VÜSAL
VÜSALİ
OBASTAN VİKİ
Vüsalə Ağarazıyeva
Vüsalə Naib qızı Ağarazıyeva (d. 12 iyul, 1990, Bakı) – Azərbaycan rəssamı, keramist, Azərbaycanda üçölçülü monumental küçə rəsmini yaradan ilk müasir sənətkar. == Həyatı == Vüsalə Ağarazıyeva 12 iyul 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında keramika üzrə bakalavr və magistr təhsili almışdır. Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Azərbaycanda və xaricdə bir sıra qrup və fərdi sərgilərdə onun rəsmləri, instalyasiyaları və video sənətləri nümayiş olunmuşdur. 2012-ci ildən başlayaraq V. Ağarazıyevanın yaradıcılıq emalatxanası Bakıda, İçərişəhərdə yerləşir. == Yaradıcılığı == 2017-ci ildə Bakının qədim İçərişəhər divarlarında üçölçülü (3D) monumental rəsm əsəri təsvir edərək ölkəmizdə belə üsulda monumental küçə rəsmini yaradan ilk sənətkar oldu. Bununla da burada mural art sənətinin inkişafının təməli qoyuldu. 2017-ci ildən 2021-ci ilədək ideya müəllifi və rəssam kimi çalışaraq, komandasının rəssamları Daşqın Bayramov və Ağayar Barışov ilə birlikdə paytaxtın mərkəzi küçələrində və ölkənin bölgələrində fərqli monumental rəsmlər yaratdılar.
Vüsalə Dadaşova
Vüsalə Dadaşova (Vüsalə Valeh qızı Dadaşova; ) — fizika-riyaziyyat elmləri namizədi, Bakı Dövlət Universitetinin Ümumi fizika kafedrasının müəllimi. == Həyat və fəaliyyəti == 1970-ci il oktyabrın 13-də Bakı şəhərində anadan olmuşdur. 1987-ci ildə Bakı şəhəri 159 saylı orta məktəbi əla qiymətlərlə bitirmişdir. === Ailəsi === Evlidir. 2 övladı var. == Təhsili, elmi dərəcəsi və adları == 1992-ci ildə Bakı Dövlət Universitetinin fizika fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 2008-ci ildə «GaSxSe1-x bərk məhlul kristallarının elektrik və fotoelektrik xassələri və onlar əsasında funksional elementlər» mövzusunda namizədlik dissertasiyası müdafiə edərək 01.04.07-Bərk cisim fizikası ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi almışdır. == Əmək fəaliyyəti == 1992-1997, Bakı şəhəri 286 saylı orta ümumtəhsil məktəbində müəllim. 1997-2006, Bakı Dövlət Universitetinin Yarımkeçiricilər fizikası kafedrasında baş laborant. 2006-cı ildən Bakı Dövlət Universitetinin Ümumi fizika kafedrasında müəllim.
Vüsalə Kərimova
Vüsalə Kərimova (jurnalist)
Vüsalə Mahirqızı
Abışova Vüsalə Mahir qızı (5 avqust 1979, Lək, Ucar rayonu) — Əməkdar jurnalist; "APA-Holding" MMC-nin prezidenti. == Həyatı == 1979-cu ildə avqustun 5-də Azərbaycan Respublikasının Ucar rayonun Lək kəndində anadan olub. 1985-ci ildə Rafiq Abbasov adına Ucar rayon, Lək kəndi 1 saylı orta məktəbinə daxil olub, 1996-cı ildə həmin məktəbi fərqlənmə attestatı ilə bitirib. 1996-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsinə daxil olub. 2000-ci ildə həmin ali məktəbin bakalavr pilləsini, 2002-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib, ixtisası folklorşünas-mifoloqdur. 2005-ci ildə ixtisasca həkim olub iş adamı kimi fəaliyyət göstərən Türkiyə vətəndaşı Edip Nabikoğlu ilə ailə həyatə qurub. Sara adlı bir qızı var. == Fəaliyyəti == 1996-cı ildən mətbuatda əmək fəaliyyətinə başlayıb. "Bakı Universiteti", "Hürriyyət" qəzetləri ilə əməkdaşlıq edib, 1998–2000-ci illərdə "Bu gün" qəzetində müxbir vəzifəsindən baş redaktorun birinci müavini vəzifəsinə qədər çalışıb. 2000–2001-ci illərdə "Məkan" qəzetində baş redaktor müavini işləyib.
