Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cərh
Cərh — ərəb dilində "yaralamaq", "təsir etmək", "bir yaranı deşmək" mənalarını ifadə edir. Hədis termini olaraq "cərh" müəyyən səbəblərdən ravinin rədd edilməsinə, tənqid edilməsinə deyilir. Bunun üçün cərh ləfzlərindən istifadə edilir. Məsələn: zəif, mətruk, kəzzab və s.
11 metrlik cərimə zərbəsi
Penalti 11 metrlik nöqtədən, ingilislərin ölçü vahidi ilə 12 yardlıq məsafədən vurulur. Bu isə 10,97 metr deməkdir və cərimə meydançasının eninin (16,5 metr) 2/3 hissəsinə bərabərdir. Penalti vurulan zaman cərimə meydançasında hakimdən, qapıçıdan və zərbəni vuracaq futbolçudan başqa heç kim olmamalıdır. Digər futbolçular topdan 9,15 m aralı dayanmalıdırlar və yeri gəlmişkən, bu tələbə riayət məsələsində problem hələ də tam həllini tapmayıb. == Tarixi == Penaltinin yaranma tarixi 1891-ci il yanvarın ilk günləri hesab olunur. İngiltərə Kuboku uğrunda Notts Kaunti ilə görüşün başa çatmasına bir neçə dəqiqə qalanadək 0:1 hesabı ilə geridə olan Stok Siti hücumlarına ara vermir və epizodların birində Stok Siti futbolçusunun qapıya endirdiyi zərbədən sonra rəqib oyunçu boş qapıya istiqamətlənən topun qarşısını əllə kəsir. O vaxtkı qaydaya uyğun olaraq hakim cərimə zərbəsi təyin edir və“Notts Kaunti komandasının bütün oyunçuları qapı qarşısında canlı sədd quraraq təhlükənin qarşısını alıb qələbə hesabını qoruyurlar. Bu isə böyük narazılığa səbəb olur.Şimali İrlandiyadan olan Vilyam Makkram bildirdi ki, cərimə meydançasında qayda pozuntusuna görə təyin olunmuş zərbə cərimə meydançası daxilində xüsusi müəyyənləşmiş nöqtədən vurulsun. Müəyyən bürokratik maneələrə baxmayaraq, təklif böyük əksəriyyət tərəfindən bəyənildi, müdafiə olundu və 1891/92-ci il mövsümündən Britaniyada tətbiq edilməyə başladı.Amma ilk vaxtlar penalti təyin olunur və zərbə qayda harda pozulubsa oradan vurulurdu. Bundan başqa, oyunda penaltinin tətbiq olunub-olunmaması komandaların razılığı ilə həyata keçirilirdi.
Alyaska cərəyanı
Alyaska cərəyanı— Sakit okeanın şimal-şərq hissəsində Şimali Sakit okean cərəyanının qolu olub, isti okean cərəyanıdır. == Xüsusiyyətləri == Cərəyan cənubdan Alyaska körfəzinə daxil olaraq, şimala axır və sonra körfəzin yuxarı hissəsindən cənub-qərbə dönür, fırlandıqdan sonra böyük ölçüdə genişlənir. Aleut Adalarının şərq sərhədlərindən Berinq dənizinə keçir. Dərinlik relyefin qeyri-bərabərliyinin səbəb olduğu axın istiqamətində sapmalarla sübuta yetirildiyi kimi, cərəyan aşağıya enib dərinliklərə qədər uzanır. Axının sürəti 0,2 - 0,5 m/san arasındadır. Cərəyanın suları fevralda 2-7°, avqustda isə 10-15° C olan yüksək temperatur ilə xarakterizə olunur. Suyun duzluluğu 32,5 ‰ təşkil edir. == Həmçinin bax == Alyaska körfəzi Dəniz cərəyanları Sakit okean == Xarici keçidlər == Şimali Amerika Sakit okean == Ədəbiyyat == Аляскинское течение — статья из Географической энциклопедии. Аляскинское течение // Большая советская энциклопедия : [в 30 т.] / гл. ред.
Anqola cərəyanı
Anqola cərəyanı — Afrikanın qərb sahilləri boyunca keçən isti dəniz cərəyanı. Cərəyan cənub istiqamətində hərəkət edir. Cənub Ekvatorial əks cərəyanı ilə Benqel cərəyanının təsiri ilə formalaşır. İlk dəfə AtlantNİRO ekspedisiyası zamanı Moroşkin tərəfindən aşkar edilmişdir. O, cərəyanı "Cənub axını" adlandırır. Ancaq bu adın uğursuz olaraq verilməsi səbəbindən Anqola cərəyanı olaraq dəyişdirilir.
Antil cərəyanı
Antil cərəyanı — Atlantik okeanın ərazisindən keçən isti dəniz cərəyanı. Baham adalarının şimalında Florida cərəyanı ilə birlikdə Qolfstrim cərəyanını təşkil edir. Şimal Ekvatorial cərəyanının Antil adalarına çatması və Koriolis qüvvəsinin təsiri nəticəsində şimala doğru istiqamətlənir. Suyunun temperaturu fevralda +25 °C, avqustda isə +28 °C olur. Sürəti 0,9 — 1,9 km/s təşkil edir. Duzluğu 36—37‰ olur.
Azor cərəyanı
Azor cərəyanı — Atlantik okeanının subtropik qurşağından keçən isti dəniz cərəyanı. Qolfstrim cərəyanının təsiri ilə yaranır. Cənub-Şərqi Azor adalarında bir az soyuyur. Burada onu Kanar cərəyanı qıdalandırır.
Baffin adası cərəyanı
Baffin adası cərəyanı (və ya Baffin cərəyanı)— Şimal Buzlu okeanında Baffin adası boyunca Baffin körfəzinin qərb hissəsində cənuba doğru axan soyuq okean cərəyanıdır. Cərəyanın mənbələri Qərbi Qrenlandiya cərəyanı və Şimal Buzlu okeanından axan kənar sulardır. Sürəti gün ərzində təxminən 17 km-dir (11 mil).
Bengel cərəyanı
Bengel cərəyanı— Cənubi Atlantik okeanının şərq hissəsində formalaşan geniş, şimal-şərqə doğru axan soyuq okean axınıdır. == Xüsusiyyətləri == Cərəyan təxminən cənubda Afrikanın cənub burnundan şimalda Anqola-Bengel cəbhəsinə doğru 16° c. en-ə qədər uzanır. Cərəyanın axımı mövcud cənub-şərq küləkləri tərəfindən yönləndirilir. 200-300 m dərinliyində olan soyuq, qida ilə zəngin sular fitoplanktonun yüksək artımına səbəb olur və məhsuldar Bengel ekosistemini saxlayır.
Bit cərəyanı
Bit cərəyanı (ing. The Beat Generation) — 1940-cı illərin ortalarında Kolumbiya Universitetinin tələbə dairəsində formalaşmağa başlamışdır. 1940-cı illərdə Nyu Yorkdakı Kolumbiya Universitetində ədəbi çevrədə tanış olan bir qrup gənc tələbə, Böyük böhrandan sonra məqsədsizcə otostop ilə Amerikanı gəzməyə başlayır. Getdikləri hər əyalətdə yeni insanlarla tanış oldular və adı hələ qoyulmasa da sistemə, ənənəyə və həyat tərzlərinə müxalif bir kütlə meydana gəlməyə başladı. Nyu York mərkəz olmaq üzrə, Denver və San Fransiskoda toplaşdılar. Qrup daxilində incəsənətin fərqli sahələri ilə maraqlananlar olsa da, Bit cərəyanı ən çox ədəbiyyat sahəsindəki işləri ilə ön plana çıxırdı. Cek Keruakın «Yolda» (On The Road, 1957), Allen Qinzberqin «İnilti» (Howl, 1956), Vilyam Berrouzun «Çılpaq səhər yeməyi» (Naked Lunch, 1959) əsərləri dövrün ən çox tanınan əsərləri idi. "Bit Cərəyanı" birləşməsi ilk dəfə 1948-ci ildə Cek Keruak tərəfindən dilə gətirilmişdir. Cərəyanın əsas nümayəndələri isə Keruak'la yanaşı Allen Qinzberq və Vilyam Berrouz olmuşdur. 1960-cı illərdə Bit cərəyanı, Amerikan gənclərinə ilham qaynağı olmuş, musiqidən kinoya, şerdən romana hər sahədə təsirini göstərməyə başlamışdı.
