəhidə). Ərəbistan yarımadasının şərq hissəsində Fars və Oman körfəzləri sahilində yeləşir. Üç dövlətlə, cənubda və qərbdə Səudiyyə Ərəbistanı (457 km), şimalda Qətər, cənub-qərbdə Omanla (410 km) həmsərhəddir. Əmirliklərin sahil xəttinin uzunluğu 800 km-ə yaxındır. BƏƏ-nin tərkibində yeddi əmirlik var: Əbu-Dabi, Dubay, Şərca,Umm Əl- Quveyn, Rəs-Əl-Xeymə, Acman və Əl-Füceyrə əmirliyi daxildir. Ölkə ərazisinin 93 faizi Əbu-Dabi və Dubay əmirliklərinin payına düşür.İqtisadiyyat günü gündən inkişaf edir. == Ümumi məlumat == Cənub-Qərbi Asiyada, Ərəbistan yarımadasının şimal-şərqində dövlət. Cənubda və cənub-qərbdə Səudiyyə Ərəbistanı ilə, cənub-şərqdə, şərqdə və şimal-şərqdə Omanla həmsərhəddir. Şimaldan İran körfəzi, şimal-şərqdən Ərəbistan dənizinin Oman körfəzi ilə əhatə olunur.
Bəhr
Bəhr — əruz vəzninin tərkib hissələrindən biri. Əruz altı ünsürdən (rükndən) ibarətdir və bu ünsürlər də on doqquz bəhrə bölünür. Klassik Azərbaycan poeziyasında əruzun on iki bəhrindən istifadə edilmişdir. Həmin bəhrlər aşağıdakılardır: həcəz, rəməl, rəcəz, müctəs, müzare, mütəqarib, münsərih, xəfif, səri, mütədarik, kamil, müqtəzəb. == İstinadlar == == Mənbə == Elçin. Seçilmiş əsərləri. 10 cilddə. IX cild. Bakı: ÇİNAR-ÇAP, 2005, 509 səh.
Bəm
Bəm — İranın Kirman ostanının şəhərlərindən və Bəm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 73,823 nəfər və 19,572 ailədən ibarət idi.Parfiya dövründə (b.e.ə.247- b.e. 224) salındığı təxmin edilən və Sasanilər imperatorluğu dövründə önəmli bir mərkəz olan şəhərə X əsrdə gələn ərəb səyyah İbn-i Həval, Surət-ul Ərz adlı kitabında , şəhərin qalasından və əl işləməli geyimlərin gözəlliyindən danışır. Bu şəhərin əl toxumalı geyimləri o qədər məşhur olub ki hədda onu Mərkəzi Asiya və Misirdən də alarmışlar.Farsların qurduğu bu şəhər Səfəvi xanədanlığı zamanında yüksək inkişaf dövrü yaşadı. Bəm səhralıqda olmağına baxmayaraq bu gün olduğu kimi qədim zamanlarda da ənkinçilik mərkəzi olmuşdu. Tarixən güclü bir qalaya sahib olması isə onun hərbi bir mərkəz rolunda da iştirak etməsini şərtləndirmişdi . Bəm qalasının tikililərindən bu günə qədər qalan hissələri əsas etibarı ilə 12-ci əsrdə tikilmiş və 6 km2 sahəyə malikdir. Kərpicdən tikilmiş qala 13000 insanın yaşaya biləcəyi bir qaladır. Burada 1850-ci ilə qədər yaşayış olmuşdur. 2000 illik bir tarixə malik olan Bəm qalası dünyanın ən böyük kərpicdən tikilmiş kompleksi hesab olunur.
Bəy
Bəy — (türk. "hökmdar", "ağa") - 1) Şərq ölkələrində tayfa-nəsil, sonralar isə feodal əyanlarının titulu. İranda tayfa və ya bir neçə tayfanın başçısı. Mərkəzi Asiya və Cənubi Qafqaz xalqlarında orta əsrlərdə və yeni dövrdə feodalın - torpaq sahibinin adı; 2) müasir Türkiyədə - kişilərə müraciət forması; 3) 1705 - 1957-ci illərdə Tunisdə irsən hakimiyyətə gələn hökmdar. Bəy - həmçinin nikaha daxil olmağa hazırlaşan kişiyə deyilir.
Cəh-Cəh Həsrətində (1983)
Ağakişi bəy
Ağakişi bəy — II Şəki xanı. I Şəki xanı Hacı Çələbi xanın oğlu, III Şəki xanı Məhəmmədhüseyn xanın əmisi.
