Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dilemma
Dilemma — İnsanın istəmədiyi halda, hər iki seçimdə seçilən qərarın düzgün olmamasına baxmayaraq qarşılaşdıqda onlardan birini etməyə məcbur edən vəziyyət. == Növləri == Dilemmanın iki növü vardır: Quraşdırıcı dilemma və dağıdıcı dilemma. Əgər nəticədə şərti hökmdə verilmiş xassə, yaxud fikir iqrar edilirsə - qurucuya, inkar idilirsə - dağıdıcıya aiddir. Qurucu dilemmaya nümunə olaraq Y. Semyonovun "Baharın on yeddinci anı" kitabından əsərin baş qəhrəmanı Ştirlisin mühakiməsini verək: "Əgər Berlinə getsəm, məni gestapo həbs edəcək, Moskvaya qayıtsam, onda tapşırığı yerinə yetirə bilməyəcəm. Lakin mən Berlinə gedə bilmərəm, yaxud Moskvaya qayıda bilmərəm. Məni gestapo həbs edəcəkdir, yaxud tapşırığı yerinə yetirə bilməyəcəm". Gətirilən nümunədə alınan nəticə konkret deyil. Lakin belə bir qayda əsas tutulur ki, iki çətin vəziyyətdən ən az çətin olanı seçilir. Dağıdıcı dilemmada isə kiçik müqəddimələrdə verilmiş şərtlər, alternalar da, nəticə də inkar olunur. Məsələn: "Yetərincə vaxtım olarsa, ya kitab üzərində işləyəcəm, ya da səyahətə çıxacam".
Güngör Dilmen
Güngör Dilmən Qalyoncu (türk. Güngör Dilmen Kalyoncu; 27 may 1930, Təkirdağ – 8 iyul 2012, İzmir) türk dramaturq. Tarix və mifologiyadan ilhamlanan Midas'ın kulakları və Ben Anadolu Dilmenin ən vacib əsərlərdən sayılır. == Haqqında == Dilmən İstanbul Universitetin ədəbiyyat fakültənin klassik filologiya şöbəsində oxuyub 1960-cı ildə məzun oldu. İlk şeiri 1956-cı ildə Yücəl jurnalında nəşr edilmişdir. 1959-cu ildə Cinema - Teatr Jurnalı tərəfindən açılan müsabiqədə Dilmənin Midasın kulakları pyesi birincilik mükafatını qazandı. Midas Üçləməsi adlı trilogiyanin ilk əsəri olan Midasın kulakları, Gənclik Teatrında və sonra Ankara Dövlət Teatrında səhnəyə qoyuldu. Ali təhsilini bitirdikdən sonra 1961-ci ildə Fulbright Təqaüdü alaraq ABŞ-yə getdi və Yale Teatr Məktəbində rejissorluq, səhnə işıqlandırması və səhnə dizaynı kimi mövzulara maraq göstərdi. Eyni ildə Təl-Əvivdəki Həbima teatrın qonağı olaraq İsrailə getdi, sonra bir müddət Yunan hökumətinin köməyi ilə Afinada yaşadı. ABŞ-da yazdığı Canlı Maymun Lokantası pyesi Türkiyənin Xalq evləri cəmiyyətindən ona bir mükafat qazandı.
Rıdvan Dilmen
Rıdvan Dilmen — Fənərbaxça və Türk milli futbol komandası üçün xüsusi qeyd edilməli veteran Türk futbolçudur. Karyerası ərzində Rıdvan Türk Super Liqasının ən təcrübəli oyunçularından biri halına gəldi. O ya hücumçu-yarımmüdafiəçi, ya da kənar və hücumçu mövqesində oynayırdı. Onun xoşuna gəlməməsinə baxmayaraq, çox sayda məqamda ona "Şeytan Rıdvan" ("Rıdvan Şeytan") ləqəbi verilmişdir. Rıdvan bir oyunçu kimi təqaüdçü olduqdan sonra bir sıra komandalarda məşqçilik etmişdir. Məşqçilik karyerasının sonunda isə Rıdvan Dilmən rəngli şərhçi, analitik və idman yazarı kimi fəaliyyətinə davam etməkdədir. == Futbol karyerası == Dilmen, 1977-ci ildə Sümerspor ilə debüt etdi. 1979-cu ildə 25 oyunluq müqaviləylə Muğlaspor'a transfer oldu və 1980–1983 illəri arasında Boluspor üçün futbol oynayarkən məşhurlaşdı. 1983–1987-ci illərdə Sarıyer üçün oynadıqdan sonra Fənərbaxçaya imza atdı və uşaqlıq xəyalını yerinə yetirdi. Fənərbaxçanın 36 oyunda 103 qolla çempion olduğu 1988–89 Türkiyə Liqası mövsümünün əsas aktyorlarından biri idi.
