Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
SEAT
SEAT, İspan avtomobil istehsalçısı. 1919-da qurulan firma 1931-ci ilə qədər Fiat-Hispania adı altında satılmışdır. Şüarı "Avto Emocion"-dur.
Kodansha Box
Kodansha Box (講談社BOX) – Yaponiyanın əsas nəşriyyatlarından biri olan Kodansha-nın nəşriyyat xətti. Hər bir buraxılan kitab gümüş üzlüklə nəşr olunur. Katsuşi Ota tərəfindən təkbaşına redaktə olunan kitablar barədə müəllif deyir: "Yeniyetmə psixologiyasının mövzularına əsaslanan əsərlər kolleksiyası. Ümid edirəm ki, bu, bir gün Yaponiya populyar mədəniyyətinin indeksinin bir növünə çevriləcək". Kodansha Box nəşrə 2006-cı ilin noyabrında "Hər şey qutulaşdırılıb" şüarı ilə başlamışdır. Nisio İsin Ryuusui Seyryoin Kinoko Nasu Otaro Mayco Ryukishi07 2008-ci ilin fevralında Kodansha Box "Pandora" adlı ədəbi jurnal nəşr etməyə başlamışdır. Jurnalın şüarına görə sən heç vaxt növbəti buraxılışda nələrin olacağını bilməyəcəksən.
Home Box Office
Home Box Office (abr. HBO; tələffüzü: eyç-bi-ou) — ABŞ kabel və peyk teleşəbəkəsi. Teleşəbəkənin sahibi «AT&T» şirkətinin bir mülkü olan «WarnerMedia» şirkətinin bir mülkü olan «Home Box Office, Inc.» şirkətidir. Teleşəbəkədə yayımlanan verilişlər əsasən bədii kinofilmlər, orijinal teleseriallar, eləcə də sənədli filmlər, komediya şouları və konsertlərdən ibarətdir. «HBO» ABŞ-dəki ən köhnə və uzun müddət fəaliyət göstərən kabel xidmətidir. Teleşəbəkə 8 noyabr 1972-ci ildə təsis edilmişdir. 2015-ci ildə «HBO» teleşəbəkəsinin qazancı 1.880.000.000 ABŞ dolları idi. Növbəti il 2016-cı ildə bu miqdar 1.930.000.000 ABŞ dolları olmuşdur. Həmin il «HBO» teleşəbəkəsinin dünyada 130.000.000 abunəçisi var idi. Teleşəbəkə «HBO Comedy», «HBO Latino», «HBO Signature» və «HBO Family» daxil olmaqla yeddi 24 saatlıq multipleks kanalı nümayiş etdirir.
Internet-in-a-Box
Internet-in-a-Box — yaxınlıqdakı istifadəçilərin əlaqə saxlaya biləcəyi, simsiz giriş nöqtəsindən ibarət ucuz qiymətli bir rəqamsal kitabxanadır. Avadanlıq və proqram təminatı sahəsində həyata keçirilməsinə 2012-ci ildən başlanılıb. İndiyə qədər daha da təkmilləşdirilmişdir. 2017-ci ildən etibarən onun avadanlıqları əvəzedici yaddaş kartı olan Raspberry Pi-dən ibarətdir. 2016-cı ildə Kolumbiya Universitetinin İnkişaf Tətbiqi İctimai İdarəsinin mütəxəssisləri Dominikan Respublikasında bu qutulardan istifadə edərək üç ay araşdırma aparmışdırlar. Bu rəqəmsal kitabxana bir neçə moduldan ibarətdir. Modullara nümunə olaraq, Vikipediyanı müəyyən bir dil versiyası, Vikipediyanın Tibbi Ensiklopediyası, Xan Akademiyasını və OpenStreetMap daxildir . Konsepsiya, uşaqların məktəb server layihəsi üzrə bir noutbukdan hazırlanmağa başlamışdır.
