Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Babaoğlu
Babaoğlu — təxəllüs. Hikmət Babaoğlu — Azərbaycan yazıçısı. Haşmət Babaoğlu — "Sabah" qəzetinin jurnalisti. Tahir Babaoğlu — Payasspor FK-in futbolçusu. Bilal Babaoğlu — Ssenari müəllifi.
Bakıqulu
Bakıqulu — Osmanlı imperiyasında Tənzimat dövrünə qədər vergi müfəttişlərinə verilən ad. Həmin məmurlar vergiləri yığıb, vergi ilə bağlı yoxlamalar aparıb, araşdırmalar açıb, bu məsələni izləyiblər. Bakıqulu məmurları ilk dəfə 1512–1520-ci illər arasında Yavuz Sultan Səlim tərəfindən təyin edilmişdir. Onların ilkin vəzifəsi dövlət adından gəlir və məxaric işlərinə cavabdeh olan digər məmurların hərəkətlərini yoxlamaq idi. Birinci qrupda 60-a yaxın adam xidmət edirdi. Onlar sonralar vergi toplamaq, vergi borcu olanları təqib etmək, müxtəlif maliyyə cinayətlərini izləmək, pul paylamaq, vergi işlərində dövlət adından məlumat vermək kimi vəzifələri də öz üzərinə götürmüşdülər. Bu məmurların hazırladıqları hesabatlar dövlət üçün böyük əhəmiyyət kəsb edirdi və tez bir zamanda işlənib, lazımi tədbirlər görülmüşdür. Bu məmurlara "Başbakıqulu" adlı bir müdir nəzarət edirdi. Tənzimatdan sonra adları dəyişdirilərək maliyyə müfəttişi olmuşdur.
Babaqum
Babaqum — Şamaxı rayonunda dağ; Babaqum — Əli Bayramlı rayonunda Ləngəbiz silsiləsinin cənub-şərq hissəsində ucqar zirvə.
Abasqulu Abaszadə
Abbasqulu Abbaszadə (tam adı: Abbasqulu Ağabala oğlu Abbaszadə; 10 aprel 1906, Təbriz – 18 fevral 1969, Bakı) — Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru (1953), professor (1953), Rusiya Pedaqoji EA-nın (1957) və SSRİ Pedaqoji EA-nın üzvü (1968). == Həyatı == Abbasqulu Abbaszadə 1906-cı ildə aprel ayının 10-da Cənubi Azərbaycanın Təbriz şəhərində bənna ailəsində anadan olub. 1916-cı ildə ailəsi ilə birlikdə Təbrizdən Bakı şəhərinə gəlib. O, əvvəlcə birinci dərəcəli məktəbi, sonra isə N.Nərimanov adına Sənaye Texnikumunu bitirib. 1926-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, 1930-cu ildə isə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirib. Abbasqulu Abbaszadə universiteti bitirdikdən sonra Azərbaycan Respublikası Təhsil İnstitutunun aspiranturasına daxil olub. == Fəaliyyəti == Abbasqulu Abbaszadə tələbə olarkən əmək fəaliyyətinə başlayıb. Müxtəlif orta və orta ixtisas təhsili müəssisələrində müəllim kimi fəaliyyət göstərib. O, 1923–33-cü illərdə fizika-riyaziyyat müəllimi olaraq çalışıb. Abbaszadə müəllimılik fəaliyyəti ilə yanaşı, elmi-tədqiqat işləri də aparıb.
Abasqulu Quliyev
Abasqulu Quliyev (Quliyev Abasqulu Məmməd oğlu; 13 noyabr 1940, Hrazdan – 20 dekabr 2022) — azərbaycanlı kimyaçı, AMEA-nın müxbir üzvü,, əməkdar elm xadimi. == Bioqrafiya == Abasqulu Məmməd oğlu Quliyev 1940-cı ilin noyabrın 13-də Qərbi Azərbaycanın Zəngibasar mahalında anadan olub. Orta təhsilini Uluxanlı məktəbində başa vuran alim 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində təhsilini davam etdirib. Universiteti bitirdikdən sonra təyinatla Sumqayıt "Səthi-aktiv maddələr" zavoduna işləmək üçün göndərilib. 1962-ci ildə Sumqayıt şəhərində yerləşən qapalı Kimya müəssisəsində əmək fəaliyyətinə başlayıb. 1964-cü ildə SSRİ EA-nın Yüksəkmolekullu Birləşmələr İnstitutunun (Sankt-Peterburq) aspiranturasına daxil olub. 1970-ci ildə namizədlik, 1987-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. О, 1989-cu ildə professor elmi adına layiq görülüb. 1968-ci ildən Polimer Materialları İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində işləyib. 1993-cü ildən elmi işlər üzrə direktor müavini, 2007-ci ildən 2014-cü ilə qədər isə institutun direktoru vəzifələrində çalışıb.