Ağsunqur bəy
Qasıməddövlə Əbusəid Ağsunqur bəy bin Elturqan (XI əsr – 1094, Hələb) — səlcuqlu sərkərdəsi, vali. == Həyatı == Qasıməddövlə Ağsunqur bəy bin Elturqan Hələb valisi olmuşdu. 1087-ci ildə özünü sultan elan etdi. Qasıməddövlə Ağsunqur bəy bin Elturqan 1094-cü ildə Tutuş bəy tərəfindən öldürüldü. Siyamək Hüseynəlizadə yazır ki, Ağsunqur Avşar elinə mənsub Alturqan bəyin oğludur. Məlikşahın ölümü ilə Börküyarıqla Tutusun müharibəsində Ağsunqur Bərk Yarığın yanına keçir və bir savaşda öldürülür. Ağsunqurun ölümündən sonra İraq səlcuqlu sultanı Mahmud 1127-ci ildə Mosul Atabəylərinin qurucusu "Zəngi" ni Mosul valisi təyin edir və ona İmadəddin ləqəbini verir. "Zəngi" bir güclü Avşar hakimiyyəti qurur və Hələbi ələ keçirir". == Mənbə == Ənvər Çingizoğlu, Abbasilər dövründə türklər, Bakı:Mütərcim, 2015, 408 səh. H. A. R. Gibb, "Ak Sunkur", EI² (İng.), I, 314.
Balaban bəy
Balaban bəy, Balabancik (XIII -XIV yüzil)- də deyilir, Osman qazinin sərkərdələrindən. == Həyatı == Bursa mühasirəsində (1314 -1326) Osman qazinin apardığı həvalə deyilən üç kiçik qalaçadan birinə başçılıq edərək şəhərin alınmasında təsirli bir rol oynadı. Hisara sonradan Balabancık adı verildi.
Baybican bəg
Baybican bəg- Dastanda işlənən antroponimlərdən biri.III boyda işlədilən "Baybican" Dəli Qarçar və Banıçiçəyin atasıdır. "HA-da "Baybecan", Er-də "Pay Piçen", D və V-də "Baybican" variantındadır. Ş.Xətai dövründə yaşamış "Becan", "Abbas və Gülgəz" dastanındakı "Becan" müasir Azərbaycan antroponimləri sistemindəki "Becan", Azərbaycan toponimləri sistemindəki "Bico//Bicoy (Ağsu), "Biçənək" (Şahbuz) adları "Kitabi-Dədə Qorqud"dakı "Baybican" antroponimi ilə səsləşir. Bu sistemə Cənubi Azərbaycan ərazisindəki "Baybecan" və Borçalıdakı "Bejanoğuzaran" toponimlərini də əlavə etmək olar.Qədim türk dilində hökmdar, rəhbər, knyaz və s. mənalarda olan, müasir ədəbi dilimizdə isə rəsmi və qeyri-rəsmi müraciət forması kimi işlədilməyə başlayan bəy (bəg) titulu "Baybican bəg" antroponimık vahidində həm titul, həm də mürəkkəb quruluşlu adın I komponenti kimi iştirak etmişdir. S.Əlizadə göstərir ki, "Baybican" Bay Bıçan (Biçən) şəklində təsəvvür edilməlidir. Bu isə, yəni "Baybican" adındakı Bıçan//Biçən "peçeneq" etnonimini xatırladır. "Peçeneq" Heredotda pavsik (pavçik), Strabonda pasian (paçian), Ptolemeydə bastarna (baçtarna) şəklindədir. Həmin etnonimə "Kartlis Tsxovreba"da V əsrədək təsadüf edilən türk etnonimləri sırasında "pаçLаnikLni", toponimləri sırasında isə "pаçLаnikLеti" şəklində rast gəlinir.Ə.Dəmirçizadə bir sıra türk tayfalarının IX əsrdəki vəziyyətlərini izah edərkən "becənək" tayfasının da adını çəkir: "...xəzərlərin Xəzər dənizinin şimalında Volqaboyunda və şimal-qərbində məğlub edilmələri nəticəsində, Orta Asiyanın Şimal hissəsindən bir çox türkdilli tayfalar, xüsusən, "quman", "becənek", "suvar", "qıpçaq" və s. köçüb gələrək, əvvəllər Volqaboyundan ta Dərbənd səddinə qədər uzanan torpaqlarda, sonralar isə bunlardan bəziləri daha aşağılarda, yəni Aranda, Azərbaycanda məskən salmışlar".