The Empty Box and Zeroth Maria
The Empty Box and Zeroth Maria, Yaponiyada tanınan adı ilə Utsuro no Hako to Zero no Maria (空ろの箱と零のマリア, azərb. Boş qutu və sıfırıncı Mariya‎) və ya qısaca Hakomari (箱マリ) — Tetsuonun rəssamlığı ilə Eyci Mikaqe tərəfindən yazılmış ranobe seriyası. 10 yanvar 2009-cu ildən 10 iyun 2015-ci ilə kimi ASCII Media Works nəşriyyatı tərəfindən 7 cildi buraxılmışdır. Polşada Waneko, Şimali Amerikada Yen Press nəşriyyatı tərəfindən lisenziyalaşdırılmışdır. Kazuki Hoşino adi lisey tələbəsidir. Normal gündəlik həyat tərzi keçirir, dostları ilə əylənir. Lakin məktəb ilinin başa çatmasına bir gün qalmış – 2 martda onun sinfinə Aya Otonaşi adlı gözəl qızın gələcəyi məlum olur. Otonaşi sinfə daxil olar-olmaz üzünü Kazukiyə çevirərək bu sözləri deyir: "Mən səni məğlub etməyə gəlmişəm. Bu mənim 13.118-ci məktəb transferimdir və mənim belə bu qədər təkrardan sonra narahat olmamam əldə deyil. Buna görə də dəyişiklik olsun deyə bu dəfə müharibə elan edirəm".
The Empty Box and the Zeroth Maria
The Empty Box and Zeroth Maria, Yaponiyada tanınan adı ilə Utsuro no Hako to Zero no Maria (空ろの箱と零のマリア, azərb. Boş qutu və sıfırıncı Mariya‎) və ya qısaca Hakomari (箱マリ) — Tetsuonun rəssamlığı ilə Eyci Mikaqe tərəfindən yazılmış ranobe seriyası. 10 yanvar 2009-cu ildən 10 iyun 2015-ci ilə kimi ASCII Media Works nəşriyyatı tərəfindən 7 cildi buraxılmışdır. Polşada Waneko, Şimali Amerikada Yen Press nəşriyyatı tərəfindən lisenziyalaşdırılmışdır. Kazuki Hoşino adi lisey tələbəsidir. Normal gündəlik həyat tərzi keçirir, dostları ilə əylənir. Lakin məktəb ilinin başa çatmasına bir gün qalmış – 2 martda onun sinfinə Aya Otonaşi adlı gözəl qızın gələcəyi məlum olur. Otonaşi sinfə daxil olar-olmaz üzünü Kazukiyə çevirərək bu sözləri deyir: "Mən səni məğlub etməyə gəlmişəm. Bu mənim 13.118-ci məktəb transferimdir və mənim belə bu qədər təkrardan sonra narahat olmamam əldə deyil. Buna görə də dəyişiklik olsun deyə bu dəfə müharibə elan edirəm".
HEAT
Yüksək partlayıcılı tank əleyhinə mərmi (ing. high-explosive anti-tank) (HEAT) və ya Kumulyativ mərmi - kumulyativ effektdən istifadə olunan əsas artelleriya təyinatlı mərmi növüdür. Zirehli (tank, pzm və sairə), eləcə də dəmir-beton hədəfləri vurmaq üçün nəzərdə tutulur. Kumulyativ mərmi korpusdan, partlayıcı doldurucudan, kumulyativ çuxurcuqdan, partladıcıdan və trasserdən ibarətdir. Yüksək çıxış sürətini Neuman effekti ilə istifadə edərək möhkəm və qalın zirehi daha təsirli bir şəkildə vurur. Səs sürətindən 25 dəfə daha sürətli hərəkət edərək, zirehə yüksək təsir göstərir. Mərminin xarici hissəsi metal astarla örtülmüşdür. İkinci Dünya Müharibəsi dövründə misdən istifadə edilmişdir. Mərmi tank zirehinə çatmazdan 2 metr əvvəl əsasən bölünür və dağılır. HEAT mərmisinin effekttivliyi əsasən döyüş başlığının diametri ilə mütənasibdir.
SEATO
Cənub-Şərqi Asiya Müqaviləsi Təşkilatı, qısa adı SEATO, ABŞ-nin rəhbərliyi altında beynəlxalq kollektiv müdafiə üçün yaradılan SEATO Cənub-Şərqi Asiya ölkələri və burada maraqları olan 8 ölkənin iştirakı ilə yaradılmışdır. Məqsəd Cənub-Şərqi Asiyanı kommunizmə qarşı, xüsusən də Çinə qarşı güclü etmək olmuşdur. Təşkilat 1954-cü ilin sentyabr ayında yaradılmışdır. Təşkilata Filippinin paytaxtı olan Manila şəhərində yaradıldığı üçün Manila Təşkilatı da deyilirdi.
