Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Frederik Bazil
Frederik Bazil (fr. Jean Frédéric Bazille; 6 dekabr 1841[…], Monpelye – 28 noyabr 1870[…]) — fransız rəssamı, impressionizmin yaradıcılarından biri. == Əsərləri == La Robe rose, (1864) – 147 x 110 cm, Musée d'Orsay, Paris Atelier de la rue Furstenberg, – 80 x 65 cm, Musée Fabre, Montpellier Aigues-Mortes, – 46 x 55 cm, Musée Fabre, Montpellier Autportrait, (1865) – 109x72 cm, Art Institute of Chicago Réunion de Famille, (1867) – 152 x 230 cm, Musée d'Orsay, Paris Le Pécheur à l'épervier, (1868) – 134 x 83 cm, Fondation Rau pour le tiers-monde, Zürich Vue de village, (1868) – 130 x 89 cm, Musée Fabre, Montpellier Scène d'été, (1869) – 158 x 158 cm, Cambridge, Harvard University La Toilette, (1870) – 132 x 127 cm., Musée Fabre, Montpellier L'Atelier de la rue Condamine, (1870) – 98 x 128.5 cm, Musée d'Orsay, Paris Paysage au bord du Lez, (1870) – 137.8 x 202.5 cm, The Minneapolis Institute of Arts, Minneapolis == Qalereya == == Ədəbiyyat == Pitman, Dianne W. (1998). Bazille: Purity, Pose and Painting in the 1860s. University Park: Penn State University Press. ISBN 978-0-271-01700-6. Rosenblum, Robert (1989). Paintings in the Musée d'Orsay. New York: Stewart, Tabori & Chang. ISBN 1-55670-099-7 == Xarici keçidlər == Frédéric Bazille at the National Gallery of Art Bazille Gallery at MuseumSyndicate Arxivləşdirilib 2010-09-13 at the Wayback Machine Impressionism: a centenary exhibition, an exhibition catalog from The Metropolitan Museum of Art (fully available online as PDF), which contains material on Bazille (p.
Dəstəfur bazilikası
Dəstəfur bazilikası — Daşkəsən rayonunun Dəstəfur kəndində inşa edilən XV əsrə aid məbəd. Sovet hakimiyyəti dövründə bərpa adı altında burada çalışan erməni mütəxəssislər məbədə xeyli zərər vursalar da onu erməniləşdirə bilməmişlər. Məbəddəki xaçlar və digər dini xarakterli əşyalar oğurlansa da, alban kilsəsini qriqorian kilsəsi adı altında təqdim etmək cəhdləri tam uğursuzluqla nəticələnmişdir. Bundan sonra təxribat nəticəsində kilsə partladılmışdır. Tağlardan ikisi dağılsa da, kilsə özü duruş gətirmişdir. Dəstəfur kəndinin lap yaxınlığında inşa edilən məbədə sonralar ermənilər tərəfindən qapının yan divarına yuxarı qülləyə yerləşdirilmiş saxta erməni yazıları, ornamentləri heç nəyi dəyişməmişdir.
Gavurqala bazilikası
Gavurqala kilsəsi — Ağdam rayonunun Sofulu kəndində, Gavurqala şəhər xarabalığında 1958-ci ildə aparılan arxeoloji qazıntılar zamanı aşkar edilmiş qədim alban kilsəsinin qalıqlarıdır. == Tarixi == Bazilika Ağdam rayonunun Sofulu kəndində arxeoloji tədqiqatlar zamanı aşkarlanmışdır. Abidə ərazisində arxeoloji tədqiqatlara rəhbərlik etmiş R. Vahidov bazilikanın VIII-X əsrlərdə inşa edilmiş olması ehtimalını səsləndirmişdir. G. Məmmədova isə qeyd edir ki, “tikilinin memarlıq-kompozisiya xüsusiyyətləri və analoqlarını nəzərə alaraq demək olar ki, bina ərəb işğalından əvvəlki dövrdə, təxminən VI əsrdə inşa edilmişdir.” == Memarlıq xüsusiyyətləri == Bir nefli zal tipli xristian məbədi onun Narınqalasının qərb hissəsində aşkar olunmuşdur. Düzbucaqlı, uzunsov quruluşlu, şərq-qərb istiqamətli bu tikili şərqdə yarımdairəvi apsida ilə tamamlanır. İbadət otağının uzunluğu 11,95 m, eni 5,25 m-dir. Mehrab apsidası məbədin döşəməsindən 0,45-0,60 m yuxarıda yerləşir. Onun eni ibadət otağının eninə bərabərdir. Döşəmədən apsidaya daşdan inşa edilmiş 2 pillə ilə qalxmaq mümkündür. Аrxeoloji qazıntılar nəticəsində bu pillələrdən ancaq birinin qorunub saxlanıldığı müəyyənləşdıirilmişdir.
Həvari Yuhənna bazilikası
Həvari Yuhənna bazilikası — Türkiyədə tarixi Efes şəhərinin xarabalıqları yaxınlığında yerləşən bazilika formalı məbəd qalıqlarıdır. Bazilika VI əsrə Bizans imperatoru I Yustinianın göstərişi ilə inşa edilmişdir. Kilsənin memarlığı Konstantinopoldakı Müqəddəs Həvarilər kilsəsinin memarlığı əsasında işlənmişdi. Bazilikanın xarabalıqları Türkiyənin İzmir ilinin Səlcuq şəhəri yaxınlığındakı Ayasuluk təpəsi üzərində, Efez şəhəri xarabalıqlarından 3.5 km aralıda yerləşir. == Tarixi == Həvari Yuhənna bazilikası haqqında az məluat vardır, binanın təsvir edildiyi yeganə tarixi mənbə Qeysəriyyəli Prokopinin yazdığı “Yustinianın binaları” əsəridir. O, yazır: Kilsənin inşasına 548-ci ildə başlanılmış və inşaat işləri 565-ci ildə tamamlanmışdır. Kilsəyə yepiskop Efesli Hipati rəhbərlik edirdi. Kiçik Asiyada nadir hallarda iri inşaat işləri aparılsa da, dövrünün ən nüfuzlu kilsə nəzəriyyəçisi və yazıçısı olan Hipati Yustiniana təsir edərək Həvari Yuhənnanın məzarı və məzar üzərində inşa edilmiş kilsənin bərpa edilməsi üçün vəsait ayırılmasına nail ola bilmişdi. Prokopinin “Gizli Tarix” əsərində qeyd etdiyi kimi, tamamlandıqdan sonra bina dövrünün ən böyük kilsələrindən biri olmaqla yanaşı həm də mühüm ziyarətgaha çevrilmişdi: Məşhurluğuna baxmayaraq, İlahiyyatçı Yuhənna kilsəsininn inşa edilməsindən sonra, təxminən IX əsrdən etibarən kilsə haqqında mənbələrdə məlumat verilmir. == Memarlıq xüsusiyyətləri == === Materiallar === Bazilikanın inşasında bişmiş kərpic və yaxşı yonulmuş ağ daşdan istifadə olunmuş, günbəzin ağırlığını saxlamaq üçün sütunlar mərmərdən hazırlanmış və ya mərmərlə üzlənmişdi.
Həvari İohann bazilikası
Həvari Yuhənna bazilikası — Türkiyədə tarixi Efes şəhərinin xarabalıqları yaxınlığında yerləşən bazilika formalı məbəd qalıqlarıdır. Bazilika VI əsrə Bizans imperatoru I Yustinianın göstərişi ilə inşa edilmişdir. Kilsənin memarlığı Konstantinopoldakı Müqəddəs Həvarilər kilsəsinin memarlığı əsasında işlənmişdi. Bazilikanın xarabalıqları Türkiyənin İzmir ilinin Səlcuq şəhəri yaxınlığındakı Ayasuluk təpəsi üzərində, Efez şəhəri xarabalıqlarından 3.5 km aralıda yerləşir. == Tarixi == Həvari Yuhənna bazilikası haqqında az məluat vardır, binanın təsvir edildiyi yeganə tarixi mənbə Qeysəriyyəli Prokopinin yazdığı “Yustinianın binaları” əsəridir. O, yazır: Kilsənin inşasına 548-ci ildə başlanılmış və inşaat işləri 565-ci ildə tamamlanmışdır. Kilsəyə yepiskop Efesli Hipati rəhbərlik edirdi. Kiçik Asiyada nadir hallarda iri inşaat işləri aparılsa da, dövrünün ən nüfuzlu kilsə nəzəriyyəçisi və yazıçısı olan Hipati Yustiniana təsir edərək Həvari Yuhənnanın məzarı və məzar üzərində inşa edilmiş kilsənin bərpa edilməsi üçün vəsait ayırılmasına nail ola bilmişdi. Prokopinin “Gizli Tarix” əsərində qeyd etdiyi kimi, tamamlandıqdan sonra bina dövrünün ən böyük kilsələrindən biri olmaqla yanaşı həm də mühüm ziyarətgaha çevrilmişdi: Məşhurluğuna baxmayaraq, İlahiyyatçı Yuhənna kilsəsininn inşa edilməsindən sonra, təxminən IX əsrdən etibarən kilsə haqqında mənbələrdə məlumat verilmir. == Memarlıq xüsusiyyətləri == === Materiallar === Bazilikanın inşasında bişmiş kərpic və yaxşı yonulmuş ağ daşdan istifadə olunmuş, günbəzin ağırlığını saxlamaq üçün sütunlar mərmərdən hazırlanmış və ya mərmərlə üzlənmişdi.