Artuk bəy
Artuk bəy və ya Zahirüldövlə Artuk bəy – Səlcuqlu imperiyasının XI əsrdə fəaliyyət göstərmiş türk sərkərdəsi. O, Qüdsün 1085–1091-ci illərdəki qubernatoru olmuşdur. Artuklu sülaləsinin onun adı ilə adlandırılmasına baxmayaraq, əslində, bu sülalənin əsası ondan sonra oğlanları olan Sökmən və İlqazi bəy tərəfindən qoyulmuşdur. O, həmçinin Alp-Yaruq, Bəhram, Əbd əl-Cabar və 3 başqa övladı olmuşdur.Oğuzların Döğər boyundan olmuşdur. == Anadoluda == Artuk bəy 1071-ci ildə baş vermiş Malazgird döyüşündə Böyük Səlcuqlu imperiyasının komandanlarından biri olmuşdur. Döyüşdən sonra o, səlcuqlular tərəfindən Anadolunun fəthində iştirak etmişdir. O, 1074-cü ildə Yeşilırmaq vadisini ələ keçirmişdir. O, həm də sultanın əmri ilə 1077-ci il üsyanının yatırılmasında da iştirak etmişdir.Artuk bəy 1086-cı ildə Diyarbəkirin Mərvanilərdən alınması əməliyyatında da iştirak etmişdir. Bu yürüş zamanı o, ordunun qərərgah rəisi Fəxrəldövlə ibn Cahirlə mübahisəsi yarandı. Mübahisənin səbəbi ibn Cahirin Mərvanilərlə sülh imzalamaq istəməsi idi.
Artuq bəy
Artuk bəy və ya Zahirüldövlə Artuk bəy – Səlcuqlu imperiyasının XI əsrdə fəaliyyət göstərmiş türk sərkərdəsi. O, Qüdsün 1085–1091-ci illərdəki qubernatoru olmuşdur. Artuklu sülaləsinin onun adı ilə adlandırılmasına baxmayaraq, əslində, bu sülalənin əsası ondan sonra oğlanları olan Sökmən və İlqazi bəy tərəfindən qoyulmuşdur. O, həmçinin Alp-Yaruq, Bəhram, Əbd əl-Cabar və 3 başqa övladı olmuşdur.Oğuzların Döğər boyundan olmuşdur. == Anadoluda == Artuk bəy 1071-ci ildə baş vermiş Malazgird döyüşündə Böyük Səlcuqlu imperiyasının komandanlarından biri olmuşdur. Döyüşdən sonra o, səlcuqlular tərəfindən Anadolunun fəthində iştirak etmişdir. O, 1074-cü ildə Yeşilırmaq vadisini ələ keçirmişdir. O, həm də sultanın əmri ilə 1077-ci il üsyanının yatırılmasında da iştirak etmişdir.Artuk bəy 1086-cı ildə Diyarbəkirin Mərvanilərdən alınması əməliyyatında da iştirak etmişdir. Bu yürüş zamanı o, ordunun qərərgah rəisi Fəxrəldövlə ibn Cahirlə mübahisəsi yarandı. Mübahisənin səbəbi ibn Cahirin Mərvanilərlə sülh imzalamaq istəməsi idi.
Aslamas bəy
Aslamas bəy (gürc. ასლამაზ ორბელიანი; XVII əsr) — Aslan xan kimi də tanınan Səfəvi məmuru və gürcü mənşəli hərbi komandir. 1693-1695-ci illərdə Şah qulam korpusunun (qullar ağası) komandiri və 1694-1695-ci illərdə və ya 1696-1697-ci illərdə Qəndəhar bəylərbəyi vəzifəsində çalışmışdır. Orbeliani ailəsindən olan Aslamas Şuştərin keçmiş qubernatoru (bəylərbəyi) Vaxuşti xanın ikinci oğlu idi. Aslamasın oğlu Məhəmmədəli xan 1722-ci ildə qısa müddət artilleriya komandiri vəzifəsini icra etdi. 1740-cı ildə vəfat edən Aslamasın eyni adda olan nəvəsi sonradan Nadir şah Əfşarın dövründə (1736-1747) Gürcüstanın (Qorcestan) bəylərbəyi kimi xidmət etdi. == Mənbələr == Floor, Willem. Safavid Government Institutions. Costa Mesa, California: Mazda Publishers. 2001.
