Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dərd
Kədər və ya qəm — mənfi duyğu və ya bədbəxt olmaq hissi.
Dörd
Dörd — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Üçdən sonra, beşdən əvvəl gəlir.
Dəra
Dəra (ərəb. درعا‎) — Suriyada şəhər, Dəra mühafəzəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17.224 ailədə 50.026 nəfəri kişilər və 47.943 nəfəri qadınlar olmaqla cəmi 97.969 nəfərdir.
Dəri
Dəri — insanın və heyvanların bədənini bir sıra kənar təsirlərdən qoruyan, habelə hissiyyat, tənəffüs və istiliyin tənzimi proseslərində iştirak edən xarici örtükdür. Dəri özündən altda yerləşən toxumaları müxtəlif mexaniki zədələrdən qoruyur, bədənə xəstəlik törədən mikrobları və yad maddələri keçməyə qoymur. Həmçinin, dəri toxumalardan artıq su itkisinə mane olur və bədənin temperatur tənzimində mühüm rol oynayır. Eyni zamanda, dəri onda yerləşən xüsusi törəmələr – reseptorlar vasitəsi ilə xarici mühitin qıcıqlarını (mexaniki, istilik və s.) qəbul etdiyindən duyğu üzvlərindən biridir. Dəridə olan müxtəlif reseptorlar orqanizmlə xarici mühitin qarışılıqlı təsirində böyük rol oynayır. Dəri ifrazat orqanı kimi də dissimilyasiyasının son məhsullarının çox az bir hissəsinin orqanizmdən xaric olunmasında iştirak edir. Dəridə ifrazat məsulları tər və piy vəziləri vasitəsilə xaric olunur. Dəridən tər daima xaric olur və bununla bədənin temperaturu və qanın osmotik təzyiqi tənzim olunur. İnsan bir gündə 500-900 sm³ tər xaric edir. Yay aylarında isə tərin miqdarı 2-3 dəfə artır.
Dərk
Dərk (kənd) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Dərk çayı — Quba rayonu ərazisində çay. Dərketmə — insanın öz əqli və fiziki qabiliyyətlərinin öyrənilməsi və anlamasıdır.
Dərə
Vadi və ya dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir. Dərə başlıca olaraq axar suların eroziya fəaliyyəti nəticəsində əmələ gəlir. Bəzən torpaq sürüşməsi və zəlzələ nəticəsində də yaranır. Dərənin əsas morfoloji hissəsi onun dibi, ətəkləri və yamaclarıdır. Dərənin dibinin ən alçaq – su axan zolağı yataq, daşğın zamanı su basdığı hissəsi isə çaybasar adlanır. Dərənin dibi ilə yamaclarının birləşdiyi yer dərənin ətəyi, ətəkləri ilə suayrıcılar arasındakı hissələri isə dərənin yamacları adlanır. Dərənin ana süxurlarından təşkil olunmuş yamacları hündür və ya alçaq, dik və ya yastı, profildə isə düz, batıq, qabarıq ola bilər. Qobu - yarğanın inkişafının son mərhələsində yaranan, dibi kol və ot bitkiləri ilə örtülən dərin dərədir.
Fərd
Fərd— bir şəxs. Fərd anlayışı bir cəhətdən də maraqlıdır: eyni növlü bitki ve heyvanlar bir-birinden müəyyən xüsusiyyətlərə görə fərqlənsələr də, onların arasında oxşarlıq daha çoxdur. İnsanlar isə belə deyildir: psixoloji baxımdan onlar bir-birlərinə oxşamırlar. Biz insanı fərd kimi xarakterizə edərkən məhz bu cəhətləri nəzərə çatdırıq. Fərd özünəməxsus psixoloji xüsusiyyətləri olan, heç kəsə oxşamayan tebii varlıq deməkdir. Fərd anlayışının evristik mənası da elə bundan ibarətdir. Bu baxımdan hər bir adam - həm təzə doğulmuş uşaq, həm də hər hansı bir yaşlı adam fərddir.
