Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Bağça (Behi-yi Feyzullah Bəyi)
Bağça (fars. باغ چه‎) - İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı, Behi-yi Feyzullah Bəyi dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 179 nəfər yaşayır (40 ailə).
Bəyim
Bəyim — Qərbi, Mərkəzi və Cənubi Asiyada, o cümlədən Azərbaycanda bəy arvadına və ümumiyyətlə, kübar ailələrdə qadınlara müraciət forması. Bu, türk dillərində "ən yüksək məmur" mənasını verən bəy titulunun qadın qarşılığıdır. Bəy qızına da aid edilir aiddir. Bəyzadə forması da mövcuddur. Hal-hazırda qadın adı kimi istifadə edilir.
Aləmşah bəyim
Aləmşah bəyim (1460, Diyarbəkir – 1522, Ərdəbil və ya Səfəvilər, Ərdəbil, Səfəvi imperiyası) — Ağqoyunlu şahzadəsi, Uzun Həsənin və Dəspinə xatunun qızı, Şeyx Heydərin arvadı və Şah İsmayıl ilə Şeyx Sultan Əlinin anası. == Adı == Aləmşah bəyimin əsl adı barədə müxtəlif fikirlər mövcuddur. Həlimə bəyim ağa, Aləmşah bəyim. Xristian müəlliflər bəzən onu Marta da adlandırır. == Həyatı == Aləmşah Bəyim Ağqoyunlu hökmdarı Uzun Həsən ilə onun arvadı, Trabzon imperatoru IV Conun qızı Teodora Megale Komnenenin (Ağqoyunlu sarayında Dəspinə Xatun olaraq bilinmişdir) ailəsində dünyaya gəlmişdir. Həyatının ilk illərinə aid dürüst məlumat yoxdur. 1471-ci ildə bibisi Xədicə Xatunun oğlu və Səfəvi sülaləsindən olan Şeyx Heydər ilə evlənmişdir. Onların bu evlilikdən 3 oğlu - Əli Mirzə Səfəvi, İbrahim və İsmayıl, 4 qızı dünyaya gəlmişdir. === Ağqoyunlular tərəfindən təzyiqlər === Aləmşah Bəyimin əri Şeyx Heydər Səfəvi təriqətinin rəhbəri kimi üç dəfə Şimali Qafqazdakı xristianların üzərinə yürüş həyata keçirmişdir. Belə yürüşlərdən sonuncusu 1488-ci ildə baş verdi.
Gövhərşad bəyim
Gövhərşad bəyim bint Qiyasəddin Tarxan Kişlık (fars گوهرشاد‎ — Gowhar š ād, (doğ.1379 - öl. 1457) — Şahrux mirzə ibn Əmir Teymur Barlasın xanımı, siyasətçi. == Həyatı == Gövhərşad bəyim məşhur Özbək əmiri Qiyasəddin Tarxan Kişlıkın qızıdır. Herat hakimi Şahrux mirzə ibn Əmir Teymur Barlasla ailə qurmuşdu. Onun oğulları arasında ikisi daha məşhurdur. Biri riyyaziyyatçı, astronom, böyük alim və hökmdar və Teymurlular sülaləsindən olan dövlət adamı Uluqbəy, digəri Baysunqur mirzədir. O, Teymurlu dövlət adamı və xəttatıdır. Ədəbiyyatın və rəssamlığın qoruyucusu olaraq tanınmışdır. Gövhərşad bəyim 1457-ci ildə Əbu Səid mirzə tərəfindən öldürülmüşdü. İntiqamı alındı.
Bəyimağa (Xudabəndə)
Bəyimağa (fars. بيگم آقا‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 287 nəfər yaşayır (54 ailə).
Bəyimdağ
Bəyimdağ- Azərbaycan Respublikasının Şabran rayonu ərazisində, Zarat kəndindən cənub qərbdə dağ. Hündürlüyü 936 m. == Toponimikası == Bəyim (Xeyran Nisə bəyim - Səfəvi dövlətinin siyasi həyatında mühüm rol oynamış, Səfəvi hökmdarı Məhəmməd Xudabəndənin arvadı, 1 şah Abbasın anası olmuşdur. Mənbələrdə Məd-i Ülya kimi adı çəkilən bu qadın 1578/79-cu illərdə Şirvana hücum etmiş Krım xanının vəliəhdi Adil Gireyə və Osmanlı qoşunlarına qarşı vuruşan Səfəvi ordusuna bilavasitə rəhbərlik etmiş və Səfəvilər bu döyüşdə qələbə çalmışdı. Bu hadisədən sonra şirvanda bir çox yer adları bu qadının adı ilə bağlanmışdı) və dağ komponentlərindən ibarətdir. Memorial toponim sayılır.
Bəyimli
Bəyimli (Ağsu) — Ağsu rayonunda kənd. Bəyimli (Zərdab) — Zərdab rayonunda qəsəbə. == Dağlar == Bəyimli (dağ) — İsmayıllı rayonu ərazisində dağ.
Bəyimli (Ağsu)
Bəyimli — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 4 dekabr 2001-ci il tarixli, 228-IIQ saylı Qərarı ilə Ağsu rayonunun Bəyimli kəndi Ərəbsarvan kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Çiyni kəndi mərkəz olmaqla, Çiyni kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Kəndin ərazisi keçmışdə Bəyimli icmasının yaylaq yeri olmuşdur. 1917-ci ildə Bəyimxanımlı variantında qeydə alınmışdır. == Tarixi == === Tarixi abidələri === Bəyimli kəndi ərazisində yerli əhalinin "Torpaqqala" adlandırdığı yerdə qədim yaşayış məskəni var. == Coğrafiyası və iqlimi == Kənd Girdimançayın sahilində, düzənlikdə yerləşir.
Bəyimli (Zərdab)
Bəyimli — Azərbaycan Respublikasının Zərdab rayonunun eyniadlı qəsəbə inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Qəsəbə Şirvan düzündədir. Yaşayış məntəqəsi XX əsrin 20-ci illərində Bəyimli adlı ərazidə salınmışdır. Kəndin ərazisi əvvəllər Ağsu rayonunun Bəyimli kəndinə məxsus qışlaq yeri olmuşdur.
Bəyimli bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bəyimqala (Nəqədə)
Bəyimqala (fars. بايزاوا‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Sulduz şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1,661 nəfər. yaşayır (384 ailə).
Bəyimsarov
Bəyimsarov — Azərbaycan Respublikasının Tərtər rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. == Tarixi == İncəçayın sağ sahilində, Qarabağ düzündədir. XVIII əsrə aid sənədlərdə kəndin adı Sarov kimi qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini Cənubi Azərbaycanın Sərab əyalətindən gəlmiş ailələr saldığı üçün belə adlandırılmışdır. Sonralar bu kənd Qarabağ xanı Mehdiqulu xanın bacısı Azad bəyimə cehiz olaraq verildiyi üçün kəndin adının əvvəlinə bəyim sözü əlavə edilmişdır.