SWAT
Amerika əyalətlərində təşkilatlanan seçmə bir polis taktika vahididir. Nizamlı bir təhsil ilə yüksək riskli əməliyyatları reallaşdırmaq üçün öyrədilmişdir. Vəzifələri girov qurtarmaq və yüksək riskli həbs, arama və terrorla mübarizə əməliyyatlarıdır. Bir SWAT qrupu, ümumiyyətlə, yüngül pulemyotlar, hücum tüfəngləri daxil olmaq üzrə, xüsusi silah, ov tüfəngi, qarışıqlıq idarə agentləri, baş gicəlləndirici əl bombaları və iti nişançı tüfəngləri ilə təchiz edilmişdirlər. Ayrıca gecə fikiri üçün xüsusi təchizata və xüsusi can yeleklerine malikdir. İlk SWAT timi, 1968-ci ildə Los Anceles Polis Müəssisəsində quruldu. SWAT vahidləri qurulduğu tarixdən etibarən müvəffəqiyyətli performansları ilə Amerikanın diqqət çəkən vahidlərindəndir.
Saat
Saat — bir sutkadan az olan müddətdə verilmiş vaxt anını və ya vaxt parçasını ölçmək üçün istifadə edilən cihazdır. Saatların əsas tətbiq sahəsi gün ərzində zaman intervalında oriyentasiya yaratmaqdır. Saatların köməyi ilə işləri planlaşdırmaq, müxtəlif hadisələrin uzunluğunu ölçmək, vaxt fərqini təyin etmək mümkündür. İlk dəfə qədim misirlilər və çinlilər, yunanlar günəşin hər gün müntəzəm bir hərəkətlə doğub, müəyyən vaxtlarda göy üzünün eyni nöqtələrində olub batdığını müşahidə etdilər və bunun bir günü zaman hissələrinə bölməkdə istifadə edilə biləcəyini kəşf etdilər. Beləliklə, günəşin bu hərəkətindən yararlanaraq ilk günəş saatını düzəltdilər. Bu saat, meydanlıq bir yerə yüksək bir daş qoymaq və günəşin hərəkəti əsnasında bu daşın kölgəsini izləməkdən ibarət idi. Misir, vəziyyəti etibarilə şimal yarımkürədə ancaq ekvatora yaxın bir ölkə olduğuna görə, günəş çıxanda, kölgə dərhal qərbdə meydana gəlir, günəş yüksəldikcə kölgə şimala, yəni sağa doğru hərəkət edərək, günəş batanda şərq yönünə çatırdı. Daha sonralar, çarxlı, batareyalı saatlarda da istiqamət dəyişmədi, hətta sağa doğru fırlanma "saat istiqamətinə dönmə" kimi də adlandırıldı. Avstraliya kimi ekvatorun cənubundakı ölkələrdə, günəş doğarkən daşın kölgəsi cənuba düşər və günəş yüksəldikcə sola doğru dönməyə başlayar. İlk saat orada kəşf edilsəydi, bu gün əqrəb və yelqovan əks istiqamətdə hərəkət edə bilərdi.
SeAZ
SEAZ (ru: ОАО «Сирпуховский автомобильный завод» -abr: Serpukhov Avtomobilny Zavod - az: Serpuxov Avtomobil Zavodu), Sovet Rus avtomobil istehsalçısı, 2010-cu ilə qədər OKA avtomobillərinin istehsalında ixtisaslaşmışdı. 2011-ci ildən etibarən avtomobil istehsalı dayandırıldı, yalnız OKA avtomobil markası üçün hissələr istehsal etmişdir. Serpuxov şəhərində (Moskva vilayəti, Rusiya) yerləşir. 1939-cu ildə Serpukhov Motosiklet Zavodu (“SMZ”) olaraq yaradılmışdır.