Gərd
Gərd (Ermənistan)
Nərd
Nərd — şərq masaüstü oyun növü. Nərd oyunu qədim tarixə malikdir. Bu oyunun İranda meydana gəldiyi ehtimal olunur. Oyunun qaydaları tarixən astroloji görüşlərdə (münəccimlik) izah edilmişdir. Buna bənzər oyunlar, hələ qədim Yunanıstanda və Romada, bir sıra qədim Şərq ölkələrində mövcud imiş. Nərd oyunu 24 xanalı lövhə – nərdtaxta üzərində 30 daş (15 ağ və 15 qara) və bir cüt zərlə iki nəfər arasında keçirilir. Hər oyunçu öz daşlarını atdığı zərlərin üst xallarına müvafiq olaraq, xanalar üzrə, rəqib daşlarının əks istiqamətində hərəkət etdirir. Bütün daşlarını son hissəyə yığıb, oradan daha tez çıxaran oyunçu qalib sayılır. Nərdin 24 xanası günün 24 saatına, daşların ağ və qara olması gecə və gündüzə işarədir. Zərdə qarşı-qarşıya duran üzlərdəki xalları topladıqda 7 alınır ki, bu da yeddi planetin sayına işarədir.
Dərs
Dərs (film, 2009)
Dər
Dər yaşayış yeri — Ordubad rayonunun Azadkənd kəndi yaxınlığında orta əsrlərə aid yaşayış yeri. 1968-ci ildə qeydə alınmışdır. Geniş bir ərazini əhatə edən yaşayış yeri güclü dağıntıya məruz qalmışdır. Burada rast gəlinən yanmış tikinti, xüsusilə kərpic qalıqları vaxtilə binaların olduğunu göstərir. Yerüstü materiallar çəhrayı rəngli sadə və şirli qab qırıqlarından ibarətdir. Mədəni təbəqə saxsı qab qırıqlarından,kərpic qarışıq gil laylarından ibarətdir. Çiy kərpicdən, daş qarışıq torpaqla hörülmüş tikinti qalıqları saxlanmışdır. Tapıntıların əksəriyyəti şirli və şirsiz qab (küpə, kasa, nimçə, badya, qapaq və s.) qırıqlarından ibarətdir. Ərazisindəki qəbiristanlıqda orta əsrlərə aid qəbirüstü daş qoç heykəllər olmuşdur. Abidə 16-18-ci əsrlərə aid edilir.
Doxsan dörd
Doxsan dörd — say sistemində ədədlərdən biridir. Doxsan üçdən sonra, doxsan beşdən əvvəl gəlir. Doxsan dörd ədədi — cüt ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Dərə (Basarkeçər)
Dərə — Ermənistan Respublikasının Geğarkunik vilayətinin Vardenis bələdiyyəsində kənd. Vaxtilə İrəvan quberniyasının Yeni Bəyazid qəzasına, sonralar isə Basarkeçər rayonuna daxil olmuşdur. Dəniz səviyyəsindən təqribən 1980 m hündürlükdə yerləşir. Kəndin ərazisi vaxtilə Səmədağaya mənsub olmuş və burada salınan kənd "Səmədağa dərəsi" adlandırılmışdır. Sovet hakimiyyəti dövründə kəndin adındakı birinci komponent "Səmədağa" ixtisar edilmiş və kənd Dərə kəndi kimi rəsmi sənədlərdə sabitləşmişdir. Toponim Azərbaycan dilində "iki dağ arasında, eləcə də düzənlikdə uzun dərin çuxur" mənasında işlənən "dərə" sözü əsasında yaranmışdır. Kənd dərədə yerləşdiyi üçün Dərə kəndi adlandırılmışdır. Orotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan prezidentinin 3 aprel 1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilərək "Daranak" adlandırılmışdır.
Dərə (dəqiqləşdirmə)
Dərə — yer səthinin uzunsov, başlanğıcından sonuna doğru meylli formasına deyilir. Yaşayış məntəqələri Dərə (Basarkeçər) — Göyçə mahalının Basarkeçər rayonunda kənd. Dərə Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd.
Dərə Gilətağ
Dərə Gilətağ – Azərbaycan Respublikasının Zəngilan rayonunun Gilətağ kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 2020-ci il noyabrın 2-də müzəffər Azərbaycan Ordusu tərəfindən işğaldan azad edildi. Dərə Gilətağ kəndi Bərgüşad silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini 1918-ci ildə Böyük Gilətağ kəndindən çıxmış ailələr salmışlar. Oykonim dərə (çökək) və Gilətağ (kənd adı) komponentlərindən düzəlib, "dərədə yerləşən Gilətağ kəndi" mənasındadır. Toponimin birinci komponenti onu eyniadlı digər yaşayış məntəqəsindən fərqləndirmək məqsədilə əlavə edilmişdir.