Abbasqulu (memar)
Abbasqulu (az.-əski. آبباسقولو‎ XVIII əsr – XVIII əsr) — XVIII əsr Azərbaycan memarı və nəqqaşı. Abbasqulu Şəki xanları sarayının daxili tərtibatında iştirak etmiş, saraydakı böyük salonun tavanında mürəkkəb kompoziyalı bəzək işləri görmüşdür. Tavanın mərkəzi xonçalarından birinin kitabəsində öz adını orijinal şəkildə həkk etmişdir. "Ustad Abbasqulu" sözləri iki dəfə – sağdan sola və aynada əks olunmuş kimi soldan sağa təkrarlanır.
Abbasqulu Abaszadə
Abbasqulu Abbaszadə (tam adı: Abbasqulu Ağabala oğlu Abbaszadə; 10 aprel 1906, Təbriz – 18 fevral 1969, Bakı) — Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru (1953), professor (1953), Rusiya Pedaqoji EA-nın (1957) və SSRİ Pedaqoji EA-nın üzvü (1968). == Həyatı == Abbasqulu Abbaszadə 1906-cı ildə aprel ayının 10-da Cənubi Azərbaycanın Təbriz şəhərində bənna ailəsində anadan olub. 1916-cı ildə ailəsi ilə birlikdə Təbrizdən Bakı şəhərinə gəlib. O, əvvəlcə birinci dərəcəli məktəbi, sonra isə N.Nərimanov adına Sənaye Texnikumunu bitirib. 1926-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, 1930-cu ildə isə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirib. Abbasqulu Abbaszadə universiteti bitirdikdən sonra Azərbaycan Respublikası Təhsil İnstitutunun aspiranturasına daxil olub. == Fəaliyyəti == Abbasqulu Abbaszadə tələbə olarkən əmək fəaliyyətinə başlayıb. Müxtəlif orta və orta ixtisas təhsili müəssisələrində müəllim kimi fəaliyyət göstərib. O, 1923–33-cü illərdə fizika-riyaziyyat müəllimi olaraq çalışıb. Abbaszadə müəllimılik fəaliyyəti ilə yanaşı, elmi-tədqiqat işləri də aparıb.
Abbasqulu Abbaszadə

Abbasqulu Kazımzadə
Abbasqulu Kazımzadə (tam adı: Abbasqulu Məhəmməd İbrahim oğlu Kazımzadə, mühacirətdə: Abbas İldeniz; 1882, Maştağa, Bakı qəzası – 28 iyul 1947, Ankara) — Müsavat Partiyasının üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Milli Şurasının üzvü olmuşdur. == Həyatı == 1905-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olmuş, 1911-ci ilin oktyabr ayında Bakıda Tağı Nağıyev və Məhəmməd Əli Rəsulzadə ilə birlikdə Məhəmməd Əmin Rəsulzadənin tapşırıq və tövsiyələrinə uyğun olaraq Müsəlman Demokrat Müsavat Partiyasının əsasını qoymuşdur. Milli Şuranın "Azərbaycan Məclisi-Məbusanının təsisi haqqında qanun" una (1918,19 noyabr) əsasən, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdi. Parlamentdə Müsavat və bitərəflər fraksiyasının üzvü idi.Məhəmməd Əli Rəsulzadə daha sonralar yazırdı: 28 iyul 1947-ci ildə Ankarada vəfat etmiş, Cebeci məzarlığında 63-cü ada, 12-ci parseldə dəfn olunmuşdur. Məzarında doğum tarixi 1882-ci il olaraq, ata adı isə "Mehmet" olaraq qeyd olunmuşdur. == Mənbə == Azərbaycan Xalq Cumhuriyyəti Ensiklopediyası. II cild. Bakı, 2005.
