Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vüsalə Ağarazıyeva
Vüsalə Dadaşova
Vüsalə Kərimova
Vüsalə Akif qızı Kərimova (1987, Bakı) — əlil arabasında rəqs idman növü üzrə çıxış edən Azərbaycanlı para-idmançı. Vüsalə Kərimova 1987-ci ildə Bakı şəhərində anadan olub.Vüsalə travma almış insandır.O, 15 yaşında pəncərədən yıxılmışdı və bundan sonra yeriyə bilməmişdi.Əlil olandan sonra 2-ci həyatına başlamışdır.Onun məşğul olduğu idman növü-əlil arabasıyla rəqss etməkdir.İlk dəfə ona əlil arabasıyla rəqs etməyi təklif etdilər. "Mənim özümə çox maraqlı gəlirdi ki, əlil arabasında rəqs necə ola bilər. Müəyyən videolara baxmışdım, amma hələ təsəvvür formalaşmamışdı. İlk dəfə Minskə səfərimiz olmuşdu və təlim-məşq toplantılarına qatılmışdıq. İlk dəfə orada əlil arabasında idman rəqsinin nə olduğunu anladım. Mənə çox müsbət təsir elədi və qərar verdim ki, bu idmanla məşğul olmalıyam. Biz ilk dəfə digər əlilliyi olan şəxslə- Kamal Məmmədovla rəqs etməyə başladıq. Bu iki əlil arabasında olan şəxsin rəqsi demək idi. İlk nailiyyətimiz elə Minskdə oldu, bürünc mükafat aldıq".
Vüsalə Mahirqızı
Vüsalə Mahir qızı Abışova və ya Vüsalə Mahirqızı (5 avqust 1979, Lək, Ucar rayonu) — Azərbaycan jurnalisti, "APA-Holding" MMC-nin prezidenti, əməkdar jurnalist. 1979-cu ildə avqustun 5-də Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində anadan olmuşdur. 1985-ci ildə Rafiq Abbasov adına Ucar rayon, Lək kəndi 1 saylı orta məktəbinə daxil olmuş, 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirmişdir. 1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olmuşdur. 2000-ci ildə həmin ali məktəbin bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir. İxtisası folklorşünas-mifoloqdur. 1996-cı ildən mətbuatda əmək fəaliyyətinə başlamışdır. İlk iş yeri kimi "Bakı Universiteti" qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. 1998–2000-ci illərdə "Bu gün" qəzetində müxbir vəzifəsindən baş redaktorun birinci müavini vəzifəsinə qədər çalışmışdır. 2000–2001-ci illərdə "Məkan" qəzetində baş redaktor müavini işləmişdir.
Vüsalə Mirzəyeva
Rejissor Vüsalə Vaqif qızı Mirzəyeva 11 mart 1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Televiziya Rejissorluğu” fakültəsini bitirib (1998). “Televiziya və musiqi” adlı elmi işi müdafiə edərək “magistr” dərəcəsi alıb (2002). Mətbuatda bir sıra yazılarla çıxış edib. Vüsalə Mirzəyeva Azərbaycan Dövlət Televiziyasında çalışdığı müddətdə (1998-2006) bir sıra verilişlərin həm müəllifi, həm də rejissoru olub. 2000-ci ildə "Sabah" yaradıcılıq birliyinə dəvət alıb və birliyin rəhbəri Ramiz Həsənoğlunun bir sıra film-tamaşalarında ikinci rejissor kimi fəaliyyət göstərib. 2006-cı ildən Space Televiziyasında öncə “Xəbərlər” departamentinin baş rejissoru, sonra isə “musiqili layihələr qrupu”nun rejissoru kimi fəaliyyət göstərib. Eləcə də bir çox verilişlərə quruluş verib. Eyni zamanda müstəqil fəaliyyət göstərərək br neçə şirkət və prodakşnlarla da əməkdaşlıq edib və kliplərin, müxtəlif tədbir və konsertlərin (Yaşıl Teatr konsertlərinin televiziya versiyası, Səs organization, 2007; Dünya Güləş Çempionatının açılış mərasimi, 2007) quruluşçu rejissoru olub. 2008-ci ildən Professional Kinorejissorlar Gildiyasının üzvüdür.