Dəra mühafazası
Dəra mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 3.730 km², inzibati mərkəzi Dəra şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi hesablamaya əsasən mühafəzənin əhalisi 1.011 milyon nəfərdir .
Dəra mühafazlığı
Dəra mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 3.730 km², inzibati mərkəzi Dəra şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi hesablamaya əsasən mühafəzənin əhalisi 1.011 milyon nəfərdir .
Dəra mühafəzəsi
Dəra mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 3.730 km², inzibati mərkəzi Dəra şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi hesablamaya əsasən mühafəzənin əhalisi 1.011 milyon nəfərdir .
Dərb Beheşt
Dərb Beheşt — İranın Kirman ostanının Ciruft şəhristanının Sarduiyə bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,456 nəfər və 562 ailədən ibarət idi.
Dərb Günbəd
Dərb Günbəd — İranın Luristan ostanının Kuhdəşt şəhristanının Dərb Günbəd bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,119 nəfər və 451 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti ləklərdən ibarətdir və lək dilində danışırlar.
Dəri ağacı
Dəri ağacı (lat. Mimosa tenuiflora) — paxlakimilər fəsiləsinin mimoza cinsinə aid bitki növü. Braziliyanın şimali-şərq hissəsində, şimalda, Meksikanın cənub hissəsində 1000 m hündürlükdə, quru düzənliklərdə, seyrək meşələrdə bitir. Gövdəsinin üzərində az iynələri olan dekorativ, kiçik ağacdır. İynələri bünövrəsində enli, uzunluğu 3 mm-dir. Yarpaqları nazik bölünmüş, lələkvari, uzunluğu 3-5 sm-dir. Çiçəkləri ağ rəngli, silindrik, möhkəm olmayan sünbülvari çiçək qruplarında yerləşmiş, ətirlidir. Meyvələrin uzunluğu 2,5-3,0 sm, 4-6 hissəyə bölünmüşdür. Təbiətdə meyvə və toxumları ana bitkidən 5-8 m radiusda küləklə ətrafa yayılır. Sulfat turşusundan istifadə yolu ilə toxumların straitifikasiyası və ya onların qabığının mexaniki zədələnməsi cücərməni çox artırır.
Dəri dili
Dəri dili (dəri دری) — Əfqanıstanda yaşayan taciklərin, həzaraların, aymaqların və digər etnik qrupların dili. İran dillərindən biridir. Əfqanıstan Konstitusiyasında müəyyən edilibdir ki Əfqanıstanın iki rəsmi dillərindən biridir, digəri isə Puştu dilidir.
Dərə Səbz
Dərə Səbz (fars. دره سبز‎; azərb. Qurd Dəliyi‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 40 ailədə 57 nəfəri kişilər və 69 nəfəri qadınlar olmaqla cəmi 126 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Dərə Zarat
Dərə Zarat — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Dərə Zarat kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. XIX əsrdə Zarat kəndindən çıxmış ailələrin dərədə saldığı yaşayış məntəqəsidir. Bəzən Yenikənd də adlandırılmışdır. Oykonim "dərədə salınmış Zarat kəndi" deməkdir. Kənd Ataçayın sağ sahilindən 3 km. aralı, Yan silsiləsinin (Böyük Qafqaz) yamacında yerləşir. Əhalisinin sayı 36 nəfərdir.
Dərə hamamı
Dərə hamamı — XIX əsrdə Şəkidə tikilmiş abidə. Yuxarı Baş Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşir. Hazırda yararsız haldadır. Hamam, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. 2019-cu il iyulun 7-də "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Şəki şəhərinin tarixi mərkəzində yerləşən Dərə hamamı da Ümumdünya İrsinə daxildir. 1870-ci illərdə sahibkar Məmmədnəbi 6 metr dərinlikdə torpağı qazdıraraq Dərə hamamını tikdirib. Hamam iki böyük zaldan və köməkçi otaqlardan ibarətdir. Hamamın çöl və ya bayır salon adlanan salonu, yuyunmaq üçün nəzərdə tutulmuş bir qrup başqa otaqları var. Soyunma otaqları köməkçi otaqlar vasitəsilə yuyunma salonuna birləşir.