Bəyimxanım Vəliyeva
Bəyimxanım Vəliyeva (tam adı:Bəyimxanım Ənvər qızı Vəliyeva; 20 sentyabr 1989, Bakı) — Azərbaycan xanəndəsi, Azərbaycan Dövlət Televiziyasının solisti, Azərbaycan Respublikasının əməkdar artisti (2015), Beynəlxalq Muğam Mərkəzinin solisti (2019). == Həyatı == Vəliyeva Bəyimxanım Ənvər qızı 1989-cu il sentyabrın 20-də Bakı şəhərində anadan olub. 1998-ci ildə “Bülbül” adına orta ixtisas musiqi məktəbinin xanəndəlik ixtisası üzrə Ağaxan Abdullayevin muğam sinifinə daxil olmuş, 2007-ci ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirmişdir. 2007-ci ildə Azərbaycan Milli Konservatoriyasının “Solo oxuma” fakültəsinə daxil olmuş, 2011-ci ildə Konservatoriyanın bakalavr pilləsini qırmızı diplomla bitirmiş, elə həmən il də Konservatoriyanın “Magistr” pilləsinə daxil olmuşdur. 2013-cü ildə Milli Konservatoriyanın Magistr pilləsini də qırmızı diplomla başa vuran Bəyimxanım, 2014-cü ildə Azərbaycan Milli Konservatoriyasının “Doktorantura” pilləsinə qəbul olmuşdur. 2017-ci ildə “Doktorantura” pilləsini tamamlayan Bəyimxanım 2022-ci ildə “Xan Şuşinskinin ifaçılıq xüsusiyyətləri və muğam sənətində tutduğu yer” adlı elmi işini müdafiə edərək “Fəlsəfə doktoru” elmi dərəcəsinə layiq görülmüşdür. == Ailəsi == Ailəlidir, beş övladı var. == Karyerası == İlk dəfə 1992-ci ildə Əfsər Cavanşirovun rəhbərlik etdiyi “Bənövşə” mahnı və rəqs ansamblının solisti olaraq Azərbaycan Dövlət Televiziyasında “Nargilə” mahnısı ilə çıxış etmişdir. - 1994-cü ildə Respublika üzrə keçirilən bağçalar və məktəblərarası müsabiqədə “Ananın səsi” mahnısı ilə 1-ci yerə layiq görülmüş; - 1996-cı ildə keçirilən “7-17” müsabiqəsinin qalibi olmuş; - 1997-ci ildə “Pöhrə-97” müsabiqəsinin laureatı olmuş; - 1997-ci ildə keçirilən “İstedadlar axtarırıq” müsabiqəsinin Fəxri Diplomuna layiq görülmüş; - 1998-ci ildə “Kainat” Gənclik Mərkəzinin təşkil etdiyi II “Uşaq Muğam festifalı”nın II dərəcəli Diplomuna layiq görülmüş; - 1999-cu ildə “Amoco” qrupunu təşkil etdiyi III “Uşaq Muğam Festivalı”nın Diplomantı adına layiq görülmüş; - 1999-cu ildə “Muğam” Assosiasiyasının təşkil etdiyi “Muğam-99” Respublika müsabiqəsinin III dərəcəli laureatı fəxri adına layiq görülmüş; - 1999-cu ildə “Rezonans” qəzetinin “Ulduzlar” devizi altında xalq musiqisi və estrada mahnıları ifaçılarının “Mahnı-99” müstəqil müsabiqənin yekunlarına görə “İlin Pöhrəsi” nominasiyasına layiq görülmüş; - 2000-ci ildə keçirilən Gənc muğam ustalarının müsabiqəsində III dərəcəli laureat adına layiq görülmüş; - 2001-ci ildə keçirilən “Muğam-2001” Müsabiqəsinin I dərəcəli diplomuna layiq görülmüş; - 2002-ci ildə keçirilən Respublika Muğam müsabiqəsinin “Qran-pri” mükafatına layiq görülmüş; - 2004-cü ildə Təhsil Nazirliyinin təşkil etdiyi Orta ixtisas musiqi məktəblərinin IX Respublika müsabiqəsinin II dərəcəli Diplomuna layiq görülmüş; - 2005-ci ildə Respublika üzrə “Space” telekanalında keçirilən “Üzeyir Hacıbəyov-120” 1-ci televiziya muğam müsabiqəsinin laureatı olmuşdur. - 2008-ci ildə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi “Bakı Gecələri” estrada mahnı müsabiqəsində “Ən yaxşı səhnə mədəniyyəti” nominasiyasına layiq görülüb.
Bəyin oğurlanması (film, 1985)
Bəyin oğurlanması – Ceyhun Mirzəyev və Vaqif Mustafayev tərəfindən 1985-ci ildə çəkilmiş Azərbaycan filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə əsas rolları Həsənağa Turabov, Səyavuş Aslan, Hacı İsmayılov, Nəsibə Zeynalova, Yaşar Nuri, Natəvan Məmmədova, Tamara Şakirova və Şamil Süleymanov ifa edirlər. == Məzmun == Filmin əsasını paralel inkişaf edən iki hadisə təşkil edir. Birinci süjet kəndə toy səhnəsini lentə almağa gələn kino işçilərinin fəaliyyətindən danışır. Çəkiliş zamanı rejissor (Həsənağa Turabov) görür ki, ssenari və çəkilən material real həyatdan çox uzaqdır. Beləliklə o, uydurma toy səhnəsi əvəzinə kənddə olan toyu lentə alır. Əsl toyla bağlı əhvalatlar isə filmin ikinci süjet xəttini təşkil edir. Burada şən və qüssəli əhvalatlar bir-birinə üzvi surətdə bağlanıb. Eyni zamanda tamaşaçı kənd həyatının maraqlı və zəngin ənənələri, adətləri ilə tanış olur.
Dilras Banu Bəyim
Dilras Banu Bəyim (d. 1622 - ö. 8 oktyabr 1657) — Səfəvi sülaləsindən olan şahzadə və Böyük Moğol imperiyasının VI imperatoru Sultan Övrəngzibin birinci və əsas arvadı, imperatriça. Ölümündən sonra "Dövrünün Rəbiyəsi" olaraq adlandırılmışdır. Dilras Banu Bəyimin ölümündən sonra əri Övrəngzib Bibi Ka Məqbərəni inşa etdirmiş və o, burada dəfn edilmişdir. Bu məqbərə görünüş və memarlıq baxımından Övrəngzibin anası Mümtaz Mahalın dəfn edildiyi məşhur Tac Mahala bənzəməkdədir.Dilras Banu Bəyim Səfəvi sülaləsinin üzvü idi və Bədiüzzaman Mirzə Səfəvinin qızı idi. Ailəsinin soyu Səfəvi sülaləsindən ilk şah olan I İsmayıla gedib çıxmaqda idi və Dilrasın atası moğol imperiyasında Qucaratın valisi olaraq xidmət edirdi. O, 1637-ci ildə daha sonralar məşhur moğol hökmdarlarından birinə çevriləcək, Övrəngzib adı ilə tanınacaq Şahzadə Muhi-id-din ilə evlənmiş vı bu evlilikdən 5 övladı olmuşdur. Onun övladlarından biri olan Məhəmməd Əzəm Şah atası Övzəngzib tərəfindən vəliəhd elan edilmiş və atasının ölümündən sonra qısamüddətli də olsa, taxta çıxmışdır. Bundan başqa Dilras Banu Bəyimlə Övrəngzibin Zeb-un Nisə, Zinət-un Nisə, Zubdat-un Nisə adlı qızları, vəliəhd olan oğlundan başqa da Məhəmməd Əkbər adlı bir digər oğlu olmuşdur.
Elgün Bəyişli
Elgün Teyuf oğlu Bəyişli (6 mart 1996, Təzəkənd, Beyləqan rayonu – 10 noyabr 2020, Şuşa rayonu) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Elgün Bəyişli 6 mart 1996-cı ildə Beyləqan rayonunun Təzəkənd kəndində anadan olmuşdur. 2003-2012-ci illərdə Əliheydər Məmmədov adına Beyləqan rayon Təzəkənd kənd tam orta məktəbində orta təhsil almışdır. Subay idi. == Hərbi xidməti == Elgün Bəyişli 2015-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmət etmişdir. Xidmətini Qaradağ rayonunun Səngəçal qəsəbəsində yerləşən "N" saylı hərbi hissədə keçmişdir. Elgün Bəyişli 12 sentyabr 2020-ci ildən eyni hərbi birləşmənin sıralarında müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu idi. Azərbaycan Ordusunun əsgəri olan Elgün Bəyişli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Füzulinin, Suqovuşanın, Xocavəndin, Qubadlının və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə vuruşmuşdur. Elgün Bəyişli 10 noyabr 2020-ci ildə Şuşa şəhərində döyüş tapşırığının yerinə yetirilməsi zamanı həlak olmuşdur.
Gülbədən bəyim
Gülbədən bəyim (təq. 1523, Kabil – 7 fevral 1603, Aqra) — Baburun üç qızından biri, tarixçi, "Hümayunnamə"nin müəllifi.
Keyxosrov Cahan bəyim
Keyxosrov Cahan bəyim (d. 9 iyul, 1861 - ö. 12 aprel, 1930) — İngilis idarəsindəki Hindistanda yarımüstəqil Bopal sultanlığı dövlətinin son qadın hökmdarı (1901-1926). == Həyatı == Keyxosrov Cahan bəyim 9 iyul 1861-ci il tarixində Hindistanın Bopal (Bhopal) şəhərində doğulmuşdu. Anası Bopal nəvvabəsi Sah Cahan bəyim, atası Bəxşı Baqi Məhəmməd xandır. Mövlanə Cəmaləddin əl-Vəzir və Müftü Əyyub bin Qəmərüddindən çeşidli dərslər aldı. Nənəsi İskəndər bəyimdən də dövlət idarəsiylə ilgili mövzularda bilgilər etdi. Ayrıca xətt dərsləri aldı və Farsca öyrəndi. 1875-ci ildə Əmir Əhməd Əli xan ilə evləndi. Bu evlilikdən 1876-cı ildə Məhəmməd Nəsrullah xan 1877-ci ildə Hafız Ubeydullah xan və 1894-cü ildə Məhəmməd Hamidullah xan adlarında üç oğlu oldu.