Vüsalə Seyfədinnova
Vüsalə Əliyeva
Vüsalə Abazər qızı Əliyeva (2 sentyabr 1981, Cəhri, Babək rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V və VI çağırışlarının deputatı. Vüsalə Əliyeva 2 sentyabr 1981-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 1987–1998-ci illərdə Babək rayonu Cəhri kənd 1 nömrəli orta məktəbini fərqlənmə attestatı ilə bitirmişdir. 1999–2003-cü illərdə isə Naxçıvan Özəl Universitetinin Filologiya Fakültəsinin Azərbaycan dili və Ədəbiyyat ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildən 2010-cu ilədək Sədərək rayonu Sədərk kənd 1 nömrəli orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi işləmişdir. 2010-cu ildən Sədərək kənd 2 nömrəli orta məktəbində kitabxana müdiri və müəllimə kimi çalışmışdır. Ailəlidir, 2 övladı var. 2011-ci il 21 noyabr tarixindən Yeni Azərbaycan Partiyası Sədərək rayon Təşkilatında Qadınlar Şurasının sədridir. Naxçıvan Ali Məclisinin V və VI çağırışlarının üzvü olmuşdur. Hal-hazırda Naxçıvan Ali Məclisinin Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin və İntizam komissiyasının üzvüdür.
Vüsalə Əlizadə
Vüsalə Rəfail qızı Əlizadə (12 iyul 1984, Bakı) — Azərbaycanlı televiziya aparıcısı və sənətçi. Vüsalə Əlizadə 1984-cü il 12 iyulda Bakı şəhərində anadan olub. Vüsalə Əlizadənin özündən başqa, üç bacısı və bir qardaşı var. Vüsalə Əlizadə, 9-cu sinifə qədər Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 nömrəli orta məktəbdə təhsil alıb. Daha sonra isə o, Turan Liseyini bitirib. Ali təhsili isə Vüsalə Əlizadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsində alıb. Vüsalə Əlizadə, 2002–2014-cü illərdə "Lider" TV-də yayımlanan "Pərdə" maqazin verilişdə redaktor vəzifəsində çalışıb. 2014–2016-cı illərdə Vüsalə Əlizadə, "APA Holding"-in nəzdində fəaliyyət göstərən "APA" TV-də yayımlanan "Səhər zəngi" verilişinin aparıcısı olub. Vüsalə Əlizadə, 2015-ci ildən etibarən isə ATV-də yayımlanan "Qadına görə" verilişinin aparıcısıdır. Vüsalə Əlizadə, 2017-ci ilin oktyabr ayında ATV-də yayımlanan Maşın Realiti Şousunun Xanımlar və Cənablar adlanan 15-ci sürətinə qatıldı.
Vüsalə Seyfəddinova
Vüsalə Seyfəddinova — (Qumlaq, Oğuz, Azərbaycan, 3 noyabr 2000) — azərbaycanlı peşəkar qadın futbolçu. Azərbaycanın qadınlardan ibarət A Milli komandasının yarımmüdafiəçisi. == Həyatı və Karyerası == 2019-cu ilə qədər "Uğur" klubunda çıxış etdi. 2019/2020-ci illərdə Vüsalə "Ryazan" klubunda 3 oyun meydana çıxmışdır. 2022-ci ildə o "Çaykur Rizespor" klubu ilə müqavilə imzaladı. 2023-cü ildə "Amedspor" klubuna transfer oldu. 2024-cü ildə "Olimpiyada İmittou" klubunda çıxış etmişdir. == Milli Karyerası == 2015-2016 Azərbaycan U17, 2017-2018-ci ildə isə Azərbaycan U19 millisinəd çıxış edib. 2019-cu ildən Azərbaycanın qadınlardan ibarət A milli yığmasında çıxış edir.
Vüsalə Kərimova (idmançı)
Vüsalə Kərimova (jurnalist)
Sülalə
Xanədan və ya sülalə — Monarxiya quruluşlu dövlətlərdə irs əsasında nəsil hakimiyyəti silsiləsi.
Diyalə (el)
Diyalə mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Diyalə mühafəzəsinin ərazisi 19.076 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.135.223 nəfər , inzibati mərkəzi Bəqubə şəhəridir . Diyala livası (eli) 6 qadəyə (elçəyə) bölünür: Kifri, Xalis, Müqdədiyə (və ya Şəhrəban), Bələdruz, Bəqubə, Xanəqin.