Senat
Senat (latınca senatus, senex — qoca) — Qədim Romada ali dövlət orqanlarından biri. Patrisi nəsillərinin ağsaqqalar şurası əsasında yaranmışdı (e.ə. təqr. 6 əsr); çar yanında dövlət şurasından ibarət idi. Respublika dövründə plebeylərlə patrisilərin silki mübarizəsi (e.ə. 5–3 əsrlər) nəticəsində senatın bəzi hüquqları komissiyalara (xalq yığıncaqlarına) keçmişdi. E.ə. 3–1 əsrlərdə senatın vəzifələrinə qanun layihələrini əvvəlcədən nəzərdən keçirmək, hərbi işlərə, xarici siyasətə, maliyyə işlərinə, dövlət əmlakına və s. məsələlərə ali rəhbərlik daxil idi. Senat üzvlərinin (e.ə.
Sent
Sent (rayon) — Fransanın Yeni Akvitaniya regionun rayonlarından biri.
BMX
BMX (ing. BMX /ˌbiːemˈeks/- Bicycle MotoCross /ˈbaɪsɪkl ˈməʊ.tə.krɒs/- velosiped motosiklet yarışı) — fəndlərin ifası və maneələrin öhdəsindən gəlməsi məqsədilə velosipeddə diyirlənməni təşkil edən ekstremal idman bir növüdür. Bu idman növü üçün xüsusi BMX velosipedi istifadə olunur == BMX əsas istiqamətləri == Racing (/ˈreɪsɪŋ/, azərb. yarış‎) - motosiklet yarışı üçün yolun oxşarlığını təşkil edən treyin sürət keçməsi: əyri-üyrü, çala-çuxur relyef, bir çox tramplinlə və maneəylə. Adətən səkkiz idmançıya qədər yarışırlar; Flatland (/flætlænd/, ingilis dilindən flat - səth, land - torpaq)- yastı səth (tramplinlsiz və s.) üzrə BMX-da fəndlərin ifası; Freestyle (/ˈfriː.staɪl/ , ingilis dilindən free - azad, style - tərz) - BMX-da akrobatika; Vert (ingilis dilindən vertical /ˈvɜːtɪkl/ sözünün azaltması) - rampada freestyle: sürücü gəzir və rampa daxilində fəndləri icra edir; Dirt (/dɜːt/, ingilis dilində süxur deməkdir) - sürücü yüksək təpə-tramplinlərlə qrunt yolunda fəndləri yerinə yetirir. Bəzən intizamı dirt jumping adlandırırlar; Street (/striːt/, ingilis dilində küçə deməkdir) - məxsusla şəhər şəraitində fəndlərin ifası şəhərə relyeflə: nərdivanlar, hədlər, məhəccərlər və s.; Park - parkda diyirlənmə, müxtəlif maneələrlə (məhəccərlərlə, tramplinlərlə, hədlərlə və s.).
BOK
Beynəlxalq Olimpiya Komitəsi (ing. International Olympic Committee (İOC); fr. Comité international olympique,) — müasir Olimpiya hərəkatının ali rəhbər orqanı. 23 iyun 1894-cü ildə Parisdə Beynəlxalq konqresdə Fransa ictimai xadimi Pyer de Kubertenin təşəbbüsü ilə Olimpiya Oyunlarının dirçəldilməsi və təşkil olunması məqsədilə yaradılmış beynəlxalq təşkilat. == Məlumat == Təşkilatın mənzil-qərargahı İsveçrənin Lozanna şəhəridir. Rəsmi dilləri isə ingilis və fransız dilidir. BOK-un 20-dən çox komissiyası (o cümlədən idman, mədəniyyət və Olimpiya təhsili, etika, inkişaf, maliyyə, marketinq, hüquq, tibb, mətbuat, radio, televiziya və s.), 3 təşkilati, həmçinin icraedici, antidopinq komitələri var. BOK nəinki ölkələrin, həmçinin ayrı-ayrı coğrafi ərazilərin Olimpiya komitələrinin tanınması imkanlarını nəzərdən keçirir; Olimpiya bayrağının, rəmzinin və devizinin (lat. "Citius, altius, fortius" – "Daha sürətlə, daha yüksək, daha güclü") hüquqi qorunmasına görə məsuliyyət daşıyır, hər hansı idman növünün, həmçinin üsul və qaydalarının Olimpiya proqramına daxil edilməsini müəyyənləşdirir, bir sıra beynəlxalq təşkilatlarla müxtəlif formalarda əməkdaşlıq edir; Olimpiya hərəkatının inkişafında göstərilən xidmətləri Olimpiya ordeni (qızıl, gümüş, bürünc), Olimpiya diplomu və s. ilə mükafatlandırır.
