ABASƏT
ABASMİRZƏ
OBASTAN VİKİ
Abasqulu Abaszadə
Abbasqulu Abbaszadə (tam adı: Abbasqulu Ağabala oğlu Abbaszadə; 10 aprel 1906, Təbriz – 18 fevral 1969, Bakı) — Azərbaycan fiziki, fizika-riyaziyyat elmlər doktoru (1953), professor (1953), Rusiya Pedaqoji EA-nın (1957) və SSRİ Pedaqoji EA-nın üzvü (1968). == Həyatı == Abbasqulu Abbaszadə 1906-cı ildə aprel ayının 10-da Cənubi Azərbaycanın Təbriz şəhərində bənna ailəsində anadan olub. 1916-cı ildə ailəsi ilə birlikdə Təbrizdən Bakı şəhərinə gəlib. O, əvvəlcə birinci dərəcəli məktəbi, sonra isə N.Nərimanov adına Sənaye Texnikumunu bitirib. 1926-cı ildə Azərbaycan Dövlət Pedaqoji Universitetini, 1930-cu ildə isə Bakı Dövlət Universitetinin Fizika-riyaziyyat fakültəsini bitirib. Abbasqulu Abbaszadə universiteti bitirdikdən sonra Azərbaycan Respublikası Təhsil İnstitutunun aspiranturasına daxil olub. == Fəaliyyəti == Abbasqulu Abbaszadə tələbə olarkən əmək fəaliyyətinə başlayıb. Müxtəlif orta və orta ixtisas təhsili müəssisələrində müəllim kimi fəaliyyət göstərib. O, 1923–33-cü illərdə fizika-riyaziyyat müəllimi olaraq çalışıb. Abbaszadə müəllimılik fəaliyyəti ilə yanaşı, elmi-tədqiqat işləri də aparıb.
Abasqulu Quliyev
Abasqulu Quliyev (Quliyev Abasqulu Məmməd oğlu; 13 noyabr 1940, Hrazdan – 20 dekabr 2022) — azərbaycanlı kimyaçı, AMEA-nın müxbir üzvü,, əməkdar elm xadimi. == Bioqrafiya == Abasqulu Məmməd oğlu Quliyev 1940-cı ilin noyabrın 13-də Qərbi Azərbaycanın Zəngibasar mahalında anadan olub. Orta təhsilini Uluxanlı məktəbində başa vuran alim 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsində təhsilini davam etdirib. Universiteti bitirdikdən sonra təyinatla Sumqayıt "Səthi-aktiv maddələr" zavoduna işləmək üçün göndərilib. 1962-ci ildə Sumqayıt şəhərində yerləşən qapalı Kimya müəssisəsində əmək fəaliyyətinə başlayıb. 1964-cü ildə SSRİ EA-nın Yüksəkmolekullu Birləşmələr İnstitutunun (Sankt-Peterburq) aspiranturasına daxil olub. 1970-ci ildə namizədlik, 1987-ci ildə isə doktorluq dissertasiyalarını müdafiə edib. О, 1989-cu ildə professor elmi adına layiq görülüb. 1968-ci ildən Polimer Materialları İnstitutunda kiçik elmi işçi, böyük elmi işçi, laboratoriya müdiri vəzifələrində işləyib. 1993-cü ildən elmi işlər üzrə direktor müavini, 2007-ci ildən 2014-cü ilə qədər isə institutun direktoru vəzifələrində çalışıb.