Silmək
Silmək – verilənlərin, adətən, disk və ya lent kimi yaddasaxlama qurğusundan geri qaytarılması mümkün olmayan uzaqlaşdırılması. Müəyyən sahənin silinməsi, bir qayda olaraq, orada olan informasiyanın sıfırlarla və ya başqa boş simvollarla əvəzlənməsi yolu ilə həyata keçirilir. Hesablama texnikasında silmənin (erase) heç də uzaqlaşdırma (DELETE) ilə ekvivalent olması vacib deyil. Adətən, uzaqlaşdırma, sadəcə, əməliyyat sisteminə göstərilən verilənlərin və ya faylin əhəmiyyət daşımadığını xəbər verir, ancaq uzaqlaşdırılmış faylın diskdə tutduğu yer (sahə) əməliyyat sisteminə başqa məqsədlər üçün gərəkli olanadək həmin verilənlərə müraciət etmək mümkündür. Buna görə də uzaqlaşdırılmış verilənlərin yerinə (tutduğu sahəyə) yeni informasiya yazılmamışsa, həmin faylı “geri qaytarmaq” (UNDELETE) mümkün olur.
Çiləmə
Çiləmə - Azərbaycanda ən çox yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə əsasən uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim uşaq oyunlarından biridir. == Ümumi məlumat == Bu oyunu əsasən oyunçuların sayı çox olduğu hallarda uşaqlar dəstələrə bölünərək oynayırlar. Lakin oyunçular yetərsay olmadıqda uşaqlar bu oyunu dəstələrə bölünmədən, sanama üsulu ilə öz aralarında da keçirilir. Hətta kiçik yaşlı uşaqlar bu oyunu iki uşaq aralarında növbə ilə topu çiləməklə oynayırlar. Hələ indiki müasir toplar istehsal olunmadığı bir dövrdə bu məqsədlə at və iri buynuzlu heyvanların xırda tükündən (yunundan) kos (top) hazırlayardılar. == Oyunun qaydaları == Əvvəlcə dəstəbaşılar seçilir. Dəstəbaşı iki cür təyin olunur: ya onları oyunçular özləri seçirlər, ya da ümumin razılığı ilə (oyunda və uşaqlar arasında müəyyən keyfiyyətləri fərqlənənləri), çox hallarda isə (əgər oyunçular bir-birini tanımırlarsa) püşk və ya sanama üsulu ilə seçirlər. Dəstələrə bölünərək oynanılan bu oyunu başlamaq üçün halay yolu ilə uşaqlar dəstələrə bölünürlər. Oyuna başlamazdan əvvəl dəstələr bir-birindən 3-4 metr aralı dayanır. Sanama yolu ilə dəstələrdən biri oyuna başlayır.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Telefon dinləmə
Telefon dinləmə (ing. Telephone tapping) — xəttə xüsusi qurğu qoşmaqla telefon danışıqlarınagizli qulaq asılması; verilənləri əldə etmək, dəyişdirmək və ya daxil etmək üçün məlumat kanalının müəyyən hissəsinə gizli qoşulma.
Dilək Gürsoy
Dilək Gürsoy (türk. Dilək Gürsoy; 1976) — 1976-cı il təvəllüdlü türk əsilli Alman ürək cərrahı. 2012-ci ildə Avropada süni ürək implantasiyası edən ilk qadın cərrah. == Erkən həyatı == Dilək Gürsoy 1976-cı ildə Noysda, 1969-cu ildə qastarbayter olaraq Türkiyənin Ordu ilinin Fatsa şəhərindən Almaniyaya işləmək üçün mühacirət edən ailədə anadan olmuşdur. İki qardaşı var. On yaşında olanda atası ürək tutmasından vəfat edir. Anası Zeynep Pyerburq zavodunda montaj işçisi idi. Dilək Türkiyədə uşaq ikən məktəbə getməsinə icazə verilmədiyi üçün oxumağı və yazmağı özü öyrənmiş, anası tərəfindən böyüdülmüşdür. Məktəbəqədər uşaq baxçasında alman dilini öyrənir,ona Alman dünyası və məmləkətində bələdçilik edən bir ailə ilə tanış olur. İbtidai sinif üçün Martin-Lüter-Qrandskul məktəbinə getdi və sonra Noysdakı Kyurinias-Gimnaziyada orta məktəbi bitirdi.