Vüsalə Mirzəyeva
Rejissor == Həyatı == Vüsalə Vaqif qızı Mirzəyeva 11 mart 1978-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Televiziya Rejissorluğu” fakültəsini bitirib (1998). “Televiziya və musiqi” adlı elmi işi müdafiə edərək “magistr” dərəcəsi alıb (2002). Mətbuatda bir sıra yazılarla çıxış edib. Vüsalə Mirzəyeva Azərbaycan Dövlət Televiziyasında çalışdığı müddətdə (1998-2006) bir sıra verilişlərin həm müəllifi, həm də rejissoru olub. 2000-ci ildə "Sabah" yaradıcılıq birliyinə dəvət alıb və birliyin rəhbəri Ramiz Həsənoğlunun bir sıra film-tamaşalarında ikinci rejissor kimi fəaliyyət göstərib. 2006-cı ildən Space Televiziyasında öncə “Xəbərlər” departamentinin baş rejissoru, sonra isə “musiqili layihələr qrupu”nun rejissoru kimi fəaliyyət göstərib. Eləcə də bir çox verilişlərə quruluş verib. Eyni zamanda müstəqil fəaliyyət göstərərək br neçə şirkət və prodakşnlarla da əməkdaşlıq edib və kliplərin, müxtəlif tədbir və konsertlərin (Yaşıl Teatr konsertlərinin televiziya versiyası, Səs organization, 2007; Dünya Güləş Çempionatının açılış mərasimi, 2007) quruluşçu rejissoru olub. 2008-ci ildən Professional Kinorejissorlar Gildiyasının üzvüdür.
Vüsalə Seyfədinnova
Vüsalə Seyfədinnova (11 mart 2000, Azərbaycan) — Azərbaycan futbolçusu. == Həyatı == === Erkən illəri === === Klub karyerası === 2019-cu ildə Rusiyanın "Ryazan" futbol komandasının formasını geyinib. 2020-cu ildə Türkiyənin "ALG Spor" klubuna transfer olunub. 2022-ci ildə isə "Çaykur Rizəspor" futbol klubunun heyətinə qoşulub.
Vüsalə Əliyeva
Vüsalə Abazər qızı Əliyeva (2 sentyabr 1981, Cəhri, Babək rayonu) — Naxçıvan Muxtar Respublikası Ali Məclisinin V və VI çağırışlarının deputatı. == Həyatı == Vüsalə Əliyeva 2 sentyabr 1981-ci ildə Babək rayonunun Cəhri kəndində anadan olmuşdur. 1987–1998-ci illərdə Babək rayonu Cəhri kənd 1 nömrəli orta məktəbini fərqlənmə attestatı ilə bitirmişdir. 1999–2003-cü illərdə isə Naxçıvan Özəl Universitetinin Filologiya Fakültəsinin Azərbaycan dili və Ədəbiyyat ixtisasını fərqlənmə diplomu ilə bitirmişdir. 2003-cü ildən 2010-cu ilədək Sədərək rayonu Sədərk kənd 1 nömrəli orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi kimi işləmişdir. 2010-cu ildən Sədərək kənd 2 nömrəli orta məktəbində kitabxana müdiri və müəllimə kimi çalışmışdır. === Ailəsi === Ailəlidir, 2 övladı var. === Siyasi fəaliyyəti === 2011-ci il 21 noyabr tarixindən Yeni Azərbaycan Partiyası Sədərək rayon Təşkilatında Qadınlar Şurasının sədridir. Naxçıvan Ali Məclisinin V və VI çağırışlarının üzvü olmuşdur. Hal-hazırda Naxçıvan Ali Məclisinin Aqrar siyasət, təbii ehtiyatlar, energetika və ekologiya məsələləri komitəsinin və İntizam komissiyasının üzvüdür.