Kasax bazilikası
Kasax Bazilikası – Qərbi Azərbayanın (indiki Ermənistan) Abaran rayonunun mərkəzi olan Baş Abaran (qədim Kasax) şəhərində, İrəvan – Gümrü şose yolunun üstündə yerləşən qədim türk məbədi. Bütün əlamətlərinə (tarixi, arxeoloji, memarlıq) görə Qərbi Azərbaycan ərazisində ən qədim məbədlərdən biri olan Kasax bazilikasının inşa tarixi V yüzilə aid edilsə, bir çox mütəxəssislər tərəfindən politeizm dövrünün yadigarı kimi xarakterizə edilir. Üçnüfli bazilika şəklində olan məbəd 1947 – 1948-ci illərdə Ermənistan Memarlıq Abidələrinin Mühafizəsi Komitəsi tərəfindən bərpa olunmuş və ona bir sıra erməni və xristian elementləri əlavə olunmuşdur. Abidənin yerləşdiyi yerin istər Abaran, istərsə də daha qədim Kasax adı qədim türk etnonimlərindən törəmədir və bu ərazilərin hələ miladdan əvvəlk dövrlərdən türklərin vətəni olması haqqında mənbələrdə çoxlu məlumatlar vardır. Belə ki, mixi yazılı kitabələr, eləcə də antik müəlliflər məhz bu ərazilərin sakini olan sak – skif – massaget tayfalarının tez – tez Urartuya yürüşlər etməsindən bəhs edir. Abaran rayonuna ilk ermənilərin gəlişi 1829 – 1830-cu illərə təsadüf edir. Həin vaxt 56 erməni ailəsi Türkiyədən köçürülərək burda məskunlaşdırılmışdır. == Mənbə == И.Шопен. Исторический памятник состояния армянской области к эпоху ее присоединения к Российской империи, СПб., 1852, стр.587–590; Ə. Ələkbərli. Qədim Türk-Oğuz yurdu — "Ermənistan", В., 1994, səh.20–24.
Köhnə Müqəddəs Pyotr bazilikası
Köhnə Müqəddəs Pyotr bazilikası Vatikandakı Müqəddəs Pyotr bazilikasının yerində IV-XVI əsrlərdə mövcud olmuş bazilikadır.Tarixi Neronun sirki yerində inşa edilmiş bazilikanın tikintisinə imperator I Konstantinin hakimiyyəti dövründə başlanılmışdır. “Köhnə Müqəddəs Pyotr bazilikası” adı XVI əsrdə yeni bazilikanın inşa edilməsindən sonra iki binanı bir-birindən fərqləndirmək üçün istifadə edilmişdir. == Tarixi == Bazilikanın inşasına imperator I Konstantinin əmri ilə 318 – 322-ci illər arasında başlanılmış və inşaat işlərinin tamamlanması 30 il çəkmişdir. Sonrakı on iki əsr ərzində kilsə tədricən mühüm əhəmiyyət qazanaraq, yekun nəticədə Romanın ən mühüm ibadət yerinə çevrilmişdir. Adətən Roma papalarının tacqoyma mərasiminin keçirildiyi Müqəddəs Pyotr kafedralında 800-cü ildə Müqəddəs Roma imperiyasının imperatoru Böyük Karlın tacqoyma mərasimi keçirilmişdir. 846-cı ildə sarasinlər bazilikanı qarət edərək dağıtmışlar. Ehtimal ki, qarətçilər Romanın zəngin xəzinələrindən xəbərdar idilər. Müqəddəs Pyotr bazilikası kimi bəzi müqəddəs və mühüm bazilikalar Avreli divarlarından kənarda yerləşdiləri üçün asan hədəf idilər. Bu bazilikalar “zəngin liturgiya qabları zinətli metallar və qiymətli daş-qaşlarla işlənmiş relikviarilər və illərlə toplanmış müqəddəs əşyalarla dolu idi.” Nəticədə qarətçilər adi bir kilsəni yox, müqəddəs bir ziyarətgahı elan etmiş oldular. Hadisədən sonra Roma papası IV Levin sifarişi ilə Leonin divarı inşa edildi və kilsənin zərər çəkmiş yerləri bəra olundu.
Köhnə Müqəddəs Pyotr bazilikasındakı Roma papalarının məzarlarının siyahısı
Köhnə Müqəddəs Pyotr bazilikasındakı Papa məzarları V-XVII əsrlərdə taxtda olmuş Papalara aid olmuşdur. XVI-XVII əsrlərdə köhnə bazilikanın tədricən sökülməsi zamanı, 846-cı ildə sarasinlərin Roma talanı zamanı dağıdılmış məzarlar istisna olmaqla həmin abidələrin əksəriyyəti dağıdılmışdır. Papaların qalıqları isə köhnə bazilikanın yerində inşa edilmiş yeni bazilikaya, o cümlədən Romanın digər kilsələrinə köçürülmüşdür. == Tarix == Qədim Roma katakombalarının daşınması, XIV əsrdə Lateran bazilikasında baş vermiş iki yanğınvə Müqəddəs Pyotr bazilikasında həyata keçirilən yenidənqurma işləri papaların məzarlarının təxminən yarısının məhv olmasına səbəb olmuşdur. Buna görə də, yeni Müqəddəs Pyotr bazilikasının əsas memarı olan Donato Bramante “Mastro Ruinante” adlandırılmışdır. Baxmayaraq ki, ilkin bazilikanın inşasına I Konstantinin hakimiyyəti dövründə başlanmış və IV əsrdə inşaat işləri tamamlanmışdır, I Lev (440-461) Konstantin bazilikasında dəfn edilmiş ilk Papa olmuşdur. Əsrlər ərzində bazilikanın atriumu, kapellaları və nefləri Papaların məzarları ilə doldurulmuş, müxtəlif illərdə parılan inşaat işləri ilə əlaqədar isə məzarların yerləri tez-tez dəyişdirilmişdir. İlkin qəbirlərdən dövrümüzə çatmış yeganə qalıqlar bir neçə sarkofaq və heykəltəraşlıq elementləridir. Ehtimal edilir ki, Konstantin bazilikasının sökülməsinin təşəbbüskarı olmuş Papa II Yuli, Mikelancelo tərəfindən özü üçün hazırlanmış “nəhəng” abidə üçün yer yaratmaq istəyirdi. Orijinal məzarların yerləşməsi və görünüşü haqqında çox az məlumat vardır: ən dəyərli məlumatlardan biri kilsə kanoniki və tarixçi Cakomo Qrimaldinin (atası Genuya senatoru Cirolamo Qrimaldi-Kavalleroni) sökülmə ərəfəsində olan məzarları çəkdiyi təsvirlərdir; Qrimaldinin təsvirlərində əksəri üç hissəli olan erkən məzarların formaları və mürəkkəbliyi görünür.
Minkənd bazilikası
Minkənd məbədi — Məbəd Laçın rayonunun Minkənd kəndinin mərkəzində yerləşir. Abidənin girişindəki lövhədə tarix olaraq 1675 göstərilib. Məbəd sovmə tipli alban məbədləri sırasına daxildir. Məbəd binası yerli bazalt daşlardan və əhəng-gəc qatışığından inşa edilib. 2009-cu ildə "Tufenkian Foundation"un maliyyə dəstəyi ilə "Müqəddəs Minas kilsəsi" adı altında "bərpa edilmişdir". 2020-ci il 1 dekabrdan etibarən Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir.
Müqqədəs Denis Bazilikası
Sen-Deni bazilikası (fr. La basilique Saint-Denis) — Fransada yerləşən Qotik memarlıq üslubunun nümunəsi olan bazilika. 1862-ci ildən etibarən Fransada tarixi abidə kimi qorunur. Orta dövr Fransa krallarının böyük bir qismi burada dəfn edilmişdir. Kilsəyə müqqədəs Denisin nəşi gətirildikdən sonra onun adına adlandırılmışdır. Hal-hazırda kilsədə müzey fəaliyyət göstərir.