Bayandur bəy
Bayandur bəy — Bayandur tayfasından olan Ağqoyunlu sərkərdəsi və siyasi xadim. == Həyatı == Bayandur bəyin haqqında məlumat dövr mənbələrində ya azdır, ya da demək olarki yoxdur. Bayandur bəy 1469-cu ildəki Mahmudabad döyüşünün, 1471-ci ildəki Ağqoyunluların Gürcüstan yürüşünün və 1473-cü ildəki Otluqbeli döyüşünün fəal iştirakçılardan olmuşdur.Uzun Həsənin əmri ilə qiyam qaldırmış olan oğlu Bayandur bəyin əli ilə Ərzincanda öldürülmüşdür. Bayandur bəy Uğurlu Məhəmmədin ailəsini də əsir almaq istəsə də bunu bacara bilmədi. Belə ki, Ərzincanda bir şəxs onları qaçıraraq Osmanlı sarayına təhvil vermişdi Uzun Həsənin 1478-ci ildə ölümündən sonra Yaqub bəyin başçılığı altında Ağqoyunlu sərkərdələri, Bayandur bəy, Süleyman bəy və böyük din adamı Qazi İsa bəy birləşərək Sultan Xəlilə qarşı cəbhə əmələ gətirdilər. Belə vəziyyətdən narahatlıq keçirən Sultan Xəlil, Yaqub bəyə qarşı hərəkətə başladı. İki ordu Xoy çayı yaxınlığında üz-üzə gəldilər. Döyüşdə Sultan Xəlil qüvvələrinin üstünlüyünə baxmayaraq məğlub oldu Sultan Yaqub dövründə Ağqoyunluların ən böyük xarici təhlükələrindən biri də Məmlük dövləti idi. Məmlük sultanı Qayıtbəy Uzun Həsənin ölümündən istifadə edərək, Əmir Yaşbəyin başçılığı ilə 100 minlik ordunu Urfanı tutmaq üçün göndərdi. Əmir Yaşbəy 1580-ci ildə Fəratı keçərək Urfanın mühasirəsinə başladı.
Bican bəy
Bican bəy (Rüstəm xanın oğlu) — gürcü mənşəli Səfəvi məmuru və qulam. Bican bəy Saakadze — gürcü Saakadze nəslindən olan bir Səfəvi sərkərdəsi, məmuru və şah qulamı.
BƏƏ coğrafiyası
== Sahəsi və sərhədləri == Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Ərəbistan yarımadasının şərq hissəsində, İran və Oman körfəzləri sahillərində yerləşir. Ölkə qərbdən və cənubdan Səudiyyə Ərəbistanı Məlikliyi və Oman Sultanlığı ilə həmsərhəddir. Lakin bu sərhəd Rubəl-Xali səhrası boyunca keçdiyindən dəqiq müəyyənləşdirilməyib. Əmirliklərin quru sərhədlərinin uzunluğu 867, dəniz sərhədlərinin uzunluğu isə 1318 km-dir. Sahil xəttindən materikin daxilinə doğru ölkənin ərazisi 100–150 km məsafədə uzanır. Birləşmiş Ərəb Əmirliklərinin tərkibinə 7 əmirlik: Abu-Dabi, Dubay, Şərca, Əcman, Rəs-əl-Heymə, Umm-əl-Qayveyn və Füceyrə daxildir. İran körfəzindəki onlarca böyük və kiçik ada BƏƏ-nin ərazisinə daxildir. Ölkənin ümumi ərazisi 83,6 min kv. km-dir. Ərazicə ən böyük əmirlik Abu-Dabi (federasiya ərazisinin 87 faizi), ən kiçik isə Əcmandır (ərazinin 0,3 faizi).
BƏƏ dirhəmi
BƏƏ dirhəmi (Ərəbcə: درهم; ISO 4217: AED) - Birləşmiş Ərəb Əmirliklərində istifadə edilən rəsmi pul vahididir. 1 BƏƏ dirhəmi təqribən 100 filsə bərabərdir. BƏƏ dirhəmi Birləşmiş Ərəb Əmirlikləri Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. 4 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 BƏƏ dirhəmi = 0.272246 ABŞ dolları.