BOT
Bot və ya BOT — "robot" sözünün qısaldılmış formasıdır və aşağıdakı mənaları ifadə edə bilər:
Bax
İohann Sebastyan Bax (21 (31) mart 1685[…], Eyzenax, Saksen-Eyzenax[d], Müqəddəs Roma imperiyası[…] – 28 iyul 1750[…], Leypsiq, Saksoniya elektoratlığı, Müqəddəs Roma imperiyası[…]) — dahi alman bəstəkarı və orqan musiqiçisi, Barokko dövrünün ən görkəmli nümayəndəsi, bütün dövrlərin ən böyük bəstəkarlarından biri. Bax yaradıcılığı özündən sonra gələn bəstəkarların yaradıcılığına böyük təsir göstərmişdir. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == İohann Sebastian Bax Almaniyanın Turingiya vilayətinin Eyzenax şəhərində anadan olmuşdur. O Müqəddəs Georq kilsəsinin orqan ifaçısı İohann Ambrisius Baxın və Mariya Elizabeta Lammerhirt Baxın sonbeşiyi idi. Atası balaca İohanna hələ uşaq ikən skripka və klavesində ifa etməyi öyrədir. Onun əmilərinin hamısı peşəkar musiqiçilər idilər. Onlar kilsədə orqan ifaçılığından tutmuş saray kamera bəstəkarlığına kimi müxtəlif vəzifələrdə işləyirdilər. Əmilərindən biri İohann Kristof Bax xüsusilə məşhur idi. O, qardaşı oğluna orqan ifaçılığının incəliklərini öyrədir.
Boa
Boa-yatağanlar fəsiləsindən ilan. Uzunluğu təqribən 4 m-dək olur. Metal parıltılı pulcuqlarının rəngi çox gözəl və dəyişkəndir. Boa tropik Amerikada yayılmışdır. Meşədə,ağaclarda və yerdə yaşayır. Əsasən gecələr ovladığı kiçik heyvan və quşlarla qidalanır. Bütün yatağanlar kimi Boa da ovuna sarılaraq onu boğur.
Bon
Bon Jovi
Bos
Əsl öküz (lat. Bos) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi.
Boz
Boz – rəng çaları. == Ümumi məlumat == Neytral, qəmgin rəngdir. Ruh düşkünlüyü yaradır. Neptunun rəngidir. Rənglər arasında boz rəng də seçilən sıradadır. Boz rəng adətən ağ-qara rəngin qarışığı kimi kül rəngində təsəvvür olunur. Çal, qır rəng də elə boz rəng anlamında başa düşülür. Deyək ki, "boz"un Azərbaycan dilində çoxmənalı olmasını və bu "boz"un nəinki rəng, hətta müstəqil və qoşulduğu sözlərlə, qəbul etdiyi leksik şəkilçilərlə bərabər konkret nəsnə bildirməsi də vardır. Misallara baxaq: boz – qırqovulun dişisi; boz – dəmrova oxşar dəri xəstəliyi, keçəllik; bozaq – qabayunlu Azərbaycan qoyun cinsi; bozalaq – gövdəsi yoğun, yarpağı bozumtul alaq otu; bozarantı – havanın səhərə yaxın alaqaranlıq halı; bozartma (bozqovurma) – yağlı ətdən bişirilmiş sulu qovurma; bozbaş – ət, noxud ilə bişirilən sulu xörək; bozqır – susuz, otsuz çöl; bozdar – qoyun itinə verilən ad; bozlamac – sacda bişirilən qalın yayma və s. Azərbaycanda Kiçik çillənin qurtardığı zamandan yazın, baharın başlandığı ilk günə qədər olan vaxtın da adı bilavasitə "boz"la bağlıdır və bu çağ elə "Boz ay" adlanır.
Fox
Fox (Norveç) — Norveç əyləncə telekanalı. Fox (Türkiyə) — Türkiyə telekanalı. Fox Broadcasting Company — ABŞ telekanalı. 21st Century Fox — ABŞ-də kino şirkəti. White Fox — Qaku İvasa tərəfindən qurulmuş Yaponiya anime studiyası.