Müqəddəs Georgi bazilikası
Müqəddəs Georgi və ya Yirji bazilikası (çex. Bazilika svatého Jiří) — Praqa şəhərinin tanınmış Praqa qəsri qala kompleksinin və ümumilikdə Çexiyanınən ən qədim kilsələrindən biri və Müqəddəs Georginin Bohemiya ərazisində birinci monastırının əsasını qoymuş Prjimısloviç sülaləsinin dəfn olunma yeri hesab olunur. 920-ci ildə knyaz I Vratislav qəsr ərazisində yeni kilsənin - roman üslublu Georgi bazilikasının əsasını qoyur. Daha sonralar bazilikada onun təsisçisi Vratislav və Prjemısloviç sülaləsinin digər üzvləri dəfn edilmişdi. O dövrdən kilsə ilk xristian knyazlarının vəftiz olunma yerinə çevrilir. Bazilikanın da daxil olduğu qədim monastır 973-cü ildə Vratislav və onun bacısı Mlada tərəfindən (o daha sonralar buranın rahibəsi seçilmişdi) Benedikt ordeni üçün təsis edilibmişdi. O vaxtdan bəri, monastırda hakim sülalədən olan gənc qızlar təhsil alır və onların bir çoxu abbatisa tituluna layiq görülürlər. X əsrdə inşa edilmiş bazilikadan günümüzə kimi o qədər də çox şey qalmayıb. Yalnız cənub qüllənin aşağısında yerləşən hörgünün bir hissəsi qorunub saxlanılmışdı. 1142-ci ildə baş vermiş yanğından sonra bazilika daha da əhəmiyyətli dəyişiklikliyə məruz qalmışdı.
Müqəddəs Mark bazilikası
Müqəddəs Mark kafedralı (it. Basilica di San Marco — San Marko bazilikası) — Qərbi Avropada bizans memarlığının nadir nümunəsi və Venesiya şəhərinin dini mərkəzlərindən biri. 1807-ci ilədək bu kafedral kilsə şəhərin ali rəhbərləri olmuş dojların kapellası kimi fəaliyyət göstərib. 1808-ci ildə I Napoleonun xahişi ilə Venesiya patriarxının iqamətgahı San Pyetro di Kastello kilsəsindən buraya köçürülür və bina nəhayət "kafedral" statusunu əldə etmiş olur. Bina Müqəddəs Mark meydanında, Dojlar sarayının yaxınlığında yerləşir. Bizans üslubunda hazırlanan çoxsaylı mozaikalarla bəzədilmiş bu kafedral, səlib yürüşləri zamanı Konstantinopol şəhərindən qənimət kimi Venesiyaya gətirilmiş Həvari Markın nəşinin və çoxlu qiymətli incəsənət əşyalarının saxlandığı yerdir. 1987-ci ildə Müqəddəs Mark kafedralı Venesiyanın bir çox digər abidələri ilə birlikdə UNESCO-nun Ümumdünya irs obyektləri siyahısında daxil edilmişdir. Özünün nəfis qızılı mozaik işləmələrinə görə və eləcə də zəngin Venesiya hakimlərinin simvolu kimi, bu bina XI əsrdən başlayaraq Qızıl kilsə (it. Chiesa d'Oro) adı ilə məşhur idi. Bazilika 31 yanvar 829-cu ildə İsgəndəriyyə şəhərindən Venesiyaya gətirilmiş müqəddəs həvari Markın qalıqlarının yerləşdirilməsi üçün inşa edilmişdir.
Müqəddəs Məryəmin dirilməsi bazilikası (Strahov)
Müqəddəs Məryəmin dirilməsi bazilikası (çex. Bazilika Nanebevzetí Panny Marie) — Çexiyanın paytaxtı Praqa şəhərinin Strahov rayonunda yerləşən roma-katolik kilsəsi. Barokko üslubunda inşa olunmuş kilsə Premonstrant Strahov monastırının tərkibinə daxildir. 6 noyabr 1991-ci ildə o kiçik bazilika tituluna layiq görülmüşdü. Müqəddəs Məryəmin dirilməsi bazilikası Premonstrant Strahov monastırının tərkib hissəsi olaraq, 1140–1143-cü illər arasında Çexiya knyazı II Vladislavın təsisi və Olomouç yepiskopu Yindrjix Zdikin təşəbbüsü ilə əsası qoyulmuşdu. Kilsə bir neçə dəfə yenidən qurulmuşdu. XVII əsrin əvvəllərində kilsə tamamilə baxımsız vəziyyətə düşmüşdü. Monastırda yalnız müqəddəs Ursula kilsəsi normal vəziyyətdə idi və buna görə də, kiçik premonstrant icması öz ibadətlərini burada yerinə yetirirdi. Hazırkı barokko görünüşünü kilsə abbat Kaspar fon Kvestenberq (1612–1640) tərəfindən həyata keçirilmiş yenidənqurmadan sonra əldə etmişdir. Elə həmin dövrdə, 1627-ci ildə monastıra Maqdeburqdan Premonstrant ordeninin qurucusu Ksantentli müqəddəs Norbertin qalıqları köçürülmüşdür.
Müqəddəs Pyotr bazilikası
Vatikanda Müqəddəs Pyotr Papa bazilikası (it. Basilica Papale di San Pietro in Vaticano, lat. Basilica Sancti Petri) — Roma daxilində Papalıq anklavı olan Vatikan şəhƏsasən Donato Bramante, Mikelancelo Buonarotti, Karlo Maderno və Covanni Lorenso Bernini tərəfindən dizayn edilmiş kilsə, İntibah memarlığının ən məşhur nümunələrindən və dünyanın ən böyük kilsələrindən biridir. Katolik kilsəsinin ana kilsəsi və ya Roma yeparxiyasının kafedralı olmamasına baxmayaraq, Müqəddəs Pyotr bazilikası katolisizmin ən müqəddəs ziyarətgahlarından biri hesab edilir. O, "xristian dünyasında unikal mövqeyə malik" və "xristian dünyasının ən möhtəşəm kilsələrindən biri" kimi təsvir edilir. Katolik ənənəsinə görə kilsədə İsanın on iki həvarilərindən biri olan və ilk Roma Papası hesab edilən Müqəddəs Pyotr dəfn edilmişdir. Buna görə də, Erkən xristianlıq dövründən etibarən əksər Roma Papaları burada dəfn olunub, Roma imperatoru Böyük Konstantinin hakimiyyəti dövründən isə ərazidə kilsə olub. IV əsrdə inşa edilmiş Köhnə Müqəddəs Pyotr bazilikasını əvəz etmiş hazırkı bazilikanın inşasına 18 aprel 1506-cı ildə başlanılmış və inşaat işləri 18 noyabr 1626-cı ildə tamamlanmışdır. Müqəddəs Pyotr bazilikası məşhur ziyarətgah və mərasim yeridir. Roma Papası il ərzində bazilika və ya onun qarşısındakı Müqəddəs Pyotr meydanında bir neçə liturgik mərasim keçirir ki, bu da 15.000–80.000 arası insan cəlb edir.
Müqəddəs Pyotr bazilikasının günbəzi
Müqəddəs Pyotr bazilikasının günbəzi (it. La cupola di San Pietro) — Roma daxilində Papalıq anklavı olan Vatikan şəhərində yerləşən İtalyan İntibahı dövrünə aid Müqəddəs Pyotr bazilikasının mərkəzi kəsişmə hissəsini örtən günbəzdir. Günbəz, insan əli ilə inşa edilmiş ən böyük daş hörmə tavanlardan biridir; o, 42 metr diametrə, kilsənin təməlindən günbəz fənərinin zirvəsinə kimi 130 metrdən çox hündürlüyə malikdir. Günbəzin intibah memarlığından barokko memarlığına keçid dövrünü əks etdirən formaları, 1564-cü ildə vəfat edənə kimi bazilikanın inşasında iştirak etmiş Mikelancelo Buonarrotinin dizaynı əsasında inşa edilmişdir. Roma şəhərinin simvollarından biri olan günbəz xalq dilində sadədə “Dome” adlandırılır. Günbəzdən Vatikana, eləcə də Romanın bütün qədim ərazilərinə 360° mənzərə açılır. XVI əsrin əvvəllərində Roma Papası II Yuli Vatikandakı Köhnə Müqəddəs Pyotr bazilikasında yenidənqurma işlərinin aparılmasına qərar verir və layihə memar Donato Bramanteyə həvalə edilir. Bramante özündən sonra hansısa tamamlanmış layihə qoymasa da, belə bir fikir vardır ki, onun orijinal ideyasına əsasən yunan xaçı formalı (ilk xristian şəhidlərinin xatirəsinə) binanın mərkəzi hissəsində dam yarımsferik günbəzlə tamamlanmalı idi. İtalyan zərgər Kristoforo Foppa tərəfindən 18 aprel 1506-cı ildə kilsənin təməlqoyması şərəfinə zərb edilmiş sikkə üzərindəki təsvir və ideal ahəng axtarışının memar tərəfindən əsas altarın qeyd edilməməsinə gətirdiyi, İntibah ideallarının hətta kilsənin içərilərinə də yol tapmasını təsdiq edən məşhur “perqament planı” da bu fikri təsdiq edir. İşlər 1513-cü ildə pontifikin ölümünə kimi mərkəzi hissənin inşasında davam etdirilmişdir.