Berd
Berd, Tovuzqala — Ermənistan Respublikası ərazisində şəhər. Berd rayonunun mərkəzi. == Tarixi == Tovuzqala Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında (İndi ERmənistanın Şəmşədil rayonunda) kənd adı. Albaniyanın erkən orta əsrlərdə qalalarından birinin adıdır. “Alban tarixi”ndə adı 827-ci ilə aid hadisələrlə əlaqədar çəkilir (III kitab, 20-ci fəsil). Tovuz çayının sıldırım sahilində tikilmiş qala çayın adı ilə adlanmışdır (Qudyalçay və Qudyalqala-Quba kimi). Çayın adı isə qədim türk dillərində taus “səs-küy” sözündən ibarətdir. Tavusçay “səs-küylü çay” mə’nasındadır.
Dera
Dəra (ərəb. درعا‎) — Suriyada şəhər, Dəra mühafəzəsində eyniadlı məntəqə və nahiyənin inzibati mərkəzi. 2004–cü il siyahıyaalınmasına əsasən şəhərin əhalisi 17.224 ailədə 50.026 nəfəri kişilər və 47.943 nəfəri qadınlar olmaqla cəmi 97.969 nəfərdir.
Bərdə Zərd (Bükan)
Bərdə Zərd (fars. برده زرد‎‎) — İranın Qərbi Azərbaycan ostanının Bükan şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 984 nəfər yaşayır (202 ailə).
Erd
Erd (mac. Érd) — Macarıstanda Peşt əyalətinin tərkibinə daxil olan şəhər. Ərazidə ilkin məskunlaşma qədim dövrlərdən başlamışdır. Arxeoloji tapıntılara əsasən insanların burada 50 min il əvvəl məskunlaşdığı göstərilir. Erd haqqında 1243-cü ilin sənədlərində bəhs edilir. Osmanlı İmperiyasının Macarıstanı işğal etdiyi vaxtlarda Erd türklər tərəfindən 1543-cü ildə Sekeşfexervar qalasının təslim olmasından sonra fəth edildi. Osmanlılar burada ənənəvi bir qala inşa etmişdilər. Övliya Çələbi öz səyahətnaməsində yazır ki, qala içərisində 20 ev və məscid var. 1684-cü ildə Lotaringiya hersoqu V Çarles in başçılıq etdiyi ordu Erd yaxınlığında türkləri məğlub etdi və şəhər 150 ilə yaxın sürən Osmanlı hakimiyyətindən çıxdı. 1776-cı ildə Erd qəsəbə oldu.
Yarıdağ
Yarıdağ — Azərbaycanın Quba rayonu ərazisində yerləşən dağ. Baş Qafqaz silsiləsində yerləşir Hündürlüyü 4116 metrə bərabərdi. Azərbayacanın ən hündür beşincı zirvəsidi.
Yardım
Yardım (help) — diskdə saxlanılan və bir çox tətbiqi proqramlar tərəfindən istifadəçiyə kömək məqsədilə verilən informasiya; verilmiş proqramın istifadəsi üçün gərəkli olan məsləhətlərdən və ya göstərişlərdən ibarət olur. Yardım bilavasitə, yəni cari işi durdurmadan və çap sənədlərinə müraciət edilmədən alına bilər. Bəzi yardım sistemləri konteksdən-asılı (CONTEXT-SENSİTİVE HELP) adlandırılır, yəni konkret iş görmək üçün yardım istəyən istifadəçi məhz həmin mövzuya və ya situasiyaya uyğun informasiya alır. Yardım vasitələri sənədlərlə (DOCUMENTATİON) müqayisədə çox geniş olmasa da, onlar yeni başlayan istifadəçilərə gərəkli informasiyaları yaddaşlarında təzələməyə, daha təcrübəli mütəxəssislərə isə proqramın az istifadə edilən imkanlarının kiçik incəlikləri haqqında tez məlumat almağa imkan verir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Bərdə (gəmi-bərə)
"Bərdə" — Azərbaycanın nəqliyyat donanmasına aid gəmi-bərə. Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin balansındadır. Beynəlxalq Konvensiyaların ən müasir tələblərinə cavab verir. Avrasiya nəqliyyat dəhlizində yükdaşıma konveyerinə qoşulmuşdur. == Tarixi == "Bərdə" gəmi-bərəsi "Balakən" gəmi-bərəsi ilə birlikdə 2011-ci ilin mayında Xorvatiyanın Ulyanik tərsanəsi ilə imzalanmış müqaviləyə əsasən inşa edilmişdir. Bu gəmilərin istismara buraxılmasında əsas məqsədlərdən biri tikintisi başa çatdıqdan sonra Bakı-Tbilisi-Qars dəmiryolu xətti ilə daşınacaq yükləri vaxtında Xəzər dənizinin o tayına və əks istiqamətə çatdırmaqdır. 13 noyabr 2012-ci ildə istismara verilmişdir. İstismara verilməsi mərasimində Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iştirak etmişdir. == Texniki göstəriciləri == Yükdaşıma qabiliyyəti 54 vaqon. Uzunluğu 155 metr.