Diyalə mühafazası
Diyalə mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Diyalə mühafəzəsinin ərazisi 19.076 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.135.223 nəfər , inzibati mərkəzi Bəqubə şəhəridir . Diyala livası (eli) 6 qadəyə (elçəyə) bölünür: Kifri, Xalis, Müqdədiyə (və ya Şəhrəban), Bələdruz, Bəqubə, Xanəqin.
Diyalə mühafəzası
Diyalə mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Diyalə mühafəzəsinin ərazisi 19.076 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.135.223 nəfər , inzibati mərkəzi Bəqubə şəhəridir . Diyala livası (eli) 6 qadəyə (elçəyə) bölünür: Kifri, Xalis, Müqdədiyə (və ya Şəhrəban), Bələdruz, Bəqubə, Xanəqin.
Diyalə mühafəzəsi
Diyalə mühafəzəsi — İraqın 18 mühafəzəsindən biri. Diyalə mühafəzəsinin ərazisi 19.076 km², 1997-ci ildə aparılmış rəsmi siyahıya almaya əsasən əhalisi 1.135.223 nəfər , inzibati mərkəzi Bəqubə şəhəridir . Diyala livası (eli) 6 qadəyə (elçəyə) bölünür: Kifri, Xalis, Müqdədiyə (və ya Şəhrəban), Bələdruz, Bəqubə, Xanəqin.
Dübarə (Urmiya)
Dübarə (‎‎fars. گرديك‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 276 nəfər yaşayır (41 ailə).
Dücanə Cündioğlu
Dücanə Cündioğlu (d. 21 yanvar 1962) — Türkiyənin İstanbul şəhərində anadan olmuş yazar, mütəfəkkir və filosofdur. 2 aprel 1980-ci ildə başladığı yazı həyatına müxtəlif dərgi və qəzetlərdə məqalələr yazaraq davam etdi. 1981-ci ildən Quran elmlərini əsas məşğuliyyət sahəsi olaraq seçdi. Uzun müddət Tarix, Məntiq, Kəlam və Fəlsəfə dərsləri verdi. Bir müddət Berlində yaşamışdır. "Həqiqət və Xurafat" (1999) "Dairəyə Dair" (2007) "Göz İzi" (2007) "Hz.
Qarşılıqlı surətdə başa düşülə bilinmək
Dilçilikdə qarşılıqlı aydınlıq, fərqli, lakin əlaqəli dil növlərini danışanların fikirləşmədən və ya xüsusi səy göstərmədən asanlıqla bir-birini başa düşə biləcəyi dillər və ya ləhcələr arasındakı əlaqədir. Bu, tez-tez dillərin ləhcələrdən fərqlənməsi üçün ən vacib meyar kimi istifadə olunur, lakin sosiolinqvistik amillər də nəzərə alınır. Dillər arasındakı aydınlıq asimmetrik ola bilər; Bu şəkildə X dilində danışan şəxs Y dilini, Y dilində danışan şəxsin X dilini başa düşməsindən faiz etibarilə daha çox başa düşür. İki dil arasındakı aydınlıq nisbətən simmetrikdirsə, buna “qarşılıqlı” aydınlıq deyilir.
Qacarlar (sülalə)
Qacarlar sülaləsi (az-əbcəd. قاجارلار‎ və ya قَجَرلَر, fars. سلسله قاجاریه‎) — Azərbaycan və indiki İran ərazisində XVIII əsrin sonu — XX əsrin 20-ci illərinə qədər hakimiyyətdə olmuş azərbaycanlı- türk mənşəli sülalə. Oğuz türklərinin Bayat boyuna mənsub oymağı (qəbiləsi) olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-Türk tayfalarından biri olmuşlar. XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır və 1554-cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur. Ziyadoğlular sülaləsi sonralar Qarabağa da hökmdarlıq etmişdir. 16–17-ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində qoyulmuşdur. Tarixçi Ələskər Şəmim yazır: "Səfəviyyə dövründə yazılan tarixdən belə görünür ki, Səfəviyyə şahlarının anaları Qacar elindən olublar. Bu el Araz çayının sahillərində yaşayıb.