Braziliya cərəyanı
Braziliya cərəyanı— Atlantik okeanında Braziliyanın cənub sahilindən Rio de la Platosuna qədər cənub istiqamətində axan isti su axımıdır. == Xüsusiyyətləri == Braziliya cərəyanı Atlantik okeanında Cənubi passat cərəyanının bir hissəsinin Cənubi Amerika materiki ilə qarşılaşması nəticəsində yaranır. Cərəyan Cənubi passat cərəyanının təxminən 10–15˚ cənub enliyində Cabo de Sao Roque, Braziliya yaxınlığında parçalandığı yerdən başlayır. Axımın dərinliyi 700 m-ə qədər çatır və 12˚ cənub enliyində su nəqliyyatı 2,5 Sv-dir.Nəql etdiyi su axımı cənuba doğru artaraq 15˚ cənub enliyində 4 Sv çatır. Şelf zonasında təxminən 30˚ cənub enliyində axımın antisiklon sirkulyasiyası Braziliya cərəyanının nəql etdiyi suyun artmasına səbəb olur. Cənuba doğru 27˚ c.en., 31˚ c.en, 34 c.en. və 36 c.en-də su nəqliyyatı 11 Sv, 17 Sv, 22 Sv və 41 Sv-dır. Cəm nəqliyyat 36° c.en-ə qədər 70–80 Sv ola bilər, bunun da yarısı sirkulyasiya dövründə olur.Braziliya cərəyanı Cənubi passat cərəyanın bir hissəsidir. Axımın cənub hissəsi şərqə doğru axan Cənubi Atlantik axımından ibarətdir. Şərq sərhəddi Bengel cərəyan sistemidir.
Böyük Kuril cərgəsi
Böyük Kişuril cərgəsi — Sakit okeanda, Kuril adalarının tərkibinə daxil olan adalar qrupu. Şimaldan cənuba 1200 km məsafədə uzanır. Qrupun ümumi sahəsi 10,1 min. km² təşkil edir. İnzibati cəhətdən Rusiyanın Saxalin vilayəti ərazisinə daxildir. Kunaşir və İturup kimi adalarına Yaponiya iddia edir. Ən hündür nöqtəsi Alaid vulkanıdır (2339 m). Kruzenştern boğazı və Bussol boğazı ilə 3 qrupa bölünmüşdür. Şimaldan cənuba doğru sahə 1 km² olan adalar. Böyük Kuril cərgəsinə daxil olan adalar Kiçik Kuril cərgəsinə daxil olan adalardan Cənubi Kuril boğazı ilə ayrılır.
Cənubi Passat cərəyanı
Cənubi Passat cərəyanı və ya Cənubi Ekvatorial cərəyanı — passat küləklərinin hakim olduğu ərazilərdən keçən isti dəniz cərəyanı. Bu dəniz cərəyanı dünya okeanında daima şərqdən qərbə doğru istiqamətdə əsir. Passatlar Cənub yarımkürrəsinin tropik enliklərində hakimdir. Cərəyan Sakit okeanda Cənubi Amerika sahillərinə yaxın (Qalapaqos adaları) istiqamətdən başlayır və Yeni Qvineya və Avstraliya sahillərinə doğru istiqamətlənir. Cərəyanın şimal sərhədi qışda 3 dərəcə cənub enliyi, yayda isə 1 şimal enliyinindən keçir. Sakit okeanın qərb sahillərində şərqə yönəlir. Buna səbəb isə Ekvatorial əks cərəyanıdır. Onun bir qolu Şərqi Avstraliya cərəyanıdır. == Cərəyanın fiziki xüsusiyyətləri == Cərəyanın fiziki sürəti gün ərzində 24 - 80 mildir. Orta göstərici 40 mil.
Cəraberd məlikliyi
Çiləbörd mаhаlı (Ceraberd məlikliyi, Çalaberd, Çiləbürt) — XIII əsr-1840 inzibati nahiyə, Qarabağ xanlığının bölgələrindən biri. İndiki Kəlbəcər, Ağdərə rayonların ərazisi. == Qısa bilgi == Sahəsi - Əhalisi - Yaranması — 1747-ci il Mərkəzi— Kasapet kəndi Sərhədləri — == Mаhаlın tаriхi == Mаhаlın sərhəd-sınırlаrı hаqqındа yаzılır: "Dördüncü, Çiləbörd mahalıdır. Bu mahalın uzunluğu Qırxqızdan başlayıb Bərdə və Bayat meşəsinin kənarında qurtarır. Eni isə Xaçın və Qabartı çayından Tərtər çayına qədərdir". (Bах: Qаrаbаğnаmələr, 2-ci kitаb, Bаkı, "Yаzıçı", 1991, səh.) Mənbələrdə qеyd оlunur ki, 1687-ci ildə Mаqаvuz nаhiyəsində bаşçını öldürüb, qаn qаçаğı оlаn Isа (Yеsаy) Çiləbördə gəldi. Burdа məskunlаşdı. Qаrаbаğ bəylərbəyinə hədiyyə vеrib, məlik ünvаnı аldı. Çiləbörd mаhаlının mərkəzi Kаsаpеt şеnliyi idi. Gülyаtаq, Möhrətаq kəndləri mаhаl məliklərinin sığnаqlаrı оlmuşdu.
Cərcis
Müqəddəs Georgi — xristianlıqda müqəddəs, əzabkeş, xristian dünyasının ən məşhur müqəddəslərindən biri. Onun həyatının həm kanonik, həm də apokrifik versiyaları var. Kanonik versiyaya görə, o, imperator Diokletian dövründə Böyük təqiblər zamanı əziyyət çəkmiş və səkkiz günlük ağır işgəncədən sonra 303-cü ildə (və ya 304-cü) başı kəsilmişdir. Onun möcüzələrinin ən məşhur biri "Georginin ilan haqqında möcüzəsi"dir. == Qeydlər == == İstinadlar == == Əlavə ədəbiyyat == Ковалёв-Случевский К. П. Георгий Победоносец. Жизнеописание и деяния (серия ЖЗЛ). — М.: Молодая гвардия, 2020. — 360 с. Васильев, Павел Петрович. Георгий святой, великомученик, победоносец // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т.
Cərcis Peyğəmbər ziyarətgahı
"Cərcis Peyğəmbər" ziyarətgahı, həmçinin "Sarı peyğəmbər" ziyarətgahı və ya "Zəncir" piri — Azərbaycanın Beyləqan rayonunda, Beyləqan şəhərindən mərkəzindən 3–4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində yerləşən ziyarətgah kompleksi. Bura Şəfəq qəbiristanlığı, "Cərcis Peyğəmbər" məscidi və məscidin içərisində Müqəddəs Georgiyə aid olunduğuna inanılan məzar mövcuddur. İslam mənbələrində peyğəmbər kimi təsvir edilən və "Cərcis" adlanan Müqəddəs Georgi Mosulda bütpərəst padşaha qarşı çıxmış və bu səbəbdən işğəncəyə məruz qalaraq öldürülmüşdür. Bu hekayə sonradan təbliğatçılar vasitəsilə Azərbaycana gətirilmiş, Qafqaz Albaniyası dövründə burada Müqəddəs Georgiyə ziyarətgah yaradılmışdır. Bu ziyarətgah təbii fəlakətlər, yadellilərin Azərbaycana hücumu zamanı dağıdılmış, sonradan XVII–XVIII əsrlərdə yenidən tikilmişdir. Ziyarətgah XX əsrin əvvəllərində restavrasiya edilmişdir. Restavrasiya işindən məsul olan iranlı memar Həsən Təbrizi 1905-ci ildə işini yarımçıq qoyaraq abidənin mərkəzində zəncir buraxıb getmiş, sonradan yerlilər tərəfindən bu zəncir müqəddəsləşdirilmişdir. Azərbaycan müstəqillik qazandıqdan sonra burada yenə restavrasiya işləri aparılmış, 2010-cu ildə məscid tikilmişdir. Ziyarətgah tarixi abidə kimi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin, dini abidə olaraq Qafqaz Müsəlmanları İdarəsinin, icma olaraq isə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeçiliyindədir. == Yeri == Ziyarətgah Beyləqan rayonunda, şəhərin mərkəzindən 3–4 km şimal-şərqdə, Şəfəq qəsəbəsi ərazisində, Şəfəq qəbiristanlığının içərisində yerləşir.
Cərco yemişi
Cərco yemişi — xalq seleksiyası ilə yetişdirilmiş yemiş sortudur. Vətəni Orta Asiya olan bu sort yemişlər Azərbaycanda da qədimdən becərilir. Gecyetişən sort olsa da bostançılığın inkişaf etdiyi bölgələrin çoxunda geniş yayılmışdır. Həmin bölgələrin ekoloji şəraitinin uzunmüddətli təsiri Cərco yemişində müəyyən dəyişiklikləri formalaşdırmışdır. Yaşıl gülabi, qara gülabi və sarı gülabi kimi üç sortu Azərbaycanda ən geniş yayılanlarıdır. Cərco yemişinin tağı uzun, uzunluğu 13 sm, eni 19 sm olan yarpaqları enli, ürəkvarı formada, meyvələri yumurtavarı və uzunsov olur. Hər yemişin kütləsi 8 kq-a çatır. Yaşıl və qara gülabı meyvələrinin səthi hamar, naxışı zəif torludur; tor əsasən saplaqətrafı hissədə olur. Sarı gülabı sortu da naxışsızdır, tor meyvənin bütün səthini əhatə edir. Cərco yemişi çox şirin, qalın, sıx, yapışqanliflidir.
Cərgə
Sıra — bir neçə mənası vardır: Sıra — eyni situasiyada və statusda olan insanların, eyni tipli əşyaların bir sırada düzülüşü. Sıra — hansısa halın bir-birinin ardınca müəyyən qaydada düzülüşü. Sıra — ardıcıllıq. Sıra (riyaziyyat) — sonsuz sayda toplananların cəmi. Sıra (hərb) - hərbiçilərin çiyin-çiyinə bir xətt üzrə düzülüşü.