Müqəddəs Pyotr bazilikasının orqanı
Müqəddəs Pyotr bazilikasının əsas orqanı 1953-1962-ci illər arasında Roma şəhərində və mühəndis Valkerin orqan nümunələri əsasında Tamburini adlı məşhur italyan şirkəti tərəfindən hazırlanmışdır. Xor sütunlarının arxasında yerləşən orqan iki hissəyə ayrılıb və 80 registrdən ibarətdir. Musiqi nöqteyi-nəzərindən orqan binanın ümumi həcminə uyğun gəlmirdi və bu səbəbdən də o, “Dünyanın ən möhtəşəm xor orqanı” tituluna layiq görülmüşdür. XIX və XX əsrin başlanğıcında bir çox ustaların təklif buyurduqları daha sadə, lakin öz proporsiyaları ilə xor hissəsinə ahəngdarlıq bəxş etmə qabiliyyətinə sahib olacaq orqan layihələrindən heç birisi reallaşdırılmamışdır. Yuxarıda adı qeyd olunmuş korpusun qarşısındakı xor kapellalarında iki ədəd iki manuallı orqan quraşdırılmışdır. 1887-ci ildə hazırlanmış Morettini orqanı 18 registrə, Tamburini şirkətinə məxsus orqan isə 21 registrə malikdir. Almaniyalı siyasətçi və SPD partiyasının üzvü Helmut Şmidt tərəfindən Roma Papasına 1981-ci ildə hədiyyə edilmiş Valker orqanı özündə cəmi 11 registri birləşdirir. 1989-cu ildən etibarən, MPB-nın baş orqanisti vəzifəsini Ceyms Edvard Göttçe icra edir. Bazilikanın inşası zamanı, günbəzin aşağısındakı hər dörd emporanın divarlarında kilsə musiqisinin ifa edilməsi üçün orqanların yaradılması planlaşdırılırdı. Qalereyalardan səslənən multixoral musiqisi o dövrün ifaçılıq təcrübəsinə uyğun gəlir; günümüzdə buna bənzər ansamblı Zalsburq kafedralında görmək mümkündür.
Müqəddəs Pyotr və Pavel bazilikası
Müqəddəs Pyotr və Pavel bazilikası (Müqəddəs Pyotr və Pavelin kapitul kilsəsi) (çex. Bazilika svatého Petra a Pavla; Kapitulní chrám sv. Petra a Pavla) — Praqanın Vışehrad rayonunda yerləşən neoqotik üslublu kapitul katolik kilsəsidir. Kilsə Vışehradda yerləşən müqəddəs Pyotr və Pavelin kral kollegial kapituluna mənsub prixod hesab olunur. 25 mart 2003-cü ildən kiçik bazilika titulunu daşıyır. Vışehradda kilsənin yaranmasının əsas səbəbi, XI əsrin ikinci yarısında knyaz II Vratislav və onun qardaşı Praqa yepiskopu Yaromir arasında hakimiyyət uğrunda gedən mübarizə ilə sıx bağlıdır. Vratislav, yeni hakimiyyət mərkəzi yaratmaq məqsədilə Vışehradı öz yaşayış yeri kimi seçir və orada Praqa Yeparxiyasından müstəqil şəkildə fəaliyyət göstərəcək yeni kilsə təşkilatı qurmaq qərarına gəlir. Bunun nəticəsində 1070-ci ildə, Praqa yepiskopluğundan müstəqil şəkildə fəaliyyət göstərən və bilavasitə Roma Papasının tabeliyində olan Vışehrad kapitulu təsis edilmişdir (Kapitul 1763-cü ilə qədər müstəqil qalmışdır). Qısa müddət sonra həmin ərazidə tikintisi yəqin ki 1080-ci ilə qədər davam edən Müqəddəs Pyotr və Pavelin şərəfinə kilsə qurulmuşdur. Salnamələrə inansaq, knyaz Vratislav təməl üçün daşla doldurulmuş 12 zənbili tikinti sahəsinə çatdırır və ümumilikdə məbədin tikintisində şəxsən iştirak edirdi.
Müqəddəs Stefan bazilikası
Müqəddəs Stefan bazilikası (mac. Szent István-bazilika)— Macarıstanın Budapeşt şəhərində yerləşən katolik bazilika. O ilk macar kralı I Stefanın şərəfinə Müqəddəs Stefan bazilikası adlandırılmışdır. İlk əvvəl Macarıstanın 6-cı ən böyük kilsəsi sayılan Müqəddəs Stefan bazilikası 1920-ci ildən sonra Papanın əmri ilə bazilika statusu almışdır. Günümüzdə isə Macarıstanın 3-cü ən böyük kilsə binasıdır. Bazilikanın inşasına 1851-ci ildə başlanmış, proses 50 ildən çox çəkmişdir. Buna səbəb kilsənin qübbəsinin çökməsi olmuşdur. 1867-ci ildə macar memar Cosef Hildin ölümü ilə yarımçıq qalan tikinti daha sonra digər bir macar memar Mikloş İbl davam etdirmişdir. 1906-cı ildə isə imperator Frans İosifin iştirakı ilə açılışı edilmişdir. Cosef Hildin hazırladığı orginal layihəyə əsasən neo klassik üslubda tikilən bazilika sonrada İblin yeni dizaynı ilə neo renesans üslubda davam etdirilmişdir.
Müqəddəs Yelisey bazilikası
Müqəddəs Yelisey kompleksi və ya Qala piri — Oğuz rayonunda yerləşən alban məbədi. Alban tayfalarından biri olan udinlər bu gün də Oğuz şəhərinin şərq hissəsində yerləşən qədim alban məbədindən dini sitayişlərini icra edirlər. Tuf daşlarından və əhəng məhlulundan inşa edilən və dördbucaq formasında olan bu məbəd binasının uzunluğu 7,45 metr, eni 5,55 metrdir. Məbəd daxilində ibadət üçün nəzərdə tutulmuş sahə 3,5 metr X 4,35 metr ölçüsündədir. Eni 1,1 metr, hündürlüyü 1,55 metr olan üstü yarımdairəvi tağlı qapı məbədin qərb hissəsində yerləşir. Xristian kilsəsinin müqəddəslərindən biri olan Yeliseyin şərəfinə inşa edilən bu məbədi udinlər Qerqets monastrı adlandırmışlar. (Qerqets udincə "Müqəddəs yer" deməkdir). 1828–1830-cu illərdə çar Rusiyası tərəfindən İrandan və Osmanlı imperiyasından Azərbaycan ərazisinə köşürülən ermənilərin bir hissəsi də Oğuz rayonu ərazisində yerləşdirilmişdir. Tarixi mənbələrə görə ermənilər məhz çar hökumətinin köməyi ilə 1836-cı ildə Alban katolikosluğunun ləğv edilməsinə nail olur. "Erməniləşdirmə" siyasəti Oğuz udinlərinin dini həyatından da yan keçmir.
Pipan bazilikası
Pipan bazilikası – Zaqatala rayonunun Pinalı kəndindən 3 km aralıda, yüksək dağlıq ərazidəki meşə içərisində yerləşən üçkilsəli bazilika formalı tarixi kilsə xarabalığı. Pipan kəndindəki iki kilsədən daha gənc olanıdır. Bazilika VII–VIII əsrlərə aid edilən və Pinalı kəndi yaxınlığında meşə ərazisində yerləşən qədim kilsənin memarlıq formalarının təkrar edilməsi ilə inşa olunmuşdur. Kilsənin dam örtüyü və dekor elementləri demək olar ki, dağılmış, dövrümüzə isə yalnız divarlarının bir hissəsi çatmışdır. Ölçü baxımından bazilika Pipandakı digər bazilikadan xeyli iridir, kilsənin mərkəzində isə kifayət qədər böyük ölçülərə malik birnefli zal yerləşir. Abidə Zaqatalanın Pinalı kəndi ərazisində yerləşən iki bazilikadan daha cavan olanıdır. Qədim Pipan bazilikası ölçü baxımından daha kiçik olmaqla erkən xristianlıq dövrü və VII–VIII əsrlərə aid edilir, daha sonrakı dövrdə tikildiyi ehtimal olunan bu bazilika isə IX–X əsrlərə aid olunur. Hər iki abidə elmi ədəbiyyatda üçkilsəli bazilika kimi tanınan memarlıq quruluşuna malikdir. Bazilika VII–VIII əsrlərə aid edilən və Pinalı kəndi yaxınlığında meşə ərazisində yerləşən qədim kilsənin memarlıq formalarının təkrar edilməsi ilə inşa olunmuşdur. Kilsənin dam örtüyü və dekor elementləri demək olar ki, dağılmış, dövrümüzə isə yalnız divarlarının bir hissəsi çatmışdır.