Qüsabə (Meşkinşəhr)
Qüsabə (fars. قصابه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,110 nəfər yaşayır (488 ailə).
Sünik (sülalə)
Sünik, Süni, Syuni, Sisakan sülaləsi (erm. Սյունի, Սիսակյաններ) – antik və orta əsrlər dövründə Sünik vilayətində hakimiyyət sürmüş alban sülalə. Qafqaz Albaniyası tarixinin ən güclü sülalələrindən biri kimi dəyərləndirilən Sünik sülaləsi eyni zamanda. Sünik sülaləsi Ermənistanın hökmdar sülalələri ilə qohumluq əlaqələrinə malik olmuşdur. Sünik sülaləsi nümayəndələrinin inşa etdirdiyi bir çox dəyərli tarixi-memarlıq abidələri dövrümüzə çatmışdır. Əfsanəvi şəcərə cədvəlinə görə Sünik sülaləsi Yafətin nəslindən gələn və erməni xalqının "əfsanəvi ilk hökmdarı sayılan" Haykın nəslindən (Hayk – Aramanyak – Aramais – Amasiya – Qeqam – Sisak) gəlmişdir. Moisey Xorenli bu sülalənin hakimiyyətə gəlməsini erməni hömdarı Valarşakın adı ilə bağlayır: "Erməni dilinin Şərqdəki son sərhəddlərinə isə yerli sülalələrdən Sisakanlar və Kadmeanlar hakim təyin edildilər." VIII əsr müəllifi Stefan Sünikli qeyd edir ki, "Sünikdə və Artsakda Sünik və Artsak dillərində danışmışlar." R. A. Açaryan belə hesab edir ki, ermənilərin formalaşmasında urartululardan başqa öz qədim dili və yazısı olan 18 xalq yaxından iştirak etmişdir. Stefan Sünikli və digər müəlliflərin məlumatlarına əsaslanan R. A. Açaryan VIII əsrə qədər həmin dillərdən yeddisinin yaşadığını və Sünik dilinin də həmin dillərdən biri olduğunu qeyd edir. Н. N. Adonts isə qeyd edir ki, Sünik həm mülki, həm də kilsə baxımından Ermənistandan az asılı olmuşdur və bu həmin ərazinin etnik fərqliliyi ilə bağlı idi. O, qeyd edir ki, "Ermənistanın alban ucqarı olan Sünik əhalisinə görə Ermənistanın digər ərazilərindən fərqlənirdi.
Tan (sülalə)
Tan sülaləsi (Çincə: 唐朝; Pinyin: Tángcháo) - Çində (618-918)-ci illər arasında iqtidarda olmuş xanədan. VII əsrin əvvəllərində Çində hakimiyyət 300 il hökmranlıq etmiş Tan sülaləsinin (618-918) əlinə keçdi. Bütün hakimiyyət imperatorun əlində cəmləşmişdi. Onu «Səma oğlu» adlandırırdılar. Ölkənin təsərrüfatı bərpa və inkişaf etdirildi, cənub əyalətlərində şəkər qamışı və çay kolları sahələrindən ildə iki dəfə məhsul götürülürdü. Tan sülaləsinin işğalçılıq siyasəti nəticəsində Koreya və Vyetnam Çinə tabe edildi. Çin ordusu Böyük ipək yolunun ölkədən Mərkəzi Asiyayadək uzanan hissəsinə nəzarət edirdi. Lakin 751-ci ildə xilafət qoşunları Çin ordusunu məğlub etdikdən sonra bu nəzarət Çinin əlindən çıxdı. Buna baxmayaraq, Çin bu yol vasitəsilə İran, Mərkəzi Asiya, Bizansla ticarət əlaqəsini genişləndirirdi. Çin Ərəb və İran tacirlərinin məskənləri olan Hind okeanının sahillərində ticarət aparırdı.