Mikayıl (Səlcuq bəyin oğlu)
Mikayıl yaxud Mikayıl ibn Səlcuq — Səlcuq bəyin ən böyük oğlu. Çağrı bəy və Böyük Səlcuq imperiyasının ilk sultanı Toğrulun atasıdır. Atasının sağlığında, bir qala mühasirəsi zamanı öldürüldü.
Məleykə Cahan Bəyim
Məleykə Cahan Bəyim (1875, Tehran – 1947, San-Remo, Liquriya) 1875- ci ildə Tehranda anadan olmuşdur. == Həyatı == Məhəmməd Əli Şahın həyat yoldaşı, Şahbanusu (şahın həyat yoldaşı), Qacar sülaləsinin üzvü, Əhməd Şah Qacarın anasıdır. Atası Kamran Mirzə Qacar Naib əs-Səltənədir ( Nəsirəddin Şah Qacarın oğlu). Şahilə evləndikdən sonra "Kraliça Cahan" adlandırıldı. Hər halda, bunun da mənası "Məleykə-ye Cahan"la eynidir və dünyanın kraliçası deməkdir. == Sürgün illəri == İranda Rza şah başda olmaqla Pəhləvi sülaləsi Qacar sülaləsini devirdikdən sonra, digər sülalə üzvləri ilə birlikdə Avropaya köçərək San-Remoda yaşamışdır. Məhəmməd Əli şahın ölümündən sonra (1925) ailənin birlikdə saxlanmasında böyük rolu olmuşdur.Bu illərdə "Borhan-ol-İman"ı (İmanın səbəbinin mənası) yazmışdır. Bu əsərə öz dualarını və bəzi dualar barədə qeydlərini yazmışdır.
Nisə Bəyim
Nisə Bəyim (azərb. Rəhimova Nisəbəyim İsmayıl qızı‎; 6 mart 1955, Sabirabad, Azərbaycan SSR) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998). == Həyatı == Rəhimova Nisəbəyim İsmayıl qızı 6 mart 1955-ci il tarixində Sabirabad şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Rəhimov İsmayıl Cabbar oğlu Şamaxı şəhərindən, anası Məlikova Məryəm Əlabbas qızı Zərdab rayonunun Əlvənd kəndindəndir. 1961-ci ildə Sabirabad şəhərində M. Müşfiq adına 4 saylı orta məktəbə daxil olmuş, 1971-ci ildə həmin məktəbi bitirmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu fərqlənmə ilə bitirərək, Sabirabad şəhər M. Müşfiq adına 4 saylı orta məktəbində əmək fəaliyyətinə başlamış və hal-hazırda həmin məktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi çalışır. 1998-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 2020-ci ilin noyabr ayının 26-da vəfat etmişdir. == Yaradıcılığı == Yaradıcılığa tələbəlik illərindən başlasa da, Azərbaycan mətbuatında 1988-ci ildən çap olunur. İlk dəfə "Vətən mənəm" adlı şeiri 1988-ci ildə "Azərbaycan müəllimi" qəzetində çap olunur.
Parhez Banu Bəyim
Parhez Banu Bəyim (d. 21 avqust 1611 — ö. 1675) — ana tərəfdən Səfəvi sülaləsinə, ata tərəfdən Böyük Moğol sülaləsinə mənsub şahzadə. O, Moğol imperatoru Sultan Şahcahanın Qəndəhari Bəyimdən olma ən böyük övladı olmuşdur. O, həmçinin atasının varisi Sultan Övrəngzibin böyük ögey bacısıdır. == Həyatı == Parhez 21 avqust 1611-ci ildə Aqra şəhərində Şahzadə Xürrəm (gələcək imperator adı ilə Sultan Şahcahan) ilə Səfəvi sülaləsinə mənsub olan Qəndəhari Bəyimin izdivacından dünyaya gəlmişdir. Ona ata babası vı imperator olan Cahangir tərəfindən Parhez Banu Bəyim, yəni qənaətkar şahzadə adı verilmişdir. Lakin Maasir-i-Alamgiri əsərində ona Purhunar Banu Bəyim deyə müraciət edilir. Onun atası şahzadə Xürrəm Sultan Cahangirin üçüncü oğlu idi, anası Qəndəhari bəyim isə Sultan Müzəffər Hüseyn Mirzə Səfəvinin qızı idi. Səfəvi sülaləsinə mənsub olan Sultan Müzəffər Hüseyn Mirzə Səfəvi sülaləsindən ilk şah olan I İsmayılın oğlu Bəhram Mirzənin oğlu Sultan Hüseyn Mirzənin oğlu idi.Parhez Sultan Şahcahanın ilk övladı idi və Əkbər şahın ilk arvadı Rüqəyya Sultan Bəyim tərəfindən böyüdülmüşdü.
Qəmər bəyim Şeyda
Qəmər bəyim Şeyda (1881 Şuşa — 1933 Bakı) — azərbaycanlı şairə və dramaturq. == Həyatı == Qəmərnisə bəyim Ata xan qızı 1881-ci ildə Şuşa şəhərində Qəmərnisə adı ilə Ata xan Abraxanov və Böyük Xanım Cavanşirin ailəsində xanadan olmuşdur. İbrahimxəlil xan Sarıcalı Cavanşirin qız nəvəsidir. Ata xan vəfat edən zaman Qəmər bəyim hələ gənc idi. Atasının ölümündən sonra qardaşı Məhəmmədin himayəsində olmuşdur. Məhəmməd onun üçün evdə dərs verəcək müəllimlər tutmuş, onu ikinci pillə təhsil almaq üçün Şuşa Məktəbinə getməyə həvəsləndirmişdir. Yeniyetmə kimi, öz dövrünün məşhur şairəsi Natavana "Məclisi-Üns"də təqdim edilmiş, Natavan da öz növbəsində Qəmər bəyimin istedadını təsdiqləməklə birlikdə, ona Şeyda təxəllüsünü vermişdir. Qəmər bəyim Şeydanın yaradıcılığında Xurşidbanu Natəvanın güclü təsiri olmuşdur.Qəmər bəyim Sadıq bəy Vəzirovla ailə qurmuşdu. Bahadur bəy, Nadir bəy adlı oğulları, Leyla xanım, Sənubər xanım, Həmidə xanım və Əntiqə xanım adlı qızları vardı.Lakin ötən yüzilin 20-ci illərində Azərbaycanda baş vemiş hadisələrdə, yeni həyat və mübarizə burulğanında öz nicatını axtaran Qəmər bəyim həyat yoldaşını itirmiş, Bakıda, Naxçıvanda, Ordubadda, Şərurda yaşamalı olmuşdur. O, mədəni həyatdan geri qalmamaq üçün çalışmış, təhsilini artırmış, kəndli qadınlar arasında önəmli ictimai işlər aparmışdır.