Abbasqulu Məmmədov
Abbasqulu Nadirov
Abbasqulu Nadirov (tam adı:Nadirov Abbasqulu Allahverdi oğlu;1904 – 1981)— təsərrüfat rəhbəri, Ordubad Rayon Komitəsinin birinci katibi == Həyatı == Nadirov Abbasqulu Allahverdi oğlu 1904-cü ildə Şərur rayonun Cəlilkənd kənddə anadan olmuşdur. Əlixanlılar tayfasına mənsub Nadir şah nəslindəndir. Abbasqulu bəy Şadlinskinin "Qırmızı tabor" dəstəsində Şərur-Dərələyəzin daşnak quldurlarından təmizlənməsində yaxından iştirak etmişdir. 1919-cu ildə kənddəki rus-tatar məktəbini bitirmiş, əmək fəaliyyətinə Baş Noraşen kəndində əmək komitəsində mücavir kimi başlamış, 1924–30-cu illərdə Ermənistan SSR Dövlət Siyasi İdarəsində (DTK)) ekspeditor, 1930–1932-ci illərdə Dəmirçi kənd Sovetinin sədri, 1932–1936-cı illərdə Naxçıvan MSSR MİK-də təlimatçı, Naxçıvan rayon İK-də şöbə müdiri, Noraşen rayon İK-də sədr müavini, Naxçıvan MSSR Ət tədarükü kontorunun rəisi, Şahbuz rayon Partiya Komitəsində bölmə müdiri, Noraşen rayon Partiya Komitəsində şöbə müdiri, birinci katib (1942–1946), Ordubad rayon Partiya Komitəsinin birinci katibi (1946–1949), Naxçıvan Vilayət Partiya Komitəsində təlimatçı, Noraşen rayon kənd təsərrüfatü şöbəsinin müdiri, Qarxun kənd kolxozunun sədri, rayon kolxozlararası tikinti idarəsinin rəisi, kommunal təsərrüfat şöbəsinin müdiri, rayon ZDS İK-də plan komissiyasının sədri, evlər idarəsinin müdiri vəzifələrində işləmişdir. 1967-ci ildən Respublika əhəmiyyətli təqaüdçü olmuşdur. Xidmətlərinə görə Qırmızı Əmək Bayrağı, II dərəcəli Böyük Vətən Müharibəsi" ordenləri, "Qafqazın müdafiəsinə görə", Lenin yubiley, "Almaniya üzərində qələbə", "Rəşadətli əməyə görə" medalları ilə təltif edilmişdir. ÜİK(b)P-nin üzvü olmuşdur. 1981-ci ildə vəfat etmişdir. == Təltif və mükafatları == Xidmətlərinə görə Qırmızı Əmək Bayrağı, II dərəcəli Böyük Vətən Müharibəsi" ordenləri, "Qafqazın müdafiəsinə görə", Lenin yubiley, "Almaniya üzərində qələbə", "Rəşadətli əməyə görə" medalları ilə təltif edilmişdir. == Mənbə == Naxçıvan Ensiklopediyası.
Abbasqulu Nəcəfzadə
Abbasqulu İsmayıl oğlu Nəcəfzadə (1 dekabr 1957, Xızı) — Azərbaycan Milli Konservatoriyasının professoru, sənətşünaslıq elmləri doktoru, musiqiçi, dirijor. == Həyatı == 1 dekabr 1957-ci ildə Şamaxıda Astrxanovka kəndində (indiki Qızmeydan) anadan olub. Qızmeydan kəndinin adı yaşayış məntəqəsi kimi "Kitabi-Dədə Qorqud" dastanında çəkilir. Bir zamanlar bu kənd Xızının inzibati ərazisinə daxil edilmiş, sonralar Şamaxı rayonuna verilmişdir. Abbasqulu Nəcəfzadə əslən Xızının Gəmşər mahalına aid edilən Xirək kəndindəndir. Azərbaycanın bir sıra ərazilərində - Gəncə (Bərdənin yaylağı olub), İsmayıllı (qala və eyniadlı müdafiə səddi) Xirək adlı toponimlər mövcuddur. === Təhsili === 1965–1974 : 16 saylı Uşaq Musiqi Məktəbi 1974–1978 : Sumqayıt Musiqi Texnikumu, kamança müəllimi, xalq çalğı alətləri orkestrinin rəhbəri 1978–1983 : Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası, konsert ifaçısı, kamança müəllımi və xalq çalğı alətləri orkestrinin dirijoru == Yaradıcılığı == 2006 : "Azərbaycan nəfəs alətləri (orqanoloji-tarixi tədqiqat)" adlı dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək Azərbaycan Respubliaksının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 29 may 2007-ci il tarixli (protokol № 19 -k) qərarı ilə sənətşünaslıq namizədi (sənətşünaslıq üzrə fəlsəfə doktoru) alimlik dərəcəsi təsdiq edilmişdir (diplom: EN № 04560) http://www.science.az/en/referat.php?show=true&pid=1482) 