Xan (sülalə)
Han sülaləsi (çin. ənən. 漢朝, sadə. 汉朝, pinyin: Hàn cháo, hərfi mənası: "Han çao"; E.ə. 206—220) – Çin xanədanı. Tsin imperiyası Çin tarixində ilk xalq üsyanı nəticəsində süquta uğradı. Tsin Şixuanın ölümündən sonra yenə də qarışıqlıq dövrləri başladı. E.ə. 206-cı ildə keçmiş kəndxuda Lü Banın başçılığı altında qiyamçı dəstələr Tsin ordusunu asanlıqla darmadağın etdi və paytaxtı aldı. Bu Çudan olan Lyu Bana özünü Han hökmdarı elan etməyə imkan verdi, belə ki, Tsinin paytaxtı keçmiş Han hökmdarlığı ərazisində yerləşirdi.
Əbu Dücanə
Əbu Dücanə (bilinmir, Mədinə – 634, ərəb. أَبو دجانة سماك بن أوس‎) — Məhəmməd peyğəmbərin səhabələrindən biri. Mədinədə anadan olub. Əslən Xəzrəc qəbiləsindəndir. Məkkəli müsəlmanların Mədinəyə köçməsindən əvvəl İslamı qəbul etmişdir. O, müşriklərə qarşı döyüşlərdə iştirak etmişdir. Döyüşlər zamanı o, tez-tez başına qırmızı lent bağlıyar və rəqibləri qarşısında döyüşlərdən əvvəl özünü göstərirdi. Uhud döyüşündə həyatını təhlükəyə ataraq Məhəmməd peyğəmbəri müdafiə etmiş və ağır yaralanışdır. Xəlifə Əbu Bəkrnin dövründə mürtədlərlə vuruşurdur. O, “yalançı peyğəmbər” Müsaylimə ilə döyüşdə həlak olmuşdur.
Diyalə qətliamı
Diyalə qətliamı — İraqın Diyalə mühafəzəsində 17 iyul 2007-ci ildə "Əl-Qaidə"yə mənsub silahlı şəxslər tərəfindən törədilmiş qətliam. Hadisə nəticəsində 46 nəfər həlak olmuşdur. Qətliamı törədənlər 2008-ci ilin yanvarında həbs edilmişlər. Avtomobil vasitəsilə hərəkət edən "Əl-Qaidə"yə mənsub silahlı şəxslər İraqın Diyalə mühafəzəsində kəndlərə hücum etmişdir. Hadisə nəticəsində 46 nəfər həlak olmuşdur, 4 nəfər yaralanmışdır. Minlərlə ABŞ və İraq əsgəri bir neçə yüz "Əl-Qaidə" döyüşçüsünün nəzarət etdiyi Bəkubədə əməliyyat keçirmişdir. Buna baxmayaraq, Amerika hərbi komandirləri çoxlu sayda "Əl-Qaidə" lideri əməliyyatdan əvvəl şəhəri tərk etmişdi. 16 yanvar 2008-ci ildə İraq qüvvələri Diyalə mühafəzəsində yerləşən bir neçə kəndə basqın etmiş, bu qətliamı törədənlər də daxil olmaqla 53 terrorçunu həbs etmişdir.
Duşara
Duşara, Dusares olaraq da tərcümə olunur. İsalamdan öncə ərəblərin ibadət etdiyi tanrı həmçinin Nəbatilərin Petra və Mədain Saleh şəhərlərinin hamisi olan şərab tanrısıdır. Duşara, ilk olaraq dwsrʾ şəklində adını yazan epiqrafik Nəbati qaynaqlarından bəllidir , Nəbati yazısı yalnız samitləri ifadə edir. Klassik Yunan qaynaqlarında Δουσάρης ( Dousáres ) və Latın dilində Dusares olaraq qarşımıza çıxır . Əsil mənası mübahisəlidir, ancaq erkən dövr Müsəlman tarixçi İbn əl-Kəlbi , "Bütlər kitabı"ndaki adını Dhūl-Šarā ( ərəb. ذو الشرى‎) şəklində açıqlayır,ehtimal ki, "Şara"dan biri mənasını verir; Şara Ölü dənizin cənub-şərqində dağlıq bir ərazidir. Bu şərh doğrudursa Duşara adına uyğun bir çox müvafiq adlar olmalı idi, ancaq həm adın tam şəkli həm də şərhi mübahisəlidir. Yunanıstan dövründə Zeus ilə əlaqələndirilirdi, çünki həm Nəbati panteonunun baş tanrısı həm də Dionis idi . İtaliyanın qədim liman şəhəri olan Pozzuolidə Duşara üçün kilsə aşkar edilmişdir . Şəhər Yaxın Şərqlə ticarət üçün mühüm bir yerdə yerləşirdi və E.Ə. 1-ci əsrin ortalarında bir Nəbati varlığı olduğu bilinir.