Qəndəhari Bəyim
Qəndəhari Bəyim, Qəndəhari Bəyüm və ya Qəndəhari Mahal (Urduca:قندهاری‌ بیگم‌; mənası "Qəndəharlı Bəyim"; 1593, Qəndəhar, Qəndəhar vilayəti – Aqra) — Səfəvi sülaləsinə mənsub şahzadə, Böyük Moğol imperatoru Şah Cahanın ilk arvadı və onun ilk övladı olan Şahzadə Parhez Banu Bəyimin anası. == Həyatının erkən dövrü == Qəndəhari Bəyim dövrünün ən böyük imperiya sülalərindən biri olan Səfəvi sülaləsinin üzvü kimi dünyaya gəlmişdir. O, Sultan Müzəffər Hüseyn Mirzə Səfəvinin qızı idi. Səfəvi sülaləsinə mənsub olan Sultan Müzəffər Hüseyn Mirzə Səfəvi sülaləsindən ilk şah olan I İsmayılın oğlu Bəhram Mirzənin oğlu Sultan Hüseyn Mirzənin oğlu idi. Beləliklə, Qəndəhari Bəyim əri ilə savaşmış və Qəndəharı onlardan almış həm I Abbasın, həm də II Abbasın qohumu olmaqla bərabər, həm də onlarla eyni şahlıq sülaləsinə mənsub idi.Qəndəhari Bəyimin atası Müzəffər Mirzənin Səfəvi hakim dairələri ilə müəyyən problemləri var idi və Qəndəhara edilən özbək hücumları altında o, moğollara təslim olmaq qərarına gəldi. Uzun müddətdir Qəndəharı ələ keçirmək üçün uyğun zamanı gözləyən Əkbər şah dərhal Banqaş hakimi Şah bəy Xan Arqunu Qəndəharı təhvil almağa göndərdi. Son anda Müzəffər Mirzə fikrindən daşınıb, hiyləgərliyə əl almat istəsə də, Şah bəyin qəti və ağıllı addımları sayəsində şəhəri təhvil verməyə məcbur oldu. Bu zaman ardıq doğulmuş olan Qəndəhari Bəyim Qəndəharı tərk edərək atası ilə birlikdə Hindistana getməyə məcbur oldu. Onunla birlikdə Bəhram Mirzə, Heydər Mirzə, Əlqas Mirzə və Təhmasib Mirzə adlı qardaşları ilə birlikdə, minə qədər qızılbaş da Hindistana gəldi. Bu zaman 1595-ci il idi.
Sorğağtani bəyim
Sörköktəni Bəgi (Sorxaxtani bəki və ya Sorkuktani bəki; ən geci 1192, Böyük Monqol imperiyası – 1252) — Kereitlərin xanı Toğrul xanın qardaşı qızı, Çingiz xanın oğlu Toluy xanın baş hərəmi. == Həyatı == Sörköktəni Bəgi xanım Nəsturi xristian inancına sahib bir Türk kökənli bir tayfa olan Kereit öndəri Toğrul (Ong) xanın qardaşı qızıdır. O, Monqol imperiyasının ən güclü olduğu bir dönəmdə zamanının ən təsirli qadınlarından biri olmağı bacarmışdır.Çingiz xanın ən kiçik oğlu olan Toluy xan ilə 1203-cü ildə hələ 5 yaşındaykən evləndirildi. Çingiz xanın nəvələri içində Monqol imperiyası tarixində bilxassə öz oğulları olan, Möngkə xan, Kubilay xan, Arık Bökə və Elxanlılar dövlətinin qurucusu olan Hülaku xanın ön planda olan şəxsiyətlər olması münasibətiylə ona da Monqol tarixində xatiri sayılır bir yer verilmiş və imperiyanın ən önəmli qadını mövqeiyinə yüksəlməyi bacarmışdır. Sörköktəni bəgi bilxassə imperatoriçəliyi dönəmində ticari və mədəni fəaliyətlərin sorumluluğunu üstlənmişdir. Bu fəaliyətləri səbəbiylə Dünya tarixinin ən təsirli qadınları arasında yer almışdır. Sörköktəni bəgi Monqollaşmış bir Türk tayfası olan Kerayitlərin 1203-cü ildə yenə Nəsturi xıristian inanca sahib Türk kökənli ulusu olan naymanlar tərəfindən öldürülən lideri Toğrulun (Ong və ya Van xan) ən kiçik qardaşı olan Cakha Qambunun qızı olaraq 1198-ci il tarixində dünyaya gəlmişdi. Monqolların gizli tarixinə görə (Çingiz xanın 1227-ci il vəfatından sonra Uyğur əlyazmasının Monqolcaya uyğulanması ilə yazılmağa başlanan Monqol xanədanının tarixi) 1203-cü ildə Toğrul xan Temüçinə görə daha güclü bir liderdi (bu iddianı dəstəkləyən bir başqa yazını da Monqol tarixçisi Harold Lambin Kerayit öndəri Toğrul ilə Müqəddəs Roma-German imperatoru I Fredik Barbarosun arasında ki, yazışmaların İtalyan səyyah və tüccar Marko Polo tərəfindən qələmə alındığını təsbit etmiş olmasıdır.) Temüçin iki tayfanı bir-birinə yaxınlaşdırmaq üçün ən böyük oğlu Cuçinin Toğrul xanın qızlarından və ya nəvələrindən birisi ilə evləndirilməsi taləbində olmuşdur. Bununla birliktə Temüçinin bu izdivacla daha da güclənəcəğini öngörən Toğrul xan bu təklifi əvvəlcə rədd etmişdir. Ancaq nəhayətində Temüçinin dəstəyindən də məhrum olan Toğrul xan, naymanlarla girişdiyi mübarizədə tək başına hərəkət etdiyindən məğlub olur və ortadan qaldırılır.
Beyi
Beyi (əvvəlki adı: Bəyi) — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 sentyabr 2004-cü il tarixli, 727-IIQ saylı Qərarı ilə Kürdəmir rayonunun Qocalı kənd inzibati ərazi dairəsi tərkibindəki Bəyi kəndi Beyi kəndi adlandırılmışdır. == Toponimikası == 1917 və 1933-cü illərdə Bəy variantında qeydə alınmışdır. Tədqiqatçıların fikrincə, "bəyə məxsus, bəy mülkü" mənasındadır. Xakas vilayətində Bey, Daşkənddə Bekabad, Türkmənistanda Bekdaş, Penza vilayətində Bekovo adlı yaşayış məntəqələri var. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Şirvan düzündə yerləşir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1004 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Bədi
Əl-Bədi, Allahın 99 adından biri
Bəqi
Əl-Bəqi (ərəb. مقبرة البقيع‎) — ‏Mədinədə (Səudiyyə Ərəbistan) qəbiristanlıq, ən-Nəbəvi məscidindən cənub-şərqə yerləşdirilmişdir. Qəbiristanlıqda Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının qohumlarının çoxsu dəfn edilmişdir. Onlardan biri üçüncü xəlifə Osman ibn Əffan olmuşdur. Və həmçinin də İmam Həsən (ə). == Tarix == Məhəmməd peyğəmbər 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə gəldi. Əl Bəqi böyük torpaq sahəsi idi. Ən-Nəbəvi məscidin tikintisi zamanı, peyğəmbər bu torpaq sahəsini yetim uşaqdan aldı. == Qəbiristanlıqda dəfn edilmişlər == Abbas ibn Əbdülmütəllib — Məhəmməd peyğəmbərin əmisi. Həsən ibn Əli — Məhəmməd peyğəmbərin nəvəsi, ikinci şiə imamı.
Bəyli
Bəyli (Qəbələ)
Bəy
Bəy — (türk. "hökmdar", "ağa") - 1) Şərq ölkələrində tayfa-nəsil, sonralar isə feodal əyanlarının titulu. İranda tayfa və ya bir neçə tayfanın başçısı. Mərkəzi Asiya və Cənubi Qafqaz xalqlarında orta əsrlərdə və yeni dövrdə feodalın - torpaq sahibinin adı; 2) müasir Türkiyədə - kişilərə müraciət forması; 3) 1705 - 1957-ci illərdə Tunisdə irsən hakimiyyətə gələn hökmdar. Bəy - həmçinin nikaha daxil olmağa hazırlaşan kişiyə deyilir.