2010 : Azərbaycan Respubliaksının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 30 noyabr 2010-cu il tarixli (protokol № 36 — k) qərarı ilə "Musiqi sənəti" ixtisası üzrə dosent elmi adı verilmişdir (dosent attestatı: DS № 03655) 2012 : "İdiofonlu çalğı alətlərinin Azərbaycan örnəkləri, mənşəyi və yeni təsnifatı" adlı elmlər doktoru dərəcəsi almaq üçün müdafiə işini tatamlamış, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 7 mart 2014-cü il tarixli (protokol № 04 — R) qərarı ilə sənətşünaslıq üzrə elmlər doktoru elmi dərəcəsi verilmişdir (diplom: ED № 01540). 2017 : Azərbaycan Respubliaksının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 12 iyul 2017-ci il tarixli (protokol № 14 — R) qərarı ilə "Milli musiqinin tarixi və nəzəriyyəsi" kafedrası üzrə professor elmi adı verilmişdir (professor attestatı: PR № 01589) === Əmək fəaliyyəti === 1976-cı ildən etibarən günümüzə qədər əmək fəaliyyətini bir musiqiçi kimi fasiləsiz olaraq davam etdirir, ifaçı, müəllim, həm də müxtəlif ansamblların rəhbəri və ifaçısıdır. 1976–1978-ci illərdə Bakı şəhəri H.Sarabski adına Mədəniyyət Evində "Xalq üçlüyü"ndə kamança ifaçısı. 1978–1983-cü illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun xalq çalğı alətləri ansamblının rəhbəri.
Abbasqulu Sultanhüseynbəyov
Abbasqulu Hacı Molla Əlinağı bəy oğlu Sultanhüseynbəyov (Ordubad, Naxçıvan qəzası – 24 iyul 1910, İrəvan) — İrəvan quberniya ruhani məclisinin rəisi, qazı. == Həyatı == Abbasqulu bəy Hacı Molla Əlinağı bəy oğlu Sultanhüseynbəyov Ordubad şəhərində anadan olmuşdu. İbtidai təhsilini əvvəlcə atası Hacı Molla Əlinağı bəy Sultanhüseynbəyovdan, sonra dini mədrəsədə almışdı. Müqəddəs Nəcəf şəhərinə yollanmış, dini hövzədə ali təhsilə yiyələnmişdi. O zaman Nəcəf şəhəri regionda elm və bilik mərkəzi hesab edilirdi. On il bu yüksək elmi-dini mərkəzdə öz biliklərini təkmilləşdirərək, müxtəlif İslam elmlərini əxz etmişdi. Abbasqulu bəy Sultanhüseynbəyov ərəb dilinin qrammatikasına çox dərindən yiyələnmiş, qədim və müasir riyaziyyat sahəsində müvəffəqiyyətlər qazanmışdı. Abbasqulu bəy Sultanhüseynbəyov Zaqafqaziya ruhani idarəsində imtahan vermiş, axund ünvanı almışdı.31 yanvar 1863-cü ildə İrəvan Quberniya Ruhani Məclisinın göndərişi ilə Ordubad şəhər məscidi axundu kimi dini fəaliyyət göstərmişdi. Abbasqulu bəy Sultanhüseynbəyov sonra Ordubad qəza qazısı təyin olunmuşdu. 1872-ci ildə İrəvan Quberniya Ruhani Məclisinın üzvülüyünə seçilmişdi.
Aşıq Abbasqulu
Aşıq abbasqulu (1850, Abdalgülablı[d], Şuşa qəzası – 1932, Abdalgülablı[d], Ağdam rayonu) — XIX-XX əsrlər Azərbaycan aşığı. == Həyatı və yaradıcılığı == Aşıq Abbasqulu təxminən 1850-ci ildə Qarabağın səfalı guşələrindən olan Gülablı kəndində anadan olmuşdur. O, məşhur el sənətkarı Aşıq Valehin nəvəsidir. Aşıq Abbasqulu Aşıq Ələsgər kimi heç bir təhsili olmasa da, çox gəzmiş, məclislərdə, el şənliklərində olmuş, aşıqların çalıb-çağırmasını dinləmiş, mahnılarını öyrənmişdir. Həmin dövrdə Qarabağ məclislərində, xüsusilə kənd toy-düyünlərində Gülablı aşıqları iştirak edərdilər. Abbasqulunun da uşaqlıqdan aşıqlığa meyli vardı və bunu nəzərə alan atası onu məşhur neyçalan aşıq Nəcəfqulunun dəstəsinə qoşur. O, əvvəlcə Nəcəfqulunun dəstəsində qoşanağara çalır, sonra bir müddət dəmkeşlik edir. Lakin Abbasqulunun arzusu saz çalmaq, el aşığı olmaq idi. Buna görə də o, tezliklə saz çalmağı, oxuyub-yazmağı öyrənir. Aşıq Həsənin dəstəsinə qoşulur.