BƏƏ iqtisadiyyatı
Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyatında neft yataqlarının kəşfinə qədər Dubay və ondan bir qədər geridə qalan Şərca, başlıca yer tuturdular. Bu ilk növbədə onların mirvari və digər dəniz məhsullarının satışında Qərb ölkələri məhsullarının tranzit daşınmasında özünü göstərirdi. İkinci Dünya müharibəsindən sonrakı illərdə qaçaq mal ticarəti Dubay üçün əsas gəlir mənbəyi olmuşdur. Avropadan gətirilən zərgərlik məmulatları, saat, elektrik məişət məhsulları bu əmirliyin ərazisindən gizli olaraq Cənub və Cənub-Şərqi Asiya ölkələrinə, həmin ölkələrdən isə Avropaya qiymətli daşqaş və müxtəlif metallar daşınırdı. Həmin vaxtlar neft Dubay üçün ikinci dərəcəli gəlir mənbəyi hesab edilirdi. Dubaydan fərqli olaraq Abu-Dabi əmirliyi isə neft yataqları kəşfinə qədər kasıbçılıq içərisində yaşayırdı. == Tarixi == İkinci Dünya müharibəsindən sonra Küveyt və Səudiyyə Ərəbistanı neft sənayesi ilə əlaqədar yüksək iqtisadi inkişaf səviyyəsinə çatmaq üçün 10 illərlə vaxt sərf etmişlər. Onlardan fərqli olaraq həmin inkişaf yolunu Abu-Dabi, Dubay və Şərca əmirlikləri cəmi 8–10 ilə keçmişdir. Ölkənin belə "sıçrayışında" yerli hakimlərin ağıllı və məqsədyönlü siyasətini də yüksək qiymətləndirmək lazımdır. Dövlət rəhbərlərinin dünya iqtisadiyyatında baş verə biləcək dəyişiklikləri düzgün qiymətləndirməsi və uzaqgörənliyi sayəsində məharətli istifadə edə bilmiş və ölkənin sosial-iqtisadi simasını əsaslı sürətdə dəyişdirə bilmişlər.
BƏƏ tarixi
== Qədim dövr == Müasir BƏƏ-nin ərazisi çox qədimdən məskunlaşmışdır. Qazıntılar zamanı tapılan insan və heyvan heykəlləri, həm də başqa tikililərin qalıqları, vahələrin əkinçiliklə məşğul olan əhalisinin yüksək mədəniyyətə malik olduqlarını sübut edir. Şarja şəhərinin yaxınlığındakı Cəbəl Fəya düşərgəsi bu məmləkətin ulu tarixini bir daha sübut edir. Maraqlıdır ki, Cəbəl Fəyadan insan sümükləri tapılmayıb. == Orta əsrlər tarixi == XVI əsrin başlanğıcında İran körfəzi sahilində yerləşən ölkələrin tarixində əsaslı dönüş baş vermişdir. Bu dövrdən körfəzin sahillərində ilk Avropa müstəmləkəçiləri görünməyə başlamışdır. 1507-ci ildə Hörmüz boğazına daxil olan Portuqaliya hərbi donanması bu yerləri zəbt edərək İran körfəzinin Ərəbistan sahillərində Portuqaliya ağalığını bərqərar etdi.Lakin Osmanlı imperiyası bu regionda öz mövqeyini əldən verməmək üçün, XVI əsrin axırlarına qədər Portuqaliya ilə mübarizə aparmışdır. Sonradan İran körfəzi regionuna sahib olmaq üçün yeni iddiaçılar: İngiltərə və Niderland meydana çıxır. İran ilə Portuqaliya arasındakı ziddiyyətlərdən bacarıqla istifadə edən İngiltərə portuqaliyalıları bu regiondan sıxışdırmış və 1623-cü ildə sonradan özlərinin İran körfəzində başlıca dayaq məntəqəsi olan Hörmüzü tuta bilmişdir. İngiltərə və Portuqaliya arasında gedən rəqabət 100 ildən artıq davam etmiş və İngiltərənin qələbəsi ilə bitmişdir.
BƏƏ şəhərləri
BƏƏ şəhərləri:
Bəhram bəy
Bəhram bəy — Şirvanşahlar dövlətinin otuz yeddinci hökmdarı, Şirvanşah I Fərrux Yasarın oğlu. == Fəaliyyəti == Şirvanşah I Fərrux Yasarın ölümündən sonra, onun yerinə h.906 (1500)-ci ildə oğlu Bəhram bəy keçdi. O, bir il hakimiyyət sürdükdən sonra h.907 (1501)-ci ildə öz əcəli ilə öldü. Mənbələrdə onun hakimiyyətinə dair heç bir məlumat verilmir. Bu vaxt İsmayıl Təbrizə girmiş, Azərbaycanın böyük bir hissəsini birləşdirmiş, qüdrətli olmuşdu.İsmayıl Şamaxını aldıqdan sonra öyrəndi ki, Şirvanşahın döyüş meydanından qaçıb canını qurtarmış oğlu II İbrahim (Şeyxşah) Xəzər dənizinin sahilindəki Şəhrinou qalasına çəkilir və atasının qoşunlarının salamat qalmış hissələrini ətrafına toplayır. İsmayıl sərkərdəsi Hülafə bəyə qoşun hissəsi ilə oraya getməyi əmr etdi və özü də səfərə çıxdı. Hülafə bəyin qarşısında duruş gətirə bilməyəcəyini görən Şeyxşah yaxın adamları ilə birlikdə Gilan Biye Piş əyalətinin hakimi Karkiyə Mirzə Əlidən sığınacaq istəmək məqsədilə gəmi ilə oraya yollandı. .Hürşahın fərziyyəsinə görə, Şeyxşah Rəşt hakimi əmiri Hüsaməddinin sarayında gizlənmişdi. Belə ki, həmin vaxt Əmirlə Səfəvilər arasında düşmənçilik münasibətləri var idi və buna görə də o, Fərrux Yasarın oğluna sığınacaq verə bilərdi.Müqavimətə rast gəlməyən Hülafə bəy, Şəhrinouda düşərgə saldı. Şəhərin hakimi onun yanına gələrək itaətini bildirdi.