Dilək Qaya
Dilək İmamoğlu (18 noyabr 1974, Trabzon) — Əkrəm İmamoğlunun həyat yoldaşı. == Həyatı == Dilək İmamoğlu 18 noyabr 1974-cü ildə Trabzonda, 10 uşaqlı bir ailədə anadan olmuşdur. Orta təhsilini Trabzonda aldıqdan sonra ali təhsilini İstanbul Universitetinin Turizm fakültəsində davam etdirmişdir. Bakalavr təhsilini bitirdikdən sonra dövlət idarəetmə sahəsində magistr dərəcəsini bitirmişdir. İmamoğlu Şüşə tavan sindromu sahəsində tezis yazmışdır və doktorluq işini davam etdirir. 18 noyabr 1995-ci ildə Ekrem İmamoğlu ilə evlənən Dilek İmamoğlunun 1997-ci il təvəllüdlü Mehmet Səlim, 2005-ci il təvəllüdlü Semih və 2011 təvəllüdlü Beren adında üç övladı var. Dilek İmamoğlu "əlillər yaşadıqları çətinlikləri hiss etmək və fərqindəlik yaratmaq üçün" Türkiyə Onurğa İliyi İfliclərinin Dərnəyinin vitse-prezidenti Səmra Çətinkaya ilə birlikdə əlil arabası ilə bir gün müddətində İstanbulda gəzmişdir. İmamoğluna 2014-ci ildə "fiziki məhdudiyyətli fərdlər üçün etdiyi maarifləndirmə fəaliyyəti" səbəbi ilə Türkiyə Onurğa İliyi İfliclərinin Dərnəyi tərəfindən Şükrü Sürmən Mükafatı verilmişdir. 2019-cu ilin oktyabr ayında İmamoğlunun şəkli "Madame Figaro" jurnalının qapağında "İstanbulun birinci xanımı" başlığı altında yerləşdirilmişdir. 2020-ci ilin yanvar ayında Dilək İmamoğlu Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun xanımı Səlvi Kılıçdaroğlu ilə birlikdə Xalqların Demokratik Partiyasının keçmiş həmsədri Selahattin Demirtaşın yazdığı "Dövran" adlı kitabın teatr sərgisində iştirak etmişdir.
Dilək boğazı
Dilək boğazı (türk. Dilek Boğazı) və ya Dar boğaz, Mikale boğazı (yun. Στενό της Μυκάλης) – Yunanistanın Samos adasını Kiçik Asiya yarımadasındakı Aydın ilindəki Quşadası bölgəsindən ayıran dar bir boğaz. Samsun dağlarının (Dilek, Mikale) Egey dənizinə girdiyi nöqtədə yerləşir. Ən dar yeri 1,6 km-dir və bu yunanların Egey adalarını Türkiyə sahillərindən ayıran ən dar boğazdır. Boğazda Bayraq adası yerləşir. Boğazın materik sahili boyunca Dilək yarımadası və Böyük Menderes Deltası Milli Parkı yerləşir. Dilək boğazının cənubunda, Yerond boğazının sahilində Geson çayı və Skolopoent (indiki Doğanbey) bölgəsində Mikalenin cənub yamaclarında, eramızdan əvvəl 479-cu ildə meydana gələn, II Leotixid və Ksantippin rəhbərliyi altında yunanların farsları məğlub etdiyi məşhur Mikale döyüşü baş tutmuşdur.
Dilək piri
Qazançı — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Toponimiyası == Oykonim kazan etnonimi və -çi şəkilçisindən ibarətdir. Türkdilli qədim bulqarların kazan tayfasının adını əks etdirir. Mənbələrə görə onlar ilk dəfə e.ə. II əsrdə Zaqafqaziyaya gəlmişlər. İnqlabdan əvvəl bütün qafqazda tərkibində qazan sözünün iştirak etdiyi 24 toponim və hidronim qeyd edilmişdir. Azərbaycanda isə Qazançı adlı 10 kənd var idi. == Coğrafiyası və iqlimi == Kənd Əlincə çayının sahilində, Zəngəzur silsiləsinin yamacında yerləşir. == Əhalisi == Əhalisi 702 nəfərdir. === Tanınmış şəxsləri === Baloğlan Rüstəmov Rəsul Quliyev == Abidələri == === Dilək piri === Dilək piri Culfa rayonunun Qazançı kəndinin cənubunda, kəndin içərisində ziyarətgahdır.
