RAZİQƏ
RAZİLƏ
OBASTAN VİKİ
Razil Vəliyev
Razil Vəliyev (azərb. Razil İsmayıl oğlu Vəliyev‎; d. 4 yanvar 1947, Tatarıstan,Nijnekamsk) – Xalq şairi Tatarıstan Respublikası Dövlət Şurası Rəyasət Heyətinin üzvü, Dövlət Şurasının Təhsil, mədəniyyət, elm və milli məsələlər üzrə Komitə başqanı, Tatarıstan Respublikası Milli Kitabxanası Qəyyumlar Şurasının başçısı, "Yeni əsr Teleradio Şirkəti" Açıq Səhmdar Cəmiyyətinin Direktorlar Şurasında və "TatMedia" ASC-nin Direktorlar Şurasında Tatarıstan Respublikası Dövlət Şurasının nümayəndəsi, "Tatarıstan Respublikası Tarix və Mədəniyyət abidələrinin yenidən qurulması üzrə Respublika Fondu" Qəyyumlar Şurasının üzvü, Tatarıstan Respublikası Prezidenti yanında Soydaşlarla iş üzrə Əlaqələndirmə Şurasının üzvü, Tatarıstan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü. == Həyatı == 4 yanvar 1947-ci ildə Tatarıstanın Nijnekamsk (keçmiş Şeremetyev) rayonunun Taşlık kəndində doğulmuşdur. 1965–1967-ci illərdə Kazan Federal Universitetinin Jurnalistika fakültəsində oxumuşdur. == Fəaliyyəti == 1967 (may-iyul) "Kazan odları" jurnalının ədəbi əməkdaşı olmuşdur. 1967–1972-ci illərdə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur. 1976-cı ildən indiyə kimi "Yalkın" jurnalı Redaksiya heyətinin üzvüdür. 1981-ci ildən indiyə kimi Tatarıstan Yazıçılar Birliyi İdarə heyətinin üzvüdür. 1981–1986-cı illərdə SSRİ Yazıçılar İttifaqı İdarə heyətinin üzvü olmuşdur.