Xbox
Xbox — Microsoft firmasının oyun konsolu bazarında pay sahibi olmaq məqsədilə istehsal etdiyi və 2001-ci ildə bazara çıxartdığı yeni bir oyun konsolu. Digər oyun konsollarının çıxış tarixləri çox köhnədir. Ancaq Xbox yeni məhsul olmasına baxmayaraq, bu bazarda özünə yer tapmışdır. Başqa tərəfdən, bazarda PlayStation 2-nin qaldığı qədər uzun müddət qalmamışdır.
Çox
Çox (avar. Чӏохъ) — Dağıstanın Qunib rayonundakı bir kənd (aul). Kommuna və Qamsutl kəndlərini də əhatə edən "Çox kənd sovetliyi" inzibati ərazi vahidliyinin inzibati mərkəzi. Dağıstanın əhəmiyyətli mədəniyyət mərkəzlərindən biridir. Çox yaşayış məntəqəsi Şimali Qafqazın ən qədim yerlərindən biridir. Burada Neolit dövrünə aid bir yer aşkar edilmişdir. Akademik Nikolay Vavilov Şimali Qafqaza etdiyi ekspedisiya nəticəsində Dağıstanın becərilən dənli bitkilərin mənşə mərkəzinin bir hissəsi olduğunu inandırıcı şəkildə sübut edir. Məhsuldar iqtisadiyyatın, əkinçilik və heyvandarlığın formalaşması məhz burada baş verdi. Eramızdan 6 min il əvvələ aid Çox kəndinin yaxınlığında bir yaşayış yerinin qalıqları aşkar olunmuşdur. Elm adamları 1300-cü ildən bəri Çoxun müstəqil bir yaşayış yeri olaraq qeyd edirlər.
Pox
Nəcis — heyvanların həzm artıqlarından yaranan və anal dəlik yolu ilə bədəndən atılan maddələr. Gün ərzində yeyilən qidalar uzun həzm prosesindən keçir. Bu proses əsnasında orqanizm özünə lazım olan maddələri alır. Lazımsız maddələr isə nəciz şəklində ifraz edilir. Həzm prosesi bir çox heyvanda bənzər şəkildə gedir. Bununla belə növlərin bir-birindən fərqli bir çox xüsusiyyəti də vardır. Zibil qurutma kabızlık adlanan stop dövrü bozukluklarına səbəb ola bilər. Məməlilər nəcislərini və sidiklərini ayrı-ayrı dəliklərdən ifraz edirlər. Bu canlıların həm anal dəliyi, həm də sidik kanalları vardır. Skeleti olan bütün digər hayvanlarınsa, quşlarda olduğu kimi (kloaka adı verilən) tək bir nəcis və sidik ifraz edən dəlikləri vardır.
Bor
Bor (B) – D.İ.Mendeleyevin elementlərin dövri sistemində 5-ci elementdir. == Tətbiqi == Amorf bor, fərqli olan yaşıl rəngli olduğu üçün pirotekni (fişəng) sahəsində və atəşləyici olaraq raketlərdə istifadə edilir. Tennis raketlərinin, nüvə stansiyalarında istifadə edilən tənzimləyicilərin və istiliyə dayanıqlı şüşə məhsullarının istehsalında da əhəmiyyət daşıyır. Borun ən əhəmiyyətli ticarət qarışığı, izolyasiya məqsədilə şüşə lifinin və bir ağardıcı olan natrium perboratın istehsalında istifadə edilir. Digər bor birləşmələri də, borosilikat şüşələrin istehsalında istifadə edilir. Toxuculuq sahəsində əhəmiyyət daşıyan bir digər bor qarışımı isə, bor turşusudur. Elektrikə qaşı izolyatorik davranarkən, bir metalinkinə bənzər istilik keçiriciliyi göstərən boron nitrit qarışığı, eyni zamanda, qarışdırıldığı hər hansı bir maddəni almaz sərtliyinə gətirici xüsusiyyətdədir. Titan və volfram ilə birlikdə istifadəsi nəticəsində, çəkisi aşağı olur ancaq istiliyə qarşı müqavimətli ərintilər əldə edilir. Boron-10 izotopu, nüvə stansiyalarında mühitdəki neytronları sürətlə əmərək reaksiyaları ləngitmək və ya dayandırmaq üçün, nüvə radiasiyasına qarşı qalxan olaraq və neytron müəyyənləşdirici alətlərdə istifadə edilir. Yaxın zamanda artrit (oynaqların iltihabı) müalicəsində istifadə edilməyə başlanan bor birləşmələri də ümid vəd edir.