Cərgə taktikası
Cərgə taktikası ya Xətt taktikası - XVII - IX əsrlərdə döyüş aparmaq üçün mövcud olmuş seçilən nəzəri və praktik taktika. Bu zaman sərəncamda olan ordunun ya donanmanın tərkibindəki hərbi qüvvə: canlı qüvvə və hərbi gəmilər bərabər qaydada nizamla cərgələrə sıra ilə düzülür. Cərgə taktikası Avropada XVI əsrin sonlarında XVII əvvəllərində Niderland piyada qoşununda formalaşmışdır. Bu zaman dördbucaqlı sıraları xətti cərgələr əvəzləmişdir. Bu taktiki düzülüşü ilk dəfə olaraq holland Morits van Oranye və onun əmisi oğlanları Vilhelm Lüdviq (Nassau-Dillenburq), VII Yohann (Nassau-Ziegen) orduda tətbiq etmişdir. Bununla Morits van Oranye nizam intizamı saxlamaq, zabit hazırlığının keyfiyyətini artırmaq məqsədi güdürdü. Cərgə taktikası İsveçdə II Qustav Adolfun ordusunda 1618—1648 ci illərdə Otuzillik müharibədə tam olaraq tətbiq olunduqdan sonra bütün Avropa ölkələrində tətbiq olunmağa başlanılmışdır. Bu zaman piyadalar bəzən cəbhə boyu bir və iki sıralı cərgədə bir düz xətt boyunca düzülmüş olurlar. Hərbir xətti cərgələr arasında müvafq miqdarda məsafələr saxlanılırdı ki, top mərmilərinə kütləvi şəkildə tuş gəlməsinlər. Hər cərgədə iki sıranın olması isə muşket atıcılığından irəli gəlirdi ki, Bu zaman öndəki muşket atıcıları atəş açdıqdan sonra silahı doldurmaq üçün və ikinci sıranın atəş açmalarına imkan yaratmaq üçün onları önə buraxırdılar.
Cərimə
Cərimə (alm. Strafe‎ — cəza) — cəza növü; cinayət törədildiyinə görə hüquq normalarına əsasən dövlətin nəfinə keçirilən pul vəsaiti. == Cinayət cəzası kimi == Böyük Britaniya və ABŞ-də cərimə cinayət cəzaları içərisində ən geniş yayılmış növdür.
Cərin (Zəncan)
Cərin — İranın Zəncan ostanında kənd. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Qiydar bölgəsinin Xudabəndəli kəndistanında, Qiydar qəsəbəsindən 27 km cənub-şərqdədir.
Cəro qoyunu
Azərbaycanın cənub-şərqində, xüsusilə Lənkəran zonasında yayılmış qoyun cinsi caro və ya carov adlanır. Bu cins meşəlik zonanın şəraitinə daha çox uyğunlaşan heyvandır. Bu qoyun cinsi ləzgi qoyununa daha çox oxşayır. Lənkəranda qədim qoyun cinsi olan caro əti, südü və yunu etibarilə az çəkili olub, o qədər də sərfəli qoyun cinsi sayılmır. Lakin bu cins dağ şəraitinə daha uyğun gəlir. Sağım müddətində 50-60 l süd, qırxımda 2-2,4 kq-a qədər yun verir. Caro qoyununun çəkisi 50 kq-a qədər, rəngi isə əsas etibarilə ağ, ağ-qəhvəyi və qara rəngdə olur.
Cərrah
Müasir tibbdə cərrah cərrahiyyə əməliyyatını həyata keçirən həkimdir. Fərqli dövrlərdə və yerlərdə fərqli ənənələr mövcud olsa da, müasir cərrah eyni zamanda lisenziyalı bir həkimdir və ya cərrahiyyə sahəsində ixtisaslaşmadan əvvəl həkimlərlə eyni tibbi təhsili almışdır. Pediatriya, stomatologiya və baytarlıq sahəsində də cərrahlar var. Cərrahların hər il dünyada 300 milyondan çox cərrahi əməliyyat apardığı təxmin edilir.
Cərrah Mehmed Paşa
Cərrah Mehmed Paşa (v. 10 yanvar 1604, Konstantinopol) — III Mehmed dövründə 9 ay Osmanlı imperiyasının sədrəzəmi olmuş dövlət xadimidir. == Həyatı == Əsli və həyatının ilk illəri haqqında yetərli məlumat yoxdur. Əndərunda yetişmiş, ardından hasoda bölüyündə cərrah olaraq xidmət etməyə başlamışdır. Ardından yeniçəri ağası təyin edilərək saraydan ayrılmışdır. Bu vəzifədə ikən 1578-ci ildə kaptan-ı dərya Piyalə Paşanın ölümüylə dul qalan Gövhərxan Sultanla nigahlandı. Çox keçmədən 15 yanvar 1580-ci ildə xanımının da təsiriylə Rumeli bəylərbəyliyinə təyin edildi. Ardından 1582-ci ilin martında Boyalı Mehmed Paşanın yerinə dördüncü vəzir olaraq divana daxil oldu. Bu vəzifədə ikən Sultan Muradın böyük oğlu Şahzadə Mehmedi sünnət etdi. Bu səbəblə bundan sonrakı illərdə "Cərrah" ləqəbiylə anıldı.
Cərrah ibn Abdullah
Əbu Übəyda əl-Cərrah ibn Abdullah əl-Həkəmi(ərəb أبو عقبة الجراح بن عبد الله الحكمي) — Həkəmi tayfasından olan ərəb zadəganı və sərkərdəsi. 8-ci əsr ərzində o müxtəlif vaxtlarda Bəsrə, Sistan, Xorasan və Azərbaycanın valisi olmuşdur. Xəzər-ərəb müharibələrində ərəb qoşun sərkərdəsi. == Həyatı == Xəzərlər tərəfindən 730-cu ildə Ərdəbil yaxınlığında döyüşdə öldürülmüşdür.
Cərrahi kəsiklər
Cərrahi kəsiklər — Cərrahi əməliyyat zamanı, cərrahi kəsiklər əməliyyat prosedurunu asanlaşdırmaq və xəstəyə lazımi müdaxiləni etmək üçün çox vacibdir. Adətən əməliyyatda bir neçə kəsik eyni anda tətbiq edilir. Ümumiyyətlə, cərrahi əməliyyat zamanı cərrahi kəsiklər həm əməliyyatın gediş prosesinə mane olmaması, həm də xəstənin sağlığı baxımından, mümkün qədər kiçik və səliqəli edilməlidir. == Anatomiya == Cərrahi kəsiklər əvvəlcədən planlaşdırılmış formada, bədənin istənilən müxtəlif hissələrinə tətbiq oluna bilər. Tibbdə cərrahi əməliyyat zamanı tətbiq edilən cərrahi kəsiklərin hər birinin öz adı var və bu terminlər tarix boyu bu kəsiklərdən ilk istifadə edən məşhur cərrah və həkimlərin adını daşıyır.
CAR
Cənubi Afrika (ing. Republic of South Africa, afrik. Republiek van Suid-Afrika) — Afrikanın cənubunda dövlət.Şimalda Namibiya, Botsvana, Zimbabve, şimal-şərqdə Esvatini və Mozambiklə həmsərhəddir. CAR həmçinin anklav dövlət Lesotonu hər tərəfdən əhatə edir. Cənubi Afrika Respublikası, Afrikadaki müxtəlif ölkələrindən biridir və qitəyə nəzərən ağ, Asiya və qarışıq əhalinin ən çox olduğu ölkələrdən biridir. Ölkə həm zəngin mineral ehtiyatlara malikdir, həm də Afrikada iqtisadi cəhətdən ən inkişaf etmiş ölkədir və dünyada nisbətən möhkəm mövqelərə malikdir. G20 üzvü olan tək Afrika ölkəsidir. CAR-ın tarixi və siyasətində əsas məqam qara çoxluğu ilə ağ azlıq arasında irqi münaqişədir. 1948-ci ildən 1990-cı illərə qədər mövcud olmuş aparteid rejimi qurulduqdan sonra özünün kulminasiya nöqtəsinə çatdı. Ayrı-seçkilik qanunlarının tətbiqinin təşəbbüskarı Milli Partiya olmuşdur.
Cəbr
Cəbr (ərəb. الجبر‎) — ərəb sözüdür, icbari, məcburi sözləri ilə kökdaşdır, "əziyyət" anlamında işlədilir. Riyazi elmlərdən olan cəbr fənni də çətin mənimsənildiyindən (əziyyət verdiyinə görə) belə adlanıb. Müxtəlif cəbr sistemlərinin adlarında istifadə edilir. Daha geniş mənada cəbrdə toplamanın və sayların vurulmasının adi əməliyyatlarını ümumiləşdirən bir çox sərbəst təbiətin elementlərinin üstündə əməliyyatların öyrənilməsinə həsr edilmiş riyaziyyatın bölməsini anladır. == Tarixi == Cəbrin mənbələri dərin qədimliyin vaxtlarına gedir. Həqiqi sayların və kəsrlərin üstündə hesab hərəkətləri — ən sadə cəbr əməliyyatlarıdır. Güman edilir ki, məsələlərin həlli yanlış vəziyyətin qaydasına əsaslandırılmışdı. Babilistan riyaziyyatçıları kvadrat tənlikləri həll edə bilirdi. Onlar yalnız müsbət əmsallarla və tənliyin kökləriylə işləyirdilər, çünki mənfi rəqəmləri bilmirdilər.