Hikmət Babaoğlu
Hikmət Baba oğlu Məmmədov (1966, Göllü, Amasiya rayonu) — Azərbaycan Milli Məclisinin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru (2008–2021), siyasi elmlər doktoru, professor, Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1993), Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini, YAP-ın Mərkəzi Aparatı ilə Milli Məclisdə təmsil olunan deputat qrupu arasında əlaqələndirici. == Həyatı == Hikmət Baba oğlu Məmmədov 1966-cı ildə Ermənistan Respublikası Amasiya rayonunun Göllü kəndində, ziyalı ailəsində anadan olub. 1984–1986-cı illərdə həqiqi hərbi xidmətdə olub. == Siyasi fəaliyyət == 1993–1998-ci illərdə Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında təlimatçı, baş təlimatçı vəzifəsində çalışıb. 1999-cu ildə YAP-ın I qurultayında Partiyanın Siyasi Şurasına üzv seçilib. 1998–2008-ci illərdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində Mətbuat Xidmətinin rəhbəri vəzifəsində çalışıb. 2008–2021-ci illərdə "Yeni Azərbaycan" qəzetinin baş redaktoru olmuşdur. 1 noyabr 2015-ci ildə Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin və 9 fevral 2020-ci ildə Azərbaycan Respublikasının altıncı çağırış Milli Məclisinin deputatı seçilib. Yeni Azərbaycan Partiyasının VII qurultayında (5 mart 2021-ci il) YAP İdarə Heyətinin üzvü seçilib. == Elmi fəaliyyət == 2005-ci ildə "Demokratik cəmiyyətdə insan hüquqları və azadlıqları; Azərbaycan Respublikası təcrübəsinin politoloji təhlili" mövzusunda dissertasiya müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru, alimlik dərəcəsi alıb.
Abbasqulu Fərzəliyev
Abbasqulu Məmməd oğlu Fərzəliyev (8 may 1939, Böyük Mərcanlı, Cəbrayıl rayonu – 20 may 2013) — Azərbaycan dövlət xadimi, Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı (1998–2000), Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı (1991–1992), Cəbrayıl Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri (1977–1990).
Ağaqulu Xudaquliyev
Ağaqulu Allahqulu oğlu Xudaquluyev (1917, Nərimankənd, Şamaxı qəzası – 8 noyabr 1991) — İkinci Dünya müharibəsinin iştirakçısı. Döyüşlərdə göstərdiyi şücaətə görə II və III dərəcəli "Şöhrət", Keniqsberqin və Berlinin alınmasına, Qafqazın müdafiəsinə görə və digər xidmətlərinə görə müxtəlif medal və ordenlərlə təltif olunmuş, SSRİ Baş Komandanı İosif Stalinin təşəkkür məktubunu almışdır. == Həyatı == 1917-ci ildə Azərbaycanın Qobustan şəhərinin (keçmiş Şamaxı rayon ərazisi) Nərimankənd kəndində anadan olmuşdur. 1938-ci ildə 7 illik məktəbi bitirmişdir. Hərbi xidmətə 1939-cu ildə çağrılmışdır. 1939-cu ildə Sovet-Fin müharibəsində iştirak etmişdir. Məşhur Mannerheym müdafiə xəttinin alınmasında artilleriya qüvvələrinin sıralarında iştirak etmiş və fərqlənmişdir. 1940-cı ildə SSRİ Qızıl ordu sıralarından tərxis olunmuşdur. 1941-ci ilin 22 iyun tarixində İkinci Dünya müharibəsinin başlanması ilə yenidən ordu sıralarına çağırılmışdır, artilleriyaçı kimi iştirak etmişdir. İkinci Dünya müharibəsində döyüşlərə Şimali Qafqazda, Mozdokdan başlayıb.