Qum bazilikası
Qum bazilikası — Qax rayonunun Qum kəndi ərazisində yerləşən IV–V əsrlərə aid üçnefli, günbəzli alban məbədi. Qədim Bizans memarlığındakı bazilika (latın dilində basilevs-hökmdar bazilika isə hökmdarın evi mənasını verir) tipində inşa olunduğu üçün elmi ədəbiyyatda Qum bazilikası adlandırılır. Abidə ilk dəfə əsaslı şəkildə XX əsrin 40-cı illərində bərpaçı-memar Pyotr Baranovski tərəfindən tədqiq olunmuş və bərpa işləri aparılmışdır. Moisey Kalankatuklunun "Albaniya tarixi" əsərində adını qeyd etdiyi Qomenk yaşayış məskənində inşa edilmiş məbədlə eyniləşdirilir. Fələstinli xristian missioneri Yeliseyin atəşpərəstlər tərəfindən öldürüldüyü yerdə Alban çarı III Mömün Vaçaqanın göstərişi ilə inşa olunduğu ehtimal edilir. Abidə də ilkin elmi tədqiqat işləri Qafqaz ekspedisiyası zamanı A.S.Xaxanov tərəfindən aparılmışdır. Daha sonra Qum bazilikası P.D.Baranovski tərəfindən tədqiq edilmiş və öyrənilmişdir. P. Baranovski abidəni VI əsrə aid etmişdir. Sonradan Q.N.Çubinaşvili və D.A.Axundov da Qum bazilikasında tədqiqat işləri aparmışlar. Məbədin qalıqları Qum kəndinin mərkəzində yerləşir.
Qədim Pipan bazilikası
Qədim Pipan bazilikası – Zaqatala rayonunun Pinalı kəndi yaxınlığında, meşə ərazisində yerləşən VII–VIII əsrlərə aid üçkilsəli bazilika formalı kilsədir. Pinalı kəndindəki (köhnə adı Pipan) iki bazilikadan daha qədim olanıdı. Kilsə binası birnefli mərkəzi zal və onu üç tərəfdən əhatə edən qalereyalardan ibarətdir. Zalın şərq hissəsində döşəmədən bir qədər yuxarı qaldırılmış altar apsidası yerləşir. Apsidanın hər iki yanında dərin niş vardır. İki plyastra söykənən divar tağları zalın yarımqalxanvari tağtavanını saxlayır. Məbəd çaydaşları və əhəng məhlulundan inşa edilmiş, üzəri isə kirəmit lövhələrlə örtülmüşdür. Abidənin həcm-fəza kompozisiyası hündür (6.5 metr) mərkəzi hissə, bir qədər alçaq qərb qalereyası və yarımyeraltı yan otaqların birləşdirilməsi nəticəsində yaradılmışdır. Arxeoloqlar məbədin əsas kilsə zalının təməlini Qafqaz Albaniyasında erkən xristianlıq dövrünə (III–IV əsrlər), qalereya və digər hissələri isə VII–VIII əsrlərə aid edirlər. Kilsə binası birnefli mərkəzi zal və onu üç tərəfdən əhatə edən qalereyalardan ibarətdir.
San Martin de Mondonedo bazilikası
San Martin de Mondonedo bazilikası (qalis. Basílica de San Martiño de Mondoñedo) — İspaniyanın Qalisiya bölgəsində, Fos şəhərinin yaxınlığında yerləşən qədim bazilika. Kilsə kimi istifadə olunmuşdur. İspaniyanın ən qədim kilsəsi hesab olunur. IX əsrdə iki yepiskop burada xidmət göstərmişdir. Bazilikanın tarixi IX əsrə qədər uzanır. Amma saysız sənədlər onun tarixini dəqiqləşdirməkdə çətinlik törədir. X əsrdə mövcud olması dəqiqdir. Bəzi nəzəriyyələrə görə bazilika bir neçə yepiskopun evi olmuşdur. İndiki bazilika XI əsrə aiddir və Roman memarlığı üslubundadır.
San Martino de Mondonedo bazilikası
San Martin de Mondonedo bazilikası (qalis. Basílica de San Martiño de Mondoñedo) — İspaniyanın Qalisiya bölgəsində, Fos şəhərinin yaxınlığında yerləşən qədim bazilika. Kilsə kimi istifadə olunmuşdur. İspaniyanın ən qədim kilsəsi hesab olunur. IX əsrdə iki yepiskop burada xidmət göstərmişdir. Bazilikanın tarixi IX əsrə qədər uzanır. Amma saysız sənədlər onun tarixini dəqiqləşdirməkdə çətinlik törədir. X əsrdə mövcud olması dəqiqdir. Bəzi nəzəriyyələrə görə bazilika bir neçə yepiskopun evi olmuşdur. İndiki bazilika XI əsrə aiddir və Roman memarlığı üslubundadır.
Sant’Apollinare Nuovo bazilikası
Yeni Müqəddəs Apollinare Bazilikası (Sant'Apollinare Nuovo), Teoderik tərəfindən 500-cü illərdə inşa edilmiş, uzunluğu 35 metr və eni 21 metr olan son dövr antik bazilikadır. Binanı maraqlı edən xüsusiyyətlərdən biri də Konstantinopoldan gətirilən Prokonnesos mərmərindən hazırlanmış sütunlar və binadakı misilsiz mozaikalardır. Apsesdəki pəncərələrdəki bir yazı kilsəni VI əsrin birinci rübünə aid edir. İndiki bina əsasən Teoderik tərəfindən tikilmiş binanın planını izləyir, lakin yerinin səviyyəsi XVI əsrdə ilkin səviyyəsindən təxminən 1,5 metr yüksəkliyə qaldırılmışdır. 539-cu ildə İmperator I Yustinian tərəfindən komandan təyin edilmiş Belisariusun rəhbərliyi altındakı Bizans ordusunun Ravenna şəhərini fəth etməsindən sonra ariyaçılıq təzyiqə məruz qaldı. Buna görə, yarandığı dövrdə İsa Məsihə həsr olunmuş bir aryani kafedralı kimi xidmət edən kilsə, Bizans fəthindən sonra anti-aryanist Toroslu Müqəddəs Martiniyə ithaf edilmişdir. Nəhayət, 856-cı ildə Müqəddəs Apollinarenin yadigarlarının Sant'Apollinare Classedən buraya köçürülməsi ilə, bu dəfə kilsə Ravennalı Müqəddəs Apollinareyə ithaf edilmiş və hələ də kilsə bu adla adlandırılır. Sadə bir bazilikada olan Müqəddəs Apollinare Nuovo narteks, sağında va solunda iki yan nefi olan bir əsas nef və tək apsisə malikdir. Binada dəyişdirilmiş məmulat olaraq istifadə edilən Korinf sütun başlıqları görülə bilər. Əsasən Theoderic'in saray kilsəsi olaraq fəaliyyət göstərən bina, dini ayinlərə ev sahibliyi etdiyi kimi digər siyasi məqsədlər üçün də xidmət edilmişdir.
Babil
Babil (Akkad dilindəki "Tanrının qapısı" mənasını verən "bab-İllu" sözlərindən) — E.ə. II minilliyin əvvələrində Mesopotamiyada mövcud olmuş şəhər, Babilistanın paytaxtı. Qədim dünyanın ən böyük şəhərlərindən biri. Babil şəhər dövləti e.ə. XIX əsrdə Babilistan dövlətinə çevrildi. Babilin qalıqları Dəclə və Fərat çaylarının qovuşması yaxınlığında, indiki Bağdad şəhərindən 85 km cənubdakı Əl-Hillə şəhərinin yerində tapılmışdır. == Tarixi == Babil çarlığı Mesopotamiyada yerləşən, öz hakimiyyətə altında böyük əraziləri birləşdirən güclü bir dövlət olmuşdur. Onun tarixi üç dövrə bölünür: Qədim (e.ə. XIX–XVI); Orta (e.ə. XVI–XII); Yeni (e.ə.
Bavil
Aşağı Bavil (Üskü)
Bazel
Bazel (alm. Basel‎ [ˈbaːzəl], fr. Bâle, it. Basilea) — İsveçrənin şimal-qərbində şəhər, almandilli Bazel-Ştadt kantonunun paytaxtı. Şəhərin əhalisi təqribən 170 min nəfərdir (2015). Bazel ölkənin üçüncü ən böyük şəhəridir. Şəhər Reyn çayı sahilində, Yur və Şvarsvald şəhərləri arasında, Almaniya və Fransa ilə sərhəddə yerləşir. Kimya və əczaçılıq sənayesi mərkəzidir. Novartis və Hoffman-La Roche, eləcə də beynəlxalq bank təşkilatlarının mərkəzi UBS Bankın qərargahlarından biridir. İsveçrənin ən qədim universiteti burada yerləşir.
Bazis
Bazis — gələcəyin əsası ; Bazis — mülkiyyətin ilkin qiyməti ; Bazis — ilkin həlqədə atomların mövqeyi ; Bazis — ABŞ-nin Arizona ştatında ibtidai məktəblərin adı ; Riyaziyyatda: Bazis — xətti fəzada vektorlar çoxluğu. Bu zaman hər bir vektor xətti kombinasiyalarda yeganə ola bilir. İqtisadiyyatda: Bazis və üstqurum — marksizmdə siyasi-iqtisadi sistemin elementləri.