Cəm
Cəm (lat. summa) — iki ədədi toplayanda alınan ədəd bu ədədlərin cəmi adlanır.
Dər
Dər yaşayış yeri — Ordubad rayonunun Azadkənd kəndi yaxınlığında orta əsrlərə aid yaşayış yeri. 1968-ci ildə qeydə alınmışdır. Geniş bir ərazini əhatə edən yaşayış yeri güclü dağıntıya məruz qalmışdır. Burada rast gəlinən yanmış tikinti, xüsusilə kərpic qalıqları vaxtilə binaların olduğunu göstərir. Yerüstü materiallar çəhrayı rəngli sadə və şirli qab qırıqlarından ibarətdir. Mədəni təbəqə saxsı qab qırıqlarından,kərpic qarışıq gil laylarından ibarətdir. Çiy kərpicdən, daş qarışıq torpaqla hörülmüş tikinti qalıqları saxlanmışdır. Tapıntıların əksəriyyəti şirli və şirsiz qab (küpə, kasa, nimçə, badya, qapaq və s.) qırıqlarından ibarətdir. Ərazisindəki qəbiristanlıqda orta əsrlərə aid qəbirüstü daş qoç heykəllər olmuşdur. Abidə 16-18-ci əsrlərə aid edilir.
Pər
Pər, fırlanan bir milin üzərində yerləşdirilmiş, müvafiq bir aerodinamika ya da hidrodinamik quruluş verilmiş qəddarələrdən formalaşmış; itələmə gücü təmin edən alətdir. Pərlər təyyarə və gəmilərdə istifadə edilir. == Təyyarə pəri == Pərli təyyarələrdə pər, mühərrikdən ötürülən fırlanmanı itələmə gücünə çevirən sistemdir. İki və ya daha artıq qəddarədən meydana gəlir. Pər qəddarələri itələmə qüvvəsinə görə təxmini olaraq irəliyə və çevrilməsinə görə də çevrilmə (rotasiya) istiqamətində hərəkət etdiyi üçün kənardakı bir müşahidəçiyə görə heliks olaraq da tanınan burğu hərəkətini də edir. Pərin yarıçapı səbəbiylə qəddarə ucunun fırlanma müddətində qət etdiyi məsafə göbəyə görə daha çox olacağından, qəddarə ucunun bucaq sürəti, abağa yaxın bölmələrdəki bucaq sürəti ilə eyni olmasına rəğmən vahid zamanda qət etdiyi məsafə (sürəti) daha çoxdur.
Tər
Tər — tər vəzləri vasitəsilə duz və üzvi maddələrdən yaranan su məhlulu. Tərin yaranması bir çox bioloji varlıqlarda termotənzimləyici rolunu oynayır. Tər həmçinin, məməlilər arasında sosial-bioloji prosesdə informasiya ötürülməsində əhəmiyyətli rol oynayır. Tərlə feremonlar və bir çox bioloji aktiv maddələr çıxarılır. İnsanda ən çox vəzlər əldədir — bir kvadrat santimetrdə 600 ədəddir. Tər subyektin cinsindən asılı olaraq həm cəlb edə, həm də ikrah hissi yarada bilər. Sağlam və təmiz insanda tər iy vermir. Tərin xüsusi iyi insan bədənində yaşayan bakteriyalar çoxalanda yaranır. == Ədəbiyyat == Ferner S, Koszmagk R, Lehmann A, Heilmann W (1990). "[Reference values of Na(+) and Cl(-) concentrations in adult sweat]".
Şər
Şər — Mənəvi aləmdə Xeyrin əleyhidarı. == Ümumi məlumat == İblis, cinlər, şeytanlar və ümumiyyətlə şər qüvvələrə inanc, onlara münasibət və bu varlıqlarla mübarizə müxtəlif xalqlarda müəyyən şəkillər almışdır. Həmin ruhani varlıqlar barədə məlumatlar İlahi dinlərdə də mövcuddur. Yəhudiliyə nəzər salsaq "Tövratda İlahi varlılar" adıyla anılan məxluqlardan xəbər verilir. Onların ya mələk, ya da peyğəmbər Şistin (ə.s) nəslindən gələn insanlar olduqları güman edilir. Bu "ilahi varlıqlar"ın qadınlarla əlaqəsindən Nefillər adlanan divlər törədiyi yəhudilərin müqəddəs kitabında qeyd edilir. (Yaradlış 6/4). Həmçinin Tövratda ilanın peyğəmbər və ilk insan olan Adəm (ə.s) ilə Həvvanı aldadaraq cənnətdən çıxarılmasına səbəb olması haqqında ayələr bəyan edilir (Yaradılış 3/1–23). İlahiyyatçıların fikrincə, bu ilan yəhudi və xristian inancında Veelzevul (milçəklərin tanrısı) adıyla məşhur olan iblisdir. Tövratda adı çəkilən növbəti şər qüvvə Azazeldir.
Zər
Zər — işarəli tərəfləri olan, atmaq üçün nəzərdə tutulan, oyunlarda təsadüfün mənbəsi kimi işlənilən alət. Ənənəvi zər kub formasında olur və beləliklə, altı tərəflidir. == Tarix == Zərlər yazılı tarixdən əvvəl dövründən bəri mövcuddur və onların mənşəyi naməlumdur. Ehtimal olunur ki, falçılıq üçün işlənilən falus sümükləri zərlərin əcdadlarıdır. Qədim Misirə aid olan senet oyunu (e.ə. 3000 - b.e. II əsri) üçün ikitərəfli taxta zər kimi işlənilirdi. Ən qədim (e.ə. 2800 - 2500) zər tapıntısı İranın Şəhr-i Suxtedə aşkar olunan nərdə oxşar oyunun hissəsi idi.Riqveda, Atarvaveda, Mahatbarata və Buddanın oynamadığı oyunların siyahısı kimi qədim hind mənbələrində zərli oyunlar qeyd olunur.
Cəh-Cəh Həsrətində (1983)
32-lər
32-lər — Azərbaycan Milli Ordusunun əsgərləri “qırmızıların” gəlişi ilə qətiyyən barışmaq istəmirdilər. Ona görə də Azərbaycanın ayrı-ayrı bölgələrində bolşevizmə qarşı güclü müqavimət göstərirdilər. 1920-ci il mayın 25-26-da Gəncədə Sovet hakimiyyətinə qarşı 10-12 minə qədər şəxsin iştirak etdiyi güclü silahlı çıxış olmuşdu. Üsyanın əsas qüvvəsini yeni hökumətə itaət göstərmək istəməyən Azərbaycan Milli Ordusunun bölmələri təşkil edirdi. Üsyana general Cavad bəy Şıxlinski, general Məhəmməd Mirzə Qacar, polkovnik Cavanşir bəy Kazımbəyov və başqalarından ibarət Şura rəhbərlik edirdi. Mayın 31-də XI Qızıl Ordu hissələri şəhərə nəzarəti ələ keçirmişdilər. Düz 3 gün Gəncədə terror və qarət həyata keçirildi. Bir məlumata görə, Gəncə döyüşləri zamanı 8800 nəfər “qırmızılardan”, üsyançılardan isə 13 min nəfər öldürülmüşdü. Üsyanın yatırılması zamanı Milli Ordunun 6 generalı, o cümlədən general-mayor Cavad bəy Şıxlinski, general-mayor Məhəmməd Mirzə Qacar qətlə yetirilmişdi. 72 nəfər zabit Nargin adasına aparılaraq orada güllələnmişdi.