Vətən yaxşıdır
“Xudayar təsnifi” və ya əvvəlki adı ilə "Vətən yaxşıdır" — xanəndə Əlibaba Məmmədovun qəzəlxan Əliağa Vahidin "Vətən yaxşıdır" şeirinə bəstələdiyi təsnif. Təsnif ilk dəfə 1960-cı ildə Əlibaba Məmmədovun ifasında səsləndirilib. Məlumata görə Əliağa Vahid bir gün Terek çayında gəmi ilə səfər edirmiş. Birdən vətən üçün darıxır və beləliklə bu təsnifin sözləri yaranır. Təxminən 50 il əvvəl Əlibaba Məmmədov bu şeirə təsnif bəstələyir. "Terek" sözünü "Xəzər" ilə əvəz edir. Təsnif Şur ladında yazılmış və sovet dövründə "Şur təsnifi" kimi təqdim olunmuşdur. Əlibaba Məmmədov təsnif haqqında bunları deyib: Daha sonra təsnif Eyyub Yaqubovun, Güllü Muradovanın, Babək Niftəliyevin, Rəvanə Əmiraslanlının, Ehtiram Hüseynovun, Almaxanım Əhmədlinin ifalarında səsləndirilib. Təsnif Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasında məşhurlaşmışdır. Xudayar Yusifzadə döyüşlərdən iki gün öncə "Vətən yaxşıdır" təsnifini oxuyarkən döyüş yoldaşları ilə özünü videoya almışdır.
Hədəf Bakıdır
Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu və ya qısaca Hədəf Bakıdır — İkinci Dünya müharibəsi barədə çəkilmiş sənədli film. Film Azərbaycan xalqının və onun ən böyük sərvəti olan neftin faşizm üzərində qələbədə rolundan bəhs edir. Filmdə mühərriklər müharibəsi adlandırılan İkinci Dünya müharibəsinin tarixinə tamamilə yeni mövqedən — neft uğrunda döyüş mövqeyindən baxılır. 1941–1945-ci illər müharibəsi zamanı Sovet İttifaqının sərf etdiyi neftin 70 faizindən çoxu, benzinin 80 faizi, motor yağlarının isə 90 faizi Azərbaycanın payına düşmüşdür. Qələbənin təmin edilməsində həlledici rol oynamış tank və təyyarələrin tam əksəriyyəti Bakı neftçilərinin göndərdiyi yanacaqla hərəkətə gətirilirdi. Təsadüfi deyil ki, Bakı və onun qara qızılı Hitlerin ələ keçirmək istədiyi ən qiymətli sərvət idi. Filmdə bugünədək nümayiş etdirilməyən kinokadrlar restavrasiya olunaraq rəngli formatda təqdim edilir. Film Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmişdir. Filmin layihə rəhbəri Arzu Əliyevadır.
Mumiya qayıdır
Mumiya qayıdır (ing. Mummy Returns) — 2001-ci ildə istehsal olunmuş Mumiya seriyasının ikinci seriyasıdır. 1933-cü il.Filmin ilk hissəsində baş vermiş hadisələrdə artıq 10 il keçmişdir. Macərapərəst Rik O'Konnell indi varlıdır. Rik gözəl Evelinlə evlənib və oğlu 7 yaşlı oğlu Aleksin tərbiyəsiylə məşğuldur. Amma tale bu xoşbəxt ailəyə rahatlıq vermir. Qəddar kahin İmhotep Ank-Su-Namunun köməyi ilə Reinkarnasiya edilərək dirilmişdir. Balaca Aleks Londonda əlinə Am-Şerə gedən yolu göstərən taxmacığı taxan zaman mumiyalar tərəfindən keçirilir. İndi Rik, Evelin Aleksi xilas etmək üçün cəmi yeddi günləri var... Mumiya qayıdır — Internet Movie Database saytında.