Bəm qalası
Bəm qalası — Bəm şəhərinin ətrafında, Kirman şəhərindən 200 km aralıda yerləşir. Ümumi sahəsi 6 kv. km-dir. Çiy kərpicdən tikilib. 150 il əvvəl yaşayış məskəni olduğu güman edilən Ərqebəm qalası təqribən 2000 il əvvəl tikilib və dəfələrlə təmir edilib.
Bəm zəlzələsi
Bəm zəlzələsi — 26 dekabr 2003 ildə İranın qədim Bəm (Kirman ostanı) şəhərində yerli saatla 5:26, Rixter şkalası ilə 6,3 bal gücündə baş vermiş zəlzələ. Zəlzələ nəticəsində Bəm şəhərinin 200 min əhalisindən 35 min (səhiyyə naziri 70 min adamın [1]öldüyünü bildirmişdi) adam həlak olmuş, 22 mini yaralanmışdı. Tarixi şəhərin gil tikililərinin 90% dağılmışdı[2]. Zəlzələnin belə dağıdıcı nəticələri Bəm şəhərinin əksər tikililərinin 1989 il yerli normalara cavab verməməsi olmuşdur. İran hakimiyəti dünya ictimaiyətinə yardım üçün müraciət etmişdi. Qəzanın nəticələrinin aradan qaldırılması üçün 44 ölkə yardım üçün personal göndərmişdi, 60 ölkə isə təklif etmişdi. İran hakimiyətinin, dağılmış şəhərin əvəzinə yeni şəhər salmaq niyyətləri zəlzələdə sağ qalmış əhalinin etirazlarına səbəb olmuşdu.
Bəm şəhristanı
Bəm şəhristanı— İranın Kirman ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Bəm şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 118,037 nəfər və 31,124 ailədən ibarət idi.
BET
Black Entertainment Television — BET şəbəkələrinə aid olan Amerika kabel televiziyası kanalı, Viacom bölməsi. Kanal 25 yanvar 1980-ci ildə Con Malon tərəfindən buraxıldı və 1983-cü ilə qədər iki saatlıq bir blokda yayımlandı . 1983-cü ildə kanal tam hüquqlu bir şəbəkə oldu və məzmunu afro-sitkom və musiqili videoların tekrarlanmasını əhatə etdi. 2000-ci illərdən başlayaraq kanal televiziya filmləri də daxil olmaqla, özünün orijinal proqramlarını inkişaf etdirməyə başladı.
Behr
Hans Herman Behr (alm. Hans Hermann Behr‎; 18 avqust 1818 – 6 mart 1904, San-Fransisko, Kaliforniya) — Almaniya botaniki, entomoloqu, antropoloqu və həkimi. == Elmi fəaliyyəti == Hans Herman Behr bir çox bitki və həşərat növü təsnif etmişdir.. == Əsərləri == Denis Papins Dampfdruckpumpe von 1707 und ihr Nachbau: mit dem Faksimile und der Übersetzung seiner Veröffentlichung in der französischen Fassung. The hoot of the owl. Report of the committee appointed to prepare and present an account of the life and services of Doctor Hans Herman Behr. Beiträge zur pathologischen Geographie Californiens. On certain butterflies of California: Our Californian Argynides. On Californian lepidoptera. Entomological contributions.
Bei
Yuli və Bei haqda məlumat çox azdır. Onların ögey qardaş olduqları və İx Bayan müharibəsində məğlub olduqları bilinir. Hakimiyyət bundan sonra Cənub Hunlarından Şanyü Tuntuhenin oğlu şahzadə Fenhunun əlinə keçdi və hun dövlətləri birləşdi.