Musalı
Musalı — Musa adından yaranan soyad və təxəllüs. Bu soyadı olan tanınmış şəxslər Yaşayış məntəqələri Musalı (Saatlı) — Azərbaycanın Saatlı rayonunda kənd. Musalı (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Musalı (Neftçala) — Azərbaycanın Neftçala rayonunda kənd. 1997-ci ildə ləğv olunmuşdur.
Désolé
Désolé — Böyük Britaniyanın virtual musiqi qrupu olan Gorillaz-ın sayca yeddinci studiya albomu "Song Machine, Season One: Strange Timez"-da səsləndirilmiş mahnı. Bu mahnıda Malidən olan müğənni Fatumata Diavara(en) xüsusi qonaq qismində çıxış edir. Mahnı 27 fevral 2020-ci ildə albomdan ikinci sinql kimi buraxılıb. Bu mahnıda həmçinin Fransadan olan caz-vokal qrupu Voice Messengers-in iştirakı olub.
Duala
Duala (fr. Douala) — Kamerunun ən iri şəhəri və Littoral regionunun mərkəzi.
Duaye
Duaye (fr. Doyet) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03104. 2008-ci ildə əhalinin sayı 1234 nəfər təşkil edirdi. 2007-ci ildə 738 yaşlı (15-64 yaş arasında) 513 nəfər iqtisadi cəhətdən fəal, 225 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.5%, 1999-cu ildə 67.5%). Fəal 513 nəfərdən 454 nəfər (247 kişi və 207 qadın) işləyir, 59 nəfər işsizdir (34 kişi və 25 qadın). 225 hərəkətsiz 50 nəfər arasında şagird və ya tələbə, 78 nəfər təqaüdçü, 97 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Dunal
Mişel Feliks Dünal (fr. Michel Félix Dunal; 1789–1856) – Fransız botaniki.
USMLE
Amerika Birləşmiş Ştatlarının Tibbdə Lisenziya imtahanı (USMLE) - üç mərhələli (Step 1,2 ve 3) bir imtahan olub ABŞ xaricində alınan tıbb təhsilinin ABŞ-də qəbul edilməsi üçün gərəklidir . USMLE, ABŞ əyalətlərinin səhiyyə orqanlarından təşkil olunan Federation of State Medical Boards (FSMB) ilə tibb sahəsində imtahan keçirməyə cavabdeh olan digər bir orqan National Board of Medical Examiners (NBME) tərəfindən təşkil edilməkdə və bu qurumlara əlavə olaraq xarici ölkələrdə tibb təhsili alanların diplom uyğunluğu ilə məşğul olan Educational Commission for Foreign Medical Graduates (ECFMG)-in dəstəyi ilə həyata keçirilməkdədir. USMLE həkimlərin bilikləri, anlayışları və prinsipləri xəstələrin müalicəsində etibarlı və effektiv bir şəkildə tətbiq etmə qabiliyyətini qiymətləndirək məqsədi ilə hazırlanmış bir imtahandır. İmtahanın üç mərhələsi də bir-birini tamamlayan tərkibdədir. Heç bir mərhələ ayrılıqda tibb lisensiyasını almaq üçün hazırlığı qiymətləndirə bilməz. USMLE imtahanı 3 mərhələdən ibarətdir.. Step 1’in məqsədi sağlamlıq, xəstəlik və müalicə mexanizmləri ilə əlaqəli əsas bio-tibbi anlayışları qavrama və tətbiq etmə qəbiliyyətini qiymətləndirməkdir. Step 1, anatomiya, davranış elmi, biokimya, mikrobiologiya, patologiya, farmakologiya və psixologiya fənnləri ilə qidalanma, genetika və s. mövzularda suallardan ibarətdir. Test sualları əsasən qrafik və cədvəlləri şərh etmə, patoloji və normal nümunələri ayırd etmə və təməl klinik tibbi biliklərin tətbiqi mövzusundadır.