Abi bəyli
Abibəyli — İranın Ərdəbil ostanının Nəmin şəhristanının Vilkic bəxşində yerləşən bir şəhərdir. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Nəmin bölgəsində Ərdəbil şəhərindən 22 km şərqdə, Ərdəbil-Astara avtomobil yolunun 10 kilometrliyindədir. == Əhali == 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 5,242 nəfər və 1,090 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Biyi (Alye)
Biyi (fr. Billy) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Varen-syur-Alye kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03029. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 840 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 566 nəfər (15-64 yaş) arasında 409 nəfər iqtisadi cəhətdən, 157 hərəkətsiz (fəaliyyət göstərici 72.3%, 1999-cu ildə bu 68.3%) idi. Fəal olan 409 nəfərdən 371 nəfəri (199 kişi və 172 qadın), 38 nəfəri işsizdir (14 kişi və 24 qadın). 157 hərəkətsiz 40 nəfər arasında şagird və ya tələbə, 72 nəfər təqaüdçü, 45 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Bədi (islam)
Əl-Bədi (ər. البديع) — Allahın adlarından biri. Bütün varlıqları, həyat yoldaşı və nümunəsi olmadan, sənətkaranə bir şəkildə yaradan, misilsiz, heyrət verici aləmlər icad edən, heç bir bənzəri olmayan şeylər ortaya qoyan deməkdir. Səcdə surəsi (32), 7: " Yaratdığı hər şeyi gözəl yaradan və insanı yaratmağa palçıqdan başlayan Odur. " Bəqərə surəsi (2) , 117 : "O, göyləri və yeri yoxdan var edicisidir və O, bir işin olmasını murad edincə , ona yalnız :" Ol! "Deyər, o da dərhal olar . " Allah (cc), " Mən yer üzündə bir xəlifə yaradacağam " (Bəqərə surəsi (2), 30.) buyurdu və yerləri, göyləri yaratmamışdan əvvəl o, "Ərş" ı sular üzərindəykən , gələcək insanların taleyini yazdı … Sonra Öz nurundan "Ya Məhəmməd ! Sen olmasan Cənnəti yaratmazdım , sən olmasan Cəhənnəmi yaratmazdım , sən olmasan dünyanı yaratmazdım !" (Üsulu -i Hədisi və qanunvericilik — ı Aliyyü'l — Kari Tərcüməsi, Əhməd Serdaroğlu , shf. 99.) buyurduğu Sevgili Peyğəmbərimizin nurunu yaratdı. O "nur " ilə " eşq" üfürüləcəkdir aləmlərə dostlar ; eşq üfürüləcəkdir.
Bədi Nişaburi
Bədi Nişaburi (fars. بدیع نیشابوری‎) (həmçinin "Şəhidlərin iftixarı") — Bab və Bəhaullahın tərəfdarı olan Əbdül-Məcid Nişapurinin oğlu. Bədi ən çox Bəhaullahın Nasirəddin Şaha ünvanladığı Lövhü şaha çatdırması, bu zaman işgəncəyə məruz qalması və 17 yaşında öldürülməsinə görə tanınır. O həmçinin Bəhaullahın qabaqcıl həvarilərindən biridir. == Səfərləri == Bədinin atası bəhai olmasına baxmayaraq, Bədi əvvəlcə qətiyyən bu yeni dindən təsirlənməmişdi. O asi və üsyankar təbiətli bir gənc idi və atası onu "ailənin naümidi" kimi təsvir edirdi. Bəhaullahın sadiq tərəfdarı Nəbili-Əzəm ilə görüşdə ondan Bəhaullahın nazil etdiyi şeirlər eşidir və ağlamağa başlayır. Təhsilini başa vuran kimi nəyi vardısa geridə buraxıb Bağdada doğru piyada səfərə çıxır, harada ki, əhəmiyyətli sayda bəhailər təqib altında idilər. Nəhayət o Mosuldan çıxaraq Bağdaddan keçməklə o zaman Osmanlının məhbəs şəhəri olan Əkkaya yollanır.Mühafizlər bəhailərin Əkkaya girişini əngəllədikləri üçün Bədi qiyafəsini dəyişərək su daşıyan kimi görünür və mühafizlərdən sıyrıla bilir. Sonra o dərhal məscidə yollanır, orada Əbdül-Bəhanı tanıyır və ona yazılı bir qeyd verir.
Bədi Xeyri
Bədi Xeyri (ərəb. بديع خيري‎; 17 avqust 1893 və ya 1893 – 1966[…] və ya 1 fevral 1966) — Misir dramaturqu.
Bəni-Abbas
Bəni-Abbas (ərəb. بني عباس‎) — Əlcəzairin qərbində şəhər, Beşar vilayətindəki Beni Abbes rayonunun inzibati mərkəzi. Beşar şəhərindən 241 kilometr (150 mil) cənubda və ölkənin paytaxtı Əlcəzair şəhərindən təxminən 1,200 kilometr (750 mil) cənub-qərbdə, quruyan Saura çayının sol sahilində yerləşir. Şimaldan, şərqdən və qərbdən şəhər Böyük Qərbi Erq qumlu dənizi ilə, cənub və cənub-qərbdən isə Saur vadisi ilə əhatə olunmuşdur.2009-cu il üçün əhalinin sayı 11,416 nəfərdir.
Bəni-Haşim
Haşimilər (ərəb. الهاشميون‎) və ya Haşim sülaləsi - İordaniyanı 1921-ci ildən bəri idarə etmiş sülalə. Bu sülalə Hicaz Krallığı (1916-1925), Suriya Ərəb Krallığı (1920) və İraq Krallığının (1921-1958) hakim ailəsi olmuşdur. Haşimilər 10-cu əsrdən sonra təkrar-təkrar, əsasən, xarici qüvvələrin vassalı kimi Məkkə şəhərini idarə etdilər. Birinci Dünya müharibəsindən sonra Britaniya İmperiyası ilə qurduğu müttəfiqlik sayəsində Hicaz, Suriya, İraq və İordaniyanın taxtı Haşimi ailəsinə verilmişdi. Tarixdə bu razılaşma Şərifi həlli adlanır.Ailə Haşimilər olaraq da adlandırılan, Məkkə şərifi Həsənilərin qollarından biri olan Dəvu Əvna aiddir. Onların eyniadlı əjdadı olaraq qəbul edilən Haşim ibn Əbdi Mənəf Məhəmməd peyğəmbərin ulu babasıdır. Haşimilərin əjdadı Qətədə ibn İdris daxil olmaqla, Məkkənin Həsəni şərifləri Məmlüklərin son mərhələsində və Osmanlının erkən dövrlərində Sünniliyin Şafi məzhəbinə keçənə qədər, Zeydi şiələr idi.Hal-hazırkı sülalənin əsasını 1908-ci ildə II Əbdülhəmid tərəfindən Məkkə şərifi olaraq təyin edilən Hüseyn ibn Əli əl-Haşimi qoymuşdur. Osmanlıya qarşı 1916-cı ildə Ərəb üsyanını başlatdıqdan sonra o, ailəni Ərəb ölkələrinin kralı olaraq elan etdi (Ancaq Hicaz Kralı olaraq tanındı). Onun oğulları 1921-ci ildə I Abdulla və Feysəl ibn Hüseyn əl-Haşimi İordaniya və İraq taxtının varisi olaraq qəbul edildilər.
Bəni-Rüstəm
Bəni-Rüstəm — Rüstəm övladı sülaləsi Bəni-Rüstəm Əlcəzairdə hakimiyyət qurmuş kiçik bir sülalə olmuşdur. Bəni-Rüstəm dövləti 755-ci ildə Abbasilərin valisi Rüstəm tərəfindən təsis edilmiş və 909-cu ilədək davam etmişdir.
Bəni-Saf
Bəni-Saf (ərəb. بني صاف‎) — Əlcəzairin Aralıq dənizi sahilində, Əyn-Təmüşənt vilayətində liman şəhəri və kommuna. Ölkənin şimal-qərbində, Vəhrandan təxminən 80 kilometr (50 mil) cənub-qərbdə yerləşir. Şəhərin əsası 1876-cı ildə qoyulmuşdur. Bəni-Safın cənubunda dəmir filizi çıxarılır. 2010-cu ilin məlumatına görə şəhərin əhalisi 43,802 nəfərdir; 2008-ci ilin məlumatlarına görə onun sayı 42,284 nəfər idi. Kommunanın sahəsi 61,3 km2-dir. == İstinadlar == == Xarici keçidlər == Бени-Саф // Большая советская энциклопедия: [в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл.
Bəni-Ziyar
Ziyarilər — 928-1090-cı illərdə Xəzər dənizinin cənub sahillərindəki Mazandaran və Təbəristan bölgələrində hakimiyyətdə olmuş Zaza xanədanıdır. == Ziyari hökmdarları == Mərdavic ibn Ziyar 928-934 Vəşmgir Ziyar 934-967 Bisutun 967 - 978 Şəmsülməali Qabus ibn Vəşmgir 978 - 1012 Mənuçehr Fələkülməali 1012-1031 Ənuşirəvan Şərəfülməali 1031-1043 Qay Qaus 1043 - 1090 == İstinadlar == == Ədəbiyyat == История Ирана . Москва . 1961 .