Bel
Bel (lat. dorsum) — bədənin arxa hissəsi, boynun alt hissəsindən aşağı lumbara qədər uzanır. Bel onurğa, qabırğaların posterior parçaları, həmçinin onların üzərində yerləşən yumşaq toxumalar ilə formalaşır. Belin mərkəzində yuxarıdan aşağıya doğru nəzərə çarpan bir şırım olur və orada onurğa və fəqərə görünür. Hər iki tərəfdə bel boyunca işləyən əzələlərin laxtası ilə məhdudlaşır. Güclü bel əzələləri beş təbəqədən ibarətdir və onurğanı dəstəkləmək, uzatmaq və fırlatmaq, qabırğaları qaldırmaq və aşağı salmaq, çiyinləri və qolları hərəkət etdirməyə xidmət edir.
Ben
Ben — ad. Ben Sanqare — Ben Afflek — Amerikalı aktyor və kinorejissor Ben Kinqsli — İngilis aktyoru Ben Conson — ingilis dramaturqu, şair, dram nəzəriyyəçisi. Ben Mudi — ABŞ-lı gitaraçı Ben Nevis — Britaniyanın ən yüksək dağıYaşayış məntəqələriBen (komunna) — Ben (şəhər) — Ben (Yuxarı Provans Alpları)DigərBen (mahnı) — Ben (albom) — Ben (hərf) — Ben-Balben — İrlandiyada dağ.
Ber
Ber — Meridian istiqamətində axan böyük çayların yarımkürəsində sağ tərəfə,cənub yarımkürəsində isə sol tərəfə meyl etməsini izah edən qanundur. Bu meyletmə nəticəsində çaylar (onların şimala və cənuba axmasından asılı olmayaraq) Şimal yarımkürəsində öz sağ sahilini çox yuyur və buna görə də sağ sahil adətən dik,sol sahil isə yastı olur. Cənub yarımkürəsində bunun əksi müşahidə olunur.B u qanunu 1857-ci ildə rus akademiki K.M.Ber (1792-1876) müəyyən etmiş və bunu Yerin öz oxu ətrafında gündəlik hərəkətinin meyletmə təsiri ilə əlaqələndirmişdir. Volqa, Yenisey, Paraqvay və s. bir çox çay dərələrinin yamaclarının asimmetrik olması Ber ilə izah edilir.
Beş
Beş — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Dörddən sonra, altıdan əvvəl gəlir. == Ümumi məlumat == Saylar sırasında beşin məxsusi yeri və icra rolu vardır. Beş sayı sol əlin çeçələ, adsız, orta, şəhadət barmaqlarından sonra say saymaq vəzifəsini üzərinə alan baş barmaqla bağlıdır. Sözsüz ki, bu, məsələnin görünən tərəfidir. Burada görünməyən tərəf fərqli-fərqli mədəniyyətlər əhatəsində simvollaşan sakral-sehr koduna daxildir. Məsələ belədir ki, bəzi yerlərdə və bəzi hallarda barmaqları beş sayını göstərən əlin özü elə "beş" adı daşıyır. Xalqımızın təsəvvüründə beşin say olaraq həm müstəqim, həm də məcazi mənası vardır. Misal üçün, "Beş barmağın beşi də bir deyil", "Dünya beş gündür, beşi də qara", "Beş günlük dünyadı da", "Beş kişidən biri" və s. deyimlər, "Xəmsə" adı ilə beş saylı əsərlərin yazılması bu sıraya daxildir.
Deh
Deh-i Əlireza — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. Deh-i Cövlan — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd. Deh-i Novruz (Xuzistan) — İranda, Xuzistan ostanında, Həftkel şəhristanının Mərkəz bəxşinin Hövmə dehestanında kənd.
Heh
Heh Misir mifologiyasında sonsuz zamanı və əbədiyyəti ucsuz bucaqsız fəzanı tərənnüm edən abstrakt tanrı. Xaos və Apeyron onun analoqları sayılır. Qurbağa başlı insan cildində təqdim olunur.
