1. İstehza, rişxənd, masqara, ələ salma.
□ Loğaz qoşmaq (oxumaq) – 1) rişxənd etmək, istehzalı sözlər demək, lağa (araya) qoymaq.
[Nəcəfalı:] Keçmə bu aran tayfasının loğaz qoşmağından. ;
2) ağzına gələni danışmaq, boş-boş danışmaq.
Loğaza qoymaq – ələ salmaq, lağa qoymaq.
Loğaza qoyulmaq – ələ salınmaq, masqaraya qoyulmaq.
Moldayı, salmadı el dil boğaza; Eybi yox, gərçi qoyulduq loğaza.
2. Uydurma, yalan; laf.
[Zaman:] İndi odur qudurublar, hərəsinin ağzından bir loğaz çıxır!