Dead Island
Dead Island (ing. Dead Island, azərb. Ölü Ada‎) — Techland tərəfindən hazırlanan və Deep Silver firmasının PC, Xbox 360 və Playstation 3 üçün 6 sentyabr 2011-ci il tarixində nəşr etdirilən açıq dünya aksiyon oyunudur. Bir virus səbəbiylə zombilərə çevrilən insanlara qarşı mübarizə apardığınız oyunda özünüzü tapança və tüfəng xaricində kürək, beysbol çubuğu, bıçaq kimi alətlərlə qorumağa çalışırsınız. Ayrıca oyunda öz silahlarınızı da hazırlaya bilər və inkişaf etdirə bilərsiniz. Oyunda hadisələr Banoi adasından baş verməkdədir.
Den Berd
Den Berd (ing. Dan Byrd; 20 noyabr 1985, Marietta[d], Corciya) — amerika aktyoru. Den Berd 20 noyabr 1985-ci ildə ABŞ-nin Corciya ştatında anadan olub. Aktyorluq yaşamına 14 yaşından başlayıb. 1999-cu ildə "1 may" adlı filmə çəkilib.Tərəf-müqabili Sandra Bullok kimi məşhur aktrisa olub. 2016-cı ildə Loren Li Simitlə ailə qurub.
Dera Buqti
Dera Buqti — Pakistanın Bəlucistan əyalətində, Dera-Buqti rayonunda şəhər.Əsası 1998-ci ildə qoyulub.Əhalisi 15 min nəfərdir.
Dera mühafazası
Dəra mühafəzəsi — Suriyanın 14 mühafəzəsindən biri. Mühafəzənin ərazisi 3.730 km², inzibati mərkəzi Dəra şəhəridir. 2008-ci ilin yanvarın 1-nə olan rəsmi hesablamaya əsasən mühafəzənin əhalisi 1.011 milyon nəfərdir .
Dero dorsalis
Dero dorsalis - Həlqəvi qurdlar tipinə aid dero. Qəlsəmə yatağı arxaya doğru yanlarda dairəvi və ya kələ-kötür çıxıntılıdır. Üzərində adətən 5 cüt qəlsəmə çıxıntısı mövcutdur: I cüt – qısa və enli çıxıntılı bel qəlsəməsi, II cüt – nazik və silindrik, III cüt – lateral, IV və V cütlər – dəyişkən formalı qarın qəlsəmələridir. II – V buğumların qarın dəstəcikləri 5 – 7 ikidişli qılcıq daşıyır, distal dişcik proksimal dişcikdən uzundur və ortasında düyünü var. Sonrakı buğumlarda qılcıq dəstələrinin sayı azalır, dişciklər bərabər uzunluqda və ya distal dişcik proksimal dişcikdən qısa olur, düyün isə distal istiqamətdə yerini dəyişir. İkinci buğumun qılcıqlarının uzunluğu 135 μ, V – 100 – 126 μ, VI – 102 – 115 μ. Arxaya doğru qılcıqların uzunluğu azalır. Bel dəstəcikləri IV buğumdan başlayır. Onlar 1 tükşəkilli və 1 uzunluğu 85 – 108 μ və distal dişciyi proksimal dişcikdən daha uzun olan ikidişcikli qılcıq daşıyır. Penial qılcıqları mövcud deyil.
Dred Scott
Dred Skott ( 1799 – Sentyabr 17, 1858) — ABŞ-də yaşamış, özünün, həyat yoldaşının və 2 qızının azadlığının tələbi nəticəsində 1857-ci ildə "Dred Skott Qərarı" kimi tanınan Dred Skot Sanforda qarşı iddiasında uğursuzluğa uğramış bir Afroamerikalı quldur. Skott iddia edirdi ki, ona və ailəsinə azadlıq verilməlidir çünki onlar 4 il müddətində köləliyin qanunsuz olduğu İllinoys və Wisconsin Əyalətində yaşayıblar. Birləşmiş Ştatlar Ali Məhkəməsi nə onun, nə də ki, başqa bir Afrika əsilli şəxsin ABŞ-də vətəndaşlıq ala bilməyəcəyini əsas gətirərək 7-2 Scottun əleyhinə qərar verib. Nəticə etibarilə, vətəndaşlıq müxalifliyi qaydaları altında Skott federal məhkəmə qarşısında məğlub olub.