Fazil
Fazil — Kişi adı. Fazil İrəvani — Fazil Mustafa — Fazil Mehdiyev — Fazil Məmmədov (dəqiqləşdirmə) Fazil Məmmədov Fazil Məmmədov (neftçi alim) Fazil İbrahimov — Fazil Cabbarov — Fazil Şirvani Digər Fazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun inzibati ərazi vahidində kənd.
Fazil Abbasov
Fazil Eyvaz oğlu Abbasov (8 dekabr 1950, Horovlu, Cəbrayıl rayonu) – Azərbaycan kardiocərrahı, tibb elmlər doktoru (1990). == Həyatı == Fazil Abbasov 1950-ci il dekabr ayının 8-də Azərbaycanın Cəbrayıl rayonunun Horovlu kəndində anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Dövlət Tibb İnstitunu bitirmişdir. == Fəaliyyəti == F. Abbasov 1973–86-cı illərdə M. A. Topçubaşov adına Klinik və Eksperimental Cərrahlıq İnstitunda kiçik elmi işçi, baş elmi işçi, kəskin ürək çatışmazlığı laboratoriyasının müdiri işləmiş, 1986–91-ci illərdə Elmi Tədqiqat Rentgenologiya, Radiologiya və Onkologiya İn-tunda anesteziologiya-reanimatologiya şöbəsinin, 1991–94-cü illərdə torakal onkologiya şöbəsinin rəhbəri olmuşdur. 1994-cü ildən M. A. Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin ürək cərrahlığı şöbəsinin müdiridir (1999-cu ilədək eyni zamanda in-t direktorunun elmi işlər üzrə müavini olmuşdur). == Tədqiqatları == Tədqiqatları əsasən anesteziologiya-reanimatologiyanın, ürəkda mar və torakal cərrahiyyənin aktual problemlərinə həsr edilmişdir. 150-dən artıq elmi əsərin müəllifidir. == Həmçinin bax == Abuzər Qazıyev Məhərrəm Mustafayev (alim) == Xarici keçidlər == Fazil Eyvaz Abbasov, M. D. saglamTV. Fazil Abbasov. T.e.d. Ürək cərrahı.
Fazil Abdulcəlilov
Fazil Apasoviç Abdulcəlilov (noq. Фазыл Апас улы Абдулжаьлилов, rus. Фазиль Апасович Абдулжалилов; 1 mart 1913, Kanqlı[d] – 1974) — noqay sovet yazıçısı. O, 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvüdür. Abdulcəlilov "Güclülər ailəsi" (1950), "Asantaj" (1956), "Sərt dönüş" (1961) povestlərinin müəllifidir. "Güclü axın" (1959) romanı kollektivləşməyə həsr olunmuşdur. "Kuban çağlayır" (1955) şeir toplusu var.
Fazil Ağayev
Fazil Balamirzə oğlu Ağayev (12 oktyabr 1944, Lerik rayonu) — Tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Həyat Fəaliyyətinin Təhlükəsizliyi və Ekologiya Elmləri Beynəlxalq Akademiyasının müxbir üzvü. == Həyatı == Ağayev Fazil Balamirzə oğlu 12 oktyabr, 1944-cü ildə Lerik rayonunun Gürdəsər kəndində anadan olmuş, orta təhsilini kənd məktəbində gümüş medalla başa vurmuşdur. 1964-cü ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuşdur. İnstitutu bitirəndən sonra 1970–1972-ci illərdə tibb xidməti leytenantı kimi həqiqi hərbi xidmətdə olmuş, Ermənistanın Leninakan şəhərində yerləşən 18500 hərbi hissəsində həkim-mütəxəssis vəzifəsində qulluq etmişdir. Ordudan tərxis olunandan sonra Sumqayıt şəhərində sahə həkim terapevti və təcili yardım xəstəxanasının terapiya şöbəsinin müdiri vəzifələrində çalışmışdır. 1974-cü ildə Azərbaycan Respublika Səhiyyə Nazirliyinin M. Əfəndizadə adına əmək gigiyenası və peşə xəstəliləri elmi tədqiqat institutunun aspiranturasına daxil olmuş və 1977-ci ildə SSRİ Tibb Elmləri Akademiyasının əmək gigiyenası və peşə xəstəlikləri institutunda "Benzonitril peşə zəhəri kimi – gigiyenik normallaşdırma, yaş həssaslığı və metobolizm məsələləri" mövzusunda dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi alimlik dərəcəsi almışdır. 1978-ci ilə qədər həmin institutda baş elmi işçi, sonralar isə 1979-cu ilə qədər Sumqayıt şəhərində 1 saylı xəstəxanada baş həkimin müalicə işləri üzrə müavini kimi fəaliyyət göstərmişdir. 1979-cu idən indiyə qədər Ə. Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun sosial gigiyena və səhiyyənin təşkili kafedrasına rəhbərlik edir (indiki ictimai sağlamlıq, səhiyyənin təşkili və gigiyena kafedrası). Bu müddətdə elmi fəaliyyətinin əsas istiqaməti ana və uşaqların mühafizəsi problemi olmuşdur. 1988-ci ildə "Perinatalogiyanın sosial-gigiyenik problemləri" mövzusunda doktorluq dissertasiyasını SSRİ Səhiyyə Nazirliyinin Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda müdafiə etmiş və müvafiq elmi dərəcə almışdır.
Fazil Cabbarov
== Siyahı ==
Fazil Dərbəndi
Fazil Dərbəndi (1785–1870)— islam alimi, teoloq == Həyatı == Fazil Dərbəndi təqribən 1785-ci ildə Dərbənd şəhərində anadan olmuşdur. Mənbələrdə bu böyük şəxsiyyət Dərbəndi, Şirvani, Tehrani və Hairi nəsəbləri ilə xatırlanır. Qədim Azərbaycan şəhəri Dərbəndin yetirməsi olan Fazil Dərbəndi 19-cu əsrin ən məşhur ruhani alimlərindən və qələm sahiblərindən sayılırdı. Fazil Dərbəndinin əsl adı Axund Molla ağa ibn Abid ibn Ramazan Əli ibn Zahiddir. Yüksək elmi dərəcəsinə görə ona "Fazil Dərbəndi" (yəni Dərbəndli fəzilət sahibi) ləqəbi verilmişdi. Tarixdə bir neçə məşhur ruhani alimə ehtiram məqsədilə "Fazil" ləqəbi ilə müraciət edilmişdir. Məsələn, Fazil İrəvani, Fazil Miqdad, Fazil Bəstami, Fazil Şərabiyani və b. Onun "Şirvani" adlandırılmasının səbəbi isə Dərbəndin vaxtilə Şirvan vilayətinə aid edilməsi ilə bağlıdır. Fazil Dərbəndi uzun müddət Tehranda və Kərbəlada (Kərbəla şəhərinin başqa adı Hairdir) yaşayıb-yaratdığı üçün, ona "Tehrani" və "Hairi" nəsəbləri də verilmişdir. Fazil Dərbəndi məşhur müctəhidlər Şeyx Məhəmmədhəsən İsfahani Nəcəfi və Şeyx Mürtəza Ənsari ilə müasir olmuş, Kərbəlada Şərifu'l-uləma Mazandaranidən dərs almışdır.
Fazil Həsənov
Fazil Kassam
Fazil Kassam (5 avqust 1985) — Kanadanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Fazil Kassam Kanadanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 17-ci pillənin sahibi olub.
Fazil Lənkərani
Ayətullah Məhəmməd Fazil Lənkərani (Həzrət Ayətullah əl-Uzma Hacı Şeyx Məhəmməd Fazil Lənkərani; 1931, Qum – 16 iyun 2007, London) — İslam alimi, İran İslam Respublikasının din xadimi, müctəhid, böyük ayətullah. == Həyatı == Əslən Azərbaycanlı olan Həzrət Ayətullah əl-Üzma Haci Şeyx Muhəmməd Fazil Lənkərani 1931-ci (hicri-şəmsi 1310) ildə İranın Qum şəhərində dindar bir ailədə dünyaya göz açmışdır. Böyük din alimi, Ayətullah olmuşdur. Atası Qum elmi hövzəsinin böyük alim və ustadlarından olmuş mərhum Ayətullah Fazil Lənkərani 1920-ci ildə Azərbaycan Sovet hakimiyyəti tərəfindən zəbt edildikdən sonra Lənkəran mahalının (indiki Masallı rayonunun ərazisində yerləşən) Ərkivan kəndindən İrana hicrət edir. Anası isə tanınmış və hörmətli seyyidə bir qadın olmuşdur. Alim özü və valideynləri haqqında buyurur: "Mən bu ailəmizin dördüncü oğluyam və yalnız mən ruhani oldum. Hələ orta məktəbdə müəllim bizə “gələcəkdə nə olacaqsınız?” adlı inşa mövzusu verəndə mən yazdım ki, “ruhani olmaq istəyirəm”. Özü də bu sözləri elə bir dövrdə yazırdım ki, o zamanlar ruhanilər bəzilərinin nəzərində ağılsız və yolunu azmış kimi qiymətləndirilirdi". == Təhsil == Muhəmməd ibtidai təhsil aldıqdan sonra 13 yaşında Qum Elmiyyə Hövzəsinə daxil olub İslam dininin incəliklərini öyrənməyə başlayır. İstedadlı və bacarıqlı olduğu üçün müqəddimat və səth dərslərini 6 ildə oxuyub başa çatdırır.