91-lər
"91-lər" — 1992-ci ildə Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevin Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş 91 nəfər tanınmış ziyalı. == Müraciətin məzmunu == 1992-ci il, 16 oktyabr tarixində Ziyalıların Heydər Əliyevə müraciəti "SƏS" qəzetinin 43-cü (72) buraxılışında "Azərbaycan Sizin sözünüzü gözləyir" başlığı ilə dərc edilmişdi. Bu müraciətin əvvəlində Azərbaycan Respublikasındakı mövcud vəziyyətə, onun baş vermə səbəbinə ümumi nəzər salınırdıː Daha sonra müraciətdə vəziyyətin doğurduğu digər fəsadlar — "respublikanın olan-qalan iqtisadi potensialının sürətlə dağılması, təbii sərvətlərimizin talan edilməsi", "vəziyyətin ağırlığından, çıxılmazlığından, həyatın qeyri-sabitliyindən, gələcəyə ümidsizlikdən respublikanı yüzlərlə ziyalı — yüksək ixtisaslı kadrların tərk etməsi" barədə məlumat verilir. Ən əsası da bu müraciətdə "Xalqımıza qarşı törədilən ən dəhşətli cinayətləri — 20 Yanvar, Xocalı, Şuşa, Laçın və digər faciələri törədənlərin cəzasız qalması" xüsusi olaraq qeyd olunur və baş verən problemin həllinin güclü bir liderin iradəsinə bağlı olduğu vurğulanırdıː 91-lər müraciətdə ölkəyə rəhbərlik edəcək həqiqi bir lideri Heydər Əliyevin simasında görərək belə bəyan edirdilərː Müraciətin sonunda bu müraciətə minlərlə Azərbaycan vətəndaşının da məmnuniyyətlə qoşulmağa hazır olması, hələlik isə ilk addım olaraq bunu bir qrup ziyalılar adından edilməsi qeyd olunurdu. Son söz olaraq isə bildirilirdiː == Heydər Əliyev 91-lər haqqında == "91-lər"in müraciəti 16 oktyabr 1992-ci il tarixində "Səs" qəzetində çap olunmuşdur. Bu barədə Azərbaycanın sabiq prezidenti Heydər Əliyev Respublika sarayında keçirilən Yeni Azərbaycan partiyasının yaradılmasının 5-ci ildönümü münasibətilə keçirlən təntənəli yığıncaqda nitqində belə demişdir: Heydər Əliyev 26 noyabr 2002-ci ildə Yeni Azərbaycan Partiyasının 10 illik yubiley mərasimindəki çıxışında isə 91-lər barədə belə demişdir: 91-lər Heydər Əliyevə müraciət ünvanlayarkən bəzi şəxslər bu müraciətə qoşulmaq istəməyib. Bu barədə məhz Heydər Əliyevin çıxışında dedikləri xüsusi maraq doğururː == 91-lərin siyahısı == == İstinadlar == == Xarici keçidlər == "91-lər"dən olan hər bir insana diqqət ayrılır. E. İbrahimov; Müsahibəni apardı: K. Həmidov. 525-ci qəzet, 2013, 30 noyabr, s. 8 Azəri N. "Biz fəxr edirik ki, müstəqil Azərbaycan dövlətinin vətəndaşları və regionun ən güclü siyasi təşkilatı — Yeni Azərbaycan Partiyasının üzvləriyik".
CAR bayrağı
CAR bayrağı — Cənubi Afrika Respublikasının dövlət bayrağı. Cənubi Afrika Respublikasının (CAR) bayrağındakı qırmızı rəng qanın, mavi rəng səmanın, yaşıl rəng ölkə torpaqlarının, qara rəng afrikalı zənci əhalinin, ağ rəng avropalı ağ əhalinin, sarı rəng qızıl və digər təbii resursların rəmzidir. Bundan əlavə, bayraqdakı "Y" forması iki irqin birləşdiyini tərənnüm edir. == Tarixi == Cənubi Afrika bayrağı Nelson Mandela prezident seçildikdən sonra 27 Aprel 1994-ci il tarixdə qəbul edilmişdir. Yeni bir demokratik Cənubi Afrikanın şəfəqinə əsas tutan və ölkənin siyasi dəyişikliyi əks etdirəcək yeni bir milli bayraq qəbul edilmişdir. Dünyanın ən yeni bayraqlarından biridir. Cənubi Afrika 31 May 1910 tarixində İngiltərədən müstəqilliyini qazandı.
CAR coğrafiyası
Cənubi Afrika Respublikasının ərazisi 22° cənub enliyindən cənubada, tropik və subtropik qurşaqlarda yerləşir. Sahilləri, əsasən, dağlıqdır; az miqdarda əlverişli körfəz və buxtaları var. Sahil xəttinin uzunluğu 2798 km-dir. == Geoloji quruluş və faydalı qazıntıları == Cənubi Afrika Respublikası ərazisinin böyük hissəsi Kembriyəqədər yaşlı Afrika platformasının cənub kənarı hüdudlarındadır; yalnız Kap dağları Hersin qırışıqlığı vilayətinə aiddir. Transvaal massivi, Arxey, Orta və Son Proterozoyun mütəhərrik qurşaqları, Karru və Kalaxari sineklizləri platformanın əsas strukturlarıdır. Massivdə qranit-qneyslərdən, qranulitlərdən, yaşıldaş vulkanik çökmə qatlardan ibarət platforma bünövrəsini Üst Arxey – Orta Proterozoyun platforma çexolu (terrigen və karbonatlı çöküntülər, qızıllı konqlomeratlar, riolitlər, andezitlər, bazaltlar və onların tufları) örtür. Platformanın sonrakı inkişaf mərhələlərində Buşveld lopoliti (qabbrolar, noritlər, peridotitlər, anortozitlər, qranitlər), karbonatitlər, siyenitlər, kimberlitlər və Mezozoyun qələvi qranitləri ilə yarılmış Transvaal sineklizi yaranır.. Keys qurşağının qərbində qırışıqlığa məruz qalmış Proterozoy yaşlı terrigen, vulkanik və karbonat süxurlar zolağı izlənilir. Bu rayonda metamorfizmə uğramış çexol (Vend–Kembri) Keys qurşağında peqmatitlərin əmələ gəlməsi və qərbdə qranit intruziyalarının soxulması ilə formalaşmışdır. Fanerozoyun çökmə çexolunu Paleozoy-Mezozoyun terrigen və kömürlü çöküntüləri, Erkən Yura yaşlı bazaltlar (Karru sineklizi və bir sıra qrabenlər, şərqdə Mozambik çökəyi), Kaynozoyun qumları (Kalaxari sineklizi) təşkil edir.
CAR gerbi
Cənubi Afrika Respublikasının Dövlət Gerbi — CAR dövlətinin müstəqilliyi rəmzidir. == Simvolika == Qalxan milli şəxsiyyət və mənəvi qoruma vasitəsi kimi ikiqat məna daşıyır. Milli üslubda iki insan rəqəmi birliyin simvolu olaraq salam verməkdədir. Bu da bir millətə və buna görə bəşəriyyətə aiddir. Knobkierie nizə və mace müdafiə və güc simvolu. Qalandan yuxarıdakı rəqəm protea çiçəyi simvollaşdırır. Proteya (lat. Protea cynaroides) Cənubi Afrika Respublikası milli bitkisidir. İlancıllar quşu artım və sürəti xarakterizə edir. Ayaqları bir nizə və mıx kimi təsvir olunan, əla bir ilan avcısı olan güclü quş paltarın düşmənlərindən qorunması simvollaşdırır.
CAR iqtisadiyyatı
Sənaye-aqrar ölkəsi olan CAR Afrikanın ən inkişaf etmiş dövlətidir. Adambaşına düşən ÜDM 11500 dollardır (2013, alıcılıq qabiliyyəti pariteti üzrə). ÜDM-in strukturunda sənaye 29%, kənd təsərrüfatı 2,6%, xidmət sferası 68,4% təşkil edir. Ümumi ÜDM 317,3 milyard dollardı. == Sənayesi == Sənayenin aparıcı sahələrindən biri mədən çıxarma sənayesidir. Yanacaq-enerji resurslarının əsası daş kömürdür. Elektrik enerjisi başlıca olaraq İES-də istehsal olunur. CAR qızıl, platin, almaz, xromit, manqan filizi, vanadium, antimonit, həmçinin asbest hasilatına, uran konsentratlarının istehsalına görə düyada aparıcı yerlərdən birini tutur. Dəmir filizi, əlvan metal filizlərindən mis, antimonit, qalay, nikel çıxarılır. Emal sənayesi sahələrindən ən çox maşınqayırma və metal emalı inkişaf etmişdir (mədən avadanlığı, qaldırıcı kranlar, qazanlar, d.y.
CAR mətbəxi
Cənubi Afrika çox müxtəlif mədəniyyətlərə sahib və geniş bir əraziyə yayılmış ölkə olduğundan yemək və mətbəx mədəniyyəti regiondan regiona dəyişir. Dünyanın dörd bir yanından gələn immiqrant kütlələri: ingilislər, yunanlar, almanlar, ispanlar, macarlar, hindlilər, çinlilər, ərəblər, ruslar və digər bir çox etnik qrup buraya mətbəx ənənələrini gətirdi. Dünyadakı ət ixracında önəmli yer alan ölkədə, ət tükətimi son dərəcə yayılmışdır. Ət yeməklərinin hər çeşidini Cənubi Afrika mətbəxində dadmaq mümkündür. Ölkəyə aid ət yeməklərinin bir neçəsi: biltong, bredies, potjekos, braaivleis, boereworsdur. Bunların yanında bəzi yerli restoranlarda dəvəquşu və timsah ətindən yeməklər də servis edilir. Dəvəquşu ilə hazırlanan yeməklər ancaq xüsusi günlərdə yeyilir. Yohannesburqda ən çox yeyilən ətlər isə toyuq və donuz ətləridir. Atlantik okeanı Qərb sahilləri boyunca dünyanın ən zəngin və ən məhsuldar sularından biridir. Ölkənin uzun bir okean sahili olduğundan, Cənubi Afrika mətbəxi dəniz məhsulları ilə zəngindir.