Dred Skot
Dred Skot — ( 1799 – Sentyabr 17, 1858) ABŞ-də yaşamış, özünün, həyat yoldaşının və 2 qızının azadlığının tələbi nəticəsində 1857-ci ildə "Dred Skott Qərarı" kimi tanınan Dred Skot Sanforda qarşı iddiasında uğursuzluğa uğramış bir Afroamerikalı quldur. Skott iddia edirdi ki, ona və ailəsinə azadlıq verilməlidir çünki onlar 4 il müddətində köləliyin qanunsuz olduğu İllinoys və Wisconsin Əyalətində yaşayıblar. Birləşmiş Ştatlar Ali Məhkəməsi nə onun, nə də ki, başqa bir Afrika əsilli şəxsin ABŞ-də vətəndaşlıq ala bilməyəcəyini əsas gətirərək 7-2 Scottun əleyhinə qərar verib. Nəticə etibarilə, vətəndaşlıq müxalifliyi qaydaları altında Skott federal məhkəmə qarşısında məğlub olub.
Donuz yarışı
Donuz yarışı — donuzların yarışdırılması ilə həyata keçirilən müsabiqə növü. Avstraliyanın Melburn şəhərində keçirilən ənənəvi Kral şousunun ayrılmaz hissələrindən biri də donuz yarışlarıdır. Şou 1848-ci ildən etibarən, ənənəvi olaraq keçirilir. O, ilin ən nəhəng əyləncə tədbirlərindən biridir. Yarışan donuzlar yalnız qaçmaqda deyil, suyun üzərindən, həmçinin uzunluğa və hündürlüyə tullanmada da "güclərini sınayır".
Dırmaşma yarışı
Dırmaşma yarışı, zamana qarşı müəyyən bir yamaca qalxmağa əsaslanan motorsport növüdür. Ən qədim motorsport növlərindən biridir. İlk dəfə 31 yanvar 1897-ci ildə Fransanın Nice şəhəri yaxınlığındakı La Turbiedə təşkil edilmişdir. İngiltərədəki Worcestershire, Shelsley Walshdə keçirilən dırmaşma yarışları, 1905-ci ildən bəri keçirilən ən qədim yarışlardan biridir. Dırmaşma yarışlarının olduqca fərqli bir növü, çox dik təpələrə off-road motosikllər ilə dırmaşma yarışıdır. Yarışın qalibi ən yüksək zirvəyə çata bilən və ya birdən çox çıxan olarsa, onların onların içərisində ən sürətli çıxanıdır. Bu tip motorsport növü həm cəsarət, həm də bacarıq tələb edir və ABŞ-də çoxdan bəri ənənəvi hala gəlmişdir və 1980-ci illərdən bəri Fransa və Avstriyada məşhurdur.
Humanitar yardım
Humanitar yardım — yardıma ehtiyacı olan insanlara maddi və maddi-texniki yardım göstərilməsidir. 2016-cı ildə dünyada 130 milyon insan humanitar yardımlardan və humanitar yardım işçilərinin həmin yardımları çatdırmaq səylərindən asılı olub.
Qarşılıqlı yardım
Qarşılıqlı yardım (ing. Mutual Aid: A Factor of Evolution) Pyotr Kropotkinin Etika ilə birlikdə iki ən mühüm kitablarından biridir. Qarşılıqlı Yardım Etikadan öncə çap olunaraq sözügedən kitabda bəhs olunan tezislərin əsaslarını qüvvətləndirmişdir. Çarlz Darvinin "Təbii seçmə yolu ilə növlərin əmələ gəlməsi və ya yaşama uğrunda mübarizədə əlverişli fərdlərin saxlanması" (On the Origin of Species by Means of Natural Selection, or the Preservation of Favoured Races in the Struggle for Life) əsərindən fərqli olaraq Kropotkin bu əsərində yüzlərlə örnək vasitəsilə təbiətdəki gücsüz fərdin qarşılıqlı yardım yolu ilə güclü cəmiyyət yaradaraq düşməninə qarşı mübarizə apara bildiyini qeyd etmişdir.