Şeh
Şeh – axşam, gecə və səhər tezdən müsbət temperaturda yer səthi, bitki və əşyaların üzərinə çökən su damlaları. Gecə şüalanması nəticəsində havanın soyuması və həmin səthdə su buxarının kondensasiyasından yaranır. Zəif küləkli aydın havada şeh daha çox düşür. Mülayim enliklərdə şeh gecə ərzində 0,1-0,5 mm, tropiklərdə 3 mm-dək yağıntı verir. == Şeh nöqtəsi == Şeh nöqtəsi mövcud su buxarı və sabit hava təzyiqinin təsiri ilə havanın doyma vəziyyətinə gəlməsi üçün tələb olunan temperaturdur. Nisbi rütubət 100%-dən az olduqda şeh nöqtəsi həmişə faktiki hava temperaturundan aşağı düşür. Nisbi rütubət 100%-ə bərabər olduqda isə faktiki hava temperaturu şeh nöqtəsinə uyğun gəlir və şehin əmələ gəlməsi üçün şərait yaranır.
Məhəmməd Şah bəy Ben Yude Sultan türbəsi
Məhəmməd Şah Bəy Ben Yude Sultan türbəsi (bəzən həmçinin Eski Türbə də deyilir) — Bivede Sultanın türbəsi. Bivede Sultan Acağan bəyin qızı və Məhəməəd Şah Bəyin anası olmuşdur. Tikili təxminən XIV əsrin sonu — XV əsrin əvvəllərinə aid edilir. Əvvəl Əziz (qəbiristanlıq) ərazisində Eski Yurtda (indiki Bağçasaray şəhərinin bir hissəsi) Çürük Su çayının aşağı axarı boyunca yerləşirdi. Hazırda obyekt yaşayış binalasının kvartalı içərisində, fərdi mülklər arasında yerləşir. 2014-cü ildən Krımı işğal edən Rusiya Federasiyasında bura federal əhəmiyyətli mədəni irs obyektidir, beynəlxalq səviyyədə bu əraziləri ölkəsinin bir hissəsi sayan Ukrayna isə buranı milli əhəmiyyətli mədəni irs abidəsi hesab edir. == Tarixi == Yazılı tarixi mənbələr olmadığı üçün adı kimi tikilinin inşa edilmə tarixi şərtdir. Mütəxəssislər tikilinin memarlıq üslubuna görə düşünürlər ki, o, XIV əsrin sonlarında — XV əsrin əvvəllərində inşa olunub, ancaq Orda dövründə də tikilməsi istisna edilmir. Daha sonralarda, Krım xanlığı dövründə inşa edilən türbələr çoxşaxəli idi. Kvadrat şəkli isə köhnə Krım-Tatar memarlığına xasdır və xeyli qədimliyin göstəricisidir: bu cür tikililər (məscidlər) Krımın şərqində də yerləşir və XIII — XVI əsrin əvvəllərinə aiddir.
Bee Gees
Bee Gees — 1960-cı illərdə rok, 1970-ci illərdə disko musiqi ilə məşğul olmuş, dünyanın ən tanınmış qruplarından biri. == Haqqında == "Bee Gees" qrupu İngiltərədə doğulmuş, Avstraliyada böyümüş, ABŞ-də şöhrət qazanmış Berri, Robin və Moris adlı 3 qardaşdan ibarət olmuşdur. Qrup 1977-ci ildə World Music Awards Əfsanə mükafatına layiq görülüb. Qrup üzvü Moris Qibb 12 yanvar 2003-cü ildə, Robin Qibb isə 20 may 2012-ci ildə vəfat etmişdir. "Bee Gees" 7 dəfə Qremmi mükafatı qazanmış, albom və sinql satışları 225 milyonu keçmişdir.
Beq (kommuna)
Beq (fr. Bègues) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Qanna kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03021. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 230 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 141 nəfərin (15-64 yaş arasında) 102-i iqtisadi cəhətdən, 39-u fəaliyyətsizdir (fəaliyyət göstərici 72.3%, 1999-cu ildə 68.9%). Fəal olan 102 nəfərdən 91 nəfər (52 kişi və 39 qadın) işləyir, 11 nəfər işsizdir (6 kişi və 5 qadın). 39 hərəkətsiz şəxs arasında 8-i şagird və ya tələbə, 18-i təqaüdçü, 13-ü digər səbəblərdən fəaliyyətsizdir.
Ber (Alye)
Ber (fr. Bert) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Jalinyi-syur-Bebr kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03024. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 272 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 162 nəfər (15-64 yaş arasında) arasında 101 nəfər iqtisadi cəhətdən fəal, 61 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 62,3%, 1999-cu ildə 64,2%). Fəal olan 101 nəfərdən 78 nəfər (46 kişi və 32 qadın) işləyir, 23 nəfər işsizdir (14 kişi və 9 qadın). Fəal olmayan 9 nəfər arasında şagird və ya tələbə, 31 nəfər təqaüdçü, 21 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.