CAR yaponları
CAR yaponları (yap. 在南アフリカ日本人) - Cənubi Afrika Respublikasıda yaşayan yapon icmasına verilən ümumi ad. Əsasən Yohannesburq və digər əsas şəhərlərdə yaşayırlar. == Tarixi == Yaponların CAR-a miqrasiyası CAR aparteid rejimində olarkən ən Yaponiyanın onun ən böyük ticarət partnerinə çevrildiyi vaxt başlamışdır. CAR ilə Yaponiya arasındakı ticarət paktına əsasən 1960-cı illərdə CAR-da yaşayan yaponlara fəxri ağ statusu verilmişdir.Yaponlara bu cür statusun verilməsini baş nazir Hendrik Fervrud müəyyənləşdirmişdir, çünki bu paktdan sonra yaponların biznes dalınca ölkəni daha çox ziyarət edəcəklərindən yaponlara da digər etnik qruplar kimi davranılmasını lazımsız hesab etmişdir. Aparteidlə olan ziddiyyətə görə rejimə qarşı olan partiya və siyasətçilər yaponlara niyə bu cür statusun verildiyini sorğulamışdırlar. Qanun bütün yaponlara digər ağların malik olduğu bütün hüquqları (səsvermə və əsgərlikdən yayınma istisna olmaqla) vermişdir. Aparteid başa çatandan sonra yaponların CAR-a miqrasiyasında azalma müşahidə olunmuşdur. == Təhsil == CAR-da bir yapon beynəlxalq məktəbi – Yohannesburq Yapon Məktəbi yerləşir.
CAR şəhərləri
== CAR şəhərlərinin siyahısı ==
CAR əhalisi
CAR əhalisi 26 milyon nəfər olub bantu dilləri ailəsinə mənsub Afrika xalqlarıdır. Əhalisi əsasən zulular (7,9 mln.), kosalar (təqr. 7,4 mln.), tsvanalar (3,7 mln.), pedilər (təqr. 2,9 mln.), sutolar (təqr. 4,1 mln.) və s. ibarətdir (1998). Zəncilər – 79,4%, ağlar – 9,2%, digərləri (əsasən mulatlar) – 8,8%, hindlilər və asiyalılar – 2,6% təşkil edir (2010). Əhalisinin sayına görə (49,9 mln. nəfər) dünyada 26 - cı yeri tutur (2010). Orta sıxlıq 1 km²-də 41 nəfərdir (2011).
CMR Konvensiyası
CMR Konvensiyası — Avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar müqaviləsi haqqında konvensiya. 19 may 1956-cı ildə Cenevrədə qəbul olunmuşdur. BMT Konvensiyası statusuna malikdir. İngilis dilində - Convention on the Contract for the International Carriage of Goods by Road Fransız dilində - Convention relative au contrat de transport international de marchandises par route.Rəsmi qısa adı CMR (konvensiyanın adının fransız dilindəki abbreviaturası.) Dünya üzrə 55 ölkə konvensiyanın üzvüdür.
Cır gavalı
Cır gavalı (lat. Prunus divaricata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. == Təbii yayılması == Yabanı halda Qafqazda, Orta Asiyada, Türkmənistanda, Pamir Alatauda yayılmışdır. Qərbi Hindistan, İran və digər ölkələrdə çox qədimdən becərilir. == Botaniki təsviri == Hündürlüyü 10-15 m-ə qədər olan ağac, az-az hallarda isə koldur. Enli şarformalı çətirli, budaqları tikanlı, nazik, düzyönələn və ya sallaqdır. Cavan zoğların qabığı qırmızı-qonur, çoxillik budaqların qabığı tünd bozdur. Yarpaqları müxtəlif formalı-oval və ya oval-yumurtaşəkilli, oval-neştərvari, çılpaq və ya bir az tüklüdür. Tez çiçəkləyir, çiçəkləri yarpaqlardan tez açılır, çiçəkləri ağdır. Meyvələri müxtəlif formalı-yumru, yumurtaşəkilli, uzunsov-yumurtaşəkilli, müxtəlif rəngli – sarı, açıq qırmızı və ya çəhrayı, tünd qırmızıdır, tüklü deyil.
Cır mərsin
Cəm (jurnal)
Cəm — siyasi və ədəbi-yumoristik həftəlik jurnal. == Tarixi == 28 noyabr 1910 - 6 oktyabr 1912 illərdə 43 nömrəsi, 10 dekabr 1927 - 2 may 1929 illərdə isə 49 nömrəsi (cəmi 92 nömrə) çıxmışdır. 77 nömrəsi ərəb əlifbası ilə, 15 nömrəsi isə latın əlifbası ilə çap olunmuşdur. Əvvəllər türk və fransız dillərində, 1927-ci ildən təkcə türk dilində nəşr edilmişdir. Sahibi və məsul müdiri Cəmil (Cəm), baş redaktoru isə Rafıq Xalid (Karay) olmuşdur. 16 səhifəlik idi. Dövrün ictimai nöqsanlarını kəskin tənqid edən jurnalda əsasən yumoristik şeirlər, hekayələr, felyetonlar və karikaturalar dərc olunurdu. == Həmçinin bax == Məzəli (jurnal) == Mənbə == Cəlil Məmmədquluzadə Ensiklopediyası. Bakı, 2008. səh.74.
Cəm (şəhər)
Cəm — İranın Buşehr ostanının şəhərlərindən və Cəm şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,809 nəfər və 2,734 ailədən ibarət idi.
Çer (Urmiya)
Çer (fars. چر‎‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 536 nəfər yaşayır (83 ailə).
Çək-çək
Çək-çək (başq. cək-cək, tatar. çək-çək, qaz. şak-şak və ya şek-şek) — xəmirdən və baldan hazırlanan qida. Türk xalqlarına məxsus milli yemək. Daha çox başqırd, tatar və qazaxlar istifadə edir. == Hazırlanması == Çək-çək buğda unundan hazırlanmış yumşaq xəmirdən və çiy yumurtadan hazırlanır. Xəmir nə qədər yumşaq olsa çək-çək o qədər yumşaq və havalı olacaq. Yumurta ilə yoğrulmuş xəmirdən vermişili xatırladan qısa və nazik çubuqlar və ya kiçik qoz ölçüsündə şarlar düzəldilir. Daha sonra qazanda qızardılır və üzərinə qaynar bal qarışığı tökülür.
Ber
Ber — Meridian istiqamətində axan böyük çayların yarımkürəsində sağ tərəfə,cənub yarımkürəsində isə sol tərəfə meyl etməsini izah edən qanundur. Bu meyletmə nəticəsində çaylar (onların şimala və cənuba axmasından asılı olmayaraq) Şimal yarımkürəsində öz sağ sahilini çox yuyur və buna görə də sağ sahil adətən dik,sol sahil isə yastı olur. Cənub yarımkürəsində bunun əksi müşahidə olunur.B u qanunu 1857-ci ildə rus akademiki K.M.Ber (1792-1876) müəyyən etmiş və bunu Yerin öz oxu ətrafında gündəlik hərəkətinin meyletmə təsiri ilə əlaqələndirmişdir. Volqa, Yenisey, Paraqvay və s. bir çox çay dərələrinin yamaclarının asimmetrik olması Ber ilə izah edilir.
CEO
Baş icraçı direktor və ya CEO (ing. chief executive officer sözlərinin baş hərfləri) — Anglo-Sakson iqtisadi modeli olan ölkələrdə (ABŞ, İngiltərə və s.) direktor, baş idarəçi vəzifəsi. Azərbaycanda bu vəzifənin adı adətən İdarə Heyətinin Sədri kimi ifadə olunur. == Məsuliyyəti == Bir təşkilatın İdarə Heyətinin Sədrinin məsuliyyətləri, şirkətin qanuni quruluşuna bağlı olaraq, İdarə Heyəti və ya başqa bir səlahiyyətli orqan tərəfindən müəyyən olunur. Bu məsuliyyətlər son dərəcə geniş və ya məhdudlaşdırılmış olur və adətən Səlahiyyətli bir heyətə bağlı olurlar. Çox vaxt bu səlahiyyətlər şirkətin strategiyasını və siyasi mövqeyini müəyyənləşdirmək, liderlik, idarəçilik, şirkətin rabitə və alınan qərarları tətbiq etmək kimi sahələri əhatə edir. İdarə Heyətinin Sədri rabitə üzrə məsul olaraq mətbuata və şirkətin əməkdaşlarına lazımi açıqlamaları edir. Lider kimi rəhbərlik kabinetinə lazımi məsləhətləri verir, işçiləri motivasiya edir və şirkət daxilindəki dəyişiklikləri idarə edir. Bir rəhbər olaraq da şirkətin gündəlik əməliyyatlarını idarə edir. Bu xüsusiyyətlər İdarə Heyətinin Sədrinin şirkətin bütün sektorlardakı orqanları və biznes sahələri — fəaliyyətlər, reklam, maliyyə, insan resursları da daxil olmaqla — üzərində həyatı qərarları vermək səlahiyyəti olduğunu göstərir.