Bəni-Əmran
Bəni-Əmran (ərəb. بني عمران‎, fr. Béni Amrane) — Əlcəzairin şimalında, Bumerdes vilayətində kommuna. == Coğrafi mövqe == Kommuna vilayətin şimal hissəsində, dəniz səviyyəsindən 123 metr (404 ft) yüksəklikdə yerləşir.Kommuna ölkənin paytaxtı Əlcəzairdən təqribən 60 kilometr (37 mil) şərqdə və Bumerdes vilayətinin inzibati mərkəzindən 25 kilometr (16 mil) cənub-şərqdə yerləşir. == Əhali == 2008-ci ildə əhalinin sayı 23162 nəfər idi.
Bəni Haşim
Bəni Haşim (az:Haşim oğulları) və ya Haşimi(Ərəbcə:هاشمى،بنی‌هاشم) o kəslərə deyilir ki, atadan sarı Haşim bin Əbdimənafa(Ərəbcə:هاشم بن عبد مناف) yetişirlər. bunlar Qureyş elindən olan Haşim, islam peyğəmbərinin ikinci babasına soyları yetişən qəbilədirlər. Qosəyyebni Kelab(قُصَیّ‌بن کِلاب) İbrahim peyğəmbərin oğlu ismayılın nəvələrindəndir və 100-il islam peyğəmbərinin anadan olmasından öncə Qureyşin başçısı olmuşdur. ondan sonra oğlanları Əbdüddar və Əbdi Mənaf onlardan sonra isə Haşim Qureyş başçısı olmuşlar. == Qureyşdə Bəni Haşimin əhəmiyyəti == Haşim atasından səqqaiyyət və Refadəti irs apardı. yoxsulluq və yağmursuzluq zamanlarında Haşimin igidliyi və Məkkkəni ticarət yerinə çevirmə habelə məkkəlilərə bu dönəmdə yardım etməsi üçün qureyşlilər arasında uca və önəmli yerə sahib olmuşdur. == Bəni Haşimin İslam peyğəmbərindən himayə etmələri == Bəni Haşimin hamısının islamı ilklərdə qəbul etməmələrinə baxmayaraq hamısı Əbuləhəbdən başqa peyğəmbəri qureyş başçılarının əziyyət və azarları qarşısında himayə etmişlər eləki Əbu Talib peyğəmbərin əmisi bu yolda çoxlu işlər görmüşdür. == İqtisadi sanksiya == Müsəlmanların Həbəşəyə köçməsi və Nəcaşinin hicrət etmiş müsəlmanlardan qureyşlilər qarşısında himayə etməsi və başqa ellərin islama keçmələri nəticəsində qureyşlilər bəni haşimi peyğəmbəri himayə etməkdən üzaqlaşdırmaq üçün onları iqtisadi sanksiyaya saldılar.Bani Haşim Əbuləhəbdən başqa hamısı Şebi Əbutalibə köçdülər və qureyşlilər arasında buna görə ayrılıq düşənədək üç il çətinliklərlə yaşadılar.
Bəqi qəbiristanlığı
Əl-Bəqi (ərəb. مقبرة البقيع‎) — ‏Mədinədə (Səudiyyə Ərəbistan) qəbiristanlıq, ən-Nəbəvi məscidindən cənub-şərqə yerləşdirilmişdir. Qəbiristanlıqda Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının qohumlarının çoxsu dəfn edilmişdir. Onlardan biri üçüncü xəlifə Osman ibn Əffan olmuşdur. Və həmçinin də İmam Həsən (ə). == Tarix == Məhəmməd peyğəmbər 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə gəldi. Əl Bəqi böyük torpaq sahəsi idi. Ən-Nəbəvi məscidin tikintisi zamanı, peyğəmbər bu torpaq sahəsini yetim uşaqdan aldı. == Qəbiristanlıqda dəfn edilmişlər == Abbas ibn Əbdülmütəllib — Məhəmməd peyğəmbərin əmisi. Həsən ibn Əli — Məhəmməd peyğəmbərin nəvəsi, ikinci şiə imamı.
Bəri bax
Bəri bax — Azərbaycan respublikasının xalq artisti Brilyant Dadaşova və Norveçin Skruk xorunun birgə 1997-ci ildə ifa etdiyi mahnı. Mahnı Azərbaycanın xalq mahnısı Bəri baxın yenidən işlənmiş versiyasıdır. Mahnı duet şəklində Brilyant Dadaşova tərəfindən Azərbaycan türkcəsində və Skruk xoru tərəfindən Norveç dilində ifa edilib. Mahnı Norveçdə çıxarılan "Landet Vi Kommer Fra" (Gəldiyimiz torpaqlar) albomunda və Türkiyədə çıxarılmış Azerbaycan Şarkıları albomlarına daxil edilib.
Bəyli (Qəbələ)
Bəyli — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Kənddə əhali heyvan saxlayır, taxıl əkirlər. Üzüm əkiminə isə demək olar ki, yenicə başlanılıb. Təzə salınmış sahələrə qulluq göstərən sakinlər üzümçülüyün inkişafına səy göstərirlər. Artıq yeni bağlar becərilib, bu minvalla gələcəkdə bu məhsulun bol olması gözlənilir. Çünki kəndin üzümçülüyə yararlı münbit torpaq sahəsi var. == Etimologiyası == Kənd Şəki yaylasındadır. Yerli əhalinin dilində Bəyli kimi işlənir. Keçmiş adı Yemişanlı olmuşdur. Oykonim "bəyə məxsus kənd" mənasında izah olunur.
Bəyli (Üskü)
Bəyli (fars. بيگلو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 394 nəfər yaşayır (123 ailə).
Erik Bayi
Erik Bertran Bailli (12 aprel 1994[…]) İngiltərə Premyer Liqasının Mançester Yunayted klubunda və Kot-d'İvuar milli komandasının heyətində müdafiəçi mövqeyində çıxış edən futbolçu. Əsas mövqeyinin mərkəz müdafiəçisi olmasına baxmayaraq, sağ cinah müdafiəçisi mövqeyində də çıxış edə bilir.O, peşəkar futbolçu karyerasına İspaniyanın Espanyol klubunda başlamış, sonradan Vilyarreala transfer olmuşdur. İki mövsüm burada qaldıqdan sonra, 2016-cı ilin iyun ayında İngiltərənin Mançester Yunayted klubuna transfer olmuşdur. Milli komandanın heyətində debüt oyununa 2015-ci ildə çıxmış və elə həmin il komandası ilə birlikdə Afrika Millətlər Kubokunu qazanmışdır.
Beri-beri
Beri-beri — xəstəliyi B1 vitamininin çatışmazlığından irəli gəlir. Göstərilən xəstəliyi keçirən xəstələrin ürək nahiyəsində pozulmalar müşahidə olunur. Bu xəstəlikdə qıcolmalar və iflicolma baş verir. B1 vitamini əsasən qabığı soyulmamış dəndə, yumurta sarısında, paxlalı bitkilərin toxumalarında, az miqdarda ispanaqda, kələmdə, yerkökü və almada vardır.
Beyin
Beyin - bütün onurğalı və bəzi onurğasızlarda sinir sisteminin mərkəzi vəzifəsini icra edən orqandır. Bir çox heyvanda beyin kəllə sümüyünün içində, ilkin duyğu orqanlarının və ağızın yaxınında yerləşir. = Ümumi = Kompüter və digər cihazlardan fərqli olaraq insan beyninin yaddaşı sonsuzdur və heç vaxt dola bilməz. İnsan hər dəfə müəyyən bir şeyi yaddaşına qeyd etdikdə, beyin yeni hüceyrələr və sinir bağlantıları yaratmağa başlayır. Doğru qidalanmaq beyini inkişaf etdirir. Dəniz məhsullarından olan yeməklər beyin üçün ən faydalı yeməkdir və bu, yaddaşı 15% artırır. Eyni zamanda, müntəzəm edilən idman beyinin diqqətini və xoşbəxtlik duyğusunu artırmağa kömək edir. Onu da qeyd etmək lazımdır ki, uşaqların beyinləri məişət zorakılığına görə ciddi şəkildə zədələnir və bu, müharibə zamanı əsgərlərə dəyən eyni zərərə bərabərdir. Yüksək səslə kitab oxumaq və uşaqla daimi şəkildə danışmaq uşağın beyninin inkişafına yardım edir. İnsan beyni 40 yaşın sonuna qədər inkişaf edərək irəliləyir və ən yaxşı anlarına çatır.