Vüsalə Əlizadə
Vüsalə Rəfail qızı Əlizadə (12 iyul 1984, Bakı) — Azərbaycanlı televiziya aparıcısı və sənətçi. == Həyatı == Vüsalə Əlizadə 1984-cü il 12 iyulda Bakı şəhərində anadan olub. Vüsalə Əlizadənin özündən başqa, üç bacısı və bir qardaşı var. Vüsalə Əlizadə, 9-cu sinifə qədər Buzovna qəsəbəsində yerləşən Əfqan Əliyev adına 125 nömrəli orta məktəbdə təhsil alıb. Daha sonra isə o, Turan Liseyini bitirib. Ali təhsili isə Vüsalə Əlizadə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin "Rejissorluq" fakültəsində alıb. == Fəaliyyəti == Vüsalə Əlizadə, 2002–2014-cü illərdə "Lider" TV-də yayımlanan "Pərdə" maqazin verilişdə redaktor vəzifəsində çalışıb. 2014–2016-cı illərdə Vüsalə Əlizadə, "APA Holding"-in nəzdində fəaliyyət göstərən "APA" TV-də yayımlanan "Səhər zəngi" verilişinin aparıcısı olub. Vüsalə Əlizadə, 2015-ci ildən etibarən isə ATV-də yayımlanan "Qadına görə" verilişinin aparıcısıdır. Vüsalə Əlizadə, 2017-ci ilin oktyabr ayında ATV-də yayımlanan Maşın Realiti Şousunun Xanımlar və Cənablar adlanan 15-ci sürətinə qatıldı.
Vüsalə Kərimova (idmançı)
Vüsalə Akif qızı Kərimova (d. 1987; Bakı, Azərbaycan) — əlil arabasında rəqs idman növü üzrə çıxış edən Azərbaycanlı para-idmançı. == Həyatı == Vüsalə Kərimova 1987-ci ildə Bakı şəhərində anadan olub.Vüsalə travma almış insandır.O, 15 yaşında pəncərədən yıxılmışdı və bundan sonra yeriyə bilməmişdi.Əlil olandan sonra 2-ci həyatına başlamışdır.Onun məşğul olduğu idman növü-əlil arabasıyla rəqss etməkdir.İlk dəfə ona əlil arabasıyla rəqs etməyi təklif etdilər. "Mənim özümə çox maraqlı gəlirdi ki, əlil arabasında rəqs necə ola bilər. Müəyyən videolara baxmışdım, amma hələ təsəvvür formalaşmamışdı. İlk dəfə Minskə səfərimiz olmuşdu və təlim-məşq toplantılarına qatılmışdıq. İlk dəfə orada əlil arabasında idman rəqsinin nə olduğunu anladım. Mənə çox müsbət təsir elədi və qərar verdim ki, bu idmanla məşğul olmalıyam. Biz ilk dəfə digər əlilliyi olan şəxslə- Kamal Məmmədovla rəqs etməyə başladıq. Bu iki əlil arabasında olan şəxsin rəqsi demək idi.
Vüsalə Kərimova (jurnalist)
Vüsalə Vaqif qızı Kərimova — Azərbaycan jurnalisti, telejurnalist, "SOY" prodakşnın hazırladığı və "Space" televizyasında yayımlanan "Gün aydın" verlişinin aparıcısı. == Həyatı == Vüsalə Kərimova 25 oktyabr 1977-ci ildə Qax rayonunun Almalı kəndində anadan olub. İxtisası - telejurnalistdir. İlk televiziya fəaliyyətinə 1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının 1-ci kanalında «Manevr» hərbi proqramından başlayıb. Eyni zamanda dövrü mətbuatda da sosial, siyasi, mədəni və digər sahələri əhatə edən məqalələri işıq üzü görüb. Daha sonra "Sara" televiziyasında "Ana xəbər"i aparıb, "Lider" və "Space" kanallarında qısa müddətdə bir sıra verilişlərdə çalışıb. Daha sonra 5 il ATV telekanalında "Ana xəbər" bülletenini təqdim edib. Sonra Azərbaycanda fəaliyyət göstərən bir neçə televiziya kanalında müxtəlif sahələrdə fəaliyyət göstərib. 2001-ci ildən etibarən isə yalnız «Xəbər» sahəsində çalışır. İctimai Televiziya və Radio Yayımları Şirkətinin «İnformasiya» departamentinin direktor müavini və «Carçı» informasiya proqramının aparıcısı kimi çalışıbdır.
джерсо́вый зерно́м исстрочи́ть несно́сный перегрева́ться попере́чный прозяба́ние пятни́стый своево́льничать уполо́вник безотра́дный гранулёма италья́нский лицензиа́р карас хритать court-baron heat-absorbing metal-ceramics Paddie septical silent zone добрососедский омут сам-шёст