Fazil Mehdiyev
Fazil Umud oğlu Mehdiyev (20 avqust 1966, Ələkçi, Laçın rayonu – 24 sentyabr 1991, Abdalgülablı[d], Ağdam rayonu) — Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi. == Həyatı == Fazil Mehdiyev 20 avqust 1966-cı ildə Laçın rayonunun Ələkçi kəndində anadan olmuşdur. O, körpə olarkən ailəsi Ağdamın Abdal Gülablı kəndinə köçmüşdür. 1983-cü ildə məktəbi burada bitirmişdir. 1984–1986-cı illərdə hərbi xidmətdə olmuşdur. == Döyüşlərdə iştirakı == Qarabağda baş verən hadisələr Fazil Mehdiyevi narahat edirdi. O, 1990-cı ildə Ağdam rayon Daxili İşlər Şöbəsində yaradılmış polis batalyonuna yazılır. Tezliklə onun səsi ən qaynar döyüş meydanlarından eşidildi. 1991-ci ildə Qaradağlı kəndində ağır yaralanan Fazil azacıq sağalan kimi cəbhəyə qayıdır. Fazil 1991-ci ilin avqust ayında erməni işğalçılarına məxsus "Niva" markalı avtomobili ələ keçirib polis idarəsinə təhvil vermişdi.
Fazil Mustafa
Fazil Mustafa (həmçinin əvvəllər Fazil Qəzənfəroğlu kimi tanınmışdır; 15 oktyabr 1965, Naxçıvan) — III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin deputatı. == Həyatı == 19 oktyabr 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 5-ci sinfə qədər 7 saylı orta məktəbdə, sonra 10 saylı orta məktəbdə oxuyub. 1982-ci ildə Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirib. 1982–1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləyib. 1984–1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində Ukraynada sıravi əsgər kimi həqiqi hərbi xidmət keçib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1991-ci ildə həmin fakültədən hüquqşünas ixtisası ilə məzun olub. 1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995–1998-ci illərdə AXCP sədrinin Türkiyə təmsilçisi olub.
Fazil Mustafayev
Fazil Mustafa (həmçinin əvvəllər Fazil Qəzənfəroğlu kimi tanınmışdır; 15 oktyabr 1965, Naxçıvan) — III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin deputatı. == Həyatı == 19 oktyabr 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 5-ci sinfə qədər 7 saylı orta məktəbdə, sonra 10 saylı orta məktəbdə oxuyub. 1982-ci ildə Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirib. 1982–1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləyib. 1984–1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində Ukraynada sıravi əsgər kimi həqiqi hərbi xidmət keçib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1991-ci ildə həmin fakültədən hüquqşünas ixtisası ilə məzun olub. 1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995–1998-ci illərdə AXCP sədrinin Türkiyə təmsilçisi olub.
Fazil Mürşüdov
Fazil Mürşüdov — Azərbaycanlı futbol hakimi. == Fəaliyyəti == Futbol üzrə Azərbaycan çempionatının yüksək liqa qarşılaşmalarında 124 dəfə baş hakim olmuşdur.
Fazil Məmmədli
Fazil Məmmədov
Fazil Əsəd oğlu Məmmədov(28 mart 1964, Şamaxı – 4 noyabr 2022, İstanbul) — Azərbaycan Respublikasının ilk vergilər naziri (2000–2017), 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri (2015), Azərbaycan Otüstü Hokkey Federasiyasının prezidenti (2001–2015), Azərbaycan Güləş Federasiyasının prezidenti (2007–2018), Azərbaycan Velosiped İdmanı Federasiyasının prezidenti (2011–2021). == Həyatı == Məmmədov Fazil Əsəd oğlu 28 mart 1964-cü ildə Şamaxı rayonunda məmur ailəsində anadan olmuşdur. 1980-ci ildə Şamaxı rayonu Cəmo Cəbrayılbəyli adına 5 nömrəli orta məktəbi nümunəvi davranış və əla qiymətlərlə bitirmişdir. 1980-ci ildə Dadaş Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Maliyyə və kredit ixtisasına daxil olmuş, 1985-ci ildə məzun olmuşdur. 1985–1987-ci illərdə Ukraynada hərbi xidmətdə olmuşdur. Hərbi xidmət keçdiyi dövrdə "Hərbi xidmətdə fərqlənməyə görə" döş nişanı ilə təltif olunmuşdur. Çernobıl faciəsi veteranıdır. 1986-cı ildə Kiyev yaxınlığındakı Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş dəhşətli qəzanın nəticələrinin aradan qaldırılmasında könüllü olaraq iştirak etmişdir. Burada vacib dövlət tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi yüksək şücaət və fədakarlığa görə Ukrayna Çernobıl Birliyi tərəfindən "Çernobıl Xaçı: Cəsarətli, Şərəfli, Humanist" ordeni ilə təltif olunmuşdur. 2022-ci il noyabr ayının 4-də Türkiyənin İstanbul şəhərində müalicə aldığı xəstəxanada böyrək çatışmazlığından vəfat etmişdir.
Fazil Nəcəfov
Fazil İmamverdi oğlu Nəcəfov (16 fevral 1935, Bakı – 11 iyul 2023, Bakı) — heykəltaraş-rəssam, Azərbaycan Respublikasının xalq rəssamı (2002), Azərbaycan heykəltaraşlığında avanqard üslubunun banilərindən biri. == Həyatı == Nəcəfov Fazil İmamverdi oğlu 1935-ci ildə Bakıda dünyaya göz açıb. 1955-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirib. Burada Fuad Əbdürrəhmanov və Səlim Quliyev kimi sənətkarlardan heykəltaraşlığın sirlərini öyrənib. Fazil Nəcəfov 1961-ci ildə V. İ. Surikov adına Moskva Ali Rəssamlıq İnstitutundan məzun olub. 1960-cı illərdən sərgilərdə iştirak edən rəssamın "İzahat" adlı heykəl kompozisiyası, daha sonra isə "Neftçi" əsəri ictimaiyyətin diqqətini cəlb edib. Heykəltəraşın emalatxanasında "Qara ay", "Korlar", "Mələk", "Həyatın mərtəbələri", "Zamanın sədası", "Söhbət", "İstirahət edən qoca", "Minillik insan", "İbadət", "Əkizlər", "Fontan" kimi nümunələr var. 2014-cü ildə Nəcəfov Bakının mərkəzində quraşdırılmış görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin abidəsini yaratmışdır. Hazırda Bakıda Müasir İncəsənət Muzeyinin toplusunun əhəmiyyətli hissəsi Fazil Nəcəfovun əsərlərindən ibarətdir. 2019-cu ilin yanvarında Fazil Nəcəfovun yaradıcılığına həsr olunmuş "Göyə baxan daşlar" sənədli filminin təqdimatı keçirilmişdir.
Fazil Osmanov
Osmanov Fazil Lətif oğlu (10 may 1936, Ağsu rayonu – 7 iyul 2016) — Azərbaycanın tanınmış arxeoloq-tarixçisi, tarix elmləri namizədi. == Həyatı == Fazil Osmanov 1936-cı il mayın 10-da Ağsu rayonunun Sanqalan kəndində anadan olmuşdur. 1949-1953-cu illərdə Sabir adına Şamaxı Pedaqoji Texnikumunda orta ixtisas təhsili almış, 1954-1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsində oxumuşdur. 1968-ci ilin may ayında "Qafqaz Albaniyasının maddi mədəniyyəti (e.ə. III – b. e. III əsrləri)" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək tarix elmləri namizədi alimlik dərəcəsi almışdır. 1959-cu ildən Azərbaycan SSR Elmlər Akademiyası Tarix İnstitutunda baş laborant, kiçik elmi işçi, baş elmi ısçi, 1996-cı ildən isə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda aparıcı elmi isçi vəzifəsində çalışır. Fazil Osmanov 1959-1960-cı illərdən başlayaraq bir sıra arxeoloji və etnoqrafik ekspedisiyalarda – Qəbələ, Xaçbulaq, Şamaxı, Naxçıvan, Qazax, Bakı, Kəlbəcər, Cəbrayıl və s. iştirak etmiş, Ağsu-İsmayıllı, Ağcabədi arxeoloji ekspedisiyalarına rəhbərlik etmişdir.
