1. İki nöqtə, iki şey arasındakı məsafə. Bakı ilə Gəncə arasında asfalt yol var. Məktəblə evimizin arası yüz addım olar.
2. Boşluq, açıqlıq, boş yer, açıq yer, məsafə. Ara qoymaq. Qapını yaxşı ört, ara qalmasın. Pəncərənin arasından külək gəlir. Çəpərin arasından baxmaq.
3. İki hadisə, iş, əhvalat və s. arasındakı müddət, vaxt. Məktəbə girməyim ilə bitirməyimin arası 4 il çəkdi.
// Fasilə.
□ Ara vermədən – dayanmadan, arası kəsilmədən, fasiləsiz. Ara vermədən danışmaq.
Ara vermək – dayanmaq, kəsilmək, fasilə vermək, müvəqqəti olaraq arası kəsilmək. Yağış ara verdi.
Ara verməmək – kəsilməmək, dayanmamaq. Yağış ara vermir.
Arası kəsilmək – bax ara vermək. Selin arası kəsildi. Sürünün arası kəsildi.
4. Hüdud, sərhəd; iki torpağı, mülkü və s.-ni bir-birindən ayıran xətt, mərz. İki bağın arasında çinar ağacları əkilmişdi. Həyətlərin arasında hasar çəkilibdir.
5. İçəri, orta, ortalıq. Taxılın arasında lalələr bitmişdir. Yüzlərcə kitab arasından bircəsini seçdim. Alimlər arasında mübahisə.
6. məc. Əlaqə, münasibət, rəftar.
7. İç, qat, büküm. Çörəyin arasına pendir qoymaq. Palazın arasını açmaq. Kitabın arasına nişan qoymaq. Qələm dəftərin arasındadır.
8. Yer.
halda: arada – 1) bax ara yerdə. Arada bağrı parçalanan, yanan, tüstüsü göyə qalxan kababdır. Mir Cəlal;
2) işin arasında. Arada bir bizə dəy.
9. Çıx.
halında: aradan – bir işin, hadisənin üstündən. Aradan bir gün keçdi.
◊ Ara açmaq – 1) qiymət kəsmək, satış şərtlərini müəyyən etmək;
2) aranı düzəltmək, münasibəti düzəltmək, yaxşılaşdırmaq.
Ara dəymək – küsüşmək, əlaqə və dostluq pozulmaq. Əvvəlləri onunla aram dəymişdi, bir dəfə sözünə cavab qaytarmışdım.
Ara düzəltmək – barışdırmaq, vasitəçilik etmək, arada əlaqə düzəltmək.
Ara qarışdırmaq – araya fitnə salmaq, pozğunluq, qarışıqlıq salmaq.
Ara qarışıb məzhəb itmək – bax ara qarışmaq.
Ara qarışmaq – nizamsızlıq düşmək, qarışıqlıq düşmək, qayda-qanun pozulmaq, hərc-mərclik düşmək.
Ara qatmaq – bax ara qarışdırmaq.
Ara qırmaq – bax ara vurmaq.
Ara pozmaq – bax ara vurmaq.
Ara pozulmaq – bax ara dəymək.
Ara sayxaşmaq (sakitləşmək) – sakitlik düşmək, səs-küy kəsilmək. Məclis dağıldı, ara sayxaşdı.
Ara sazlamaq – bax ara düzəltmək.
Ara soyumaq – əlaqə kəsilmək, dostluq pozulmaq.
Ara söz, ara cümlə qram. – danışanın haqqında danışılan şeyə münasibətini ifadə etmək üçün cümlə içərisinə daxil edilən söz, ya cümlə, məs.: əlbəttə, ola bilsin, daha doğrusu, yəqin ki və i. a.
Ara sözü (söhbəti) – şayiə, yalan xəbər, uydurma.
Ara vurmaq (vuruşdurmaq, pozmaq) – yoldaşlar, dostlar və s. arasında nifaq, düşmənçilik salmaq, dalaşdırmaq, əlaqələrini pozmaq.
Ara yerdə – arada, aralıqda, ortalıqda, nahaq yerə.
Ara yerdə qalmaq – yiyəsiz, sahibsiz, kimsəsiz, əlacsız qalmaq, hər şeydən əli çıxmaq.
Arada gəzmək – araya fitnə salmaq məqsədi ilə xəbərçilik etmək və söz aparıb gətirmək, ara qarışdırmaq.
Arada qalmaq – 1) aralıqda qalmaq, hər şeydən əli çıxmaq;
2) mütərəddid qalmaq, nə edəcəyini bilməmək.
Aradan çıxarmaq – qurtarmaq, xilas etmək, çətin vəziyyətdən qurtarmaq.
Aradan çıxmaq – canını qurtarmaq, çətin vəziyyətdən qurtarmaq, yaxa qurtarmaq, qaçmaq, qaçıb gizlənmək;
// gözdən itmək, yox olmaq.
Aradan qaldırmaq (götürmək) – yox etmək; ləğv etmək, ortadan qaldırmaq.
Araları dəymək (sərinləşmək) – küsüşmək, əlaqələri pozulmaq.
Aranı saz eləmək – dostlaşmaq, lap yaxınlaşmaq.
Aranı vurmaq (kəsmək) – əlaqəni kəsmək, küsmək.
Arası açılmaq – 1) yaxınlaşmaq, dostlaşmaq.
2) pozuluşmaq, arası dəymək.
Arası kəsilmədən – dayanmadan, durmadan, fasiləsiz, aramsız.
Arası kök olmaq – bax arası olmaq 2-ci mənada.
Bundan sonra bir ayrısı başlayırdı: – Rəhmətlik xanın mənnən də arası çox kök idi.
Arası olmaq – 1) xoşlamaq, istəmək, sevmək, arzu etmək, həvəsi olmaq. Onun şirni ilə çox arası var;
2) əlaqəsi, dostluğu olmaq.
Arası olmamaq – xoşlamamaq, sevməmək, zəhləsi getmək.
Arası saz olmaq – bax arası olmaq.
Araya almaq – dövrəyə almaq, ortalığa almaq, dövrələmək, ətrafını almaq.
Araya atmaq – ortalığa atmaq, irəli sürmək, meydana atmaq.
Araya düşmək – vasitəçilik etmək, vasitəçi olmaq.
Araya gəlmək – ortalığa gəlmək, ortaya qoyulmaq.
Araya girmək – 1) bax araya düşmək;
2) bir-biri ilə bəhs edən və ya küsüşən adamlar arasına girib, onları daha da qızışdırmaq.
Araya qoymaq məc. – ələ salmaq, oynatmaq, masqaraya qoymaq, lağa qoymaq.
Araya soxulmaq – müdaxilə etmək, qarışmaq.
Araya söz salmaq – mübahisə qalxmasına səbəb olmaq, mübahisə törətmək.
Bu ara, bu arada – bu zaman, bu anda, bu dəmdə.
Öz aramızdır – məxfi, gizli, yalnız müsahiblər arasında qalmalı sirr, söhbət haqqında.