Ağaqulu Xudaquluyev

Abbasqulu Ağa Bakıxanov
Abbasqulu ağa Mirzə Məhəmməd oğlu Bakıxanov (təxəllüsü: Qüdsi; 21 iyun 1794, Əmircan – 31 may 1847, Məkkə, Həbəşistan əyaləti) — Azərbaycan şairi, yazıçı, alim, mütəfəkkir və tərcüməçi. Azərbaycanın ilk tarixçisi hesab olunur. Bir çox məşhur Azərbaycan tarixi əsərlərinin müəllifi Azərbaycan tarix elminin əsasının qoyan ilk tarixçi XIX əsr Azərbaycan maarifçilərindən biri olan Abbasqulu ağa Bakıxanov "Gülüstani-İrəm" əsəri ilə Azərbaycan tarixşünaslıq elminin əsasını qoymuşdur. "Qüdsi" təxəllüsü ilə Azərbaycan, ərəb və fars dillərində şeirlərin müəllifidir. Qubada "Gülüstan" adlı elmi-ədəbi məclisin (1835) təşkilatçılarından biri olmuşdur. 1820–1830-cu illərdə Çar Rusiyası ordusunda qulluq etdiyi zaman Gülüstan (1813) və Türkmənçay (1828) müqavilələrinin imzalanmasında tərcüməçi kimi iştirak etmişdir. == Həyatı == Abbasqulu ağa Bakıxanov 1794-cü il 21 iyun Bakının Əmircan kəndində anadan olmuşdur. Onun atası II Mirzə Məhəmməd Xan Bakı xanları nəslindən, anası Sofiya xanım isə müsəlmanlığı qəbul etmiş gürcü qızı idi. Bakıxanov 8 yaşına qədər Bakıda yaşamış, uşaqlığının ilk dövrünü Abşeronun Əmircan, Maştağa, Balaxanı kəndlərində keçirmişdir.1802-ci ildə atası xanlıq taxtı uğrunda vuruşmalarda öz əmisi oğlu Hüseynqulu xana məğlub olduğuna görə məcburiyyət qarşısında qalaraq Qubaya, vaxtı ilə dayısı Fətəli xanın ona bağışladığı Amsar kəndinə köçməli olmuşdur. Abbasqulu ağa 1819-cu ilədək Qubada, Amsar kəndində yaşamış, yarımçıq qalan təhsilini davam etdirmişdir.
Abbasqulu ağa Şadlinski
Abbasqulu bəy Şadlinski (tam adı: Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski; 24 fevral 1886, Vedi – 26 fevral 1930, Vedi) — Azərbaycanda el qəhrəmanı, "Qırmızı tabor"un komandiri. == Həyatı == Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 24 fevral 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olmuşdur. Uşaq ikən atasını itirmişdir.. İki sinifli rus-tatar məktəbini bitirmişdir. Bir müddət mirab işləmişdir. 1902-ci ildə atadanqalma kiçik torpaq sahəsini əkib-becərməklə məşğul olmuşdur. Rusiyada 1905-1907, İranda 1905-1911-ci illər inqilabları ictimai-siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərmişdir. Fevral inqilabından (1907) sonra Şadlinski həyatını xalq işi uğrunda mübarizəyə həsr etmiş, kommunistlərə rəğbət bəsləmişdir. == "Qırmızı tabor" == 1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi – gələcək "Qırmızı tabor"u təşkil etmişdi. O, 1918-1921-ci illərdə daşnaklara qarşı "Qırmızı tabor"un komandiri olmuşdur.
Abbasqulu bəy Vəkilov
Abbasqulu bəy Məmmədhəsən oğlu Vəkilov — polkovnik. == Həyatı == Polkovnik Abbasqulu bəy Vəkilov imperiyanın kavaler ordenləri ilə təltif olunmuşdur. 1867-ci il oktyabrın 10-da zabit rütbəsi alan Abbasqulu bəy uzun müddət Qars şəhərində yerləşən yüz əlli beşinci Quba süvari alayında xidmət edib. Tiflis hərbi gimnaziyasını bitirən Abbasqulu bəy Vəkilov 1884-cü il martın altısında podpolkovnik rütbəsı ilə təltif olunmuşdur. O, qırx ilə yaxın xidmət illərində Hərbi fərqlənmə ordenilə (1861), üçüncü dərəcəli Müqəddəs Stanislav (1873), dördüncü dərəcəli Müqəddəs Vladimir (bant və qılıncla birgə, 1873), ikinci dərəcəli Müqəddəs Stanislav (qılıncla birgə, 1879), ikinci dərəcəli Müqəddəs Anna (1888) və başqa orden, medalla təltif olunmuşdur. Polkovnik Abbasqulu bəy Məmmədhəsən oğlu Vəkilov 1927-ci ildə yetmiş üç yaşında Bakıda vəfat etmişdir.