Beyt
Beyt — şeirdə 2 misra. Beytin tərifinə aid fikirlərdə müəyyən ziddiyyətlərlərə rast gəlinir. Məsələn, Mir Cəlal və Pənah Xəlilovun fikrincə: "Şerin hər sətrinə misra, cüt sətrinə isə beyt deyilir". Cəfər Xəndan isə beytin tərifini daha da dəqiqləşdirir: "Şerin müəyyən məna ifadə edən qoşa misrasına beyt deyilir". Əziz Mirəhmədov isə tərtib etdiyi "Ədəbiyyatşünaslıq terminləri lüğəti"ndə anlayışın daha geniş şərhini verir: "…eyni vəzndə yazılan əsərlərin məzmunca bir-birinə bağlı qoşa misrası. Beytdə bitkin bir fikir ifadə olunmalıdır".Beyt şeirdə həm qafiyəli, həm də qafiyəsiz ola bilər. Bu da şerin müxtəlif şəkillərindən asılıdır. Məsələn, məsnəvi formasında yazılan bütün əsərlərdəki beyt bir qayda olaraq, cüt-cüt qafiyələnir. Qəzəl və qəsidələrdə ilk beytlər həmqafiyə olur. Sonrakı beytlərin misraları cüt-cüt qafiyələnməsə də, formanın daxili qafiyələnmə qanunlarına tabe olur.Hər iki misranı yan-yana qoymaqla beyt düzəltmək olmaz.
Bei
Yuli və Bei haqda məlumat çox azdır. Onların ögey qardaş olduqları və İx Bayan müharibəsində məğlub olduqları bilinir. Hakimiyyət bundan sonra Cənub Hunlarından Şanyü Tuntuhenin oğlu şahzadə Fenhunun əlinə keçdi və hun dövlətləri birləşdi.
Ara beyin
Ara beyin - lat. diencephalon iki hissəyə bölünür: Arxa hissə - görmə beyin ya görmə qabarları nahiyəsi - lat. thalamencephalon; Ventral hissə - görmə qabaraltı - lat. hypothalamus, əslində görmə qabaraltının dal-qoxu hissəsi (məməciyəbənzər cisimlər - lat. corpora mamillaria və xüsusi görmə qabaraltı nahiyə - lat. regio subthalamica).Görmə beyin filogenez cəhətcə yeni törəmədir və afferent (hissi) yolların ara mərkəzidir; görmə qabaraltı isə qədim törəmədir və vəzifəsinə görə ali vegetativ mərkəzdir. Ara beyin boşluğunun qalığını üçüncü mədəcik - lat. ventriculus tertius təşkil edir. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1982 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Arxa beyin
Asxa beyinə (lat. metencephalon) körpü - lat. pons və beyincik - lat. cerebellum aiddir; onun boşluğunun qlığını dördüncü mədəciyin ara hissəsi təşkil edir. == İstinadlar == == Mənbələr == Prof. Kamil Əbdülsalam oğlu Balakişiyevin, İnsanın Normal Anatomiyası, III cild, "MAARİF" Nəşriyyatı, Bakı - 1982 Atlas of Human Cardiac Anatomy - Endoscopic views of beating hearts - Cardiac anatomy Р. Д. Синельников.
Belı adası
Belı adası — Kara dənizində yerləşən nisbətən iri ada. Ada Yamal yarımadasından Malıgin boğazı ilə ayrılır. İnzibati cəhətdən Yamalo-Nenets Muxtar Dairəsinin ərazisində yerləşir. Daimi əhalisi yoxdur. 1933 ildən adada qütb meteostansiya (M.V.Popov adına) fəaliyyət göstərir == Coğrafiyası == Sahəsi 1900 km², hündürlüyü 12 metrdir. Səthi tundra bitkiləri ilə örtülü olur. Adada termokarst göllər vardır. Materikə ən yaxın məsafə 9 metrdir. Səthi düzənlikdir. Şimal və şərq sahilləri alçaqdır.
Beni-Valid
Beni-Valid-Liviyada şəhər == Liviya vətəndaş müharibəsi == 2011-ci il Liviya Vətəndaş Müharibəsində, Qəddafi əleyhinə qüvvələr Avqustda Tripoli və Sentyabrda Səbhanı ələ keçirdikdən sonra Bani Valid, Sirt ilə birlikdə, Müəmmar Qəddafinin devrilmiş hökumətinə sadiq qüvvələrin saxladığı iki son dayaqdan biri idi. Sentyabr və oktyabr ayının əvvəllərində şəhəri əhatə edən Qəddafi əleyhinə qüvvələr ilə onu müdafiə edən Qəddafi sadiq qüvvələri arasında qarşıdurmalar oldu; nəhayət 17 oktyabrda şəhər alındı.Fin şirkəti Perusyhtymä (bu gün YIT) 1980-ci illərdə şəhərdə tüfəng və bəlkə də digər silahların yığılması üçün istifadə olunan bir fabrik inşa etdi. NATO şəhərdəki iki "komanda mərkəzi" və bir döyüş sursatı zərbəsini vurduğunu bildirdi. Sonuncuların əvvəlcə Finlər tərəfindən inşa edildiyi mümkündür. Bani Vəlidə 200 Fin mühəndis və digər mütəxəssis çalışdı. Bəzilərinin ərazidə ailələri var idi. "Çirkli işlər" Filippindən təxminən 2000 ucuz işçi tərəfindən edildi.Finlandiyada KİV 1994 və 2011-ci illərdə silah fabrikinin inşasını tapdı. 1980-ci illərdə Liviya Sovet İttifaqından sonra Finlandiya inşaat sənayesi üçün ikinci ən böyük ixracat ölkəsi idi. 1980-ci illərin əvvəllərində Finlər Liviyada təxminən 20 böyük tikinti layihəsinə sahib oldular. Silah fabrikindən əlavə digər Finlandiya tikililərinə Tripolidəki küçələr və Ras Lanufun bütün neft şəhəri daxildir.
Beni (kommuna)
Beni (fr. Bény) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kolini kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01038. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 724 nəfər təşkil edirdi. == İdarəçilər == == İqtisadiyyatı == 2010-cu ildə əmək qabiliyyətli 460 nəfər arasında (15-64 yaş) 364 nəfər İqtisadi fəal, 96 nəfər hərəkətsizdir (fəaliyyət göstərici 79.1%, 1999-cu ildə 75.8%). Fəal 364 sakindən 349 nəfər (182 kişi və 167 qadın), 15 nəfəri işsizdir (7 kişi və 8 qadın). 96 hərəkətsiz şəxs arasında 28-i şagird və ya tələbə, 55-i təqaüdçü, 13-ü digər səbəblərə görə hərəkətsizdir.
Beni Ahmer
Qranada əmirliyi və ya Bəni Əhmər dövləti — Əndəlus Əməvi dövləti süqut etdikdən sonra Əndəlusda 1233-cü ildə mərkəzi Qranada şəhəri olan Qranada əmirliyi quruldu. Bu dövlət də Əndəlus əməviləri kimi elm sahəsində çox irəli getmiş, dövrün ən yüksək elm mərkəzlərini yaratmışdır. Bunlardan ən əhəmiyyətlisi Qranadada Əlhambra sarayının kitabxanası idi. Qranada əmirliyi uzun müddət xristian istilasına qarşı dayanmışdır. Lakin, Araqon kralı Ferdinand və Kastiliya kraliçası İzabella evlənərək vahid İspaniya dövlətinin təməlini qoydular və müsəlmanlara qarşı birləşdilər. Müqavimət göstərə bilməyən Qranada əmirliyinin son hökmdarı Abdullah Sağir Osmanlı hökmdarı II Bəyaziddən kömək istədi. II Bəyazid qardaşı Cem Sultanla bağlı problem və kifayət qədər donanmasının olmaması səbəbindən bu ölkəyə kömək edə bilmədi. Abdullah Sağir xristian krallarla bir müqavilə bağlayaraq təslim oldu. Şəhəri tərk edən Əndəlus əmirinin son dəfə ağlayaraq şəhəri seyr etdiyi qayalıq bu gün "Mavrın son nəfəsi" adı ilə məşhurdur. Bağlanan müqaviləyə və təslim şərtlərınə görə müsəlmanlarla pis davranılmamalı idi.