Silahlanma yarışı
Silahlanma yarışı — iki və ya daha çox tərəf arasında ən yaxşı silahlı qüvvələrə sahib olma yarışı.
İndeks yarığı
İndeks yarığı (ing. index hole ~ ru. индексное окно ~ tr.indeks deliği) – 5.25-düymlük disketin mərkəzi oturma deşiyinin yaxınlığında kiçik dairəvi deşik. O, birinci verilənlər sektorunun mövqeyini (yerini) göstərməklə disketin fırlanması zamanı oxuma-yazma əməliyyatlarının sinxronlaşmasını təmin edir. Bundan başqa, indeks yarığı yanlışlıqların aşkarlanmasına kömək edir. Məsələn, diskin oxuma-yazma başcığının tam keçidi (yolu) indeks yarığının xüsusi sensor ilə ölçülən keçid zamanın ikiqat qiyməti ilə üst-üstə düşməlidir. Disketdə lazım olan sektorun axtarış zamanını qiymətləndirmək üçün bu nisbətdən istifadə etmək olar. Əgər sektor indeks yarığının iki keçidindən sonra tapılmazsa, hesab edilir ki, sektor yoxdur və ya zədəlidir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Turan Yaldır
Turan Yaldır (1 iyul 1984, Ağsaray ili) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 25 və 28-ci çağırışının deputatı. Turan Yaldır 1984-cü ildə Aksaray ilinin Yeşilova ilçəsində anadan olub. İbtidai, orta və lisey təhsilini Aksarayda alıb. Aksaray Universiteti İctimaiyyətlə əlaqələr Bölməsindən məzun olub. Kənd təsərrüfatı, heyvandarlıq, inşaat və enerji sahələrində çalışıb. İyun 2015-ci ildə MHP namizədi olaraq Aksaray ilindən Türkiyə Böyük Millət Məclisinin 25-ci çağırışının deputatı seçilib. MHP İdarə Heyətinin üzvü olub. 2016-cı ildən MHP-dən istefa verib. 2023-cü ildə İYİ Partiyanın namizədi olaraq Aksaray ilindən Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı seçilib. TBMM Kənd Təsərrüfatı, Meşə və Kənd Məsələləri Komissiyasının üzvü vəzifəsində təmsil olunub.
Haridi
Haridi (ivr. ‏יהדות חֲרֵדִית‏‎) və (ərəb. حريدية‎) — və ya ultra-pravoslav yəhudilik, modernizmdən fərqli olaraq, ənənələrə və Halaxa əmrlərə ciddi riayət etməsi ilə tanınan pravoslav yəhudilik təriqəti daxilində yəhudiliyin bir cərəyanıdır. Onun üzvləri tez-tez ultra-pravoslav adlanır, lakin "ultra-pravoslav" termini bir çox tərəfdarları tərəfindən aşağılayıcı hesab olunsa da Haridi yəhudiləri özlərini ən dindar və həqiqi yəhudi qrupu hesab edirlər, baxmayaraq ki, bu, digər yəhudilər tərəfindən münaqişəli hesab edilir. Haridi uşaqları məktəbdə əsasən Tövrat və Təlmud oxuyurlar. Oğlanlar yetkinlik çağında və hətta ömürlərinin sonuna qədər vaxtlarının çoxunu bu dini mətnləri öyrənməyə sərf etməlidirlər.
Yardi
Yardi (ing. Yardie) — Yamayka əsilli Britaniya mafiya qruplaşması. Yardilər 1950-ci illərdə Britaniyaya mühacir etmiş Yamaykalılardır. Onlar tez-tez cinayətkar dəstələr arasında baş verən qırğınlarda iştirak etmiş və Yardi adıyla tanınmışdılar. Onlar əsasən narkotik alveri və odlu silahdan istifadəyə görə cinayət məsuliyyətinə cəlb olunurlar. Heç vaxt hüquq-mühafizə orqanlarının sıralarına öz adamlarını daxil etməyə cəhd göstərmədiklərindən digər mafiya qruplaşmaları qədər güclü sayılmırlar.
Layla Takidir
Yarimar Merkado
Yarimar Merkado Martinez (12 mart 1995) — Puerto-Rikolu atıcı. Yarimar Merkado Puerto-Rikonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. Yarimar Merkado birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 406.6 xal toplayaraq 43-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.