Abbasqulu Xan İrəvanski
Abbasqulu xan Mehbalı xan oğlu (1830, İrəvan – 1907) İrəvan xanlarının varislərindən olan Abbasqulu xan İrəvanskinin Naxçıvanın müdafiəsində mühüm xidmətlər göstərən Abbasqulu xan İrəvanski bacarıqlı və cəsur hərbçi olub. O, 1905-ci ildə xalqı başına toplayaraq erməni daşnaklarına qarşı vuruşub, müsəlmanların İrəvandan köçürülməsinin qarşısını alıb. Abbasqulu xan maarifçilik işlərində də öz maddi köməyini əsirgəməyib. Həm də İrəvan şəhər dumasının üzvü olub. == Həyatı == Abbasqulu xan Mehbalı xan oğlu, təxminən, 1830-cu ildə İrəvan şəhərində doğulmuşdur. Babası Məmmədqulu xan 1846-cı ildə vəfat edəndə Abbasqulu xanın 16 yaşı vardı. Abbasqulu xan gənc yaşlarından İrəvan quberniyasında nüfuzlu şəxsiyyətlərdən biri olmuşdur. Onun İrəvan şəhərində 1860-cı ildən gördüyü işlər haqqında o dövrün mətbuatı da ətraflı məlumat verir. Abbasqulu xan dövrünün ziyalısı kimi tanınmış, İrəvan Şəhər Dumasına üzv seçilmişdir (1882–1899). O, maarifçilik işlərində də öz maddi köməyini əsirgəməmişdir.
Abbasqulu bəy Şadlinski
Abbasqulu bəy Şadlinski (tam adı: Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski; 24 fevral 1886, Vedi – 26 fevral 1930, Vedi) — Azərbaycanda el qəhrəmanı, "Qırmızı tabor"un komandiri. == Həyatı == Abbasqulu bəy Xanbaba bəy oğlu Şadlinski 24 fevral 1886-cı ildə İrəvan quberniyasının Böyük Vedi kəndində anadan olmuşdur. Uşaq ikən atasını itirmişdir.. İki sinifli rus-tatar məktəbini bitirmişdir. Bir müddət mirab işləmişdir. 1902-ci ildə atadanqalma kiçik torpaq sahəsini əkib-becərməklə məşğul olmuşdur. Rusiyada 1905-1907, İranda 1905-1911-ci illər inqilabları ictimai-siyasi dünyagörüşünün formalaşmasına mühüm təsir göstərmişdir. Fevral inqilabından (1907) sonra Şadlinski həyatını xalq işi uğrunda mübarizəyə həsr etmiş, kommunistlərə rəğbət bəsləmişdir. == "Qırmızı tabor" == 1918-ci ilin əvvəllərində Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımlarının baş alıb getdiyi bir şəraitdə xalq içərisində böyük nüfuzu olan Şadlinski Vedidə erməni-daşnak quldur dəstələrinə qarşı könüllü xalq birləşməsi – gələcək "Qırmızı tabor"u təşkil etmişdi. O, 1918-1921-ci illərdə daşnaklara qarşı "Qırmızı tabor"un komandiri olmuşdur.
Abbasqulu xan Bayat
Abbasqulu xan Həsən xan oğlu Bayat (1735, Nişapur – 1779) — Bayat elindən olan sərkərdə, Nişapur valisi. == Həyatı == Nadir şah Əfşardan sonra onun qazandığı torpaqlarda ağır vəziyyət yarandı. Bu zaman İran dovlətinin taxt-tacına yiyələnən Adil şah dövran sürürdü. Onun sarayının görkəmli səxsiyyətlərindən biri, Xorasanın Bayat tayfalarından olan Abbasqulu xan Bayatdır. Abbasqulu xan Bayat Cəfər xan Bayatdan sonra Nişapur hakimi təyin edilmişdi. 1751-ci ildə Dürranilər sülaləsinin hökmdarı Əhməd xan Abdali ikinci dəfə Xorasana gəldi. Nişapuru mühasirə etdi. Şahrux şah Qırxlı-Avşar tərəfindən Nişapurda hakim olan Abbasqulu xan Bayat 2.000 nəfərlə müdafiəyə başladı. Dalbadal bir neçə döyüşdən sonra əfqanlar 12 min tələfat verdikdən sonra yenə Herata qayıtdılar. 1752-ci ildə Əhməd xan yenidən Nişapura hücum etdi.