Beni Baningime
Beni Baningime (d: 9 sentyabr 1998) — İngiltərə Premyer Liqası təmsilçələrindən olan Everton klubunda yarımmüdafiənin mərkəzi cinahında çıxış edən peşəkar Konqo futbolçusudur. == Klub karyerası == === Everton === Baningime doqquz yaşı olarkən Everton klubuna qəbul olmuşdur. O, klubun akademiyası vasitəsilə inkişaf etmişdir. O, öz peşəkar karyerasında debütünü 25 oktyabr 2017-ci ildə İngiltərə Liqa Kubokunda Çelsi klubuna qarşı oyunda etmişdir. Həmin görüşdə Everton rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur.
Beni Eqreşi
Beni Eqreşi- (mac. Egressy Béni, 21 aprel 1814 – 17 iyul 1851, Peşt[d], Peşt medyesi) Macar bəstəkarı, tərcüməçisi və aktyoru. == Həyatı == Beni Eqreşi 1814-cü ildə Sayokazinçdə, bu günkü Macarıstanın Kazınçbarçika şəhəri, Borşod-Abauy-Zemplen bölgəsindəki Protestant pastorunda anadan olmuşdur. 1834-cü ildə böyük qarşdaşı Qabor Eqreşinin yolundan davam edən Beni Eqreşi ilk dəfə Kolosvarda səhnəyə çıxmış, 1837-ci ildə isə Praqa Milli Teatrının üzvlərindən biri olmuşdur. 1838-ci ildə pul qazanmaq üçün Milana yola düşmüş, burada səs təlimi almışdır. 1 il yarım İtaliyada yaşadıqdan sonra Macarıstana qayıdan Eqreşi çox keçmədən opera sənətçisi və bəstəkar kimi məşhurlaşmışdır. Eqreşi Alman, Fransız və İtalyan dilindən 60-dan çox əsər və opera tərcümə etmiş, 47 əsərindən 35-ini çap etdirmişdir. 1848-ci il inqilabının da iştirakçısı olan bəstəkar , inqilabdan sonra amnistiya almış və səhnəyə qayıtmışdır. Beni Eqreşi 1851-ci ildə Budapeşt şəhərində ağciyər xəstəliyindən vəfat etmişdir. == Fəaliyyəti == Eqreşi bir sıra məşhur bəstələrin müəllifidir.
Beni çayı
Beni (isp. Río Beni) — Boliviya ərazisindən axan çay. Amazon hövzəsinə aiddir. Uzunluğu 1619 km təkil edir. Orta dərinliyi 9 m, maksimal dərinliyi isə 21,3 metr təkil edir. Orta eni 400 m, maksimal en isə 1069 metrdir. Axarı boyunca çoxlu astanaya rast gəlinir. Braziliya ilə sərhəddə Madre de Dos, Mamore və Beni çayları birləşərək Madeyra çayını əmələ gətirir. . Çay Amazonun əsas arteriyalarından biridir. Puerto-Maldonado şəhərinin cənubunda liman yerləşir.
Beri (Maku)
Beri (fars. بري‎‎) — İranın Qərbi Azərbaycan ostanının Maku şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 663 nəfər yaşayır (113 ailə).
Beyin aхını
Beyin aхını (ing. Brain drain, rus. Утечкa мозгов) — mütəxəssis, alim və ixtisaslı işçilərin siyasi, iqtisadi, dini və digər səbəblərdən ölkə və ya regiondan kütləvi surətdə miqrasiya etməsidir. Bu anlayış elmi ədəbiyyata ilk dəfə 1962-ci ildə mühəndis, teхnik və alimlərin Böyük Britaniyadan ABŞ-yə miqrasiya etməsindən sonra istifadə olunmağa başlanıb. Qeyd etmək lazımdır ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının üzvü olan ölkələr arasında bu ölkə mühacirət etmiş mütəxəssislərin sayına görə öndə olmuşdur. Əhalinin ən savadlı hissəsinin kütləvi surətdə ölkəni tərk etməsinin əsas səbəbləri qazanc əldə etmək, daşınmaz əmlak qiymətlərinin, vergilərin yüksək olması, əlverişsiz iqlim şəraiti və s.-dir. "Beyin aхını” prosesinin ölkədaхili (yüksəkiхtisaslı mütəxəssislərin digər sahələrə, хüsusən biznes və gəliri çoх olan işlərə qoşulması) və хaricə miqrasiya (yüksək qazanc və karyera ardınca inkişaf edən ölkələrə köçmə) tərəfləri vardır. Beləliklə, "beyin aхını” əsas ölkə üçün “beyin itkisi” (brain waste), gedilən ölkə üçün isə “bilik və təcrübənin paylanması” (brain eхchange) kimi qiymətləndirilə bilər. Hazırkı dövrdə İnternetin yaranması və İT-nin imkanları "beyin aхını”nın yeni, fiziki yerdəyişmədən fərqli olaraq, ölkəni tərk etmədən onlayn mühitdə fəaliyyətlə xarakterizə olunan virtual formasını yaratmışdır. Onu da əlavə edək ki, “beyin aхını”, elm və teхnikanın güclü inkişafına gətirib çıxarmış, kompüterlərin, İT-nin, İnternetin, yüksək texnologiyaların və s.
Beyli akasiyası
Beyli akasiyası (lat. Acacia baileyana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü.
Xan bağı (Bakı)
Xan bağı - İçərişəhərdə yerləşən və Bakı xan sarayı kompleksinin tərkibində olan tarixi bağdır. Xan bağı sarayın birinci həyətinə, xan ailəsinə məxsus evin qarşısında yerləşir. Bağın mərkəzində kiçik hovuz yerləşir. Həmçinin bağ ərazisində ovdan və təndir vardır. Park ərazisində Azərbaycan florasının ayrılmaz ünsürləri olan Eldar şamı, çinar, sərv, ağcaqayın və digər ağaclar saxlanılmış, əlavə olaraq isə müvafiq sahədə gümüşvari küknar, ağ akasiya, leylan sərvi, adi yasəmən, Şərq tuyası, müxtəlif qızılgül kolları vardır. 2018-ci ildən Bakı xan sarayı kompleksi ərazisində bərpa və yenidənqurma işlərinə start verilmişdir. == Tarixi == Bakı xan sarayı şəhərin qədim nüvəsi olan İçərişəhərdə tikilmişdi. Kompleksin inşasına 1754-cü ildə Əbdülrəhim bəy və Mehdiqulu bəyin sifarişi ilə başlanılmışdır. Kompleksin ilk tikililəri Böyük Qala küçəsi boyunca tikilmiş, sonrakı yüzillik ərzində, yəni XIX əsrin sonlarına kimi həyət istiqamətində də tikililərin sayı artırılmışdır. Azərbaycanın SSRİ tərkibinə qatılmasına kimi sarayın birinci həyətində bulaqlar və bağ mövcud idi.
Yapon bağı (Bakı)
Yapon bağı — Azərbaycanın Bakı şəhərində, Xətai rayonunun Heydər Əliyev parkında yerləşən yapon üslubunda bağ. == Tarixi == Azərbaycanda ilk yapon bağı 2009-cu ilin oktyabrında İsmayıllı rayonunda tikilmişdir. Açılış mərasimində prezident İlham Əliyev iştirak etmişdir.Bakıda yapon bağının salınması barədə qərar 2014-cü ildə verilmişdir. Tikinti işləri isə 2015-ci ilin fevralında başlamışdır. Tikintidə Yaponiyadan gəlmiş 11 nəfər mütəxəssis çalışmışdır. Bağın açılışı 15 oktyabr 2015-ci ildə baş tutmuşdur. Açılış mərasimində Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov, Yaponiyanın Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri Tsuquo Takahaşi, Azərbaycan Respublikası Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Yapon bağları və parklarının salınması və dizaynı üzrə ixtisaslaşmış "Kosugi Zohen" şirkətinin prezidenti Saki Kosuqi və rayon sakinləri, səlahiyyətli şəxslər iştirak ediblər. == Xüsusiyyətlər == Parkda qədim Yaponiya mədəniyyətini, folklorunu və milli ornamentlərini əks etdirən atributlar, torii quraşdırılıb, İtaliyanın Pistoya şəhərindən gətirilmiş sakura, aser, şam ağacı və digər yapon mənşəli ağac və gül kolları əkilib. Xızı rayonundan gətirilən təbii qaya və çay daşlarından şəlalə kompleksi yaradılıb, eləcə də oturacaqlar quraşdırılıb.