Fazil Quliyev
Fazil Balahəsən oğlu Quliyev (1957, Bakı) — Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini, Baş Təşkilati-İnspeksiya İdarəsinin rəisi, polis general-leytenantı. == Həyatı == Quliyev Fazil Balahəsən oğlu 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1979-cu ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu, 1993-cü ildə isə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirmişdir. Silahlı Qüvvələrin sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1983-cü ildən daxili işlər orqanlarında xidmət edir. 1991–1999-cu illərdə Bakı şəhəri Daxili İşlər İdarəsinin Qərargahında bölmə rəisi, Qərargah rəisinin müavini, Bakı Şəhər Baş Polis İdarəsinin İqtisadi sahədə cinayətkarlıqla mübarizə İdarəsinin bölmə rəisi, Daxili İşlər Nazirliyinin İşlər İdarəsinin rəis müavini, 1999-cu ildə DİN Təşkilati-İnspektor İdarəsinin rəisi, 2001–2013-cü illərdə isə DİN Baş Təşkilati-İnspektor İdarəsinin rəisi vəzifələrində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin 20 may 2013-cü il tarixli 2906 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Daxili İşlər nazirinin müavini — Baş Təşkilat-İnspeksiya İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Əməliyyat-xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2002-ci il tarixli 725 nömrəli Fərmanı ilə "Azərbaycan Bayrağı" ordeni, 2013-cü il 1 iyul tarixli Sərəncamı ilə "Vətən uğrunda" medalı, 2015-ci il 1 iyul tarixli 1311 nömrəli Sərəncamı ilə 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2004-cü il tarixli 293 nömrəli Sərəncamı ilə polis general-mayoru, 1 iyul 2014-cü il tarixli 597 nömrəli Sərəncamı ilə polis general-leytenantı ali xüsusi rütbəsi verilmişdir.
Fazil Qurbanov
Fazil Səməd oğlu Qurbanov (18 fevral 1944, Bakı – 23 dekabr 2020, Moskva) — tibb elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü (2014), AMEA-nın həqiqi üzvü (2017). == Həyatı == Fazil Səməd oğlu Qurbanov 1944-cü il fevralın 18-də Bakıda anadan olmuşdur. 1973-cü ildə Azərbaycan Döv­lət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirmişdir. 1974-cü ildə Res­publika Klinik Uroloji Xəstəxanasında cərrahiyyə ixtisası üzrə internatura keç­mişdir. 1975-ci ildən Azərbaycan SSR EA Fiziologiya İnstitutunda SSRİ Tibb Elmləri Akademiyasının (TEA) həqiqi üzvü Mustafa Topçubaşovun rəhbərlik etdiyi cərrahiyyə qrupunda elmi işçi kimi fəaliyyətə başlamışdır. 1980-ci ildə SSRİ Ümumittifaq Elmi Cərrahiyyə Mərkəzinin nəzdində cər­rahiyyə ixtisası üzrə məqsədli aspi­ranturaya daxil olmuşdur. 1983-cü ildə akademik B.V.Petrovskinin rəhbərliyi ilə “Cərrahi müalicədən sonra təkrarlanan kardiospazm zamanı pnevmatik kardi­odilatasiya” mövzusunda dissertasiya­nı uğurla müdafiə edərək, tibb elmləri namizədi elmi dərəcəsini almışdır. 1984-cü ildə Ümumru­siya Elmi-Tədqiqat Mərkəzinə cərrahiy­yə üzrə doktoranturaya göndərilmişdir. 1987-ci ildə SSRİ TEA-nın cərrahiyyə fakültəsində “Qida borusunun bəd və xoşxassəli strikturaları zamanı birmo­mentli ezofaqoplastika” mövzusunda doktorluq dissertasiyasını müdafiə et­mişdir. 1989-cu ildə Azərbaycanda yeni yaradılmış Elmi-Tədqiqat Qastroenterologiya İnsti­tutuna şöbə müdiri vəzifəsinə dəvət edilmiş və eyni zamanda, Azərbaycan Tibb Universitetinin II cərrahi xəstəlik­lər kafedrasında professor vəzifəsində fəaliyyət göstərmişdir.
Fazil Qəzənfəroğlu
Fazil Mustafa (həmçinin əvvəllər Fazil Qəzənfəroğlu kimi tanınmışdır; 15 oktyabr 1965, Naxçıvan) — III, IV, V və VI çağırış Azərbaycan Milli Məclisinin deputatı. == Həyatı == 19 oktyabr 1965-ci ildə Naxçıvan şəhərində anadan olub. 5-ci sinfə qədər 7 saylı orta məktəbdə, sonra 10 saylı orta məktəbdə oxuyub. 1982-ci ildə Naxçıvan şəhər 10 saylı orta məktəbi bitirib. 1982–1984-cü illərdə 5 saylı Naxçıvan tikinti trestində fəhlə işləyib. 1984–1986-cı illərdə keçmiş SSRİ Silahlı Qüvvələrində Ukraynada sıravi əsgər kimi həqiqi hərbi xidmət keçib. 1986-cı ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olub və 1991-ci ildə həmin fakültədən hüquqşünas ixtisası ilə məzun olub. 1991–1992-ci illərdə Azərbaycan Xalq Cəbhəsi sədrinin müşaviri, 1992-ci ildə AXC Analitik Mərkəzinin rəhbəri vəzifələrini daşıyıb. 1992–1993-cü illərdə Azərbaycan Respublikası Prezident Aparatı Dövlət-Hüquq şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995–1998-ci illərdə AXCP sədrinin Türkiyə təmsilçisi olub.
Bavıl
Bavıl — İranın Şərqi Azərbaycan ostanının Səhənd qəsəbəsinin cənubunda yerləşən kənd. Meşə və bağları ilə məşhur olan Bavıl Üskü dərəsində, Təbriz-Kəndvan yolunun kənarında yerləşir va Üskü qəsəbəsinə tabedir. Bağlarında cəviz, ərik, badam, gilas, alça, gilənar kimi ağaclar yetişir. Kənd olmasına baxmayaraq, əhalisi daha çox ticarət və idari işlər ilə məşğuldurlar. Kəndin adı haqda fərqli yorumlar müvcuddur. Bəzi yorumlara görə kəndin adı Bavillə və ya Bağvillə idi.
Bayıl
Bayıl — Bakıda yaşayış məntəqəsi. "Bayıl" sözü Azərbaycan dilinin bəzi dialektlərində "arxac", "heyvan saxlanan yer" mənasında işlənməkdədir. == Təhsil == == İdman == Məntəqə ərazisində Bayıl stadionu fəaliyyət göstərir.
Fazıl
Fazıl (əvvəlki adı: Fazil) — Azərbaycan Respublikasının Şəki rayonunun İbrahimkənd kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Şəki rayonunun Aşağı Küngüt kənd inzibati-ərazi vahidi tərkibindəki Fazil kəndi Fazıl kəndi adlandırılmışdır. == Toponimikası == Oykonim 1917-ci ildə Fazilli, 1933-cü ildə isə Fazılkənd variantında qeydə alınmışdır. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsinin əsasını Fazil adlı şəxs qoyduğuna görə kənd onun adını daşıyır. == Tarixi == === Tarixi abidələri === Şəkinin Fazıl kəndində "Əbədi sükut dünyası" labirinti yerləşir və ətrafındakı həyətyanı sahələrindən vaxtaşırı olaraq müəyyən tapıntılar üzə çıxır. Arxeloqların sözlərinə görə, məişət avadanlıqları o dövrdə insanlarda sağa meyilliyin yüksək olmasını göstərir. Belə ki, aşkarlanan qablarda olan qulp hissələr yalnız sağ əllə götürmək üçündür. Təpəbaşı abidəsinin yerləşdiyi ərazinin əhalinin inanc yeri olduğunu labirintdə tapılan ana və ata bütləri sübut edir. == Coğrafiyası və iqlimi == Kənd Əyriçayın sahilində, Alazan-Əyriçay çökəkliyində yerləşir. == Əhalisi == Kəndin əhalisi 403 nəfər təşkil edir ki, onun da 194 nəfəri kişi, 209 nəfəri isə qadındır.
BADIL
Fələstinlilərin Yaşayış və Qaçqınların Hüquqları üzrə BADIL Resurs Mərkəzi — fələstinli qaçqınların və məcburi köçkünlərin hüquqlarını qorumaq, onları təşviq etmək öhdəliyi daşıyan müstəqil, insan hüquqları üzrə qeyri-kommersiya təşkilatı. BADIL 1998-ci ilin yanvarında təsis edilmişdir. İsrailəmeylliü "NGO Monitor" qrupunun məlumatına görə, BADIL İsrail hərbi rəsmilərinə qarşı "qanun"la məşğuldur və həmçinin antisemit karikaturalar dərc etmişdir. BADIL BMT-nin İSŞ yanında xüsusi məsləhətçi statusuna malikdir və eyni zamanda çoxlu sayda Fələstin təşkilatı şəbəkələrinin bir hissəsidir. BADIL fələstinli qaçqınların problemləri ilə bağlı ingilis dilində rüblük nəşr olunan "Al-Majdal" jurnalını dərc edir.