Bıx
Bıx — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (indi Ermənistanın Qafan r-nunda) kənd. XIX əsrin əvvəllərindən kəndin əhalisi azərbaycanlılardan və ermənilərdən ibarət olmuşdur. 1918-ci ildə azərbaycanlılar qovulmuşlar. XIX əsrdə Şimali Qafqazın Ter əyalətində Bık dağı və Bıkova (əsli Bıkoba) kəndi (yenə orada), Azərbaycanda Qax r-nunda Zərnə kəndində Fıqlar obası toponimləri ilə mənşəcə eynidir. Ehtimal ki, türk dillərində buk «meşə sahəsi», «cəngəllik» sözündəndir. Altayda buk «çayın axarı boyu dağlar arası vadi» mənasındadır.
SAT
SAT (Türkiyə)
Şəft
Şəft — İranın Gilan ostanında yerləşən şəhər. Rəşt şəhərindən 20 kilometr cənub-qərbdə yerləşir. 2006-cı il əhalinin siyahıya alınmasının nəticələrinə görə Şəftdə 1700 ailədə 6158 əhali yaşayır. Şəft əhalisinin əksəriyyətini giləklər və talışlar təşkil edir.
Ştat
ABŞ ştatları — Öz suverenliyni ABŞ federal hökuməti ilə bölüşən 50 inzibati ərazi vahidinin hər biri. Hər bir ştat öz suverenliyini federal hökumət ilə bölüşdüyü üçün Amerika vətandaşları həm ABŞ-nin, həm də yaşadığı ştatın vətəndaşı sayılır. Ştat vətandaşlığı və ya oranın sakini olma şərtidir və ştatlararası yerdəyişmə üçün heçbir xüsusi icazə tələb olunmur (əksini göstərən məhkəmə əmri yoxdursa). Ştatların əhalisi müxtəlif ola bilir (məs. Vayominq — 600 000, Kaliforniya 38 mln.) Ştatlar qraflıqlara və ya buna bərabər inzibati ərazi vahidlərinə bölünür. Qraflıqlar heçbir suverenliyə malik deyillər. Bu bölgü hər ştatda müxtəlifdir. Hər bir ştatın öz konstitusiyası vardır. ABŞ Konstitusiyasına ratifikasiya etməklə, ştatlar öz məhdud suverenliklərini bu konstitusiya vasitəsilə federal hökumətə köçürülür. Tarixən hüquq-mühafizə, ictimai təhsil, səhiyyə, nəqliyyat və infrastruktur əsasən ştatların məsuliyyətində olub, lakin federal hökumətin bütün bu sahələrdə də nəzərəçarpan maliyyələşdirməsi və nəzarəti mövcuddur.
Şətt
Şətt (ərəb. شط‎, hərf. sahil) — geologiyada Afrikanın Məğrib regionunda ilin çox hissəsi quru qalan, lakin qışda bir qədər su alan duzlu göl. Bu, səthinin hündürlüyü su səviyyəsinin və kapilyar torpağın mövqeyi ilə idarə olunur. Şəttdə su səviyyəsi aşağı düşdükdə çöküntü deflyasiyası və su səviyyəsi yüksəldikdə çöküntü yığılması baş verir. Onlar dəyişkən sahillərdə, Atlas dağ silsiləsindən gələn yaz əriməsi ilə, həmçinin Böyük Səhrada ara-sıra yağış suları və ya Böyük Səhra artezian hövzəsi kimi yeraltı su mənbələri ilə əmələ gəlir. Sahara şəttləri nadir yağışlar zamanı fasilələrlə qidalanır. Onlar yüksək buxarlanma sürətinə məruz qalırlar, buna görə də duzlar sonda çöküntünün səthində toplanır. Əslində, şəttlər ildə illik buxarlanma dərəcələri çox vaxt illik yağıntının 20 qatını üstələyir. Bu duz yığılması, müqayisə edilə bilən dəyişkənliyə baxmayaraq, şəttlərin xüsusilə yüksək albedoya sahib olmasına səbəb ola bilər. Şəttlərdə evaporitlərin çökməsi üstünlük təşkil etdiyi halda, daha rütubətli iqlim dövrlərində palçıq təbəqələri şətt səthində çökə bilər.