CERN
CERN — Avropa nüvə araşdırmaları təşkilatı, dünyanın ən iri yüksək enerji fizikası laboratoriyası. Bəzən Avropa nüvə tətqiqatları mərkəzi kimi də tərcümə olunur. CERN abbreviaturası fransız dilindən Conseil Europėen pour la Recherce Nucėaire (Avropa nüvə tətqiqatları Şurası) adından götürülüb. == Ümumi məlumat == CERN İsveçrə və Fransa sərhəddində, Cenevrə şəhəri yaxınlığında yerləşir. Ərazisi iki əsas və bir neçə kiçik meydançadan təşkil olunub. Böyük binalar kompleksinə işçi otaqlar, laboratoriyalar, anbarlar, konfrans zalları, yaşayış evləri, yeməkxanalar daxildir. Sürətləndirici kompleks həm yerin səthində (Linac, PS kimi köhnə sürətləndiricilər), həm də yerin 100 metrə qədər dərinliyində (dahah yeni SPS, LHC sürətləndiriciləri) yerləşir. Əsas meydança İsveçrənin Meyran şəhəri yaxınlığında, digər əsas meydança isə Fransanın Prevesan-Moen şəhəri yaxınlığında yerləşir. Nisbətən kiçik meydançalar yaxın ətraflarda LEP sürətləndiricisi üçün tikilmiş yeraltı həlqə boyunca salınmışdır. CERN-nin yaradılması haqqında razılıq 12 Avropa ölkəsi nümayəndəlirinin iştirakı ilə Parisdə 29 iyun-1 iyul 1953-cü il tarixində imzalanmışdır.
CEU
Mərkəzi Avropa Universiteti (ing. Central European University (CEU), mac. Közép-európai Egyetem) Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşən və dünyanın ən nüfuzlu universitetlərindən biridir. Universitet 1991-ci ildə Corc Sorosun maliyyə dəstəyi ilə bir qrup ziyalı tərəfindən Mərkəzi və Şərqi Avropa, eləcə də keçmiş SSRİ ölkələrində açıq cəmiyyət və demokratiyanın inkişafına töfhə məqsədilə yaradılmışdır. Universitetin kampusları Varşava və Budapeştdə yerləşir. Bu gün MAU – 110-dan çox ölkədən olan 1600 nəfər tələbənin oxuduğu beynəlxalq universitetdir. Universitetin təsisçisi Corc Soros tərəfindən maliyyələşdirilən və 400 milyon avroya qədər büdcəsi olan MAU fondu sayəsində bir çox istedadlı və fərqlənən tələbələr bütün kurs boyu maliyyə dəstəyi alır. Mərkəzi Avropa Universiteti daimi ianə fondunun eksklüziv benefisiarıdır. MAU İanə Fondu Avropada ən böyük akademik ianə fondlarından biridir və universitetin uzunmüddətli maliyyə səmərəliliyini təmin etmək üçün yaradılmışdır. Bu, Budapeştdə yerləşən universitetin əsas əməliyyat xərcləri üçün illik maliyyəni təmin edir.
CEV
Avropa Voleybol Konfederasiyası — mərkəzi Lüksemburqun paytaxtı Lüksemburg şəhərində olan, Avropada voleybola (çimərlik voleybolu da daxildir) nəzarət edən qurum.
Ced
Ced — Qədim Misir mifologiyasına aid, Osirisin fəqərə sütununu tərənnüm etdirən bir əşyadır. Onun fallik məna daşıması da inkar edilmir və ondan Heb-Sed mərasimində istifadə edilmişdir. Ced sözünün mənası daimi, davamlı deməkdir.
Cek
Cek — Azərbaycan Respublikasının Quba rayonunun Əlik inzibati ərazi vahidində kənd. Baş Qafqaz silsiləsinin yamacındadır. Şahdağ xalqlarının nümayəndələrindən biri olan ceklilərin tarixi, mərkəzi iqamətgahı. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Əlik kənd sovetliyinin tərkibində olmuş, hazırda Əlik bələdiyyəsinin tərkibindədir (1999-cu ildən). == Tarixi == Cek kəndi çox qədim tarixə malik kəndlərdən biridir. Cek sözü etnotoponimdir8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Cek kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. SSRİ dövründə Əlik, Haput, Qrız, Qrızdəhnə kəndləri ilə birlikdə Əlik kənd sovetliyinin tərkibində olan Cek kəndi hazırda Əlik və Haput kəndləri ilə birlikdə Əlik bələdiyyəsinin tərkibindədir. 2011-ci ilin avqust ayında Xınalıq Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun Cek kəndinə aid ərazisində qədim yaşayış məntəqəsi və 1 ədəd kurqan aşkarlanıb. Ərazidə işləyən arxeoloq İdris Əliyevin bildirdiyinə görə, tapıntıların tunc dövrünə – e.ə. III-II minilliklərə aid olması ehtimal edilir.
Cem
Cem - tərkibində ən azı 1% pektin maddələri, 1%-dən az olmayaraq üzvi turşu olan bütöv və ya doğranılmış meyvə-giləmeyvənin şəkər şərbətində paldaşəkilli konsistensiyaya qədər bişirilməsindən alınan qida məhsulu. Cem bişirmək üçün turş alma, armud, heyva, gavalı, alça, ərik, şaftalı, albalı (gilənar), gilas, qara qarağat, firəng üzümü, çiyələk, moruq, üzüm, əncir, xurma və digər meyvələrdən istifadə edilir. Cemin mürəbbədən əsas fərqi ondan ibarətdir ki, bişirilən meyvənin formasının saxlanılması vacib deyildir. Eyni zamanda cemin şirəsi mürəbbə şirəsindən fərqli jeleyəbənzər (paldalı) konsistensiyalı olub süzülmür və qeyri-şəffafdır. Cem bir dəfəyə bişirilir. Tərkibində az pektin olan meyvə-giləmeyvələrdən cem bişirdikdə ona davamlı jele əmələgətirən meyvə-giləmeyvə (heyva, bəzi sort almalar, firəng üzümü) qatmaq lazım gəlir. Cem bişirilməsi və əlavə olunan şəkərin miqdarına görə mürəbbəyə, konsistensiyasına və xarici görünüşünə görə povidloya oxşayır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010. == İstinadlar == The principles of jelly-making, by N.E. Goldthwaite ...
Eçer
Eçer – Macarıstanda, Budapeşt yaxınlığında qədim kənd. Kənd Budapeştdən cənubi-şərqdə, Feriheci Beynəlxalq Aeroportunun yaxınlığında, 120a dəmir yolunun üzərində yerləşir.
Ker
Ker - türk və altay mifologiyalarında pis varlıq. Gər (Gir, Kir) olaraq da deyilir. O varlığın pis bir xüsusiyyətə sahib olduğunu göstərir. Tek ayaqlı, tək gözlü, tək qollu keçəl varlıqlardır. Şumerlerde Qur adlı bir yer altı canavarı bulunur ki, yer altında yaşayan varlıqların Ker sözcüyü ilə təyin olunması bununla əlaqəli ola bilər. Yeraltında yaşadığına inanılan "Ötker" adlı pis varlıqlar da bunların bir növüdür. O biri aləmə aid canlılar daim tək gözlüdür. Ker sözünün kor mənasını verdiyini qarşıya qoyan görüşlər də mövcuddur. Bu sifətlə xatırlanan beş əhəmiyyətli varlıq tapılar. Ker Yutpa: Yeraltı əjdahası Ker Abra: Yeraltı ilanı Ker Arat: Yeraltı balığı Ker Doydu: Yeraltı balığı Ker Köylek: Yeraltı cadugəri == Etimologiya == (Ker/Gər/Gir) kökündən törəmişdir.
PeR
PeR — 2007-ci ildə qurulmuş Latış musiqi qrupu. PeR Latviyanı 2013 Avroviziya Mahnı Müsabiqəsində "Here We Go" mahnısı ilə təmsil edib.
Ser
Ser (ing. sir, Sir, qədim fransız dilindən sieur, ağa, cənab, hökümdar, həmçinin lat. senior böyük) — ingilis dilli ölkələrdə kişilərə müraciət forması, iki mənası var — titul və müraciət forması.
Yer
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri , Venera , Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.
ÇSR
Çexoslovakiya (çex. Československo), (slovak. Česko-Slovensko) — Mərkəzi Avropada 1918-ci ildən 1992-ci ilə qədər mövcud olmuş dövlət. == Çexoslovakiya respublikasının təşkili == Birinci dünya müharibəsinin sonuna qədər Çexiya və Slovakiya Avstriya-Macarıstan imperiyasının tərkibində idi. Müharibədə "Dördlər İttifaqı"nın məğlubiyyəti Çexiya xalqını da öz müstəqilliyi uğrunda mübarizəyə ruhlandırdı. 1918-ci ilin yanvar ayının 6-da çex deputatları Avstriya reyxstrat və seymindən Çexiyaya müstəqillik verilməsini tələb etdilər. Lakin bu tələb rədd edildi. 1918-ci ilin iyununda isə Parisdə fəaliyyət göstərən çex siyasi partiyaları Milli komitə təşkil etdilər. Komitənin rəhbəri Tomaş Masarik təyin edildi. 1918-ci ilin oktyabrın 28-də Milli Komitə müstəqil Çexiya dövlətinin yaradıldığını elan etdi.