Dilək İmamoğlu
Dilək İmamoğlu (18 noyabr 1974, Trabzon) — Əkrəm İmamoğlunun həyat yoldaşı. == Həyatı == Dilək İmamoğlu 18 noyabr 1974-cü ildə Trabzonda, 10 uşaqlı bir ailədə anadan olmuşdur. Orta təhsilini Trabzonda aldıqdan sonra ali təhsilini İstanbul Universitetinin Turizm fakültəsində davam etdirmişdir. Bakalavr təhsilini bitirdikdən sonra dövlət idarəetmə sahəsində magistr dərəcəsini bitirmişdir. İmamoğlu Şüşə tavan sindromu sahəsində tezis yazmışdır və doktorluq işini davam etdirir. 18 noyabr 1995-ci ildə Ekrem İmamoğlu ilə evlənən Dilek İmamoğlunun 1997-ci il təvəllüdlü Mehmet Səlim, 2005-ci il təvəllüdlü Semih və 2011 təvəllüdlü Beren adında üç övladı var. Dilek İmamoğlu "əlillər yaşadıqları çətinlikləri hiss etmək və fərqindəlik yaratmaq üçün" Türkiyə Onurğa İliyi İfliclərinin Dərnəyinin vitse-prezidenti Səmra Çətinkaya ilə birlikdə əlil arabası ilə bir gün müddətində İstanbulda gəzmişdir. İmamoğluna 2014-ci ildə "fiziki məhdudiyyətli fərdlər üçün etdiyi maarifləndirmə fəaliyyəti" səbəbi ilə Türkiyə Onurğa İliyi İfliclərinin Dərnəyi tərəfindən Şükrü Sürmən Mükafatı verilmişdir. 2019-cu ilin oktyabr ayında İmamoğlunun şəkli "Madame Figaro" jurnalının qapağında "İstanbulun birinci xanımı" başlığı altında yerləşdirilmişdir. 2020-ci ilin yanvar ayında Dilək İmamoğlu Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlunun xanımı Səlvi Kılıçdaroğlu ilə birlikdə Xalqların Demokratik Partiyasının keçmiş həmsədri Selahattin Demirtaşın yazdığı "Dövran" adlı kitabın teatr sərgisində iştirak etmişdir.
Dilək ağacı (film, 1977)
Dilək ağacı (gürc.ნატვრის ხე, rus.Древо желания) 1977-ci ərsəyə gələn Tengiz Abuladze tərəfindən rejissorluq edilmiş Gürcü drama janrlı filmdir.Film Lenin mükafatı və bir sıra mükafatları qazanmışdır. Film Georgi Leonidzenin qıssa heykayələri əsasında çəkildi.
Dilək yarımadası və Böyük Menderes Deltası Milli Parkı
Dilək Yarımadası və Böyük Menderes Deltası Milli Parkı (türk. Dilek Yarımadası-Büyük Menderes Deltası Millî Parkı) — Qorunma hüququna malik olan Milli park, Türkiyənin qərbində qərarlaşır. İnzibati cəhətdən Aydın ili və Quşadası rayonuna daxildir. Dilək yarımadasının 10, 985 ha ərazisi 19 may 1966-cı ildə milli park statusu alır. 1994-cü ildə onun ərazisinə Böyük Menderes deltası parkın ərazisinə daxil edilmişdir. 1994-cü ildə milli parkın ərazisi 16 690 ha ərazi böyümüşdür == Biologiya == Parkın ərazisi rəngarəng bitki və heyvalar aləmi ilə zəngindir. Parkın ərazisi Ramsar konvensiyası, Bern konvensiyası, Bioloji müxtəliflik haqqında konvensiya, və Barselona konvensiyası ilə qorunur. === Flora === Temperatur və iqlim rəngarəngliyi səbəbindən park ərazisində təkcə Egey florası deyil həm də bütün Türkiyə ərazisində rasyt gəlinən bitki örtüyünə rast gəlmək olar. Burada Aralıqdənizi regionu, Mərmər dənizi regionu və Qaradənizi regionuna xas bitkiləri görmək olur. Milli park ərazisində 800 növ bitki yetişir.