QOLUBAĞLI

zərfsif. Qolları bağlı; qolları bağlı olduğu halda.
Qolubağlı keçdim Xudafərindən; Üzüm gülməz, heç açılmaz, ah, mənim. Qurbani.
Məmməd bəy vuruşmadan başı açılan kimi, Mustafa xanın buraxıb getdiyi karvana tərəf gəldi.
Burada bir dəstə qolubağlı əsir vardı. Çəmənzəminli.
Səhər olmuşdu ki, Fərhad bəyi qolubağlı kəndə gətirdilər. Qantəmir.

QOLTUQSAZI
QOLUÇİRMƏKLİ

Digər lüğətlərdə