ÇXR
Çin Xalq Respublikası (ÇXR) yaxud Çin, köhnə mənbələrdə Xita (Köhnə Azərbaycanca: خطا) — Şərqi Asiyada yerləşən tək partiyalı unitar dövlətdir. Çin Kommunist Partiyası tərəfindən idarə olunan ölkə 22 əyalət, beş muxtar bölgə, dörd birbaşa idarə olunan bələdiyyə (Pekin, Tyantszin, Şanxay və Çuntsin) həmçinin Honkonq və Makao xüsusi inzibati bölgələrindən ibarətdir. Çin Xalq Respublikası sahəsinin böyüklüyünə görə dünyanın 3-cü ölkəsidir. Əlverişli və geosiyasi mövqeyə malik olmaqla Mərkəzi və Şərqi Asiyada yerləşir. Çin Xalq Respublikası şimal-şərqdən və şimal-qərbdən 3645 km məsafədə RF ilə, şimal-şərqdən 1416 km məsafədə Şimali Koreya ilə şimal-qərbdən-1533 km məsafədə Qazaxıstanla, qərbdən-523 km məsafədə Pakistanla, 414 km-Tacikstanla, 76 km-Əfqanıstanla, cənub-qərbdən 3380 km məsaəfədə Hindistanla, 2185 km məsafədə Myanma ilə, 1281 km məsaəfədə Vyetnamla, 1236 km məsafədə Nepalla, 470 km məəsafədə Butanla, 423 km məsafədə Laosla, şimaldan 4673 km Monqolustanla, cənub -şərqdən Aominla (Makao) 34 km məsafədə sərhədə malikdir. Şimali Çin ovalığı ərazisindən keçən Sarı çay hövzəsi insanlar tərəfindən ilk dəfə məskunlaşmış yerlərdən biri hesab olunur. Eramızdan əvvəl 21-ci əsrdən etibarən minilliklər boyunca Çin yarım əfsanəvi Sya sülaləsi və digər irsi monarxiyalar və xanədanlıqlar tərəfindən idarə olunmuşdur. Eramızdan əvvəl 3-cü əsrdə Tsin sülaləsi digər xanədanlıqlara qalib gələrək vahid Çin imperiyasının əsasını qoymuşdur. Onların ardınca hakimiyyətə gələn və eramızdan əvvəl 206-cı ildən eramızın 220-ci ilinə qədər ölkəni idarə edən Han sülaləsinin zamanında kağız və kompas kəşf olunmuş, kənd təsərrüfatı və tibb sahələrində irəliləyiş qeydə alınmışdır. Tan sülaləsinin hakimiyyəti dövründə (618–907) isə barıt və çap etmənin kəşf olunması nəticəsində Dörd böyük ixtira tamamlandı.
Çex
Çexlər və ya Çex xalqı (çex. Češi, [ˈtʃɛʃɪ], arxaik tələffüzü çex. Čechové [ˈtʃɛxɔvɛː]) - qərbi slavyan xalqı, Çexiya Respublikasının əsas əhalisi. Ümumi sayı 12 milyona yaxındır. Çexlər slovak və lujitsa dillərinə çox yaxın, slavyan dillərin qərbi-slavyan qrupuna daxil olan çex dilində danışırlar. Müasir dövrdə çexlər əhəmiyyətli sayda Fransada, Böyük Britaniyada, ABŞ-də, Slovakiyada, Xorvatiyada, Avstriyada və Polşada yaşayırlar. Çex xalqının əcdadları hələ qədim dövrdən müasir Çexiyanın Bohemiya, Moraviya və Sileziya tarixi bölgələrində məskunlaşmışdırlar. Çex sözünün mənşəyinin uzun bir tarixi var və bunun elmi izahını ilk dəfə Yozef Dombrovski cəhd göstərmişdi. Ehtimala görə, «çex» sözü kiçiltmə mənasını verən *čelověkъ və *čelędь sözlərin və *-xъ şəkilçisinin (qədim slavyan ön şəkilçisi olan *čel-) köməyi ilə yaranmışdı, yəni "çex" sözünün daxili forması — «nəslin bir üzvü» mənasını daşıyır. == Tarix == Bir etnos kimi çexlər bu günkü Bohemiya, Moraviya, Sileziya və qonşu ərazilərdə formalaşıblar.
Bir-əl-Cir
Bir-əl-Cir (ərəb. بئر الجير‎) — Əlcəzairin şimal-qərbində, Vəhran vilayətində şəhər. Eyniadlı dairənin inzibati mərkəzidir. == Coğrafi mövqe == Şəhər vilayətin şimal hissəsində, Aralıq dənizi sahilinə yaxın yerdə yerləşir və Vəhran şəhərinin şərq ətrafıdır. Mütləq hündürlüyü dəniz səviyyəsindən 153 metrdir.Bir-əl-Cir ölkənin paytaxtı Əlcəzairdən təxminən 340 kilometr qərb-cənub-qərbdə yerləşir. == Demoqrafiya == 2008-ci ilin siyahıyaalınmasına əsasən, əhalinin sayı 152,151 nəfər nəfər idi. İllər üzrə şəhər əhalisinin dinamikası: == Nəqliyyat == Vəhran əs-Seniya hava limanı şəhərin cənubunda yerləşir.
Hər bir insan hökmdardır
Hər bir insan hökmdardır — Rövşən Abdullaoğlunun "Psixoloji kitablar silsiləsində" yazdığı və 2012-ci ildə Qədim Qala nəşriyyatında nəşr olunmuş əsər. == Haqqında == Var-dövlət içində üzən insanın batini mənfi narahatedici fikirlər və əzabverici hislərlə doludursa, o, yenə də özünü dünyanın ən kasıb, miskin insanı kimi hiss edəcəkdir. O, hər nə qədər böyük alınmaz qəsrlərdə yaşasa belə, yenə də Somalidə küçədə yatan, lakin ruhu gələcəyə ümidlə dolu olan, müsbət düşüncələrlə yaşayan gəncdən daha çox özünü evsiz-eşiksiz biri kimi hiss edəcəkdir… Batini yoxsulluqdan azad olan ən az vasitələrlə varlı olacaqdır. Batini yoxsul olan kəs isə dünya sərvətinin üzərində otursa belə, yenə də kasıbdır. == Nəşr == Kitab azərbaycan dilində 4 dəfə — 2012, 2013, 2015 və 2017-ci illərdə təkrar nəşr olunub. == Satış == Kitabevim. AZ kitab mağazasının 2016-cı ildə ən çox satılan 30 bədii, uşaq və tərcümə ədəbiyyatı kitablarının siyahısında "Bədii (Çağdaş Azərbaycan Ədəbiyyatı silsiləsi üzrə)" kateqoriyası üzrə 25-ci olub. == Həmçinin bax == Qorxular == İstinadlar == == Xarici keçidlər == "Hər Bir İnsan Hökmdardır (4-cü nəşr)" ( (az.)). qedimqala.az. 2019-04-25 tarixində arxivləşdirilib.
Hər bir sevən ürək
Har Dil Jo Pyar Karega (mənası: Hər bir sevən ürək) – 2000-ci ildə Rac Kanvarın rejissorluq etdiyi Bollivud filmidir. Filmin baş rol ifaçıları Salman Xan, Priti Zinta və Rani Mukhercidir. Filmin digər əsas rolunda Şahrux Xan yer alıb. Kifayət qədər kassa gəliri əldə etmiş film Box Office Hindistan tərəfindən Ortamala olaraq elan olundu. Bu film 1998-ci ildə istehsal olunmuş Chandralekha Malayalam filminin yenidən istehsal olunmuş versiyasıdır. Həmçinin filmin süjetində 1995-ci ildə çəkilmiş Sandra Ballokun iştirak etdiyi Sən yatarkən adlı Hollivud filmindən də istifadə olunmuşdur. == Rollarda == Salman Xan — Raj/Romi Priti Zinta — Jahnvi Rani Mukherci — Pooja Oberoi Kamini Kauşai — Biji Raciv Verma — Mr.Oberoi Pareş Reval — Goverdhan Şakti Kapur — Abdulun dayısı Satiş Şah — Mahesh Hirwani Şahrux Xan — Rahul (Kameo) == Filmfare Nominasiyaları == Köməkçi Aktrisa — Rani Mukherci Qadın Mahnı Müğənnisi — Preety və Pinky — Piya Piya == Kritik Resepsiyon == Film tənqidçilər tərəfindən kifayət qədər müsbət qarşılandı və xüsusilə üç aparıcı oyunçunun performansları qiymətləndirildi. Screen film jurnalı Şahrux Xanın və Priti Zintanın performanslarını tərifləyərək "Filmin rejissoru filmdə bir çox suprizlər edərək bir çox səylər etməklə yanaşı, aparıcı oyunçulardan ən yaxşı performans çıxarmaqla məsləhət görülən bir rejissor olmağa layiq biridir." deyə qeyd etdi.
Hər şey hər yerdə və bir anda
"Hər şey hər yerdə və bir anda" (ing. Everything Everywhere All at Once) — ABŞ istehsalı müstəqil film.