Abbasqulu xan Cavanşir
Abbasqulu xan Cavanşir və ya Abbasqulu Mötamaddövlə Cavanşir (d. 1804, Şuşa, Qarabağ xanlığı — ö. 1862, Qacarlar dövləti) — əslən Qarabağ xanlarının nəslindən olan Qacar imperiyasının dövlət xadimi və ilk ədliyyə naziri. O, bu vəzifədə 1859-cu ildən 1862-ci ilə qədər olmuşdur. == Həyatı == O, Şuşada İbrahimxəlil xanın oğlu Əbülfət ağanın ailəsində 1804-cü ildə anadan olmuşdur. O, atasının Qacarlar tərəfinə keçməsindən sonra Abbas Mirzənin adamlarından biri olmuşdur. Onun ilk vəzifəsi Kaşan canişini olmuşdur. O, bu vəzifəyə Məhəmməd şah Qacar tərəfindən 1835-ci ildə təyin edilmişdir. O, bu vəzifədə Məhəmmədəli mirzə Qovanlı-Qacarın oğlu Təhmasib Mirzəni əvəzləmişdir. O, Bəhman Mirzə Bahauddövlə tərəfindən bu vəzifədə əvəzlənsə də, 1837-ci ildə yenidən bu vəzifəyə qayıtmış və 1841-ci ilə qədər bu vəzifəni icra etmişdir.
Babagil
Babagil — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 289 nəfərdir. == Toponimiyası == Kəndin adı 1508-ci ilə aid edilən Babagil türbəsinin adındandır. Qədim adı Asnaqaran/Əsnəkəran (talış. "dəmirçilər") olmuşdur. Babagil türbəsi Səfəvilərin gilanlı müridlərindən birinə mənsub olmuş, sonralar zaviyəyə çevrilmişdir. Türbə sahibinin nəvəsi Babagilli Əmir Şahsevər Kəskəri Səfəvilərin tanınmış sərkərdələrindən olmuş, 1578-ci ildə talış hakimi Bayandır xanın fərmanı ilə Xorasanda baş verən iğtişaşı yatırarkən döyüş zamanı öldürülmüşdür.
Babagil türbəsi
Babagil türbəsi — Azərbaycanın Lerik rayonunda dini-tarixi memarlıq abidəsi. Babagil türbəsi Lənkəran-Lerik yolunun 40-cı kilometrliyində, çayın sağ sahilindədir. Burada onlarca qədim palistik sənətkarlıq nümunələri qeydə alınmışdır. Qədim qəbristanlıqda məqbərə ucalır. Məqbərəni daş qoç fıqurları, günbəz və günəş şəkilli başdaşları dövrəyə alır. Başdaşları dörd cürdür. Bir qismində çevrə içərisində günəşin təsviri verilmişdir. İkinci növ başdaşlarında ox, əmud, xəncər təsvir olunmuşdur. Bu alətlər qəbirlərdə dəfn olunanların iş və əməllərindən xəbər verir. Üçüncü növ daşlarda daraq şəklinin təsviri vardır.
Nikolay Baboğlu
Nikolay İqnat oglu Baboğlu (02.05.1928, indiki Moldova Respublikası, Qaqauz Yeri MV Taraklı rayonunun Kıpçak kən­di - 2008) — qaqauz şairi. Bir çox soydaşları kimi ədəbiyyata şeir yazmaq və folk­lor toplamaqla gəlmişdir. Mövcud duruma görə, o da əsərlərini qəzet, jurnal və dərsliklərdə çap etdirmişdir. “Bucak­tan sesler” toplusunda çap olunan şeirləri əsasən siyasi məz­mun­ludur. Yenidənqurma onun yaradıcılığına da öz təsirini göstər­mişdir. O, şeirlərində təbiət, xalqının əməksevərliyi və torpağa bağlılığı, doğma yurdu Bucağın taleyi, vətən, dostluq haqqında duyğula­rını əks etdirib adət-ənənələrin təsvirinə çalışmışdır. Onun qaqauz türkcəsində iki şeir kitabı “Bucak ecelle­ri”(1979), “Tarafımın piyetleri”, (1988), rusca “Dunay pojaluy v dom” (“Dunay, gir içəri”, 1984), “Qvozdiki rastsveli vnov” (“Qərənfillər yenidən açıldı”, 1986) “Bucaan tarafinda” (kita­bın ikinci adı “Gani”) və bundan başqa “Qaqauz folkloru” (1969), ”Masallar” (1991), qardaşı İ.Baboğlu ilə birlikdə “Qa­qauz türkcəsi sintaksisi IX-X klaslar için” (1988), “Literatura okumaları” (1988), Türkiyədə ”Bir öykümüz var” (1994) və b. kitabları çap olunmuşdur. “Tarafımın piyetleri” adlı poemanın süjeti xalq arasında ge­niş yayılmış bir əfsanədən alınmışdır. Poemanın qəhrəmanı Oğ­lan Tuna boyunda düşmənlə savaşda ölür.